İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    284 İffət
    1301. İffətli olmağa həvəsləndirmək.
    Quran:
    «Evlənməyə qüvvəsi olmayanlar, Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətli olsunlar.»(Tuhəful-Uqul, səh.17

     )

    «O qədər iffətlidirlər ki, kimsə hallarından xəbərdar olmasa onların qüdrətli olduğunu sanar.»(Ğurərul-Hikəm, hədis2148

     )

    Hədis:
    4304. Allahın Peyğəmbəri (s): «Allah həyalı və mətanətli insanı sevər və həyasız, inadkar dilənçiyə nifrət edər.»(Ğurərul-Hikəm, hədis4637

     )

    4305. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olan kimsənin əcri, günah etməyə qadir olsa da, iffətli olanın əcrindən çox deyil. Pak, iffətli insan Allahın mələklərindən olmağa yaxındır.»(Ğurərul-Hikəm, hədis4593

     )

    4306. İmam Əli (ə): «İffət hər yaxşılığın başıdır.»(Ğurərul-Hikəm, hədis8597

     )

    4307. İmam Əli (ə): «İffət ən yüksək alicənablıqdır.»(Ğurərul-Hikəm, hədis4238

     )

    4308. İmam Əli (ə): «İffət nəfsi qoruyur və onu alçaqlıqdan uzaq sax-layır.»(Şura, ayə40

     )

    4309. İmam Əli (ə): «Gözəlliyin zəkatı iffətli olmaqdır.»(Ali-İmran, ayə134

     )

    4310. İmam Sadiq (ə): «Camaatın arvadlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.»(Əlamuddin, səh337

     )

    1302. Qarınqululuq və şəhvətdən iffətə həvəsləndirmək.
    4311. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin çoxu iki səbəbdən oda atılar: qarın və ayıb yeri.»(Kənzul-Ummal, hədis 7005

     )

    4312. Allahın Peyğəmbəri (s): «Musa (ə) ayıb yerini və qarnının yeməyini pak saxlamağın müqabilində, özünü səkkiz və ya on il müddətinə muzdura çevirdi.»(əl-Kafi, c. 2, səh. 108, hədis5

     )

    4313. İmam Baqir (ə): «Allaha, qarnını və ayıb yerini pak saxlamaqdan üstün bir ibadət edilməmişdir.»(Əlamuddin, səh.315.

     )

    1303. İffətin kökü.
    4314. İmam Əli (ə): «İffrətin kökü qənaətdir(Tənbihul-Xəvatir, c.2, səh.120

     ), meyvəsi isə qəm-qüssənin azalması.»(əl-Kafi, c.2, səh. 108, hədis6

     )

    4315. İmam Əli (ə): «Maaşa şad olmaq sonda iffətə (və haram maldan iffət gözləməyə) səbəb olar.»(əl-Kafi, c.2, səh. 107,hədis3

     )

    4316. İmam Əli (ə): «Kişinin dəyəri və əndazəsi onun zəhmətinin əndazəsiylədir....Onun paklığı isə qeyrəti qədərdir.»(Hicr,ayə85

     )

    4317. İmam Əli (ə): «Hər kim ağıllı olsa, iffətli olar.»(Ğurərul-Hikəm, hədis 9567

     )

    1304. İffətin meyvəsi.
    4318. Allahın Peyğəmbəri (s): «İffətdən şaxələnən təvazökarlıq, faydalanma, asayiş, itaətkarlıq, təfəkkür, bağışlama və səxavət olar. Bunlar Allahdan və Onun qismətindən razı olan ağıllı insana dindarlığı səbəbindən hasil olan xislətlərdir.»(Əlamuddin, səh.307

     )

    4319. İmam Əli (ə): «İffət şəhvəti aciz qoyar.»(Kənzul -Ummal, hədis 7007

     )

    4320. İmam Əli (ə): «İffətin meyvəsi qənaətdir.»(Nəhcül-Bəlağə, hikmət 11

     )

    4321. İmam Əli (ə): «İffətin meyvəsi özünü saxlamaqdır.»(Nəhcül-Bəlağə, hikmət 211

     )

    4322. İmam Əli (ə): «Hər kim iffətli olsa, günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr.»(əd-Durrətul Bahirə, səh.29

     )

    4323. İmam Əli (ə): «Əməllər iffətlə paklaşar (və ya çoxalar və onların mükafatı artar).»(Mustədrəkul Vəsail, c.9, səh.7, hədis10041

     )

    285 Bağışlamaq
    1305. Bağışlamağın dəyər-qiyməti.
    Quran:
    «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz.»(Tuhəful- Uqul, səh.87

     )

    «Onlar bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar və insanların xətalarından keçərlər. Allah yaxşılıq edənləri sevər.»(Kənzul- Fəvaid, c.2, səh.182.

