İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    293 Məad
    1371. Məad.
    4660. Loğman (ə) (Öz oğluna verdiyi öyüddən): «Övladım! Əgər ölümə şəkkin varsa, yuxunu özündən uzaqlaşdır. Ancaq bil ki, bunu heç vaxt bacarmayacaqsan. Əgər yenidən dirilməyə şübhən varsa, onda yuxudan oyanmağı özündən uzaqlaşdır. Ancaq bil ki, heç vaxt bunu da bacarmaya-caqsan.»(Tur, ayə 10

     )

    4661. Allahın Peyğəmbəri (s): «Məad əməl meydanıdır. (Dünyada) İş görən (məadda) xoşhal və fayda götürənlərdən olar. (İş üçün fürsəti) Əldən verən isə qəmli və peşman olar.»(Qariə, ayə 5

     )

    4662. İmam Səccad (ə): «Ey Adəm övladı! Bil ki, bu günün arxasınca daha böyük, daha qorxulu və qəlblər üçün daha ağrılı gün gələcək. Həmin gün qiyamət günüdür. Həmin gün insanlar bir yerə toplanacaq və həmin gün hamı olacaq. Belə bir gündə Allah-taala yaratdığı ilk və son məxluqu bir yerə yığacaq.»(İnfitar, ayə 2

     )

    1372. Məadı sübuta yetirən dəlillər.
    Quran:
    «Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?.»(Təkvir, ayə 1 və 2

     )

    «Yoxsa, Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?»(İnfitar, ayə 2. 

     )

    «Öz yaradılışını unudub bizimçün bir misal çəkdi: «Bu çürümüş sümükləri kim dirildəcək?» De ki: «Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər məxluqu biləndir.»(Haqqə, ayə 16

     )

    «İnsan deyir: «Mən öldükdən sonra tezliklə qəbirdən dirildilib çıxardılacağam?» İnsan onu ilk öncə heç nəyin olmadığı vaxt yaratdığımızı xatırlamırmı?»(Qaf, ayə 42, bax: Yasin, 51-53-cu ayələr

     )

    «Odur məxluqları xəlq edən, sonra onları (öldükdən sonra) yenidən yaradır. Bu (yenidən diriltmək) Onunçün çox asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Ona məxsusdur. Odur hikmətli və əziz.»(əl-Xisal, səh. 119, hədis 108

     )

    «Allahın rəhmətinin nişanələrinə bax ki, torpağı solduqdan sonra necə dirildir. Bu elə ölüləri dirildən Allahdır. O, hər şeyə qadirdir.»(Tənbihul-Xəvatir, c.2, səh. 133. 

     )

    «Buludları hərəkətə gətirmək üçün küləkləri göndərən Allahdır. Biz o buludu ölü torpaqlara tərəf qovur və onunla cansız torpaqları dirildirik. İnsanların dirildilməsi də belədir.»(əl-Tərğib və əl-Təhrib, c. 4, səh. 384, hədis 11. 

     )

    1373. Qiyamət gününün yaxında olması.
    Quran:
    «İnsanların haqq-hesab günü yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər.»(Kənzul-Ummal, hədis 38938

     )

    Hədis:
    4663. Allahın Peyğəmbəri (s) (Şəhadət barmağı ilə orta barmağını yanaşı göstərərək): «Mənim dirildilməyimlə qiyamət (arasındakı zaman fasiləsi) iki barmaq qədərdir.» Sonra buyurdu: «And olsun canım Onun əlində olana ki, mən qiyamət gününü öz çiynimdə hiss edirəm.»(Əmali-Tusi, səh. 653, hədis 1353

     )

    4664. İmam Əli (ə): «Siz və qiyamət bir kəndirə bağlanmısınız.»(Nəhcül-Bəlağə, xütbə 102. 

     )

    1374. Yalnız Allah qiyamət gününün nə vaxt çatacağından xəbərdardır.
    Quran:
    «Camaat səndən qiyamət gününün nə vaxt olacağını soruşar. De ki, «onu ancaq Allah bilər.» Nə bilirsən, bəlkə də tezliklə olacaq.»(əl-Kafi, c. 8, səh. 95, hədis 69

     )

    Hədis:
    4665. İmam Sadiq (ə): «İsa ibn Məryəm (ə) Cəbrayıldan (ə) soruşur: «Qiyamət nə vaxt olacaq?» Cəbrayıl elə halsız və narahat olur ki, huşunu itirir. Özünə gəldikdə deyir: «Ey Allahın ruhu! Mən bu barədə sənin bildiyindən çox bilmirəm. Göylərdə və yerlərdə olan Allaha məxsusdur. Qiyamət gözlənilmədən və xəbərsiz sizi yaxalayar.»(Səvabul-Əmal, səh. 319, hədis 1. 

