İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    273 Yaxşılıq (1)
    Yaxşılıq etmək
    1265. Yaxşılıq.
    4171. İmam Əli (ə): «Yaxşılıq etmək, məzluma kömək etmək və qonaq¬pərvərlik sərvərlik vasitələridir.»(Uyunu- Əxbari Rza (ə), c.2, səh.35, hədis 76

     )

    4172. İmam Əli (ə): «Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni həmişə qalandır və yaxud da həmişəlik əbədi olan qiyamət gününün ehtiyatıdır).»(Səvabul-Əmal, səh.342, hədis 1

     )

    4173. İmam Hüseyn (ə): «Bilin ki, yaxşılıq etmək sitayiş, pərəstiş yaradar və mükafata səbəb olar. Əgər yaxşılığı insan surətində görsəniz, hər an onu yaxşı, gözəl, gözoxşayan və bütün dünya əhlindən gözəl görərsiniz. Əgər alçaqlığı görsəniz, onu nizamsız, çirkin, ürəklərdə ikrah doğuran və gözlər üzünə bağlanan bədsifət görəcəksiniz.»(əl-Kafi, c.4, səh.18, hədis 2

     )

    4174. İmam Sadiq (ə): «Cənnətə ilk daxil olanlar yaxşılıq edənlər olacaqlar.»(Ğurərul-Hikəm, hədis 2282

     )

    4175. İmam Sadiq (ə): «Dünyada yaxşı əməl sahibləri axirətdə də yaxşı əməl əhli olarlar. Çünki axirətdə yaxşı işləri ağır gələr. Buna görə də onların bir hissəsini günah iş görənlərə bağışlayacaqlar.» (Ğurərul-Hikəm, hədis (4000+4001)

     )

    4176. İmam Cavad (ə): «Yaxşılıq edənlər yaxşılıq etməyə, ona ehtiyacı olanlardan daha möhtacdırlar. Çünki onun mükafatı, fəxri və yaxşı adı onlara qalar. Kim yaxşılıq edirsə ilk növbədə özünə edir. Buna görə də özünə etdiyi yaxşılığa görə başqalarından təşəkkür istəməməlidir.»(Ğurərul-Hikəm, hədis 9724

     )

    1266. Yaxşılara və pislərə yaxşılıq etməyə həvəsləndirmə.
    4177. Allahın Peyğəmbəri (s): «Ağılın zirvəsi dindarlıqdan sonra insanlarla dostluq və hər bir yaxşı və pis insana yaxşılıq etməkdir.» (Əmali-Tusi , səh.596 , hədis 1235

     )

    4178. Allahın Peyğəmbəri (s): «Yaxşılıq və ehsan et, istər ona layiq olana, istərsə də ona ləyaqəti çatmayana. Çünki yaxşılığa layiq olmayana belə yaxşılıq etmiş olsan, sən yaxşılığın fəzilətini qazanmış olursan.»(Ğurərul-Hikəm, hədis 9115

     )

    1267. Yaxşılıq və köməyin əllərdə dolanması.
    4179. Allahın Peyğəmbəri (s): «Hər kim möhtac insana sədəqə versə, onun mükafatını Allahdan alar. Əgər bir sədəqə qırx insanın əlindən keçib möhtacın əlinə çatsa, onların hamısına tam əcr düşər.»(Tuhəful-Uqul, səh.403

     )

    4180. İmam Sadiq (ə): «Əgər ehsan və yardım səksən əldən keçsə belə, sahibinin əcrindən heç nə azalmadan onların hamısının mükafat qazanmalarına səbəb olar.»(Kənzul-Fəvaid, c.1, səh.212

     )

    1268. Minnət qoymaqdan çəkindirmək.
    4181. İmam Əli (ə): «Öz yaxşılığını öldürməklə (və unutmaqla) onu dirilt.»(əl-Cəfəriyyət, səh. 233

     )

    4182. İmam Əli (ə): «Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə yaddan çıxart!»(Ğurərul-Hikəm, hədis 4983

     )

