İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    380 Nemət
    1727.Allahın saysız-hesabsız nemətləri.
    Quran:
    «Allah sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.»(Nəhcül-Bəlağə, xütbə 1 )
    Hədis:
    6168.Allahın Peyğəmbəri (s): «Kim Allahın yemək, içmək və geyimdən başqa nemətlərini görməsə, şübhəsiz, əməli qısa və əzabı yaxın olar.»(Bəşarətul-Mustafa, səh.28 )
    6169.İmam Əli (ə): «Şükr olsun o Allaha ki, natiqlər Onu mədh etməyin öhdəsindən gəlməz, sayanlar nemətlərini saya bilməzlər.»(əl-Xisal, səh.35, hədis 7 )
    6170.İmam Əli (ə) (Kumeylə tövsiyəsində): «Sən həmişə Allahın ne¬mətin¬dən və sənə bəxş etdiyi sağlamlıqdan bəhrələnirsən. Buna görə də heç bir halda Onu mədh, tərif, zikr, sitayiş və şükr etməkdən və anmaqdan əl çəkmə.»(Biharul-Ənvar, c.81, səh.170, hədis 1 )
    1728.Nemətləri unutmaq.
    6171.Allahın Peyğəmbəri (s): «İki nemət var ki, insanların çoxu onun vasitəsi ilə sınanır (və ya onların vasitəsi ilə yollarını azır və fəsada düşürlər): asudəlik və sağlamlıq.»(Biharul-Ənvar, c.78, səh.12, hədis 70 )
    6172.Allahın Peyğəmbəri (s): «İki nemət var ki, onlar görməməzliyə vurulur: əmin-amanlıq və sağlamlıq.»(Biharul-Ənvar, c.78, səh.115, hədis 12 )
    6173.İmam Əli (ə): «Nemət içində olan şəxs çətinliyin qədrini bilmir.»(İləluş-Şəraye, səh.464, hədis 12 )
    6174.İmam Həsən (ə): «Nemətlər nə qədər ki, var idi, bilinməzdilər (qədirləri bilinmir), elə ki getdilər, (qədirləri) yerləri görünər.»(Nəhcül-Bəlağə, hikmət 246)
    1729.Nemətlərlə gözəl qonşuluq.
    6175. İmam Əli (ə): «Nemətlər sizdən ayrılmamış onlar üçün yaxşı
    yoldaş olun. Çünki nemətlər gedirlər və yoldaşının onunla rəftarı barədə şəhadət verirlər.»(Əlamud-Din, səh.312 )
    6176.İmam Əli (ə): «Nemətləri hürküdüb qaçırtmaqdan çəkinin. Çünki hər qaçan geri dönmür.»(Əraf, ayə 96 )
    6177.İmam Hadi (ə): «Nemətlərə yaxşı qonşu olun və onlara görə şükr və minnətdarlıq etməklə öz nemətlərinizi artırın. Bilin ki, nəfs ona veriləni rahatlıqla qəbul edir və ondan əsirgənilən şeyə ciddi müqavimət göstərir.»(Ənfal, ayə 53 )
    1730.Nemətin davamlılığına səbəb olan amillər.
