İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    417 Ümidsizlik
    1889 . Ümidsizlik
    Quran:
    «Əgər öz tərəfimizdən insana bir nemət dadızdırsaq və sonra neməti ondan alsaq, heç şübhəsiz O, çox naümid və naşükr olacaqdır.»(Nəhcül-Bəlağə, hikmət 342 )
    Hədis:
    6806. İmam Əli (ə): «Ən böyük bəla ümidsizlikdir.»(Nəhcül-Bəlağə, məktub 31 )
    6807. İmam Əli (ə): «Əməlsiz axirətinə (savabına) ümid bağlayanlar kimi olma. Sağlam olanda xudpəsənd olar, çətinliyə düşəndə ümidini itirər. Ehtiyacsız olsa, məst və aldanmış olar. Ehtiyac olduqda ümidsizliyə və süstlüyə düşər.»(Vəsailuş-Şiə, c.6, səh.316, hədis 5 )
    1890. Camaatda olanlardan ümidini üzməyin nəticələri
    6808. İmam Əli (ə): «Ən böyük dövlətlilik camaatın malında gözü olmamaqdır.»(Bəqərə, ayə 83 )
    6809. İmam Əli (ə): «Öz əlində olanı qorumağın, məndən ötrü başqasının əlində olanı istəməyindən yaxşıdır. Ümidini kəsmək də camaatdan istəməkdən yaxşıdır.»(Nurus-Səqəleyn,c.5, səh.597, hədis23 )
    6810. İmam Sadiq (ə): «Camaatda olandan ümidini üzmək möminin dini izzətinin mayasıdır.»(Kənzul Ummal, hədis 6008 )
    418 Yetim
    1891 . Yetimlərə həyan olmağa təşviq
    Quran:
    «İsrail övladlarından Allahdan qeyrisinə ibadət etməyəcəkləri, öz ata-analarına, yetimlərə və möhtaclara yaxşılıq edəcəklərinə dair möhkəm and aldıq.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.349, hədis 14 )
    (Bax: «Bəqərə» 177, 220, «Fəcr» 17, 18 və «Maun» 2-3-cü ayələr).
    6811. Allahın Peyğəmbəri (s) (Öz şəhadət və orta barmaqlarını göstərməklə): «Mən və yetimlərin həyanı cənnətdə bu iki barmaq kimiyik, əgər Allahdan qorxsa.»(əl-Kafi, c.7, səh.51, hədis 7 )
    6812. Allahın Peyğəmbəri (s): «Cənnətdə şadlığın sarayı deyilən bir saray var. Ora yalnız möminlərin yetimlərini şadlandıranlar daxil olalar.»(Nisa, ayə10 )
    6813. Allahın Peyğəmbəri (s) (Öz daşürəkliyindən şikayət¬lə¬nən kişiyə): «Qəlbinin yumşalmasını və diləyinə çatmağını istəyir¬sənmi? Yetimə mehribanlıq göstər və əlini nəvazişlə onun başına çək, xörəyindən ona da yedirt. Belə olan halda qəlbin yumşalar və istəyinə çatarsan.»(Əmali-Səduq, səh.395, hədis 1 )
    6814. İmam Əli (ə) (Şəhadətindən öncə vəsiyyətindən): «Yetimlərə görə Allahdan qorxun ki, məbada bir gün qarınlarını doydurub bir gün ac saxlayasınız. Məbada, siz olan bir yerdə onlar aradan getsinlər. Çünki Allahın Peyğəmbərindən (s) belə buyurduğunu eşitmisən. Kim bir yetimə həyan olsa, onu ehtiyacsız etsə, vacib etdiyi kimi Allah bu işinə görə cənnəti ona vacib edər. Yetim malı yeyənə cəhənnəm odunu vacib etdiyi kimi.»(Təfsirul-Əyyaşi, c.1, səh.225, hədis 47 )
