İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    366 Padşahlıq
    1644. Padşah.
    Quran:
    «De ki: Ey mülkün sahibi olan Allah! İstədiyin kimsəyə hakimiyyət verərsən, istədiyindən də geri alarsan. İstədiyin hər kəsə izzət bəxş edir və istədiyini xar edirsən. Bütün yaxşılıqlar Sənin əlindədir və Sən hər şeyə qadirsən.»(Kənzul-Ummal,hədis 45244 )
    «Göylərin və yerin hakimiyyəti Allahın əlindədir. (Hamının) Dönüş Allaha tərəfdir.»(Nəhcül-Bəlağə, xütbə 65. )
    Hədis:
    5812. Allahın Peyğəmbəri: (s) «Allahdan başqa kimsənin şah olmadığı halda şahlar şahı olduğunu iddia edənə Allahın qəzəbi ağır olar.»(Ğurərul-Hikəm, hədis10321 )
    5813. İmam Əli (ə): «Ondan (Allahdan) qeyri hər bir ağa, nökərdir.»(Ğurərul-Hikəm, hədis2184 )
    1645. Şahlarla ünsiyyət.
    5814. İmam Əli (ə): «Məbada, şahlarla çox gediş-gəlişin olsun! Çünki əgər onlarla həmsöhbət olsan səni kədərləndirərlər. Onlarla həmrəy olsan, sənə hiylə gələrlər.»(əl-Xisal, səh. 223, hədis 51)
    5815. Allahın Peyğəmbəri (s): «Şahların yanında məqamı olmaq, möhnət və əziyyətin açarı, fitnənin toxumudur.»(Ğurərul-Hikəm, hədis3206 )
    5816.İmam Sadiq (ə): «Dənizin qonşusu, padşahın dostu və sağlamlığın qiyməti yoxdur.»(Ğurərul-Hikəm, hədis5005 )
    1646. Hökmdarların ən yaxşısı.
    5817. İmam Əli (ə): «Hökmdarların ən yaxşısı, öz nəfsinə hökmran olanı və ədaləti yayandır.»(Ğurərul-Hikəm, hədis3261)
    5818. İmam Əli (ə): «Ən yaxşı padşah odur ki, zülmü öldürüb ədaləti diriltsin.»(Tuhəful-Uqul, səh. 319  )
    5819. İmam Əli (ə): «Şahların ən yaxşısı odur ki, camaat onun dövründə yaxşı həyat sürsün və öz ədalətini rəiyyəti arasında yaysın.»(Muşkatul- Ənvar, səh. 226 )
    5820. İmam Sadiq (ə): «Padşahların ən üstünü, bu üç xislətə sahib olanıdır: mehribanlıq, bağışlanmaq və ədalət.»(Ğurərul-Hikəm, hədis4940 )
    1647. Hökmranlıq (digər məsələlər).
    5821. Allahın Peyğəmbəri (s): «İnsanların ən bədbəxti padşahlardır.»(Ğurərul-Hikəm 3929, 3928 )
    5822. İmam Əli (ə): «Padşahların işi, qoşunundan əvvəl öz siyasəti və tərbiyəsi ilə məşğul olmaqdır.» (Ğurərul-Hikəm, hədis4118 )
    5823. İmam Əli (ə): «Hər kim öz hakimiyyətini dininə xidmətinə çevirsə, hər sultan ona müti olar. Kim öz dinini hakimiyyətinə xidmətə çevirsə, hər insan ona tamah salar.»(Ğurərul-Hikəm, hədis4118 )
    5824. İmam Əli (ə): «Padşahların eybi pis rəftar, vəzifələrin eybi isə pis fikirləridir»(Fatir, ayə 1 )
    5825. İmam Əli (ə): «Hakimiyyət ədalət üzərində qurularsa və ağıl sütunlarına söykənərsə, Allah onu sevənlərə kömək olar, düşmənlərini isə kimsəsiz qoyar.»(Nəhcül-Bəlağə, xütbə 91)
    367 Mələklər
    1648. Mələklərin yaradılması.Quran
    «Həmd olsun göyləri, yeri, iki, üç, dörd qanadlı mələkləri elçi göndərən Allaha! Məxluqatda istədiyini artırar. Çünki Allah hər şeyə qadirdir.»(əl-İxtisas, səh.109 )
