İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    231 Doğruluq
    1084. Doğruluq
    Quran:
    «Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.»(Tövbə, ayə 119 )
    Hədis:
    3467. Allahın Peyğəmbəri (s): «Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm.»(Tarixe Bağdad, c.11, hədis 82 )
    3468. İmam Əli (ə): «Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır.»(Ğurərul-Hikəm, hədis 1552  )
    3469. İmam Əli (ə): «Doğruluq haqqın dilidir.»(Ğurərul-Hikəm, hədis 275  )
    3470. İmam Əli (ə): «Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.»(Ğurərul-Hikəm, hədis 118  )
    3471. İmam Əli (ə): «Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır.»(Ğurərul-Hikəm, hədis 1115  )
    3472. İmam Əli (ə): «Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir.»(Ğurərul-Hikəm, hədis 15  )
    3473. İmam Əli (ə): «Kişinin dəyəri onun səyi, onun doğruluğu isə insaniyyəti qədərdir.»(Nəhcül-Bəlağə, hikmət 47  )
    3474. İmam Əli (ə): «İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun.»(Nəhcül-Bəlağə, hikmət 458  )
    3475. İmam Baqir (ə): «Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin»(əl-Kafi, c.2, səh. 104, hədis4 )
    3476. İmam Sadiq (ə): «Doğruluq izzətdir.»(Biharül-Ənvar, c.78, səh. 269, hədis109 )
    3477. İmam Sadiq (ə): «Doğru danışanın əməli pakdır.»(əl-Kafi, c.2, səh. 104, hədis3 )
    1085. Doğru danışan
    3478. İmam Əli (ə): «Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır.»(Nəhcül-Bəlağə, xütbə 86 )
    3479. İmam Sadiq (ə): «İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın.»(əl-Kafi, c.2, səh. 104, hədis2 )
    3480. İmam Sadiq (ə): «Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir.»(Əmali-Tusi, səh. 223 hədis 385 )
    1086. Ən doğru sözlər
    Quran:
    «Allah, Ondan başqa məbudun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?»(Nisa, ayə 87 )
    Hədis:
    3481. İmam Əli (ə): (ən yaxşı söz barədə suala cavabından) «Allahdan başqa heç bir məbudun olmadığına şəhadət vermək.»(Biharül-Ənvar, c.77, səh.378, hədis 1)
    3482. İmam Əli(ə): «Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.»(Ğurərul-Hikəm, hədis 3302  )
    232 Dost
    1087. Dost
    3483. Allahın Peyğəmbəri (s): «İnsan öz dostunun dinindədir. Beləliklə, hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.»(Əmali-Tusi ,səh. 518, hədis 1135 )
    3484. İmam Əli (ə): «Dost, yaxınların ən yaxınıdır.»(Ğurərul-Hikəm, hədis 674  )
    3485. İmam Əli (ə): «Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz.»(Ğurərul-Hikəm, hədis 8760  )
    3486. İmam Əli (ə): «Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.»(Ğurərul-Hikəm, hədis 2059 )
    1088. Nəfslərin oxşarlığı
    3487. İmam Əli(ə): «Nəfslər müxtəlifdir. Bir-birinə bənzəyənlər bir yerə yığılar və öz bənzərlərinə daha çox meyl edərlər.»(Biharul-Ənvar, c.78, səh.92, hədis 100 )
    3488. İmam Əli (ə): «Hər insan öz oxşarına tərəf meyl edər.»(Ğurərul-Hikəm, hədis 6865  )
    1089. Dostluğa layiq olanlar
    3489. Allahın Peyğəmbəri (s): «Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»(Biharul-Ənvar, c.74, səh.185, hədis 2 )
    3490. İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.»(Ğurərul-Hikəm, hədis 3129 )
    3491. İmam Əli(ə): «Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.»(Ğurərul-Hikəm, hədis8775  )
    3492. İmam Sadiq(ə): «Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.»(Əmali-Tusi, səh. 646, hədis 1339 )
    3493. İmam Sadiq(ə): «O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.»