     )

    Hədis:
    4324. Allahın Peyğəmbəri (s): «Nə vaxt qəzəbiniz tutsa, onu əfv və güzəştlə özünüzdən uzaqlaşdırın. Çünki qiyamət günündə carçı car çəkəcək ki, hər kimin Allahda muzdu varsa qalxsın. Bu zaman bağışlayanlardan başqa heç kim qalxmayacaq. Allah-taalanın «Kim bağışlasa və barışsa onun mükafatı Allahın yanındadır» buyurduğunu eşitmisinizmi?»(Ğurərul-Hikəm, hədis4788

     )

    4325. Allahın Peyğəmbəri (s): «Allah çox güzəşt edəndir və güzəşti sevər.»(Nisa, ayə 43

     )

    4326. Allahın Peyğəmbəri (s): «Güzəşt sizinlə olsun. Çünki güzəşt yal¬nız bəndənin izzətini artırar. Belə isə bir-birinizə güzəşt edin ki, Allah sizə izzət bəxş etsin.»(Sunəni ibn Mace, hədis 3850

     )

    4327. Allahın Peyğəmbəri (s): «Kim çox güzəştcil olsa, ömrü uzun olar.»(Tənbihul-Xəvatir, c.1, səh. 9

     )

    4328. Allahın Peyğəmbəri (s): «Xətakarların büdrəmələrindən keçin ki, bu səbəbə Allah sizi təyin etdiyi çətin hallardan qorusun.»(Nəhcül-Bəlağə, məktub27)
    4329. İmam Baqir (ə): «Güzəştə görə peşmançılıq, cəza verməyə görə peşmançılıqdan daha üstün və daha asandır.»(Əmali-Səduq, səh.73, hədis9

     )

    4330. İmam Sadiq (ə): «Üç şey dünya və axirətin dəyərli xislətlə¬rindəndir: sənə zülm etmiş kimsəni bağışlamaq, səndən qopmuş şəxsə birləşmək və sənə qarşı cahilyana hərəkət edildikdə səbrli olmaq.»(Əmali-Səduq, səh.73, hədis9

     )

    1306. Yaxşı şəkildə güzəştə həvəsləndirmək.
    Quran:
    «Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət vaxtımütləq gələcəkdir. Sən onları böyüklüklə bağışla.»(Biharul-Ənvar, c.78, səh. 90, hədis 95
     )
    Hədis:
    4331. İmam Əli (ə): «Kimsə günaha görə kimsəni danlayıb əziyyət verərsə, o, güzəşt etməmişdir.»(Nəhcül-Bəlağə, xütbə192.

     )

    4332. İmam Rza (ə) («Onları böyüklüklə bağışla.» ayəsi barədə): «Bura¬da məqsəd cəfa vermədən, pisləmədən və danlamadan bağışla¬maqdır.»(Kəşful-Ğummə, c.2, səh.418

     )

    1307. Qüdrət sahibi olarkən güzəşt etməyə həvəsləndirmək.
    4333. Allahın Peyğəmbəri (s): «Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər.»(Ğurərul-Hikəm, hədis 4207

     )

    4334. İmam Əli (ə): «Hər gah düşmənindən qüdrətli olsan, ona güzəştini ondan qüdrətli olmağının şükrünə çevir.»(ət-Tovhid, c.74, səh.27

     )

    4335. İmam Əli (ə): «Güzəşt qələbənin zəkatıdır.»(Ğurərul-Hikəm, hədis 4207

     )

    4336. İmam Hüseyn (ə): «İnsanın ən güzəştcili, qüdrətli olduğu vaxt güzəşt edəndir.»(Mən la yəhzuruhul Fəgih, c.4, səh.406, hədis5878

     )

    1308. Güzəşt və ürəkləri cəlb etmək.
    4337. Allahın Peyğəmbəri (s) (öz xidmətçilərindən ona şikayət edən kişiyə buyurduqlarından):–«Onları bağışla ki, qəlblərini özünlə barışdırasan.» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Onlar ədəbsizlikdə bir-birindən fərqlənirlər.» Həzrət buyurdu: «Onlara qarşı güzəştcil ol.» Həmin kişi buyurulanlara itaət etdi.»(Cameul-Əxbar, səh.150, hədis 344

     )

    4338. İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyyələrindən):–«Hərgah onlardan (nökər və qulluçqulardan) kimsə günahlarına görə cəzalanmaya layiq olsa, onu yaxşı şəkildə danla. Çünki güzəştlə birgə danlamaq, ağlı və dərrakəsi olan üçün döyməkdən daha ağırdır.»(Tuhəful-Uqul, səh.89

     )

    1309. Yersiz güzəştlər.
    4339. İmam Əli (ə): «Güzəşt alicənab insanı islah etdiyi kimi, alçaq insanı da bir o qədər korlayar.»(Biharul-Ənvar, c.72, səh.232 , hədis 2

