İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    301 Fırıldaq və əliəyrilik
    1409. Fırıldaqçılığın pislənməsi.
    4784. Allahın Peyğəmbəri (s): «Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.»(əl-Kafi, c.2, səh. 305, hədis 13

     )

    4785. Allahın Peyğəmbəri (s): «Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.»(Ali-İmran, ayə 134

     )

    4786. «Kənzul-Ummal»: «Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»(Şura, ayə 37

     )

    4787. İmam Əli (ə) (Ona iş görənlərdən birinə tövsiyyəsindən): «Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.»(Tənbihul-Xəvatir, c.1, səh. 121

     )

    4788. İmam Əli (ə): «Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.»(Biharul-Ənvar, c. 73, səh. 263, hədis 7

     )

    4789. İmam Sadiq (ə): «Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»(əl-Kafi, c.2, səh.110, hədis 7

     )

    4790. «əl-Kafi»: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: «Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və (alqı-satqıda) fırıldaq rəva deyil.»(əl-Kafi, c.2, səh.109, hədis 2

     )

    302 Qəsb etmək
    1410. Qəsb etmək.
    4791. Allahın Peyğəmbəri (s): «Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.»(Tuhəful-Uqul , səh.14

     )

    4792. Allahın Peyğəmbəri (s): «Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.»(Ğurərul-Hikəm, hədis 5155

     )

    4793. Allahın Peyğəmbəri (s): «Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.»(Vəsailuş-Şiə, c.11, səh.416, hədis 3

     )

    4794. İmam Əli (ə): «Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.»(əl-Muhəccətul-Beyza, c.5, səh.303.,Nəhcül-Bəlağə, hikmət 31.) 
    4795. İmam Sadiq (ə): (Haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından): «Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.»(Ali-İmran, ayə 135

     )

    4796. İmam Əli (ə): «Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.»(Nisa, ayə 110

     )

    303 Qəzəb
    1411. Qəzəb bütün pisliklərin açarıdır.
    4797. Allahın Peyğəmbəri (s): «Qəzəb şeytan alovunun bir hissəsidir.»(Mustədrəkul-Vəsail, c. 12, səh.146, hədis 13744. 

     )

    4798. İmam Əli (ə): «Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşmançılıq çəkər. Əgər peşman olmasa, dəliliyi qətidir.»(əl-Kafi, c. 2, səh.504, hədis 1 

     )

    4799. İmam Sadiq (ə): «Qəzəb hər bir pisliyin açarıdır.»(Nurus-Səqəleyn, c. 5, səh. 38, hədis 44

     )

    4800. İmam Sadiq (ə): «Qəzəb müdrik şəxsin qəlbini məhv edəndir.»(Tənbihul-Xəvatir, c.1, səh.5

     )1412. Qəzəbə hakim olmağa həvəsləndirmək.
    4801. Allahın Peyğəmbəri (s): «Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.»(Nəhcül-Bəlağə, hikmət 87

     )

    4802. İmam Baqir (ə): «Heç bir güc, qəzəbin qarşısını almaq qədər deyil.»(Biharul-Ənvar, c. 93, səh.278, hədis 7

     )

    4803. İmam Sadiq (ə): «Kim öz qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil.»(Nəhcül-Bəlağə, hikmət 135

     )

    1413. Qəzəbi söndürməyə həvəslənmək.
    Quran:
    «Onlar qəzəblərini udar, insanların günahlarından keçərlər.»(əl-Kafi, c.2, səh.437, hədis 1

     )

    «O kəslər ki, qəzəbləndikləri zaman bağışlayırlar.»(«Hud» surəsi, ayə 3.

     )

    Hədis:
    4804. Allahın Peyğəmbəri (s): «Həqiqətən, cəhənnəmin qapısı var ki, oradan yalnız Allaha qarşı günahlarla öz qəzəbini sakitləşdirən girər.»(«Hud» surəsi, ayə 52.

     )

    4805. Allahın Peyğəmbəri (s): «Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz.»(Nurus-Səqəleyn, c.5, səh.357, hədis 45

     )

    4806. İmam Baqir (ə): «Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb daşırar.»(Biharul-Ənvar, c.93, səh.277, , hədis 4

     )

    4807. İmam Sadiq (ə): «Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur.»(Mostədəkul-Vəsael, c.12, səh.122, hədis1386 

     )

    1413. Qəzəbin dərmanı.
    4808. Allahın Peyğəmbəri (s): «Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur və Allahın bəndələr üzərində qüdrəti və onlara etdiyi güzəşt barədə düşün. Sənə «Allahdan qorx» deyilsə, qəzəbini kənara qoy, öz güzəşt və səbrinə müraciət et.»(Mostədəkul-Vəsael, c.12, səh.122, hədis5987

