İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    266 Tələskənlik
    1214.Tələskənlik.
    Quran:
    «Adəm tələsməkdən yaradılmışdır. Tezliklə öz nişanələrimizi sizə göstərəcəyik. Onda (əzabı) məndən tələsik istəməyin.»(İsra, ayə11.)

    «Adəm xeyri də çağırar (bunun kimi də), pisi (hadisələri) də. İnsan tələskəndir.»(əl-Məhasin, c.1, səh. 340, hədis 697 əl-Məhasin, c.1, səh. 340, hədis 698 )
    Hədis:
    4000. Allahın Peyğəmbəri(s): «Əslində camaatı tələskənlik məhvə sürükləmişdir. Camaat sakit və tələskənlikdən uzaq olsaydı, heç kəs məhv olmazdı.»(Ğurərul-Hikəm, hədis 432  )
    4001.Allahın Peyğəmbəri(s): «Sakitlik Allahdan (sifətlərindən), tələskənlik isə şeytandandır (sifətlərdəndir).»(Ğurərul-Hikəm, hədis 9470 )
    4002. İmam Əli (ə): «Tələskənlik büdrəməyə səbəb olar.»(əl-Xesal, səh.100, hədis52.)

    4003. İmam Əli (ə): «Tələskənlikdə büdrəyişlər çox olar.»(əl-Kafi, c.2, səh.142, hədis4

     )

    4004. İmam Sadiq (ə): «Sakitlik və lənglikdə (xəta və büdrəməkdən) sağlamlıq, tələskənlikdə peşmançılıq var.»(Ğurərul-Hikəm, hədis1937

     )

    1215. Yaxşı işlərə tələsmək.
    4005. Allahın Peyğəmbəri (s): «Allah tələsik görülən xeyir işi
    sevər.»(əl-Kafi, c.2, səh.142, hədis3

     )

    4006. Allahın Peyğəmbəri (s): «Lənglik hər işdə bəyənilib, ancaq yaxşı iş görməyə yaranan fürsətlərdən başqa.»(Mətalibul-Suul, səh.61

     )

    4007. İmam Sadiq (ə): «Atam buyurardı: Yaxşı iş görmək niyyətində olanda tələs. Çünki, nə olacağını bilmirsən.»(Ğurərul-Hikəm, hədis 4789

     )

    267 Ədalət
    1216.Ədalətin dəyər-qiyməti.
    4008. İmam Əli (ə): «Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir.»(Ğurərul-Hikəm, hədis1954

     )

    4009. İmam Əli (ə): «Pak olan Allah, ədaləti camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir.»(Ğurərul-Hikəm, hədis 1873

     )

    4010. İmam Əli (ə): «Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir.»(Ğurərul-Hikəm, hədis 4215

     )

    4011. İmam Əli (ə): «Ədalət dövlətlərin sipəridir.»(Ğurərul-Hikəm, hədis 4211

     )

    4012. İmam Əli (ə): «İnsanların işi ədalətlə islah olar.»(Ğurərul-Hikəm, hədis 774

     )

    4013. İmam Əli (ə): «Ədalətin səbəbinə bərəkət ikiqat artar»(Ğurərul-Hikəm, hədis 9543

     )

    4014. İmam Əli (ə): «Ədalət idarəçiliyin nizam-intizamıdır.»(Nəhcül Bəlağə, hikmət437)

    4015. İmam Əli (ə): «Heç bir şey, şəhərləri ədalət qədər abad etməz.»(İləlül Şəraye, səh.248, hədis 2 )
    4016. İmam Əli (ə) («Ədalət üstündür, yoxsa səxavət?» sualına cavabından): «Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür.»(əl-Kafi, c.2, səh.146, hədis11

     )

    4017. Xanım Fatimeyi- Zəhra (ə): «Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur.»(əl-Kafi, c.2, səh.147, hədis15

     )

    4018. İmam Sadiq (ə): «Ədalət susuz insanın çatdığı sudan daha şirindir.»(əl-Xisal, səh.207, hədis 28

     )

    4019. İmam Sadiq (ə): «Ədalət baldan şirin, kərədən yumşaq və müşkdən ətirlidir.»(Kənzul-Fəvaid, c.2, səh.162 Maidə, ayə 8 Tuhəful-Uqul, səh.88

     )