    Hədis:
    5826. İmam Əli (ə): «Sonra Pak olan Allah öz səmalarında yerləşdirmək və Özünün uca qeyb aləminin səmasını abadlaşdırmaq üçün misli görünməmiş, heyrətamiz varlıqları, yəni mələkləri yaratdı.Mələklərin vasitəsilə səmaların geniş yollarının çatlarını doldurdu, səmaların fəzaları arasındakı məsafəni onlarla aşırıb daşırdı.»(Əmali-Tusi, səh.214 , hədis372 )
    5827. İmam Sadiq (ə): «Allah mələkləri nurdan yaratdı.»(Biharul-Ənvar, c.59, səh.176, hədis 7 )
    5828. İmam Sadiq (ə): «Allah mələklərdən daha çox olan heç bir varlıq yaratmamışdır.»(Nəhcül-Bəlağə, xütbə109 )
    5829. İmam Sadiq (ə): «Canım onun əlində olana and olsun ki, səmalarda olan mələklərin sayı yerdə olan torpağın (zərrələrinin) sayından çoxdur. Səmada bir qarış da yer yoxdur ki, orada mələklər Allaha təsbih deməsinlər. Yer üzündə elə bir ağac və torpaq yoxdur ki, ona təyin edilmiş bir mələk olmasın.»(Qommi təfsiri, c.2, səh.206 )
    1649. Mələklərin sifətləri.
    5830. İmam Əli (ə) (Mələkləri vəsf edərkən): «Onlar yaradılmışlardan Səni ən çox tanıyanı, Səndən ən çox qorxanı və Sənə ən yaxın olanlarıdır. Nə (kişilərin) bellərdə, nə də uşaqlıqlarda olmayıb, murdar sudan yaradılmayıb, ruzigarın hadisələrindən pərişan olmayıblar. Onlar Sənin yanındakı məqam və mənzillərinə, bütün vücudları Sənə eşq olmalarına, Sənə ibadətlərinin çoxluğuna, Sənin işlərindən qəflətlərinin azlığına baxmayaraq Sənin onlardan gizlin olan həqiqətlərini və zatını görsələr, şübhəsiz öz əməllərini kiçik sayarlar.»(Ənam, ayə 61 )
    5831. İmam Sadiq (ə): «Mələklər nə yeyir, nə içir və nə də evlənirlər. Onlar ərşin yeli ilə yaşayırlar.»(Rəd, ayə 11 )
    1650. Qoruyan mələklər.
    Quran
    «Bəndələrinə hakim (və qalib) olan Odur. Sizinçün gözətçilər göndərdi ki, birinizin ölümü çatanda onun canını alsın. Onlar bu işdə heç bir əksikliyə yol verməzlər.»(Biharul-Ənvar, c. 59, səh.179 , hədis16)
    Hədis:
    5832. İmam Baqir (ə) («İnsan üçün, onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar.»(İnfitar, ayə 10 )ayəsi haqda): «Allahın əmri ilə onu quyuya düşməkdən, ya başına divar uçmaqdan və ziyandan qoruyurlar. Ancaq elə ki, əcəli çatdı, onu əcəli ilə tək qoyub müqəddəratına doğru qovurlar. Bu təqib edənlər, onu gecələr qoruyan iki mələkdən və gündüzlər mühafizə edən iki mələkdən ibarətdir. Bu işi də növbə ilə görürlər.»(İnfitar, ayə 11 )
    5833. «Təfsirəl Qommi»: «Sizin üstünüzdə gözətçi mələklər»(Qommi təfsiri, c.2, səh.409) (Məsum (ə)) Buyurdu: «Yəni, insan üçün təyin olunmuş iki mələk, «yazan və çox hörmətli olan mələklər»(Nəvadirul-Rəvəndi, səh.40 ) vardır. (Yəni) Yaxşı və pis əməlləri yazan mələklərdir.»(əl-Kafi, c.3, səh.393, hədis26 )
