İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    361 Qadın
    1630. Quranda qadınla kişinin bərabər olması.
    5747. Məqatil bin Həyyan: «Əsma bint Umeys öz əri Cəfər ibn Əbutaliblə Həbəşistandan qayıdandan sonra Allahın Peyğəmbərinin (s) arvadlarının yanına gedib dedi: «Bizim (qadınlar) barədə də Quranda bir şey varmı?» Dedilər: «Yox.» Əsma Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: «Ey Allahın Peyğəmbəri, qadınlar məhrum və uduzmuşlardır!» Buyurdu: «Nəyə görə?» Ərz etdi: «Çünki onları kişilər kimi yaxşılıqla xatırlamırlar.» Sonra Allah-taala bu ayəni «Həqiqətən, Allah müsəlman kişilər və qadınlar…»(əd-Durətul-Mənsur, c.2, səh.518) ayəsini nazil etdi?»(ət-Tərğib-vət-Tərhib, c.3, səh.76, hədis 6 )
    5748. əd-Durrul-Mənsur: «Beyhəqi Yəzid Ənsarinin qızı Əsmadan nəql edir ki, o, səhabələri ilə əyləşmiş Peyğəmbərin (s) yanına gəlib dedi: Atam, anam sənə fəda olsun! Mən qadınların təmsilçisi kimi sizin yanınıza gəlmişəm sənə fəda olum, bilirəm ki, dünyanın şərqində və qərbində elə bir qadın yoxdur ki, mənim sözlərimi eşidəndə mənimlə həmrəy olmasın. Allah səni haqdan, qadınlara və kişilərə göndərdi və biz də sənə və səni göndərən Allaha iman gətirdik. Biz qadın tayfası məhdud və hasarlıyıq, sizin evinizin bir əşyasıyıq və sizin istəklərinizi yerinə yetirir, övladlarınıza hamilə oluruq. Ancaq siz kişilərin bizdən üstünlükləri var. Məsələn, cümə və camaat namazları qılır, xəstələri yoluxmağa gedir, dəfn mərasimlərində iştirak edir, dalbadal həccə gedirsiniz. Bunlardan ən üstünü isə Allah yolunda cihaddır. Siz kişilər həcc və ya ümrə ziyarəti, yaxud Allah yolunda cihad üçün evdən bayıra çıxanda biz sizin mallarınızı qoruyur, paltarlarınızın parçasını toxuyur, övladlarınıza tərbiyə veririk. Bəs, ey Allahın Peyğəmbəri əcr və savabda necə sizlərə şərik deyilikmi?
    Peyğəmbər (s) üzünü bütünlüklə səhabələrinə tutub buyurdu: İndiyə qədər bir qadının öz dini işlərinə aid suallar haqda belə gözəl danışdığını eşitmişdinizmi? Ərz etdilər: Ey Allahın Peyğəmbəri, qadının bu pilləyə qədər gəlib çatacağını güman etməzdik!
    Sonra Peyğəmbər (s) üzünü Əsmaya tutub buyurdu: Ey qadın, qayıt və səni nümayəndə kimi göndərənlərə de ki, siz qadınların hər birinin ərinə yaxşı baxmağı, ərini özündən razı salmağı, onun (hər hansı bir işdə) müvafiq fikrinə tabe olmağı (kişilər üçün adını çəkdiyin) bütün bu işlərə bərabərdir. Əsma sevincindən təhlil (La ilahə illəllah demək) və təkbir (Allahu Əkbər) deyə-deyə qayıtdı.»(Nəhcül-Bəlağə, hikmət 234 )
    5749. Əbu Səid Xudrı: «Bir qadın Allahın Reyğəmbərinin (s) yanına gəlib ərz etdi: Ey Rəsuləllah! Kişilər Sizin sözlərinizdən faydalanırlar. Bir gün də bizimçün təyin et ki, hüzurunuza gələk və Allahın sizə öyrətdiyindən bizə də öyrədəsən. Peyğəmbər buyurdu: Filan gün, filan yerdə toplaşın. Qadınlar təyin olunan gün toplaşdılar və Peyğəmbər (s) onların yanına gedib Allahın təlimlərini onlara öyrətdi.»(Səhihe-Buxari, hədis 4163 )