     )

    4340. İmam Əli (ə): «Yaxşıya mükafat ver və pisdən keç. Bu şərtlə ki, dinə ziyan vurmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin.»(Kənzul-Ummal, hədis 3130, 3153

     )

    1310. Allahın bağışlamağı.
    Quran:
    «Şübhəsiz ki, Allah əfv edən və bağışlayandır.»(Sunəni ibn Mace, hədis 3849

     )

    Hədis:
    4341. Allahın Peyğəmbəri (s) (Qədr gecəsinin duası haqda Aişənin sualına cavabından):–«Deyirsən: Ey Allah! Sən bağışlayansan və güzəşti, bağışlamağı sevirsən. Belə isə məni bağışla.»(əd-Dəvat, səh.114, hədis261

     )

    4342. «Tənbihul-Xəvatir»: Bədəvi bir ərəb dedi: «Ey Allahın Peyğəmbəri! Qiyamət günü məxluqlarla kim haqq-hesab çəkəcək?» Buyurdu: «Böyük Allah.» Bədəvi soruşdu: «Kəbənin Allahına and olsun ki, xilas olmuşuq.» Həzrət buyurdu: «Necə, ey səhra sakini?» Ərz etdi: «Çünki kəramət sahibi qüdrətli olarsa, bağışlayar.»(əd-Dəvat, səh.114, hədis262

     )

    4343. İmam Əli (ə): «Ey Allah bəndələrinin camaatı! Həqiqətən, Allah sizi irili-xırdalı, gizlin və aşkar işlərinizə görə sorğu-sual edəcək. O zaman sizə cəza versə bilin ki, verilən cəzadan çox zülmkar olmusunuz. Əgər bağışlasa, Allah ondan daha çox bağışlayandır.»(əd-Dəvat, səh.84, hədis211

     )

    4344. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənin bağışlamağını fikir-ləşirəm, xəta və günahlarım mənə asan gəlir. Sonra Sənin cəzalarının ağırlığı yadıma düşür, bəla və narahatlığım mənə böyük görünür.»(əl-Kafi, c.2, səh. 462, hədis 1
     )
    4345. İmam Əli (ə): «İlahi! Mənimlə öz haqqı gözləməyinlə deyil, güzəştinlə rəftar et.»(Bəqərə, ayə269

     )

    4346. İmam Əli (ə): «Hər kim özünü Allahın haramlarından saxlasa, Allahın bəxşişi ona tərəf tələsər.(Mülk, ayə10

     )

    4347. İmam Əli (ə): «Ancaq Allah öz bəndələrini cürbəcür çətinliklərlə sınayır və müxtəlif səylərlə bəndəliyinə doğru çəkir. Bir çox çətinlik və narahatlıqlara mübtəla edir ki, bu yolla təkəbbürü qəlbindən çıxarıb təvazökarlığı ruhlarında qərar versin və onu öz fəzlinə doğru açılan qapıya və öz bağışlamağı üçün asan bir vasitəyə çevirsin.»(Rovzətul-Vaızin, səh. 9

     )

    4348. İmam Sadiq (ə) (Həmişə deyərdi):–«İlahi! Sən güzəşt etməyə mənim cəza çəkməyimdən daha layiqsən.»(Nəhcül-Bəlağə, hikmət 407.

     )

    286 Sağlamlıq
    1311. Sağlamlıq.
    4349. İmam Əli (ə): «Sağlamlıq nemətlərin ən yaxşısıdır. »(Ğurərul-Hikəm, hədis 475

     )

    4350. İmam Əli (ə): «Sağlamlıqdan gözəl heç bir paltar yoxdur.»(Ğurərul-Hikəm, hədis1250

     )

    4351. İmam Əli (ə): «Həyatın ləzzəti sağlamlıqla dadılır.»(Ğurərul-Hikəm, hədis404

     )

    4352. İmam Sadiq (ə): «Sağlamlıq gizlin (və tanınmayan) bir nemətdir. Olanda unudulur (və heç kim qədrini bilmir) və olmayanda yada düşür.»(Yeddinci göyün adı, bəndələrin saleh əməllərinin toplandığı yer.

