İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    349 Söz
    1598. Söz.
    5575. Allahın Peyğəmbəri (s): «Bəzən insan Allaha xoş gələn sözlər danışır və həmin sözün çatdığı yerə çatacağını da güman etmir. Allah həmin sözün səbəbinə öz razılığını qiyamət gününə qədər ona yazar. Bəzən insan Allahın qəzəbinə səbəb olan söz danışır və həmin sözün çatdığı yerə çatacağını da güman etmir. Allah bu sözün səbəbinə öz qəzəbini, onunla görüşəcəyi günə qədər onunçun yazır.»(ət-Tərğib vət-Tərhib, c.3, səh. 537, hədis 45 )
    5576. İmam Əli (ə): «Nə qədər söz var ki, yürüşdən daha kəsərlidir.»(Nəhcül-Bəlağə, hikmət 394 )
    5577. İmam Əli (ə): «Qadının surəti onun sifətində, kişinin surəti onun sözlərindədir.»(Biharul-Ənvar, c.71, səh. 293, hədis 63 )
    5578. İmam Əli (ə): «Oxdan daha iti olan söz ,nə qədər də çoxdur.»(Ğurərul-Hikəm, hədis 5322)
    5579. «Tuhəful Uqul»: İmam Əlidən (ə) soruşdular: «Allahın yaratdığı ən gözəl şey nədir?» Buyurdu: «Söz.» Ərz olundu: «Bəs, Allahın yaratdığı ən pis şey nədir?.» Buyurdu: «Söz.» Sonra isə buyurdu: «Üzağlığı gətirən də, üzü qara edən də sözdür.»(Tuhəful-uqul, səh. 216 )
    1599. Nalayiq sözlərdən çəkinmək.
    5580. İmam Əli (ə): «Məbada, dilinə nalayiq sözlər gətirəsən! Çünki alçaq insanları sənin ətrafına yığar, dəyərli insanları səndən hürküdər.»(Ğurərul-Hikəm, hədis 2722 )
    5581. İmam Əli (ə): «Məbada, nalayiq söz dilinə gətirmə ki, bu ürəkləri kinli edər.»(Ğurərul-Hikəm, hədis 2675 )
    5582. İmam Əli (ə): «Kimin danışığı pis olarsa, çox danlanar.»(Ğurərul-Hikəm, hədis 8496 )
    5583. İmam Əli (ə): «Alçaq insanların yolu nalayiq danışmaqdır.»(Ğurərul-Hikəm, hədis 5551)
    1600. Əbəs yerə danışmaqdan uzaqlaşmağa həvəsləndirmək.
    5584. Allahın Peyğəmbəri (s): «Kişinin dərrakəsinin nişanəsi nadir halda boş söz danışmasıdır.»(Biharul-Ənvar, c. 2, səh. 55, hədis 28 )
    5585. Allahın Peyğəmbəri (s): «İnsanlardan ən çox günah sahibi, çox vaxt boş söz danışanlarıdır.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 540, hədis 51 )
    5586. Allahın Peyğəmbəri (s): «İnsan (bəzən) cənnətə elə yaxın olur ki, ondan bir nizə aralıda olur. Sonra elə bir söz danışır ki, cənnətdən Səna qədər uzaqlaşır.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 537, hədis 46 )
    5587. İmam Əli (ə) (Çox danışan bir kişinin yanından keçəndə): «Bil ki, əməllərini yazan iki mələyə imla deyib Rəbbinə tərəf göndərirsən. Belə isə, elə sözlər de ki, səninçün xeyirli olsun və ağzını boş sözlərə yum.»(Əmali əs-Səduq, səh. 37, hədis 4 )
    5588. İmam Əli (ə): «Nə dünyasına xeyri olan, nə də axirətində onunçün əcr yazılan sözlər danışan insandan heyrətə gəlirəm.»(Ğurərul-Hikəm, hədis 6283 )
    5589. İmam Əli (ə): «Məbada, naqqallıq edəsən. Çünki kim çox danışan olsa, günahları çox olar.»(Ğurərul-Hikəm, hədis 2637 )
    5590. İmam Hüseyn (ə) (İbn Abbasa xitabən):–«Heç vaxt boş söz danışma. Çünki sənin üçün günahından qorxuram. Sözünün təsiri olacağını görmədiyin halda heç vaxt xeyirli söz də danışma.»(Biharul-Ənvar, c. 78, səh. 127, hədis, 10 )
    5591. İmam Sadiq (ə): «Bilikli insan çox danışmaz.»(Müstədrəkul-vəsail, c. 9, səh. 33, hədis 10127 )
    1601. Çox danışmağın pislənilməsi.