    Quran:
    «Əgər o məmləkətlərin əhalisi iman gətirib pərhizkar olsaydılar sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik.»(Biharul-Ənvar, c.75, səh.353, hədis 62 )
    «Bu (əzab) ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da onlara əta etdiyi neməti dəyişdirən deyildir. Allah eşidən və biləndir.»(Nəhcül-Bəlağə, hikmət 372 )
    Hədis:
    6178.Allahın Peyğəmbəri (s): «Allahın (bəzi) bəndələri var ki, nemətləri on¬lara məxsus edib. Bu bəndələr nemətləri camaata bağışlayıb pay¬ladıqları vaxta qədər, onları (nemətləri) həmin bəndələrin əlində saxlayır. Əsirgəyib verməyəndə isə Allah nemətləri onlardan başqalarına keçirir.»(Nəhcül-Bəlağə, hikmət 330 )
    6179.İmam Əli (ə): «Kimin Allahın nemətlərindən payı çox olsa, camaatın ona ehtiyacı da çox olar. Buna görə də kim Allahın razılığı xatirinə nemətlərlə əlaqədar öz vəzifəsinə əməl etsə, onları davamlılığa çevirib. Bu barədə öz vəzifəsinə əməl etməyən şəxs isə həmin nemətləri məhvə və puçluğa düçar edib.»(Tuhəful-Uqul, səh.318 )
    6180.İmam Əli (ə): «Sizin boynunuzda olan ən kiçik vəzifə, Allahın nemətlərindən Ona qarşı itaətsizlik yolunda istifadə etməməyinizdir.»(əl-Kafi, c.4, səh.37, hədis 1 )
    6181.İmam Sadiq (ə): «Nemətlər yalnız üç işdən sonra uzunmüddətli olar: nemətlərdə Allahın layiqli yerini tanımaq, onların şükrünü etmək və onlara görə zəhmət çəkmək.»(Biharul-Ənvar, c.78, səh.327, hədis 4 )
    6182.İmam Sadiq (ə): «Allahın neməti kimə çox olsa, camaatın onun boynuna düşən zəhmət və xərc yükü də ağırlaşar. Buna görə də camaatın zəhmət və xərc yükünü boynunuza götürməklə neməti(nizi) davamlı edin və onu puç etməyin. Çünki birinin puç olmuş nemətinin, yenidən bir daha ona qayıtması çox nadir hallarda baş verir.»(Uyun Əxbar Rza (ə), c.2, səh.24, hədis 52  )
    6183.İmam Kazim (ə): «Kim qənaətcil və qane olsa, nemət onun üçün qalar. Kim israf edib dağıtsa, nemət ondan uzaqlaşar.»(Ali-İmran, ayə 178 )
    6184.İmam Rza (ə): «Ədalətli və yaxşı işlər görmək nemətin davamlılığından xəbər verir.»(Nəhcül-Bəlağə, hikmət 25 )
    1731.Nemətlərin bir-birinin ardınca gəlməsi və Allahın möhlət verməsi.
    Quran:
    «Küfr edənlər, onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar. Bizim onlara verdiyimiz möhlət, ancaq günahlarını daha da artırmaları üçündür. Onlar üçün alçaldıcı bir əzab vardır.»(Nəhcül-Bəlağə, hikmət 358 )
    Hədis:
    6185.İmam Əli (ə): «Ey Adəm övladı! Nə vaxt görsən ki, günah edirsən və bununla belə eyb, nöqsan sifətlərdən pak və uzaq olan Allah bir-birinin ardınca sənə nemətlərini verir, Ondan qorx!»(Nəhcül-Bəlağə, hikmət 273 )
    6186.İmam Əli (ə): «Camaat! Allah sizi çətinlik və əzabdan qorxan gördüyü kimi, gərək nemətdən də qorxan görsün. Çünki nemət qapısı kimin üzünə açılsa və o, bunu Allahın möhləti hesab etməsə, özünü qorxulu hadisədən amanda sanmışdır. Kim yoxsulluğa düçar olsa və onu (ilahi) sınaq hesab etməsə, onu gözləyən mükafatı əldən çıxarmışdır.»(Biharul-Ənvar, c.78, səh.117, hədis 7 )
    6187.İmam Əli (ə): «Nə çox nemət verilmiş şəxs ki, tədricən Allahın qəzəbinə yaxınlaşır və nə çox bəlaya düçar olmuş şəxs ki, həmin bəla ilə ona yaxşılıq edilmişdir.»(Züha, ayə 11 )
    6188.İmam Hüseyn (ə): «Eyb, nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəndəsinə möhlət verməsi və (bəlanı) tərdicən yaxınlaşdırması, ona çoxlu nemət verməsi və şükr etməyi ondan almasıdır.»(Sunən ət-Tirmizi, hədis 2819 )
    1732.Allahın nemətlərindən söhbət açmaq.