    1631. Qadınların ən yaxşı xislətləri
    5750. İmam Əli (ə): «Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir: Qürur, qorxaqlıq və xəsislik. Çünki qadın məğrur olsa özünü (naməhrəmin) ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin malını saxlayar, qorxaq olsa başına gələn (bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar.»(Tuhəful-Uqul, səh.35  )
    1632. İdarəçiliyin qadına tapşırılmasının qadağan olunması5751. Allahın Peyğəmbəri (s): «Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz.»(Nəhcül-Bəlağə, məktub 31. )
    5752. Allahın Peyğəmbəri (s): «Öz işini qadına tapşıran camaat heç vaxt qurtuluşun üzünü görməz.»(Nəvadirul-Ravəndi, səh.12  )
    5753. İmam Əli (ə): «Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür. Onu əzizləməkdə də həddini aşma və elə eləmə ki, (sənin yanında) kimisə şəfaət etməyə cürət etsin.»(Mustətrəfatus-Səraer, səh.143, hədis8 )
    1633. Qadını sevməyin təriflənməsi
    5754. Allahın Peyğəmbəri (s): «Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar.»(əl-Kafi, c. 5, səh.320 , hədis 1)
    5755. İmam Sadiq (ə): «Kimin bizə məhəbbəti artarsa, qadın və halvaya məhəbbəti də artar.»(əl-Kafi, c.5, səh.515, hədis5 )
    5756. İmam Sadiq (ə): «Qadın sevgisi peyğəmbərlərin (s) əxlaqındandır.»(əl-Xisal, səh.113 , hədis 91 )
    1634. Qadın sevgisinin pislənilməsi
    5757. Allahın Peyğəmbəri: «İblisin qadınlardan və qəzəbdən böyük ordusu yoxdur.»(Ğurərul-Hikəm, hədis2721 )
    5758. İmam Əli (ə): «Fitnələr üç növdür: Qadın sevgisi; bu şeytanın qılıncıdır… Kim qadın sevən olsa həyatından bəhrə götürməz.»(Kənzul-Ummal,hədis 8763 )
    5759. İmam Əli (ə): «Qadınlara məftun olmaqdan və dünya ləzzətlərinə hərislikdən çəkin. Çünki qadınlara məftun olan əziyyət və möhnət içində, ləzzətlərə həris olan isə xar olar.»(Tuhəful-Uqul, səh. 223 )
    362 Mərdlik
    1635. Mərdliyin izahı.
    5760. Allahın Peyğəmbəri (s) (Səqif qəbiləsindən olan bir kişiyə): «Ey Səqifli kişi! Sizlərdə mərdlik nə ilə ölçülür?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! İnsaflı olmaq və islah etməklə.» Həzrət buyurdu: «Bizdə də belədir.»(Tuhəful-Uqul, səh. 223 )
    5761. İmam Əli (ə) («Mərdlik nədir?» sualına cavabından): «Aşkarda görməyə xəcalət çəkdiyin işi gizlində də görməyəsən.»(Ğurərul-Hikəm, hədis4201 )
    5762. İmam Əli (ə): «Dinində fəqih və bilən, həyatında mötədil, qarşılaşdığı ağır hadisələrdə dözümlü olmayana, qardaşlarının acısı ona şirin gəlməyənə qədər kişinin mərdliyi kamil olmaz.»(Ğurərul-Hikəm, hədis4224 )
    5763. İmam Əli (ə): «Mərdlik mülayimlik və xoş rəftarla kamilləşər.»(Tuhəful-Uqul, səh. 225 )
    5764. İmam Əli (ə): «Mərdlik sədaqət və doğruluqla kamilləşər.»(ət-Tərğib vət-Tərhib, c.4, səh. 293 , hədis 56 )
    5765. İmam Həsən (ə) (mərdlik barədə suala cavabından): «Dinin qorunması, insanın izzəti, yumşaqlıq, yaxşı və xeyir işlərdə davamlılıq, haqqı qaytarmaq və camaatla dostluqdur.»
