İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    312 Qeyrət
    1447. Qeyrətin təqdir olunması.
    4924. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qeyrət imanın bir hissəsidir.»(Biharul-Ənvar, c.73, səh. 140, hədis 12)

    4925. Allahın Peyğəmbəri (s): «Babam İbrahim (peyğəmbər) qeyrətli idi və mən ondan daha qeyrətliyəm. Allah qeyrəti olmayan müsəlmanın burnunu yerə sürtər.(Nəhcül-Bəlağə, hikmət 322. )

    4926. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allah qeyrət göstərir və mömin (də) qeyrət göstərər. Allahın qeyrət göstərməsi, möminin Allahın ona haram etdiyi işi gördüyü yerdədir.»(Ət-Tərğib vət-Tərhib, c.1, səh. 54, hədis 5

     )

    4927. Allahın Peyğəmbəri (s): «Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz.» Ərz edildi: «Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?» Buyurdu: «Arvadı zina edən və bundan xəbəri olan kişi.»(Kənzul-Ummal , hədis 30883. 

     )

    4928. İmam Əli (ə): «Kişinin dəyəri onun himməti qədərdir....Onun şücaəti abır həya etməsi (alçaqlıq və zəlilliyi qəbul etməməsi), iffəti isə onun qeyrəti qədərdir.»(Əchul Bəlağə, xütbə183

     )

    4929. Allahın Peyğəmbəri (s): «Qeyrətli insan heç vaxt zina etməz.»(Kənzul-Ummal, hədis 30893

     )

    4930. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allahın möminə qarşı qeyrəti var. Belə isə qeyrətsiz şəxs də qeyrətli olsun. Çünki qeyrətsiz adamın ürəyi tərsinədir.»(Ğurərul-Hikəm, hədis 9163

     )

    4931. İmam Sadiq (ə): «Allah-taala qeyrətlidir və hər bir qeyrətli insanı sevər. Gizlində və aşkarda çirkin işləri haram buyurması da Onun qeyrətli olmağındandır.»(Ğurərul-Hikəm, hədis 10109

     )

    1448. Yersiz təəssüb və qeyrətin pislənilməsi.
    4932. Allahın Peyğəmbəri (s): «Elə qeyrət var ki, Allah onu sevər, eləsi var ki, xoşlamaz. Xoşladığı qeyrət ittiham və bədgümanlıq içində göstərilən qeyrətdir. Xoşlamadığı qeyrət isə arada ittiham və bədgümanlığın olmadığı yerdə qeyrət göstərməkdir.»(Nəhcül-Bəlağə, hikmət 1.

     )

    4933. İmam Əli (ə) (Övladı Həsənə (ə) tövsiyyəsindən):–«(qadınlara qarşı)Yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə, iffətliləri bəd- gümanlığa (və günah işlərin fikrinə) salar. Onlara qarşı işini möhkəm tut. Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə.»(Biharul-Ənvar, c. 2, səh. 123, hədis 48

     )

    4934. Allahın Peyğəmbəri (s): «Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır.»(Biharul-Ənvar, c.2, səh. 172, hədis 3

     )

    4935. İmam Baqir (ə): «Qadınların qeyrəti paxıllıqdandır və paxıllığın kökü küfrdür. Qadınlar qeyrət və qısqanclıq çəkəndə qəzəblənərlər. Qəzəbləndikdə isə küfrə meyl edərlər, yalnız müsəlman qadınlardan başqa.»(Biharul-Ənvar, c.2, səh. 299, hədis 25

     )

    4936. İmam Sadiq (ə): «Halalda qeyrət və təəssüb yoxdur…»(Biharul-Ənvar, c. 2, səh. 260 

     )

    313 Fitnə və ilahi sınaq
    1449. Fitnə və ilahi sınaq.
    Quran:
    «İnsanlar iman gətirdik demələri ilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar? Həqiqətən, onlardan əvvəl olanları da imtahana çəkmişdik. Allah düz danışanları da, yalançıları da tanıyır!»(Mustədrəkul-Vəsail, c.17, səh. 315, hədis 21453

     )

    «Onların ildə bir, ya iki dəfə imtahana çəkildiklərini görmürsünüzmü? Bununla belə tövbə edib ibrət almırlar?»(Mustədrəkul-Vəsail, c.17, səh. 315, hədis 21452

     )

    Hədis:
    4937. Muəmmər ibn Xəllad: «Eşitdim ki, Əbülhəsən (ə) bu ayəni oxuyur: «Əlif, lam, mim. İman gətirdik demələrilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar?» Sonra mənə buyurdu: «İmtahan nədir?» Ərz etdim: «Sənə fəda olum, bizim bildiyimiz qədəri, dində imtahandır.» Həzrət buyurdu: «Qızıl közərdilərək yoxlanıldığı kimi camaat də elə sınanacaq.»(Biharul- Ənvar, c.79, səh.111, hədis 6