     )

    4809. İmam Əli (ə): «Qəzəbinizə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin.»(Tuhəful-Uqul, səh.223

     )

    1415. Qəzəb, Allaha sitayişin yolunda.
    4810. Musa (ə): «Pərvərdigara! Kimlərdir, Sənin sayəndən qeyri bir kölgənin olmadığı bir vaxtda ərşində olan o bəndələrin?» Allah ona vəhy buyurdu: «Mənim haramlarım halal sayılanda yaralı pələng kimi qəzəblənən kimsələr.»(əl-Kafi, c.2, səh.504, , hədis 3

     )

    4811. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) dünyaya görə qəzəblənmirdi. Ancaq haqqa görə qəzəblənsəydi, heç kəs onu tanımazdı və haqqın intiqamını alana qədər heç nə Onun qəzəbinin qarşısını ala bilməzdi.»(Biharul-Ənvar, c.78, səh.356, hədis 11

     )

    4812. İmam Əli (ə): «Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, Allah ondan ötrü qəzəblənər və qiyaəmət günündə onu şad edər.»(Ğurərul-Hikəm, hədis 196

     )

    304 Allahdan günahlarının bağışlanmasını diləmək
    1416. Cünahların bağışlanmasını diləmək.
    Quran:
    «Bir günah iş gördükləri, yaxud zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını diləyənlər....»(Nəhcul Bəlağə, xütbə 64

     )

    «Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»(Nəhcul Bəlağə, xütbə 153

     )

    Hədis:
    4813. Loğman (ə) (Öz övladına tövsiyyəsi):–«Övladım! Məbada, xoruz səndən zirək olsun və sən yuxuda olarkən səhər erkən oyansın və bağışlanmasını diləsin!»(Nəhcul Bəlağə, xütbə 175

     )

    4814. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dua günahlarının bağışlanmasını diləməkdir.»(Biharul-Ənvar, c.77, səh. 401, hədis 26

     )

    4815. Allahın Peyğəmbəri (s): «Ən yaxşı ibadət istiğfar (günahlarının bağışlanmasını istəmək) etməkdir.»(Biharul-Ənvar, c.78, səh.190, hədis 1

     )

    4816. Allahın Peyğəmbəri (s): «Çox istiğfar edin. Çünki Allah istiğfarı sizə yalnız ona görə öyrətmişdir ki, günahlarınızı bağışlasın.»(Məkarimul-Əxlaq, c.2, səh.378, hədis 2661

     )

    4817. İmam Əli (ə): «Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid olana heyrət edirəm.»(Ğurərul-Hikəm, hədis 4269

     )

    4818. İmam Əli (ə): «Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki, günahlarınızın iyi sizi rüsvay etməsin.»(əl-Tovhid, səh. 74, hədis 27

     )

    4819. İmam Əli (ə): «Hər kəsə günahlarının bağışlanmasını diləmək (neməti) verilibsə, əfvdən məhrum qalmaz.»(əl-Kafi, c. 3, səh. 270, hədis 14

     )

    4820. İmam Sadiq (ə): «Bəndə günah iş görəndə, səhər tezdən gecəyə qədər ona möhlət veririk. Əgər günahlarının bağışlanmasını diləsə, o günah yazılmır.»(əl-Xisal, səh. 121, hədis 113

     )

    1417. Əfv diləmək və ruzinin artması.
    Quran:
    «Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən edilmiş müddətdə sizə yaxşı ruzi versin və öz fəzlindən hər bir əməl sahibinə mükafatını ehsan buyursun.»(Biharul-Ənvar, c. 78, səh. 115, hədis 10

     )

    «Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvə də artırsın. Günahkarlar kimi üz döndərməyin.»(Ğurərul-Hikəm, hədis 8318.

     )

    Hədis:
    4821. Allahın Peyğəmbəri (s): «Hər kim çox bağışlamaq dilərsə, Allah onun hər qəmi üçün bir fərəc, çətinliyi üçün bir çıxış yolu qoyar.»(Ğurərul-Hikəm, hədis 8430.

     )

    4822. İmam Əli (ə): «Tövbə etmək ruzini artırar.»(Ğurərul-Hikəm, hədis 5146.

     )

    4823. İmam Əli (ə): «Tövbə edin ki, ruzi verilsin.»(Ğurərul-Hikəm, hədis 2717.)1418. Allaha yaxın insanların bağışlanmaq diləmələri.
    4824. Allahın Peyğəmbəri (s): «Bəzən qəlbimi qubar bürüyür və mən bir gündə yetmiş dəfə Allah dərgahından bağışlanmağımı diləyirəm.»(Ğurərul-Hikəm, hədis 2378.