     )

    1375. Qiyamətin yaxınlaşmağının nişanələri.
    Quran:
    «Qiyamətin qəfil başlarının üstünü almasınımı gözləyirlər? Hər an qiyamətin gəlməyinin nişanələri aşkar görünür. Qiyamət qopduqda nəsihət götürməyin nə faydası?»(Səvabul-Əmal, səh. 322, hədis 8.

     )

    «Sur çalınacaq. Sonra yalnız Allahın istədiklərindən savayı göylərdə və yerlərdə olanlar hamısı bihuş olacaqlar (öləcəklər). Sonra bir daha Sur çalınacaq və yerlərindən dərhal qalxıb baxacaqlar.»(Səvabul-Əmal, səh. 329, hədis 1.

     )

    «Yer üzü ən ağır titrəyişlərlə titrədildiyi vaxt… »(əl-Kafi, c. 2, səh. 311, hədis 11. 

     )

    «Elə deyil, yer dağılıb parça-parça olanda….»(əl-Kafi, c. 2, səh. 351, hədis 2.

     )

    «Dağlar sürətlə yerindən qopar.»(İsra, ayə 13 və 14

     )

    «Dağlar didilmiş yun kimi olacaq.»(Qummi təfsiri, c. 1, səh. 17. 

     )

    «Dənizlərin yarıldığı an…»(Əyyaşi təfsiri, c.2, səh.328, hədis 35

     )

    «Günəş sönük olanda, ulduzların işığı yox olanda… »(Əyyaşi təfsiri, c.2,səh.328, hədis 34

     )

    «Ulduzlar dağılıb səpələnəndə…»(İnşiqaq, ayə 7-9 

     )

    «Göy həmin gün süstləşib parçalanar.»(əl-Zöhd lil Hüseyn ibn Səid, səh. 92, hədis 246

     )

    1376.Qəbrlərdən çölə çıxılan gün.
    Quran:
    «Dəhşətli tükürpədici səsi doğrudan-doğruya eşidəcəkləri gün qəbrlərdən çıxma günüdür.»(İnşiqaq, ayə 10-13. 

     )

    Hədis:
    4666. İmam Səccad (ə): «Adəm övladının ən ağır anları üç andır: ölüm mələyini gördüyü an, öz gorundan çıxdığı və böyük Allahın dərgahında dayandığı an.»(əl-Zöhd lil Hüseyn ibn Səid, səh. 92, hədis 246

     )

    1377.Məhşərin xüsusiyyətləri.
    4667. Allahın Peyğəmbəri (s): «İnsan yaşamış olduğu kimi ölər, öldüyü şəkildə də dirildilər.»(Ğurərul-Hikəm, hədis 402

     )

    4668. Allahın Peyğəmbəri (s): «Həqiqətən də, sizlər ayağıyalın, çılpaq və sünnətsiz halda Allahın görüşünə gətiriləcəksiniz.»(Ğurərul-Hikəm, hədis 7327

     )

    4669. Allahın Peyğəmbəri (s): «Qiyamət günündə hamı susuz ola-caq.»(Ğurərul-Hikəm, hədis 6409

     )

    4670. İmam Əli (ə): «Ey yolunu azmış bixəbər! Yol göstərən nəsihətçini dinlə! Qiyamət günü əməllərin göstərildiyi, sorğu-sual, cəza və mükafatın verildiyi gündür. Elə bir gündür ki, insanların əməlləri ora qaytarılar və bütün günahlar hesablanar. Belə bir gündə, gözlərin halqası közərər, hamilələr qarınlarında olanı salarlar.»(Ğurərul-Hikəm, hədis 7634

     )

    4671. İmam Əli (ə): «Qiyamət günü elə bir gündür ki, Allah-taala haqq-hesab və əməllərin cəzasını vermək üçün bütün insanları- ilk insandan tutmuş, sonuncu nəfərə qədər– başlarını aşağı dikib boyunları bükük, başlarından və üz-gözlərindən tər axan, torpağın onları silkələdiyi bir halətdə bir yerə yığdığı gündür. (Həmin gün) İnsanların ən xoşhalı, ayağını qoymağa və özünə yer tapa biləndir.»(Ğurərul-Hikəm, hədis 10288

     )

    1378. Təqvalılar qiyamət günündə.
    4672. Allahın Peyğəmbəri (s) («Təqvalıları mərhəmətli Allahın dərgahına elçilər qismində toplayırıq» ayəsi barədə buyurduğundan):«Onlar Allahın təqva yolunu tutan insanlardır. Allah onları sevmiş, seçmiş və əməllərindən razı olmuşdur. Buna görə də onları təqvalılar adlandırmışdır.»(Nəhcül-Bəlağə, məktub 31

