İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    369 Var-dövlət
    1667. Var-dövlət istəklərin mənşəyidir.
    Quran:
    «Var-dövlət və övladlar, dünya həyatının zivərləridir. Əbədi qalan yaxşı əməllər, Rəbbinin yanında yaxşı və eləcə də ümid baxımından daha xeyirlidir.»(ət-Tərğib və ət-Tərhib, c.4, səh.182, hədis 68 )
    Hədis:
    5895. Allahın Peyğəmbəri (s): «Dinar və dirhəm sizdən əvvəlkiləri məhv etdi. Bu ikisi sizi də məhv edəndir.»(Nəhcül-Bəlağə, hikmət58. )
    5896. Allahın Peyğəmbəri (s): «Allahın lənətlədiyi şeytan dedi: Dövlətli adam bu üç haldan birində mənim əlimdən qurtara bilməz və gecə-gündüz bu üç şeylə onun yanına gedərəm: halal olmayan yolla var-dövlət qazanmaq, onu yersiz yerə xərcləmək və mal-dövləti ona sevdirəcəyəm və bunun nəticəsində, onun haqq-hüququnu ödəməyəcək.»(Ğurərul-Hikəm, hədis 577. )
    5897. İmam Əli (ə): «Var-dövlət istəklərin mənbəyidir.»(Fəcr, ayə 20 )
    5898. İmam Əli (ə): «Var-dövlət arzuları gücləndirər.»(əl-Muhəccət-ul-Beyza, c.7, səh. 328. )
    1668. Mal sevgisinin nəticələri.
    Quran:
    «Mal-dövləti isə lap çox sevirsiniz.»(Ğurərul-Hikəm, hədis 1472 )
    5899. Məsih (ə): «Dünyapərəstlərin var-dövlətinə baxmayın. Çünki onların mal-dövlətinin parıltısı sizin imanınızın nurunu aparar.»(Ğurərul-Hikəm, hədis 4876 )
    5900. İmam Əli (ə): «Mal gələcəyi korlayır, arzuları böyüdür.»(Tənbihul-Xəvatir, c.1, səh. 158. )
    5901.İmam Əli(ə):«Mal-dövlət sevgisi dini süst və yəqinliyi puç edər.»(Nəhcül-Bəlağə, hikmət 56. )
    1669. Halal malı sevmək.
    5902. Allahın Peyğəmbəri (s): «Düzgün insan üçün düzgün mal necə də yaxşıdır.»(əl-Kafi, c.1, səh. 20, hədis 12 )
    5903. İmam Əli (ə): «Var-dövlət qürbətdə vətən, yoxsulluq isə vətəndə qürbətdir.»(əl-Kafi, c.5, səh.72, hədis 5 )
    5904. İmam Səccad (ə): «Maldan faydalanmaq (sərmayəni işə qoymaq) kamil mərdlikdir.»(Təkasor, ayə 1və 2 )
    5905. İmam Sadiq (ə): «Halal yolla mal-dövlət toplamaq istəməyən insanda xeyir yoxdur ki, onun vasitəsilə abrını qoruyub saxlasın, borcunu ödəsin və yaxın qohumları ilə mehriban olsun.»(Tövbə, ayə 34 )
    1670. Çox var-dövlət.
    Quran:
    «Daha çox olması ilə öyünmək, sizi işiniz qəbirstanlığa düşənə qədər qəflətdə saxladı.»(Kənzul-Ummal, hədis 6139 )
    «Qızıl-gümüşü xəzinə toplayıb onu Allah yolunda sərf etməyənlərə ağrılı bir əzabdan xəbər ver.»(Ğurərul-Hikəm, hədis 7109 )
    Hədis:
    5906. Allahın Peyğəmbəri (s): «Mən sizinçün yoxsulluqdan qorxmuram. Əksinə, sizin çox istəməyinizdən və çox olmağa görə öyünmənizdən narahatam.»(əd-Durətul-Bahirə, səh. 24  )
    5907. İmam Əli (ə): «Var-dövlətin çoxluğu ürəkləri korlayar və günahlar yaradar.»(Əmali-Tusi, səh. 302, hədis 600 )
    5908. İmam Hüseyn (ə): «Var-dövlətin sənin malın olmasa, sən ona mal olacaqsan. Belə isə onu saxlama. Çünki o sənə qalmayacaq. O səni yeməmiş, sən onu ye.»(əl-Kafi, c. 2. səh. 135, hədis 21 )
    5909. İmam Sadiq (ə): «Allahın hüccəti ona böyüməmiş, heç bir insanın sərvəti artmadı. Belə hüccəti özünüzdən uzaqlaşdıra bilirsinizsə, bu işi görün.» Ərz olundu: «Nə ilə?» Buyurdu: «Mallarınızla öz qardaşlarınızın ehtiyaclarını ödəməklə.»