     )

    1419. Günah işləri davam etdirməklə əfv diləməkdən çəkinmək.
    4825. İmam Əli (ə): «Günah işləri davam etdirə-etdirə əfv diləməyin özü, yeni günahdır.»(Nəhcül Bəlağə, hikmət 222

     )

    4826. İmam Rza (ə): «Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.»(Tuhəful-Uqul, səh.359 

     )

    4827. İmam Rza (ə): «Kim dili ilə bağışlanmaq diləyib ürəyində (öz günahından) peşman olmasa, özünə rişxənd etmişdir.»(Həşr, ayə 10

     )

    305 Qəflət (xəbərsizlik)
    1420.Qəflətdən çəkinmək.
    4828. İmam Əli(ə): «Qəflət azğınlıqdır.»(Hicr, ayə 47

     )

    4829. İmam Əli (ə): «Əfsuslar olsun hər bir qafilə ki, ömrü əleyhinə hüccət olar və günləri onu bədbəxtliyə sürükləyər.»(Biharul-Ənvar, c. 14, səh. 305, hədis 17

     )

    4830. İmam Əli (ə): «Ey eşidən! Öz məstliyindən ayıl, qəflət yuxusundan oyan və tələskənliyini azalt.»(Kənzul-Ummal, hədis 11044.

     )

    4831. İmam Əli (ə): «Digərlərinin sizin işlərinizdən qafil olmadığı insanlar! Ey (Allahdan və onun əmrlərindən) üz döndərmiş və nəyi (canı, malı və övladı) varsa əlindən alınacaq adamlar! Nə olub ki, Allaha arxa çevirdiyinizi və ondan geyrisinə üz tutduğunuzu görürəm.»(Ğurərul-Hikəm, hədis 574.

     )

    4832.İmam Əli (ə): «Parçanı geymək üçün toxuyan, ancaq ona kəfəni olan, yaşamaq üçün ev tikən, ancaq qəbri olan qafil nə qədər də çoxdur?»(Ğurərul-Hikəm, hədis 642
     )
    4833. İmam Sadiq (ə): «Əgər şeytan düşməndirsə, qəflət nəyə görə düşmən olmasın?»(Ğurərul-Hikəm, hədis 2932

     )

    4834. Allahın Peğəmbəri (s): «Ey Əbuzər! Yaxşı iş görə bilməsən də yaxşı iş görə bilməyi niyyət et ki, qafillər zümrəsində yazılmayasan.»(Kənzul-Ummal, hədis 44272

     )

    4835. İmam Əli (ə): «Daima Allahı xatırlamaqla qəflət pərdəsi kənara çəkilər.»(Ali-İmran, ayə 161.

     )

    4836. İmam Əli (ə): «Kim vaxtı tanıdısa, (axirətə) tədarük görməkdən qafil olmaz.»(əd-Durrul Mənsur, c 2, səh. 361.

     )

    4837. İmam Baqir (ə): «Vacib namazlara əhəmiyyət verən və onu vaxtında qılan hər bir mömin qafillərdən deyil.»(ət-Tərğib vət-Tərhib, c. 2, səh. 307, hədis 4.

     )

    1422.Qafil şəxsin nişanələri.
    4838. Loğman (ə) (Övladına nəsihətindən):–«Oğlum! Hər şeyin onu tanıtdıran, mövcudluğunu təsdiqləyən bir nişanəsi var. Qafilin üç nişanəsi var: səhvi, başının qarışıq olması və unutqanlığı.»(«Ğulul» ərəb sözüdür və mənası qənimətlər bölünməmiş ondan oğurlamaq deməkdir.

     )

    4839. İmam Həsən (ə): «Qəflət odur ki, (namaz qılmaq üçün) məscidi tərk edəsən və pozğun adama tabe olasan.»(Təfsirul Əyyaşi , c.1, səh. 205, hədis 148

     )

    1423.Qəflətin nəticələri.
    4840. İmam Əli (ə): «Qafilliyi uzun çəkənin ölümü sürətlənər.»(Nisa, ayə 171

     )

    4841. İmam Əli(ə): «Qəflət kimə üstün gələrsə, onun qəlbi ölər.»(Nəvadirul-Ravəndi, səh.16.cı səhifə

     )

    4842. İmam Əli(ə): «Qəflətin davam etməsi bəsirət gözünü kor qo¬yar.»(Qurbul-İsnad, səh.64, hədis204

     )

    4843. İmam Əli(ə): «Qəflətdən və möhlətə (ömürə) aldanmaqdan çəkin. Çünki qəflət işləri korlayır.»(Zuxruf, ayə 57.

