İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    250 Qonaqpərvərlik
    1162. Qonaqpərvərlik
    3771. Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir.»(Camiul-Əxbar, səh. 377, hədis1053)

    3772. Allahın Peyğəmbəri (s): «Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.»(Biharul-Əvnar, c.75, səh. 461, hədis14)

    3773. Allahın Peyğəmbəri (s): «Yemək verən şəxsin ruzisi və yeməyi, onunçün bıçağın dəvənin hörgücünə batmasından daha sürətlə gəlib çatar»(əl-Məhasin, c.2, səh.147 , hədis1388)
    3774. Allahın Peyğəmbəri (s): «Qonaq gəlməyən evə mələklər daxil olmaz.»(Camiul-Əxbar, səh. 378 , hədis1058)

    3775. İmam Əli(ə): «Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir»(Nəhcül-Bəlağə, xütbə 142  )
    3776. «Biharul-ənvar»: Bir gün İmam Əlini (ə) qəmli halda gördülər. Səbəbini soruşanda Həzrət(ə) buyrdu: «Yeddi gündür ki, evimizə bir qonaq gəlməyib.»(Biharul-Əvnar, c.41, səh. 28 , hədis1)

    1163. Qonaqlığa layiq olanlar
    3777. Allahın Peyğəmbəri (s): «Allaha xatir sevdiyin şəxsi öz yeməyinə qonaq et.»(Kənzul-Ummal, səh. 25881

     )

    3778. Allahın Peyğəmbəri (s): «Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur.»(əl-Dəvat, səh.141 , hədis358

     )

    1164. Möminin dəvətini qəbul etməyə həvəsləndirmək
    3779. Allahın Peyğəmbəri (s): «Öz ümmətimdən burada olanlara və olmayanlarına tövsiyə edirəm ki, müsəlmanın dəvətini beş mil məsafədən olsa da, qəbul etsinlər. Çünki bu iş dinin bir hissəsidir.»(Məhasin, c.4, səh.180 , hədis151

     )

    3780. Allahın Peyğəmbəri (s): «Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yaxud qəbul edib, amma yemək yeməməsi ədəb¬siz¬likdir.»(Qurbul-İsnad, cəh.160, hədis583 

     )

    3781. Allahın Peyğəmbəri (s): (Əbuzərə nəsihətində): «Fasiq (günahkar) insanların yeməyindən yemə.»(Biharul-Ənvar, c.77, səh. 84 , hədis3

     )

    1165. Qonağın xatirinə özünü zəhmətə salmaq
    3782. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.»(əl-Məhasin, c.2, səh.186 , hədis1533

     )

    3783. Allahın Peyğəmbəri (s): «Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.»(vKənzul-Ummal, səh. 25876

     )

    3784. İmam Sadiq(ə): «Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək.»(əl-Məhasin, c.2, səh.179 , hədis1506

     )

    3785.İmam Rza(ə):«Bir kişi Əmirəl-möminini(ə) qonaq dəvət etdi. Həzrət(ə) buyurdu: «Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz ve¬rə¬sən.» Ərz etdi: «Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?» Buyurdu: «Ba¬yır¬dan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsir¬gə¬mə¬yəsən, arvad-uşağına əziyyət verməyəsən.» Ərz etdi: «Bu şərti qəbul edi¬rəm, ey Əmirəl-möminin(ə).» Bununla da, Əli(ə) onun dəvətini qəbul et¬di»(Uyunu Əxbari Rza, c.2, səh. 42 , hədis138

     )

    1166. Qonaq qəbul etməyin qaydası
    3786. Allahın Peyğəmbəri (s): «Kim Allahın və Onun rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin.»(Tənbihul-Xəvatir, c.2, səh.116

     )

    3787. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur.»(əl-Məhasin, c.2, səh. 181 , hədis1515 

     )

    3788. Allahın Peyğəmbəri (s): «Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər.»(əl-Kafi, c.6, səh. 283 , hədis1

     )

    3789. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar.»(əl-Kafi, c.6, səh. 283 , hədis2

     )

    3790. Allahın Peyğəmbəri (s): «Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur.»(əl-Kafi, c.5, səh. 368 , hədis4

     )

    3791. İmam Baqir(ə): «Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir.»(Biharul-Ənvar, c.75, səh. 451 , hədis2

     )

    3792. İbn Əbi Yəfur: «İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir.»(əl-Kafi, 6 c, səh. 283 , hədis1

     )