     )

    1379. Günah edənlər qiyamət günündə.
    4673. İmam Sadiq (ə): «Hər kim müsəlmanlarla ikiüzlü və ikidilli rəftar edərsə, qiyamət gününə oddan iki dili olan insan kimi gətiriləcəkdir.»(Kənzul-Ummal, hədis 36549

     )

    4674. İmam Sadiq (ə): «Hər kim zülm və haqsızlıqla öz qardaşının malını yesə və ona qaytarmasa, qiyamət günündə oddan qığılcım udar.»(Ğurərul-Hikəm, hədis 6232

     )

    4675. İmam Sadiq (ə): «Camaatı aldatmaq üçün Quran oxuyan, qiyamət gününə üzü sür-sümüklü və ətsiz halda gətirilər.»(Tənbihul-Xəvatir, c. 2, səh. 113. 

     )

    4676. İmam Sadiq (ə): «(Qiyamət günündə) Təkəbbürlü insanlar qarışqa halına salınacaq və Allah-taala öz bəndələri ilə haqq-hesab çəkənə qədər insanlar onları daima ayaqları altında əzəcəklər.»(Ğurərul-Hikəm, hədis 357

     )

    4677. İmam Sadiq (ə): «Qiyamət günü gələndə carçı car çəkəcək ki, hardadır mənim dostlarımdan üz döndərənlər? (və ya onları hüquqlarından məhrum edənlər və yaxud onlara rişxənd edənlər).» Sonra üzlərində ət olmayan bir dəstə yerindən qalxacaq və onlara deyiləcək: «Bunlardır, möminləri incidən, onlarla düşmənçilik və onlara qarşı inadkarlıq edənlər. Dinlərinə görə onları bərk məzəmmət edən kimsələrdir.» Bu zaman onları cəhənnəmə aparılmaları əmr olunacaq.»(Ğurərul-Hikəm, hədis 2873

     )

    1380. Əməl dəftəri.
    Quran:
    «Biz hər bir insanın yaxşı və pis əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi qarşısına qoyarıq. (və ona belə deyərik) Oxu kitabını. Bu gün özün-özünlə haqq-hesab çəkməyə bəs edərsən.»(Ğurərul-Hikəm, hədis 4300

     )

    Hədis:
    4678. İmam Bağır (ə) («Biz hər bir insanın yaxşı və pis əməlini öz boynundan asar...» ayəsi barədə): «Harada olur-olsun, onun yaxşı və pisi də onunladır və qiyamət günündə əməl dəftəri özünə verilənə qədər onlardan ayrıla bilməz.»(Ğurərul-Hikəm, hədis 6405

     )

    4679. İmam Sadiq (ə) («Oxu kitabını. Bu gün özün-özünə haqq-hesab çəkməyə bəs edərsən.» ayəsi barədə): «Bəndənin bütün əməlləri və onunçün yazılanların hamısı onun yadına salınacaq. Sanki həmin andaca törətmişdir. Buna görə də deyərlər: «Vay bizim halımıza! Bu necə yazıdır ki, kiçicik və böyük şeylərdən heç biri də buraxılmamışdır.”(Ğurərul-Hikəm, hədis 5199

     )

    4680. İmam Sadiq (ə): «Qiyamət günündə insanın əməl dəftəri ona verilər və deyilər: ”Onu oxu.» (Rəvayətçi deyir) Ərz etdim: Həmin məktubda olanları bilirsinizmi? Həzrət buyurdu: «Heç bir baxışı, heç bir deyilməmiş sözü, atdığı heç bir addımı və gördüyü heç bir iş olmaz ki, həmin məktubda yazılmamış olsun. O, həmin əməllərini elə yada salar ki, elə bil indicə gör-müşdür. Buna görə də, deyərlər: «Vay bizim halımıza! Bu necə yazıdır ki,...»(Ğurərul-Hikəm, hədis 2969

     )

    1381. Sağ və sol tərəfin səhabələri.
    4681. İmam Sadiq (ə): «Allah-taala möminlə haqq-hesab çəkmək istədikdə, əməl dəftərini onun sağ əlinə verər və Özü ilə onun arasında haqq-hesab çəkər. Sonra buyurar: Mənim bəndəm. Filan işi, behman əməli görmüsən. Ərz edər: Bəli, ey pərvərdigar! Mən bu işləri görmüşəm. Allah-taala buyurar: Mən onları sənə bağışlayıb xeyir əməllərə çevirdim. Sonra camaat deyər: Sübhanallah. Bu bəndənin heç bircə günahı da olmayıb? Allahın "Əməl dəftəri sağ əlinə verilənlə asan haqq-hesab çəkilər və özününkülərin yanına şad qayıdar” sözünün mənası budur.»(Ğurərul-Hikəm, hədis 6906 
    Nəhcül-Bəlağə, hikmət 359 )