    5766. İmam Sadiq (ə) (mərdlik barədə suala cavabından): «Allahın səni qadağan etdiyi yerdə görməməsi, əmr etdiyi yerlərdə tapmasıdır.»(Ğurərul-Hikəm, hədis1636 )
    363 Xəstəlik
    1636. Xəstəlik
    5767. Allahın Peyğəmbəri: «Xəstə şəxsin günahları ağacın yarpaqlarıtək tökülər.»(əl-Kafi, c.3, səh.114 , hədis6  )
    5768. İmam Əli (ə): «Xəstəlik iki zindandan biridir»(əl-Kafi, c.7, səh.114 , hədis7 )
    5769. İmam Baqir ya İmam Sadiq (ə): «Bir gecəni xəstəlikdən və ya ağrıdan yatmamağın əcri bir ilin ibadətindən daha üstündür.»(Mustədrəkul-Vəsail, c.2, səh.68 , hədis1435 )
    5770. İmam Kazim (ə): «Mömin xəstələndikdə Allah onun sol çiynindəki mələyə vəhy buyurar ki, həbsdə və mənim bəndimdə olduğu müddətdə bəndəm üçün heç bir günah yazma! Sağ çiynindəki mələyə də vəhy buyurar ki, bəndəm sağlam olduğu vaxt yazdığın xeyir əməlləri onunçun yaz.»(əl-Kafi, c.3, səh.115 , hədis1 )
    1637. Xəstəliyi gizli saxlamaq.
    5771. Allahın Peyğəmbəri: «Yaxşılıqların xəzinələrindən biri də müsibətləri, xəstəlik və sədəqələri gizli saxlamaqdır.»(əl-Xisal, səh.630, hədis10 )
    5772. Allahın Peyğəmbəri: «Kim üç gun xəstə olsa və ondan yoluxa bilənlərin heç birinə şikayətlənməsə, qanını, sümüyünü daha yaxşı qan və sümüklə əvəz edər. Ona sağlamlıq bəxş etsəm, günahsız bir sağlıq verərəm. Canını alsam, onu Öz rəhmətimin kənarına apararam.»(Ğurərul-Hikəm, hədis8545 )
    5773. İmam Əli (ə): «Kim ona üz verən dərdi üç gün camaatdan gizlətsə və Allaha şikayət etsə, onun dərdini sağaltmaq Allahın işidir.»(Ğurərul-Hikəm, hədis8612 )
    5774. İmam Əli (ə): «Öz xəstəliyini həkimlərdən gizlədən, bədəninə xəyanət etmişdir.»(əd-Dəvat, səh.134 , hədis334 )
    5775. İmam Əli (ə): «Özünün gizlin dərdini gizlədən kimsə, təbibini onu müalicə etməkdə acız qoyar.»(Tənbihul-Xəvatir, c.2, səh.7  )
    1638.Ağrısızlıq dərdi.
    5776. «Əd-Dəvat»: «Davud (ə) deyərdi: İlahi! Nə məni ağırlaşdırıb yatağa salan xəstəlik, nə də məni (səni xatırlamaqda) qəflətə çəkən sağlamlığı deyil, bunların arasındakı bir həddi (nəsibim et).»(əd-Dəvat, səh.172, hədis482)_
    5777. Allahın Peyğəmbəri: «Sağlam qalmaq üçün ağrı kifayət edər.»(Muşkatul- Ənvar, səh.280)
    5778. Allahın Peyğəmbəri: «Allah canına və malına bir ziyan çatmayan divsifət, murdar adama nifrət edər.»(Kənzul-Ummal , hədis25141 )
    5779. İmam Baqır (ə): «Bədən xəstələnməzsə, məst olar. Xəstəliyə düçar olmayan və məst bədəndə xeyir olmaz.»(ət-Tərğib və ət-Tərhib, c.4, səh.317 , hədis3 )
    1369. Xəstəni yoluxmaq.
    5780. Allahın Peyğəmbəri (s): «Xəstəni yoluxan (Allahın) rəhmətə bürünər.»(əl-Kafi, c.3, səh.120 , hədis2 )
    5781. Allahın Peyğəmbəri (s): «Allah qiyamət günü buyuracaq: Ey Adəm övladı! Mən xəstələndim, ancaq sən yoluxmağa gəlmədin? Ərz edəcəklər: Pərvərdigarə, sən dünyaların Rəbbi (və xəstələnmədiyin) olduğun halda necə Səni yoluxmadıq? Allah buyuracaq: Bəs bilmirdin ki, filan bəndəm xəstələndi və onu yoluxmadın? Məgər bilmirsənmi ki, onu yoluxmağa getsəydin Məni orada görəcəkdin?»(Kənzul-Ummal,hədis 25139 )
    5782. İmam Sadiq (ə): «Kim xəstəni yoluxmağa gedərsə, yetmiş min mələk onu müşayiət edər və öz mənzilinə qayıdana qədər onun bağışlanmasını diləyər.»(Kənzul-Ummal,hədis 25143 )
