İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    256 İtaət
    1178. Allaha itaət və onun nəticəsi.
    Quran:
    «Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.»(Nisa, ayə 59

     )

    Hədis:
    3836. Allahın Peyğəmbəri (s): «Allah yanında olan məqama itaətdən başqa heç bir şeylə çatmaq olmaz.»(Vəsailuş-Şiə, c.11, səh.182, hədis2.

     )

    3837. İmam Əli(ə): «Allaha itaət hər düzgünlüyün açarı və hər fəsadın islah səbəbidir.»(Ğurərul-Hikəm, hədis 6012 

     )

    3838. İmam Əli(ə): «Allahın rəhmətinə hamıdan çox layiq olan insan, Ona hamıdan çox itaət edəndir.»(Ğurərul-Hikəm, hədis 3192 

     )

    3839. İmam Əli(ə): «Nadanlığına dair dəlil gətirə bilmədiyiniz bir kimsəyə itaət etməyinizi, sizə tövsiyə edirəm.»(Biharul-Ənvar, c.70, səh.95, hədis1

     )

    3840. İmam Hadi(ə): «Yaradanın əmrinə itaət edən insan yaradılmışların qəzəb və narazılığından qoxmaz.»(Biharul-Ənvar, c.78, səh.366, hədis2 

     )

    1189. İtaətə layiq olanlar.
    3841. İmam Əli(ə): «Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.»(Ğurərul-Hikəm, hədis (2263+2264)

     )

    3842. İmam Əli(ə): «Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.»(Ğurərul-Hikəm, hədis 2309

     )

    3843. İmam Əli(ə): «Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.»(Uyunu- Əxbarir- Reza (ə), c.2, səh.43, hədis 149

     )

    3844. İmam Əli(ə): «Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.»(Ğurərul-Hikəm, hədis 2475

     )

    3845. İmam Əli(ə): «Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz.»(Biharul-Ənvar, c.78, səh.90, hədis 95

     )

    3846. İmam Hadi(ə): «Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.»(Biharul-Ənvar, c.78, səh.365, hədis 4

     )

    1180. itaətə layiq olmayanlar.
    Quran:
    «Və deyərlər: «Ey Rəbbim! Biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi doğru yoldan sapdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və böyük bir lənət et.»(Əhzab, ayə 67, 68

     )

    3847. Allahın Peyğəmbəri (s): «Kim Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır.»(Uyunu-Əxbarir- Reza(ə), c.2, səh.69, hədis 318.

     )

    3848. İmam Əli(ə): «Bax! Öz əsil-nəcabəti ilə lovğalanan və bununla özünü başqalarından üstün bilən ağalarınıza və böyüklərinizə itaət etməkdən çəkinin, çəkinin!... Onların bulanıq sularını öz duru suyunuzla birgə içdiyiniz, xəstəliklərini öz sağlamlığınızla qarışdırdığınız, batillərinə öz haqqınıza yol verdiyiniz və günahların əsası olan bu böyüklük iddiası edən ağılsızlara itaət etməyin.»(Nəhcül-Bəlağə, xütbə 192

     )

    3849. İmam Əli(ə): «İradəsi olmayan bir zəifə itaət edən haqq-hüququ zay edər, sözgəzdirənə qulaq asan dostunu əldən verər.»(Nəhcül-Bəlağə, hikmət 239 

     )

    257 Ətir
    1181. Ətir.
    3850. Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.»(əl-Kafi, c.6, səh.510, hədis 3

     )

    3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.»(Muhəctul-Beyza, c.8, hədis 105

     )

    3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.»(Sunəni-Nəsai, c.8, hədis 189

     )

    3853. İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.»(Nəhcül-Bəlağə, hikmət 400 

     )

    3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindən¬dir.»(əl-Kafi, c.6, səh.510, hədis2

     )

    3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.»(əl-Kafi, c.6, səh.512, hədis18

     )

    3856. İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.»(əl-Kafi, c.6, səh.510hədis7

     )

    3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.»(əl-Kafi, c.6, səh.510, hədis4

     )

    3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.»(əl-Kafi, c.6, səh.510, hədis1

     )

    1182. Qadınların ətri.
    3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.»(əl-Kafi, c.6, səh.512, hədis17

     )

    3860. Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.»(Sunəni-Nəsai, c.8, səh.153

     )

