İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    383 Malın Allah yolunda sərf olunması
    1744.Malın Allah yolunda sərf olunması.
    Quran:
    «Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün gəlməmiş, sizə verdiyimiz ruzidən (Allah yolunda) paylayın. Kafirlər isə özlərinə zülm edənlərdir.»(Bəqərə, ayə 272 )
    «Allaha və Onun Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan xərcləyin. Sizdən iman gətirib (mallarını Allah yolunda) sərf edənləri, böyük bir mükafat gözləyir.»(əl-Kafi, c.4, səh.3, hədis 6 )
    «Malınızdan sərf etdiyiniz hər hansı bir şeyi, özünüz üçün etmisiniz.»(Əmali-Tusi, səh.183, hədis 306 )
    Həmçinin müraciət et: «Bəqərə» 261,265; «İnsan» 8.
    Hədis:
    6231.Allahın Peyğəmbəri (s): «Qiyamət torpağı, möminin kölgəsi istisna olmaqla, tamamilə od içindədir. Çünki onun verdiyi sədəqə başı üzərinə kölgə salır.»(ət-Tərğib vət-Tərhib, c.2, səh.50, hədis 8 )
    6232.Allahın Peyğəmbəri (s): «Kim Allah yolunda bir dirhəm versə, Allah onun üçün yeddi yüz savab yazar.»(Biharul-Ənvar, c.96, səh.117, hədis 9 )
    6233.Allahın Peyğəmbəri (s) (öz səhabələrinə xitabən):–«Sizlərdən kim öz varisinin malını öz malından daha çox istəyir?» Səhabələr dedilər: «Ey Allahın Peyğəmbəri, bizim hamımız öz malımızı varisimizin malından daha çox istəyirik.»
    Peyğəmbər buyurdu: «Hər bir kəsin malı, yalnız (axirət üçün) qabağa göndərdiyidir. Varisinin malı isə insanın özündən sonra qoyub getdiyi maldır.»(Ğurərul-Hikəm, hədis 3834 )
    6234.İmam Əli (ə): «Xoşa o adamın halına ki, malının artığını Allah yolunda xərcləyir və özünün artıq danışmasının qarşısını alır.»(Tuhəful-Uqul, İmam Sadiq (ə), hədis 83 )
    6235.İmam Əli (ə): «Siz bağışladığınız şeydən, onu əldə etmiş şəxsdən daha çox xeyir qazanırsınız.»(Biharul-Ənvar, c.96, səh.144, hədis 13 )
    6236.İmam Əli (ə) (əziz oğlu imam Həsənə (ə) tövsiyəsindən):–«Əslində sənin dünyadan payın, onun vasitəsiylə axirətini qurduğun şeydir. Buna görə də haqq yolda xərclə və başqalarının xəzinədarı olma.»(Biharul-Ənvar, c.96, səh.133, hədis 62 )
    6237.İmam Baqir (ə): «Heç nəyi, müqabilində daha artıq bir şey almaq məqsədi ilə bağışlama.»(Səba, ayə 39 )
    6238.İmam Sadiq (ə): «Məlundur, məlundur o şəxs ki, Allah ona mal bağışlasın və o, həmin maldan sədəqə verməsin.»(Biharul-Ənvar, c.96, səh.131, 62 )
    1745.Allah-taala Onun yolunda sərf edilmiş şeyin əvəzini verəcəyini vəd etmişdir
    Quran:
    «De ki: Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər və yaxud azaldar. (Allah yolunda) Nə xərcləsəniz, O, onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır.»(Kənzul-Ummal, hədis 16150 )
    Hədis:
    6239.Allahın Peyğəmbəri (s): «Heç bir mal sədəqə verməklə azalmayıb. Odur ki, verin və qorxmayın.»(Nəhcül-Bəlağə, hikmət 138 )