    1217. Ədalətli insanın xüsusiyyətləri.
    4020. Allahın Peyğəmbəri (s): «Kim camaata qarşı rəftarında onlara zülm etməsə, onlarla söhbət edəndə yalan danışmasa, vəd verdikdə vədinə xi¬laf çıxmasa insanlığı kamil, ədaləti aşkar, dostluğu vacib və qeybəti haramdır.»(Ğurərul-Hikəm, hədis 3242

     )

    4021. Allahın Peyğəmbəri (s): «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə camaatla da o cür rəftar etsin.»(Ğurərul-Hikəm, hədis 3014

     )

    1218. Düşmənlə ədalətli rəftara tövsiyə olunması.
    Quran:
    «Ey iman gətirənlər! Allaha görə qiyam edin və ədalətə şəhadət verin. Bir dəstə ilə düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalət təqvaya daha yaxındır və Allahdan qorxun. Həqiqətən, Allah işlərinizdən agahdır.»(Ğurərul-Hikəm, hədis 6368 əl-Kafi, c.2, səh.302, hədis 11

     )

    Hədis:
    4022. İmam Əli (ə)(əziz övladı Həsənə (ə)tövsiyyəsindən): «Sənə varlı və ya yoxsul olanda Allahın qarşısında təqvalı olmağı və dosta-düşmənə qarşı ədaləti gözləməyi tövsiyyə edirəm.»(Tuhəful-Uqul, səh. 42

     )

    1219.İnsanların ən ədalətlisi.
    4023. İmam Əli (ə): «İnsanların ən ədalətlisi qüdrətli ola-ola insafı gözləyəndir.»(Əmali-Tusi, səh.512, hədis 1119

     )

    4024. İmam Əli (ə): «Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verəndir.»(Ğurərul-Hikəm, hədis 5247

     )

    4025. İmam Əli (ə): «Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir.»(Hilyətul-Övliya, c.3, səh.184, hədis235

     )

    268 Düşmənçilik
    1220. Bir-biri ilə düşmənçiliyin yasaq olunması.
    4026. Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) heç bir şey barədə camaatla düşmənçilikdən uzaq durmaq qədər mənə tövsiyyə vermədi.»(Ğurərul-Hikəm, hədis 7316

     )

    4027. Allahın Peyğəmbəri (s): «Bütpərəstlik mənə yasaqlanandan sonra heç bir şey camaatla çəkişmək qədər qadağan olunmadı.»(Ğurərul-Hikəm, hədis 6302

     )

    4028. Allahın Peyğəmbəri (s): «Kim camaatla dava-dalaş etsə, mürvəti itər və hörməti yox olar.»(Təğabun, ayə14.

     )

    4029. İmam Əli (ə): «Nadanlığın zirvəsi camaatla düşmənçilikdir.»(Ğurərul-Hikəm, hədis 4424

     )

    4030. İmam Baqir (ə): «Dava-dalaşdan çəkinin. Çünki, bu iş ürəyi puç edər və nifaq yaradar.»(Əlamuddin, səh. 309

     )

    1221. Düşmənçilik toxumu.
    4031. İmam Əli (ə): «Düşmənçiliyin səbəbi düşüncəsizlikdir.»(Tənbihul- Xəvatir, c.1, səh.259.

     )

    4032. İmam Əli (ə): «Hər bir şeyin toxumu var. Düşmənçiliyin toxumu da zarafatdır.»(Ğurərul-Hikəm, hədis 3269

     )

    1222. Düşmənçiliyə layiq olanlar.
    Quran:
    «Ey iman gətirənlər! Əslində arvad və uşaqlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan çəkinin. Güzəşt edib göz yumsanız və günahlarını bağışlasanız, Allah həqiqətən bağışlayan və mehribandır.»(Ğurərul-Hikəm, hədis 8672

     )

    Hədis:
    4033. İmam Əli (ə): «İnsanın qarnı onun düşmənidir.»(Nəhcül Bəlağə, məktub 62.