     )

    1424 . Özünü qafilliyə və görməzliyə vurmağın təqdiri.
    4844. İmam Əli(ə): «Ağıllı insanın yarısını dözüm və səbr, digər yarısını isə göz yummaq təşkil edir.»(Biharul-Ənvar, c.25, səh. 284, hədis 34.

     )

    4845. İmam Əli(ə): «Comərd insanın şəxsi rəftarlarının ən yaxşısı bildiklərindən (camaatın səhvləri və pislikləri) bəzilərini görməməzliyə vurmasıdır.»(Nəhcül-Bəlağə, hikmət469.

     )

    4846. İmam Sadiq (ə): «Həqiqiətən, ictimai həyat və ünsiyyətin vəziyyəti ağzına qədər dolu bir qaba bənzər ki, onun üçdə ikisi diqqət və ayıqlıq, üçdə biri isə göz yummaqdır.»(Biharül Ənvar, c.25, səh. 284, hədis 32

     )

    306 Kin və xəyanət
    Quran:
    «Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, paxıllığa yer vermə.»(əl-Xisal, səh. 614, hikmət 10

     )

    «Biz onların ürəklərindən kin-küdurəti çıxarıb atdıq.»(Əmali-Tusi, səh. 650, hədis 1349

     )

    Hədis:
    4847. İsa (ə): «Ey dünyanın bəndələri! (Dərvişlər kimi) Başlarınızı qırxır, köynəklərinizi qısaldır, başlarınızı aşağı dikir, kini qəlblərinizdən qoparıb atmırsınız.»(əl-Kafi, c.7, səh. 259, hədis 18

     )

    4848. Allahın Peyğəmbəri (s): «Mənim ümmətim bir-birinə kin bəsləməsə, heç vaxt onların arasında düşmənçilik baş qaldıra bilməz.»(Biharul-Ənvar, c.25, səh. 294, hədis 52

     )

    4849. İmam Əli(ə): «Kin pis bir toxumdur.»(Biharul-Ənvar, c.25, səh. 273, hədis 19

     )

    4850. İmam Əli (ə): «Kin yaxşı işləri aradan götürər.»(Biharul-Ənvar, c.25, səh. 274, hədis 20

     )

    4851. İmam Əli(ə): «Kinli qəlblərin ən pisi paxıl və kinli insanın ürəyidir.»(Ələq, ayə 6 və7

     )

    1426.Ürəyin barələrində xəyanət və nadürüstlük etməli olmadığı şeylər.
    4852. Allahın Peyğəmbəri (s): «Üç şey var ki, müsəlman insanın ürəyi onlara qarşı xəyanət və nadürüstlüyü rəva görməz: əməlini Allah üçün saflaşdırmaq (ixlaslı etmək), xeyirxahlıq, hakimlərə nəsihət vermək və müsəlman cəmiyyəti ilə birlik. Çünki dəvət və risaləti onları hər tərəfdən əhatə etmişdir.»(Kənzul-Ummal, hədis16677

     )

    1427.Qənimətə xəyanət.
    Quran:
    «Heç bir peyğəmbərə (qənimətlərə) xəyanət etmək yaraşmaz. Kim nəyə xəyanət edibsə, qiyamət günündə onu özü ilə gətirər.»(Nəhcül Bəlağə, hikmət108.

     )

    Hədis:
    4853. İbn Abbas: «Heç bir peyğəmbərə yaraşmaz ki...» ayəsi Bədr döyüşü günündə itmiş qırmızı rəngli örtük barədədir. Bu zaman bəziləri demişdilər: «Bəlkə peyğəmbər (s) onu götürmüş olar.» Sonra Allah-taala bu ayəni nazil etdi: «Heç bir peyğəmbərə…»(əl-Kafi, c.2, səh. 261, hədis 11)
    4854. Ömər: «Xeybər döyüşü günündə Peyğəmbərin (s) səhabələrindən bir dəstə gəlib dedi: «Filankəs şəhid oldu, behmankəs şəhid oldu, filan şəxs şəhid oldu və s.» Nəhayət bir nəfərin adına çatanda dedilər ki, o da şəhid olmuşdur. Bu zaman peyğəmbər (s) buyurdu: «Yox, mən onu qənimətlərdən bir əbaya görə odda yanan gördüm.»(Zuha, ayə8

     )

    4855. İmam Sadiq (ə): «Ğulul(Mustədrəkul-Vəsael, c. 13, səh. 15, hədis 14598

     ) imamdan oğurlanan hər bir şey və (eləcə də) şübhəli olduğu halda yetimin malını və bir də şübhəli olduğu halda haramı yeməkdir.»(əl-Kafi, c.5 , səh.71, hədis 4

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1097 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024