İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    415 Ata və övlad
    1864 . Övladın dəyəri
    6723. Allahın Peyğəmbəri (s): «Hər bir ağacın bir meyvəsi var, qəlbin meyvəsi də övladdır.»(Ənfal, ayə 28 )
    6724. İmam Səccad (ə): «Kişinin xoşbəxtliklərindən biri də budur ki, ona köməkçi və yardımçı olan övladları olsun.»(Cameul-Əxbar, səh.238, hədis 755 )
    6725. İmam Baqir (ə): «Övladının qiyafə, əxlaq və rəftarının onun özünə oxşaması kişinin xoşbəxtliklərindəndir.»(Cameul-Əxbar, səh.248, hədis 758 )
    1865 . Övlad fitnənin mayasıdır
    Quran:
    «Bilin ki, sizin mal və övladlarınız sinaqdırlar (vasitələrdir) və yanında böyük hökmdarlıq olan Allahdır.»(Nəhcül-Bəlağə, hikmət 352 )
    6726. Allahın Peyğəmbəri (s): «Övladlarımız bizim ciyərparalarımızdır. Kiçikləri bizim hökmdarlarımız, böyükləri isə düşmənlərimizdir. Sağ olsalar, bizim canımıza bəladırlar, ölsələr, qəm və kədərimizə səbəb olarlar.»(əl-Kafi, c.6, səh.49, hədis 3 )
    6727. Allahın Peyğəmbəri (s): «Övladlar qorxu, kədər və qovrulmağın səbəbidir.»(əl-Kafi, c. 6, səh.50, hədis 74 )
    6728. İmam Əli (ə): «Vaxtının çoxunu öz övlad-uşağına sərf etmə. Çünki onlar Allahın dostları olmuş olsalar, Allah Öz dostlarını öz hallarına buraxmaz. Əgər Allahın düşməni olmuş olsalar, fikir xəyalın nəyə görə Allahın düşmənlərinin qeydinə qalmaq olmalıdır?»(əl-Kafi, c.6, səh.50, hədis 5 )
    1866 . Övladı sevmək
    6729. Allahın Peyğəmbəri (s): «Uşaqları sevin və onlarla mehriban olun.»(Mən lə yəhzuruhul fəqih, c.3, səh.483, hədis 4707 )
    6730. Allahın Peyğəmbəri (s) (Peyğəmbərin və səhabələrin bir dəstəsinin yanında «Mən heç vaxt heç bir uşağı öpməmişəm» deyib gedən kişiyə
    buyurduğundan): «Bu mənim fikrimcə cəhənnəm əhlindəndir.»(Biharul-Ənvar, c.43, səh.258, hədis 50 )
    6731. İmam Sadiq (ə): «Allah bəndəyə onun övladına güclü məhəbbətinə görə rəhm edir.»(Fürgan, ayə 74 )
    1867 . Uşaqlarla şadlıq etmək
    6732. Allahın Peyğəmbəri (s): «Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etməlidir.»(əl-Kafi c.6, səh.3, hədis 10 )
    6733. Cabir: «Peyğəmbərin yanına gedəndə Həsən və Hüseyn (ə) o Həzrətin belinə mindiyini, peyğəmbərin onlar üçün əylənib diz çökdüyünü gördüm. Həzrət buyurdu: Necə də yaxşı dəvədir sizin dəvəniz və necə də yaxşı yüklərdir sizin yükləriniz.»(əl-Kafi, səh.2, hədis 1 )
    1868 . Yaxşı və ləyaqətli övlad
    Quran:
    «Ey Rəbbimiz, arvad və övladlarımızdan gözümüzə nur ehsan qıl və bizi müttəqilərə (imam) rəhbər et" deyənlər...»(Biharul-Ənvar, c.104, səh. 98 hədis 67 )
    Hədis:
    6734. Allahın Peyğəmbəri (s): «Saleh övlad cənnətin xoş ətirli güllərindən gözəl qoxulu bir güldür.»(Biharul-Ənvar, c.67, hədis 66 )
    6735. Allahın Peyğəmbəri (s): «Ləyaqətli övlad Allah tərəfindən bəndələri arasında bölünmüş xoş ətirli gül çələngidir.»(Mükarəmul-Əxlaq, c.1, səh.471, hədis 1610 )
    6736. Allahın Peyğəmbəri (s): «Ləyaqətli övladın olması kişinin xoşbəxtliyidir.»(Kənzul-Ummal, hədis 45374 )
    6737. İmam Əli (ə): «Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın.»(əl-Kafi, c.6, səh.6, hədis 6 )
    6738. İmam Sadiq (ə): «Allahın mömin bəndəsindən mirası onun bağışlanmasını istəyən əməlisaleh övladdır.»(əl-Kafi, c.6, səh.7, hədis 12 )
    1869 . Qızları sevməməyin pislənməsi
    6739. Allahın Peyğəmbəri (s): «(Öz) Qızlarınıza soyuq olmayın, çünki onlar qiymətli munislərdir.»(əl-Kafi, c.6, səh.7, hədis 12 )
    6740. Allahın Peyğəmbəri (s): «Qızlar ürəyiyanan (qayğıçəkən), köməyə yetən və bərəkətli olarlar.»(Kənzul-Ummal, hədis 45347  )
    6741. Allahın Peyğəmbəri (s): «Allah-taala qadınlara qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-taala qiyamət günündə onu şad etməsin.»(Biharul-Ənvar, c.74, səh.84, hədis 94 )
    6742. İmam Sadiq (ə): «Oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər.»(İsra, ayə23, 24 )