    (İlk baxışda, hədisin məqsədi budur ki, elə bir şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin zinətlənmənizə səbəb olsun. Onu zinətləndirdiyin, ancaq sənin zinətlənməyinə səbəb olmayan şəxslə yoldaşlıq etmə).(Biharul-Ənvar, c.76, səh.267,hədis 9  )
    1090. Ləyaqətsiz yoldaşlar
    Quran:
    «Bir gün zalım öz əllərini didər və deyər: «Ey kaş, Allahın Peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə, kaş filankəslə dostluq etməyəydim. Quran mənə gəlib çatdıqdan sonra, o, məni Allahı yad etməkdən yayındırdı. Şeytan həmişə insanı yalqız qoyub gedəndir.»(Furqan, ayə 27-29 )
    Hədis:
    3494. Allahın Peyğəmbəri(s): «Özünə nəzərdə tutduğu və bəyəndiyi şeyi səninçün bəyənməyən bir şəxslə yoldaşlıqda sənə heç bir fayda yoxdur.»(-d-Durrətul-Bahirə, səh. 19 )
    3495. İmam Əli(ə): «Bircə bilsəydin, nəfsinlə mübarizədə sənə kömək etməyən şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür.»(Ğurərul-Hikəm, hədis 9041  )
    3496. İmam Əli(ə): «Fasiq, əxlaqsız, günahkar şəxslərlə yoldaşlıq etməkdən çəkin.»(Ğurərul-Hikəm, hədis 2601 )
    3497. İmam Əli(ə): «Nadan adamın dostu əziyyət və çətinlikdədir.»(Ğurərul-Hikəm, hədis 5829 )
    3498. İmam Əli(ə): «Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik pisliyə bağlanar.»(Biharul-Ənvar, c.74, səh. 199, hədis36 )
    3499. İmam Əli(ə) (əziz oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Axmaqla dostuq etməkdən çəkin. Çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar.»(Biharul-Ənvar, c.74, səh. 198, hədis35 )
    3500. İmam Səccad (ə) (əziz oğlu Həzrət Baqirə (ə) tövsiyəsindən): «Öz qohum-əqrəbası ilə əlaqəsini kəsən adamla yoldaşlıq etməkdə ehtiyatlı ol. Çünki Allah kitabının üç yerində belə şəxsin lənətləndiyini gördüm.»(Biharul-Ənvar, c.2, səh. 377, hədis7 )
    3501. İmam Rza (ə): «Nadan adamın dostu əziyyətdədir.»(Biharul-Ənvar, c.78, səh.352 hədis 9 )1091. Dostluğu pozan amillər
    3502. İmam Əli (ə): «Kişi öz qardaşını narahat (ya xəcalətli) edən zaman onu itirər.»(Biharul-Ənvar, c.74, səh.281 hədis 28 )
    3503. İmam Əli (ə): «Dostun dosta paxıllıq etməsi, dostluğun sağlam olmamasından irəli gəlir.»(Nəhcül-Bəlağə, hikmət 218  )
    3504. İmam Əli(ə): «Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün heç kəslə dostluq etməyə yer qoymaz.»(Biharul-Ənvar, c.77, səh.207, hədis 1 )
    3505. İmam Əli(ə): «Öz dostunun hər bir işinə irad tutanın dostluq telləri tez qırılar.»(Ğurərul-Hikəm, hədis 8582 )
    3506. İmam Əli(ə): «Qardaşları ilə yola getməyən şəxsin dostları azalar.»(Ğurərul-Hikəm, hədis 8772 )
    3507. İmam Sadiq (ə): «Əgər müsəlman qardaşının səninlə dostluğunun xalis qalmasını istəyirsənsə, heç vaxt onunla zarafat və münaqişə etmə, onun qarşısında öyünmək və düşmənçilikdən çəkin.»(Biharul-Ənvar, c.78,səh.291, hədis 2 )