    5910. İmam Sadiq (ə): «Allah-taalanın Musaya (ə) pıçıldadıqlarından biri də bu olmuşdur: Heç kəsin sərvətinin çoxluğuna qibtə etmə. Çünki sərvətin çoxluğu günahların çoxluğuna səbəb olur. Belə ki, onlarla əlaqədar hüquqlar vacib olur.»(Mustədrəkul-Vəsail, c.12,səh. 174, hədis 29 )
    5911. İmam Sadiq (ə): «Qəlbin rahatlığını axtardım və onu malın, sərvətin azlığında tapdım.»(Əmali-Tusi, səh. 182, hədis 3056 )
    5912. İmam Rza (ə): «Beş xislət olmadan mal-dövlət toplanmaz: bərk xəsislik, uzun-uzadı arzular, qalib tamah, özünə baxmamaq və dünyanı
    axirətdən üstün tutmaq.»(Biharul-Ənvar, c.103, səh.13, hədis 63 )
    1671. Qeyri-düzgün yolla mal qazanan.
    5913. Allahın Peyğəmbəri (s): «Kim narəva yolla mal-dövlət qazansa, Allah onu yoxsul edər.» (Tuhəful-Uqul, səh. 94. )
    5914. Allahın Peyğəmbəri (s): «Kimsənin haradan mal-dövlət qazanmaq barədə qorxusu olmasa, Allah onu haradan cəhənnəmə aparmağa qorxmaz.»(əl-Məhasin, c.2, səh. 445, hədis 2528 )
    5915. İmam Əli (ə): «Kim nahaq yolla mal qazanarsa, onları əcri olmayan yollarda xərcləyər.»(Tuhəful-Uqul, səh. 321)
    5916. İmam Sadiq (ə): «Kim qeyri-halal yolla mal-dövlət qazansa, bənnalıq, gil və su ona hakim kəsilər.»(Kənzul-Ummal, hədis 16147 )
    5917. İmam Sadiq (ə): «Kim nahaq yolla mal axtararsa, onun qalanından məhrum olacaqdır.»(Biharul-Ənvar, c.71, səh.356, hədis 17 )
    1672. Var-dövlət odur ki, insanlara xeyri olsun.
    5918. Allahın Peyğəmbəri (s): «Sənin var-dövlətində üç nəfər şərikdir: özün, tələf və məhv olma, varis. Belə isə bacarırsansa elə et ki, bunların ən acizi olmayasan.»(Ğurərul-Hikəm, hədis 508 )
    5919. Allahın Peyğəmbəri (s): «Adam deyir: Mənim mülküm, mənim mülküm! Mənim malım, mənim malım! Ey binəva, mülk olanda və sən olmayanda sən haradaydın? Sənin malın yalnız yediyin, işlətdiyin, geydiyin, köhnəltdiyin, sədəqə verdiyin və (axirət üçün) saxladığın, ona görə ya rəhmətə şamil edildiyin və ya cəzalanacağın qədərdir. Onda fikirləş ki, başqasının mal-dövlətini öz malından çox sevməyəsən.»(Ğurərul-Hikəm, hədis 1838 )
    5920. İmam Əli (ə): «Var-dövlət odur ki, camaata xeyri dəysin.»(Nəhcül-Bəlağə, məktub21. )
    5921. İmam Əli (ə): «Mal və sərvət öz sahibini, onu bəxşiş və hədiyyə edənə qədər sevir. Nə vaxt xəsislik etsə, onu rüsvay edər.»(Biharul-Ənvar, c.78, səh.7, hədis 60 )
    5922. İmam Əli (ə): «Mal-dövlətindən özünə zəruri olan qədər saxla. Onun artıq qalanını özünün ehtiyac gününçün göndər.»(Biharul-Ənvar, c. 78, səh. 12, hədis 70 )
    5923. İmam Əli (ə): «Ən yaxşı mal odur ki, onun vasitəsilə abır-həya qorunsun və hüquqlar təmin olunsun.»(Mənla Yəhzəruhul Fəqih, c.2, səh.57, hədis 1693 )
    5924. Allahın Peyğəmbəri (s): «Sənin ən yaxşı malın odur ki, ehtiyacını ödəməkdə sənə kömək etsin.»(Tənbihul-Xəvatir, c. 2, səh.182 )
    5925. İmam Sadiq (ə): «Həqiqətən də, Allah bu çoxlu malı sizə vermişdir ki, onları Allahın məlum etdiyi yollarda işlədəsiniz. Onları sizə yığmaq üçün verməmişdir.»(əl-Kafi, c. 1, səh.1680, hədis 1 )
    5926. İmam Rza (ə): «İnsanın ən yaxşı malı, ehtiyat yığdığı sədəqədir.»(Nəhl, ayə36 )