    5592. İmam Əli (ə): «Çox danışmaqdan çəkin ki, o sənin gizlin eyblərini aşkara çıxarar və düşmənlərinin sakitləşmiş kinlərini sənə qarşı qızışdırar.»(Ğurərul-Hikəm, hədis 2720 )
    5593. İmam Əli (ə): «Xoş o kimsənin halına ki, …malını çox bağışladı və dilini çox danışmaqdan gözlədi.»(Nəhcül-Bəlağə, hikmət 123 )
    1602. Çox danışmağın qadağan olunması.
    5594. Xızır (ə) (Musaya (ə) tövsiyələrindən):–«Heç vaxt boş və çoxdanışan olma! Çünki çox danışmaq bilikləri ləkələyər və quşbeyinlərin pisliklərini aşkar edər.»(Kənzul-Ummal, hədis 44176 )
    5595. Allahın Peyğəmbəri (s): «Allahı xatırlamaqdan qeyri halda çox söz danışma. Çünki Allahı xatırlamaqdan qeyri çox danışmaq ürəyin bərkiməsinə səbəb olur. Allahdan ən uzaq insan isə ürəyi bərk insanlardır.»(Əmali ət-Tusi, səh. 3, hədis 1 )
    5596. İmam Əli (ə): «Məbada, çox danışasan. Çünki büdrəyişləri artırar və əziyyət gətirər.»(Ğurərul-Hikəm, hədis 2680 )
    5597. İmam Əli (ə): «Ağıl kamilləşəndə söz danışmaq azalar.»(Biharul-Ənvar, c. 71, səh. 290, hədis 26 )
    5598. İmam Əli (ə): «Nə qədər ki, sözü dilinə gətirməmisən sənin əsirindir. Elə ki, dilinə gətirdin, sən sözün əsiri olursan. Qızıl-gümüşünü xəzinədə saxladığın kimi, dilini də (ağzının xəzinəsində) saxla. Çünki nə qədər söz var ki, neməti əldən çıxarmış və qəzəb, cəza gətirmişdir.»(Nəhcül-Bəlağə, hikmət 381. )
    5599. İmam Əli (ə): «Söz danışdınsa, həmin söz sənin sahibindir. Sözü saxlasan, o sənin ixtiyarında olar.»(Ğurərul-Hikəm, hədis 4084 )
    5600. İmam Əli (ə): «Kimsə öz sözlərinin əməlləri sırasında olduğunu (və sorğu-sualı olacağını) bilsə, onun sözləri faydalı olan saya qədər azalar.»(Nəhcül-Bəlağə, hikmət 349 )
    5601. İmam Əli (ə): «Bilmədiyini danışma. Hətta tam bilmədiyini də demə. Çünki Allah sənin bütün bədən üzvlərin üçün vacib əməllər müəyyən etmişdir və qiyamət günü onların vasitəsilə sənin əleyhinə sübutlar gətirəcəkdir.»(Nəhcül-Bəlağə, hikmət 382 )
    5602. İmam Əli (ə): «Söz də dərman kimidir. Azı xeyirli olar, çoxu isə öldürər.»(Ğurərul-Hikəm, hədis2182 )
    5603. İmam Əli (ə): «Söz iki murdar xislətin arasındadır: çox danışmaq və az danışmaq. Çünki çox danışmaq boş danışmaqla nəticələnir, az danışmaq isə nitq söyləməkdə acizliyin göstəricisidir.»(Ğurərul-Hikəm, hədis1854 )
    5604. İmam Baqir (ə): «Mən insanın dilinin biliyindən çox olmasını xoşlamıram. Necə ki, onun biliyinin ağlından çox olmasını da istəmi¬rəm.»(Nəhcül-Bəlağə,nin şərhi, c.7, səh.92 )
    5605. İmam Hadi (ə): «Nadan, öz dilinin əsiridir.»(əd-Durrətul Bahirə, səh.41  )