    258 Bəd fal açmaqğ
    1183. Bəd fal açmaq.
    3861. Allahın Peyğəmbəri (s): «Kim falın bəd gəlməsinə görə öz işindən çəkinmişdirsə, Allaha şərik qoşmuşdur.»(Kənzul-Ummal, hədis 28566

     )

    3862. Allahın Peyğəmbəri (s): «Səfərə çıxmaq üçün evini tərk edən, sonra bəd fala görə geri qayıdan şəxs Məhəmmədə (s) nazil olana küfr etmişdir.»(Kənzul-Ummal, hədis 28570

     )

    3863. Allahın Peyğəmbəri (s): «Ən doğru fal, yaxşı (gələn) faldır.»(Kənzul-Ummal, hədis 2858

     )

    3864. Allahın Peyğəmbəri(s): «Bəd fal açan, ya onun üçün bəd fal açılan şəxs (başqalarının ona açdığı bəd fala inamı olan), gələcəkdən xəbər verən, ya başqası onun gələcəyini deyəndə ona inanan, cadu edən, ya başqasına cadu etmək üçün falçıya və cadugərə müraciət edən şəxs bizdən deyil.»(ət-Tərğib vət-Tərhib, c.4, səh. 33,hədis4

     )

    3865. Allahın Peyğəmbəri (s): «Bəd falın kəffarəsi təvəkküldür.»(əl-Kafi, c.8, səh.198, hədis236

     )

    3866. Allahın Peyğəmbəri (s): «Nə bəd fal doğrudur, nə də nəhslik.»(Nurus-Səqəleyn, c.4, səh.382, hədis35

     )

    3867. «Biharul-Ənvar»: «Allahın Peyğəmbəri (s) falın yaxşı gəlməsini sevərdi. Falın bəd gəlməsini xoşlamazdı və buyurardı:Hər kəs nəzərinə uğursuz görünən xoşagəlməz bir şeylə qarşılaşanda desin: İlahi! Yaxşılığı Səndən başqa heç kəs verməz. Pisliyin qarşısını da, Səndən başqa heç kəs almaz və sənin köməyinlə olmayan heç bir hərəkət və qüvvə yoxdur.»(Biharul-Ənvar, c.95, səh.2, hədis2

     )

    3868. İmam Sadiq (ə): «Bəd falın təsiri özündən asılıdır. Əgər ona yüngül yanaşsan, yüngül olar, ağır yanaşsan, ağır. Heç bir əhəmiyyət verməsən, heç nə olmaz.»(əl-Kafi, c.8, səh.197, hədis235

     )

    259 Dırnaq
    1154. Dırnaq tutmaq.
    3869. Allahın Peyğəmbəri (s): «Dırnaqları tutmaq böyük xəstəliyin qarşısını alar və ruzini artırar.»(əl-Kafi, c.6, səh.490, hədis1

     )

    3870. İmam Baqir (ə): «Dırnaqları tutmağın səbəbi, onların şeytanların yuvası və unutqanlığın mənşəyi olmasıdır.»(əl-Kafi, c.6, səh.490, hədis6

     )

    3871. İmam Sadiq (ə): «Şeytanın insana hakim olmasının ən gizli və gözəgörünməz yolu onun dırnaqlarının altında yuva qurmasıdır.»(əl-Kafi, c.6, səh.490, hədis7

     )

    1185. Qadınları dırnaqlarını uzatmağa həvəsləndirmək.
    3872. «Əl-Kafi»: «Allahın Peyğəmbəri (s) kişilərə xitab edərək buyurdu: «Dırnaqlarınızı tutun.» Qadınlara da buyurdu: «Dırnaqlarınızı uzun saxlayın. Çünki, bu sizin üçün daha gözəldir.»(əl-Kafi, c.6, səh.491, hədis15

     )

    260 Zülmkarlıq
    1186. Zülmkarlıqdan çəkinmək.
    Quran:
    «Allah-taala zalım xalqı hidayət etməz»(Bəqərə, ayə 258
     )
    «Həqiqətən, zalımlar nicat tapmayacaqlar.»(Ənam, ayə 21, Yusif, ayə 23

     )

    Hədis:
    3873. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər.»(Kənzul-Ummal, hədis 7639

     )

    3874. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir.» Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər.»(əl-Bidayətu-vən-Nəhəyətu, c.2, səh. 55

     )

    3875. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, zülm qiyamət gününün zülmətləridir.»(əl-Kafi, c.2, səh.333, hədis11

     )