     ) Daha sonra buyurdu: «Qızıl xalisləşdiyi kimi insanlar da xalisləşəcək.»(əl-Kafi, c.2, səh.323, hədis 3

     )

    1450. Fitnənin növləri.
    Quran:
    «Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.»(əl-Kafi, c. 2, səh.325, hədis 8

     )

    Hədis:
    4938. Allahın Peyğəmbəri (s): «Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs.»(Ğurərul-Hikəm, hədis 9478

     )

    4939. Allahın Peyğəmbəri (s): «Həqiqətən, sizin üçün çətinliyin fitnəsindən daha çox, xoşluğun fitnəsindən qorxuram. Siz çətinliyin fitnəsinə düşdünüz və səbr etdiniz. Ancaq dünya şirin və gözoxşayandır.»(əl-Kafi, c.2, səh.324, hədis 4

     )

    4940. İmam Əli (ə): «Fitnə üç şeydədir: qadın sevmək–bu şeytanın qılıncıdır, şərab içmək– bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadınsevən olsa, ömrünün faydasını görməz, kim şərabsevən olsa,cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar.»(Biharul- Ənvar, c.78, səh.181, hədis 67

     )

    4941. İmam Əli (ə)–(Həzrətin atından tutub piyada gedən Hərb adlı kişiyə xitabən): «Qayıt. Çünki sənin kimi insanın mənimtək insanın atından tutub piyada getməsi fitnəyə, valinin qüruruna və möminin zəlilliyinə səbəb olar»(Biharul- Ənvar, c.78, səh. 185, hədis 14

     )

    1451.Fitnələrdən sağ-salamat çıxanlar.
    4942. Allahın Peyğəmbəri (s): «Xoşa müxlislərin halına! Onlar doğru yolun çıraqlarıdır və hər bir qaranlıq fitnə onlardan götürülər.»(Biharul-Ənvar, c.79, səh.113 hədis 14.

     )

    4943. Allahın Peyğəmbəri (s): «Tezliklə elə fitnələr meydana çıxacaq ki, onun təsirindən insan gecədən səhərə imanlı insan kimi çıxacaq və gündüzünü isə kafir kimi axşama çatdıracaq. Yalnız Allah-taalanın elmlə diri saxladığı şəxslərdən başqa.»(əl-Kafi, c. 2, səh.327, hədis 3

     )

    4944. Allahın Peyğəmbəri (s): «Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onunçun fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar.»(Hədid, ayə 20

     )

    1452. Müxtəlif fitnələr.
    4945. Allahın Peyğəmbəri (s): «Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar.»(Loğman, ayə18

     )

    4946. İmam Əli (ə): «Kim fitnə odunu alovlandırsa, özü ona odun olacaq.»(ət-Tərğib-vət-Tərhib, c.3, səh.558, hədis 1

     )

    4947. İmam Əli (ə): Zülmkar və rəhmsiz hökmdar, daimi olan fitnədən (hərc-məclikdən) yaxşıdır.»(əl-Xisal, səh.69, hədis 102

     )

    4948. İmam Əli (ə): «Fitnə vaxtı, nə minmək üçün arxası və gücü, nə də südünü sağmağa döşü olan iki yaşlı erkək dəvə kimi ol.»(Nəhcül-Bəlağə, hikmət398.

     )

    314 Fətva
    1453.Öz rəyinə əsasən fətva verən.
    4949. Allahın Peyğəmbəri (s): «Sizlərin fətva verməkdə ən həyasızınız, od qarşısında ən həyasız olanlardır.»(Biharul-Ənvar, c.73, səh.292, hədis 20

     )

    4950. İmam Baqir (ə): «Biz öz rəy və istəyimizə əsasən camaata fətva ver¬səydik, hər an məhv olanlardan olmuşduq. Ancaq biz Allahın Pey¬ğəmbərinin (s) sözü və sünnəsi, özümüzün malik olduğumuz və əziz atala¬rımızdan bizə miras qalan elmi üsullara əsasən camaata fətva veririk.»(Nəhcül-Bəlağə, xütbə 216.