    251 Tibb
    1167.Həqiqi həkim
    3793. Allahın Peyğəmbəri (s): «Həkim Allahdır, sənsə mehriban dost.»(Kənzul-Ummal , hədis28100

     )

    1168. İnsanı təbabətdən ehtiyacsız edən şey
    3794. İmam Əli(ə) (oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Sənə dörd incə məqamı öyrədimmi ki, onlara riayət eməklə təbabətdən ehtiyacsız olasan?» Ərz etdi: «Bəli, ey Əmirəl-möminin (ə).» Həzrət (ə) buyurdu: «Acmamış yemək yemə, doymamış yeməkdən əlini çək, yeməyi yaxşı çeynə və yatmaqdan qabaq ayaqyoluna gedib rahatlan. Əgər bu məqamlara riayət etsən, həkimə ehtiyacın olmaz.»(əl-Xisal, səh. 229 , hədis68

     )

    3795. İmam Əli (ə): «Havaların soyumağının əvvəlində özünüzü soyuqdan qoruyun (soyuq hava fəslinin) sonunda ona üz tutun. Çünki soyuq ağaclarla etdiyini, bədənlərlə də edir. Əvvəldə (ağacların yarpaqlarını) yandırar, və sonda yarpaqları bitirər.»(Şərhi Nəhcül-Bəlağə, c.18, səh.319

     )

    1169. Təbibdən daha yaxşı həkim
    3796. İmam Əli(ə): «Təcrübəli insan təbibdən daha yaxşı həkimdir.»(Ğurərul-Hikəm , hədis1203

     )

    3797. İmam Əli(ə): «Həkimlik edən şəxs Allahdan qorxmalı, xeyirxah olmalı və öz səyini əsirgəməməlidir.»(Dəamul-İslam, c.2, səh. 144 , hədis503

     )

    252 Yemək vermək
    1170. Aca yemək verməyin fəziləti
    Quran:
    «Allahı sevdiklərinə görə miskinə, yetimə və əsirə yemək verərlər. (Deyərlər) Biz yalnız Allahın razılığına xatir sizə yemək veririk, sizdən nə mükafat istəyirik, nə də təşəkkür.»(Dəhr, ayə 8, 9

     )

    «Ya ac günlərində qohum olan yetimi, ya tamamilə yoxsullaşmış insanı yedirtmək.»(Bələd, ayə 14-16

     )

    3798. İmam Əli (ə): «Bədənlərin xörəyi qida məhsulları, canların (ruhun) xörəyi isə yemək yedirtməkdir.»(Mişkətul-Ənvar, səh. 325

     )

    3799. İmam Əli(ə): «Yediyin şey gedəcək, yedirtdiyin şey bol və bərəkətli olacaqdır.»(Ğurərul-Hikəm , hədis9634 

     )

    3800. İmam Baqir (ə): «Allah-taala yemək yedirtməyi və qurban kəsməyi sevər.»(əl-Məhasin, c.2, səh.143 , hədis1370

     )

    3801. İmam Sadiq (ə): «Cənnətə və bağışlanmağa səbəb olan amillərdən biri ac insana yemək verməkdir.» Sonra Allah-taalanın bu kəlamını oxudu: «Ya aclıq günündə yemək yedirtməkdir...(Bələd, ayə14)» (əl-Məhasin, c.2, səh.145, hədis1381)

    3802. İmam Sadiq (ə): «Əmirəl-möminin(ə) yemək və qidalanma cəhətdən Allahın Rəsuluna (s) ən çox bənzəyən insan idi. Özü (arpa) çörək, sirkə və yağ yeyər, camaata isə (buğda) çörək və ət yedirərdi.»(əl-Məhasin, c.2, səh. 279 , hədis1901)

    253 Təlaq
    1171. Təlağın pislənilməsi
    3803. Allahın Peyğəmbəri (s): «Allah-taala, təlaq qədər nifrət etdiyi heç bir şeyi halal etməmişdir.»(Kənzul-Ummal , hədis27871

     )

    3804. Allahın Peyğəmbəri (s): «Allah-taala daim öz zövqünü dəyişən kişi və qadınları düşmən bilər, ya Öz rəhmətindən uzaqlaşdırar.»(əl-Kafi, c.6, səh. 54, hədis1 

     )

    3805. İmam Baqir (ə): «Allah-taala qadına çox təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişilərə nifrət edər.»(əl-Kafi, c.6, səh.55, hədis 4.

