İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    402 Əl tutmaq və dərdə şəriklik
    1817.Əl tutmaq və dərdə şəriklik
    6508.Allahın Peyğəmbəri (s): «Kimin iki köynəyi olsa, onun birini özü geyinsin və digərini qardaşına versin.»(Biharul-Ənvar, c.74, səh.395, hədis 22 )
    6509.İmam Əli (ə): «Ən yaxşı ehsan və yaxşılıq qardaşların dərdinə şərik olmaqdır.»(əl-Xisal səh.8, hədis 26 )
    6510.İmam Əli (ə): «Malı ilə (sənə) kömək etməyən şəxsi dost sayma.»(əl-Xisal səh.47, hədis 50)
    6511.İmam Əli (ə): «Din qardaşının dərdinə şərik olmaq ruzini çoxaldır.»(Biharul-Ənvar, c.74, səh.231, hədis 28 )
    6512.İmam Sadiq (ə): «Qardaşlarınıza əl tutmaqla özünüzü Allah-taalaya yaxınlaşdırın.»(Bəqərə, ayə 180 )
    6513.İmam Sadiq (ə): «Kimdə iki xislət olmasa, ondan uzaq ol, uzaq ol, uzaq ol! Dedilər: Nədir o iki xislət? Buyurdu: Namazı vaxtında qılmaq və onu davam etdirmək, bir də dərdə şəriklik (qardaşlara əl tutmaq).»(Vəsailuş-Şiə, c.13, səh.352, hədis 6 )
    6514.İmam Kazim (ə) Cəfər ibn Məhəmməd Asimiyə xitab edərək buyurmuşdur: «Ey Asim, qarşılıqlı münasibət və bir-birinizin dərdinə şərik çıxmaqda nə vəziyyətdəsiniz? Dedim: Birinin ola biləcəyi ən yaxşı vəziyyətdə. Buyurdu: Olurmu ki, sizin biriniz kasıbçılıq vaxtı qardaşının dükan, yaxud mənzilinə gedib onun daxilini çıxararaq ehtiyacı olanı götürsün və qardaşı ona etiraz etməsin? Asim dedi: Xeyr. Həzrət buyurdu: Onda qarşılıqlı münasibətlərdə mən istəyən kimi deyilsiniz.»(Kənzul-Ummal, hədis 46051 )
    403 Vəsiyyət
    1818.Vəsiyyət
    Quran
    «Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Bu, təqvalılara vacibdir.»(Biharul-Ənvar, c.103, səh.194, hədis 3 )
    Hədis:
    6515.Allahın Peyğəmbəri (s): «Vəsiyyət etmək hər bir müsəlmanın vəzifəsidir.»(Təhzibul-Ehkam, c.9, səh.174, hədis 708 )
    6516.Allahın Peyğəmbəri (s): «(Allahın rəhmətindən) o şəxs məhrumdur ki, vəsiyyət etməkdən məhrum olsun.»(əl-Kafi, c.7, səh.62, hədis 18 )
    6517.Allahın Peyğəmbəri (s): «Heç bir müsəlmana gecəni vəsiyyətnaməsi başının altında olmadan keçirmək yaraşmaz.»(əl-Fəqih, c.4, səh.184, hədis 5420 )
    6518.İmam Baqir (ə): «Kim öləndə miras haqqı olmayan qohumlarına vəsiyyət etməsə, əməlini günahla sona çatdırıb.»(əl-Kafi, c.7, səh.11, hədis 5 )
    1819.Vəsiyyətdə ziyan vurmaq, zülm və haqsızlıq etmək olmaz
    6519.İmam Əli (ə): «Kim vəsiyyət etsə və (öz vəsiyyətində) zülm etməsə, (varisə) ziyan vurmasa, onu (vəsiyyət etdiyi malı) öz sağlığında sədəqə vermiş şəxs kimidir.»(Maidə, ayə 6 )
    6520.İmam Əli (ə): «Vəsiyyətdə zülm və haqsızlıq etmək böyük günahlardandır.»(Biharul-Ənvar, c.80, səh.238, hədis 12 )
    6521.İmam Sadiq (ə): «(Var-dövlətinin) Üçdə birini vəsiyyət edən kəs varislərinə ziyan vurub. Beşdə birini və dörddə birini vəsiyyət etmək üçdə birini vəsiyyət etməkdən daha fəzilətli və üstündür.»(Kənzul-Ummal, hədis 26059 )
    404 Dəstəmaz
    1820.Dəstəmaz
    Quran:
    «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəkləriniz də daxil olmaqla yuyun, başınıza məsh edin, ayaqlarınızı topuqlarınıza qədər məsh edin…. Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz.»(Kənzul-Ummal, hədis 26031 )
    Hədis:
    6522.Allahın Peyğəmbəri (s): «Dəstəmaz imanın yarısıdır.»(Kənzul-Ummal, hədis 26030 )
    6523.Allahın Peyğəmbəri (s): «Kim çox soyuq havada kamil dəstəmaz alsa, iki pay savab qazanır. Kim çox isti havada kamil dəstəmaz alsa, bir pay savab qazanır.»(Biharul-Ənvar, c.80, səh.237, hədis 11)
    6524.Allahın Peyğəmbəri (s): «Müsəlman şəxs dəstəmaz alan zaman onun günahları qulaq, göz, əl və ayaqlarından xaric olarlar. Beləliklə, oturanda (artıq) bağışlanmış halda oturar.»(əl-Fəqih, c.1, səh.58, hədis 129 )
    6525.Allahın Peyğəmbəri (s): «Bəndə dəstəmaz alanda günahları bu ağacın yarpaqları kimi tökülər.»(İləluş-Şəraye, səh.279, hədis 1 )
    6526.İmam Əli (ə): «Kim təharət (dəstəmaz) alıb məscidə getsə, ondan dəstəmazı pozan bir iş baş verməyincə namaz halında olar (həmin müddət ərzində namaz qılan adam kimi sayılar).»(İləluş-Şəraye, səh.257, hədis 9 )
    6527.İmam Baqir (ə): «Namaz yalnız təharətlə düzgündür.»(Biharul-Ənvar, c.80, səh.237, hədis 11 )
    1821.Dəstəmazın fəlsəfəsi
    6528.İmam Baqir (ə): «Dəstəmaz Allahın bəndələrindən kimin Ona tabe olub kimin itaətsizlik etməsini bilmək üçün (təyin etdiyi) həddlərindən biridir.»(Əmali-Mufid, səh.60, hədis 5 )
    6529.İmam Rza (ə) dəstəmazın fəlsəfəsi barəsində buyurmuşdur: «(Dəstəmazın fəlsəfəsi) Bəndənin Allahla münacat edəndə Onun qarışısında dayanarkən pak olması, Onun əmrinə tabe olması, çirkinlik və murdarlıqdan təmiz olmasıdır. Bundan əlavə dəstəmaz yorğunluğun aradan qalxması, mürgünün qaçması və qəlbin Allahın hüzurunda dayanmaq üçün təmizlənməsinə səbəb olur.»(Kənzul-Ummal, hədis 25999 )
    1822.Dəstəmazın nəticəsi
    6530.Allahın Peyğəmbəri (s): «Allah-taala qiyamət günü mənim ümmətimi məhşərə dəstəmazlarının nəticəsi olaraq gözəl üz və ağ əl-ayaqla gətirəcəkdir.»(Kənzul-Ummal, hədis 26042 )
    1823.Həmişə dəstəmazlı olmağın fəziləti
    6531.Allahın Peyğəmbəri (s): «Çox dəstəmaz al ki, Allah ömrünü artırsın. Əgər gecə-gündüz təharətli ola bilirsənsə, et bunu! Çünki əgər dəstəmazlı ölsən şəhid (hesab) olacaqsan.»(Vəsailuş-Şiə, c.1, səh.264, hədis 7 )
    6532.Allahın Peyğəmbəri (s): «Dəstəmazlı yatan şəxs gecə oyaq qalıb (gündüz) oruc tutmuş şəxs kimidir.»(Vəsailuş-Şiə, c.1, səh.265, hədis 8 )
    1824.Dəstəmazı təzələmək
    6533.Allahın Peyğəmbəri (s): «Kim dəstəmazlı olub (yenidən) dəstəmaz alsa, onun üçün on savab yazılar.»(Tənbihul-Xəvatir, c.1, səh.201 )
    6534.İmam Sadiq (ə): «Kim dəstəmazı pozan bir iş görmədən yenidən dəstəmaz alsa, Allah istiğfar etmədən onun tövbəsini təzələyər.»(Biharul-Ənvar, c.77, səh.179, hədis 10 )
    6535.İmam Sadiq (ə): «Dəstəmaz üstündən dəstəmaz, nur üstündən nurdur.»(Tənbihul-Xəvatir, c.2, səh.66 )
    405 Təvazökarlıq
    1825.Təvazökarlıq
    6536.Allahın Peyğəmbəri (s): «Nə üçün sizdə ibadətin şirinliyini görmürəm? Dedilər: İbadətin şirinliyi nədir? Buyurdu: Təvazökarlıq.»(Nəhcül-Bəlağə, hikmət 113 )