    1870. Qadınlar arasında ədaləti gözləməyə təşviq.
    6743. Allahın Peyğəmbəri (s): «Öz övladlarınız arasında hədiyyə və bəxşiş verəndə ədalətli olun. Necə ki, onların da sizlərə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istəyirsiniz.»(ət-Tərğib və ət-Tərhib, c.3, səh.316, hədis 10 )
    6744. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini gördü. Buyurdu: Nəyə görə onların arasında bərabərlik qoymadın?»(ət-Tərğib və ət-Tərhib, c.3, səh.314, hədis 1)
    1871. Ata-anaya yaxşılıq etməyə həvəsləndirmək.
    Quran:
    «Sənin Allahın Ondan qeyrisinə sitayiş etməməyi və ata-anaya yaxşılıq etməyi müəyyən etdi. Onlardan biri və ya hər ikisi sənin yanında qocalsalar, onlara (hətta) off da demə. Onlara acıqlanma və onlarla layiqincə söz danış. Ona mehribanlıqla təvazökarlığını aç və de: İlahi, məni kiçik yaşlarımda böyütdüklərinə görə onların hər ikisinə rəhmət et.»(ət-Tərğib və ət-Tərhib, c.3, səh.317, hədis 17)
    (Bax: «Bəqərə» 83, «Məryəm» 14, 3, «Loğman» 14 və «Əhqaf» 15-ci ayələr)
    Hədis:
    6745. Allahın Peyğəmbəri (s) (Ata-ananın övladları üzərində haqqı barədə suala cavabından): «Onlar iki cənnət və iki cəhənnəmdir.»(ət-Tərğib və ət-Tərhib, c.3, səh.322, hədis 30 )
    6746. Allahın Peyğəmbəri (s) (Allah yanında ən sevimli işlər barədə ibn Məsudun sualına cavabından): «Vaxtında qılınan namaz.» Ərz etdim. Daha sonra nə? Buyurdu: «Ata-anaya yaxşılıq.»(Biharul-Ənvar, c.74, səh.65, hədis 31)
    6747. Allahın Peyğəmbəri (s): «Kim ata-anasına yaxşılıq etsə, Allah onun ömrünü uzadar. Xoş onun halına!»(əl-Xisal, səh.156, hədis 196 )
    6748. Allahın Peyğəmbəri (s): «Allahın şadlığı atanın şadlı¬ğın¬dadır. Allahın kədəri atanın kədərindədir.»(Biharul-Ənvar, c.74, səh.72, hədis 55)
    6749. İmam Sadiq (ə): «Atalarınızla xoşrəftar olun ki, övladlarınız da sizə qarşı xoşrəftar olsun.»(ət-Tərğib və ət-Tərhib, c.3, səh.323, hədis 32 )
    6750. İmam Rza (ə): «Allah… Özünə, ataya və anaya təşəkkür etməyi əmr etmşdir. Kim ata-anasına təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.»(əl-Kafi, c.2, səh.163, hədis 21 )
    6751. İmam Rza (ə): «Ata-anaya yaxşılıq (ya itaət), müşrik olsalar belə vacibdir. Ancaq Allaha qarşı günah olacaqsa, onlara itaət etmək lazım de-yil.»(Kənzul-Ummal, hədis 45439 )
    1872. Ata-ana öldükdən sonra onlara hörmət etməyə təşviq
    6752. Allahın Peyğəmbəri (s) (Ata-ana öldükdən sonra onlara yaxşılıq etmək barədə suala cavabından): «Bəli, onlara dua etmək, bağış¬lanmalarını diləmək və öldükdən sonra vəsiyyətlərini yerinə yetirmək, onların yaxın qohumları ilə sileyi-rəhm etmək və dostlarına hörmət qoymaq lazımdır.»(Biharul-Ənvar, c.74, səh.82, hədis 88 )
    6753. İmam Baqir (ə): «Bəzən bəndə ata-anası həyatda olarkən onlarla yaxşı rəftar edir. Ancaq öləndən sonra nə onların borcunu ödəyir, nə də bağışlanmalarını diləyir. Belə olan halda Allah onu itaətsiz kimi qəbul edir. Bəzənsə, bəndə ata-anası sağ olanda naxələf çıxıb onların sözünə qulaq asmaz və onlara qarşı yaxşılıq etməzlər. Ancaq öldükdən sonra onların borclarını ödəyər və bağışlanmalarını diləyər. Buna görə də Allah onu xeyir əməl sahibi kimi yazar.»(əl-Kafi, c.2, səh.159, hədis 9 )