    Quran:
    «(İnsanlara) Rəbbinin nemətlərindən söhbət aç.»(Sünən ən-Nəsayi, c.8, səh.196 )
    Hədis:
    6189.Allahın Peyğəmbəri (s): «Allah bəndəsində Öz nemətinin nişanəsini görməyi sevir.»(əl-Kafi, c.6, səh.438, hədis 1 )
    6190.Əbul Əhvəs (atasından nəql edir):–«Üst-başım pis vəziyyətdə Peyğəmbərin yanına getdim. Peyğəmbər (s) buyurdu: Var-dövlətin var? Dedi: Bəli, Allah mənə hər şey verib. Buyurdu: Əgər sərvətin varsa, (onun nişanələri) sənin vücudunda görünməlidir.»(əl-Kafi, c.6, səh.438, hədis 2 )
    6191.İmam Əli (ə): «Allah gözəldir və gözəlliyi sevir. Həmçinin sevir ki, Öz bəndəsində nemətin nişanəsini görsün.(əl-Kafi, c.6, səh.439, hədis 9 )
    6192.İmam Sadiq (ə): «Allah Öz bəndəsinə bir nemət verəndə, həmin nemət bəndənin vücudunda gözə görünsə, o, Allahın nemətindən söhbət açan dost adlandırılar. Əgər Allah bir bəndəyə nemət verən zaman, həmin nemət onun vücudunda görünməsə, o, Allahın nemətini təkzib edən düşmən adlandırılar.»(Tuhəful-Uqul, səh.36 )
    6193.İmam Sadiq (ə): «Mən, insanın Allah tərəfindən nemətə malik olub onu izhar etməməsini xoşlamıram.»(Nəhcül-Bəlağə, hikmət 224 )
    1733.Nemətin kamilliyi.
    6194.Allahın Peyğəmbəri (s): «Kim üç şeydən bəhrələnmiş halda günlərini arxada qoysa, dünyanın neməti ona tam və kamil verilib: gecə-gündüzünü sağlam halda və əmin-amanlıqla keçirən və gününün yeməyi olan kəs. Əgər dördüncü nemətə də malik olsa, dünya və axirət nemətinə tam və kamil şəkildə sahib olub. O, (yəni dördüncü nemət) iman nemətidir.»(Nəhcül-Bəlağə, xütbə 188)
    6195.İmam Əli (ə): «Nemət təvazökarlıqla kamilləşir.»(Məani əl-Əxbar səh.408, hədis 87 )
    6196.İmam Əli (ə): «Allaha itaətdə səbr etməklə və Ona qarşı itaətsizlikdən, günahdan uzaqlaşmaqla Onun sizə olan nemətlərini kamilləşdirin.»(Yusif, ayə 53 )
    6197.İmam Sadiq (ə): «Dünyanın neməti əmin-amanlıq və sağlamlıqdır. Axirətdə kamil nemət, Cənnətə daxil olmaqdır. Cənnətə getməyən bəndəyə, nemət əsla kamilləşməyib.»(Ğurərul-Hikəm, hədis 2106 )
    380 Nəfs
    1734.Pis işlərə əmr edən nəfs
    Quran:
    «Mən öz nəfsimi təmizə çıxartmıram. Çünki nəfs həmişə- Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla- pis işlər görməyi əmr edir. Həqiqətən, Rəbbim bağışlayan və rəhm edəndir.»(Biharul-Ənvar, c.94, səh.143 )
    Hədis:
    6198.İmam Əli (ə): «Pis işlərə əmr edərək zahiri yalandan gözəl göstərən nəfs, münafiq kimi yaltaqlanır və özünü münasib və ürəyiyanan dost kimi göstərir. Elə ki, (insanı) aldadaraq (onu) ələ aldı, düşmən kimi hakim olur, özündən razılıq və quldurluqla hökmranlıq edir, (insanı) pis və məhvə səbəb olan yerlərə sürükləyir.»(Qiyamət, ayə 2 )
    6199.İmam Səccad (ə) (münacatlarının birində): «Allahım! Həmişə pis işləri əmr edən, günaha tərəf tələsən və Sənə qarşı itaətsizliyə həris olan nəfsdən Sənə şikayət edirəm…. Üzr və bəhanəsi çoxdur və uzun arzuları var. Ona bir ziyan dəyəndə dözümsüzlük, xeyir--bərəkət yetişəndə isə xəsislik edir. Oynamaq və əylənməyə vurğundur və qəflət və xəbərsizliklə doludur. Məni günaha tələsdirir və tövbə məsələsində bu gün-sabah edir.»(Məkarimul-Əxlaq, c.2, səh. 353, hədis 2660 )
    1735.Qınayan nəfs və ya oyaq vicdan.
