İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    398 Miras
    1805 Miras.
    Quran:
    «Allah övladlarınızın haqqında sizə tövsiyə edərək buyurur ki: oğula, iki qız hissəsi qədər pay düşür. Əgər qızların sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qız olsa, mirasın yarısı onundur. (Vəfat edənin) Övladı olarsa, ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir…..»(Uyun Əxbar Rza (ə), c.2, səh.98, hədis 1 )
    Həmçinin müraciət et: «Nisa», 7.12, 23, 32, 127, 176; «Məryəm», 6; «Nəml», 16; «Fəcr», 19.
    Hədis:
    6465.İmam Sadiq (ə) («Nə üçün oğlanın miras payı qızın miras payının iki misli qədərdir?» sualının cavabında): «Çünki qadına nə cihad vacibdir, nə ailənin dolanışığını təmin etmək və nə də (həddi-buluğa çatmamış qohumlarının ödəməli olduğu) diyəni ödəmək! Əksinə bunlar kişinin öhdəsinə qoyulub.»(əl-Kafi, c.7, səh.141, hədis 5 )
    6466.İmam Rza (ə) (həmin sualın cavabında): «Qadınlara mirasdan kişilərin payının yarısı qədər verilməsinin səbəbi budur ki, evlənəndə arvad (mehriyyə) alır, kişi isə (mehriyyə) verir. Bu səbəbdən kişilərin payı artıq edilib. Kişilərin payının qadınların payından iki dəfə çox olmasının digər bir səbəbi də budur ki, arvad (bir şeyə) möhtac olsa da kişinin öhdəsindədir və kişi onun ehtiyacını ödəməyə, dolanışığını təmin etməyə görə məsuliyyət daşıyır. Lakin qadın nə kişinin məişətini təmin etməyə zamindir, nə də kişinin ehtiyacı olanda onun dolanışığını ödəməyə görə məsuliyyət daşıyır. Bu səbəblərdən Allah-taala kişilərin payını artırıb. Bu, Allah-taalanın kəlamıdır ki, «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınlar üçün) xərcləmələrinə görədir.(Kənzul-Ummal, hədis 30447 >>əl-Kafi, c.7, səh.143, hədis 5 )
    1806.Varisliyə mane olan amillər.
    6467.Allahın Peyğəmbəri (s): «Qatilə, (qətlə yetirdiyi şəxsdən) miras çatmır.»(Nəml, ayə 16 )
    6468.Allahın Peyğəmbəri (s): «Zinadan olana nə kimsədən miras qalır, nə də ondan kimsəyə miras düşür.»(Məryəm, ayə 5, 6 )
    6469.İmam Sadiq (ə): «Müsəlman, kafirə miras çatmasının qarşısını alır, amma (özünə) ondan irs çatır. Kafir isə, nə möminə mirasın qarşısını alır, nə də irs götürür.»(ət-Təbəqatul-Kübra, c.2, səh.315 )
    1807.Peyğəmbərlərin mirası.
    Quran:
    «Süleyman Davuda vərəsə oldu və dedi: Ey insanlar, bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu həqiqətən açıq-aşkar bir lütfdür.»(Kənzul-Ummal, hədis 7284 )
    «Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, doğmur. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, həm mənə, həm də Yaqub nəslinə varis olsun. Pərvərdigara! Həm də elə et ki, o, Sənin razılığını qazanmış olsun.»(Kənzul-Ummal, hədis 7300 )
    Hədis:
    6470. «ət Təbəqatul kubra»: «Fatimə (ə) və Abbas ibn Əbdülmüttəlib öz miraslarını almaq üçün Əbubəkrin yanına gəldilər. Əli (ə) də onlarla birlikdə getdi. Əbubəkr dedi: Allahın Peyğəmbəri (s) buyurub: «Biz miras qoymuruq, qoyub getdiklərmiz sədəqədir.» (Əbubəkr dedi) Yaşayışları Peyğəmbər tərəfindən təmin edilənlərin xərcləri də mənim öhdəmədir. Əli buyurdu: «Süleyman Davuda vərəsə oldu. Zəkəriyya da «həm mənə, həm də Yaqub nəslinə varis olsun.» deyə buyurub.»