    4183. İmam Əli (ə): «Yaxşılıq etməyin meyarı ona görə minnət qoymamaqdır.»(Biharul-Ənvar, c. 47, səh.419, hədis 47

     )

    1269. Yaxşılığı axıra qədər etmək.
    4184. Allahın Peyğəmbəri (s): «Yaxşılığı axıra qədər etmək onu başlamaqdan daha yaxşıdır.»(Biharul-Ənvar, c.75, səh.15, hədis 8

     )

    4185. İmam Əli (ə): «Hər kim öz yaxşılığını tamamlayıb inkişaf etdirməsə, onu məhv etmişdir.»(əl-Xisal, səh.32, hədis 111

     )

    4186. İmam Kazim (ə): «Kimsə möminə yaxşılıq edərsə, onu bu üç yoldan savayı başqa cür kamilləşdirə bilməz: etdiyini kiçik saymaq, onu gizlətmək və onu yerinə yetirməyə tələsmək. Çünki möminə etdiyi yaxşılığı kiçik hesab edən öz qardaşını böyük saymışdır. Möminə yaxşılığını böyük sayan, öz qardaşını alçaltmışdır. Möminə etdiyi yaxşılığını gizlədən böyüklük etmişdir.Möminə verdiyi vədi yerinə yetirməyə tələsən, öz bəxşişini ürəyəyatan etmişdir.»(Səvabul-Əmal, səh.343, hədis 1

     )

    1270. Yaxşılığı aşağı tutmaqdan çəkindirmək.
    4187. Allahın Peyğəmbəri (s): «Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüzlə təmasda olmaq (kimi əməl) olsa belə.»(əl-Kafi, c.5, səh.55, hədis3

     )

    4188. İmam Əli (ə): «Görə biləcəyin heç bir yaxşı işi aşağı tutma və daha böyük yaxşılığa görə ondan uzaqlaşma. Çünki ehtiyac olan təqdirdə edilən azacıq yaxşılıq və kömək, ehtiyac olmadıqda olunan böyük yaxşılıq və köməkdən daha faydalıdır. Hər gün elə iş gör ki, onun səbəbinə doğru yola yönələsən.»(Məkarimul-Əxlaq, c.1, səh.294, hədis 915

     )

    1281. Yaxşılıq və ehsanın qəbul olmasının nişanələri.
    4189. İmam Əli (ə): «Ən yaxşı ehsan odur ki, yaxşılara edilsin.»(Ali-İmran, ayə104 

     )

    4190. İmam Sadiq (ə) («Bəndənin Allah dərgahına qəbul olunmasının nişanəsi nədir?» sualına cavabından): «Bəndənin Allah dərgahında qəbul olmasının nişanəsi budur ki, ehsanı və köməyi yerinədüşən olsun. Belə olmasa, elə də olmayacaqdır.»(Ali-İmran, ayə110

     )

    1272. Ehsan və yaxşılığın savabı.
    4191. Allahın Peyğəmbəri (s): «Hər kim insanı çöldə əlindən tutub qırx addım yol aparsa, bütün yer üzü qızılla dolsa belə, (və ona verilsə) onun bu işinin mükafatının bir iynə ucu qədərini də verməz. Onu yolda gözləyən təhlükədən uzaqlaşdırsa, qiyamət günündə bu iş yaxşılıqlar tərəzisində dünyadan yüz min qat ağır gələcəkdir.»(Tövbə, ayə71

     )

    4192 Allahın Peyğəmbəri (s): «Bir bəndə, müsəlmanların yolundan bir tikan budağını götürdüyünə görə cənnətə getdi.»(Mustədəkul-Vəsail, c.12, səh.179, hədis13817

     )

    4193. Allahın Peyğəmbəri (s): «Kimsə yol kənarında yoldan keçənlər üçün daldanacaq düzəltsə, Allah qiyamət günündə onu üzü cənnət əhlinə nur saça-saça, mirvaridən olan əsil dəvəyə minmiş halda məhşər ayağına gətirər.»(əl-Kafi, c.5, səh.59, hədis15

     )

