İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    388 Yuxu
    1762.Yuxu.
    Quran:
    «Yuxunuzu da, istirahət (amili) etdik.»(Nəbə surəsi, ayə 42 )
    «Allah canlarını onlar öldüyü zaman tam, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin nəfəslərini saxlayar. Digər kimsələrin nəfəslərini isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən insanlar üçün nişanələr vardır.»(Zumər surəsi, ayə 42 )
    Hədis:
    6286.Allahın Peyğəmbəri (s): «Yuxu ölümün qardaşıdır. Cənnət əhli ölmür.»(əl-İxtisas, səh.218 )
    6287.İmam Rza (ə): «Yuxu beyinin hökmdarı, bədənin bərqərarlıq və qüvvət mənbəyidir.»(Əmali-Səduq, səh.322, hədis 4 )
    6288.İmam Hadi (ə): «Gecə oyaq qalmaq yuxunu daha da ləzzətli və şirin edir.»(Nəhcül-Bəlağə, hikmət 440 və xütbə 241 )
    1763.Çox yatmaqdan çəkinmək.
    6289.Allahın Peyğəmbəri (s): «Çox yatmaqdan çəkinin. Çünki çox yatmaq sahibini qiyamətdə əliboş qoyar.»(Qisəsul-Ənbiya, səh.163, hədis 185 )
    6290.İmam Əli (ə): «Qəflətən edilən gecə hücumundan qorxan şəxsin yuxusu azalar.»(əl-Kafi, c.5, səh.84, hədis 1 )
    6291.İmam Əli (ə): «Nə çox (gecə) yuxular(ı) var ki, gündüzün qərarlarını bir-birinə vurub.»(Təfsir əl-Əyyaşi, c.2, səh.115, hədis 149 )
    6292.İmam Baqir (ə): «Musa (ə) Allaha dedi: Sənin yanında hansı bəndə daha mənfurdur? Buyurdu: Gecənin leşi, gündüzün bekarı.»(əl-Kafi, c.5, səh.84, hədis 2 )
    6293.İmam Əli (ə): «Çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur.»(əd-Dürrətul-Bahirə, səh.43 )
    6294.İmam Kazim (ə): «Gözlərini çox yatmağa öyrətmə. Çünki gözlər bədənin ən naşükür üzvüdür.»(Biharul-Ənvar, c.81, səh.153, hədis 8 )
    6295.İmam Kazim (ə): «Allah-taala çox yatan bekar bəndəyə nifrət edir.»(Əmali-Səduq, səh.345, hədis 1 )
    6296.İmam Əskəri (ə): «Kim çox yatsa, pərişan yuxular görər.»(Biharul-Ənvar, c.76, səh.183, hədis 7 )
    1764.Yatan zaman ruhların göyə getməsi.
    6297.İmam Əli (ə): «Müsəlman cənabətli halda yatmaz və yalnız pak halda yatar. Çünki möminin ruhu Allaha tərəf gedir və Allah onu qəbul edərək bərəkət verir. Əgər əcəli çatmış olsa, onu Öz rəhmətinin pənahına daxil edir. Əgər əcəli hələ çatmamış olsa, onu Özünün etibarlı mələkləri ilə birlikdə göndərir və onlar onu bədəninə qaytarırlar.»(Savabul-Əmal, İmam Sadiq (ə), səh.35, hədis 1 )
    1765.Yuxu qaydaları.
    1.Təmizlik.
    6298.Allahın Peyğəmbəri (s): «Heç biriniz əli yağlı halda yatmasın. Əgər (kimsə) belə etsə və şeytandan ona bir ziyan dəysə, özündən başqa heç kəsi məzəmmət etməsin.»(Biharul-Ənvar, c.86, səh.183, hədis 6 )
    2.Paklıq.
    6299.Allahın Peyğəmbəri (s): «Kim dəstəmazlı yatsa və həmin gecə onun əcəli çatsa, Allahın yanında şəhid sayılar.»(əl-Xisal, səh.229, hədis 67 )
    6300.İmam Sadiq (ə): «Kim paklanıb (dəstəmaz alıb) sonra yerinə girsə, həmin axşam onun üçün məscid kimi olar.»(Biharul-Ənvar, c.76, səh.190, hədis 12 )
    6301.İmam Sadiq (ə): «Kim paklanıb sonra yerinə girsə, həmin axşam yeri ona məscid kimi olar. Dəstəmazı olmadığı yadına düşsə, nə olmasından asılı olmayaraq elə öz yorğanına təyəmmüm etsin. Əgər belə etsə, həmişə namaz və Allahı zikr etmək halında olar.»(Əmali-Səduq, səh.22, hədis 3 )
    3.Ayaqyoluna getmək.