    Əbubəkr dedi: «Məsələ elə (mənim Peyğəmbərdən nəql etdiyim kimi) belədir. And olsun Allaha, (Peyğəmbərin hədislərindən) mənim bildiklərimi sən də bilirsən.»
    Əli buyurdu: «Bu (isə) Allahın kitabıdır ki, (peyğəmbərlərin miras qoyub getmələrini açıq-aşkar) bəyan edir.» Onlar (Əli, Fatimə və Abbas) daha bir söz deməyib getdilər.»(Biharul-Ənvar, c.70, səh.304, hədis 18 )
    399 Günahlardan çəkinmək
    1808.Günahlardan çəkinmək.
    6471.Allahın Peyğəmbəri (s): «Hər bir şeyin əsası və təməli var, imanın təməli də günahlardan çəkinməkdir.»(Nəhcül-Bəlağə, hikmət: 371 )
    6472.Allahın Peyğəmbəri (s): «Dinin sütunu günahlardan çəkinməkdir.»(Nəhcül-Bəlağə, hikmət 4 )
    6473.Allahın Peyğəmbəri (s): «Dininizin ən üstünü, günahlardan çəkinməkdir.»(Biharul-Ənvar, c.70, səh.306, hədis 30 )
    6474.İmam Əli (ə): «Günahlardan çəkinməkdən gözəl səngər yox¬dur.»(əl-Kafi, c.2, səh.77, hədis 5 )
    6475.İmam Əli (ə): «Günahlardan çəkinmək qalxandır.»(Əmali-Tusi, səh.281, hədis 544 )
    6476.İmam Əli (ə): «Kim bizi sevirsə, bizim kimi əməl etməli, dav¬ranmalı və günahdan çəkinməkdən kömək götürməlidir. Çünki günahlardan çəkinmək dünya və axirət işində ən yaxşı köməkçidir.»(əl-Kafi, c.2, səh.78, hədis 10 )
    6477. İmam Baqir (ə): «İbadətlərin ən çətini günahlardan çəkin¬məkdir.»(Ğurərul-Hikəm, hədis 4636 )
    6478.İmam Sadiq (ə): «Günahlardan çəkinən olun! Çünki günahdan çəkinmək bizim tabe olduğumuz, vasitəsi ilə Allaha bəndəlik və itaət etdiyimiz və (Ona tabe olmağı) bizi sevənlərdən istədiyimiz dindir.»(Ğurərul-Hikəm, hədis 1436 )
    6479.İmam Sadiq (ə): «O şəxs ki, yüz min və ya daha artıq əhalisi olan bir şəhərdə yaşayır və orada ondan da pəhrizkar olan bir kəs var, bizdən deyil və dəyərsiz adamdır.»(Ğurərul-Hikəm, hədis 1107 )
    1809. Günahlardan çəkinməyin nəticəsi.
    6480.İmam Əli (ə): «Günahlardan çəkinməyin nəticəsi nəfs və dinin düzəlməsidir.»(Ğurərul-Hikəm, hədis 10689 )
    6481.İmam Əli (ə): «Günahlardan çəkinmək haramları yerinə yetirməyə mane olur.»(əl-Kafi, c.2, səh.76, hədis 2 )
    6482.İmam Əli (ə): «Günahlardan çəkinmək təqvanın təməlidir.»(əl-Məhasin, c.1, səh.65, hədis 9 )
    6483.İmam Əli (ə): «Elm, günahlardan çəkinmə olmadan inkişaf etmir.»(Tənbihul-Xəvatir, c.2 səh.88 )
    6484.İmam Sadiq (ə): «Allahdan qorxun və dininizi günahlardan çəkinməklə qoruyun.»(əl-Kafi, c.2, səh.77 hədis 4 )