    370 Peyğəmbərlik (1)
    Bütün insanlara peyğəmbərlik
    1673. Peyğəmbərliyin fəlsəfəsi.
    1. Təkamül.
    5927. İmam Sadiq (ə) («Peyğəmbərləri hansı yolla sübuta yetirərsən?» deyə soruşan zındığa cavabından):–«Çünki sübut etmişik ki, bizdən və bütün yaratdıqlarından üstün bir yaradanımız vardır. O yaradan hikmət sahibi və ucadır. Belə ki, yaratdıqlarının onu görüb toxunmaları, bunun nəticəsində isə bir-birilə vasitəsiz birbaşa əlaqə yaradıb bəhs və mübahisə etmələri rəva deyil. Sübut olundu ki, öz yaratdıqları arasında Onun sözlərini bəndələrinə və yaratdıqlarına bəyan edərək onları xeyirlərinə, mənafelərinə, əbədi qalmaq və məhvolma amillərinə yönəldən elçi və nümayəndələri var.»(əl-Kafi, c. 8, səh.386, hədis 586 )
    2. İnsanı tağutların əsarətindən xilas etmək.
    Quran:
    «Biz hər ümmətə «Allaha ibadət edin. Tağutdan çəkinin!» . deyə pey¬ğəm¬bərlər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəlt¬miş, bir qismi isə haqq yoldan azmağa layiqdirlər. Yer üzündə gəzişib görün ki, yalançı hesab edənlərin axırı necə oldu!»(Cümə, ayə2 )
    Hədis:
    5928. İmam Əli (ə): «Allah-taala Məhəmmədi (s) haqlı olaraq seçdi ki, öz bəndələrini (başqa) bəndələrinə ibadətdən özünə ibadətə çəksin. Bəndələrinin öhdəliklərindən Öz öhdəliklərinə, bəndələrinin itaətindən Özünə itaətə, bəndələrinin hakimiyyətindən Öz hakimiyyətinə gətirsin.»(Kənzul-Ummal, hədis 31969 )
    3. Əxlaqın paklığı.
    Quran:
    «Ayələrini onlara oxusun, onları paklaşdırsın, onlara kitabı və hikməti öyrətsin deyə savadsızlara özlərindən peyğəmbər göndərən Odur. Həqiqətən (onlar) bundan əvvəl açıq-aşkar azğınlıq içində idilər.»(ət-Təbəqatul-Kubra, c.1, səh.193 )
    Hədis:
    5929. Allahın Peyğəmbəri (s): «Mən gözəl əxlaqı kamilləşdirmək üçün seçilmişəm.»(Nəhcül-Bəlağə, xütbə 1 )
    5930. Allahın Peyğəmbəri (s): «Mən əslində gözəl əxlaqları kamilləş¬dirmək üçün seçilmişəm.»(Hədid, ayə25 )
    5931. İmam Əli (ə): «(Allah-taala) Peyğəmbəri onların arasından seçdi və peyğəmbərlərini dalbadal onlara göndərdi ki, fitrətlərində qoyulmuş ilahi əh¬də əməl etmələrini istəsin. Onun unudulmuş nemətini yadlarına salsın və ila¬hi əmri çatdırmaqla hüccəti onlara tamam etsin və onların ağıl xə¬zi¬nələrini çölə çıxararaq (Allahın) qüdrət nişanələrini onlara göstərsin.»(Bəqərə, ayə 213 )
    4.Camaatın insafa və ədalətə gəlməsi
    Quran:
    «Həqiqətən, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz on¬larla birlikdə kitab və (ədalət) tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəf¬tar etsinlər. Biz insanlar üçün bərk təhlükə olan və insanlara fayda verən də¬mi¬ri elə yaratdıq ki, Allah, kimlərin gizlində Ona və peyğəmbərlərinə kömək göstərdiyini bəlli etsin. Bəli, Allah yenilməz qüdrət və qüvvət sahibidir.»(Nəhcül-Bəlağə, xütbə 192. )
    5. İxtilafları aradan götürmək.
