İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    413 Təqiyyə
    1857.Təqiyyə
    Quran:
    «Möminlər möminlərin yerinə kafirləri dost tutmamalıdırlar. Buna görə də onlardan (kafirlərdən) bir qorxu olmayınca belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən qorxudur. Qayıdış Ona tərəfdir.»(əl-Kafi, c.2, səh.220, hədis 19 )
    «Qəlbi imana xatircəm olub məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır əzab gözləyir). Lakin kimin sinəsi küfrə açılsa, onlara Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olacaqlar.»(əl-Kafi, c.2, səh.218, hədis 5 )
    Hədis:
    6690.İmam Baqir (ə): «Təqiyyə qarşıya zərurət çıxan zamandadır və təqiyyə edənin özü nə vaxt təqiyyə etməli olduğunu daha yaxşı bilir.»(əl-Kafi, c.2, səh.219, hədis 11 )
    6691.İmam Sadiq (ə): «Təqiyyə Allah ilə yaratdıqları arasında Onun qalxanıdır.»(İləluş-Şəraye, səh.467, hədis 22 )
    6692.İmam Sadiq (ə): «Dininiz barəsində nigaran olun və onu təqiyyə ilə örtülü saxlayın. Çünki təqiyyəsi olmayanın imanı yoxdur. Siz camaatın arasında quşların arasındakı bal arıları kimisiniz. Əgər quşlar bal arısının içində nə olmasını bilsələr, onların hamısını yeyər, bir şey saxlamazlar.»(Əmali-Tusi , səh.210, hədis 362 )
    6693.İmam Sadiq (ə): «And olsun Allaha, Allaha Onun yanında «xəb»dən yaxşı olan bir şeylə ibadət edilməyib. (Ravi deyir:) Dedim: Xəb nədir? Buyurdu: Təqiyyə.»(əl-Kafi, c.3, səh.32, hədis 2 )
    6694.İmam Sadiq (ə): «Mömin (həmişə) mücahiddir. Çünki Allahın düşmənləri ilə batil dövlətdə təqiyyə vasitəsi ilə vuruşur, haqq dövlətdə isə qılınc vasitəsi ilə!»(əl-Kafi, c.2, səh.168, hədis 1 
    )
    1858.Təqiyyənin həddlərini aşmaqdan çəkindirmə
    6695.İmam Əli (ə): «Tezliklə sizdən məni söyməyiniz istəniləcək, eybi yoxdur söyün. Həmçinin sizdən məndən qırılaraq uzaqlaşmağınız istəniləcək, boynunuzu (qabağa) uzadın (vursunlar, amma məndən qırılıb uzaq-laşmayın), çünki mən fitrətdəyəm (tövhid və müsəlman fitrətindəyəm).»(Vəsailuş-Şiə c.11, səh.483, hədis 2 )
    6696.İmam Baqir və ya İmam Sadiq (ə) Zurarənin ayağın üstündən təqiyyə ilə məsh etmək barəsindəki sualının cavabında buyurmuşdur: Mən üç şeydə: şərab içməkdə, ayaqqabının üstündən məsh çəkməkdə və həcc mütəsində: təqiyyə etmirəm(Ali-İmran, ayə159)
    6697.İmam Sadiq (ə): «Təqiyyənin yerləri var. Kim onları öz yerlərindən uzaqlaşdırsa, onun üçün möhkəm qalmazlar. Təqiyyənin yerinin izahı pis adamların hökm və işlərinin zahirinin haqq hökm və işə zidd olmasıdır. Belə olan halda möminin dinin fəsadına səbəb olmamaq şərti ilə təqiyyə edərək gördüyü hər bir iş caizdir.»(Furqan, ayə 58. )
    6698.İmam Sadiq (ə): «Təqiyyə əslində qanların tökülməsinin qarşısının alınması üçün yaradılıb. Buna görə də qan tökülməsi ilə nəticələnən yerdə təqiyyə yoxdur. And olsun Allaha, əgər sizi bizə kömək etməyə çağırsalar, mütləq «biz bu işi görmürük, təqiyyə edirik» deyəcəksiniz. Siz təqiyyəni ata-ananızdan da çox istəyəcəksiniz. Bizim Qaimimiz qiyam edən zaman bu barədə sizdən soruşmağa möhtac olmayacaq və siz münafiqlərin çoxu barəsində Allahın müəyyənləşdirdiyi cəza həddini icra edəcəkdir.»(əl-Kafi, c.2, səh.47, hədis2 )
    414 Təvəkkül
    1589. Təvəkkül
    Quran:
    «İşlərdə onlarla məsləhətləş və qərara gəldikdə Allaha təvəkkül et. Çünki Allah təvəkkül edənləri sevər.»(Ğurərul-Hikəm, hədis 544 )
    «Ölməyəcək həmin diri olana təvəkkül et, Onun sitayişinə təsbih et. Onun bəndələrinin günahından agah olması kifayətdir.»(Biharul-Ənvar, c.78, səh.79, hədis 56 )
    Hədis:
    6699. İmam Əli (ə): «İmanın dörd sütunu var: Allaha təvəkkül, işləri Allaha tapşırmaq, Allahın təqdirinə razı olmaq və Allahın əmrinə təslim olmaq.»(Ğurərul-Hikəm, hədis 6484 )
    6700. İmam Əli (ə): «Təvəkkül hikmətin qalasıdır.»(Ali-İmran, ayə 160 )
    6701. İmam Əli (ə): «Allaha təvəkkül hər pislikdən xilas olmağın və hər düşmənçilikdən qorunmağın səbəbidir.»(Tövbə, ayə 51 )
    6702. İmam Əli (ə): «Yəqinliyin həqiqəti təvəkküldədir.»(Məanil-Əxbar, səh.261, hədis 1 )
    1860 . Təvəkkülün izahı
    Quran:
    «Əgər Allah sizə yardım etsə, sizə qalib gəlməyəcəklər. Sizdən kömək əlini çəksə, Ondan sonra kim sizə kömək edəcək? Möminlər ancaq Allaha təvəkkül etməlidir.»(Sunane ibn Mace, hədis 3489 )
    «De: Allahın bizimçün təyin etdiyindən qeyrisi başımıza gəlməyəcək. O bizim hayanımızdır və möminlər yalnız Allaha təvəkkül etməlidir»(əl-Kafi, c.2, səh.57, hədis 3 )
    Hədis:
    6703. Cəbrayıl (ə) (Allah-taalaya təvəkkül etmək barədə Allahın Peyğəm¬bərinin sualına cavabından): «Məxluqun nə ziyan vurduğunu, nə xeyir verdiyini, nə əta etdiyini, nə qarşısını aldığını bilmək və xalqdan ümidini üzməkdir. Bəndə belə olsa, Allahdan qeyrisi üçün iş görməz, ümidi ilə qorxusu Allahdan qeyrisindən olmaz. Allahdan başqa heç kimə təmənna gözü ilə baxmaz. Budur təvəkkül.»(Təlaq, ayə 3 )
    6704. Allahın Peyğəmbəri (s): «Kim dağ vursa və ya (özünü qorumaq üçün) dua və əfsundan istifadə etsə, təvəkküldən bəhrəsi olmaz.» (Biharul-Ənvar, c.71, səh.156, hədis 73 )
    6702. İmam Sadiq (ə) (Əbu Bəsirə cavabından): «Həddi-hüdudu olmayan heç nə yoxdur. Ərz etdim: Sənə fəda olum, təvəkkülün hədd-hüdudu nədir? Buyurdu: Yəqinlik. Ərz etdim: Yəqinliyin hədd-hüdudu nədir? Buyurdu: Allahdan qeyrisindən qorxmamaq.»(Cameul-Əxbar, səh.321, hədis 904 )
    1861. Təvəkkülün nəticəsi
    Quran:
    «Kim Allaha təvəkkül etsə, bu onunçun kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Həqiqətən, Allah hər bir şey üçün əndazə qoymuşdur.»(Ğurərul-Hikəm, hədis 9028  )
    Hədis:
    6706. Loğman (ə) (Övladına nəsihətindən): «Əziz övladım, Allaha etimad et. Onda camaatı ara-axtar (gör) ki, Allaha etimad edən, ancaq Allahın onu xilas etmədiyi bir kimsə varmı? Əziz övladım, Allaha təvəkkül et. Onda camaatı sorğu sual et ki, Allaha təvəkkül edən, Allahın isə onu təmin etmədiyi kimsə varmı?»(Cameul-Əxbar, səh.322, hədis 905 )
    6707. Allahın Peyğəmbəri (s): «İnsanların ən güclüsü olmaq istəyən Allah-taalaya təvəkkül etməlidir.» (Cameul-Əxbar, səh.322, hədis 907 )
    6708. İmam Əli (ə): «Kim Allaha təvəkkül etsə, çətin işlər onunçun asanlaşar, ona şərait yaranar.»(əl-Kafi, c.2, səh.65, hədis 3 )
    6709. İmam Əli (ə): «Kim Allaha etimad etsə, Allah şadlığı ona göstərər. Kim Ona təvəkkül etsə, Allah onun işlərini təmin edər.»(əl-Kafi, c. 2, səh.65, hədis 6 )
    6710. İmam Baqir (ə): «Allaha təvəkkül edən məğlub olmaz. Allaha təvəkkül edən uğursuzluğa düçar olmaz.»(Biharul-Ənvar, c.78, səh.364, hədis 5 )