     )

    3806. İmam Sadiq (ə): «Allahın halal buyurduğu şeylərdən Onun yanında təlaq kimi nifrət olunmuş qeyri bir şey yoxdur. Allah-taala çox qadına təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişini düşmən bilir.»(əl-Kafi, c.6, səh.54, hədis 2.

     )

    3807. İmam Sadiq(ə): «Allah-taala, içində toy olan evi sevər və içində təlaq olan evi düşmən bilər. Allah yanında təlaqdan mənfur qeyri bir şey yoxdur.»(əl-Kafi, c.6, səh.54, hədis 3.

     )

    1172. Üç dəfə təlaqdakı hikmət
    Quran:
    «Əgər (əri üçünçü dəfə) ona təlaq versə, başqa kişi ilə evlənməyincə ona halal olmaz. Əgər (ikinci əri) ona təlaq versə, (əvvəlki ər və arvad) Allahın hüdudlarını yerinə yetirə biləcəklərini başa düşdükləri təqdirdə (yeni bir kəbinlə) Bir-birinin yanına qayıtmalarında heç bir günah yoxdur. Bunlar anlayan bir camaat üçün Allahın açıqladığı hökmlərdir.» (Bəqərə, ayə 230.)

    Hədis:
    3808. İmam Rza (ə): («Nəyə görə «iddi» təlağı ilə (yəni üç dəfə təlaq verilmiş) qadın başqa kişi ilə evlənməyincə öz ərinə halal olmaz?» sualına cavabı): «Allah-taala iki dəfəyə qədər təlağa icazə vermiş və buyurmuşdur: «Təlaq iki dəfədir. Ləyaqətlə saxlamaq, ya yaxşılıqla boşamaq.» Yəni, üçüncü təlaqda. Kişi üçüncü təlaqla Allahın xoşuna gəlməyən bir iş gördüyünə görə Allah-taala həmin qadını ona haram etmişdir. Başqa kişi ilə evlənməyincə qadını ona halal bilməmişdir ki, insanlar təlağa yüngül yanaşmasınlar və qadınlara ziyan dəyməsin.»(Uyunu- Əxbar Reza(ə), c.2, səh.85, hədis 27)
    3809. İmam Rza (ə) («üç dəfə təlağın səbəbi barədə Məhəmməd ibn Sənana yazdığı məktubunda): «Üç dəfə təlağın müəyyən olunmasının səbəbi budur ki, birinci təlaqdan üçüncü təlaqa qədər ailə həyatını yenidən başlamağa meyl, rəğbət yaranması, ya əgər arada əsəbilik və qəzəb olmuşsa onun aradan getməsi, həmçinin qadınların görub ibrət götürməklə ərlərinə itaətsizlik etməkdən çəkinmələri üçün bir fürsət vardır. Çünki qadın ərinə itaətsizlik kimi nalayiq əməlinə görə ayrılmağa və təlağa layiq olmuşdur. Doqquz dəfə təlaqdan sonra qadının kişiyə əbədi haram olmasının səbəbi isə budur ki, kişi təlağı bir oyuncağa çevirməsin, qadına əziyyət verməsin, öz işlərində gözüaçıq, ibrətgötürən olsun və bilsin ki, doqquz dəfə təlaqdan sonra onunla birgə yaşamaq ona əbədi haram olacaq.»(İləluş-Şəraye, səh.507, hədis1.

     )

    254 Tamah
    1173. Tamahın pislənilməsi.
    3810. Allahın Peyğəmbəri (s): «Tamah alimin qəlbindən hikməti aparar.»(Kənzul-Ummal, Hədis 7576

     )

    3811. Allahın Peyğəmbəri (s): «Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz.»(Tənbihul-Xəvatir, c.1, səh.49

     )

    3812. Allahın Peyğəmbəri (s): «Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.»(Kənzul-Ummal, Hədis 8852

     )

    3813. İmam Əli (ə) : «Tamahkarlıq əbədi köləlikdir.»(Nəhcül-Bəlağə, hikmət 180

     )

    3814. İmam Əli(ə): «Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin.»(Tənbihul-Xəvatir, c.1, səh.49
     )
    3815. İmam Əli(ə): «Tamahkar xarlığa düçar olubdur.»(Şərhi Nəhcül-Bəlağə, c.19, səh.50

     )

    3816. İmam Əli(ə): «Kim tamah libasını əyninə geysə, özünü xar edər.»(Şərhi Nəhcül-Bəlağə, c.18, səh.84

     )

    3817. İmam Əli(ə): «Tamahkardan zəlil adam yoxdur.»(Ğurərul-Hikəm, Hədis 10593

     )

    3818. İmam Əli(ə): «Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır.»(Şərhi Nəhcül-Bəlağə, c.19, hədis 41

     )

    3819. İmam Əli(ə): «Təqva və tamahkarlıq bir yerə sığmaz.»(Ğurərul-Hikəm, hədis 10578

     )

    3820. İmam Baqir(ə): «Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs.»(əl-Kafi, c.2, səh.320, hədis 2

     )

    3821. İmam Kazım(ə) (Hişama nəsihətindən): «Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.»(Biharul-Ənvar, c.78, səh.315, hədis35.