    3876. İmam Əli (ə): «Zülmkarlıq ən çirkin alçaqlıqdır.»(Ğurərul-Hikəm, hədis 804

     )

    3877. İmam Əli(ə): «Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər.»(Ğurərul-Hikəm, hədis 1734

     )

    3878. İmam Əli (ə)(zülmə nifrətini açıqladığı xütbədə): «And olsun Allaha, gecədən sübhədək dəvətikanı kolunun üstündə qalmağım və əlim-ayağım qandallı, zəncirlı halda sürüklənməyim, qiyamət günü Allah bəndələrindən birinə zülm, ya dünyanın alçaq malından ən xırda bir şeyi qəsb etmək günahına bulaşmış halda Allahın və Onun Rəsulunun (s) qarşısına çıxmaqdan mənimçün daha xoşdur. Necə ola bilər ki, ipi-sapı sürətlə çürüməyə doğru gedən və uzun zamanlar torpaq altında qalan bir cismə xatir kimsəyə zülm edim?»(Nəhcül-Bəlağə, xütbə 224

     )

    3879. İmam Əli(ə) (həmin xütbədə): «Allaha and olsun, əgər yeddi iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə, qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha itaətsizlik etməyim şərtilə mənə versələr, heç vaxt bunu etmərəm.»(Nəhcül-Bəlağə, xütbə 224

     )

    3880. İmam Əli (ə): «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu.»(Ğurərul-Hikəm, hədis 2638

     )

    3881. İmam Əli(ə): «Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının tez gəlməsi üçün zülmdən təsirli heç nə yoxdur. Çünki, Allah-taala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır.»(Nəhcül-Bəlağə, məktub 53

     )

    3882. İmam Əli(ə): «Kim zülm etsə ömrü (beli) sınar.»(Ğurərul-Hikəm, hədis 7940

     )

    3883. İmam Əli(ə): «Kim zülmün miniyinə qalxsa, miniyi onu başıüstə yerə çırpar.»(Ğurərul-Hikəm, hədis 5391 

     )

    3884. İmam Əli(ə): «Kim zülm etsə, zülmü onu məhvə sürükləyər.»(Ğurərul-Hikəm, hədis 7835 

     )

    3885. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) qarışqanın ağzı və ayağı ilə daşıdığı hər bir şeyi yeməyi qadağan etmişdir.»(əl-Kafi, c.5, səh.307, hədis11

     )

    1187. Zülmün növləri.
    3886. İmam Əli (ə): «Bilin ki, zülm üç növdür: heç vaxt bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm, bağışlanan və sorğu-sualı olmayan zülm. Heç vaxt bağışlanmayan zülm, Allaha şərik qoşmaqdır... Bağışlanan zülm, bəndənin bəzi kiçik günahlar etməklə özünə rəva bildiyi zülmdür. Nəhayət, sorğu-suala çəkilən zülm, bəndələrin Bir-birinə etdikləri zülmdür.»(Nəhcül-Bəlağə, xütbə 176

     )

    1188. Zülmün ən çirkin növü.
    3887. Allahın Peyğəmbəri (s): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.»(Kənzul-Ummal, hədis 7605 

     )

    3888. İmam Əli(ə): «Zəifə zülm etmək, zülmün ən çirkin növüdür.»(Nəhcül-Bəlağə, məktub 31 

     )

    3889. İmam Əli (ə) («Hansı günahın cəzası günahkara daha tez çatar?» sualının cavabında): «Allahdan başqa köməyi olmayan insana zülm edənə, nemətlərin haqqını yerinə yetirməkdə səhlənkar olana, yoxsula zülm və təcavüz əlini uzadana.»(Biharul-Ənvar, c.75,səh.320, hədis 43

     )

    3890. İmam Əli (ə): «Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir.»(Ğurərul-Hikəm, hədis 9272 

     )

    3891. İmam Baqir (ə): «Əli ibn Hüseynin (ə) ölüm anı çatanda məni sinəsinə sıxıb buyurdu: Oğlum! Atam dünyadan köçərkən mənə tövsiyyə etdiyini və onun atası da ölüm anında ona verdiyi tövsiyyəni indi mən sənə tövsiyyə edirəm: Oğlum! Allahdan başqa köməyi olmayan insana, məbada zülm edəsən!»(əl-Kafi, c.2, səh.331, hədis 5

     )