    1603. Sözün və sükutun fəziləti.
    5606. İmam Səccad (ə) («Danışmaq üstündür, yoxsa susmaq» haqda suala cavabından): «Bunlardan hər ikisinin afəti var. Hər ikisi eyblərdən uzaq olsa, onda söz danışmaq sakit qalmaqdan üstün olar.» Ərz edildi: «Neçə, yabnə Rəsulallah!» Buyurdu: «Çünki Allah öz peyğəmbər və vəsilərini sükutla deyil, əksinə söz və danışıqla göndərmişdir. Nə cənnət kimsəyə sükuta görə layiq olub, nə də vilayət və Allahla dostluq kimsəyə vacib olub. Nə də kimsə sükutla oddan uzaqlaşıb. Bütün bunların hamısı sözlə əldə olunub.»(Biharul-Ənvar, c.71 , səh. 274, hədis1 )
    5607. İmam Sadiq (ə): «Söz cana rahatlıq verən, sükut isə ağıla aramlıq gətirəndir.»(Biharul-Ənvar, c.71 , səh.276, hədis 6 )
    1604. Süsmağın danışmaqdan üstünlüyü.
    5608. Loğman (ə) (Övladına xitabən): «Oğlum! Danışmağı gümüş sansan, susmağı qızıl bil.»(əl-Kafi, c. 2, səh.114, hədis 6 )
    5609. Allahın Peyğəmbəri (s): «Bilikli insanın öz elmini bəyan etmədən sakit oturması yaraşan deyil. Nadana da nadanlığına görə sakit qalmaq yaraşmaz. Allah-taala buyurmuşdur: Əgər bilmirsinizsə, bilənlərdən soruşun.»(Nəhl, ayə 43 )
    5610. Allahın Peyğəmbəri (s): «Susmaq (əməlləri yazan mələklərə) imla deməkdən, yaxşıları imla demək isə susmaqdan daha yaxşıdır.»(Biharul-Ənvar, c.71, səh.294, hədis 64 )
    5611. İmam Əli (ə): «Dili hikmətə bağlamaqda bir xeyir yoxdur. Necə ki, nadancasına söz danışmaqda da bir xeyir yoxdur.»(Nəhcül-Bəlağə,nin şərhi, c.19, səh. 9 )
    5612. İmam Əli (ə): «Düşünməyə bir şey olmayan hər bir sükut qəflətdir.»(Biharul-Ənvar, c.71, səh.275, hədis2 )
    5613. İmam Əli (ə): «Sənə vüqar bəxş edən sükut, sənə ar paltarı geydirəcək danışmaqdan yaxşıdır.»(Ğurərul-Hikəm, hədis5867 )
    5614. İmam Sadiq (ə): «Mömin bəndə, sakit oluncaya qədər xeyir əməl sahibi kimi qəbul olunur. Ancaq söz danışmağa başlayanda, ya xeyir əməl, ya da pis əməl sahibi kimi müəyyənləşir.»(əl-Kafi, c. 2, səh.116, hədis21 )
    1605. Ən yaxşı söz.