     )

    3822. İmam Hadi (ə): «Tamah çirkin xislətdir.»(-d-Durrətul-Bahirə hədis 42

     )

    3823. İmam Əskəri (ə): «Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.»(Biharul-Ənvar, c.78, səh. 374, hədis35.

     )

    1174. Yaxşı tamah.
    Quran:
    «Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər.»(Səcdə, ayə 16

     )

    «Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?»(Maidə, ayə 84

     )

    Hədis:
    3824. İmam Səccad (ə) (duada): «Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.»(Biharul-Ənvar, c.98, səh.83, hədis 2

     )

    3825. İmam Səccad(ə) (yenə də duada): «İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram.»(İqbalul-Əmal c.1, səh.168

     )

    255 Təharət və paklıq
    1175. Təharət (dəstəmaz, qüsl, təyəmmüm).
    3826. Allahın Peyğəmbəri (s): «Təharət imanın bir hissəsidir (ya yarısıdır).»(Kənzul-Ummal, hədis 25998

     )

    3827. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndədən soruşulan birinci şey təharətdir.»(Kənzul-Ummal, hədis 26010

     )

    3828. Allahın Peyğəmbəri (s): «Təharətsiz heç bir namaz qəbul olunmaz.»(Kənzul-Ummal, hədis 26006

     )

    1176. Pak edənlər.
    Quran:
    «Öz rəhmətindən (yağışdan) qabaq müjdə verən küləkləri göndərən Odur. Səmadan pak edən suyu yerə endirdik.» (Furqan, ayə 48

     )

    Hədis:
    1. Su:
    3829. İmam Əli(ə): «Allah-taala suyu pak və pakedici yaratdı. Heç bir şey onun rəngini, ya dadını, ya da iyini dəyişməyincə onu nəcis etməz.»(Vəsailuş-Şiə c.1, səh.101, hədis9.

     )

    2.Günəş:
    3830. İmam Baqir (ə): «Üzərinə günəşin şüası düşən hər bir şey pakdır.»(Vəsailuş-Şiə c.2, səh.1043, hədis 6.

     )

    3.Torpaq:
    3831. İmam Sadiq(ə): «Allah-taala torpağı da su kimi pakedici qərar vermişdir.»(əl-Fəqih, c.1, səh.109, hədis 224

     )

    4.Od:
    3832. İmam Kazim(ə) («əgər gəci (qurumuş və basdırılmış) nəcis və ölünün sümüyü ilə birgə bişirsələr, sonra onunla məscidə (döşəməsinə) mala çəksələr həmin döşəmədə səcdə etmək olarmı»? sualının cavabında): «Bəli, su və od onu pak etmişdir.»(əl-Kafi, c.3, səh.330, hədis 3.

     )

    1177. Mənəvi paklıq.
    Quran:
    «Allah siz əhli-beytdən(ə) çırkabı aparıb sizi pak-pakizə etmək istəyir.»(Əhzab, ayə 33

     )

    «Onların mallarından sədəqə götür ki, bunun vasitəsilə onları pak edərsən. Onlar üçün dua et ki, sənin duan onların sakitliyinə səbəb olar. Allah eşidən və biləndir.»(Tövbə, ayə 103

     )

    Hədis:
    3833. İmam Əli(ə): «Allah-taala imanı, şirkdən təmizlənmək üçün vacib etdi.»(Nəhcül-Bəlağə, hikmət 252 

     )

    3834. İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin xəstəliyinin dərmanı və canlarınızın çirkabını pak edəndir.»(Nəhcül-Bəlağə, xütbə 198

     )

    3835. İmam Əli(ə): «Bir halda pak olmayandan qaçmırsınız, onda özünüzü eyblər və günahların çirkabından pak edin.»(Ğurərul-Hikəm, hədis 3743

     )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1294 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024