    1892. Yetimin malını yeyənlər
    Quran:
    «Yetimlərin mallarını zülmkarlıqla yeyənlər öz qarınlarına cəhənnəm odu atarlar və tezliklə (cəhənnəmdə) yanan alova daxil olarlar.»(Biharul-Ənvar, c.79, səh.268, hədis 7 )
    (Bax, «Nisa», 2, 6: «Ənam», 152 və «İsra» 34-cü ayələr)
    Hədis:
    6815. Allahın Peyğəmbəri (s): «Xörəklərin ən pisi yetimin malını zülmkarlıqla yeməkdir.»(Səcdə, ayə 24 )
    6816. Allahın Peyğəmbəri (s): «Qiyamət günündə bir dəstə ağızlarından alov saça-saça qəbirlərindən çölə çıxarlar. Ərz olundu: Ey Allahın Peyğəmbəri (s), onlar kimlərdir? Buyurdu: Yetim malı yeyənlər.»(Əmali-Səduq, səh.395, hədis 1 )
    6817. Fatimeyi Zəhra (ə) (öz nitqlərindən birində): «Allah yetimin malını yeməkdən çəkinməyi, zülm və haqsızlığın qarşısını almaqdan ötrü vacib buyurmuşdur.»(Biharul-Ənvar, c.70, səh.176, hədis 33 )
    419 Yəqinlik
    1893.Yəqinlik
    Quran:
    «Dözümlülük göstərdiklərinə və Mənim nişanələrinə yəqinliyi olduq¬larına görə onlardan bəzilərini bizim əmrimizə (camaata) yol göstərmək üçün rəhbər etdik.(Ğurərul-Hikəm, hədis 9556)
    Hədis:
    6818. Allahın Peyğəmbəri (s): «Ürəyə atılmış ən yaxşı şey yəqinlikdir.»(Nəhcül-Bəlağə, xütbə 157 )
    6819. İmam Əli (ə): «Ey camaat! Allahdan yəqinlik istəyin, Ondan sağlamlıq diləyin, çünki ən böyük nemət sağlamlıq, ürəkdə ən davamlı olan isə yəqinlikdir. Ziyana düşən odur ki, dinində ziyana uğramış olsun. Paxıllığı çəkilən odur ki, yəqinliyinə paxıllıq çəksinlər.»(Ğurərul-Hikəm, hədis 6184 )
    6820. İmam Əli (ə): «Ürəyi yəqinliyin sərinliyini dadmış insan necə də böyük səadətə qovuşmuşdur.»(Ğurərul-Hikəm, hədis 398  )
    6821. İmam Əli (ə): «Son məqsədə yalnız yəqinliklə çatarlar.»(Ğurərul-Hikəm, hədis 9958 )
    6822.İmam Əli (ə): «Yəqinliyin gücü dinin (dindarlığın) ölçüsüylədir.»(əl-Kafi, c.2, səh.52, hədis 5  )
    6823. İmam Əli (ə): «Yəqinlik imanın sütunudur.»(əl-Kafi, c.2, səh. 51, hədis 1 )
    6824. İmam Əli (ə): «Yəqinlik olduğu yuxu şəkklə qılınan namazdan yaxşı¬dır.»(əl-Kafi, c.2, səh.57, hədis 3 )
    6825. İmam Baqir (ə): «Heç bir şey yəqinlik qədər camaat arasında az bölünməyib.»(Təkasur, ayə 5-8 )
    6826. İmam Sadiq (ə): «İman İslamdan, yəqinlik isə imandan üstündür. Yəqinlikdən daha az tapılan bir şey də yoxdur.»(Ənam, ayə 75 )
    6827. İmam Sadiq (ə): «Daimi və azacıq əmək yəqinliklə müşayiət olu¬narsa, Allahın yanında yəqinlik olmadan edilən çox əməldən yaxşıdır.»(Kənzul-Ummal, hədis 29858  ) (Bax, «Şəkk» bölümü, 1046-cı fəsil.)