    6302.İmam Əli (ə) (öz oğlu Həsənə (ə) buyurmuşdur): «Övladım! Sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə təbibə ehtiyacın olmasın? Dedi: Bəli, ey Əmirəl-möminin. Həzrət buyurdu: Acmayınca süfrə başında oturma, iştahan küsməmiş yeməkdən əl çək, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get. Əgər bunlara əməl etsən, təbibə möhtac olmazsan.»(Biharul-Ənvar, c.76, səh.196, hədis 12 )
    4.Gündüz görülən işləri araşdırmaq.
    6303.İmam Sadiq (ə): «Yatağına girəndən sonra həmin gün qarnına nə yemək göndərdiyini, nə əldə etdiyini fikirləş, öləcəyini və qarşıda qayıdış yerinin olmasını yadına sal.»(İləluş-Şəraye, səh.589, hədis 34 )
    5.Yatanda Quran oxumaq və dua etmək.
    6304.Allahın Peyğəmbəri (s): «Kim yatağına girəndə «Qul huvəllahu əhəd» surəsini oxusa, Allah onun əlli illlik günahlarını bağışlayar.»(əl-Xisal, səh.263, hədis 140 )
    6305.Allahın Peyğəmbəri (s): «Kim yatanda «əlhakumut təkasur» surəsini oxusa, qəbr əzabından qorunar.»(Biharul-Ənvar, c.76, səh.218, hədis 25 )
    6306.Allahın Peyğəmbəri (s): «Sizlərdən kim yatağına girsə, ….(bu duanı) desin: «Allahummə in əmsəktə nəfsi fi mənami fəğfir ləha və in ərsəltəha fəhfəzha bima təhfəzu bihi ibadəkəs salihin.» (yəni) Allahım! Əgər mənim canımı yuxuda alacaqsansa, onu bağışla, əgər bədənimə qaytaracaqsansa, onu qoru, necə ki, Özünün saleh bəndələrini qoruyursan.»(Ğurərul-Hikəm, hədis 1040 )
    6.Arxası və ya sağ böyrü üstə yatmaq.
    6307.İmam Əli (ə): «Dörd cür yatmaq var: Peyğəmbərlər (ə) arxası üstə uzanar və yatarlar, amma gözləri oyaq və Allahın vəhyinin intizarında olar. Mömin sağ böyrü üstə, üzü qibləyə yatar. Şahlar və şahzadələr sol böyürü üstə yatarlar ki, yedikləri yeməyi həzm etdirsinlər. İblis, onun qardaşları, hər bir dəli və bəlaya uğramış kəs, qarnı üstə (ağzı aşağı) yatar.»(əl-Kafi, c.2, səh.84, hədis 1 )
    7.Yuxudan duranda dua oxumaq.
    6308.Hüzeyfə: «Peyğəmbər həmişə yatağına girən zaman deyərdi: «Bismikəllahummə əmutu və əhya» (Allahım, Sənin adın ilə ölür və dirilirəm).» Yuxudan duranda isə deyərdi: «Əlhəmdu lillahilləzi əhyana bədə ma əmatəna və iləyhin nuşur.» Şükr olsun O Allaha ki, bizi öldürəndən sonra diriltdi və hamı yenidən Onun yanına (məhşərə aparılmaq üçün qəbrdən) qaldırılacaqdır.»(əl-Fəqih, c.4, səh.400, hədis 5859)
    389 Niyyət
    1766.Niyyət.