    6711. İmam Sadiq (ə): «Ehtiyacsızlıq və izzət hər yanı gəzər, təvəkkülün məqamına çatdıqda orada ilişib qalar.»(Sunəne Termizi, hədis 2517 )
    6712. İmam Sadiq (ə) (Müaviyə ibn Vəhəbə): «Kimə təvəkkül verilsə, elə qane olmaq da verilər. Sonra buyurdu: Allahın kitabını oxumusanmı? Kim Allaha təvəkkül edərsə, bu ona bəs edər.»(Mustədrəkul-Vəsael, c.11, səh.217, hədis 12789 )
    6713. İmam Cavad (ə): «Allah-taalaya etimad hər bir bahalı şeyin qiyməti və hər yüksəkliyə çatmağın nərdivanıdır.»(Nəhcül-Bəlağə, xütbə 11 )
    1862. Təvəkkül qaydaları6714. Allahın Peyğəmbəri (s): («Dəvənin dizini bağlayıb Allaha təvəkkül
    edim, yoxsa açıb-buraxıb təvəkkül edim?» deyə soruşan kişiyə cavbından): «Təvəkkül edərək dəvənin dizini bağla.»(Mustədrəkul-Vəsael, c.11, səh.220, hədis 12798  )
    6715. «Mustədrəkul-Vəsail» kitabından: «Allahın Peyğəmbəri (s) bir dəstənin əkin-səpinlə məşğul olmağını gördükdə onlara buyurdu: Siz nəçisiniz? Ərz etdilər: Biz təvəkkül edənlərik. Buyurdu: Yox, siz (cəmiyyət üçün) çiyindəki yüksünüz.»(Əmali-Tusi, səh.193, hədis 326  )
    6716. İmam Əli (ə) («Cəməl» döyüşündə bayrağı oğlu Məhəmməd ibn Hənəfiyyəyə verəndə): «Dağlar öz yerindən tərpənər, ancaq sən tərpənmə. Dişlərini bir-birinə qıca və başını Allahına əmanət tapşır. Ayağını yerə sanc. Baxışlarını düşmən qoşununun sonuna dik və gözlərini (qılınc və nizələrin parıltısına) bağla. Bil ki, qələbə pak Allah tərəfindən verilər.»(əl-Kafi, c.5, səh.84, hədis 5 )
    6717. «Mustədrəkul-Vəsail» kitabından: İmam Əli (ə) məscidin bir küncünə yığılmış sap-sağlam bir dəstə insanı gördükdə buyurdu: Siz kimsiniz? Dedilər: Biz təvəkkül edənlərik. Həzrət buyurdu: Yox, siz müftəxorlarsınız.»(Mustədrəkul-Vəsail, c.11, səh.217, hədis 12790)
    6718. İmam Sadiq (ə): «Halal ruzi qazanmağı buraxma! Çünki halal ruzi sənə öz niyyətində daha çox kömək edər. Dəvənin dizini bağla, sonra təvəkkül et.»(Kənzul-Ummal, hədis 5812)
    6719. İmam Sadiq (ə): «Kim Allahdan qorxsa, Allah onunçun çıxış yolu qoyar. Güman etmədiyi yerdən ona ruzi verər" ayəsi nazil olduqda Allahın Peyğəmbərinin (s) səhabələrinin bir dəstəsi qapıları üzlərinə bağlayıb ibadətə başladılar və dedilər: «Bizim ruzimizə zəmanət verilmişdir.» Bu xəbər peyğəmbərə çatdı. Allahın Rəsulu onların arxasınca adam göndərib buyurdu: «Sizi bu işi görməyə nə vadar etmişdir?" Ərz etdilər: «Ey Allahın Peyğəmbəri! Bizim ruzimizə zəmanət verilmişdir və buna görə də ibadətə üz tutduq.» Peyğəmbər (s) buyurdu: «Bilin ki, kim belə etsə, duası müstəcab olmaz. İş və qazanc dalınca gedin.»(Ğurərul-Hikəm, hədis 2678)
    1863 . Allahdan qeyrisinə üz tutmaq
    6720. Allahın Peyğəmbəri (s): «Allahdan qeyrisinə arxalanma ki, Allah səni onun kimisinə tapşırar.»(Kənzul-Ummal, hədis 45415 )
    6721. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: Səmaların və yerin qapısını üzlərinə bağladıqlarımdan başqa elə bir məxluq yoxdur ki, xəlq edilmişlərə Mənim yerimə əl vursun. Belələrinin isə Məni dinlədikdə cavabını vermərəm və Məndən istəsələr əta etmərəm.»(əl-Kafi, c.6, səh.2, hədis 2 )
    6722. İmam Əli (ə): «Özünə əminlikdən çəkin. Çünki bu şeytanın ən böyük tələlərindən biridir.»(əl-Kafi, səh.4, hədis 2)
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-01)
    Views: 1014 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024