    Quran:
    «And içirəm özünü qınayan nəfsə.»(Şəms, ayə 7-10 )
    Hədis:
    6200.Allahın Peyğəmbəri (s) (İbn Məsuda tövsiyələrindən):–«Ey Məsudun oğlu! Çoxlu yaxşı və gözəl işlər gör. Çünki həm yaxşı işlər görən şəxs, həm də pis işlər görən kimsə peşman olacaqdır. Yaxşı işlər görmüş şəxs «kaş daha çox yaxşı işlər görəydim», pis əməl sahibi isə «səhlənkarlıq etdim» deyəcək. Bu mətləbə şahid Allah-taalanın «And içirəm özünü qınayan nəfsə.» kəlamıdır.»(Nəhcül-Bəlağə, hikmət 359 )
    1736.Nəfsin təlim-tərbiyəsi və təmizlənməsi.
    Quran:
    «And olsun nəfsə (insan nəfsinə) və onu şəklə salana. Sonra ona günahlarını və pəhrizkarlığını ilham edənə. Onu təmizləyən, mütləq nicat tapdı. Onu (günaha) batıran isə, əlbəttə ki, ziyana uğradı.»(Ğurərul-Hikəm, hədis 2489 )
    Hədis:
    6201.İmam Əli (ə): «Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu adətlərinə hərislikdən saxlayın.»(Nəhcül-Bəlağə, xütbə 198 )
    6202.İmam Əli (ə): «Nəfslərinizlə daim cihad etməklə onlara hakim olun.»(Ğurərul-Hikəm, hədis 2434 )
    6203.İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin dərdinin dərmanı….və nəfslərinizin çirkinliklərini təmizləyəndir!»(Ğurərul-Hikəm, hədis 9103 və 9104 )
    6204.İmam Əli (ə): «(Pis işlərə əmr edən) Nəfsinə arxa çevirməklə özünə (fəzilətli insani nəfsinə) üz tut!»(Ğurərul-Hikəm, hədis 9170 )
    6205.İmam Əli (ə): «Kim öz nəfsini məzəmmət etsə, onu islah edər, kim öz nəfsini tərifləsə, onu öldürər.»(Əmali-Səduq səh.322, hədis 4 )
    6206.İmam Əli (ə): «Kim özünü islah etməsə, çirkin adətlər onu rüsvay edər.»(Ğurərul-Hikəm, hədis 8730 )
    6207.İmam Əli (ə): «Kim öz eyb və nöqsanı ilə məşğul olmasa, nəfsi istəklər ona hakim olar. Kim (başdan-ayağa) nöqsan içində olsa, onun üçün ölüm daha yaxşıdır.»(Ğurərul-Hikəm, hədis 8771 )
    1737.Özünə ehtiramın nişanəsi.
    6208.İmam Əli (ə): «Öz nəfsinə (və şəxsiyyətinə) hörmət qoyan kəs, onu günahla xar etməz.»(Ğurərul-Hikəm, hədis 9130 )
    6209.İmam Əli (ə): «Özünə hörmət qoyan kimsənin gözündə nəfsi istəklər dəyərsiz olar.»(Tovbə, ayə 77 )
    6210.İmam Əli (ə): «Dünya özünə hörməti olan şəxsin gözünə kiçik və dəyərsiz görünər.»(Kənzul-Ummal, hədis 1734 )
    382 Nifaq
    1738.Nifaq.
    Quran:
    «Nəticədə, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə, Allah da onların ürəyində Ona qovuşacaqları günə qədər nifaqın izlərini saxladı.»(Ğurərul-Hikəm, hədis 483 )
    Hədis:
    6211.Allahın Peyğəmbəri (s): «Nifaq əvvəlcə bir qara nöqtə kimi zahir olur və nifaq artdıqca həmin nöqtə də böyüyür. Nifaq təkmilləşəndə, qəlb tamamilə qaralır.»(Ğurərul-Hikəm, hədis 9559 )
    6212.İmam Əli (ə): «Nifaq, şirkin qardaşıdır.»(Ğurərul-Hikəm, hədis 9988 )
    6213.İmam Əli (ə): «İnsanın münasib zahir və münafiq batininin olması necə də pisdir!»(Nisa, ayə142, 143 )
    6214.İmam Əli (ə): «İnsanın nifaqı, onun özündə hiss etdiyi rəzillikdən yaranır.»(Biharul-Ənvar, c.72, səh.207, hədis 8 )
    1739.Münafiqin xüsusiyyətləri.