     )

    4312. Sağlamlığa səbəb olanlar.
    4353. Allahın Peyğəmbəri (s): «Hər kim mənə bir dəfə salavat göndərərsə, Allah sağlamlıqdan onun üzünə bir qapı açar.»(Ğurərul-Hikəm, hədis1325

     )

    4354. İmam Əli (ə): «Sağlamlıq on hissədir. Onun doqquz hissəsi Allahı xatırlamadan nəfəs almamaq, bir hissəsi isə ağılsızla yoldaşlığı tərk etməkdir.»(Ğurərul-Hikəm, hədis272

     )

    4355. İmam Sadiq (ə): «Hər kim uzun müddət sağlam olmaq istəyirsə, ilahi təqva yolunu tutsun.»(Nəhcül-Bəlağə, hikmət38

     )

    1313. Allahdan sağlamlıq diləməyə həvəsləndirmək.
    4356. Allahın Peyğəmbəri (s) (Bir kişinin Allahdan səbr dilədiyini eşitdikdə): «Allahdan bəla istədin, sağlamlıq da istə.»
    4357. Allahın Peyğəmbəri (s): «Allahdan elə bir şey istənilməmişdir ki, Onun dərgahında sağlamlıq istəmək qədər sevimli olsun.»(Tuhəful-Uqul , səh.203

     )

    4358. Allahın Peyğəmbəri (s): «Allahdan sağlamlıq diləyin. Çünki yəqinlikdən (nemətindən) sonra heç kimə sağlamlıqdan gözəl nemət verilməmişdir.»(Tuhəful-Uqul , səh.286

     )

    4359. Allahın Peyğəmbəri (s) (Allahın Peyğəmbərinin (s) şam namazında «Qariə» surəsini oxuduğunu eşitdikdə, Allahın ona öz günahlarına görə bu dünyada əzab verməsini dua edən, sonra isə xəstələnən kişiyə xitabən): «Pis danışmısan. Niyə deməmisən ki, ey bizim pərvərdigaramız. Bizə dünya və axirətdə yaxşılıq əta et və od əzabından qoru?.»Allahın Peyğəmbəri (s) həmin kişinin sağlamlığı üçün dua etdi və o sağaldı.»(əl-Xisal, səh.579, hədis13

     )

    4360. «əd-Dəvat»: İmam Səccad (ə) gördü ki, bir kişi Kəbəni təvaf edə-edə deyir: «İlahi! Mənə səbr ver.» Əlini onun çiyninə vurub buyurdu: «Bəla istəyirsən? De ki, İlahi! Mənə sağlamlıq və sağlamlığın şükrünü əta et.»(əl-İxtisas , səh.244

     )

    1314. (Allahdan) Sağlamlıq diləmək üçün dualar.
    4361. İmam Kazim (ə): «İlahi! Səndən sağlamlıq diləyirəm! Mənə möhkəm sağlamlıq ver və sağlamlığın şükrünü və sağlamlığın şükrünə görə şükrü əta et.»(əl-Kafi, c.1, səh.29,hədis34

     )

    1315. Xüsusi bəndələr.
    4362. İmam Baqir (ə): «Allahın xüsusi bəndələri var ki, onları bəladan qoruyar, sağlam həyat verər, ruzilərini sağlıqla qazanarlar və onları dünyadan sağlam köçürər. Onları sağlam halda yenidən dirildər və sağlıqla cənnətdə yer verər.»(əl-İxtisas , səh.246

     )

    287 Ağıl
    1316. Ağıl.
    Quran:
    «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər.»(əl-Kafi, c.1, səh.25,hədis24

     )

    «Onlar «əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq» deyəcəklər.»(Tuhəful-Uqul, səh.397

     )

    Hədis:
    4363. Allahın Peyğəmbəri (s): «İnsanın mayası ağıldır və ağlı olmayanın dini də yoxdur.»(əl-Kafi, c.1, səh.11,hədis4

     )

    4364. İmam Əli (ə): «Allah-taala bir gün onun vasitəsilə xilas etdiklərindən qeyri heç kimə ağıl vermədi.»(Məcməul-Bəyan, c.1, səh.478

     )

    4365. İmam Əli (ə): «Ağıl ən möhkəm dayaqdır.»(Tuhəful-Uqul, səh.54

     )

    4366. İmam Əli (ə): «Ağıl çirkin işlərdən uzaqlaşdırar və yaxşı işlərə əmr edər.»(Kəşful-Ğummə, c.2, səh.197

     )

    4367. İmam Əli (ə): «Ağıl hər işi sahmana salandır.»(Bunun nəqlində deyilir: «Səndən daha əziz» Başqa bir nəqldə deyilir: «Mənim üçün səndən daha istəkli.» Nəqldə deyilir: «Mənimçin sənin qədər əziz olan heç bir məxluq yaratmamışam.» Başqa bir nəqldə göstərilir: «Elə bir varlıq yaratmamışam ki, səndən daha yaxşı, mənə daha itaətcil, səndən uca, səndən şərafətli və səndən daha əziz olsun.» Nəqldə deyilir: «Sonra, Allah-taala buyurdu: «Səni əzəmətli bir məxluq yaratdım və bütün yaratdıqlarımdan üstün etdim. Digər nəqldə deyilir: «Səndən daha əzəmətli və daha ibadətcil varlıq yaratmadım.»