    1873 . Cənnət anaların ayağı altındadır
    6754. Allahın Peyğəmbəri (s): «Cənnət anaların ayağı altındadır.»(əl-Kafi, c. 2, səh.348, hədis 1 )
    6755. Allahın Peyğəmbəri (s) («Elə çirkin işlər yoxdur ki, görməmiş olum. Mənim tövbə və qayıtmağıma bir yol varmı?" deyə soruşan kişiyə cavabından): «Ata-anandan sağ olanı varmı?" Ərz etdi: «Atam.» Buyurdu: «Get və ona yaxşılıq et.» Həmin kişi gedəndən sonra Allahın Peyğəmbəri buyurdu: «Ey kaş anası sağ olaydı.»(əl-Kafi, c.2, səh.158, hədis 1 )
    6756. İmam Sadiq (ə): «Bir kişi peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri! Kimə yaxşılıq edim? Buyurdu: Anana. Ərz etdi: «Ondan sonra kimə? Buyurdu: Anana. Ərz etdi: Daha sonra kimə? Buyurdu: Atana.»(Kənzul-Ummal, hədis 45539 
    )
    1877. Ata-ananı incitmək
    6757. İmam Sadiq (ə): «Ata-anaya qarşı ən xırda hörmətsizlik "off!" deməkdir. Allah ondan daha xırdası olsaydı, şübhəsiz ki, qadağan etmiş olardı.»(Biharul-Ənvar, c.74, səh.80, hədis 82 )
    6758. İmam Sadiq (ə) («Mehribanlıqla onlara qarşı təvazökarlıq göstər» ayəsi haqda): Baxışlarını yalnız mehribanlıq və ürək yanğısıyla üzlərinə dik. Səsini səslərindən yuxarı qaldırma, əllərinin üstünə əl qaldırma və özünü onlardan qabağa atma.»(Kənzul-Ummal, hədis 45537 )
    6759. İmam Sadiq (ə) («O ikisi ilə gözəl danış» ayəsi haqda): «Səni döysələr belə de: Allah, sizləri bağışlasın.»(İləluş-Şəraye, səh.479, hədis 7 
    )
    1875. Ata-anaya qarşı itaətsizlik
    6760. Allahın Peyğəmbəri (s): «İtaət etməyən övlada deyiləcək: Nə iş (ibadət) istəyirsən et, ancaq mən səni bağışlamayacağam.»(əl-Kafi, c.2, səh.349, hədis 7 )
    6761. Allahın Peyğəmbəri (s): «Kim ata-anasını kədərləndirsə, onlara qarşı ağ olmuşdur (incitmişdir).»(Biharul-Ənvar, c.74, səh.61, hədis 26 )
    6762. İmam Sadiq (ə): «Valideynə itaətsizlik böyük günah¬lar¬dandır. Çünki Allah-taala itaət etməyən övladı üsyankar və bədbəxt etmişdir.»(Biharul-Ənvar, səh.84, hədis 95 )
    6763. İmam Sadiq (ə): «Valideynə itaətsizlik etməkdən biri də insanın onun dik gözünün içinə baxmasıdır.»(əl-Kafi, c.2, səh.159, hədis 5)
    6764. İmam Sadiq (ə): «Kim ona zülm etmiş ata-anasına kinli baxsa, Allah onun heç bir namazını qəbul etməz.»(Kənzul-Ummal, hədis 45933 )
    6765. İmam Hadi (ə): «Valideynə itaətsizlik yoxsulluğa səbəb olar və zillətə gətirib çıxarar.»(Məkarimul-Əxlaq, c.1, səh. 474, hədis1627 )
    1876 . Atanın övlad üzərində olan haqqı
    6766. Allahın Peyğəmbəri (s) (Atanın övlad üzərində olan haqqı barədə suala cavabından): «Onu adı ilə çağırmasın, ondan qabağa düşüb getməsin, ondan qabaq əyləşməsin və ona söyüş qazanmasın.»(Nəhcül-Bəlağə, hikmət 399 )