    6240. «Kənzul-Ummal»: «Ayişə deyir: Bir qoyun kəsdilər (və onun ətini payladılar). Peyğəmbər (s) buyurdu: Bir şey qalıb? Ayişə dedi: Baş-ayağından başqa bir şey qalmayıb. Peyğəmbər buyurdu: Baş-ayağından başqa hamısı qalıb.»(Biharul-Ənvar, c.96, səh.130, hədis 57 )
    6241.İmam Əli (ə): «Əvəzə (verdiyinin əvəzini alacağına) əminliyi olan kəs, bağışlamaqda əliaçıq olar.»(Məkarimul-Əxlaq, c.2, səh.21, hədis 2053 )
    6242.İmam Sadiq (ə): «(Malını Allah yolunda) Xərclə və əvəzə əminliyin olsun.»(əl-Kafi, c.4, səh.9, hədis 1 )
    6243.İmam Sadiq (ə) («malınızdan sərf etdiyiniz….» ayəsinə işarə edərək, malını Allah yolunda xərcləməsinə baxmayraq əvəzini görməməsini iddia edən şəxsə):–«Elə güman edirsən ki, Allah vədinə xilaf çıxır?» (Həmin şəxs deyir) Dedim: «Xeyr!» Buyurdu: «Bəs səbəb nədir?» Dedim: «Bilmirəm.» Həzrət buyurdu: «Əgər sizdən bir nəfər halal mal qazansa və onu düzgün şəkildə (Allaha görə) haqq yerə xərcləsə, Allah mütləq onun xərclədiyi bir dirhəmin əvəzini verər.»(Ali-İmran, ayə 92 )
    6244.İmam Sadiq (ə): «Sədəqə vermək borcu ödəyir və bərəkət gətirir.»(Məcməul-Bəyan, c.2, səh.792 )
    1746.İnsanın öz sevdiyi şeydən bağışlaması.
    Quran:
    «Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah, şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.»(əl-Kafi, c.4, səh.61, hədis 3 )
    Hədis:
    6245.Əbuttufeyl: «Əli (ə) bir paltar aldı. Ondan xoşu gəldi və buna görə də onu sədəqə verdi.»(Camiul-Əxbar, səh.505, hədis 1395 )
    6246.«əl-Kafi»: «İmam Sadiq (ə) şəkər sədəqə verirdi. O Həzrətə dedilər: Şəkər sədəqə verirsiniz? Buyurdu: Bəli. Şəkəri hər şeydən çox sevirəm və buna görə də istəyirəm ki, daha çox sevdiyim şeydən sədəqə verim.»(əl-Kafi, c.3, səh.504, hədis 7 )
    1747.Allaha itaət yolunda xərcləməyən, Ona qarşı günah yolunda xərcləyəcəkdir.
    6247.Allahın Peyğəmbəri (s): «Kim öz xoşu ilə malını yaxşı insanlardan əsirgəsə, Allah məcburi olaraq onun malını pislərə nəsib edər.»(Tuhəful-Uqul, səh.408 )
    6248.İmam Sadiq (ə): «Haqq yolda bir dirhəm xərcləməkdən imtina edən elə bir bəndə yoxdur ki, nahaq yolda iki dirhəm xərcləməsin.»(Biharul-Ənvar, c.77, səh.52, hədis 3 )
    6249.İmam Kazim (ə): «Allaha itaət yolunda xərcləməkdən imtina etmə ki, (mütləq) onun ikiqat artığını Allaha itaətsizlik yolunda xərcləyərsən (xərcləməli olarsan).»(Tuhəful-Uqul, səh.282 )
    1748.Yoxsulun Allah yolunda bir şey xərcləməsinin fəziləti.
    6250.Allahın Peyğəmbəri (s): «Üç şey imanın həqiqətlərindəndir: yoxsul olanda xərcləmək, camaatla insafla davranmaq və elm axtarana elm bağışlamaq.»(Tövbə, ayə 53, 54 )
    6251.İmam Səccad (ə): «Möminin xislətlərindən biri (Allah yolunda) yoxsulluğu həddində xərcləməkdir.»(Bəqərə, ayə 267 )
    1749.Allah yolunda xərclədiyi qəbul edilməyən şəxs.