    1651. Mələklərin girmədikləri evlər.
    5834. Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) mənim yanına gəlib dedi: Ey Məhəmməd! Dişlərinə misvak vurmadığınız, su ilə təharət etmədiyiniz və pis barmaqlarınızı yumadığınız halda, mələk necə yanına gəlsin?»(Mülk, ayə 2. )
    5835. İmam Baqir (ə): «Cəbrayıl dedi: Ey Allahın Peyğəmbəri! Biz orada insan təsviri olan otağa, sidik olan yerə və itin olduğu evə girmərik.»(Kənzul-Ummal,hədis 42123 )
    368 Ölüm
    1652. Ölüm
    Quran:
    (Allah) Ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın. O, izzət sahibi və bağışlayandır.»(Kənzul-Ummal,hədis 42721 )
    Hədis:
    5836. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə öldükdə onun qiyaməti başlayır. Ona görə də Allaha elə ibadət edin ki, sanki Onu görürsünüz və hər an Ondan rəhmət diləyirsiniz.»(Nəhcül-Bəlağə, 156. )
    5837. Allahın Peyğəmbəri (s): «Kim nə ilə (əməl və sifətlə) ölərsə, Allah da onu həmin şeylə dirildər.»(Ğurərul-Hikəm, hədis319 )
    5838. İmam Əli (ə): «Ölümlə (insanın) dünya başa çatır.»(Cümə, ayə 8 )
    5839. İmam Əli (ə): «Ölüm axirətin darvazasıdır.»(Əraf, ayə 34  )
    5840. İmam Sadiq (ə)(«De ki: Ondan qaçdığınız ölüm, mütləq öz vaxtında sizi haqlayacaq.»(əl-Kafi, c.3, səh.262, hədis44 ) ayəsi haqda): «İlləri sayırsan, sonra ayları, sonra da günləri sayırsan. Sonra saatları sayırsan, sonda da aldığın nəfəsləri. Əcəlləri çatanda nə bir saatını arxaya, nə də əvvələ ata bilməzlər.»(Biharul Ənvar, c.14 , səh.463 , hədis3 - Ali-İmran, ayə185)
    5841. İmam Sadiq (ə): «Keçmiş dövrlərdə bir dəstə insan öz peyğəmbərinə demişdi: «Dua et ki, Allah ölümü bizlərdən götürsün.» Həmin peyğəmbər da dua etdi və Allah ölümü onlardan götürdü. Sonra onlar o həddə artıb çoxalmağa başladılar ki, evləri darısqallıq etməyə başladı. Nəsilləri artdı. Səhər açılandan hər kəs öz ata-anasına, nənə-babasına, nənə babalarının ata-babalarına yemək verməklə, onları təmizləmək və onlara baxmaqla məşğul olurdu. Buna görə də işdən və qazancdan məhrum oldular. Sonra dedilər: «Allahından dilə ki, bizi əvvəlki halımıza qaytarsın.» Peyğəmbərləri də Allahdan xahiş etdi və Allah həmin camaatı əvvəlki halına qaytardı.»(Biharul- Ənvar, c.6, səh.137, hədis 40 )
    1653.Ölümə yəqinlik.