    1894. Yəqinlik elmi.
    Quran:
    «Haşa, yəqinlik elminiz olsaydı, heç şübhəsiz ki, cəhənnəmi görərdiniz. Bəli, onu yəqinlik elmi ilə görürlər. Bu elə (yer üzündə olan) nemətləri haqda sorğu-suala tutulacağınız gün olacaq.»(Biharul-Ənvar, c.77, səh.20, hədis 4 )
    «Göylərin və yerin mələkkutul… Beləcə İbrahimə göstərdik ki, yəqin olmuşlardan olasınız.»(Nəhcül-Bəlağə, hikmət 125 )
    Hədis:
    6828. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: «Üç şeyi bəndələrimin gözündən gizlin saxlamışam. Kimsə onları görsə, heç vaxt pis əməl törətməz: Öz pərdəmi kənara çəksəm və Məni göüb yəqinlik hasil etsə və yaratdıqlarımı öldürdükdən sonra onlarla nə edəcəyimi bilsə…»(Tuhəful-Uqul, səh.20 
    )
    1895. Yəqinliyin izahı
    6829. «Biharul Ənvar»: «Cəbrayıl Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: Ey Allahın Peyğəmbəri (s)! Allah-taala məni elə bir hədiyyəyilə sənin yanına göndərib ki, onu səndən əvvəl heç kimə verməyib. Allahın Peyğəmbəri (s) buyurdu: O hədiyyə nədir? Cəbrayıl dedi: Səbr və ondan daha yaxşı olan yəqinlik. Allahın Peyğəmbəri buyurdu: Dedim ki, (de) yəqinliyin izahı nədir? Dedi: Yəqini olan şəxs Allah üçün sanki, onu görürmüş kimi iş görür. Çünki o Allahı görməsə də Allah onu görür. Eyni zamanda tam yəqinliklə ona çatanın çatmamasının qeyri-mümkünlüyünə və çatmayanın da çatmasının mümkünsüzlüyünə inanır. Bunların hamısı təvəkkülün budaqları və zahidliyin nərdivanıdır.»(Ğurərul-Hikəm, hədis 10970 )
    6830. İmam Əli (ə): «İslam elə (Allahın qarşısında) təslim olmaqdır. Təslim də edə yəqinlik, yəqinlik isə təsdiq, təsdiq də etiraf, etirafın özü də yerinə yetirmək, yerinə yetirmək isə əməl etmək deməkdir.»(Biharul-Ənvar, c.73, səh.167, hədis 31)
    1896. Yəqinlik əhlinin nişanələri
    6831. Allahın Peyğəmbəri (s): «Yəqinliyi olan şəxsin altı nişanəsi olar: (Birinci) Allahın haqq olduğuna yəqin olar və buna görə də ona iman gətirər, (ikinci) ölümün doğru olduğuna yəqinliyi olar və buna görə də ondan çəkinər, (üçüncü) ölümdən sonra dirilməyin haqq olduğuna yəqin olar və bu səbəbdən də (həmin günün) rüsvayçılıqdan qorxar, (dördüncü) cənnətin düz olduğuna yəqinliyi və ona görə də cənnətə müştaq olar, (beşinci) cəhənnəmin düz olduğuna yəqinlik tapar və buna görə də ondan xilas olmağa çalışar və (altıncı) sorğu-sualın haqq olduğuna yəqinliyi olar və buna görə də özünü sorğu-suala tutar.»(Biharul-Ənvar, c.78, səh.92, hədis 98 )
    6832. İmam Əli (ə): «Arzuların qısalığı və əməlin xalisliyi, dünyaya rəğbətin olmaması yəqinliyin dəlilidir.»(Ğurərul-Hikəm, hədis 11011 )
    6833. İmam Əli (ə): «Dostlarından ayrılacağına, torpaqda yer tutacağına, hesab-kitabla üzləşəcəyinə, qoyub getdiyinin onun işinə yaramayacağına və qabaqcadan göndərdiklərinə yəqinliyi olan kimsə arzularını qısaldıb iş və əməl görməyə çalışar.»(Ğurərul-Hikəm, hədis 1177  )
    6834. İmam Əli (ə): «Pak olan Allahın onu gördüyünü yəqinliyi ola-ola, yenə də itaətsizlik göstərən, heç şübhəsiz ki, Allaha ən aşağı gözlə baxmışdır.»(Ğurərul-Hikəm, hədis 5072)