    3508. İmam Hadi(ə): «Bir-birinizlə çəkişməyiniz köhnə dostluğu pozar, möhkəm düyünləri açar. Belə ki, mübarizədə biruzə verilən ən az şey, birinin digərinə üstün gəlmək istəyidir. Bu istək isə dostluq əlaqələrinin kəsil¬məsinin əsas amilidir(Əlamud-din,səh. 311 )
    1092. Dostluğun sərhədləri
    3509. İmam Əli(ə): «Həqiqi dost sənin eyblərinin aradan getməsi üçün nəsihət edən, sən olmadığın vaxt sənin malının, sərvətinin qeydinə qalan və səni özündən üstün biləndir.»(Ğuərul-həkim, hədis 1904 )
    3510. İmam Əli(ə): «Nə qədər məhəbbətin var, dostuna bəşx elə, amma inamının hamısını onun ayağı altına atma.»(Birahədisul-Ənvar, c.74, səh. 165 , hədis29 )
    3511. İmam Sadiq (ə): «Dostluğun sərhədləri var. Kim onların hamısına, ya bir neçəsinə malik olsa dostdur, əks halda, onu əsla dost bilmə: birincisi, zahirdə və batində sənə qarşı eyni olsun; ikincisi, sənin abrını öz abrı, sənin eybini və rüsvayçılığını öz eybi və rüsvayçılığı bilsin; üçüncüsü, sərvət və məqam onun sənə qarşı münasibətini dəyişməsin; dördüncüsü, əlindən gələn köməyi səndən əsirgəməsin və beşinci, bütün xislətləri özündə çəm edir; çətinliklərdə səni tənha qoymasın.»(Birahul-Ənvar, c.78, səh. 249 , hədis90 Tənbihul-Xəvatir, c.2, səh. 123 )
    1093. Ən yaxşı dostlar
    3512. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dost, səninlə uyğunsuzluğu az və uyğunluğu çox olandır.»(Ğurərul-Hikəm, hədis 1142  )
    3513. İmam Əli (ə): «Allaha itaət yolunda sənə kömək edən şəxs, ən yaxşı dostdur.»(Ğurərul-Hikəm,hədis 10196 )
    1094. Dostun haqqı
    3514. İmam Əli(ə): «Heç bir dostla, naşükr olsa da, əlaqəni kəsmə.»(Biharul-Ənvar, c.74, səh.7 )
    3515. İmam Səccad (ə): «Dostun haqqı, onunla mehriban və insafla rəftar etməyindir. Eləcə də, sənə hörmət etdiyi qədər sən də ona hörmət etməlisən. Heç bir bəxşişdə səni qabaqlamağa imkan vermə, əgər qabaqlasa bu yaxşılığının əvəzini çıx. Səni sevdiyi qədər, sən də onu sev. Əgər bir günah etməyi qərara alsa, onu günahdan çəkindir. Onun üçün zəhmət və məhəbbət mənşəyi ol, onun əzabına bais olma.»(Tövbə, ayə 103  )
    233 Sədəqə
    1095. Sədəqənin fəziləti
    Quran:
    «Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.»(əl-Kafi, c.4, səh.3, hədis6 )
    Hədis:
    3516. Allahın Peyğəmbəri (s): «Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.»(Kənzul-Ummal, hədis 16068 )
    3517. Allahın Peyğəmbəri(s): «Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.»(Kənzul-Ummal , hədis 16114  )
    3518. Allahın Peyğəmbəri(s) : «Sədəqə Allahın qəzəbini yatırar.»(v)
    3519. İmam Əli(ə): «Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.»(Tövbə, ayə 104 )