    Quran:
    «Hər canlı ölümü (dadını) dadacaqdır. Həqiqətən də, qiyamət günündə mükafatlarınız tam olaraq sizlərə veriləcək. Oddan uzaq saxlanılan və cənnətə aparılanlar mütləq muradına çatacaqdır. Dünya həyatı yalanla dolu, alçaq bir məhsuldan başqa bir şey deyil.»(Nəhcül-Bəlağə, məktub 31  )
    5842. İmam Əli (ə): «Elə bir imanla qarışıq yəqinlik görmədim ki, bu insan üçün şübhəyə daha oxşar olsun. O, hər gün ölülərin cənazəsini qəbrə müşayət edir, gora tapşırır və bununla belə aldadıcı dünyaya üz tutur, şəhvət və günahlardan əl çəkmir. Əgər, binəva Adəm övladının nə törətməyə bir günahı, işində hesab-kitabı olmasaydı belə, elə onun nizamını pozan, dəstəsini pərən-pərən salan, övladlarını yetim qoyan ölümün özü, dünyadan uzaq durmasına layiq idi.»(Nəhcül-Bəlağə, məktub 27. )
    5843. İmam Əli (ə) (İmam Həsənə (ə) tövsiyəsindən):–«Ey oğlum! Bil ki, sən əslində dünya üçün deyil, axirət üçün yaradılmısan. Qalmaq üçün deyil, getməkçün və yatmaq üçün deyil, ölmək üçün xəlq olunmusan. Sən köçüləsi bir mənzildə, davamsız, müvəqqəti verilən bir sarayda, axirət yolunun üstündəsən. Sən ölümdən (təqib etdiyi) fərarisən. Ölüm elədir ki, nə qaçanı onun çəngindən xilas olar, nə də axtardığı əlindən çıxar, əksinə məcburən ona çatar. Ona görə qorx ki, ölüm, onlara görə tövbə edəcəyini vəd verdiyin günahların başında səni haqlasın və səni tövbə etməyə qoymasın. Bu vaxt özünü məhv etmiş olarsan.»(Mən lə yəhzuhul fəqih, c.1, səh. 194, hədis 596 )
    5844. İmam Əli (ə): «Siz ölümün (təqib etdiyi) fərarilərisiz. Onunçün dayansanız sizi tutar, ondan qaçsanız da sizə çatar. O, sizin kölgənizdən sizə daha bitişikdir. Ölüm sizin alnınıza düyünlənmişdir.»(Nəhcül-Bəlağə, hikmət 29. )
    5845. İmam Sadiq (ə): «Allah ölüm kimi elə bir şey yaratmayıb ki, əmin olmalarına və onda heç bir şəkk-şübhənin olmadığı halda, (azacıq belə) əminliyin olmadığı şəkkə bənzəsin.»(Nəhcül-Bəlağə, hikmət 187. )
    1654. Köç vaxtı yaxındır.
    8546. İmam Əli (ə): «Sən həyata arxa çevirsən və ölüm sənə üz tutsa, görüş necə də tez müyəssər olar.»(Biharul- Ənvar, c.71, səh. 263, hədis 2 )
    5847. İmam Əli (ə): «(Dünyadan) Köç vaxtı yaxındır.»(Məanil-Əxbar, səh. 289, hədis 4 )
    5848. İmam Əli (ə): «Qeyblərdən heç nə ölüm qədər yaxın deyil.»(Məanil-Əxbar, səh. 289, hədis6 )
    1655. Ölümün izahı.
    5849. İmam Səccad (ə) («Ölüm nədir?» sualına cavabından): «(Ölüm) Mömin üçün çirkin, bit-birəli paltarlarını bədənindən çıxarmaq, ağır zəncir və halqaları çıxardaraq onları ən qiymətli, xoş ətirli paltarlarla, ən rahat yol gedən miniklərə və ən əmin-aman mənzillə dəyişməkdir. Kafir üçünsə, bədənindən qiymətli paltarı qoparıb atmaq, təhlükəsiz mənzillərdən köçmək və onları ən çirkin, ən cod paltarlarla, ən qorxunc mənzillər və ən böyük əzabla əvəz etməkdir.»(Məanil- Əxbar, səh. 289 , hədis 5 )
    5850. İmam Kazim (ə) (Ölüm yatağında uzanmış bir kişinin yanına gedərkən):«Ölüm, möminləri günahlarından təmizləyən bir saflaşdırıcıdır. Vücudunda olan son günahın kəffarəsi kimi ona çatır. Kafirləri də, yaxşılıqlarından təmizləyir və yaxşılığın son mükafatı kimi ona verilən son rahatlıq və asayişdir.»(Nəhl, ayə 32 )
    5851. İmam Cavad (ə) (Ölüm barədə suala cavabından): «Hər gecə sizin sorağınıza gələn, ancaq müddəti uzun olan yuxudur. İnsan, yalnız qiyamət günü bu yuxudan oyanar. Yuxusunda müxtəlif növ saysız-hesabsız şadlıqlar, saysız qorxu-vəhşət görənin, yuxuda şad olan və ya qorxuya düşənin halı necə olacaq? Budur ölüm. Belə isə, özünüzü ona hazırlayın.»(Kənzul-Ummal, hədis 42136 )