    6309.İmam Əli (ə): «Niyyət işin təməlidir.»(İsra, ayə 85 )
    6310.İmam Səccad (ə): «Əməl yalnız niyyətlədir.»(əl-Kafi, c.2, səh.85, hədis 5 )
    6311.İmam Sadiq (ə): «Heç bir bədən, niyyətin güclü olduğu şeyi yerinə yetirməkdə aciz deyil.»(əl-Məhasin, c.1, səh.409, hədis 929 )
    6312.İmam Sadiq (ə): «Cəhənnəm əhli əslində odda ona görə əbədi saxlanılır ki, onların dünyada niyyətləri, onda əbədi qalsalar, Allaha qarşı həmişə itaətsizlik etmək olub. Cənnət əhli də əslində ona görə Cənnətdə əbədi qalır ki, onların da niyyətləri, əgər dünyada qalsalar, əbədi olaraq Allaha itaət etmək olub. Deməli, hər iki dəstənin əbədiliyinin səbəbi onların niyyətləridir. Həzrət sonra «De: Hərə öz qabiliyyətinə görə iş görər»(Kənzul-Ummal, hədis 7272 )ayəsini oxudu və buyurdu: Yəni, öz niyyəti əsasında.»(Əmali-Tusi, səh.618, hədis 1274 )
    6313.İmam Sadiq (ə): «Allah qiyamət günü insanları məhşərə niyyətləri əsasında gətirəcəkdir.»(Kənzul-Ummal, hədis 7261 )
    1767.Niyyətin əməldə rolu.
    6314.Allahın Peyğəmbəri (s): «Ey camaat! Əməllər yalnız niyyətlərlədir (niyyətə bağlıdır). Əslində, hər bir kəsə niyyətində olduğu şey çatacaqdır. Buna görə də mühacirəti Allaha və Onun Peyğəmbərinə görə olan şəxs, Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etmişdir. Kimin mühacirət etməkdə məqsədi dünyadan bir şey əldə etmək, yaxud bir qadınla evlənmək olsa, onun hicrəti niyyətini tutub hicrət etdiyi şeyə tərəfdir.»(Məkarimul-Əxlaq, c.2, səh.378, hədis 2661 )
    6315. «Əmali Tusi»: «Həzrət Peyğəmbər (s) Əlini (ə) bir qoşuna başçı təyin edərək müharibəyə göndərən zaman bir nəfər öz qardaşına dedi: Əlinin qoşununda bizimlə birlikdə müharibəyə gəl, bəlkə bir qul, yaxud bir heyvan və ya halımıza yarayan başqa bir şey əldə etdik. Allahın Peyğəmbəri (s) buyurdu: Əməllər yalnız niyyətlərlədir (niyyətlərə bağlıdır) və hər bir kəsə niyyətində olduğu şey çatacaqdır. Buna görə də Allahın yanında olanları əldə etmək üçün vuruşan kəsin mükafatı, şübhəsiz ki, Allahın öhdəsindədir. Amma kim dünya malı əldə etmək və ya dəvənin ayağına bağlanan məxsus kəndir niyyəti ilə vuruşsa, ona niyyəti ilə vuruşduğu şeydən başqa heç nə çatmaz.»(Ğurərul-Hikəm, hədis 1624 )
    1768.Yaxşı və xeyir niyyətin mükafatı.
    6316.Allahın Peyğəmbəri (s): «Biz Mədinədə, keçdiyimiz hər bir dərədə, qalxdığımız hər bir təpədə və qədəm basdığımız hər bir enişdə bizimlə birlikdə olan kəsləri qoymuşuq. Dedilər: Burada olmaya-olmaya necə bizimlədirlər? Buyurdu: Niyyətləri ilə.»(Nəhcül-Bəlağə, xütbə 12 )
    6317.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Hətta yerinə yetirməsən belə, yaxşı iş niyyəti et ki, qəflətdə olanlardan yazılmayasan.»(Ğurərul-Hikəm, hədis 6193 )
    6318.İmam Əli (ə): «Yaxşı niyyətin özü bir növ əməldir.»(Əlamud-Din, səh.301 )
    6319.İmam Əli (ə) (qardaşının da, Cəməl müharibəsində iştirak edib Allahın Öz düşmənlərinə qalib gəlməsinin şahidi olmasını arzulayan kişiyə): «Qardaşının ürəyi bizimlədir?» Dedi: «Bəli.» Həzrət buyurdu: «Onda, o bizimlə olub. Həqiqətən, bizim bu qoşunumuzda, hələ atalarının belləri və analarının bətnlərində olan kəslər var. Zəmanə tezliklə onları varlıq aləminə gətirər və iman (cəbhəsi) onların vücudu ilə güclənər.»(əl-Kafi, c.2, səh.84, hədis 2 )
    6320.İmam Əli (ə): «Allahın hər bir kəsə bəxşişi, (onun) niyyəti qədərincədir.»(Əmali-Tusi, səh.454, hədis 1013 )
    6321.İmam Baqir (ə): «Allah birindən xoş məram görsə, onu öz pənahında saxlayar.»(İləluş-Şəraye, səh.524, hədis 2 )
    1769.Möminin niyyəti onun əməlindən daha yaxşıdır.