    Quran:
    «De: İstər könül xoşluğu, istərsə də zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız. Onların xərclədiklərinin qəbul olunmasına mane olan, yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.»(Təfsir əl-Əyyaşi, c.1, səh.149, hədis 492 )
    Hədis:
    6252.İmam Baqir (ə) («pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin»(əl-Fəqih, c.2, səh.57, hədis 1694 ) ayəsi barədə sualın cavabında):–«İnsanlar İslamı qəbul edəndə, onların əllərində sələm və haram mallardan olan gəlirlər var idi. Onlar mallarının içində həmin gəlirləri axtarır və onları sədəqə verirdilər. Lakin Allah-taala onları bu işdən çəkindirdi. Pak və halal qazancdan başqa şeydən sədəqə vermək düzgün deyil.»(Kənzul-Ummal, hədis7545 )
    6253.İmam Sadiq (ə): «Əgər insanlar Allahın buyurduğu yolla qazanc əldə etsələr və onu Allahın qadağan etdiyi yolda xərcləsələr, Allah bunu onlardan qəbul etməz. Əgər qadağan etdiyi yolla qazanc əldə etsələr və onu Allahın buyurduğu yolda xərcləsələr, yenə də qəbul etməz. O vaxta kimi ki, düz (və halal) yolla qazansınlar və düz (və halal) yolda xərcləsinlər.»(Ğurərul-Hikəm, hədis 2939 )
    384 Xəbərçilik
    1750. Xəbərçilik.
    6254.Allahın Peyğəmbəri (s): «Kim hökmdarın yanında öz qardaşından xəbərçilik etsə, Allah-taala onun bütün əməllərini puç edər. Əgər haqqında xəbərçilik etdiyi şəxsə bir narahatçılıq və ya ziyan dəysə, Allah-taala xəbərçilik edəni Haman (Fironun vəziri) ilə odun bir dərəcəsində yerləşdirər.»(əl-Xisal, səh.108, hədis 73 )
    6255.İmam Əli (ə): «Ən pis doğru, xəbərçilikdir.»(Qələm, ayə 10, 11 )
    6256.İmam Sadiq (ə): «Xəbərçi üç nəfərin–özünün, barəsində xəbərçilik etdiyi şəxsin və yanında xəbərçilik etdiyi şəxsin– qatilidir.»(Kənzul-Ummal, hədis 8354)
    1751.Xəbərçilikdən çəkindirmək.
    Quran:
    «Həm də itaət etmə hər and içənə, alçağa, eybaxtarana, söz gəzdirmək üçün addım atana.»(əl-Xisal, səh.183, hədis 249 )
    Hədis:
    6257.Allahın Peyğəmbəri (s): «Söz gəzdirməkdən (və xəbərçilikdən) çəkinin.»(Ğurərul-Hikəm, hədis 2663 )
    6258.Allahın Peyğəmbəri (s): «Sizə ən pisinizin kim olmasını xəbər verimmi?» Dedilər: «Bəli, ey Allahın Peyğəmbəri (s)!» Buyurdu: «Xəbərçilik edənlər, dostları bir-birindən ayıranlar, pak və günahsız şəxslər üçün eyb uyduranlar.»(Biharul-Ənvar, c.63, səh.21, hədis 14 )
    6259.İmam Əli (ə): «Xəbərçilikdən çəkin. Çünki o kin-küdurət toxumu səpər və (insanı) Allahdan və camaatdan uzaqlaşdırar.»(İsra, ayə 79 )
    6260.İmam Sadiq (ə): «Xəbərçilik ən böyük cadulardandır. (Çünki) Xəbərçiliklə dostlar arasına ayrılıq salınır, qəlbibir yoldaşlar bir-birinə düşmən edilir, onun vasitəsi ilə qanlar tökülür, evlər dağıdılır və pərdələr aradan götürülür. Xəbərçi yer üzündə addımlayan ən pis şəxsdir.»(əl-Kafi, c.3, səh.454, hədis 16 )
    385 Müstəhəbb ibadətlər
    1752.Müstəhəbb ibadət.
    Quran:
    «Gecənin bir vaxtı durub, ancaq sənə xas olan nafilə (müstəhəbb) namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama çatdırsın.»(Məaric, ayə34 )
    Hədis:
    6261.Allahın Peyğəmbəri (s): «Həqiqətən, qəlblərin üz tutmaları və üz döndərmələri var. Buna görə də üz tutanda müstəhəbbiləri yerinə yetirin, üz döndərəndə isə vacibləri yerinə yetirməklə kifayətlənin.»(Məaric, ayə23 )
    6262.Fuzeyl: «Həzrət İmam Baqirdən (ə) «o kəslər ki, namazlarını hifz edərlər»(əl-Kafi, c.3, səh.269, hədis 12 ) ayəsi haqda sual soruşdum. Buyurdu: Məqsəd, vacib olan namazlardır.»Dedim: «O kəslər ki, daim namaz qılarlar»(Bəşarətul-Mustafa, səh.28 ) ayəsinin mənası nədir? Buyurdu: Məqsəd müstəhəbb namazdır.»(Nəhcül-Bəlağə, hikmət 279 )
    1753.Vacibləri müstəhəblərdən qabağa salmaq və üstün tutmaq.