    4194. Allahın Peyğəmbəri (s): «Hər kimsə selin və yanğının müsəlmanlara zərərinin qarşısını alarsa, cənnət ona vacib olar.»(Ğurərul-Hikəm, hədis 6817

     )

    4195. İmam Sadiq (ə): «Yaxşılığı, öz adı kimi (yaxşı) gördüm. Onun (Allah verən) mükafatından başqa heç bir şey yaxşılıq etməkdən daha üstün deyil.»(Nəhcül-Bəlağə, hikmət 374

     )

    274 Yaxşılıq (2)
    Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək
    1273. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək.
    Quran:
    «İçərinizdə yaxşılığa dəvətə çağıran, xeyirli işləri görməyi əmr və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.»(Ğurərul-Hikəm, hədis1977

     )

    «Siz, insanlar üçün yaradılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir və Allaha iman gətirirsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün daha yaxşı olardı. Onların da onlardan iman gətirənlər də vardır, lakin çoxları haqq yoldan çıxanlardır.»(əl-Kafi, c.5, səh.57, hədis 6

     )

    «Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandır. Onlar yaxşı işlər görməyi əmr edər, pis işlərdən çəkindirirlər.»(Tənbihul– Xəvatir, c.2, səh.179

     )

    Hədis:
    4196. Allahın Peyğəmbəri (s): «Hər kim yaxşı işlərə çağırıb pis işlərdən çəkindirərsə, Allahın və Onun Peyğəmbərinin yer üzündə canişinidir.»(əl-Kafi, c.5, səh.56, hədis 1

     )

    4197. Allahın Peyğəmbəri (s): «Allah dini olmayan zəif möminə nifrət edər.» Ərz edildi: «Dini olmayan mömin kimdir?» Buyurdu: «Pis işlərdən çəkindirməyən.»(Vəsailuş– Şiə, c.11, səh.407, hədis 12

     )

    4198. İmam Əli (ə): «Şəriətin davamlılığı yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək və (ilahi) hüdudları gözləməklədir.»(Nəhcül-Bəlağə, məktub 47.

     )

    4199. İmam Əli (ə): «Bütün yaxşı işlər və Allah yolunda cihad yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməklə müqayisədə dərin dənizə tökülən ağız suyu qədər heç nədir.»(Nəhcül-Bəlağə, hikmət 154

     )

    4200. İmam Əli (ə): «Yaxşı işlərə dəvət insanların gördüyü ən üstün işdir.»(Kəşful-Ğummə, c.3, səh.139

     )

    4201. İmam Əli (ə): «Bilin ki, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək nə kimsənin əcəlini yaxınlaşdırıb, nə də kimsənin ruzisini kəsib.»(Tuhəful-Uqul, səh.456

     )

    4202. İmam Hüseyn (ə): -deyilir- «Allaha görə mömin olan heç bir gözə rəva deyil ki, Allaha itaətsizlik edildiyini görsün və göz yumsun, həmin vəziyyəti dəyişməsin.»(Kənzul-Ummal, səh.5523

     )

    4203. İmam Baqir (ə): «Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək peyğəmbərlərin yolu və yaxşı iş görənlərin üslubudur. Böyük vacib əməldir ki, digər vacib əməllər onun vasitəsilə əmələ gəlir. Yollar əmin-aman, gəlirlər halal olur. Zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır və yer üzü abadlaşır. Düşmənlərdən intiqam alınır və işlər sahmana düşür.»(Tənbihul-Xəvatir, c.2, səh.213

     )

    1274. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək.
    4204. Allahın Peyğəmbəri (s): «Ya yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirəcəksiniz, ya da hamınızı Allahın əzabı bürüyəcək.»(Ğurərul- Hikəm, hədis 3780

     )

    4205. İmam Əli (ə) (İbn Mülcəm tərəfindən qılınc zərbəsi ilə yaralandıq-dan sonra Həsən və Hüseynə (ə) tövsiyəsindən): «Yaxşı işlərə dəvət və pisliklərdən çəkindirməkdən əl çəkməyin. Belə olmayan halda, şər insanlar sizə idarəçiliyi ələ alar. O vaxtsa, nə dua etsəniz müstəcab olmaz.»(Nəhcül-Bəlağə, xütbə 129