     )

    4368. İmam Əli (ə): «Ağıl insanı «İlliyun»(əl-Kafi, c.1, səh.26, hədis26

     )a doğru yüksəldər.»(əl-Məhasin,c.1, səh.308, hədis608

     )

    4369. İmam Əli (ə): «Ağıl haqqın carçısıdır.»(Məani-Əxbar,c.1, səh.2

     )

    4370. İmam Əli (ə): «Ən yaxşı qüdrət ağıllı olmaqdır.»(əl-Kafi, c.1, səh.18, hədis12

     )

    4371. İmam Əli (ə): «Ağıl möminin səmimi dostudur.»(əl-Kafi, c.1, səh.16, hədis12

     )

    4372. İmam Baqir (ə): «Ağılsızlıq kimi müsibət yoxdur.»(əl-Kafi, c.1, səh.16, hədis12

     )

    4373. İmam Sadiq (ə): «Böyük Allah ağılı yaratdı. Ağıl, Allahın ərşinin sağ tərəfindən öz nurundan yaratdığı ilk mənəvi varlıqdır.»(Tuhəful-Uqul, səh.15

     )

    4374. İmam Sadiq (ə): «Allah-taala ağlı dörd şeydən: bilik, bacarıq, nur və işə istək və iradədən yaratmışdır. Sonra onu biliklə möhkəmləndirib göylərdə əbədi etmişdir.»(Əvali Lali, c.1, səh. 248, hədis 4

     )

    4375. İmam Sadiq (ə): «Heç bir sərvət ağıllı olmaq qədər bərəkətli deyil və heç bir yoxsulluq ağılsızlıq qədər alçaq deyil.»(Ğurərul-Hikəm, hədis 2141

     )

    4376. İmam Sadiq (ə): «Heç bir mal ağıldan daha faydalı deyil.»(Nəhcül-Bəlağə, məktub31

     )

    4377.İmam Sadiq (ə): «Ağıl möminin yol göstərənidir.»(Mətalibus- Suul , səh. 49

     )

    4378.İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyəsindən): «Ey Heşam! Bəndələr arasında ağıldan üstün heç nə bölünməmişdir. Ağıl sahibinin yuxusu nadanın gecə sübhədək ibadətindən yaxşıdır. Allah yalnız ağıl sahiblərini peyğəmbər seçmişdir ki, ağılı bütün səy göstərənlərin səyindən daha yüksək olsun. Bəndə də Allahdan öyrəndiyi (onu başa düşdüyü və itaətinin zəruriliyini anladığı) Allahın vacibatlarından heç birini kənara qoymaz.»(Məanil- Əxbar, , səh. 240 , hədis 1

     )

    4379. İmam Rza (ə): «Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.»(Məanil- Əxbar, , səh. 401, hədis 62

     )

    1317. Cəza və mükafat verilməsində ağılın rolu.
    4380. Allahın Peyğəmbəri (s) (Bir kişidən danışan dəstəyə xitabən):– «Həmin kişinin ağlı nə yerdədir?» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz onun ibadətdə və yaxşı işlərdə çalışqanlığı barədə danışırıq, sənsə bizdən onun ağlı barədə soruşursan?» Həzrət buyurdu: «Doğrudan da ağılsız insan öz ağılsızlığı ilə pis adamın çirkin əməllərindən də pis iş görər. Sabah, qiyamət günündə bəndələr öz ağıllarının səviyyəsinə görə dərəcələrə nail olub Allahlarına yaxın məqama çatarlar.»(Tuhəful-Uqul, səh.28

     )

    4381. Allahın Peyğəmbəri (s): «Xeyir və yaxşılıq tamamilə ağılla qazanılır və ağlı olmayanın dini də olmaz.»(Əmali-Səduq , səh.28 , hədis 4

     )

    4382. İmam Həsən (ə): «Hər iki sarayı qazandıran ağıldır. Hər kim ağıldan məhrum olsa, hər iki saraydan məhrum qalar.»(Nəhcül-Bəlağə, hikmət 6

     )

    4383. İmam Baqir (ə): «Allah-taala ağlı yaratdıqda ona buyurdu: «Üzünü tut» və o üzünü tutdu. Sonra buyurdu: «Geri dön» və o da geri döndü. Onda buyurdu: «İzzət və cəlalıma and olsun ki, mən səndən yaxşı məxluq yaratmamışam»(Nəhcül-Bəlağə, hikmət 235

     ). Sənə əmr edirəm və sənə qadağan edirəm. (əmr və qadağa subyektim məhz sənsən). Səni mükafatlandırıram və sənə cəza verirəm.»(əl-İxtisas, səh.245.