    6537.Allahın Peyğəmbəri (s): «İnsanların bəndəlikdə ən üstünü böyük olmasına baxmayaraq təvazökarlıq edən şəxsdir.»(Biharul-Ənvar, c.75, səh.120, hədis 11)
    6538.Allahın Peyğəmbəri (s): «Xoş o adamın halına ki, heç bir nöqsan və çatışmazlığı olmadan Allah-taalaya görə təvazökarlıq etsin və heç bir xarlıq və acizliyi olmadan özünü həqirləşdirsin.»(Ğurərul-Hikəm, hədis 522 )
    6539.İmam Əli (ə): «Təvazökarlıq kimi şərəf yoxdur.»(Biharul-Ənvar, c.75, səh.119, hədis 5 )
    6540.İmam Əli (ə): «Şərəfli (və alicənab) insanın zinəti təvazökarlıqdır.(Biharul-Ənvar, c.78, səh.80, hədis 66 )
    6541.İmam Əli (ə): «Təvazökarlıq (təvazökar insanın) fəzilətlərin (camaat arasında) yayılmasına səbəb olur.»(Nəhcül-Bəlağə, hikmət 228,)
    6542. İmam Əli (ə): «Təvazökar ol! Çünki o ibadətlərin ən böyüklərindəndir.»(Nəhcül-Bəlağə, hikmət 406 )
    6543.İmam Əli (ə): «İnsanın təvazökar olması üçün onun öz həddini bilməsi kifayətdir.»(əl-Kafi, c.2, səh.124, hədis 13 )
    6544.İmam Əli (ə): «Kim varlı bir şəxsin yanına getsə və varlılığına görə onun qarşısında təzim etsə, dininin üçdə ikisi aradan gedər.»(Tuhəful-Uqul, səh.489 )
    6545.İmam Əli (ə): «Allahın mükafatını əldə etmək məqsədi ilə varlıların yoxsullar qarşısındakı təvazökarlıqları necə də gözəldir! Ondan daha gözəl isə yoxsulların Allaha arxalanaraq varlılar qarşısında etinasızlıq göstərmələri və başlarını uca tutmalarıdır.»(əl-Kafi, c.2, səh.123, hədis 9 )
    6546.İmam Rza (ə): «Təvazökarlıq, camaatla səninlə edilməsini istədiyin tərzdə rəftar etməyindir.»(Biharul-Ənvar, c.75, səh.118, hədis 3 )
    6547.İmam Əskəri (ə): «Təvazökarlıq elə bir nemətdir ki, paxıllığı çəkilmir.»(əl-Kafi, c.2, səh.121, hədis 1 )
    1826.Təvazökarlığın nişanələri
    6548.İmam Sadiq (ə): «İnsanın məclisdə öz məqam və dərəcəsindən aşağı yerdə oturması təvazökarlıqdandır.»(Kənzul-Ummal, hədis 5737 )
    6549.İmam Sadiq (ə) (atalarından (ə) nəql edir): «İnsanın məclisin aşağısı ilə razılaşması, rastlaşdığı hər bir kəsə salam verməsi, haqq olsa da mü¬bahisə və qalmaqalı tərk etməsi və pərhizkar kimi təriflənməyi xoş¬la¬ma¬ması təvazö¬kar¬lıqdandır.»(Ğurərul-Hikəm, hədis 4613-4614)
    1827.Təvazökarlığın səmərəsi
    6550.Allahın Peyğəmbəri (s): «Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki, təvazökar olun ki, Allah sizi ucaltsın.»(Biharul-Ənvar, c.77, səh.287, hədis 1 )
    6551.Allahın Peyğəmbəri (s): «Kim Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Beləliklə, o, öz nəzərində zəif, camaatın gözündə isə böyük olar. Kim təkəbbürlük etsə, özünü böyük tutsa, Allah onu alçaldar. Beləliklə o, camaatın gözündə kiçik, öz nəzərində isə böyük olar. O, camaatın gözündə hətta it və donuzdan da aşağı olar.»(Ğurərul-Hikəm, hədis 4302 )
    6552.İmam Əli (ə): «Təvazökarlığın səmərəsi məhəbbət, təkəbbürlüyün səmərəsi isə söyüşdür (söyüş eşitməkdir).»(Ğurərul-Hikəm, hədis 522,523 )
    6553.İmam Əli (ə): «Təvazökarlıq sən(in əynin)ə vüqar və əzəmət paltarı geyindirər.»(Biharul-Ənvar, c.78, səh.312, hədis 1 )