     )

    1275. Bir dəstənin rəftarı ilə razı olanlar.
    4206. İmam Əli (ə): «Bir dəstənin rəftarı ilə razı olan, onlarla birgə həmin işi görən kimidir. Kim batil rəftara əl atarsa iki günah törətmiş olar: onu yerinə yetirməyin günahı və ona razı olmağın günahı.»(Nəhcül-Bəlağə, xütbə 105

     )

    4207. İmam Cavad (ə): «Nalayiq işi yaxşı əməl sayan kimsə həmin işdə şərik olar.»(əl-Xisal, səh. 109, hədis19

     )

    4208. İmam Cavad (ə): «Kimsə bir işin şahidi olarsa və ondan xoşlanmasa, onun şahidi olmamış kimidir. Ancaq kimsə bir işin şahidi olmasa və onunla razı olarsa, həmin işin şahidi kimidir.»(ət-Tərğib-vət-Tərhib, c.3, səh.223, hədis1

     )

    1276. Yaxşı əməllərə çağıranın şərtləri.
    4209. Allahın Peyğəmbəri (s): «Yaxşı əməllərə dəvət edən kimsə bunu gözəl tərzdə etməlidir.»(Kənzul-Ummal, səh.5570

     )

    4210. Allahın Peyğəmbəri (s)–(Deyilmiş olan «biz yalnız özümüz tam riayət etdiyimiz yaxşı əməllərə dəvət edirik» sözünə cavabından): «Özünüz onların hamısına tam riayət etməsəniz də, yaxşı əməllərə dəvət edin. Özünüz onların hamısından çəkinməsəniz də, pis əməllərdən çəkindirin.»(Təhzibul-əhkam, c.6, səh.181, hədis 374

     )

    4211. İmam Əli (ə): «Mən öz şənimi, camaatı özümün tərk etmədiyim şeydən çəkindirməkdən və ya özüm əməl etmədiyim işə əmr etməkdən daha yüksək sanıram.»(əl-Kafi, c.5, səh.59, hədis 10

     )

    4212. İmam Əli (ə): «Yaxşı əməlləri əmr edib özləri ona ərinənlərə, çirkin əməllərdən çəkindirib özləri onu törədənlərə Allahın lənəti olsun!.»(əl-Kafi, c.5, səh.60, hədis 1

     )

    4213. İmam Əli (ə): «Pis əməllərdən çəkindirin və özünüz də ondan çəkinin. Çünki sizə əvvəlcə özünüzün çirkin əməllərdən çəkinib sonra başqalarını çəkindirməniz əmr olunmuşdur.»(Nisa, ayə139

     )

    4214. İmam Sadiq (ə): «Elə adam yaxşı əməllərə əmr edib pis əməl¬lərdən çəkindirməlidir ki, bu üç xüsusiyyətə sahib olsun: (Birincisi) Əmr etdiyinə özü əməl etsin və qadağan etdiyindən özü də uzaq olsun. (İkincisi) Əmr və qadağalarında ədalətə riayət etsin. (Üçüncüsü) Əmr və qada¬ğalarında mülayimlik yolunu seçsin.»(Biharul-Ənvar, c.78, səh.10, hədis 67

     )

    1277. Pisliklərdən çəkindirməyin ən aşağı mərtəbəsi.
    4215. Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biriniz pis əməlin şahidi olarsa, onu öz əlləri ilə dəyişdirməlidir. Bunu bacarmazsa, dili ilə dəyişdirməlidir (və etiraz etməlidir). Yenə də bacarmasa, qəlbində onu inkar etməlidir. Bu imanın ən zəif mərhələsidir.»(Tuhəful-Uqul, səh.366.