     )

    4951. İmam Sadiq (ə): «Kim öz nəzərinə görə camaata fətva versə, bil-mədiyi şeyin ardınca getmişdir. Bilmədiyi şeyin ardınca gedən, bil¬məyə¬rəkdən halal və haram işlər görməklə Allahla qarşıdurmaya getmişdir.»(Nəhcül-Bəlağə, hikmət 454

     )

    4952. İmam Sadiq (ə): «Fətva verməkdən, şirdən qaçan kimi qaç və boynunu camaatın körpüsünə çevirmə.»(əl-Kafi, c.2, səh.328, hədis 1

     )

    1454. Fətva verməkdən ötru alimin icazəsi.
    4953. İmam Əli (ə) (Qusəm ibn Abbasa məktubundan): «Səhər və axşam onlarla əyləş və səndən hökm, sual soruşan üçün fətva ver, nadanı öyrət və bilikli ilə elmi söhbət apar».»(əl-Kafi, c.2, səh.329, hədis 6

     )

    4954. İmam Baqir (ə) (Əban ibn Təğlibə xitabən): «Mədinə məscidində əyləş və camaat üçün fətva ver. Çünki mən şiələrimin arasında sənin kimi insanların görünməsini istəyirəm.»(Biharul-Ənvar, c.16 , səh. 341, hədis 33

     )

    315 Söyüş
    1455. Söyüş söyməkdən çəkinmək.
    4955. Allahın Peyğəmbəri (s): «Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.»(Mustədrəkul-Vəsail, c.12, səh. 90, hədis 13599

     )

    4956. Allahın Peyğəmbəri (s): «Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.»(Biharul-Ənvar, c.72, səh. 30, hədis 26

     )

    4957. Allahın Peyğəmbəri (s): «Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.»(əl-Kafi, c.8, səh. 234, hədis 311

     )

    4958. İmam Əli (ə): «Böyük insan heç vaxt söyüş söyməz.»(Kənzul-Ummal, hədis 34126

     )

    4959. İmam Baqir (ə): «Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.»(Muhəmməd, ayə38

     )

    4960. İmam Baqir (ə): «Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.»(Təfsirul-Mizan, c.18, səh. 250

     )

    4961. İmam Baqir (ə): «Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.»(Məcməul-Bəyan, c. 3, səh.321

     )

    4962. İmam Sadiq (ə): «Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır (onun nişanələrindəndir).»(Kənzul-Ummal, hədis 34131

     )

    4963. İmam Sadiq (ə): «Camaat kimin dilindən qorxarsa, o, alovda olar.»(Kənzul-Ummal, hədis 34137

     )

    316 Özünü göstərmək
    1456. Özünü göstərmək.
    Quran:
    «Bilin ki, dünya həyatı əslində oyun, baş qatmaq, bəzək-düzək və bir-birinizə özünüzü göstərməkdir.»(Kənzul-Ummal, hədis 34128

     )

    «Həqiqətən, Allah lovğalanıb fəxr edən heç bir təkəbbürlünü sevmir.»(Kənzul-Ummal, hədis 43134 

     )

    Hədis:
    4964. Allahın Peyğəmbəri (s): «Allah-taala təvazökar olmağınızı mənə vəhy buyurmuşdur. Kimsə kimsəyə öyünməsin, kimsə başqasının haqqına təcavüz edib zorakılıq göstərməsin.»(Biharul-Ənvar, c.77 , səh.165, hədis 2

     )

    4965. İmam Əli (ə): «İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.»(Nəhcül-Bəlağə, hikmət 21.

     )

    4966. İmam Əli (ə): «Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin fikrini çək.»(Ğurərul-Hikəm, hədis 2019

     )

    4967. İmam Əli (ə): «Kim özünü göstərmək naminə iş görərsə, Allah-taala onu qiyamət günündə qaralığı ilə məşhur edər.»(Ğurərul-Hikəm, hədis 194

     )

    4968. İmam Əli (ə): «Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri budur ki, özünü öymək və lovğalıq aşiqi kimi tanınsınlar və rəftarları təkəbbürlülük sayılsın.»(Nəhcül-Bəlağə, hikmət118

     )

    1457. Özünü göstərməkdən çəkindirən amillər.
    4969. İmam Əli (ə): «Özünü göstərməkdən Adəm övladına nə? Başlanğıcı nütfə və sonu murdar ət olan (Adəm övladı). Nə özünə ruzi verə, nə də ölümünün qarşısını ala bilər.»(Biharul-Ənvar, c. 77 , səh.165, hədis 2

     )

    4970. İmam Səccad (ə): «Dünən bir nütfə olan, sabahsa murdar ətə çevriləcək birisinin lovğalıq və özünü öyməyinə heyrət edirəm!»(Nəhcül-bəlağə, hikmət 363

     )

    1458. Qohumlarına özünü göstərməyin pislənməsi.
    4971. Allahın Peyğəmbəri (s): «Əsl-nəsəbin bəlası iftixar etməkdir.»(Biharul-Ənvar, c. 78, səh.268, hədis181

     )

    4972. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) öz fəzilətlərindən danışanda buyurardı: «Məqsədim özümü göstərmək və öyünmək deyil.»(əl-Kafi, c.2 , səh. 2, hədis 4

     )

    4973. İmam Rza (ə): «Əmirəl-möminin (ə) xəstə yatan Səsəə ibn Suhana baş çəkir. Getmək üçün yerindən qalxanda buyurur: «Ey Səsəə! Məbada, səni yoluxmağa gəlməyimə görə özünü qardaşların yanında öyəsən. Allahdan qorx!»(Nəhcül-Bəlağə, xütbə 167)
    1459. Fəxr etməyə dəyən şeylər.
    4974. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir.»(Nəhcül-Bəlağə, xütbə113

     )

    4975. İmam Sadiq (ə): «Bu üç şey möminin fəxri, onun dünya və axirətdə zivəridir: gecənin sonlarında qılanın namaz, camaatda olanlarda gözü olmamaq və Məhəmməd ailəsinin imamlarına sevgi.»(Nəhcül-Bəlağə, məktub 69.