    6322.Allahın Peyğəmbəri (s): «Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir. İş görən hər bir kəs öz niyyətinə uyğun iş görür.»(İləluş-Şəraye, səh.524, hədis1 )
    6323.Allahın Peyğəmbəri (s): «Möminin niyyəti onun əməlindən yetərlidir. Günahkarın (kafirin) niyyəti də belədir.»(Məkarimul-Əxlaq, c.2, səh.370, hədis 2661 )
    6324.İmam Baqir (ə): «Möminin niyyəti onun əməlindən üstündür. Çünki o bəzən xeyir işlər görməyi niyyət edir, amma onları yerinə yetirməyə nail ola bilmir. Eləcə də kafirin niyyəti onun əməlindən pisdir. Çünki kafir başında pis niyyətlər dolandırır və pisliklərini gerçəkləşdirməyə ümid bəsləyir. Amma onları yerinə yetirməyə imkan tapmır.»(Biharul-Ənvar, c.70, səh.210, hədis 32 )
    6325.İmam Sadiq (ə) (möminin niyyətinin onun əməlindən üstün olmasının səbəbi barədə sualın cavabında):–«Çünki ola bilər ki, bəzən əməl insanın riyakarlıq etməsi və özünü yaradılmışlara göstərməsi üçün yerinə yetirilsin. Niyyət isə, xalis şəkildə aləmlərin Rəbbinə məxsusdur. Buna görə də Allah-taala niyyətə görə əməl üçün vermədiyi bəxşişləri əta edir.»(Kənzul-Ummal, hədis 7238 )
    1770.Bütün işlərdə niyyət etməyə təşviq.
    6326.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Bütün işlərdə, hətta yatmaq və yemək yeməkdə də pak niyyətli ol.»(Ğurərul-Hikəm, hədis 4806 )
    6327.İmam Sadiq (ə): «İnsan gərək bütün hərəkətlərində və hərəkətsizliyində pak niyyətli olsun. Çünki əgər ortada bu məna olmasa, o qafillərdəndir.»(Ğurərul-Hikəm, hədis 4766 )
    1771.Gözəl niyyət
    6328.Allahın Peyğəmbəri (s): «Ən fəzilətli əməl düzgün niyyətdir.»(əl-Məhasin, c.1, səh.406, hədis 922 )
    6329.İmam Əli (ə): «Niyyətin gözəlliyi, insan təbiətinin gözəlliyidir.»(əl-Kafi, c.2, səh.85, hədis 4 )
    6330.İmam Əli (ə): «Gözəl niyyət amal və arzulara çatmağa səbəb olur.»(Ğurərul-Hikəm, hədis 5568 )
    6331.İmam Sadiq (ə): «Kimin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar.»(Ğurərul-Hikəm, hədis 6228 )
    6332.İmam Sadiq (ə) («insanın öz vəzifəsini yerinə yetirməsi üçün nə qədər ibadət etməsi lazımdır?» sualının cavabında):–«İtaətdə gözəl niyyətə malik olması.»(Ğurərul-Hikəm, hədis 4021 )
    1772.Bədniyyətlilik.
    6333.İmam Əli (ə): «Bədniyyətlilik gizlin bir dərddir.»(Biharul-Ənvar, c.71, səh.247, hədis 6 )
    6334.İmam Əli (ə): «Niyyətin pisliyi ilə bərəkət aradan gedir.»(Kənzul-Ummal, hədis 46260 )
    6335.İmam Əli (ə): «Niyyət pisləşəndə, qarşıya bəla və çətinlik çıxar.»(Kənzul-Ummal, hədis 46262 )
    6336.İmam Sadiq (ə): «Həqiqətən, mömin günah niyyəti edir və həmin səbəbdən öz ruzisindən məhrum olur.»()Nəhcül-Bəlağə, xütbə 189 )
    390 Hicrət
    1773.Hicrət.