     )

    4216. Allahın Peyğəmbəri (s): «Ehey! Məbada, camaatdan qorxu sizlərdən birinə haqqı görüb onu deməsinə mane ola. (haqqı demək) Nə əcəli yaxınlaşdırar və nə də ruzini uzaqlaşdırar.»(Nəhcul Bəlağə, hikmət 113

     )

    4217. İmam Əli (ə): «Pis əməllər törədənə ürəyi, əli və dili ilə etiraz etməyən, dirilər arasında bir ölüdür.»(Tuhəful-Uqul, səh.283

     )

    4218. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) bizə əmr etdi ki, günah iş görənlərlə qaşqabaqlı və sərt üzlə görüşək.»(Biharul-Ənvar, c.78, səh.228, hədis 105

     )

    4219. İmam Sadiq (ə): «Möminin başucalığı üçün, hər vaxt pis əməl sahibini gördükdə onu ürəyində inkar etməsini Allahın bilməsi kifayət¬dir.»(Biharul-Ənvar, c.78, səh.453, hədis 21

     )

    275 Baş ucalığı
    1276. Baş ucalığının mənası.
    Quran:
    «Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!»(Qəsəsul Ənbiya, səh.195, hədis244

     )

    Hədis:
    4220. İmam Əli (ə): «Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir.»(Nəhcul Bəlağə, hikmət 371

     )

    4221. İmam Əli (ə): «Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.»(əl-Xisal, səh.420, hədis14

     )

    4222. İmam Əli (ə): «Səbr kimi başucalığı yoxdur.»(əl-Kafi, c.2, səh.144, hədis4.

     )

    4223. İmam Səccad (ə): «Hökm sahiblərinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir.»(Biharul-Ənvar, c.78, səh.53, hədis 90

     )

    4224. İmam Sadiq (ə): «İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan.»(əl-Kafi, c.2, səh.149, hədis 6

     )

    1279. Baş ucalığına səbəb olanlar.
    4225. «Biharul Ənvar»: Allah-taala Həzrəti Davuda (ə) vəhy etdi: «Ey Davud! Mən ... izzəti özümə itaətdə qərar verdim. Ancaq camaat onu sultana itaətdə axtarır və buna görə də tapa bilmir.»(əl-Kafi, c.2, səh.109, hədis10

     )

    4226. Loğman (ə) (öz övladına öyüdlərindən):–«Dünyada başıuca olmaq istəyirsənsə, camaatda olanlardan tamahını üz. Çünki peyğəmbərlər və siddiqlər öz tamahlarını sildiklərinə görə həmin məqamlara çatmışlar.»(əl-Xisal, səh.169, hədis 222

     )

    4227. İmam Əli (ə): «Təğvadan yüksək heç bir başucalığı yoxdur.»(əl-Kafi, c.2, səh.110, hədis5

     )

    4228. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənə bəndə olmağımın izzəti mənə yetər. Sənin mənim Allahım olmağının fəxri mənə bəs edər.»(Biharul-Ənvar, c.78, səh.374, hədis 24

     )

    4229. İmam Əli (ə): «Bilin ki, kim camaatla insafla rəftar etsə, Allah-taala onun yalnız izzətini artırar.»(Tuhəful- Uqul, səh.286

     )

    4230. İmam Əli (ə): «Qane olun ki, əziz olasınız.»(Biharul-Ənvar, c.74, səh.180, hədis 28 

     )

    4231. İmam Baqir (ə): «Gözü camaatın əlində olmamaq möminin dini izzətinə səbəb olar.»(əl-Kafi, c.8, səh.42, hədis 8.

     )

    4232. İmam Baqir (ə): «Allah-taala yalnız üç yoldan qeyri vasitə ilə müsəlmanın izzətini artırmaz: ona zülm etmiş şəxsi əfv etmək, ona (nəyisə verməyi) əsirgəyənə bağışlamaq və ondan qırılan kimsəyə birləşmək.»(Əlamuddin, səh.341

     )

    4234. İmam Sadiq (ə): «Hər kim eli-obası olmadan izzət sahibi, malı-sərvəti olmadan ehtiyacsız olmaq və qüdrəti olmadan heyrətli, əzəmətli olmaq istəyirsə, Allaha qarşı günah işlətməyin rüsvayçılığından itaətin izzətinə keçməlidir.»(Ğurərul-Hikəm, hədis 661