    6767. Kənzul Ummal: «Bir kişi Allahın Peyğəmbərinə (ə) ərz etdi: Atam mənim malımı mənimsəmək istəyir. Həzrət buyurdu: Sən və sənin malın atanın mülkiyyətisiniz.»(Biharul-Ənvar, c.78, səh. 236, hədis67 )
    1877 Övladın ata üzərində haqqı
    6768. Allahın Peyğəmbəri (s): «Bu üç şey də övladın ata üzərində haqqındandır: onunçun yaxşı bir ad seçsin, ona savad öyrətsin və yetkinlik yaşına çatdıqda onu evləndirsin.»(Məkarimul-Əxlaq, c.1, səh.475, hədis1633 
    )
    6769. İmam Əli (ə): «Övladın ata üzərində olan haqqı budur ki, ona savad versin, üzgüçülüyü və ox atmağı öyrətsin, halaldan qeyri ruzi ilə xörəyini verməsin.»(Kənzul-Ummal, hədis45410)
    6770. İmam Sadiq (ə): «Övladın ata üzərində üç haqqı var: onunçun yaxşı bir ana seçmək, yaxşı ad qoymaq və ona tərbiyə verməyə çalışmaq.»(Kənzul-Ummal, hədis 45409 
    )
    6771. İmam Sadiq (ə): «Kişinin öz övladına yaxşılığı onun ata-anasına yaxşılığıdır.»(Vəsailuş-Şiə, c.12, səh.247, hədis 13 )
    1878. Övladı tərbiyələndirmək
    6772. Allahın Peyğəmbəri (s): «Öz övladınıza hörmət qoyun və onlara yaxşı tərbiyə verin.»(Kənzul-Ummal, hədis 45338 
    )
    6773. Allahın Peyğəmbəri (s): «Övladlarınızda bu üç xisləti tərbiyə edin: peyğəmbərlərini sevmək, onun əhli-beytini sevmək və Quran oxumaq.»(Kənzul-Ummal, hədis 45953)
    6774. Allahın Peyğəmbəri (s): «Öz övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin.»(Ğurərul-Hikəm, hədis 6305 )
    6775. Allahın Peyğəmbəri (s): «Övlad yeddi il ağa, yeddi il xidmətçi, yeddi il vəzir və köməkçi olar. İyirmi bir yaşa qədər ona etdiyin köməkdən razı olsan (verdiyin tərbiyənin nəticəsi olsa), nə yaxşı, yox əgər belə olmasa, onun çiyninə vur (artıq onu öz ixtiyarına burax), sən ona görə Allahın yanında üzrlüsən.»(Vəsaeləş-Şiə, c.12, səh.247, hədis 12 )
    6776. İmam Əli (ə): «Öz övladınızı elm öyrənməyə vadar edin.»(Nisa, ayə surəsi, 59-cu ayə)
    6777. İmam Əli (ə): «Öz uşaqlarınıza namaz qılmağı öyrədin. Yetkinlik yaşına çatdıqda namaza (tərk etməməsinə) görə onunla tələbkar olun.»(Nurus-Səqəleyn, c.1, səh.499, hədis 331 )
    6778. İmam Sadiq (ə): «Oğlan yeddi il oyun oynamalı, yeddi il savad öyrənməli və yeddi il halal-haramı öyrənməklə məşğul olmalıdır.»(Rəd, ayə 11 )
    416 Vilayət
    1879. Ulul-əmr (əmr sahibləri)
    Quran:
    «Ey iman gətirənlər! Allaha itaət edin və peyğəmbərin və öz əmək sahiblərinizin əmrlərinə tabe olun. Bir işdə ixtilafa düşsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha (kitabına) və Onun peyğəmbərinə tapşırın. Bu daha yaxşı və müsbət sonluqludur.»(Kənzul-Ummal, hədis 14972 )
    Hədis:
    6779. Cabir ibn Abdulla Ənsari: «Allah «Rəbbinizə itaət edin və öz peyğəmbərləriniz, əmr sahiblərinizə tabe olun» ayəsini Öz peyğəmbəri Məhəmmədə (s) nazil etdikdə ərz etdim: Ey Allahın Peyğəmbəri! Allah və onun peyğəmbəri bizə məlumdur. Ancaq ona itaəti Özünə itaətlə əlaqələndirdiyi əmr sahibləri kimlərdir? Peyğəmbər buyurdu: Ey Cabir, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların rəhbərləridir. Onların ilki Əli ibn Əbutalib, sonra Həsən, sonra Hüseyn..."(Mənla Yəhzuruhul-Fəqih, c.4, səh.404, hədis 5871)