    6337.Allahın Peyğəmbəri (s): «Ey insanlar! Mühacirət edin və İslama sarılın. Çünki nə qədər ki, cihad var, hicrət kəsilməz.»(əl-Kafi, c.8, səh.148, hədis 126 )
    6338.Allahın Peyğəmbəri (s): «Hicrət iki növdür: Bir hicrət, günahlardan uzaqlaşmaq və hicrət etməkdir, digəri isə Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etməyindir. Nə qədər ki, tövbə qəbul edilir, hicrət kəsilməz.»(Muddəssir, ayə 5 )
    6339.İmam Əli (ə): «Hicrət hələ də öz əvvəlki qüvvəsində qalmaqdadır. Allahın yer üzünün insanlarına, istər öz imanlarını gizlədənlərə, istərsə də aşkar edənlərə, ehtiyacı yoxdur. Allahın yer üzündəki hüccətini tanımadan heç kəsə mühacir adı qoyulmur. Buna görə də mühacir həmin hüccəti tanı-yan və onu dilinə gətirən şəxsdir. Həmçinin, hüccətin çatdığı, qulağı onu eşidən və qəlbi onu qəbul edən şəxsə «müstəzəf» adı şamil olmaz.»(Kənzul-Ummal, hədis 46263 )
    6340.İmam Baqir (ə): «Mühacir könüllü surətdə İslamı qəbul edən şəxsdir.»(Kənzul-Ummal, 46224 )
    1774.Ən üstün hicrət.
    Quran:
    «Pis şeylərdən uzaqlaş.»(Kənzul-Ummal, hədis 676 )
    Hədis:
    6341.Allahın Peyğəmbəri (s): «Ən üstün və fəzilətli hicrət, Allahın sevmədiyi şeydən hicrət etməyindir (uzaqlaşmağındır).»(Nisa, ayə 97 )
    6342.Allahın Peyğəmbəri (s): «Ən üstün hicrət, pislikdən hicrət etməyindir (uzaqlaşmağındır).»(Ənkəbut, ayə 56 )
    6343.Allahın Peyğəmbəri (s): «Mühacir, xəta və günahlardan hicrət edən şəxsdir.»(Məcməul-Bəyan, c.3, səh.153 )
    1775.Günahkarların ölkəsindən hicrət etmək.
    Quran:
    «Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: «Siz nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzündə zəif kəslər idik!» (Mələklər onlara) «Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?» deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora necə də pis yerdir!»(Məcməul-Bəyan, c.8, səh.455 )
    «Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!»(Vəsailuş-Şiə, c.11, səh.75, hədis 1 )
    Hədis:
    6344.Allahın Peyğəmbəri (s): «Kim öz dinini bir yerdən digər bir yerə, hətta bir qarış olan yerə, qaçırdıb nicat versə, Cənnət ona vacib olar və o, İbrahim və Məhəmmədlə (ə) yoldaş olar.»(Nəvadir ər-Ravəndi, səh.23, )
    6345.İmam Sadiq (ə) («ey iman gətirən bəndələrim…» ayəsi haqda): «Sən olduğun torpaqda Allaha itaətsizlik edilən zaman, oradan başqa yerə köç!»(Məani əl-Əxbar, səh.265 )
    1776.Hicrətdən sonra ərəbləşmənin qadağan olması.
    6346.Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyəsində):–«Hicrətdən sonra ərəbləşmək yoxdur (düzgün deyil).»(Vəsailuş-Şiə, c.11, səh.75, hədis 2 )
    6347.Allahın Peyğəmbəri (s): «Mən düşmən şəhərində müşriklə bir yerdə yaşayan müsəlmandan bizaram.»(Kənzul-Ummal, hədis 24789 )
    6348.İmam Sadiq (ə): «Hicrətdən sonra ərəbləşən, bu işi (əhli-beytin vilayətini) tanıyandan sonra, onu tərk edən kimsədir.»(Biharul-Ənvar, c.77, səh.89, hədis 3 )
    6349.İmam Rza (ə): «Allah-taala hicrətdən sonra ərəbləşməyi haram edib. Çünki bu, dindən dönməyə, peyğəmbərlərə və (Allahın) hüccətlər(in)ə köməkdən əl çəkməyə, eləcə də hər bir haqq sahibinin haqqının məhv edilib batırılmasına səbəb olur. Ona görə ki, o, bədəvilərlə yoldaşlıq edir. Həmçinin, dinlə kamil tanışlığı olan şəxsin nadan və (dindən və onun maarifindən) xəbərsiz insanların içində yaşaması caiz deyil. Çünki onun elmdən əl çəkmə, nadanlara qarışma və cəhalətə batma qorxusu var.»(əl-Kafi, c.2, səh.346, hədis 7 )
    391 Küsmək
    1777.Küsmək.