    1640. Yoluxmağın qaydaları.
    5783. Allahın Peyğəmbəri (s): «Ən yaxşı baş çəkmək odur ki, yüngül keçirilsin.»(əl-Kafi, c.3, səh.118 , hədis 6 )
    5784. Allahın Peyğəmbəri (s): «Xəstəni yoluxmağa gedin və dəfndə iştirak edin ki, axirəti sizin yadınıza salsın.»(əl-Kafi, c.3, səh.118, hədis 2 )
    5785. İmam Əli (ə): «Allah yanında ən yaxşı mükafat, xəstəni yoluxan elə kimsənindir ki, qardaşına baş çəkməyə getsə, onun yanında az müddət qalsın. Yalnız xəstənin özü bunu istəsin və daha çox qalmasını ondan xahiş etsin.»(əl-Kafi, c.3, səh.118, hədis4 )
    5786. İmam Sadiq (ə): «Xəstəyə baş çəkməyin vaxtı, dəvənin döşlərinin damarının dolması və ya sağılması müddəti qədər olmalıdır.»(əl-Kafi, c.3, səh.118, hədis3 )
    5787. İmam Sadiq (ə): «Kamil yoluxmaq budur ki, əlini xəstənin biləyinə qoyasan və tez bir zamanda onun qabağından qalxasan. Çünki axmaqların baş çəkməsi xəstə üçün öz dərdindən daha ağırdır.»(Munyətul-Murid, səh.171 )
    5788. «Munyətul Murid»: İmam Sadiqin (ə) tərəfdarlarından biri deyir: «Həzrətin dostlarından biri xəstələndi və biz, imamın dostlarından bir dəstə onu yoluxmağa getdik. Yolda İmam Sadiqlə (ə) rastlaşdıq. Bizdən soruşdu: Hara gedirsiniz? Ərz etdik ki, filankəsi yoluxmağa gedirik. Buyurdu: Daya-nın. Biz dayanlıq. Həzrət buyurdu: Sizlərdən kimsədə alma, heyva, turunc, bir az ətir və ya varmı? Ərz etdik ki, üstümüzdə belə şey yoxdur. Həzrət buyurdu: Məgər bilmirsinizmi ki, xəstə ona bir şey aparanda rahatlıq tapar.»(Əmali-Səduq, səh.28 , hədis4 )
    364 Çəkişmək
    1641. Çəkişmənin pislənməsi.
    5789. Allahın Peyğəmbəri (s): «Heç bir bəndə haqq onda olsa belə, çəkişmədən əl çəkməsə, imanın tam həqiqətinə çatmaz.»(əl-Kafi, c. 2, səh.300, hədis1 )
    5790. Allahın Peyğəmbəri (s): «İnsanların ən ibadətkarı, haqlı olsa belə, çəkişməni buraxandır.»(Nəhcül-Bəlağə, hikmət 362 )
    5791. İmam Əli (ə): «Çəkişmək və mübahisə etməkdən çəkinin! Çünki bu iki iş ürəklərdə qardaşlara qarşı xəstəlik yaradar və nifaq cücərdər.»(Ğurərul-Hikəm, hədis5634 )
    5792. İmam Əli (ə): «Kim öz abrını istəyirsə, çəkişməyi buraxmalıdır.»(Məaniəl-Əxbar, səh.381 , hədis9 )
    5793. İmam Əli (ə): «Altı nəfər var ki, onlarla çəkişmək lazım deyil: fəqih, rəis, alçaq adam, acıdil, qadın və uşaq.»(Əlamuddin, səh. 311  )
    5794. İmam Sadiq (ə): «İnsanın, haqlı olsa da çəkişməni buraxması…. təvazökarlıqdır.»(Tuhəful-Uqul, səh.486  )
    5795. İmam Hadi (ə): «Çəkişmək köhnə dostluğu da aradan götürər, möhkəm telləri bir-birindən qoparar. Onda olan ən azacıq şey, üstünlüyə çalışmaqdır və bunun özü əlaqənin kəsilməsinin başlıca amilidir.»(Nəhcül-Bəlağənin şərhi, c.6, səh.330  )
    5796. İmam Əskəri (ə): «Mübahisə etmə ki, hörmətin itər. Zarafat etmə ki, sənə qarşı həyasız olarlar.»(Tuhəful-Uqul, səh. 49  )