    1880 . Əyri adamların hakimiyyətə gəlməsinə səbəb olanlar
    Quran:
    «Onu Allahın əmrilə öndən və arxadan daima qoruyan mələklər vardır. Həqiqətən də qövmün bu halını dəyişməsə, Allah heç bir qövmün halını dəyişməz. Allah bir qövmə pislik etmək istəsə, onun heç bir dönüşü yoxdur və Ondan başqa hamiləri olmaz.»(Nəhcül-Bəlağə, xütbə 97 )
    Hədis:
    6780. Allahın Peyğəmbəri (s): «Siz necə olsanız, eləcə də sizə hökmranlıq ediləcək.»(Biharul-Ənvar, c.75, səh.340, hədis 18 )
    6781. Allahın Peyğəmbəri (s): «Allah buyurdu: «Məni tanıyanlardan hər hansı bir məxluqum Mənə itaətsizlik etsə, bu camaatın arasından Məni tanımayanın birisini ona hakim edərəm.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.176, hədis 40 )
    6782. İmam Əli (ə) (Öz dostlarını pisləyərkən): «Bilin! Canım Onun əlində olana and olsun ki, bu camaat şübhəsiz, sizə qalib gələcək. Ona görə yox ki, onlar sizdən daha haqlıdırlar. Əksinə, buna görə ki, onlar öz batil əmrlərini qorumağa tələsir, sizlərsə mənim haqqımı qorumaqda süstlük gös-tərərsiniz.»(Ğurərul-Hikəm, hədis 5626)
    1881. Ədalətli hökmdarlar
    6783. İmam Sadiq (ə): «Kim camaatın istəklərindən bəzilərinin rəhbərliyini öz öhdəsinə götürsə və ədalətli rəftar etsə, evin qapısını camaatın üzünə açsa, şərr yetirməsə, camaatın çətinliyinin həllinə girişsə, qiyamət günündə onu qorxu-hürküdən amanda saxlamaq və cənnətə aparmaq Allahlıq olacaqdır.»(Ğurərul-Hikəm, hədis 5687  )
    1882 . Zalım hökmdarlar
    6784. Allahın Peyğəmbəri (s): «Müsəlmanların işlərinin birinə rəhbərliyi öz üzərinə götürən və ona xəyanət edən oddadır.»(Ğurərul-Hikəm, hədis 8365  )
    6785. İmam Əli (ə): «Qarınqulu, yırtıcı rəhmsiz heyvan qəddar zalım hökmdardan daha yaxşıdır.»(Nəhcül-Bəlağə, məktub 53)
    6786. İmam Əli (ə): «Hökmdarların ən pisi günahı olmayanın ondan qorxanıdır.»(Nəhcül-Bəlağə, məktub 53)
    6787. İmam Əli (ə): «Kimin hakimiyyəti olsa, dövləti çökər.»(Nəhcül-Bəlağə, məktub 53)
    6788. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Həqiqətən, xeyir əməl sahibi və ləyaqətli insanlar Allahın onları öz bəndələrinin dillərinə gətirdiyi sözlər vasitəsilə tanınırlar. Buna görə də sənin üçün ən sevimli azuqə gözəl və layiqli rəftar olmalıdır. Belə isə öz nəfsinə hakim ol və sənə halal olmayanları nəfsindən əsirgə. Çünki nəfsdən nəyisə əsirgəmək, onu istəsə də, istəməsə də insaf yolunu getməyə məcbur etməkdir.»(Təhzibul-Əhkam, c.6, səh.227, hədis 547 )
    6789. İmam Əli (ə) (həmin fərmandan): «Allahın və camaatın haqqını özündən, yaxın adamlarından və səni sevən rəiyyətindən al. Çünki belə etməsən zülm etmiş olarsan.»(Nəhcül-Bəlağə, məktub 53 )
    6790. İmam Əli (ə) (həmin fərmandan): «Xundpəsəndlikdən və xud¬pəsəndlik yaradan şeylərə arxalanmaqdan çəkin. Camaatın səni öyməyinə məftun olmaqdan daha uzaq dur. Çünki bu xasiyyət yaxşı əməl sahiblərinin əməllərini puç etmək üçün şeytanın əlinə düşmüş ən gözəl fürsətdir.»(Nəhcül-Bəlağə, məktub 53 )