    Quran:
    «Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər. Onlar (imanla küfr arasında) tərəddüddədirlər, nə bunlarladırlar, nə də onlarla. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən.»(Kənzul-Ummal, hədis 854 )
    Həmçinin müraciət et: «Bəqərə» 8, 20; «Ali-İmran» 167, 168; «Nisa» 61, 138, 145; «Ənkəbut» 10, 11; «Muhəmməd» 30; «Mucadilə» 14,16.
    6215.Allahın Peyğəmbəri (s): «Münafiq vəd verəndə vədinə xilaf çıxan, bir iş görəndə onu faş edən (aləmə car çəkən), danışanda yalan deyən, əmanət tapşırılanda xəyanət edən, ruzi veriləndə özbaşınalıq edən və ruzi verilməyəndə (yoxsullaşanda) isə hiyləgərliyə əl atan kəsdir.»(Kənzul-Ummal, hədis 862 )
    6216.Allahın Peyğəmbəri (s): «Münafiqin gözləri onun ixtiyarındadır, istədiyi kimi ağlayır.»(Biharul-Ənvar, c.72, səh.207, hədis 8 )
    6217.Allahın Peyğəmbəri (s): «Münafiqlərin bir sıra nişanələri var və on¬lar həmin nişanələrlə tanınarlar: salamları lənətdir, çox yeyən və qarın¬qu¬ludurlar, qənimətləri çalıb-çaparlar, məscidlərə yalnız ikrah və riyakarlıqla yaxınlaşarlar, namazı onun axır vaxtında qılarlar, özlərini böyük tutarlar, belə ki, heç kəslə qaynayıb qarışmırlar və heç kəs də onlarla ünsiyyət yaratmır, axşam quru çubuq kimi düşərlər (gecə oyaq qalıb ibadətlə məşğul olmazlar) və gündüz mübahisə və səs-küy etməklə səslərini ucaldarlar.»(əl-Kafi, c.2, səh.396, hədis 6 )
    6218.Allahın Peyğəmbəri (s): «Kimliyindən asılı olmayaraq batini ilə zahiri bir-birinə zidd olan kəs münafiqdir.»(Tuhəful-Uqul, səh.212 )
    6219.Allahın Peyğəmbəri (s): «Bizim nəzərimizdə bədənin mütiliyinin qəlbin mütiliyindən çox olması nifaqdır.»(Nəhcül-Bəlağə, hikmət 45 )
    6220.İmam Əli (ə): «Münafiq başını qarışdırmaq üçün baxır, sükutu qəflətlədir, danışanda boş şeylər danışır, imkanlı olanda tüğyan edir, çətinliyə düşəndə fəryad qoparır. Tez narahat olur və gec razı qalır. Allah tərəfindən olan aza narazılıq edir və çox da onu razı salmır. Beynində çoxlu şər niyyətlər dolandırır və onların bir qədərini gerçəkləşdirir. Hansısa bir pis işi görməməsinə təəssüflənir.»(Üsuli-Kafinin şərhinə yazılmış haşiyənin müəllifi bu ibarənin mənası barəsində belə yazır:yəni ayağının ikibaldırını yerdən qaldırsın və dabanları üstündə otursun. Üsuli Kafinin tərcüməçisi yazır: Çox ehtimal ki, bu ibarət «istirahət oturuşu»nun tərk edilməsinə işarədir. Məclisi yazır: Mənim fikrimcə bu ibarət müxaliflərin çoxunun təşəhhüddə müstəhəbb hesab etdikləri oturuş, yəni sol bud üstündə oturub sağ ayağı sol ayağın üstünə qoymaq və sağ ayağı barmaqların ucu qibləyə tərəf düşən şəkildə qaldırmaqdır. )
    6221.İmam Əli (ə): «Əgər bu qılıncımla, mənə qarşı düşmənçilik etsin deyə, möminin burnunu kökündən vursam da, əsla düşmənçilik etməz. Əgər bütün dünyanı münafiqin ayağına töksəm ki, məni sevsin, məni əsla sevməz. Bunun səbəbi qəzavü-qədər qələminin belə yazması və bu ilahi təqdirin yazıb-oxumamış Peyğəmbərin (s) dilindən söylənilməsi və «Ey Əli, heç bir mömin səninlə düşmənçilik etməz və heç bir münafiq səni sevməz.» buyurmasıdır.»(Əmali-Səduq, səh.399, hədis 12 )