     )

    4384. İmam Baqir (ə): «Musaya (ə) vəhy edilənlərdən biri də bu idi: Mən bəndələrimi, onlara verdiyim ağlın dərəcəsinə uyğun olaraq sorğu-sual edəcəyəm.»(əl-Kafi, c.1, səh.11, hədis3

     )

    4385. İmam Baqir (ə): «Kitabda (İmam Əlinin (ə) kitabı nəzərdə tutu¬lur) oxudum ki, hər kimsənin dəyəri onun biliyi qədərdir. Həqiqətən, Allah-taala camaatı, dünyada onlara verdiyi ağıl və dərrakəyə uyğun olaraq sorğu-sual edəcəkdir.»(əl-Kafi, c.1, səh.116, hədis20

     )

    4386. İmam Kazim (ə): «Hər kim malı sərvəti olmadan qüdrət sahibi olmaq, ürəyinin paxıllıqdan rahatlığını və sağlam dinə sahib olmaq istəyirsə, yalvararaq Allahdan ağlının kamilləşdirməsini diləməlidir.»(Tuhəful-Uqul, səh.390

     )1318. Ağlın hüccəti.
    4387. İmam Kazim (ə): «Allahın insanlar üçün iki hüccəti var: xarici və daxili hüccət. Xarici hüccət elçilər, peyğəmbərlər və imamlar (ə), daxili hüccət isə ağıldır.»(əl-Kafi, c.1, səh.17, hədis12

     )

    4388. İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyyəsindən):–«Allah-taala öz peyğəmbərləri və rəsullarını yalnız ona görə bəndələrinə doğru göndərdi ki, onlar Allahdan öyrənsinlər. Deməli, onlardan biliyi daha yaxşı olan dəvəti daha tez qəbul edər. Allahın işlərində ən bilikliləri ağlı daha yaxşı olanlardır. Ağlı daha kamil olan, dünya və axirətdə daha yüksək məqamda olar.»(Ğurərul-Hikəm, hədis1717

     )

    1319. Ağlın təfsiri.
    4389. Allahın Peyğəmbəri (s): «Həqiqətən də, ağıl nadanlığın dizlərinin buxovudur. Nəfs isə ən şər-xəta heyvandır ki, ayağı bağlanmasa azğınlaşar.»(Ğurərul-Hikəm, hədis3291

     )

    4390. Allahın Peyğəmbəri (s): «Ağıl, Allahın insan üçün yaratdığı bir nurdur. Onu qəlbin işıqlandırıcısı etdi ki, insan onun vasitəsilə görünənlərlə görünməyənlərin fərqini ayırd etsin.»(Əlamuddin, səh.298

     )

    4391. İmam Əli (ə): «Ağıl odur ki, sözünü bilib danışasan və dediyinə əməl edəsən.»(əd-Dəvat, səh.221, hədis403

     )

    4392. İmam Əli (ə): «Ağıl təcrübələri qoruyub saxlamaqdır. Sənin ən yaxşı təcrübən isə ondan öyüd götürdüyündür.»(Tuhəful-Uqul, səh.364

     )

    4393. İmam Əli (ə): «Ağıl iki növdür: təbii (və zati) ağıl və təcrübi ağıl. Onların hər ikisi xeyirlidir.»(əl-İxtisas,səh.244

     )

    4394. İmam Həsən (ə) («Ağıl nədir?» sualına verdiyi cavabdan):–«Fürsət qazanana qədər qəm-qüssə camını qurtum-qurtum içmək.»(Əlamuddin, səh.333

     )

    4395. İmam Həsən (ə)–(əziz atasının «Ağıl nədir?» sualına cavabından):– «Ürəyinin ona tapşırdığını saxlamasıdır.»(Ğurərul-Hikəm, hədis10957 Nəhcül-Bəlağə, hikmət 301

     )1320. Ağıllı insanın xüsusiyyətləri.
    4396. Allahın Peyğəmbəri (s): «Ağıllı insanın xüsusiyyəti budur ki, nadanın ona qarşı cahilyana rəftarına səbr etsin, ona zülm edəni bağışlasın, kasıbların müqabilində təvazökar olsun, özündən yuxarı olanı yaxşılıqda ötüb keçsin, söz demək istədikdə düşünsün, demək istədiyi yaxşı olarsa desin və faydalansın. Əgər pis olsa, sussun və salamat qalsın. Fitnə ilə qarşılaşdıqda Allaha sığınsın və əlini, dilini saxlasın. Fəzilət gördükdə onu qənimət sansın, abır-həya ondan ayrılmasın, tamahkarlıq ona yaxın düşməsin. Bunlar ağıllı insanları tanıtdıran on xüsusiyyətdir.»(Ğurərul-Hikəm, hədis5608

     )

    4397. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı, onların camaatla ən mülayim olanıdır.»(Ğurərul-Hikəm, hədis5600

     )

    4398. İmam Əli (ə): «Ağıllı insanın sinəsi, sirr xəzinəsidir.»(Ğurərul-Hikəm, hədis6221