     )

    4235. İmam Sadiq (ə): «Öz qəzəbini söndürən (udan) elə bəndə olmadı ki, Allah onun dünya və axirətdə izzətini artırmamış olsun.»(Ğurərul-Hikəm, hədis 8644

     )

    4236. İmam Əskəri (ə): «Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın.»(Ğurərul-Hikəm, hədis 8151

     )

    1280. İzzətin davamlılığının səbəbləri.
    4237. İmam Baqir (ə): «İzzətin davamlılığını tamahını öldürməkdə axtar.»(Biharul-Ənvar, c.47, səh.60, hədis 116

     )

    4238. İmam Sadiq (ə): «Tənhalıq və camaatdan uzaq gəzmək, izzət və ehtiramı, onlara yaxın olmaqdan daha çox qoruyub saxlayar.»(Biharul-Ənvar, c.70, səh.111, hədis 14

     )

    27 Küncə çəkilmək
    1281. Küncə çəkilməyin qiyməti.
    4238. «əl-Kafi»: Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: «Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.»(Kənzul-Ummal, səh.686

     )

    4239. Allahın Peyğəmbəri (s): «Küncə çəkilmək ibadətdir.»(-d-Durrul-Mənsur, c.1, səh.161

     )

    4240. İmam Əli (ə): «Tənhalıq ibadət əhlinin asayişdir.»(Biharul-Ənvar, c.82 səh.94, hədis 46

     )

    4241. İmam Əli (ə): «Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.»(əl-Kafi, c.3, səh.227, hədis3.

     )

    4242. İmam Əli (ə): «Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.»(Mən la Yəhzuruhul Fəqih, c.1, səh.174, hədis 505

     )

    1282 Guşənişinliyə səbəb olanlar.
    4243. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət buyurdu: «Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.»(Musəkkinul- Fuəəd, səh.108

     )

    4244. İmam Əskəri (ə): «Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.»(Biharul-Ənvar, c.78, səh.353, hədis 9

     )

    1283. Küncə çəkilməməli olan kimsələr.
    4245. Allahın Peyğəmbəri (s): «Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.»(Nəhcül-Bəlağə, hikmət 10

     )

    4246. Allahın Peyğəmbəri (s) (İbadət üçün dağa getmək istəyən kişiyə xitabən): «Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.»(Məaniul-Əxbar, səh 267, hədis 1

     )

    277 Başsağlığı
    1284. Yaslı insana təsəlli vermək.
    4247. Allahın Peyğəmbəri (s): «Hər kim yaslı insana təsəlli versə, onun qədər əcri var.»(Biharul-Ənvar, c.74, səh.167, hədis 34

     )

    4248. İmam Əli (ə): «Hər kim övladı ölmüş anaya təsəlli verərsə, Allah Onun ərşindən başqa heç bir kölgənin olmayacağı gün ona Öz ərsinin kölgəsində yer verəcək.»(Nisa, ayə19

     )

    4249. İmam Sadiq (ə): «Təsəlli vermək üçün müsibətə düşənin səni görməsi kifayət edər.»(Nəhcül-Bəlağə, məktub 31 Biharul-Ənvar, c.78, səh.236, hədis 63 Əmali-Səduq, səh.168, hədis13

     )

    1285. Yaslı insana təsəlli üçün deyilənlər.
    4250. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin. Təbrik edəndə isə buyurardı: Allah sizə bərəkət versin və mübarək etsin.»(Ğurərul-Hikəm, hədis 507

     )

    1286. Yas əhlini təbrik etmək, başsağlığı verməkdən daha yaxşıdır.
    4251. İmam Rza (ə)–(Həsən ibn Səhlə verdiyi başsağlığından):–«Axirət savabı münasibətilə təbrik etmək, dünyanın yasına görə başsağlığı verməkdən daha layiqlidir.»(Biharul-Ənvar, c.78, səh.50, hədis 76

     )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1447 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024