    365 Zarafat
    1642. Zarafatın təqdir olunması.
    5797. Allahın Peyğəmbəri (s): «Mən zarafat edirəm, ancaq haqqdan başqa bir şey demirəm.»(Vaqiə, ayə 36 )
    5798. Allahın Peyğəmbəri (s): «Mömin şən və zarafatcıl, münafiq isə qaşqabaqlı və acıqlı olar.»(Tənbihul-Xəvatir, c. 1, səh.112  )
    5799. «Tənbihul-Xəvatir»: Bir qoca qarı Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər ona buyurdu: «Qocalar cənnətə getməz.» Qoca qarı ağladı. Həzrət buyurdu: «Həmin gün sən qoca olmayacaqsan. Allah-taala buyurub ki, «Biz onları yaradılası kimi yaratdıq və onları gənc qızlar edəcəyik.(əl-Kafi, c. 2, səh.663 , hədis 4 )»(əl-Kafi, c. 2, səh.663 , hədis 2 )
    5800. İmam Baqır (ə): «Allah, camaat arasında zarafat və məzəli söhbət edəni sevir. Bir şərtlə ki, (onda) söyüş olmasın.»(əl-Kafi, c. 8, səh.663, hədis 3 )
    5801. İmam Sadiq (ə): «Elə bir mömin yoxdur ki, onda «duabə» olmasın.» (Rəvayətçi deyir). Ərz etdim: «Duabə nədir?» Buyurdu: «Zarafatcıllıq»(Məkarimul-Əxlaq, c.2, səh.321 , hədis 2656 )
    5802. İmam Baqir (ə) (Yunis Şeybaniyə xitabən): «Bir-birinizlə zarafat da edirsinizmi?» (Yunis deyir) Ərz etdim: «Bir az.» Buyurdu: «Belə etməyin. Çünki zarafat xoşbəxtlikdəndir və sən bu yolla qardaşını sevindirirsən. Allahın Peyğəmbəri (s) kimsəni sevindirmək üçün onunla zarafat edərdi.»(Əmali-Suduq, səh. 223, hədis 4 )
    1643. Zarafatın pislənilməsi.
    5803. Allahın Peyğəmbəri (s): «Ey Əli! Zarafat etmə ki, hörmət-ehtiramın aradan getməsin. Yalan da danışma ki, nuraniliyin itməsin.»(Nəhcül-Bəlağə, xütbə 450.)
    5804. Allahın Peyğəmbəri (s): «Çox zarafat etmək abrı aparar.»(Tuhəful-Uqul, səh. 86  )
    5805. İmam Əli (ə): «Əqlinin bir hissəsini çölə atandan başqa, heç kim zarafat etmədi.»(Biharul-Ənvar, c.77, səh. 235 , hədis 3 )
    5806. İmam Əli (ə): «Zarafatın yerində kin qalar.»(Tuhəful-Uqul, səh. 85 )
    5807. İmam Əli (ə): «Kim zarafat edərsə, yüngül olar.»(əl-Kafi, c. 2, səh.665 , hədis 15)
    5808. İmam Əli (ə): «Nə qədər çox zarafat var ki, mübahisə ilə nəticələnir.»(Əmali-Səduq, səh. 436 , hədis 3)
    5809. İmam Sadiq (ə): «Zarafat kiçik söyüşdür.»(əl-Kafi, c. 2, səh.664, hədis 9)
    5810. İmam Sadiq (ə): «Zarafat etmə! Çünki nuraniliyin aradan gedər.»(Ali-İmran, ayə 26. )
    5811. İmam Sadiq (ə): «Kimdən xoşun gəlsə, onunla nə zarafat et, nə də mübahisə.»(Nur, ayə 42. )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 966 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019