     )

    4399. İmam Əli (ə) («Ağıllı insan kimdir?» sualına cavabından):–«Ağıllı odur ki, hər şeyi öz yerində işlətsin.» Ərz olundu: «Nadanı bizə təsvir et» Buyurdu: «Təsvir etdim.»(Ğurərul-Hikəm, hədis5422

     )

    4400. İmam Sadiq (ə): «Ağıllı bir deşikdən iki dəfə sancılmaz.»(Ğurərul-Hikəm, hədis7091

     )

    4401. İmam Sadiq (ə) («Ağıl nədir?» sualına cavabından):–«Ağıl odur ki, onun vasitəsilə rəhimli Allaha ibadət olunsun və cənnət qazanılsın.» Rəvayətçi deyir: «Soruşdum ki, bəs Müaviyədə olan nə idi?»
    Həzrət buyurdu: «O hiylə idi, şeytanlıq idi. O ağla oxşayır, ancaq ağıl deyil.»(Nəhcül Bəlağə, hikmət71

     )

    4402. İmam Sadiq (ə): «Zəmanəsini tanımaq, öz işi ilə məşğul olmaq və dilini saxlamaq ağıllı insanın işidir.»(Ğurərul-Hikəm, hədis8226

     )

    4403. İmam Kazim (ə): «Ağıllı insan yalanını çıxarmağa qorxduğu insanla kəlmə kəsməz, əsirgəməyə qorxduğu kimsədən heç nə istəməz və öhdəsindən gələ bilməyəcəyi vədi verməz. Ümid etdiyinə görə danlanacağına ümid bağlamaz və onda aciz qalacağı işə girişməz.»(Ğurərul-Hikəm, hədis5180

     )

    4404. İmam Kazim (ə): «Ağıllı insan dünyanın əyər-əksiyinə, hikmət ilə qarışmış olsa,–şad olar. Ancaq dünyanı qazanmış olsa da hikmətdən az faydalanarsa sevinməz. Buna görə də ticarətlərində qazanarlar.»(Ğurərul-Hikəm, hədis5901

     )

    1321. Ağlı artıran şeylər.
    4405. İmam Əli (ə): «Ağıl elə bir hissdir ki, bilik və təcrübə ilə çoxalar.»(Kənzul-Fəvaid, c.1, səh.200

     )

    4406. İmam Əli (ə): «Boş işlərdən əl çəkməklə ağlın artar.»(Kənzul-Fəvaid, c.1, səh.199

     )

    4407. İmam Hüseyn (ə) (Müaviyənin yanında söz ağıldan düşdükdə):– «Ağıl haqqa tabe olmasa, kamala yetişməz.» Müaviyə dedi: «Sizin sinələrinizdə yalnız bir şey vardır.»(Nəhcül Bəlağə, hikmət450.

     )

    4408. İmam Sadiq (ə): «Biliklərə çox nəzər salmaq (və düşünmək) ağlı açar və çiçəkləndirər.»(Kənzul-Fəvaid, c.1, səh.199

     )

    4409. İmam Sadiq (ə): «Hikmət barədə çox düşünmək ağlı bərəkətləndirər.»(Biharul-Ənvar, c.78, səh.186, hədis 16

     )

    4410. İmam Sadiq (ə): «Ağlın kamilləşməsi üç şeydədir: Allah müqabilində əyilib yerlə yeksan olmaq, gözəl şəkildə yəqinliyə malik olmaq və yaxşı sözlər deməkdən qeyri hallarda susmaq.»(Ğurərul-Hikəm, hədis4043

     )

    1322. İnsan ağlının ölçü meyarları.
    4411. Allahın Peyğəmbəri (s): «Bunlar ağlın nişanələrindəndir: yalan saraydan uzaqlaşıb həqiqi saraya üz tutmaq, gor evi üçün azuqə toplamaq və qiyamət gününə hazırlaşmaq.»(Ğurərul-Hikəm, hədis7985

     )

    4412. İmam Əli (ə): «Hər insanın sözlərindən onun ağlının səviyyəsini bilmək olar.»(Ğurərul-Hikəm, hədis9299

     )

    4413. İmam Əli (ə): «Sənin elçin sənin ağlının göstəricisi və məktubun ən aydın danışan carçındır.»(Ğurərul-Hikəm, hədis7093

     )

    4414. İmam Əli (ə): «İnsanların ağılları altı şeylə ölçülür: qəzəbli olan vaxt səbr, qorxan zaman dözümlü olmaq, istək və meyl olduqda mötədil hərəkət etmək, bütün hallarda Allahdan qorxmaq, xoş davranmaq və söz-söhbətin azlığı.»(Ğurərul-Hikəm, hədis4589

     )