     )

    4034. İmam Cavad (ə): «Sənin ürəyinin istəklərinə tabe olduğuna görə doğru yolu səndən gizlədən, şübhəsiz ki, səninlə düşmənçilik etmişdir.»(Ğurərul-Hikəm, hədis 10216

     )

    1223. Düşmənlərin ən düşməni.
    4035. Allahın Peyğəmbəri (s): «Sənin ən yağı düşmənin, iki böyrünün arasında olan nəfsindir.»(Ğurərul-Hikəm, hədis 8203

     )

    4036. İmam Əli (ə): «İnsanların ən yağı düşməni, onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar.»(Ğurərul-Hikəm, hədis 8043

     )

    1224. Özünü düşməndən amanda saymaq olmaz.
    4037. İmam Əli (ə): «Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb aparar.»(Əmali-Səduq, səh.532, hədis5

     )

    4038. İmam Əli (ə): «Kim (öz düşmənindən) qafil olsa, (düşmənləri) ondan qafil olmazlar.»(Nəhcül Bəlağə, hikmət 172 və 438

     )

    4039. İmam Əli (ə): «Heç bir düşməni aşağı tutma, aciz olsa belə.»(Misbahul Şəriyyə, səh.403.

     )

    1225. Düşmənlərin barışığını qazanmaq.
    4040. İmam Əli (ə): «Kim öz düşmənini barışığa doğru çəksə, özününkülərin (dost və yavərlərinin) sayını artırar.»(Tuhəful-Uqul, səh.248.

     )

    4041. İmam Əli (ə): «Kim öz düşmənini barışığa çəksə, muradına çatar.»(Mişkatul-Ənvar, səh.50.

     )

    1226. Düşmənlərə qarşı münasib silah.
    4042. Loğman (ə) (Övladına tövsiyəsindən): «Övladım! Düşmənə qarşı silahlanmalı və nəticədə onu yerə sərməli olduğun şeylərdən biri də budur ki, onunla yağlı, yumşaq dillə danışasan ki, içindəkilər ona aşkar olmasın və özünü sənə qarşı hazırlamasın.»(Kənzul-Ummal, hədis 7032.

     )

    1227. Camaatın bilmədiyi şeylə düşmənçiliyi.
    4043. İmam Əli (ə): «Camaat bilmədiyi şeyin düşmənidir.»(Biharul-Ənvar, c.74, səh.165, hədis 29.

     )

    269 Üzr istəmək
    1228. Üzrxahlığa səbəb olan işlərdən çəkinmək.
    4044. «Misbahul Şəriyyə»: (Allahın Peyğəmbəri) Buyurmuşdur: «Onun səbəbinə üzr istəyəcəyin işdən çəkin. Çünki, onda bir şirk gizlənmişdir.»(Ğurərul-Hikəm, hədis 2988.

     )

    4045. İmam Hüseyn (ə): «Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə də üzr istəyər. Münafiq isə hər gün pislik edər və üzr istəyər. »(Biharul-Ənvar, c.78, səh.141, hədis 34.

     )

    4046. İmam Sadiq (ə): «Möminin özünü xar etməsi yaraşan iş deyil.» Ərz etdim: «Özünü necə xar edər?»Buyurdu: «Üzr istəməsinə səbəb olacaq iş görməklə.»(Ğurərul-Hikəm, hədis 3190.

     )

    1229. Üzr diləyənin üzrünü qəbul etməyə həvəsləndirmək.
    4047.Allahın Peyğəmbəri (s): «Kimsə başqasının üzrxahlığını- istər əsaslı olsun, istərsə də, əsassız- qəbul etməsə Kövsər hovuzunun kənarında mənimlə görüşməz.»(Ğurərul-Hikəm, hədis 3038.

     )

    4048. İmam Əli (ə): «Qardaşının üzrxahlığını qəbul et. Onun üzrü olmasa da, özün bir üzr fikirləş.»(Nəhcül-Bəlağə, hikmət 362)
    4049. İmam Əli (ə): «İnsanların ən ağıllısı üzrləri ən çox qəbul edəndir»(Əlam-d-Din, səh.303.

     )

    4050. İmam Səccad (ə): «Kimsə sənin sağ tərəfindən səni söyüb sonra da sol tərəfinə keçib üzr istəsə, üzrxahlığını qəbul et.»(Səhifətul İmam Reza(ə), səh.85, hədis 195. 

     )

    270 Abır-həya
    1230. Abır-həyalı olmağa həvəsləndirmək.
    4051. İmam Əli (ə): «Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha əliaçıq olanlardır.»(Əmali Mofid, səh.338, hədis 2. 

     )

    4052. İmam Əli (ə): «Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun.»(Vəsailuş-Şiə, c.8, səh.606, hədis3.

     )

    4053. İmam Əli (ə): «Kim öz abrını sevirsə, dava-dalaşdan çəkin¬məlidir.»(Cameul Əxbar, səh.36, hədis 18.