    1810. Günahlardan çəkinməyin rolu.
    6485.İmam Əli (ə): «Günahlardan çəkinməklə müşayiət olunmayan ibadətdə xeyir yoxdur.»(Biharul-Ənvar, c.70, səh.296, hədis 1 )
    6486.İmam Səccad (ə): «Günahlardan çəkinmək, ibadətin (nəzmə düzüldüyü) ipidir. Əgər bu ip qırılsa, (təsbeh və bu kimi şeylərin) sap(ı) qırılanda nəzm pozulduğu kimi dindarlıq da eləcə aradan gedər.»(Kənzul-Ummal, hədis 7299 )
    6487.İmam Sadiq (ə): «Günahlardan çəkinmə olmadan ibadətdə çalışmaq, xeyir verməz.»(Ğurərul-Hikəm, hədis 3097 )
    6488.İmam Sadiq (ə) (Əmr ibn Səidə xitabən):–«Sənə ilahi təqvaya yiyələnməyi, günahlardan çəkinən olmağı və (ibadətdə) çalışmağı tövsiyə edirəm. Bil ki, günahlardan çəkinməklə birgə olmayan çalışqanlıq xeyir verməz.»(Ğurərul-Hikəm, hədis 2161 )
    1811. Günahlardan çəkinməyin mənası.
    6489.Allahın Peyğəmbəri (s): «Günahlardan çəkinmək əməllərin ağası və başçısıdır. Hər kimdə onu xəlvətdə Allaha qarşı itaətsizliklə qarşılaşdıq-da həmin işi yerinə yetirməkdən saxlayan çəkinmə olmasa, Allah onun digər əməllərinə etina etməz. Çünki günahlardan çəkinmək gizlin və aşkarda Allahdan qorxmaq, yoxsul və varlı olanda mötədillik, şad və qəzəbli olanda ədalətə riayət etməkdir.»(əl-Kafi, c.2, səh.77, hədis 8 )
    6490.İmam Əli (ə): «Günahlardan çəkinməyin kökü günahlardan uzaq-laşmaq və haramdan çəkinməkdir.»(Biharul-Ənvar, c.7, səh.303, hədis 15 )
    6491.İmam Əli (ə): «Günahlardan çəkinmək (haramlıq ehtimalı olan) şübhəli şeylə qarşılaşan zaman dayanmaqdır.»(Biharul-Ənvar, c.69, səh.368, hədis 4 )
    6492.İmam Sadiq (ə) (günahlardan çəkinən şəxs barədə sualın cavabında):–«Günahlardan çəkinən, Allah-taalanın haramlarından çəkinən şəxs-dir.»(Ğurərul-Hikəm, hədis 3368 )
    6493.İmam Sadiq (ə) (həmin suala verdiyi digər bir cavabda): «Günahlardan çəkinən, Allahın haramlarından uzaq duran şəxsdir. Əgər o, şübhəli şeylərdən çəkinməsə, bilmədən harama düşər.»(Ğurərul-Hikəm, hədis 2839 )
    1812.İnsanların günahlardan ən çox çəkinəni.
    6494.Allahın Peyğəmbəri (s): «Allahın haramlarından çəkin ki, insanların ən pəhrizkarı olasan.»(əl-Kafi, c.2, səh.77, hədis 7 )
    6495.İmam Əli (ə): «İnsanların günahlardan ən çox çəkinəni, onların xahiş və yalvarıb-yaxarmaqdan ən uzaq olanıdır.»(Əraf, ayə 8, 9 )
    6496.İmam Əli (ə): «Sizin ən zirənginiz ən pərhizkar olanınızdır.(Kənzul-Ummal, hədis 39768 )
    6497.İmam Baqir (ə): «Allah-taala buyurub: Ey Adəm övladı! Sənə haram etdiklərimdən uzaqlaş ki, insanların günahlardan ən çox çəkinəni olasan.»(əl-Kafi, c.2, səh.143, hədis 10 )
    400 Tərəzi
    1813.Əməl tərəzisi.