    4415. İmam Əli (ə): «İnsanların ağılları altı şeylə ölçülər: yoldaşlıq, alış-veriş, hökmranlıq etmək, kənara çəkilmək (hakimiyyətdən), imkanlı və yoxsul olmaq.»(Ğurərul-Hikəm, hədis4602

     )

    4416. İmam Əli (ə): «İnsanların ağlı bədahətən danışıqda sınanar.»(Ğurərul-Hikəm, hədis4654

     )

    4417. İmam Əli (ə): «İnsanın fikri onun ağlının ölçüsüdür.»(Ğurərul-Hikəm, hədis1254

     )

    4418. İmam Əli (ə): «Düzgün işlərin çoxluğu ağlın çoxluğundan xəbər verir.»(Mətalibus-Suul, səh.56

     )

    4419. İmam Əli (ə): «Ağıl kamilləşdikdə, danışıq azalar.»(Nəhcül-Bəlağə, hikmət 211

     )

    4420. İmam Əli (ə): «Kimin ağlı kamilləşərsə, şəhvətə dəyər verməz.»(Nəhcül-Bəlağə, hikmət 252

     )1323. Ağlı gücdən salan amillər.
    4421. İmam Əli (ə): «Şəhvət və istəklərin təsirindən ağıl aradan gedər.»(Nəhcül-Bəlağə, xütbə 86

     )

    4422. İmam Əli (ə): «Ağılların puç olmasının səbəbi üstünlük axtarmaq-dadır.»(əd-Durrətul Bahirə, səh.31

     )

    4423. İmam Əli (ə): «İnsanın xüdpəsəndliyi, onun ağlının süstlüyünü göstərir.»(Bəqərə, ayə125

     )

    4424. İmam Əli (ə): «Kim nadanlarla oturub dursa ağlı azalar.»(Kənzul-Ummal, hədis18091

     )

    4425. İmam Əli (ə): «Yalnız ağlı azca azalanlardan başqa, kimsə zarafat etmədi.»(Mən la Yəhzuruhul Fəgih, c.2, səh.189, hədis 2108

     )

    4426. İmam Əli (ə): «Ağıl sahiblərinə qulaq asmayanın ağlı ölər.»(Təhzibul-Əhkam, c.2, səh.287, hədis 869

     )

    4427. İmam Baqir (ə): «Yalnız ağlı azalanların qəlbinə təkəbbür yol tapar.»(əl-Kafi, c.4, səh.176, hədis1

     )

    1324. Ağlın süstlüyünün nişanələri.
    4428. İmam Əli (ə): «Ağıllar azalanda, (özünü) üstün bilməklər artar.»(Zümər, ayə9

     )

    4429. İmam Əli (ə): «Kim ağlı azalarsa, pis söz danışar.»(Mücadilə, ayə11

     )4430. İmam Əli (ə): «Nadanlarla oturub durmaq ağılsızlıqdandır.»(Kənzul-Ummal, hədis28784

     )

    4431. İmam Əli (ə): «Arzuların çoxluğu, ağlın puçluğundandır.»(Biharul-Ənvar, c.77, səh.175, hədis 9

     )

    1325. Ağlın meyvəsi.
    4432. İmam Əli (ə): «Ağlın meyvəsi dözümlülükdür. (Allah yolunda mətanətli olmaqdır).»(Əmali-Tusi, səh.488, hədis 1069

     )

    4433. İmam Əli (ə): «Ağlın meyvəsi haqqa sadiq qalmaqdır.»(Əmali-Səduq, səh.27, hədis 4

     )

    4434. İmam Əli (ə): «Ağlın meyvəsi dünyanı düşmən bilmək və həvəsləri öldürməkdir.»(əl-Muhəccətul- Beyza, c.1, səh.14

     )

    4435. İmam Əli (ə): «Ağıl, meyvəsi bağışlamaq və həya olan bir ağacdır.»(əd-Durrul-Mənsur, c.3, səh.423

     )

    1326. Ağlın düşməni.
    4436. İmam Əli (ə): «Ağlın düşməni nəfsani istəklərdir.»(Ğurərul-Hikəm, hədis (536+6379)

     )

    4437. İmam Əli (ə): «Qalib həvəslərə əsir olan nə qədər ağıl var.»(Tuhəful-Uqul, səh.208

     )

    4438. İmam Əli (ə): «Allah ağlı qorumaq üçün... şərabdan uzaqlaşmağı vacib buyurmuşdur.»(Ğurərul-Hikəm, hədis536

     )

    4439. İmam Əli (ə): «Bilin ki, arzu ağlı qəflətə salır və Allahı xatırlamağı ona unutdurur.»(Ğurərul-Hikəm, hədis837
     )
    4440. İmam Əli (ə): «Nəfsani istəklər ayıq, ağıl isə yatmışdır.»(Kənzul-Fəvaid, c.1, səh.319

     )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 832 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019