     )

    4054. İmam Sadiq (ə): «Abır tökülsə,onu yığıb yığışdırmaq (bərpa etmək) çətin olar.»(Ğurərul-Hikəm, hədis 2061)
    1231. Müsəlmanların heysiyyatına toxunmaqdan çəkinməyin savabı.
    4055. İmam Səccad (ə): «Kim müsəlmanların heysiyyatına toxunmaqdan çəkinsə, Allah qiyamət günündə onun büdrəyişlərini bağışlar.»(Ğurərul-Hikəm, hədis 538.

     )

    1232. Müsəlmanların heysiyyatını qorumağın savabı.
    4056. Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, bu əməli onunla cəhənnəm odu arasında pərdə olar.»(Biharul-Ənvar, c.78, səh.128, hədis11.

     )

    4057.Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, şübhəsiz ki, cənnət ona vacib olar.»(əl-Kafi, c.1, səh.44, hədis 2.

     )

    271 Tanımaq
    1233.Tanımağın dəyəri.
    4058. Allahın Peyğəmbəri (s): «Sizlərin ən imanlısı, ən çox tanıyanlarınızdır.»(Casiyə, ayə 23.

     )

    4059. İmam Əli (ə): «Elm ilk yol göstərən, (Allah-taalanı) tanıma isə onun son nöqtəsidir.»(Ğurərul-Hikəm, hədis 9865.

     )

    4060. İmam Əli (ə): «Tanımaq qəlbin işığıdır.»(Ğurərul-Hikəm, hədis 6965.

     )

    4061. İmam Hüseyn (ə): «Bilik qazanmaq tanımağı daha da bərəkətli edər»(Ğurərul-Hikəm, hədis 6998.

     )

    4062. İmam Sadiq (ə): «Allah bilmədən, qavrayışsız heç bir əməli və heç bir əməllə müşaiyət olunmayan qavrayışı qəbul etməz. Kim qavrayışa nail olsa, bu tanıma onu əmələ doğru istiqamətləndirər. Əməli olmayanın qavrayışı da yoxdur.»(Ğurərul-Hikəm, hədis (7855+7856).

     )

    1234.Tanımanın yolundakı maneələr.
    Quran:
    «Nəfsini özünə Tanrı edənlər və biliyinə baxmayaraq Allahın yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allah onu doğru yola yönəltməsə, Ondan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb öyüd almırsınız?»(Ğurərul-Hikəm, hədis (7829+7832)

     )

    Hədis:
    4063. Allahın Peyğəmbəri (s): «Aclıq hikmət nurudur, toxluq isə Al¬lah¬dan və imkansızları sevib onlara yaxınlaşmaqdan, Allaha yaxın olmaqdan uzaq düşməyin səbəbidir. Qarınlarınızı doldurmayın ki, qəlbinizdə tanıma nuru sönməsin»
    1235. Özünüdərk.
    4064. İmam Əli(ə): Özünüdərk ən faydalı tanımadır.»(Ğurərul-Hikəm, hədis 3126.

     )

    4065. İmam Əli(ə): «Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır.»(Ğurərul-Hikəm, hədis 7946.

     )

    4066. İmam Əli(ə): «Özünü tanımayan kimsə başqasını necə tanı¬yacaq?»(Ğurərul-Hikəm, hədis 10930. 

     )

    4067. İmam Əli(ə): «Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.»(Ğurərul-Hikəm, hədis 10927.

     )

    4068. İmam Əli(ə): «Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.» (Ğurərul-Hikəm, hədis 10937.

     )

    4069. İmam Əli(ə): «Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.»(Biharul-Ənvar, c.94, səh.128, hədis19. 

     )

    4070. İmam Əli(ə): «Özünü tanıyan, Allahını da tanıdı.»(Tuhəful-Uqul, səh.268.

     )

    4071. İmam Əli(ə): «Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.»(Ğurərul-Hikəm, hədis 7999.

     )

    4072. İmam Əli(ə): «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.»(Ğurərul-Hikəm, hədis 9864.

     )

    4073. İmam Əli(ə): «Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.»(Kənzul-Ummal, hədis 36472.

     )

    4074. İmam Səccad (ə) (duada): «Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.»(Ğurərul-Hikəm, hədis 4586.

     )

    4075. İmam Baqir (ə) (Cabir Coəfiyə tövsiyyələrindən): «Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.»(Ğurərul-Hikəm, hədis 8896.

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1246 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024