    1656. Möminin ölümü.
    Quran:
    «Mələklər canlarını pak olduqları halda aldıqları kəslərə deyərlər: Salam olsun sizlərə. Etdiyiniz əməllərə (mükafatına) görə cənnətə daxil olun.»»(Kənzul-Ummal, hədis 42110 )
    Hədis:
    5852. Allahın Peyğəmbəri (s): «Ölüm möminin xoş ətirli gül çələngidir.»(Yunis, ayə 64 )
    5853. Allahın Peyğəmbəri (s): «Ölüm möminin ərməganıdır.»(Biharul- Ənvar, c. 6, səh.191, hədis 36 )
    5854. İmam Sadiq (ə) («Dünya həyatında onlara müjdələr var»(Məanil-Əxbar, səh.289, hədis7 )ayəsi haqda): «Ölüm vaxtı Məhəmməd və Əli (ə) ona cənnət müjdəsini verərlər.»(Biharul Ənvar, c.82, səh.167, hədis 3 )
    5855. İmam Rza (ə) (Səbahələrindən bir kişiyə yoluxarkən): «Vəziyyətiniz necədir?» Ərz etdi: «Sizdən (gedəndən) sonra ölümü gördüm. (Məqsədi xəstəlikdən çəkdiyi şiddətli əzab-əziyyət idi).» Həzrət buyurdu: «Onu necə gördün?» Ərz etdi: «Ağır və əzablı idi.» Buyurdu: «Sən ölümü görməmisən. Ölümün xəbərçisini və onun bəzi xüsusiyyətlərini sənə tanıtdıran bir şeyi görmüsən.»(Kənzul-Ummal, hədis 42105)
    1657. Ölümü xatırlamaq.
    5856. Allahın Peyğəmbəri (s): «Xoşluqları viran qoyanı çox yada salın.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri. Xoşluqları viran qoyan nədir?» Buyurdu: «Ölüm. Möminlərin ən zirəyi ölümü daha çox yada salan və ona hazırlaşandır.»(Nəhcül-Bəlağə, məktub 31. )
    5857. Allahın Peyğəmbəri (s): «Ölümü çox xatırlayın. Ölümü çox xatırlayan elə bəndə yoxdur ki, Allah onun ürəyini canlandırıb ölümü ona asanlaşdırmasın.»(Biharul- Ənvar, c.6, səh.133, hədis 32 )
    5858. İmam Əli (ə) (əziz övladı İmam Həsənə (ə): «Övladım! Ölümü tez-tez yada sal. Ona ürcah olacağın və ölümdən sonra ona tərəf çəkiləcəyinin fikrində ol ki, üstünə gələndə var gücünlə qarşısında dayana biləsən və onun qəsdində ol. Yoxsa belə olmasın ki, qəfildən səni haqlayıb nəfəsini kəssin.»(Biharul- Ənvar, c. 82, səh. 168, hədis 3 )
    5859. İmam Sadiq (ə): «Ölümü yada salmaq nəfsin istəklərini öldurər, qəflət zəmilərini kökündən biçər və ürəyi Allahın vədləri ilə qüvvətləndirər. Təbiəti lətifləşdirər, həvəs bayraqlarını bir-birinə qatar, tamah odunu söndürər və dünyanı nəzərlərdə kiçildər.»(Biharul- Ənvar, c.18, səh. 370, hədis 4)
    5860. İmam Sadiq (ə): «Ölümü tez-tez yada salın. Çünki ölümü çox xatırlayanlardan heç kim dünyaya meylli olmadı.»(Biharul- Ənvar, c.77, səh. 171, hədis 7 )
    5861. İmam Hadi (ə): «Ailənin gözü qarşısında ölüm yatağına düşəcəyin, nə təbibin ölümünün qabağını ala biləcəyi, nə də dostunun haya gələcəyi günü yadına sal.»(Nəhcül-Bəlağə, xütbə 64 )
    1658. Ölümə hazır olmaq.