    1884 . Hökmdarın idarəçilikdə üzərinə düşən ən mühüm vəzifələr
    6791. İmam Əli (ə) (Ömər ibn Xəttaba): «Üç şey var ki, onları yadında saxlayıb həyata keçirsən başqa şeyə ehtiyacın olmayacaq. Onları kənara qoysan, heç nəyin sənə xeyri olmayacaq.» Ömər dedi: «Bunlar nələrdir, ya Əbəlhəsən?» Buyurdu: «Özün və yadlar üçün hədd və cəzaları tətbiq etmək, istər şad və istərsə də qəzəbli olanda Allahın kitabı əsasında hökm vermək, qırmızı və ağ arasında (beytül malın) ədalətli bölgü.» Ömər dedi: «Canıma and olsun ki, qısa və aydın dedin.»(Tuhəful-Uqul, səh.319 )
    6792. İmam Əli (ə) (Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından): «Qəlbini camaata qarşı mehr-məhəbbət və lətafətlə doldur. Məbada onlara qarşı öz yeməyini qənimət bilən yırtıcı heyvan kimi olasan. Çünki camaat iki dəstədir: Ya sənin din qardaşındır, ya da sənin kimi insandır. Onlar büdrəyiş və xətaların astanasındadırlar. Bəzən bilərəkdən bəzən səhvən əllərini günaha və təcavüzə batırırlar. Necə ki, istəyirsən Allah səni sevsin və sənə güzəşt etsin istədiyin kimi sən də onlara qarşı məhəbbətli və güzəştcil ol. Çünki sən onların üstündə rəhbərsən və sənin fərman verənin sənin üstündə rəhbərdir. Allah da səni əmirliyə təyin edən şəxsin üstündə rəhbərdir.»(Biharul-Ənvar, c.23, səh.75, hədis 24)
    6793. İmam Əli (ə) (həmin fərmanda): «Haqqı genişləndirmək, ədalətə riayət etmək və camaatın razılığını hər şeydən daha çox cəlb edən şeylərə əməl etməkdə mötədillik sənin üçün ən sevimli iş olmalıdır. Çünki ümum camaatın narazılığı xüsusi qrupun razılığını da təsirsiz qoyur, xüsusi qrupun narazılığı isə ümum camaat razı olduqda bağışlanır. Xalqın heç bir təbəqəsi xüsusi dəstə kimi deyil. Çünki bu dəstə əmin-amanlıq vaxtı hökmdarın çiynində ən ağır yük olar, çətinlik vaxtı isə ona ən az kömək edənlərdən olarlar. Ədaləti sevməzlər və daha çox istəkləri, təvəqqələri olar. Onlara bir şey verildikdə ən az təşəkkür edərlər, nəsə əsirgənərsə üzürü daha gec qəbul edərlər. Ruzigarın çətin hadisələrinə daha dözümsüzdürlər. Dinin və müsəlman cəmiyyətinin sütunu, düşmənlərin qarşısında həmişə hazır olan qüvvə əslində elə ümum camaatdır. Deməli, sən onlara meyl etməlisən.»(Səhihe-Muslim, c.3, səh.1456, hədis 44 )
    6794. İmam Sadiq (ə): «Hökmdara ümumi və xüsusi camaat haqda ria-yət etməsi vacib olan üç şey var: Yaxşı işlərə yaxşı mükafat versin ki, camaatın yaxşı işlər görməyə rəğbəti artsın. Pis əməl sahibinin günahları gizlədilsin ki, tövbə edərək azğınlıq və əyri yoldan dönsün və yaxşılıq, insafı gözləməklə onların hamısının arasında ülfət yaratmaq.»(Sunəne əbi-Davud, hədis 2929 )
    1885 . Hökmdarın öz təyinatlarında riayət etməli olduğu şeylər
    6795. Allahın Peyğəmbəri (s): «Hər kəs bir vəzifəyə təyin etmək üçün camaat arasında Allaha daha çox xoş gedən biri oqduğu halda onu deyil başqasını seçsə, Allaha, onun peyğəmbərlərinə və möminlərə xəyanət etmişdir.»(Nəhcül-Bəlağə, məktub 53 )