    1096. Allah sədəqələri qəbul edəndir
    Quran:
    «Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.»(Biharul-Ənvar, c.96, səh. 134, hədis68 )
    Hədis:
    3520. İmam Sadiq(ə) : «Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.»(Kənzul-Ummal, hədis 15982 )
    1097. Sədəqə və bəlanın qarşısını almaq
    3521. Allahın Peyğəmbəri(s): «Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.(Birahul-Ənvar, c.96, səh. 132, hədis24 )
    3522. Allahın Peyğəmbəri(s): «Sədəqə şərrin yetmiş qapısını bağlayar.»(əl-Kafi, c.4, səh.2, hədis1 )
    3523. Allahın Peyğəmbəri(s): «Sədəqə pis və dəhşətli ölümün qarşısını alar.»(Kənzul-Ummal, hədis 16113  )
    3524. Allahın Peyğəmbəri(s): «Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar.»(Nəhcül-Bəlağə, hikmət 7 )
    3525. İmam Əli(ə) : «Sədəqə faydalı dərmandır.»(Əlamud-Din, səh. 333 )
    1098. Sədəqə ruzinin açarıdır
    3526. Allahın Peyğəmbəri(s) : «Çox sədəqə verin ki, ruziniz artsın.»(Biharul-Ənvar, c.78 səh.68 , hədis13 )
    3527. İmam Əli(ə) : «Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.»(Nəhcül-Bəlağə, hikmət 258 )
    3528. İmam Əli(ə): «Kasıb vaxtınızda sədəqə (malı) ilə Allahla sövdələşin (ticarət edin).»(Biharul-Ənvar, c.78, səh.206 , hədis54 )
    3529. İmam Sadiq (ə): «Bəzi vaxtlar mən kasıblayıram və sədəqə vasitəsilə Allahla sövdələşirəm.»(Biharul-Ənvar, c.96, səh. 134 , hədis68 )
    3530. İmam Sadiq (ə): «Sədəqə vermək borcu ödəyər və bərəkət gətirər.»(Biharul-Ənvar, c.75 səh. 50 , hədis4 )
    1099. Hər bir yaxşı iş sədəqədir
    3531. Allahın Peyğəmbəri(s) : «Müsəlman hər gün sədəqə verməlidir.» Ərz etdilər: «Buna kimin qüdrəti çatar?» Həzrət buyurdu: «Ziyan vuran şeyləri yoldan götürüb kənara qoymaq sədəqədir. Bir kimsəyə yol göstərmək, xəstəyə baş çəkmək yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək sədəqədir. Salamın cavabını vermək də sədəqədir.»(əl-Xisal, səh.134 , hədis145 )
    3532. Allahın Peyğəmbəri(s) : «Hər bir yaxşı iş sədəqədir.»(əl-Kafi, c.2, səh. 114 , hədis7 )
    3533. Allahın Peyğəmbəri(s): «Dilini saxla. Çünki bu iş özünə verdiyin sədəqədir.»(Biharul-Ənvar, c.77, səh.160 , hədis7 )
    3534. Allahın Peyğəmbəri(s): «Pislikdən çəkinmək sədəqədir.»(əl-Kafi, c.2, səh. 209 , hədis1 )
    3535. İmam Sadiq (ə): «Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birilə əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq.»(Biharul-Ənvar, c.74 səh. 388 , hədis1 )
    3536. İmam Sadiq (ə): «Kara, təngə gəlmədən bir sözü başa salmaq
    gözəl sədəqədir.»(Kənzul-Ummal, hədis 16251 )