    5615. Allahın Peyğəmbəri (s): «Ən yaxşı söz Allahın sözüdür.»(Sunənun- Nəsaiyi, c.3, səh.58 )
    5616. İmam Əli (ə): «Ən yaxşı söz odur ki, qulaqlar onu eşitməkdən inciyib bezməsin, qavranışı isə düşüncələri əziyyətə salmasın.»(Ğurərul-Hikəm, hədis3371 )
    5617. İmam Əli (ə): «Ən yaxşı söz odur ki, gözəl yığcamlıqla (gözəl yazılış və tərkiblə) bəzədilmiş olsun, hamı onu başa düşsün.»(Ğurərul-Hikəm, hədis3304 )
    5618. İmam Əli (ə): «Ən yaxşı söz odur ki, nə (uzun olsun) əziyyət gətirsin, nə də az olsun (şübhələri artırsın).»(Ğurərul-Hikəm, hədis 4969 )
    1606. Gözəl danışığın dəyəri və üstünlüyü.
    Quran:
    «Camaatla yaxşı (dillə) danışın.»(Bəqərə, ayə 83. )
    «Və bəndələrinə de ki, daha yaxşı olanları söyləsinlər. Həqiqətən, şeytan onların arasını vurar. Doğrusu, şeytan insanın açıq-aşkar düşmənidir.»(İsra, ayə 53. )
    Hədis:
    5619. Allahın Peyğəmbəri (s) («Ən üstün iş hansıdır?» deyə soruşan kişiyə cavabından): «Xörək vermək və gözəl danışıq.»(Biharul-Ənvar, c.71, səh.312, hədis12 )
    5620. İmam Səccad (ə): «Gözəl danışıq var-dövləti artırar, ruzini çoxaldar, əcəlini gecikdirər, insanı ailəsinin yanında sevimli edər və (həmin şəxsi) cənnətə aparar.»(Əmali Səduq, səh.12, hədis 1 )
    5621. İmam Baqir (ə) («Camaatla yaxşı (dillə) danışın» ayəsi haqda):– «Sizin barənizdə deyilməsni istədiyiniz ən yaxşı sözləri camaata deyin.»(əl-Kafi, c.2, səh.165, hədis 10)
    5622. İmam Baqir (ə): «Ey şiə dəstəsi! Bizim zirvəmiz olun, eyb və rüsvayçılığımıza səbəb olmayın. Camaatla yaxşı danışın və dilinizi saxlayın. Onları çox danışmaqdan, çirkin sözlərdən saxlayın.»(Əmali Səduq, səh.327, hədis 17 )
    350 Kamal
    1607. Kamal.
    5623. İmam Əli (ə): «Ağıllı insan kamal istər, nadan isə var-dövlət axtarar.»(Ğurərul-Hikəm, hədis579 )
    5624. İmam Əli (ə): «İnsanın kamalının və ağlının çoxluğunun nişanəsi, öz nöqsanından xəbərdar olmasıdır.»(Ğurərul-Hikəm, hədis9442 )
    5625. İmam Əli (ə): «Kamal dünyada tapılan deyil.»(Ğurərul-Hikəm, hədis331 )
    5626. İmam Əli (ə): «Kişinin kamalı altı xislətdədir: Onun iki kiçik üzvü, iki böyük üzvü və iki heyəti. İki kiçik üzvü ürəyi və dilidir. Döyüşsə ürəyi ilə döyüşər, danışsa dili ilə danışar. İki böyük üzvü ağıl və səylərdir. Onun iki heyəti isə malı və camalıdır.»(Məanil Əxbar, səh.150, hədis 1 )
    5627. İmam Əli (ə): «İnsanın kamalı onun ağlıdır.»(Ğurərul-Hikəm, hədis7244 )
    5628. İmam Əli (ə): «Ona yaraşmayanı kənara qoymaq, insanın kamalındandır.»(Əlamuddin, səh.292)
    5629. İmam Əli (ə): «Həya libasını gey və vəfadarlıq zirehini əyninə keçir. Qardaşlığı saxla və qadınlarla az söhbət et ki, yüksək məqamın kamilləşsin.»(Ğurərul-Hikəm, hədis4536 )
    5630. İmam Baqir (ə): «Həqiqi kamal dini başa düşmək, ağır bəla müqabilində dözüm və məişətində əndazəni saxlamaqdan ibarətdir.»(Biharul-Ənvar, c.78, səh.172, hədis 3 )
    5631. İmam Sadiq (ə): «Üç xislət var ki, hər kimə ruzi olunsa kamilləşər: ağıllılıq, gözəllik və gözəl danışıq.»(Tuhəful-Uqul, səh.320  )