    5862. Allahın Peyğəmbəri (s): «Gözü ölümün yolunu çəkən, yaxşı əməllər görməyə çalışar.»(Ğurərul-Hikəm, hədis 3468 )
    5863. İmam Əli (ə): «Ölüm üçün hazırlıq görün. Çünki ölüm öz kölgəsini başınızın üstünə atmışdır. Elə bir dəstə kimi olun ki, onların üstünə qışqırdıqda yuxudan ayıldılar və dünyanın onların sarayı olmadığını başa düşdüklərinə görə də onu (başqa dünya ilə) dəyişdilər….»(Ğurərul-Hikəm, hədis 6253 )
    5864. İmam Əli (ə): «Səni nə vaxt yaxalayacağını bilmədiyin işdə, layiqlisi budur ki, səni yaxalamamış özünü ona hazırlayasan.»(Nəhcül-Bəlağə, hikmət190. )
    5865.İmam Əli (ə): «Hər gün ömrünün və canının azaldığını görən və bununla belə ölümə hazırlaşmayan kimsəyə heyrət edirəm.»(əl-Kafi, c.3, səh.259, hədis 30  )
    5866. İmam Əli (ə): «Ölümdən və onun çətinliklərindən əvvəl bir iş gö¬rün və o çatmamış, onun hazırlığını görün.O aşağı enməmiş hazır olun.» (Əmalis-Səduq, səh. 97, hədis 8 )
    5867. İmam Əli (ə): «Kim sabahı öz ömründən sayarsa, ölümə layiq olduğu yeri verməmişdir.»(Sunəni-Əbi - Davod, hədis 3108 )
    5868. İmam Əli (ə) (Ölümə hazırlıq barədə suala cavabından): «Vacib əməlləri yerinə yetirmək, haramlardan uzaq durmaq və yaxşı xasiyyətləri öyrənmək. Bu işlərə riayət edəndən sonra adamın ölümünün sorağına çıxmasının, yoxsa ölümün onun sorağına gəlməsindən nə qorxusu ola bilər? Allaha and olsun, Əbutalibin oğlunun, ölümün onun sorağına gəlməsindən və ya onun ölümün sorağına getməsindən heç bir qorxusu yoxdur.»(Kənzul-Ummal, hədis 42153 )
    1659. Ölüm arzusu.
    5869. Allahın Peyğəmbəri (s): «Sizlərdən heç biriniz, sizə ziyana görə heç vaxt özünə ölümü qarğış etməsin. Əksinə, belə desin: İlahi, həyatın mənim üçün yaxşı olduğu vaxta qədər məni diri saxla. Ölüm mənimçün yaxşı olduqda, məni öldür.»(Nəhcül-Bəlağə, məktub 69)
    5870. Allahın Peyğəmbəri (s): «Sizlərdən öz əməllərinə əmin olanlardan başqa heç kim, ölüm arzulamasın.»(Kəşfül-Ğummə, c. 3, səh. 42)
    5871. İmam Əli (ə) (Haris Həmədaniyə buyurdu): «Ölümü və ölümdən sonrakıları çox yadına sal və heç vaxt ölüm arzulama, yalnız möhkəm şərtlə olmaqdan savayı.»(Qaf, ayə19 
    )
    5872. İmam Kazim (ə) (Ölüm arzulayan kişiyə xitabən): «Səninlə Allahın arasında bir qohumluq varmı ki, ona görə sənə köməyi çatsın?» Ərz etdi: «Xeyr.» Buyurdu: «Pisliklərdən artıq ola biləcək yaxşılıqları Onun dərgahına göndərmisənmi?» Ərz etdi: «Xeyr.» Buyurdu: «Deməli, belə olan halda sən əbədi məhv olmağı arzulayırsan!.»(Kənzul-Ummal, hədis 58)
    1660. Ölümün bihuşluğu.