    6796. Allahın Peyğəmbəri (s): «Allaha and olsun ki, biz bu işi (hakimiyyəti) istəyəni və ya ona həris olanı həmin vəzifəyə qoymarıq.»(Nəhcül-Bəlağə, məktub 53 )
    6797. Allahın Peyğəmbəri (s): «Əbdürrəhman ibn Səmurəyə "Ey Əbdürrəhman ibn Səmurə! Əmirliyə iddiaçı olma. Çünki bu vəzifə sənin xahişinlə sənə verilərsə, idarəçiliyində öz halına buraxılarsan. Yox əgər sənin xahişin olmadan vəzifə sənə tapşırılsa, onun idarəçiliyində sənə yardım olunar.»(Nəhcül-Bəlağə, məktub 53 )
    6798. İmam Əli (ə) (Malik Əştəri vali təyin etdiyi fərmandan): «İş icraçılarının işinə diqqətlə yanaşıb dərindən düşün. Sınadıqdan sonra onları vəzifəyə qoy. Kimsəyə sırf tərəfkeşliyə və istəyə görə vəzifə tapşırma. Çünki bu ikisi müxtəlif zülm və xəyanətlərin mənbəyidir. Öz iş icraçılarını təcrübəli, abırlı insanlardan, yaxşı, hörmətli və İslamda öncül ailələrdən seç.»(Tənbihul-Xəvatir, c.2, səh.165 
    )
    6799. İmam Əli (ə) (həmin fərmandan): «Onların (işçilərin) istəklərini həll etməyə çalış və sədaqətli, vəfadar insanlar arasından onlara nəzarətçi qoy. Sənin onların işlərinə gizlin nəzarətin onları əmanətə və camaatla xoş rəftara vadar edər. Diqqətlə öz köməkçilərinə nəzarət et. Əgər onlardan biri xəyanətə əl atsa və bütün nəzarətçilərin məlumatı bunu təsdiqləsə, həmin məlumatlarla şahid kimi kifayətlən və dərhal ona fiziki cəza ver. Vəzifəsinə görə əldə etdiyi sərvətinin sorğu-sualını apar, onu xar et, alnına xəyanət dağı vur və boynundan töhmətin xəcalət halqasını as.»(Nəhcül-Bəlağə, məktub 53 )
    1886 . Qapıya nəzarətçi təyin etməkdən çəkinmək
    6800. İmam Əli (ə) (Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından): «Məbada, özünü camaatdan həddən artıq gizli saxlayasan. Çünki hökmdarların üzünü camaatdan gizli saxlaması bir növ hövsələsizlik və işlərdən az məlumatlılığın səbəbidir. Hökmdar üzünü camaatdan gizlətsə, camaatın pərdəarxası sirrlərdən xəbərdar olmamasına səbəb olar. Buna görə də böyük və mühüm işlər onlara kiçik və əhəmiyyətsiz görünər, kiçik işlər isə böyük. Gözəl çirkin kimi, çirkin də gözəl kimi görünər və haqla batil bir-birinə qarışar.»(Nəhcül-Bəlağə, məktub 53 )
    6801. İmam Sadiq (ə): «Kim camaatın işlərindən birini öhdəsinə götürsə və ədalətlə rəftar edib öz qapısını (camaatın üzünə) açıq qoysa, pərdəsini kənara çəksə və camaatın işlərinin həllinə girişsə, qiyamət günündə onu qorxu-hürküdən amanda saxlayıb cənnətə aparmaq Allahlın işidir.»(Yunis, ayə 62, 63 )
    1887 . Hakimin zəif təbəqələrə diqqətinin zəruri olması