    Quran:
    «İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. İnsanlar arasında olan ixtilaflarda hakimlik et¬mək üçün O peyğəmbərlərlə birlikdə haqq olan kitabını nazil etdi. Hal¬bu¬ki, özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı zülm (kin və həsədə) üzündən (kitab) verilmişlərdən başqa (heç kəs) onun barəsində ixtilafda olmadı. Allah iman gətirənləri öz lütfü ilə onların ixtilafda olduqları şeyin həqiqətinə doğru yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirir.»(ət-Tovhid, səh. 45, hədis 4 )
    Hədis:
    5932. İmam Əli (ə): Baxın, Allah onlara tərəf peyğəmbər göndərərkən əta etdiyi nemətlərə. Onların itaətini öz dininə bağladı və onları öz dəvəti ətrafında həmrəy və əlbir etdi. (Baxın ki). Bu nemət öz kəramət qanadını onların başının üstünə necə sərdi və öz naz-nemət çaylarını onlar üçün axıtdı. Bu din öz fayda və bərəkətləri ilə onları bürüdü və onları öz naz-nemətinə qərq etdi.»(Şura, ayə 51 )
    6. Hüccətin tamama yetməsi
    5933. Allahın Peyğəmbəri (s): «Allah peyğəmbərləri camaatın içinə göndərdi ki, məxluqlarına aydın hüccəti olsun və göndərilmiş elçiləri onlara sübut-dəlil olsun. Müjdə verən və qorxudan peyğəmbərləri onların arasından seçdi ki, əgər məhv edilsələr dəlil əsasında olsun. Əgər həyata və səadətə qovuşsalar, bu da dəlillə olsun. Bəndələri Yaradanları barədə bilmədiklərini bilsinlər, Onun inkar etdikləri tanrılığını tanısınlar, Ona şərik qoşduqları ilahiyyət məsələsində Onu tək bilsinlər.»(v)
    1674. Peyğəmbərlərin təbəqələri
    Quran:
    «Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Yalnız vəhylə (yolu) və ya pərdə arxasından (danışar.) Və ya bir elçi göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Bəli, Odur hər şeydən uca və hikmət sahibi.»(Bəqərə, ayə124 )
    5934. İmam Sadiq (ə): «Peyğəmbərlər və rəsulların dörd rütbəsi var: -Yalnız özünə peyğəmbər olan və başqasına təsiri olmayan peyğəmbər, yuxuda görən və (qeybdən) səs eşidən, ancaq ayıq vaxtı onu (səs sahibini) görməyən və heç kəs üçün göndərilməyən, özünün də imamı və rəhbəri olan peyğəmbər. Necə ki, İbrahim Lutun (ə) imamı idi.
    Yuxuda görən, səsini eşidən, mələyi görən və az və ya çox müəyyən bir dəs¬təyə peyğəmbər göndərilən peyğəmbər: Yunus peyğəmbər kimi. Allah onun barəsində buyurur: «Biz onu, yüz min nəfər və ya daha artıq in¬san¬la¬ra göndərdik.»(əl-Kafi, c.1, səh.174, hədis1 )Həzrət buyurdu: «Daha artıqdan» məqsəd 30 min nə¬fər¬dir (yəni yüz otuz min nəfər). Yunisin özünün də imamı və rəhbəri var idi (və nəhayət).
    -Yuxu aləmində görən, səs eşidən, ayıq vaxtı da görən və özü imam olan peyğəmbər. Ulul-əzm peyğəmbərlər kimi. İbrahim (ə) (əvvəlcə) yalnız peyğəmbər idi və imam deyildi. Sonra Allah-taala buyurdu: Mən səni camaatın imamı etdim…(əl-Xisal, səh. 524, hədis 13 - Əhqaf, ayə35 ).
    1675. Peyğəmbərlərin sayı.
    5935. Allahın Peyğəmbəri(s) (peyğəmbərlərin sayı barədə Əbuzərin sualına cavabında): «Yüz iyirmi dörd min» (Əbuzər deyir). Ərz etdim: «Onlardan neçəsi rəsul idi?.» Peyğəmbər buyurdu: «Çoxu. Üç yüz on üç nəfər.» Ərz etdim: «İlk peyğəmbər kim idi?» Buyurdu: «Adəm.»(əl-Kafi, c. 2, səh. 17, hədis 2 )
    1676. Ulul-əzm peyğəmbərlər.
    Quran:
    «Ulul-əzm peyğəmbərlərin səbr etdiyi kimi səbr et. Onlar üçün tələsmə. Vəd edildikləri gün baxıb görəcəklər ki, sanki heç bir saat da (dünyada) qalmayıblar. Bu bir xəbərdarlıqdır. Məgər itaət etməyən camaatdan qeyrisi məhv olacaqmı?»(Biharul-Ənvar, c.77, səh.140, hədis19 )
    5936. İmam Səccad (ə) (öz səhabələrindən bəzisinə): «Peyğəmbərlər arasında beş ulul-əzm peyğəmbər var.» Ərz etdik: «Onlar kimlərdir?» Buyurdu: «Nuh, İbrahim, Musa, İsa və Məhəmməd (s)». Ərz etdik: « …Ulul əzm nə deməkdir?» Buyurdu: «(Yəni) Onlar yerin şərqinin və qərbinin insanlarına, cinni-insinə göndəriliblər».