    3537. Allahın Peyğəmbəri(s): «Ən üstün sədəqə sağlam olduğun, həyata ümid bəslədiyin və yoxsulluğa düçar olmağından qorxduğun vaxt verdiyin, canın bədənindən çıxmasını (ölüm yatağına düşməyini) və «bu qədər mal filankəsin olsun, o qədər mal da bəhmənin olsun.» deməyi gözləmədiyin sədəqədir. Çünki o vaxt həmin mal filankəsin və bəhmənin malı olacaq.»(Kənzul-Ummal, hədis 16084 )
    3538. Allahın Peyğəmbəri(s): «Ən üstün insan qüdrəti çatdığı qədər sədəqə verəndir.»(Kənzul-Ummal, hədis 16250 )
    3539. Allahın Peyğəmbəri(s) : «Ən üstün sədəqə gizlində yoxsula verilən və kasıb vaxtı verilən sədəqədir.»(Qisəsul-Ənbiya, səh.188 , hədis235 )
    3540. Allahın Peyğəmbəri(s): «Ən üstün sədəqə elə bir dilin sədəqəsidir ki, onunla qanların tökülməsinin, xoşagəlməz hadisənin qarşısını alasan və müsəlman qardaşına xeyir gətirəsən.»(Kənzul-Ummal, hədis 16357 )
    3541. Allahın Peyğəmbəri(s): «Ən yaxşı sədəqə müsəlman şəxsin bir elm öyrənməsi və sonra onu müsəlman qardaşına öyrətməsidir.»(Səvabul-Əmal, səh. 171 , hədis18 )
    3542. Allahın Peyğəmbəri(s) (ən yaxşı sədəqə barədə olan sualın cavabında): «Kin bəsləyən qohumuna verdiyin sədəqədir.»(Kənzul-Ummal, hədis 16362)
    3543. Allahın Peyğəmbəri(s): «Ən yaxşı sədəqə Allah yolunda qurulan çadırın kölgəsidir.»(Kənzul-Ummal, hədis 16249 )
    3544. Allahın Peyğəmbəri (s): «Ən üstün sədəqə Ramazan ayında veriləndir.»(Biharul-Ənvar, c.96, səh. 172 , hədis8 )
    3545. İmam Sadiq (ə): «Ən yaxşı sədəqə yanğılı ciyəri su ilə sərinlət¬mək¬dir.»(Tuhəful-Uqul, səh. 414  )
    3546. İmam Kazim (ə): «Sənin imkansızlara köməyin ən üstün sədəqə¬lər¬dəndir.»(Bəqərə, ayə 271 )
    1101.Gizli sədəqənin fəziləti və nəticələri
    Quran:
    «Sədəqəni aşkar şəkildə versəniz, yaxşı iş görmüsünüz. Əgər gizlində və yoxsullara versəniz, sizin üçün daha yaxşıdır və günahlarınızı yuyar. Allah etdiklərinizdən agahdır.» (Nəhəcül-Bəlağə, xütbə 110 )
    Hədis: 3547. İmam Əli(ə): «Pak və Uca Allaha pənah gətirənlərin istifadə etdiyi ən yaxşı vasitə Allaha, onun Rəsuluna iman, günahları pak edən gizli sədəqə, eləcə də pis ölümün qarşısını alan aşkar sədəqədir.»(Biharul-Ənvar, c.46, səh. 19 , hədis77 )
    3548. İmam Baqir (ə) (İmam Səccad (ə) barədə): «O Həzrət (ə) gecə yarısı torbanı çiyninə atıb evdən çıxar və bir-bir evləri gəzib qapıları döyərdi. Kim qapını açsaydı, bir şey verərdi. O Həzrət (ə) yoxsula bir şey verəndə üzünü gizlədərdi ki, onu tanımasın.»(Biharul-Ənvar, c.78, səh. 284 , hədis1 )
    3549. İmam Sadiq (ə): «İnsanlar səni tərifləsinlər deyə, onların gözü qabağında sədəqə vermə. Belə olan surətdə, öz mükafatını hər an almış olarsan. Əslində sağ əlinlə verdiyin sədəqədən sol əlinin xəbəri olmamalıdır. Çünki Onun xatirinə sədəqə verdiyin sənin mükafatını aşkar surətdə verəcəkdir.»(əl-Kafi, c.4, səh. 8 , hədis2 )
    3550. İmam Sadiq (ə): «Allaha and olsun, gizli sədəqə aşkar sədəqədən yaxşıdır. Allaha and olsun, gizli ibadət aşkar ibadətdən yaxşıdır.»(Biharul-Ənvar, c.96, səh. 125 , hədis39 )