    Quran:
    «Ölüm bihuşluğu və süstlüyü həqiqətən gəlir. Bu sənin ondan qaçdığın şeydir.»(Əmali-Tusi, səh.453, hədis 1011)
    Hədis:
    5873. Allahın Peyğəmbəri (s): «Ölüm ayağında olanlarınızın başının üstünə gəlin və onlara «La ilahə illəllah»ı təlqin edin və cənnətlə müjdə verin. Çünki hətta səbrli kişi və qadınlar da, belə hallarda çox narahat və məyus olurlar. Şeytan bütün başqa vaxtlardakından daha çox ölüm ayağında insana yaxınlaşır. And olsun, canım onun əlində olana ki, ölüm mələyini (Əzrayılı) görmək min qılınc zərbəsindən daha ağırdır. And olsun, canım onun əlində olana ki, heç bir bəndənin canı, hər bir damarı ağrı çəkməmiş dünyadan getməz.»(Nəhcül-Bəlağə, xütbə 221)
    5874. Allahın Peyğəmbəri (s): «Əgər heyvanlar sizin ölüm haqda bildiklərinizi bilsəydilər, heç vaxt kök heyvan yeməzdiniz.»(əl-Xisal, səh.13, hədis 47)
    5875. İmam Əli (ə): «Ölümün, vəsf edilməkdən, ya da dünya əhlinin ağlı ilə ölçülməkdən xaric çətinlikləri var.»(Məaniəl- Əxbar, səh.390, hədis 29 )
    1661. Ölümü xoşlamamağın səbəbi.
    5876. Allahın Peyğəmbəri (s) («Ölümü xoşlamamağın səbəbi nədir?» deyə soruşan kişiyə cavabından):–«Var-dövlətin varmı?» Ərz etdi: «Bəli.» Buyurdu: «Onu (axirət üçün) əvvəlcədən göndərmisənmi?» Ərz etdi: «Xeyr.» Buyurdu: «Ölümü xoşlamamağın da buna görədir.»(Səhifətul- İmam Riza (ə): səh. 86, hədis 203 )
    5877. İmam Həsən (ə) (Həmin suala cavabında): «Çünki siz öz axirətinizi viran qoymusunuz, dünyanızı isə abad etmisiniz. Abadlıqdan xarabaya köçmək istəmirsiniz.» (əl-Kafi, c. 3, səh. 27, hədis 2 )
    1662. Peyğəmbərin və imamların can verən şəxsin gözünə görünməsi.
    5878. İmam Əli (ə): «Kim məni sevirsə, ölüm ayağında məni özünə xoş gələn şəkildə tapacaqdır. Kim məni düşmən bilirsə, öləndə məni narahat olacaq şəkildə tapacaq».(Qummi təfsiri, c.2, səh. 265 )
    5879. İmam Sadiq (ə) («Mömin canının alınmasından narahat olurmu?» sualına cavabından):–«Yox, Allaha and olsun ki, yox! Ölüm mələyi (Əzrayıl) onun canını almağa gələndə, o dözmür. Ancaq Əzrayıl ona deyir: Ey Allahın dostu, dözümsüz olma! Çünki and olsun Məhəmmədi (s) seçənə ki, mən yastığının başına gələn mehriban atadan sənə qarşı daha xoşrəftar və daha mehribanam. Gözünü aç və bax.» Həzrət buyurdu: «Allahın Peyğəmbəri (s), Əmirəl-möminin, Fatimə, Həsən, Hüseyn və onun nəslindən olan imamlar (ə) gözünün önündə görünər və ona deyilər: Bu Allahın Peyğəmbəri və… sənin dostların və yoldaşlarındır … Belə bir şəraitdə, heç nə, canınının bədənindən ayrılması və carçıya qovuşması qədər onunçun xoş olmur.»(əl-Kafi: c.3, səh. 112, hədis 5 )
    5880. İmam Sadiq (ə): «Bizim dostlarımızdan və düşmənlərimizin düşmənlərindən elə bir kimsə yoxdur ki, ölsün və (ölüm ayağında) Allahın Peyğəmbəri (s), Əmirəl-möminin, Həsən və Hüseyn (s) onun yanında olmasınlar. Əgər bizi istəməyənlərdən olsa, onları özünü narahat edəcək şəkildə görər. Bunun səbəbi Əmirələl-mömininin (ə) Haris Həmədaniyə buyurduğu bu cümlədir: Ey Haris Həmədani, hər kim –istər mömin olsun, istərsə də kafir – öləndə bizi öz qarşısında görər.»(Kənzul-Ummal, hədis 4277 
    )