    Quran:
    «O gün əməllərin çəkilməsi haqqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər edənlərdir.»(əl-Ehticac, c.2, səh.247, hədis 223. Bu rəvayət bizim çəkinin təfsirində dediklərimizin təsdiqidir. Rəvayətdə olan çox incə məqamlardan biri imamın buyurduğu «əməllər camaatın yerinə yetirdiyi işin sifətidir» cümləsinin təsdiqidir. İmam (ə) həmin cümlədə bu məqama toxunur ki, belə yerlərdə əməllərdən məqsəd insanın etdiyi təbii hərəkətlər deyil. Çünki bu hərəkətlər həm itaətdə, həm də günahda baş verir. Əməllərdən məqsəd onlara verilən sifətlər və dini və ictimai adət və qanunların onlar barəsində mötəbər hesab etdiyi sifətlərdir. Məsələn, yaxınlıq zamanı bir sıra hərəkətlər edilir ki, əgər onlar ictimai adət-ənənə və ya şəriətin icazəsi ilə uyğun olsa evlilik adlandırılır, onlara müvafiq olmasa isə zina hesab edilir. Halbuki, edilən hərəkətlər hər iki halda eynidir. İmam (ə) öz kəlamında iki dəlil gətirir. Birincisi budur ki, həmin əməllər sifətdirlər və onların çəkisi yoxdur. İkincisi budur ki, Allahın onları çəkməyə ehtiyacı yoxdur, çünki O nadanlıq sifəti ilə vəsf olunmur. əl-Mizan c.8, səh.16 )
    Həmçinin müraciət et: Kəhf 105; Muminun 102, 103; Qariə 6-11.
    Hədis:
    6498.Allahın Peyğəmbəri (s): «Qiyamət günü Allah (Həzrət) Adəmə buyuracaq: «Tərəzinin yanında dayan və onların əməllərindən sənə tərəf qalxanlara bax. Onlardan kimin yaxşılıqları pisliklərindən zərrə qədər ağır gəlsə, Cənnət onundur. Bu, Mənim onların heç birini nahaq yerə zülm səbəbindən Cəhənnəmə aparmadığımı bilməyin üçündür.»(Nas, ayə 1,6 )
    6499.İmam Baqir (ə): «Allah yaxşı işi dünya əhalisinə ağır edib, necə ki, (bu) onların qiyamət tərəzilərində də ağırdır. Həmçinin, Allah pisliyi dünya əha¬lisinə yüngül edib, necə ki, o, onların qiyamət tərəzilərində də yün¬gül¬dür.»(Kənzul-Ummal, hədis 1709 )
    6500.İmam Sadiq (ə) (dinsiz bir kişinin «məgər əməllər çəkilməyəcək?» su¬alının cavabında buyurmuşdur): «Xeyr, əməllər cism deyil, bəlkə o, əs¬lində camaatın yerinə yetirdiyi işin sifətidir. Sonra (da ki,) bir şe¬yi çəkməyə onun sayını və çəkisini bilməyən şəxs möhtacdır. Lakin Allaha heç nə giz¬li deyil.»
    Həmin dinsiz kişi dedi: «Bəs mizan və tərəzinin mənası nədir?» Həzrət buyurdu: «Ədalət.»
    Kişi dedi: «Bəs onda Allahın Öz kitabında buyurduğu «tərəziləri ağır gə¬lən…» ayəsinin mənası nədir?» Həzrət buyurdu: «Yəni əməli ağır gələn şəxs.»(Tənbihul-Xəvatir, c.2, hədis 120 )
    401 Vəsvəsə
    1814.Vəsvəsə
    Quran:
    «De ki: pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların Tanrısına, vəsvəsə salan, qaçıb gizlənən Şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O şeytan ki, cinlərdən də olur, insanlardan da!»(əl-Kafi, c.2, səh.463, hədis 2 )
    Həmçinin müraciət et: «Əraf», 20; «Ta Ha», 120.