    4682. İmam Sadiq (ə): «Allah taala ...... hərgah bəndənin pisliyini istəsə, camaatın yanında onunla haqq-hesab çəkib məhkum edər və əməl dəftərini sol əlinə verər. Allahın "Əməl dəftəri boynunun arxasından onlara verilənlər dərhal deyər ki, vay olsun halıma, mən məhv oldum. Dünyada özününkülərlə şad-xürrəm yaşayan beləsi, şölənələn alova daxil olar.” sözünün mənası da budur.»(Maidə, ayə 114 
    Nəhcül-Bəlağənin şərhi, c. 20, səh. 73 )

    294 Adət
    1382.Adət
    4683. İmam Əli(ə): «Adət ikinci (insan) təbiətdir.»(Biharul-Ənvar, c. 40, səh. 326, hədis 7

     )

    4684. İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.»(Mən la yəhzuruhul-Fəqih, c. 3, səh. 300, hədis 4073

     )

    4685. İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.»(Mən la yəhzuruhul-Fəqih, c. 3, səh. 300, hədis 4074

     )

    4686. İmam Əli(ə): «Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.»(Biharul-Ənvar, c. 59, səh. 92, hədis 1

     )

    4687. İmam Əli(ə): «Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.»(Vəsailuş-Şiə, c. 7, səh. 346, hədis 1

     )

    4688. İmam Əli(ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyyələrindən): «Yeniyetmə qəlbi xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə və ədəb verməyə tələsdim.”(Biharul-Ənvar, c. 59, səh. 100, hədis 2 və c 48, səh. 108, hədis 9. 

     )

    4689. İmam Əli(ə) (Ona faludə (un, su və baldan hazırlanmış halva) gətirib qarşısına qoyduqda buyurmuşdur): «Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz tamın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm.»(Kənzul-Ummal, hədis 24094

     )

    4690. İmam Əli(ə): «Özünü yaxşı işlər görməyə öyrəşdir və tavan yüklərini, cərimələri çiyninə çək ki, nəfsin şərafətinə çatasan, axirətin abad olsun və alqış edənlərin çox olsun.»(Kənzul-Ummal, hədis 24095

     )

    4691. İmam Həsən (ə): «Adətlər qəhr edəndirlər. Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.»(Kənzul-Ummal, hədis 18101

     )

    1383. Adətlərə üstün gəlmək.
    4692. İmam Əli (ə): «Fəzilət adətlərə üstün gəlməkdir.»(Nəhcül-Bəlağə, xütbə 176.

     )4693. İmam Əli(ə): «Ən üstün ibadət, adətə qalib gəlməkdir.»(Ğurərul-Hikəm, hədis 3233

     )

    4694. İmam Əli(ə): «Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.»(Tuhəful-Uqul, səh. 88.

     )

    4695. İmam Əli(ə): «İbadətləriniz asanlaşsın deyə, adətlərinizi dəyişdirin.»(əl-Kafi, c.2, səh.243, hədis 337

     )

    4696. İmam Əli(ə): «Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin. Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.»(Mostətrəfatus-Səraer, səh. 48, hədis 7

     )

    1384. Adətləri dəyişməyin çətinliyi.
    4697. İmam Əli(ə): «Siyasətlərin ən mətini adətləri dəyişməkdir.»(Tuhəful-Uqul, səh.501

     )

    4698. İmam Əli(ə): «Hər işi görmək mümkündür, yalnız adətləri dəyişməkdən başqa.»(Kənzul-Ummal, hədis 44141

     )

    4699. İmam Əli(ə): «Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.»(əl-Xisal, səh. 110, hədis 81

     )

    295 Bayram
    1385.Bayram
    Quran:
    «Məryəm oğlu İsa dedi: Pərvərdigara, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizlər və bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.»(Nəhcül-Bəlağə, hikmət 349.

     )

    Hədis:
    4700. İmam Əli(ə) (Bayramların birində): «Həqiqətən də, bu bayram Allah oruc-namazını qəbul edən üçün bayramdır. Allaha itaətsizlik etmədiyimiz hər bir gün bayramdır.»(Nəhcül-Bəlağə, hikmət 353.