    351 Zirəklik
    1608. Zirək.
    5632. Allahın Peyğəmbəri (s): «Zirək odur ki, öz nəfsini pisləsin və ölümdən sonrası üçün iş görsün.»(Məkarimul-Əxlaq, c.2, səh.368, hədis2661 )
    5633. Allahın Peyğəmbəri (s) («Möminlərin ən zirəyi kimdir? sualına cavabından):–«Onlardan, ölümü daha çox xatırlayan və özünü ona hazırlayanıdır.»(v)
    5634. Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir.»(Biharul-Ənvar, c.77, səh.115, hədis8 )
    5635. Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi odur ki, öz nəfsinin hesab-kitabını apara, ölümdən sonra üçün çalışa. Axmaqların axmağı isə odur ki, öz nəfsinə tabe ola və Allahdan diləklər diləyə.»(Biharul-Ənvar, c.77, səh.92, hədis250 )
    5636. İmam Əli (ə): «Zirək odur ki, özünü tanısın və əməlini (Allaha xatir) xalisləşdirsin.»(Ğurərul-Hikəm, hədis1139 )
    5637. İmam Əli (ə): «Zirək odur ki, bu günü dünənindən yaxşı olsun və özünü pislənilməkdən saxlasın.»(Ğurərul-Hikəm, hədis1797 )
    5638. İmam Əli (ə) (İnsanların ən zirəyi haqda suala cavabından): «Öz doğru yolunu azğınlıqdan ayırd etsin və öz qurtuluşuna üz tutsun.»(Biharul-Ənvar, c.77, səh.378, hədis1 )
    5639. İmam Əli (ə): «Sizlərin ən zirəyi, sizlərin ən ibadətkarıdır.»(Ğurərul-Hikəm, hədis2839 )
    352 Geyim
    1609. Geyim
    Quran:
    «Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtmək üçün paltar, eləcə də gözəl və yumşaq geyimlər göndərdik. Təğva libası sizin üçün daha yaxşıdır. Bu Allahın nişanələrindəndir ki, bəlkə öyüd alasınız.»(Əraf, ayə26. )
    Hədis:
    5640. Allahın Peyğəmbəri (s): «Özünüzlə paltar götürün və çılpaq yol getməyin.»(Kənzul-Ummal, hədis 21106 )
    5641. Allahın Peyğəmbəri (s): «Ağ paltar geyinin! Çünki ağ paltar daha yaxşı və daha təmizdir. Öz ölülərinizi də ağ parça ilə kəfənləyin.»(əl-Kafi, c.6, səh.445, hədis2 )
    5642. Allahın Peyğəmbəri (s): «Pambıq parça geyinin. Çünki o Allahın Peyğəmbərinin (s) və bizim paltarımızdır.»(əl-Kafi, c.2, səh.450, hədis2 )
    5643. İmam Sadiq (ə): «Kətan peyğəmbərlərin paltarlarındandır və əti böyüdər.»(əl-Kafi, c.2, səh.449, hədis1 )