    1663. Qəfil ölüm.
    5881. Allahın Peyğəmbəri (s): «Qəfil ölüm mömin (ölümün və ölü huşsuzluğunun əziyyəti) və kafirdən qəzəblə alınacaq (can üçün) bir güzəştdir.»(əl-Kafi, c.3, səh. 261, hədis 39 )
    5882. Allahın Peyğəmbəri (s): «Qəfil ölüm möminlər üçün güzəşt və kafirlər üçün bir qəzəbdir.»(Nəvadirul Ravəndi, səh.5 )
    5883. Allahın Peyğəmbəri (s): «Qiyamətin (gəlib çatmağının) nişanələrindən biri də iflic xəstəliyinin və qəfil ölümlərin çoxalmasıdır.»(Əmali Tusi, səh.383, hədis 827)
    1664. Cənazəni müşayiət etmək.
    5884. Allahın Peyğəmbəri (s): «Ata-anana yaxşılıq üçün iki illik yolu qət et. Yaxın qohumlara yaxşılıq üçün bir illik yolu qət et. Xəstəyə baş çəkmək üçün bir mil, cənazəni müşayiət üçünsə iki mil yol get.»(əd-Dəvat, səh.258, səh.736)
    5885. Allahın Peyğəmbəri (s): «Sakitliyi və vüqarı saxlamaq sizinlə olsun. (Ölülərinizin) Cənazələri müşayiət edərkən aram-aram yol gedin.»(əl-Kafi, c.3, səh.173, hədis 3)
    5886. «əd-Dəvat»: «Allahın Peyğəmbəri (s) cənazənin ardınca gedəndə, onu qəm-kədər bürüyərdi. Daha çox öz içində fikirlərə dalardı. Öz-özünə düşünər, az danışardı.»(İləluş-Şərayə, səh.301, hədis 1 )
    5887. İmam Sadiq (ə): «(Ölmüş) Möminə verilən ilk ərməğan onun cənazəsini müşayiət edənlərin günahlarının bağışlanmasıdır.»(əl-Kafi, c.3, səh.138, hədis 2)
    5888. İmam Sadiq (ə): «Yaxşı olar ki, meyidin din qardaşlarına, onun ölümü barədə xəbər versinlər ki, onun cənazəsini müşayiət edib namazına dura bilsinlər. Beləliklə, həm onlar əcr sahibi olsunlar, həm də meyid bağışlansın.»(Kənzul-Ummal,hədis 42385)
    1665. Dəfn.
    5889. Allahın Peyğəmbəri (s): «Kim günün başlanğıcında ölsə, günortanı qəbrindən qeyri yerdə keçirməməlidir.»(Kənzul-Ummal,hədis 42386)
    5890. Allahın Peyğəmbəri (s): «Naçar qalmaqdan savayı, ölülərinizi gecə dəfn etməyin.»(Kənzul-Ummal,hədis 42916 
    )
    5891. Allahın Peyğəmbəri (s): «Allahın bəndəyə ən çox mehriban olduğu vaxt, onu qəbrə qoyduqları vaxtdır.»(Kənzul-Ummal,hədis 42761)
    5892. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) bizə öz ölülərimizi əməli saleh adamların içində dəfn etməyi əmr etmişdir. Çünki ölülər də dirilər kimi pis qonşudan əziyyət çəkir.»(Mən lə yəhzuruhul fəqih, c.1, səh. 185, hədis 555 )
    1666. Öldükdən sonra insanın ardınca gələnlər.
    5893. Allahın Peyğəmbəri (s): «Üç şey ölünün ardınca gələr: ailəsi, malı və əməlləri. Ancaq onların ikisi qayıdır, biri qalır. Ailəsi və malı qayıdır, əməlləri isə qalır.»(Kəf, ayə 46)
    5894. İmam Sadiq (ə): «Mömin öldükdən sonra 6 şeyin savabı ona çatar: onunçün bağışlanmasını diləyən övlad, özündən sonra qoyub getdiyi yazılı səhifə, əkdiyi ağac, axıtdığı (çay və kəhriz kimi) su sədəqəsi, qazdığı quyu və ondan sonra istifadə olunan sünnət (və yaxşı əməllər).»(əl-Kafi, c.2, səh. 316, hədis 6 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1326 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024