    6350.Allahın Peyğəmbəri (s): «Müsəlmanın qardaşından küsməsi, onun qanını tökməsi kimidir.»(əl-Kafi, c.2, səh.344, hədis 1 )
    6351.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Qardaşından küsməkdən çəkin. Çünki küsülü halda olanda, əməl qəbul edilmir.»(əl-Kafi, c.2, səh.344, hədis 2 )
    6352.İmam Sadiq (ə): «İki müsəlman bir-biri ilə küsülü olduğu müddətdə İblis şad olar. Onlar bir-biri ilə (barışaraq) görüşən zamansa, onun dizləri bir-birinə dəyər, oynaqlarının bağları qırılar və fəryad qoparar: Vay mənim halıma! Məhv oldum!»(Kənzul-Ummal, hədis 24793 )
    6353.İmam Sadiq (ə): «Küsülü halda bir-birindən ayrılan iki şəxsdən biri mütləq nifrətə (Allahın və Peyğəmbərin ona nifrətinə) və lənətə layiqdir, (hətta) bəlkə də onların hər ikisi buna layiqdir.» Müəttəb dedi: «Allah məni sizə fəda etsin! Zalım barəsində düzdür (zalım bu cəzaya layiqdir), bəs məzlum nə üçün?»
    Həzrət buyurdu: «Ona görə ki, qardaşını onunla barışmağa dəvət etmir və onun (küsməyə səbəb olan) sözünə göz yummur. Atamın belə buyurduğunu eşitmişəm ki: «iki nəfər bir-biri ilə dalaşanda, onlardan biri digərinə qalib gələndə, zülm edilmiş şəxs o birisinin yanına gedib ona «qardaş, zalım (və müqəssir) mənəm» deməlidir ki, onunla dostu arasındakı küsülülük və ayrılıq aradan qalxsın. Çünki Allah-taala ədalətli hakimdir və zülmə məruz qalmış şəxsin haqqını zalımdan alacaqdır.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.457, hədis 7 )
    1778.Müsəlmanın öz qardaşından üç gündən artıq küsülü qalması qadağandır.
    6354.Allahın Peyğəmbəri (s): «Üç gündən artıq küsmək rəva deyil.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.457, hədis 8  )
    6355.Allahın Peyğəmbəri (s): «Möminin, öz qardaşından üç gündən artıq küsməsi rəva deyil.»(əl-Kafi, c.2, səh.345, hədis 5 )
    6356.Allahın Peyğəmbəri (s): «Üç gündən artıq küsmək rəva deyil. Buna görə də əgər bir-birləri ilə qarşılaşsalar və onlardan biri salam versə və digəri onun salamının cavabını alsa, hər ikisi savabda şərikdirlər. Amma əgər o, salamın cavabını verməsə salam verən günahdan uzaq, o birisi isə günahkardır.»(Biharul-Ənvar, c.75, səh.188, hədis 10 )
    6357.Allahın Peyğəmbəri (s): «Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, ey Allahın bəndələri! Bir-birinizə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər.»(Ta-ha, ayə50 )
    6358.Allahın Peyğəmbəri (s): «Bir-birindən küsüb, küsülülüyü üç gün davam etdirən və barışmayan müsəlmanların hər ikisi İslamdan çıxar və onların arasında heç bir dini bağlılıq qalmaz. Onlardan kim, öz qardaşından qabaq digəri ilə danışsa, hesab günü Cənnətə digərindən qabaq gedər.»(İnsan, ayə 3)
    6359.İmam Baqir (ə): «Hansı iki mömin bir-biri ilə üç gündən artıq küsdüsə, mən onlardan təngə gələrək kənarlaşdım.» Dedilər: «Ey Allahın Peyğəmbərinin oğlu, zalım və müqəssir olan barəsində bəli (o buna layiqdir), amma məzlumdan nə üçün?» Buyurdu: «Həmin məzlum nə üçün müqəssirin yanına gedib barışmaq üçün «mənəm müqəssir» demir?»(Biharul-Ənvar, c.5, səh.196, hədis 4 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 910 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019