    1610. Geyimdə mötədillik.
    5644. «Kənzul Ümmal»: «Allahın Peyğəmbəri (s) iki şeyə görə şöhrəti qadağan etmişdir: paltarın nazikliyinə və qalınlığına, onun yumşaqlığına və xovluluğuna, uzunluğuna və qısalığına görə. Bu xüsusiyyətlərin arasındakı orta həddə riayət etmək lazımdır.»(Kənzul-Ummal, hədis 41172 )
    5645. İmam Sadiq (ə): «Əli (ə) yunla yamanmış iri kərbasi parçadan paltar geyinərdi və camaata xütbə oxuyardı. Bununla əlaqədar Həzrətə irad tutduqda İmam (ə) buyurmuşdur: Bu paltar qəlbdə təvazökarlıq oyadar və mömin ondan nümunə götürər.»(Biharul-Ənvar, c.79, səh.312 , hədis14 )
    5646. İmam Sadiq (ə): «Var-dövlət Allaha məxsusdur və onları insanın yanında əmanət qoymuş, insanlara mötədilliklə yeməklərinə və mötədilliklə geymələrinə icazə vermişdir.»(Biharul-Ənvar, c.79, səh.304, hədis17 )
    1611. Hər zamanın ən gözəl paltarı, həmin zəmanə camaatının paltarıdır.
    5647. Həmmad ibn Osman: «İmam Sadiqin (ə) yanında idim ki, bir kişi Həzrətə ərz etdi: «Allah sənə məsləhət bilər! Yadına saldınmı ki, Əli ibn Əbutalib (ə) cod paltar geyinər, əynində dörd dirhəmlik köynək olardı və s. Ancaq görürük ki, siz gözəl paltar geyinmisiniz.»
    Həzrət ona buyurdu: «Əli ibn Əbutalıb (ə) o paltarları ayıb sayılmadığı vaxt geyinərdi. Əgər həmin paltarları bu gün geyinsəydi, məşhurlaşardı. Deməli, hər vaxtın ən yaxşı paltarı həmin zəmanə əhlinin geyimidir. Ancaq bizim qaimimiz zühür edəndə Əli (ə) kimi geyinəcək və o Həzrət kimi rəftar edəcək.»(əl-Kafi, c.6, səh.444 , hədis15 )
    5648. Süfyan Sauri: «İmam Sadiqə (ə) ərz etdim: «Siz rəvayət edirsiniz ki, Əli ibn Əbutalib (ə) cod paltar geyinərdi, ancaq özünüz quhi(Quhi parçası – Kermanda toxunan parça növüdür.) və mərəv parçadan paltar geyinirsiniz.» O Həzrət buyurdu: «Vay olsun sənə! Əli ibn Əbutalib çətin və kasıb şəraitdə yaşayırdı. Zəmanədə bir yaxşılaşma olanda, ruzigarın yaxşıları həmin inkişafdan faydalanmağa layiqdirlər.»(Məkarimul-Əxlaq, c.1, səh.220, hədis 648 )
    5649. İmam Rza (ə): «Mənim imkansız dostlarım, yun parça üzərində oturmağımı, zəmanə bunları qəbul etmədiyi halda cod paltar geyinməyimi istəyirlər.»(Məkarimul-Əxlaq, c.1, səh.218, hədis 642 )
    5650. Əbi Əbbad: «Həzrəti Rza (ə) yayda qamış həsirin, qışda isə palazın üstündə əyləşərdi. Paltarları cod parçadan olsa da, camaat içinə çıxanda özünü bəzəyərdi.»(Uyunul-Əxbari Rza (ə), c.2, səh.187, hədis1)
    1612. Əmmamə.