    6263.İmam Əli (ə): «Heç bir vacib əməldə səhlənkarlıq, heç bir müstəhəbdə isə məcburiyyət olmamalıdır.»(Nəhcül-Bəlağə, hikmət 39 )
    6264.İmam Əli (ə): «Müstəhəblər vaciblərə ziyan vurduqda, müstə¬həbləri kənara qoyun.»(Ənam, ayə 122 )
    6265.İmam Əli (ə): «Müstəhəblər vacib olan əməllərə ziyan vuran zaman, Allaha yaxınlaşmağa səbəb olmazlar.»(Hədid, ayə 28 )
    386 Nur
    1754.Bəsirət nuru.
    Quran:
    «Heç (qəlbi) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam, zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi? Kafirlərin etdikləri əməllər onlar üçün beləcə zinətlənmişdir.»(əs-səhifə əs-Səccadiyyə, 95, dua: 22 )
    «Ey iman gətirənlər! Allahdan qorxun və Onun Peyğəmbərlərinə iman gətirin ki, Allah sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir.»(Biharul-Ənvar, c.1, səh.225, hədis 17 )
    Hədis:
    6266.İmam Səccad (ə) (etdiyi duaların birində):–«Mənə nur bəxş et ki, onunla insanlar arasında yol gedim, onun vasitəsi ilə qaranlıqlarda yolu tapım və onun işığında şəkk-şübhələrdən çıxım.»(Ğurərul-Hikəm, hədis 3725 )
    6267.İmam Sadiq (ə): «Elm, öyrənməklə deyil. Əksinə, elm əslində bir nurdur ki, Allah-taalanın hidayət etmək istədiyi şəxsin qəlbinə düşür.»(İləluş-Şəraye, səh.366, hədis 1 )
    1755.Qəlbin nuru və üzün nuru.
    6268.İmam Əli (ə): «Çox sükut et düşüncən zənginləşsin, qəlbin nurlansın və camaat sənin əlindən amanda qalsın.»(Müstədrəkül-Vəsail, c.12, səh.173, hədis 13810 )
    6269.İmam Səccad (ə) («gecə oyaq olub ibadətlə məşğul olanlar nə üçün insanların ən göyçəyidirlər?» sualının cavabında):–«Çünki onlar Allahla xəlvətə çəkiliblər və Allah onların qamətini Öz nuruna bürümüşdür.»(ət-Tərğib vət-Tərhib, c.1, səh.156, hədis 12 )
    6270.İmam Sadiq (ə): «Qəlbin nurunu (onun nurlanmasının yolunu) axtardım və onu təfəkkür və ağlamaqda tapdım. Siratdan keçməyi (yolunu) axtardım və onu sədəqə verməkdə tapdım. Üzün nurunu axtardım və onu gecə namazında tapdım.»(ət-Tərğib vət-Tərhib, c.2, səh.281, hədis 18 )
    1756.Hər bir doğru işdə nur var.
    6271.Allahın Peyğəmbəri (s): «Namaz nurdur.»(ət-Tərğib vət-Tərhib, c.2, səh.349, hədis 10 )
    6272.Allahın Peyğəmbəri (s): «Kim Allah yolunda bir ox atsa, həmin ox qiyamət günü onun üçün nur olar.»(Biharul-Ənvar, c.104, səh.311, hədis 9 )
    6273.Allahın Peyğəmbəri (s): «Quran oxu! O sənin üçün yer üzündə nur, göydə isə azuqədir.»(əl-Kafi, c.2, səh.54, hədis 4)
    6274.Allahın Peyğəmbəri (s): «Kim bir müsəlmanın haqqını diriltmək üçün haqq bir şahidlik etsə, qiyamətdə üzü nurani halda gələr. Onun nuru göz işlədikcə parlayar, yaradılmışlar onu ad və nəsəbi ilə tanıyarlar.»(Hədid, ayə 12 )
    6275.İmam Əli (ə): «Hər bir haqq işlə bir həqiqət var, hər bir düz işlə bir nur!»(Kənzul-Ummal, hədis 44154 )
    1757.Qiyamət nuru.