    1897. Yəqinliyi zay edən şeylər
    6835. İmam Əli (ə): «Şəkk və istəklərin üstün gəlməsi yəqinliyi zay edər.»(Biharul-Ənvar, c.73, səh.161, hədis 6)
    6836. İmam Əli (ə): «Dində mübahisələr yəqinliyi aradan götürər.»(Kənzul-Ummal, hədis 7332  )
    6837. İmam Əli (ə): «Dünyapərəstlərlə qaynayıb-qarışmaq dini eybli, yəqinliyi isə süst edər.»(Biharul Ənvar, c.77, səh.185, hədis 30)
    6838. İmam Sadiq (ə): «Həris adam iki xüsusiyyətdən məhrum olar və digər iki xislət daima onunla olar: «Qənaətcillikdən məhrum olar və buna görə də asayişi olmaz. Şadlıqdan məhrumdur və buna görə də yəqinliyini əldən vermişdir.»(Ğurərul-Hikəm, hədis 6347, 6348 )
    1898. Yəqinlikdə süstlük
    6839. Allahın Peyğəmbəri (s): «Mən ümmətim üçün yəqinlikdə süstlük qədər heç bir şeydən qorxmuram.»(Ğurərul-Hikəm, hədis 5488 )
    6840. Allahın Peyğəmbəri (s): «Böyük Allahı qəzəbləndirməklə camaatı şad etməyin, Allahın sənə verdiyi ruziyə görə onlara həmd və şükr etməyin, Allahın sənə vermədiyinə görə camaatı məzəmmmət etməyin yəqinliyin süstlüyündəndir.»(Ğurərul-Hikəm, hədis 699 )
    1899. Yəqinliyin səmərələri
    6841. İmam Əli (ə): «Yəqinliyin ən son həddi ixlas, ixlasın sonu isə xilas və qurtuluşdur.»(Muşkatul Ənvar, səh.20 )
    6842. İmam Əli (ə): «İnsanın fani olanlara rəğbətliliyi, onun əbədi olanlara yəqinliyinin dərəcəsi ilədir.»(Biharul-Ənvar, c.71, səh.152, hədis 60 )
    6843. İmam Əli (ə): «Təvəkkül etmək yəqinliyin qüvvətindədir.»(Ğurərul-Hikəm, hədis 7569 )
    6844. İmam Sadiq (ə): «Dözümlülük yəqinlikdəndir.»(əl-Kafi, c.2, səh.268, hədis 1)
    6845. İmam Sadiq (ə): «Çətin qəzavü-qədərə şad olmaq yəqinliyin ən yüksək dərəcələrindəndir.»(Biharul-Ənvar, c.70, səh.176, hədis 34 )
    1900. Yəqinliyin artması
    6846. İmam Əli (ə): «Pərdə də kənara çəkilsə, mənim yəqinliyimə heç nə artmayacaqdır.» 
    6847. İmam Kazim (ə): «Ey Allahın bəndələri! Özünüzü islah etməklə Allahın nemətlərini qoruyun ki, yəqinliyiniz artsın və dəyərli, qiymətli fayda götürəsiniz.» 
    6848. İmam Rza (ə) (Allah-taalanın İbrahimə (ə) buyurduğu «İmanın yoxdur?» Var, ancaq ürəyimin rahatlaşması üçün istəyirəm» sözlərlə əlaqədar verilmiş «Məğər onun qəlbində şəkkmi vardı?» sualına cavabından): «Allahdan onun yəqinliyini artırmasını istəyirdi.» 
    İlahi! Məhəmmədə və Onun Ailəsinə salam olsun. Bizim imanımızı imanın ən yüksək həddinə, yəqinliyimizi yəqinliyin ən yüksək dərəcəsinə çatdır və bizdən qəbul et. Ey, pislikləri yaxşılıqlara çevirən, ey mehribanların ən mehribanı!
    Allahın şükr və həmdi, Onun uğurunu bizləri müşaiyət etməsi sayəsində «Mizanul-Hikmə» kitabının müntəxabatı üzərində iş başa çatdı. Onun redaktə və tərtibat işləri min dörd yüz iyirmi birinci hicri qəməri ilinin Zilqəddə ayının on beşində tamamlandı.
    İşi başlayanda və görəndə şükr və həmd Allaha məx¬susdur. Məhəmmədə (s) və Onun Ailəsinə (ə) Allahın salamı olsun!
    Vəssalam!
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-01)
    Views: 727 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019