    6802. İmam Əli (ə) (Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından): «Vaxtının bir hissəsini öz ehtiyaclı insanlarına ayır. Onlarla bir ümumi məclisdə əyləşib şəxsən problemlərinin həlli ilə məşğul ol. Həmin məclisdə səni yaratmış olan Allaha xatir təvazökarlıq et və sənin gözətçilərindən, mühafizəçilərindən olan dostlarını onlardan uzaqlaşdır ki, kim nə istəyirsə sözünü desin. Dilləri topuq çalmadan, qorxu və vahiməsiz mətləblərini bəyan etsinlər. Çünki mən Allahın Peyğəmbərindən bunu dəfələrlə buyurduğunu eşitmişəm: Acizinin haqqı qüdrət sahiblərindən qorxu-hürküsüz alınmayan ümmət heç vaxt nicatın üzünü görməz. Eyni zamanda onların kobudluq, söz deməkdə acizlik və əlacsızlıqlarına da döz, hövsələsizliyi və təkəbbürü özündən uzaq tut...»(Nəhcül-Bəlağə, hikmət 432 )
    6803. İmam Əli (ə) (həmin fərmanda): «Möhtaclar, imkansızlar, binəvalar, zəlil olmuşlar kimi kasıblarla (camaatla) münasibətdə Allah nəzərində olsun. Çünki bu təbəqələrin arasında ona-buna əl açan kasıblar var. Bəzilərinin isə dilənməyə üzü yoxdur. Buna görə də, onların haqqını yerinə yetirməyi Allah səndən istəmişdir. Beytülmaldan da onlar üçün bir pay nəzərdə tut...
    Onlardan sənə əlləri çatmayanlarının, gözlərin onları xırda, böyüklərin həqir saydıqları insanların çətinliklərinin həllinə giriş. Bu iş üçün Allahdan qorxan, təvazökar və etimad etdiyin insanları onların çətinliklərinin həllinə mükəlləf et ki, onların vəziyyəti barədə sənə məlumat versinlər. Sonra onların işinə elə yanaş ki, Allahını gördüyün gün üzrünü qəbul etsin. Çünki insanların bu dəstəsi ədalətə başqalarından daha möhtacdırlar. Belə isə onların hər birinin haqqının verilməsində Allah dərgahında üzr və dəlilin olsun.»(Nurus-Səqəleyn, c.2, səh.309, hədis 94 )
    1888. Allah dostlarının xüsusiyyətləri
    Quran:
    «Bilin ki, ilahi övliyaların nə bir qorxusu var və nə də onlar kədərlənərlər. Onlar ki, iman gətirib və təqvalı olublar.»(Hud, ayə 9 )
    Hədis:
    6804. İmam Əli (ə): «İlahi övliyalar, camaat dünyanın zahirinə göz dikdiyi halda dünyanın batininə baxanlardır. (Onlar) dünyanın gələcəyi və sonu ilə məşğul olarlar, başqa camaat isə onun nəqdisi və bugünü ilə baş qatarlar. Dünyanın onları məhv edəcəklərindən qorxduqları şeylərini məhv edərlər. Dünyanın tezliklə onları tərk edəcəklərini bildikləri şeylərini tərk edərlər. Dünyanın başqalarının çox və dəyərli saydıqlarını həqir və onlara çatmağı (öz səadət və qurtuluşları üçün) itki sanırlar. Camaatın sülh və barışıqda olduğu şeylərə düşmən, camaatın düşmənçilik etdiyi şeylərlə dostluq edərlər (Allahın). Kitab onların vücudu ilə tanınar və bilinər. Onlar kitabın alimləri və arifləridir. Kitaba onlarla əməl olunur və onlar kitaba arxalanıblar. Ona ümid bağladıqlarından yüksək bir şeyi ümid sanmazlar. Qorxduqlarından qeyri bir şeyi qorxu kimi bilməzlər.»(Ğurərul-Hikəm, hədis 2860)
    6805. İmam Sadiq (ə): «Ey Əbu Bəsir! Xoşa onun qeybə çəkildiyi vaxt qaimin (İmam Zaman ağanın) zühurunu gözləyən və zühuru vaxtı ona tabe olanların halına. Onlar Allahın dostlarıdır. Onların nə bir qorxusu var və nə də kədəri.»(Nəhcül-Bəlağə, hikmət 150 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-01)
    Views: 1481 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024