     )

    317 Farslar
    1460. Farslar və iman.
    4976. Allahın Peyğəmbəri (s): «İslamda ən böyük pay fars camaatı¬nındır.»(Nəhcül-Bəlağə, hikmət113

     )

    4977. «Təfsirul-Mizan»: Allahın Peyğəmbəri (s) «Əgər ondan üz döndərsəniz, (Allah) yerinizi sizlər kimi olmayacaq başqa bir camaata verəcək» ayəsini oxuyanda soruşdular: «Biz üz döndərmiş olsaq, Allah-taalanın bizim yerimizi verəcəyi camaat kimdir?»(Ğurərul-Hikəm, hədis 3793

     ) Həzrət əlini Salmanın çiyninə vura-vura buyurdu: «Bu kişi və onun həmvətənləri. And olsun canım əlində olana! İman ulduzdan asılmış olsa da farslardan olan kişilər onu əldə edərlər.»(Biharul-Ənvar, c. 23, səh. 99, hədis 3

     )

    4978. Allahın Peyğəmbəri (s) («Ey iman gətirənlər! Sizlərdən hər biri öz dinindən dönsə, Allah tezliklə onları sevdiyi və onların da Allahı sevdiyi bir camaatı gətirər» ayəsi haqda suala əlini Salmanın çiyninə vuraraq verdiyi cavabından): «(Onlar) Bunun həmvətənləridir.» Sonra buyurdu: «Əgər din ulduzdan asılmış olsa belə farslardan olan kişilər hər an onu əldə edərlər.»(əl-Kafi, c.2, səh.81, hədis 1

     )

    4979. Allahın Peyğəmbəri (s): «Əgər bilik ulduzda olsa belə, şübhəsiz ki, farslardan olan kişilər onu əldə edərlər.»(əl-Kafi, c.2 , səh. 82, hədis 5

     )

    4980. Allahın Peyğəmbəri (s): «Farslardan kim İslamı qəbul etsə, Qureyşilərdən sayılar. Onlar bizim qardaş və qohumlarımızdır.»(Nəhcül-Bəlağə, xütbə. 209

     )

    4981. Allahın Peyğəmbəri (s) (Onun yanında əcəmlərdən söz düşərkən): –«Mənim onlara və ya onlardan bəzilərinə əminliyim, sizlərə və ya sizlərdən bəzilərinə əminliyimdən çoxdur.»(Nəhcül-Bəlağə, hikmət 328

     )

    318 Fürsət
    1461. Fürsəti qənimət bil.
    4982. Allahın Peyğəmbəri (s): «Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki o qapının nə vaxt üzünə qapanacağını bilmir.»(Nəhcül-Bəlağə, hikmət 252

     )

    4983. Allahın Peyğəmbəri (s): «Fürsəti əldən vermək kədər gətirər.»(Nəhcül-Bəlağə, hikmət 382

     )

    4984. İmam Əli (ə): «Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil.»(Biharul-Ənvar, c. 68, səh. 388, hədis 39

     )

    4985. İmam Əli (ə): «Fürsət tez keçən və gec tapılandır.»(İnşirah, ayə 7-8

     )

    4986. İmam Əli (ə): «Fürsət qənimətdir.»(Tənbihul-xəvatir, c. 1, səh. 60

     )

    4987. İmam Əli (ə): «Fürsəti əldən vermək kədərin mayasıdır.»(Nəhcül-Bəlağənin şərhi, c. 17, səh.146

     )

    4988. İmam Əli (ə): «İşlər öz zamanlarının girovlarıdır.»(əl-Kafi, c. 8, səh.152, hədis136

     )

    4989. İmam Əli (ə): «Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik və ahəstəlik nadanlığın nişanəsidir.»(Ğurərul-hikəm, hədis 9251

     )

    4990. İmam Sadiq (ə): «Hər kimin əlinə fürsət düşsə və o, tam fürsəti (yaxşı şəraitə tamamilə nail olmağı) gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti də ondan alar. Çünki ruzigarın işi aparmaq və zamanın üslubu əldən çıxarmaqdır.»(Nəhcül-Bəlağə, məktub. 59.

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1212 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019