     )

    4701. İmam Əli(ə): «Bir bayram günündə Əmir-əl-mömininin (ə) yanına getdim. Gördüm ki, Həzrətin qarşısında açılmış süfrəyə bir az buğda çörəyi, bir qab firni və bir qaşıq var. Ərz etdim: «Ey Əmir-əl-möminin! Bayram günündə firni?» Həzrət buyurdu: «Bu, bağışlanan kimsənin bayra-mıdır.»(Kənzul-Ummal, hədis 6387

     )

    1386. Novruz
    4702. «Mən lə yəhzəruhul fəqih»: «Novruzda Əmir-əl-mömininə bir hədiyyə gətirdilər. Həzrət soruşdu: Bu nədir? Ərz etdilər: «Ey Əmir-əl-möminin! Bu gün Novruzdur.» İmam buyurdu: «Hər günümüzü Novruza çevirin.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.239, hədis 7

     )

    4703. İmam Əli (ə): «Bizim Novruzumuz hər gündür.»(əl-Kafi, c. 2, səh. 207, hədis 8.

     )

    4704. İmam Sadiq (ə) (Novruz günündə onun qulluğuna gələn Müəlla ibn Xənisə xitabən): «Bilirsənmi bu gün nə gündür?» (Müəlla deyir) Ərz etdim: Sənə fəda olum, bu iranlıların əziz tutduğu və bir-birinə hədiyyə, bayramlıq verdikləri bir gündür. İmam Sadiq (ə) buyurdu: «And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən....
    Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imamlara (ə) iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür...
    Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir. İranlılar onu qoruyub saxladı, sizlər isə əldən buraxdınız...
    Novruz iranlıların ilinin ilk günüdür. Onlar sayları otuz min nəfər olsa da, sağ qaldılar, yaşadılar və Novruz günündə su səpmək adətə çevrildi...»(Ğurərul-Hikəm, hədis8260+826.

     )

    4705. İmam Sadiq (ə): «Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını gey, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir və həmin gün oruc tut.»(Nəhcül-Bəlağə, xütbə 113)
    4706. «Biharul Ənvar»: «Nəql olunanlara görə, Mənsur Dəvaniqi İmam Kazimdən (ə) camaatın onu təbrik etməsi üçün Novruzda evdə oturmasını və onunçün gətirdikləri hədiyyələri qəbul etməsini xahiş edir. İmam (ə) buyurur: «Mən babam peyğəmbərin (s) hədis və rəvayətlərində axtarsam da, bu gün haqda nəsə tapmadım. Novruz iranlıların adətidir və İslam onu mənsux (ləğv) etmişdir. İslamın aradan götürdüyünü həyata qaytarmağımızdan Allaha pənah!» Mənsur dedi: «Biz bu işi yalnız döyüşçülərə görə edirik (və bir hərbi siyasətdir). Səni and verirəm o böyük Allaha, evdə əyləş.” Həzrət qəbul edir və evdə əyləşir....»(Tuhəful-Uqul, səh. 366.

     )

    1378.Bayramların zivəri.
    4707. Allahın Peyğəmbəri (s): «Öz bayramlarınızı «Allahu əkbər»lə (deməklə) zinətləndirin.»(«Huməzə» surəsinin 1-ci ayəsindədir. Leksik mənası haqsız yerə başqalarından çox xır¬da¬çılıq edən, eyib olmayanı eyib tutan deməkdir. «Həməzə»nın əsil mənası sındırmaqdır. Bun¬ra görə də, kimsə başqalarına eyib tutub xırdaçılıq edənsə bir növ onu (şəxsiyyətin) sın¬dır¬mış kimidir. «Ləmz» sözünün mənası da eyib deməkdir. «Huməzə» və «Luməzə» sino¬nim¬dirlər. Bəziləri bu iki sözün fərqini, «huməzə»nin kiminsə arxasınca eyiblərini deyənlər, «Lu¬məzə»nin isə eybi üzə deyənlər barədə işlədildiyini qeyd edirlər. (Məcməul Bəyan 817\10).

     )

    4708. Allahın Peyğəmbəri (s): «Fitr və Qurban bayramlarını "La ilahə illəllah”, "Allahu əkbər”, "Əlhəmdulillah” və "Sübhənallah” cümlələri ilə bəzəyin.»(Huməzə, ayə1

     )

    4709. «Kənzul Ümmal»: «Allahın peyğəmbəri (s) Fitr və Qurban bay-ramında evdən bayıra çıxar və uca səslə ”La ilahə illəllah ” və ”Allahu əkbər” deyərdi.»(Səvabul-Əmal, c.2, səh.288, hədis 1

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 801 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019