İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    324 Fiqh
    1483. Dində fəqih olmaq.
    Quran:
    «Möminlərin hamılıqla (cihad üçün) köçməsi yaraşan deyil. Nəyə görə, onların hər firqəsindən bir dəstə köçməsin ki, (bir dəstə qalsın və) dinləri ilə agah olub, öz qövmünü onlara tərəf qayıtdıqda qorxutmasın? Bəlkə onlar (ilahi cəzadan) qorxalar.»(Nəhcül-Bəlağə, hikmət 113

     )

    Hədis:
    5101.Allahın Peyğəmbəri (s): «Allah bəndənin yaxşılığını istəyəndə onu dinində fəqih edər, onu doğru, düzgün yola ilhamlandırar.»(Nəhcül-Bəlağə, hikmət 5

     )

    5102. Allahın Peyğəmbəri (s): «İbadətlərin ən üstünü fiqhdir (dini bilməkdir).»(Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11

     )

    5103. Allahın Peyğəmbəri (s): «Həqiqətən, hər bir şeyin söykənəcəyi olduğu kimi, dinin də dayağı fiqhdir.»(Tənbihul Xəvatir, c. 78, səh.52

     )

    5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.»(Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20

     )

    5105. İmam Kazim (ə): «Fəqihin abiddən üstünlüyü günəşin ulduzlardan üstünlüyü kimidir. Kim öz dinini bilməsə, Allah onun heç bir əməlini bəyən-məz.»(Tənbihul-xəvatir, c. 1, səh. 250

     )

    1484. Fəqih kimdir?
    5106. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Fəqih insan, camaat onun nəzərində bir ovuc dəvə olmayınca, olmalarına və olmamalarına heç bir əhəmiyyət verməyincə, onun yanında dəvə olanda halına təfavüt etmədiyi kimi camaatın olması da onda dəyişiklik yaratmayınca kamilləşməz. Bununla belə özünə gəldikdə isə ən çox təhqiri və etinasızlığı öz nəfsinə rəva görməlidir.»(əl-Kafi, c. 2, səh. 55, hədis 3

     )

    5107. İmam Əli (ə): «Sizləri həqiqi fəqihdən xəbərdar edimmi? Allaha qarşı günah etməyə camaata icazə verməyən, Allahın mərhəmətindən ümidsiz qoymayan, Allahın məkr və əzabından arxayın salmayan və Qurandan qeyri bir şeyə üz tutmayandır.»(Zumər, ayə 9 

     )

    5108. Əban ibn Təğləb: «Bir kişi İmam Baqirdən bir məsələni soruşdu. Həzrət ona cavab verdi. Kişi dedi: Fəqihlər bunu demirlər. Həzrət buyurdu: «Vay olsun sənin halına! Nə vaxtsa fəqih görmüsənmi? Əsl fəqih odur ki, dünyaya etina etməsin, axirətə də rəğbəti olsun və Peyğəmbərin (s) sünnəsinə əsaslansın.»(Biharul-Ənvar, c.71, səh. 327, hədis 22

     )

    5109. İmam Sadiq (ə): «Bizim eyhamlı və üstüörtülü kəlamımızı başa düşənlərdən qeyri, sizlərdən heç kim fəqih olmaz.»(Ğurərul-hikəm, hədis 8462

     )

    5110. İmam Rza (ə): «Fəqihliyin (dini başa düşməyin) nişanələrindən biri səbr, bilik və susmaqdır.»(Ğurərul-hikəm, hədis 6975

     )

    1485. Fəqihin vücudunun iblisdən dəyərli olması.
    5111. Allahın Peyğəmbəri (s): «İblis üçün bir fəqihin vücudu min abiddən daha ağırdır.»(Ğurərul-hikəm, hədis 1278

     )

    5112. Allahın Peyğəmbəri (s): «Heç bir şey iblisin belini öz qəbiləsinin arasında olan alim kimi qırmaz.»(Ğurərul-hikəm, hədis 8561

     )

    5113.İmam Səccad və ya İmam Baqir (ə): «Dində bir fəqihin olması şeytan üçün min abidin olmasından daha ağırdır.»(Ğurərul-hikəm, hədis 9207

     )