    Quran:
    «O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. (Onlara deyiləcək:) Bu gün sizin müjdəniz, altından çaylar axan cənnətlərdir, siz orada əbədi qalacaqsınız. Bu ən böyük qurtuluş və uğurdur.»(Ğurərul-Hikəm, hədis 2097 
    )
    Hədis:
    6276.Allahın Peyğəmbəri (s) («mən qiyamətdə məhşərə nurla gəlmək istəyirəm» deyən şəxsə):–«Heç kəsə zülm etmə ki, qiyamət günü məhşərə nur içində gələsən.»(Tuhəful-Uqul, səh.320)
    387 İnsanlar
    1758.İnsanlar.
    6277.İmam Əli (ə): «İnsanlar ağaclar kimidir. Hamısı bir sudan içirlər, amma meyvələri bir-birindən fərqlidir.»(Müstədrəkül-Vəsail, c.12, səh.310, hədis 14167 )
    6278.İmam Sadiq (ə): «Üç şey var ki, onlara insanların hamısının ehtiyacı var: əmin-amanlıq, ədalət və rifah.»(Kənzul-Ummal, hədis 24822 )
    6279.İmam Sadiq (ə): «İnsanların (özünüzə) oxşarı və cəmiyyətin orta təbəqəsi ilə olun. Çünki cəvahir mədənlərini onların arasında taparsınız.»(Nəhcüs-Səadə, c.2, səh.97 )
    1759.İnsanların hüquq bərabərliyi.
    6280.Allahın Peyğəmbəri (s): «İnsanlar darağın dişi kimi bərabərdirlər.»(Biharul-Ənvar, c.78, səh.57, hədis 119 )
    6281.İmam Əli (ə): «İnsanlar haqq qarşısında bərabərdirlər.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.2, səh.200,201 )
    6282.İmam Əli (ə): «(Həzrət) Adəmə kimi insanların hamısı bir-biri ilə bərabərdirlər.»(Əraf, ayə 179 )
    6283.«Nəhcül Bəlağənin şərhi»: «Əmirəl-möminin (ə) bir ərəb qadınla bir əcəm qadına eyni miqdarda dirhəm və yemək verdi. Ərəb qadın dedi: Mən ərəbəm, bu isə əcəm. Həzrət buyurdu: And olsun Allaha, mən beytul-mal (bölüşdürülməsi) baxımından İsmayılın övladlarında İshaqın övladlarından bir üstünlük görmürəm.»(əl-Xisal, səh.409, hədis 9 )
    1760.İnsanlardan olmayan kəs.
    6284.İmam Sadiq (ə) («bu camaatın hamısı insanların sırasındadır?» deyə soruşan kişinin cavabında):–«Dişlərini yumayan, dar yerdə bardaş qurub oturan, boş şeylərlə məşğul olan, bilmədiyi mövzulardan danışaraq mübahisə edən, özünü səbəbsiz olaraq xəstəlik yatağına yıxan, müsibətə düçar olmadan baş-gözü qarmaqarışıq və səliqəsiz olan, yoldaşları ilə hamısının yekdil olduğu həqiqət barədə müxalifətçilik edən, atalarının iftixarları ilə öyünən, amma onların yaxşı və bəyənilən əməllərindən bir nəsibi olmayanları, onlardan (insanlardan) çıx. Beləsi (ataları ilə öyünərək özünün əməli olmayan şəxs) xələng bitkisinə oxşayır ki, cövhər və iliyinə çatana kimi onun qabıqlarını qat-qat soyurlar. Həmçinin Allah-taalanın «Onlar heyvan kimidirlər. Bəlkə də daha çox zəlalətdədirlər.(Tuhəful-Uqul, səh.413 )» buyurduğu(Nəbə, ayə 42 )kimidirlər.»(Zumər, ayə 42 )
    1761.«İmməə» sözünün təfsiri.
    6285.İmam Kazim (ə) (Fəzl ibn Yunisə):–«Xeyir ver, xeyir danış, «imməə» olma. Dedim: İmməə nə deməkdir? Buyurdu: «Mən insanların arasındayam və mən də onların biri kimiyəm» demək. Allahın Peyğəmbəri (s) buyurub: «Ey insanlar, yalnız iki yol var: yaxşı yol və pis yol.» Buna görə də pis yol sizinçün yaxşı yoldan sevimli olmamalıdır.».(Kənzul-Ummal, hədis 39321 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1106 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024