    5937. İmam Sadiq (ə) (Səmaə bin Mehranın «Ulul-əzm peyğəmbərlərin səbr etdiyi kimi səbr et» ayəsi haqda sualına cavabında): «(Ulul-əzm peyğəmbərlər) Nuh, İbrahim, Musa, İsa və Məhəmməd (s) (ən ibarətdir). Səmaə deyir). Ərz etdim: «Bunlar nəyə görə ulul-əzm olublar?» Buyurdu: «Çünki Nuh kitab və şəriətlə peyğəmbər göndərilib. Nuhdan sonra gələn hər bir peyğəmbər Nuhun kitabı, şəriəti və yolunu davam etdirdilər. İbrahimin (ə) zamanı çatanda, o, öz suhufu ilə - əlbəttə ki, ona küfr etməyə görə yox- onun kitabını kənara qoymaq əzmində oldu…»(Biharul- Ənvar, c.16, səh. 172, hədis 17 )
    1677 . Peyğəmbərlərin xüsusiyyətləri
    5938. Allahın Peyğəmbəri (s): «Biz peyğəmbərlərə əmr olunub ki, camaatla onların ağıl və dərrakələrinə uyğun danışaq».(Tənbihul-Xəvatir, c.1, səh.29 )
    5939. Allahın Peyğəmbəri (s): «Biz peyğəmbərlərin gözləri yatsa da, ürəkləri yatmır. Arxamızı da önümüz kimi görürük».(ət-Təbəqatul-Kubra, c.1 , səh.376 )
    5940. Allahın Peyğəmbəri (s): «Peyğəmbərlərin və siddiqlərin əxlaqı başqa-ları ilə qarşılaşanda gülərüzlülük və onlara çatanda əl verməkdir».(Nəhcül-Bəlağə, 192 )
    5941. Qətadə: «Allah xoş sifət və gözəl səsi olmayan peyğəmbər göndərmədi.»(İləlul-Şəraye, səh.32, hədis 2 )
    5942. İmam Əli (ə) (Peyğəmbərləri vəsf edərkən): «Bir dəstəsi zəif idi və Al¬lah onları aclıqla sınadı, çətinliklərə mübtəla etdi, qorxu-hürkülərlə imtahana çək¬di və ağır həyatla altlarına üstlərinə çevirdi. …Musa ibn İmran qardaşı Ha¬runla (ə) əyinlərində yun paltar və əlində taxta əsa Fironun yanına getdilər…»
    Pak olan Allah peyğəmbərlərini seçəndə xalis qızıl mədən və xəzinələrini, ağaclarla dolu bağlarını onların üzlərinə açmaq istəsəydi... hər an bu işi görərdi və belə etsəydi, onda sınaq aradan gedər və mükafat götürülərdi...
    Ancaq, Pak Allah göndərdiklərini möhkəm iradə sahibləri, zahiri vəziyyətlərinə görə kasıb etdi. Ancaq onların bu haləti ürəkləri və gözləri, ehtiyatsızlıqdan aşıb-daşıran qənaətlə və gözləri qulaqları narahatlıqdan dolduran ehtiyac və yoxsulluqla birgə idi.(əl-Kafi, c.4, səh.39, hədis 4 )
    5943. İmam Sadiq (ə): «Allah-taala elə bir peyğəmbər göndərməmişdir ki, camaatı idarə etməyi ona öyrətmək üçün əvvəlcə onu qoyunlara çoban təyin etməmiş olsun.»(Tuhəful-Uqul, səh. 442 )
    5944. İmam Kazim (ə): «Allah səxavətli olmayan heç bir nəbi və vəsi göndərmədi.»(əl-Kafi, c.6, səh.510, hədis 1 )
    5945. İmam Rza (ə): «Peyğəmbərlərin xislətindən biri də paklıqdır.»(Nisa, ayə1 )
    5946. İmam Rza (ə): «Xoş ətirdən istifadə peyğəmbərlərin əxlaqın¬dan¬dır.»(Nəhcül-Bəlağə, xütbə 1 )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1091 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024