    6554.İmam Əli (ə): «Təvazökarlıqla işlər qaydasına düşür.»(Tuhəful-Uqul, səh.399 )
    6555.İmam Əli (ə): «Təvazökarlıq fəziləti yayır, təkəbbürlülük alçaqlığı üzə çıxarır.»(Biharul-Ənvar, c.78, səh.7, hədis 59 )
    6556.İmam Kazim (ə): «Həqiqətən əkin torpaqda bitir, daş parçası üzərində isə bitmir. Hikmət də elədir. Təvazökar adamın qəlbində bitir, təkəbbürlü və lovğa adamın qəlbində isə bitmir. Çünki Allah təvazökarlığı ağlın, təkəbbürlüyü isə nadanlığın aləti edib.»(Ğurərul-Hikəm, hədis 301)
    6557.İmam Kazim (ə): «Allah təvazökarları onların təvazökarlıqlarının miqdarında ucaltmır, əksinə onları Öz əzəmət və böyüklüyü qədər qaldırır.»(Nəhcül-Bəlağə, xütbə 147 )
    1828.Təvazökarlığa nail olmaq yolunda insana kömək edən şeylər
    6558.İmam Əli (ə): «Təvazökarlığa yalnız sinənin salamat olması (və pak qəlb) ilə çatmaq olar.»(Biharul-Ənvar, c.78, səh.45, hədis 50 )
    6559.İmam Əli (ə): «Təvazökarlıq elmin səmərəsidir.»(Biharul-Ənvar, c.74, səh.264, hədis 3 )
    6560.İmam Əli (ə): «Allahın əzəmətini tanıyan şəxsə özünü böyük hesab etmək yaraşmaz. Çünki Allahın əzəmətini tanıyan şəxslərin ucalığı Onun qarşısında təvazökar olmalarıdır.(Səfinətul-bihar, c.8, səh.525 )
    406 Vətən
    1829.Vətəni sevmək
    6561.İmam Əli (ə): «Ölkələr vətən sevgisi ilə abad olublar.(Uyun Əxbar Rza (ə), c.2, səh.28, hədis 24 )
    6562.İmam Əli (ə): «İnsanın ömrünün keçən (hissəs)inə ağlaması, vətəninə bağlılığı və köhnə dostlarını qoru(yub saxla)ması onun alicənablığındandır.(Nəhcül-Bəlağə, xütbə 27 )
    6563. «Səfinətul-bihar»: «Nəql edilib ki: vətəni sevmək imandandır.»(Nəhcül-Bəlağə, hikmət 56 )
    1830.Vətəni müdafiə etmək
    6564.Allahın Peyğəmbəri (s): «Allah, evində hücuma məruz qalıb vuruşmayan kişiyə nifrət edir.»(Nəhcül-Bəlağə, hikmət 442 )
    6565.İmam Əli (ə): «Onlar sizinlə vuruşmamışdan, siz onlarla vuruşun. Çünki and olsun Allaha, hansı qövm öz torpaqları daxilində hücuma məruz qalıbsa, xar və məğlub olub. Siz isə vuruşmağı bir-birinizə həvalə etdiniz və bir-birinizə kömək etməkdən əl götürdünüz, nəhayət dalbadal hücumlara məruz qaldınız və vətənləriniz əlinizdən çıxdı.»(Rum, ayə60 )
    1831.Qürbət və vətən
    6566.İmam Əli (ə): «Varlılıq qürbətdə vətən, kasıblıq vətəndə qürbətdir.»(Ali-İmran, ayə 9 )
    6567.İmam Əli (ə): «Sənin üçün şəhərlərin biri digərindən daha layiq deyil. Şəhərlərin ən yaxşısı, səni çiyinlərində aparan (sənin yaşayışını təmin edən və rahatlıq və asayişdə olduğun) şəhərdir.»(ət-Tovhid, səh.406, hədis 3 )
    407 Vəd
    1832.Allahın vədi haqdır
    Quran:
    «Buna görə də səbr et! Şübhəsiz ki, Allahın vədi haqdır. Məbada, yəqini olmayanlar səni tələsməyə vadar etsinlər.»(Kənzul-Ummal, hədis 6865 )
    «Pərvərdigara! Sən, olacağına şübhə edilməyən bir gündə insanları bir yerə toplayacaqsan. Həqiqətən Allah vədinə xilaf çıxmaz.»(Kənzul-Ummal, hədis 6870 )
    Hədis:
    6568.Allahın Peyğəmbəri (s): «Allah hər kimə mükafat vəd etsə, həmin vədini mütləq gerçəkləşdirər və hər kimə bir iş müqabilində cəza vəd etsə, həmin vədin(i yerinə yetirib yetirməmək)də azaddır.»(Ğurərul-Hikəm, hədis 2183 )
    1833.Vəd borcdur
    6569.Allahın Peyğəmbəri (s): «Vəd borcdur. Vay olsun vəd verib ona xilaf çıxana, vay olsun vəd verib ona xilaf çıxana, vay olsun vəd verib ona xilaf çıxana!»(Biharul-Ənvar, c.75 səh.97 hədis 20  )
    6570.Allahın Peyğəmbəri (s): «Möminin vədi (onun boynunda olan) borcdur. Möminin vədi, onun öz vədini ovucunun içinə qoyması kimidir.»(Nəhcül-Bəlağə, hikmət 336 )
    6571.İmam Əli (ə): «Birini xoş üzlə qaytarmaq, gec yerinə yetirilən və-dədən daha gözəldir.»(Ğurərul-Hikəm, hədis 1646-1647  )
    6572.İmam Rza (ə): «Biz Əhli-beyt, verdiyimiz vədi boynumuzda borc (kimi) görürük, necə ki, Allahın Peyğəmbəri (s) belə etdi.»(Məkarimul-Əxlaq, c.1, səh.57, hədis 39 )
    1834.Vəd iki köləlikdən biridir
    6573.İmam Əli (ə): «Bir şey istənilən şəxs vəd verənə kimi azaddır.(Biharul-Ənvar, c.75, səh.94, hədis 10)
    6574.İmam Əli (ə): «Vəd iki köləlikdən biridir. Vədi yerinə yetirmək iki azadlıqdan biridir.»(Ğurərul-Hikəm, hədis 10297 )
    6575.Əbul Hüməysa: «Peyğəmbər (s) peyğəmbərliyə göndərilməmişdən qabaq onunla bir alver etdim və bir yerdə onunla vəd qoyduq. Amma həmin gün və səhərisi gün vədləşdiyimiz yerə getmək mənim yadımdan çıxdı. Üçüncü gün o Həzrətin yanına getdim. Həzrət buyurdu: Ey cavan, məni zəhmətə saldın. Mən üç gündür ki, burdayam.»(Biharul-Ənvar, c.78, səh.94, hədis 10 )
    6576.İmam Rza (ə) Cəfəriyə xitab edərək buyurmuşdur: «Bilirsən İsmaili (ibn Cərqili) nə üçün «sadiqul-vəd» (vədində düz) adlandırıblar? Dedim: Bilmirəm. Həzrət buyurdu: Biri ilə vədləşdi və bir il həmin şəxsi gözlədi(yinə görə).»(əl-Fəqih, c.3, səh.165, hədis 3610 )
    1835.Bəyənilməyən vədlər
    6577.İmam Əli (ə): «Heç vaxt (yerinə yetirilməsi) barəsində özünə arxayın olmadığın vədi vermə.»(Səff, ayə 2 )
    6578.İmam Sadiq (ə): «Heç vaxt qardaşına vəfa edilməsi sənin əlində olmayan vədi vermə.»(əl-Kafi, c.2, səh.363, hədis 1 )
    6579.İmam Kazim (ə) («mənə vəd ver» deyən şəxsə buyurmuşdur): «Ümidim olmayan şeyə ümidim olan şeydən daha ümidvar olduğum halda sənə necə vəd verim?»(Biharul-Ənvar, c.104, səh.73, hədis 23 )
    1836.Vədəxilaflığın məzəmməti
    6580.İmam Sadiq (ə): «Möminin vədə (xilaf çıxılacağı təqdirdə) kəffarəsi olmayan (barəsində kəffarə fərz edilməyən) bir nəzirdir. Çünki kim vədinə xilaf çıxsa, hər şeydən qabaq Allahla olan vədə xilaf çıxıb və özünü Onun qəzəb və nifrətinə düçar edib. Bu, Allah-taalanın kəlamıdır ki, : Ey iman gətirənlər, nə üçün yerinə yetirməyəcəyiniz şeyi deyirsiniz?(Nəhcül-Bəlağə, məktub 31)»(Ğurərul-Hikəm, hədis 1354 )
    6581.İmam Kazim (ə): «Uşaqlara vəd verəndə ona əməl edin. Çünki onlar belə fikirləşirlər ki, onlara ruzi verən sizsiniz. Allah qadın və uşaqlara görə qəzəbləndiyi qədər heç nə üçün qəzəblənmir.»(Ğurərul-Hikəm, hədis 4191 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-02)
    Views: 907 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019