    1189. Zalıma möhlət vermək.
    3892. Allahın Peyğəmbəri (s): «Allah-taala zalıma o, «Allah məni öz ixtiyarıma buraxmışdır.» deyənə qədər möhlət verər. Sonra, ona şiddətli cəza verər. Allah-taala zalımları məhv edəndən sonra Özünə həmd söyləyib buyurmuşdur: Zülm edən insanların kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.»(Biharul-Ənvar, c.75, səh.322, hədis51

     )

    3893. İmam Baqir (ə): «Allah-taala iki söz arasında Firona 40 il möhlət verdi. Sonra ona axirət və dünya əzabını dadızdırdı. Allah-taala Musa (ə) və Haruna (ə) «Siz iki nəfərin duası müstəcab oldu» kəlməsini buyurduğu andan onun qəbul olunmasını Musaya məlum etdiyi vaxtadək 40 il çəkdi.»(Nurus-Səqəleyn, c.5, səh.500, hədis21

     )

    1190. Zalımın peşmançılığı.
    Quran:
    «O gün ki, zalım öz əllərinin arxasını dişləyər və deyər: Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim.»(Furqan, ayə 27

     )

    Hədis:
    3894. Allahın Peyğəmbəri (s): «Zülm etmək peşmançılığın mənşəyidir.»(Biharul-Ənvar, c.75, səh.322, hədis52

     )

    3895. İmam Əli(ə): «Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha ağırdır.»(Nəhcül-Bəlağə, hikmət 341 

     )

    3896. İmam Baqir (ə): «Məzlumun zalımın dinindən götürdüyü, zalımın məzlumun dünyasından aldığından daha çoxdur.»(Biharul-Ənvar, c.75, səh.311, hədis15

     )

    1190. Zalıma kömək etməkdən çəkinmək.
    Quran:
    «Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz.»(Hud, ayə 113 

     )

    Hədis:
    3897. Allahın Peyğəmbəri (s): «Qiyamət günü carçı car çəkər: «Haradadır, zalımlar və onların köməkçiləri? Zalımların mürəkkəbinə liqə (sap) qoyanlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar üçün qələmi mürəkkəbə batıranlar. Onların hamısını zalımlarla birlikdə qəbirlərdən qaldırın.»(Biharul-Ənvar, c.75, səh.372, hədis17

     )

    3898. İmam Sadiq(ə) «Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir.»(əl-Kafi, c.2, səh.333, hədis16

     )

    3899. İmam Sadiq (ə): «Əgər bəni Üməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heç vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər.»(əl-Kafi, c.5, səh.106, hədis4

     )

    3900. İmam Sadiq (ə)(«Zülm edənlərə meyl salmayın» ayəsi barədə): «Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir.»(əl-Kafi, c.5, səh.108, hədis12

     )

    1192. Məzluma kömək etməyə həvəsləndirmək.
    Quran:
    «Kim xeyir işdə vasitəçi olarsa, onun bu işdə bir payı var. Kim pis işdə vasitəçi olarsa, həmin işdən ona heç bir fayda yoxdur və Allah hər şeyə qadirdir.»(Nisa, ayə 85

     )

    Hədis:
    3901. Allahın Peyğəmbəri (s): «Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar.»(Biharul-Ənvar, c.75, səh.359, hədis75

     )

    3902. İmam Əli (ə): (Həsən (ə) və Hüseynə (ə) xitabən): «Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun.»(Biharul-Ənvar, c.100, səh.90, hədis75

     )

    3903. İmam Kazim (ə) (Əli ibn Yəqtinə xitab edərək): «Allah-taalanın zalımların dostlarının yanında dostları var və onların vasitəsilə öz dostlarını qoruyur. Sən, ey Əli, onlardan birisən.»(Biharul-Ənvar, c.75, səh.349, hədis56
     )
    1193. Məzlumun duasından çəkinmək.
    3904. Allahın Peyğəmbəri (s): «Məzlumun duasından qorxun. Çünki, Allah-taala onun haqqını alacaq və Allah-taala heç bir haqq sahibini öz haqqından məhrum etməz.»(Kənzul-Ummal, hədis 7597 

     )

    3905. Allahın Peyğəmbəri (s): «Hərçənd kafir olsa belə, məzlumun duasından qorxun. Çünki, məzlumun duasına heç bir şey mane olmaz.»(Kənzul-Ummal, hədis 7602 

     )

    3906. İmam Əli (ə): «Oxların ən təsirlisi, məzlumun duasıdır.»(Ğürərul-Hikəm, hədis 2979 

     )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1562 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024