    5651. Allahın Peyğəmbəri (s): «Əmmamələr ərəblərin taclarıdır.»(əl-Kafi, c.6, səh.461, hədis5 )
    5652. Allahın Peyğəmbəri (s): «Gülər üzlə və əmmamə ilə məscidə gəlin. Çünki əmmamələr müsəlmanların taclarıdır.»(Kənzul- Ummal, hədis 41143)
    5653. Cabir: «Allahın Peyğəmbəri (s) Məkkənin fəth olunduğu il, başında qara əmmamə Məkkəyə daxil oldu.»(Sunəne Əbi Davud, hədis 4076)
    5654. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) öz əli ilə Əlinin (ə) başına əmmamə qoydu və qabaqdan onun qanadını bağladı, arxadan isə dörd barmaq qədər qısaltdı və buyurdu: Arxaya bax. Əli (ə) arxaya döndü. Buyurdu: Üzünü mənə tərəf tut. Əli üzünü Peyğəmbərə tərəf tutdu. Allahın Peyğəmbəri buyurdu: Mələklərin tacları belədir.»(əl-Kafi, c.6 , səh.461 , hədis 4 )
    1613. Qadağan olunmuş geyimlər.
    5655. Allahın Peyğəmbəri (s): «İpək paltar və qızıl taxmaq mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.»(Kənzul-Ummal, hədis41210)
    5656. Allahın Peyğəmbəri (s): «Kimsə camaatın ona baxması üçün bahalı paltar geyinərsə, o paltarı əynindən çıxarmayana qədər Allah ona nəzər salmaz.»(Kənzul-Ummal , hədis 41203)
    5657. İmam Sadiq (ə): «Kişi müharibədən qeyri vaxt, ipək və diba parçadan paltar geyinməməlidir.»(əl-Kafi, c.6 , səh.453 , hədis 1 )
    353 Tərslik
    1614. Tərslik.
    5658. Allahın Peyğəmbəri (s): «Tərslikdən çəkin! Çünki onun ilki nadanlıq, sonu isə peşmançılıqdır.»(Tuhəful-Uqul, səh.14 )
    5659. İmam Əli (ə): «Tərslik düşüncəni kəsər.»(Nəhcül-Bəlağə, hikmət 179 )
    5660. İmam Əli (ə): «Tərs adamın fikri və düşüncəsi yoxdur.»(Ğurərul-Hikəm, hədis 887 )
    5661. İmam Əli (ə): «Tərs adamın uzaqgörənliyi olmaz.»(Ğurərul-Hikəm, hədis 7487 )
    5662. İmam Əli (ə): «Tərslik müharibələr törədər və qəlbləri kinli edər.»(Ğurərul-Hikəm, hədis 1718)
    5663. İmam Əli (ə): «Məbada tərslik atı səni ölümə atsın.»(Biharul-Ənvar, c.77, səh.208, hədis1)
    5664. İmam Əli (ə): «Məbada tərslik atı dikbaşlıq edib səni təhlükələrə tərəf aparsın.»(Nəhcül-Bəlağə, məktub 31)
    5665. İmam Əli (ə): «Tərslikdən çəkin ki, onda üzü-üstə dəyməkdən xilas olasan.»(Biharul-Ənvar, c.78 , səh.10, hədis 68)
    5666. İmam Əli (ə): «Danlamaqda ifrata varmaq tərslik alovunu şölələndirər.»(Biharul-Ənvar, c.77, səh.212, hədis1 )
    5667. İmam Əli (ə): «Xasiyyətlərin ən yaxşısı, onların tərslikdən ən uzaq olanıdır.»(Ğurərul-Hikəm, hədis4975)
    5668. İmam Əli (ə): «Tərslik edən və bu tərslikdə israrlı olan, Allahın qəlbinə (qəflətdən) pərdə çəkdiyi, başının üstünü ağır hadisələrin haqladığı bəxtidönmüşdür.»(Nəhcül-Bəlağə, məktub58.)
    5669. İmam Əli (ə): «Vaxtı çatmamış işlərdə tələsməkdən, vaxtı çatanda iş görməkdə lənglikdən, onlar mübhəm olanda və tanınmayanda tərslikdən, aşkar və aydın olanda onlarda süstlükdən çəkin. Buna görə də hər şeyi öz yerinə qoy.»(Nəhcül-Bəlağə, məktub53 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1601 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024