    3551. İmam Sadiq (ə): «Gecənin sədəqəsi Allahın qəzəbini yatırar, böyük günahı yuyar və sorğu-sualı asanlaşdırar. Gündüzün sədəqəsi mal və sərvəti artırar, ömrü uzadar.»(İsra, ayə 29 )
    1102. Sədəqənin ölçüsü
    Quran:
    «Əlini boynuna bağlama (yəni əldən bərk olma) və tamamilə açıq saxlama ki, danlaq altında qalıb peşman olarsan.»(Kənzül-Ummal, hədis 16246  )
    Hədis:
    3552. Allahın Peyğəmbəri (s): «Sədəqə verməkdə həddini aşan, sədəqə verməyən şəxs kimidir.»(əl-Kafi, c.4, səh. 33 , hədis2 )
    3553. İmam Kazim (ə): «Özündən heç nəyi qardaşlarına bağışlama ki, onun sənə olan ziyanı, onlara olan xeyrindən çoxdur.»(Bəqərə, ayə 273 
    )
    1103. Sədəqə kimə verilər?
    Quran:
    «Bu sədəqələr Allah yolunda çətinliyə düşənlər, iş və qazanc məqsədilə səfərə çıxa bilməyənlər üçündür. Tanımayan, onları çox həyalı olduq¬ların¬dan varlı hesab edər. Sən onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla heç bir şey istəməzlər.»(Kənzul-Ummal, hədis 16552 )
    Hədis:
    3554. Allahın Peyğəmbəri (s): «Miskin, küçələri dolanan dilənçi və iki parça çörəklə iki xurma dənəsini əlinə alıb gedən şəxs deyil. Əslində, miskin həyasına və nəfsinin izzətinə görə kömək əlini insanlara açmayan yoxsuldur. Heç kəs onun yoxsul olduğunu başa düşməz ki, ona sədəqə versin.»(Səvabul-Əmal, səh. 171 , hədis20 )
    3555. İmam Sadiq (ə) («Evin qapısını döyən dilənçilərə sədəqə vermək olarmı, ya bu işdən çəkinmək və sədəqəni möhtac olan qohumlara vermək lazımdır?» sualının cavabında): «Xeyr, dilənçilərə vermək lazım deyil. Ehtiyacı olan qohumlara göndərsinlər ki, bu işin savabı daha çoxdur.»(əl-Kafi, c.3, səh. 500 , hədis12 )
    3556. İmam Sadiq (ə) («dilənçi və məhrum üçün..»ayəsi barədə): «Məhrum alverdə, ticarətdə əli gətirməyən bəxtsiz və ruzisiz bir şəxsdir.»(Bəqərə, ayə 264 )
    1104. Sədəqə verməyin qaydası
    Quran:
    «Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malından sədəqə verən və qiyamət gününə iman gətirməyən şəxs kimi, öz sədəqələrinizi minnət qoymaqla və əziyyət verməklə batil etməyin. Onun əhvalatı, üstündə bir qədər torpaq olan daşa bənzər ki, leysan yağışı onun üzərinə yağanda torpağı yuyub aparar və yerində saf daş qalar.»(Tənbihul-Xəvatir, c.2, səh. 120 , hədis120 )
    Hədis:
    3557. Allahın Peyğəmbəri (s): «Verdiyiniz sədəqədə gözünüz qalmasın. Çünki belə olarsa sədəqənin savabı aradan gedər.»(Ğurərul-Hikəm, hədis 1595  )
    3558 İmam Əli(ə): «Bəhanə gətirmək və minnət qoymaqla ehsanı xoşagəlməz etməyin.»(Fatihə, ayə 6 )
    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1983 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024