    6222.İmam Səccad (ə): «Münafiq çəkindirər, özü isə çəkinməz, başqalarına əmr etdiyini özü yerinə yetirməz, namaz qılanda sağa-sola baxar, ruku edəndə özünü (qoyunlar kimi) yerə atar (yəni rukudan sonra qalxmaz və elə həmin halda səcdəyə gedər), səcdə edəndə (qarğa və dən yeyən digər quşlar kimi) yerə dimdik vurar və oturanda «çöməltmə»(əl-İxtisas, səh.228 )halında oturar, axşam olanda oruc tutmamasına baxmayaraq elə hey yemək fikrində olar və gündüz axşam oyaq qalmamasına baxmayaraq bütün fikri-zikri yatmaq olar. Əgər sənə bir söz (yaxud hədis) desə, yalan deyər və əgər vəd versə, vədinə xilaf çıxar. Əgər ona inanıb əmanət tapşırsan, sənə xəyanət edər və əgər ona qarşı çıxsan, arxanca danışaraq qeybətini edər.»(Ğurərul-Hikəm, hədis 3214 )
    6223.İmam Sadiq (ə): «Dörd şey nifaqın nişanələrindəndir: daşqəlblilik, gözdən yaş gəlməməsi, günahı davam etdirmək və dünyaya hərislik.»(Ğurərul-Hikəm, hədis 3309 )
    1740.Ən aşkar münafiq.
    6224.İmam Əli (ə): «Ən aşkar münafiq o kəsdir ki, (başqalarını Allaha) itaətə dəvət edir, amma özü ona əməl etmir və (başqalarını) günahdan çəkindirir, amma özü ondan əl çəkmir.»(Nəhcül-Bəlağə, məktub 27 )
    6225.İmam Əli (ə): «İnsanların ən münafiqi, (başqalarını Allaha) itaətə əmr edərək özü əməl etməyən və başqalarını (günahdan) çəkindirərək özü çəkin¬məyəndir.»(Tovbə, ayə 68 )
    1741.Dilli münafiqdən çəkinmək.
    6226.İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) mənə buyurdu: «Mən ümmətim üçün nə mömindən qorxuram və nə də müşrikdən. Çünki Allah möminin qarşısını imanı vasitəsi ilə alır və şirkinə görə də müşrikin kökünü kəsir. Mənim sizə görə qorxum, sizin etiqadlarınızın əsasında danışan və etiqad bəslədiyinizə zidd işlər görən dilli münafiqdəndir.»(Nisa, ayə 145 )
    1742.Münafiqlərin məhşərə gətirilmələri və onların aqibəti.
    Quran:
    «Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. O atəş onlara kifayətdir. Allah onları lənətlədi. Onları əbədi əzab gözləyir.»(əl-Xisal, səh.38, hədis 16 )
    «Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.603, hədis 3 )
    Hədis:
    6227.Allahın Peyğəmbəri (s): «Qiyamət günü ikiüzlü şəxs, bir dili boynunun arxasından və bir dili önündən asılmış və onlarda şölələri onun bədənini bürüyən od yandırılmış halda gələcəkdir. Sonra ona deyiləcək: «Bu, dünyada ikiüzlü və ikidilli olmuş şəxsdir.» O, qiyamət günü belə tanınacaq.»(əl-Kafi, c.2, səh.492, hədis 8 )
    6228.Allahın Peyğəmbəri (s): «Dünyada ikiüzlü olan şəxs qiyamət günü məhşərə alov içində olan iki üzlə gələcəkdir.»(əl-Kafi, c.2, səh.493, hədis 13 )
    1743.Nifaqı aradan götürən amillər.
    6229.Allahın Peyğəmbəri (s): «Mənə və əhli-beytimə salavat göndərmək nifaqı aradan aparır.»(Bəqərə, ayə 254 )
    6230.Allahın Peyğəmbəri (s): «Mənə uca səslə salavat göndərin. Çünki bu, nifaqı aradan aparır.»(Hədid, ayə 7 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 757 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019