    Hədis:
    6501.Allahın Peyğəmbəri (s) «bəzən adamın zehnindən elə şeylər keçir ki, adamın göydən düşməsi və səmanın ortasında bir quşun onu sürətlə alıb aparması zehindən keçən həmin şeyləri dilə gətirməkdən daha xoşdur» sualının cavabında buyurmuşdur: «Bu sırf iman və ya xalis imandır.»(əl-Kafi, c.1, səh.12, hədis 10)
    6502.Allahın Peyğəmbəri (s): «Allah-taala mənim ümmətimin zehni vəsvəsələri və şəkk-şübhələrindən. nə qədər ki, onlar həmin şeyləri əməl mərhələsinə çatdırmayıblar (yerinə yetirməyiblər) keçmişdir(Muminun, ayə 97-98 )
    1815.Dəstəmaz və namazda vəsvəsəyə düçar olmaqdan çəkindirmək
    6503. İmam Sadiq (ə) Abdullah ibn Sənan, o Həzrətin yanında dəstəmaz və namazda vasvası olan bir kişinin adını çəkərək onun ağıllı bir şəxs olmasını iddia edərkən buyurmuşdur: «O ki, şeytana tabe olur, onun nə ağlı var? (Ravi deyir:) Dedim: Şeytana necə tabe olur? Buyurdu: Ondan soruş gör ona vəsvəsə edən şey nədəndir? O mütləq deyəcək ki: Şeytanın işidir.»(əl-Xisal, səh.612, hədis 10 )
    6504.İmam Sadiq (ə) («namazın rəkətlərində çox şəkk edən və ümumiyyətlə neçə rəkət qıldığını və neçə rəkətin qaldığını bilməyən şəxsin vəzifəsi nədir?» sualının cavabında buyurmuşdur): «Gərək namazını təzədən qılsın. (Zurarə ilə Əbu Bəsir deiyr:) Biz dedik: Çox şəkk edir.»Belə ki, əgər yenidən qılsa, yenə də şəkk edəcək. Buyurdu: Öz şəkkinə etina etməsin (və namazını davam etdirsin).
    Sonra buyurdu: Namazı kəsməklə murdan şeytanı özünüzə öyrəşdirməyin, sizin bu işinizlə şirinikləşsin, tamaha düşsün (hər an sizin yanınıza gəlsin və vəsvəsə etsin). Çünki şeytan xəbisdir və nəyə öyrəşdirsələr öyrəşir. Buna görə də sizin (çox şəkk edən) heç biriniz şəkkinə etina etməsin və namazını çox pozmasın. Çünki əgər şəkkinə bir neçə dəfə etina etməsə, daha şəkkə düçar olmayacaq.
    Zurarə deyir: Həzrət daha sonra buyurdu: Xəbis şeytan sizin ona tabe olmağınızı istəyir. Buna görə də əgər itaətsizlik olsa, daha sizin heç birinizə tərəf gəlməyəcək.»(Biharul-Ənvar, c.81, səh.203, hədis 5 )
    1816.Vəsvəsələrin əlacı
    Quran
    «Və de ki: Ya Rəbb! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram. Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ya Rəbb!»(əl-Kafi, c.2, səh.424, hədis 1 )
    6505.İmam Əli (ə): «Hər ayın üç gününü: ayın birinci və sonuncu cümə axşamını və orta çərşənbəsini, eləcə də Şəban ayını oruc tutmaq sinədəki vəsvəsəni və qəlbin pərişanlığını aradan aparır.»(Məkarimul-Əxlaq, c.2, səh.380, hədis 2661 )
    6506.İmam Əli (ə): «Biz Əhli-beyti xatırlamaq hər bir narahatçılıq, xəstəlik və şəkk-şübhə gətirən vəsvəsənin dərmanıdır.(Ğurərul-Hikəm, hədis 3023 )
    6507.İmam Sadiq (ə) çox olan vəsvəsə barəsindəki sualın cavabında buyurmuşdur: «Eybi yoxdur, «la ilahə illəllah» de.»(Ğurərul-Hikəm, hədis 10276 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-02)
    Views: 646 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019