    1486. Fəqihin dünyadan köçməsi.
    5114. İmam Sadiq (ə): «Mömin bir fəqih vəfat edəndə İslamda elə boşluq yaranır ki, heç bir şey onu doldurmur.»(Biharul-Ənvar, c.6, səh. 242, hədis 64

     )

    5115. İmam Sadiq (ə): «Şeytan üçün heç bir möminin ölümü bir fəqihin ölümü qədər sevindirici deyil.»(Müstədrəkul-vəsail, c. 2, səh. 475, hədis 2502)
    325 Düşünmək
    1487. Düşünmək.
    Quran
    «Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.»(Tənbihul-xəvatir, c.1, səh. 284

     )

    Hədis:
    5116. İmam Əli (ə): «Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.»(Ğurərul-hikəm, hədis 4800

     )

    5117. İmam Əli (ə): «Kim düşünsə gözü açılar.»(əl-Kafi, c. 3, səh. 242, hədis 2

     )

    5118. İmam Əli (ə): «Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.»(Məaniul Əxbar, səh. 43, hədis 1

     )

    5119. İmam Əli (ə): «Heç bir bilik düşünmək qədər deyil.»(İbrahim, ayə 27

     )

    5120. İmam Əli (ə): «Düşüncə saf bir güzgüdür.»(Biharul-Ənvar, c. 6, səh. 228, hədis 29

     )

    5121. İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.»(Tənbihul-xəvatir, c. 2, səh. 225

     )

    5122. İmam Həsən (ə): «Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.»(əl-Kafi, c. 3, səh. 241, hədis 15

     )

    5123. İmam Sadiq (ə): «Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.»(əl-Kafi, c. 3, səh. 236, hədis 4

     )

    1488. Düşünmək kimi ibadət yoxdur.
    5124. «Tənbihul-Xəvatir»: Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: Bütün insanlardan kənar gəzər və düşünərdi.»(Əmali-Tusi, səh. 28, hədis 31

     )

    5125. İmam Sadiq (ə): «Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.»(Nəhcül-Bəlağə, xütbə 20.

     )

    5126. İmam Sadiq (ə): «Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır. «Yalnız ağıl sahibləri ibrət alarlar.»(Səvabul-Əmal, səh. 55, hədis 1- 
    Maidə, ayə 32 )
    1489. Düşüncəni saflaşdıran şeylər.
    5127. İmam Əli (ə): «Yeməyi az olanın düşüncəsi saf olar.»(Əmali-Səduq, səh. 28, hədis4

     )

    5128. İmam Əli (ə): «Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olar?»(Kənzul-Ummal, hədis 39887

     )

    1490. Düşünülməsi qadağan olan şeylər.
    5129. İmam Əli (ə): «Hikmətdən qeyri şey barədə düşünmək quşbeyinlikdir.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 293, hədis 6

     )

    5130. İmam Əli (ə): «Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə çəkər.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 565, hədis 4934

     )

    5131. İmam Əli (ə): «Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar.»(Nisa, ayə 93)

    326 Qəbr
    1491. Qəbr.
    5132. Allahın Peyğəmbəri (s): «Qəbr axirətin ilk mənzilidir. Kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq.»(Kənzul-Ummal, hədis 39952

     )

    5133. Allahın Peyğəmbəri (s): «Axirətin ədalətinin ilk mərhələsi məşhur və ya adsız-sansız, tanınmayan qəbrlərdir.»(Kənzul-Ummal, hədis 39895

     )

    5134. Allahın Peyğəmbəri (s): «Elə bir mənzərə görmədim ki, qəbrdən daha qorxulu olsun.»(Maidə, ayə 29 

     )

    5135. İmam Əli (ə): «Qəbirstanlıqla qonşu ol ki, ibrət alasan.»(Səvabul-Əmal, səh. 328, hədis 9

     )

    5136. İmam Sadiq (ə): «Qəbr hər gün söhbət edir və deyir: «Mən qürbət eviyəm, mən tənhalığın eviyəm, mən qurdların eviyəm, mən qəbirəm, mən cənnət bağlarından və ya cəhənnəm çuxurlarından biriyəm.»(əl-Kafi, c.7, səh.276, hədis 2

     )

    5137. İmam Kazim (ə) (Çüxurun kənarında belə buyurdu):–«Bir şeyin ki, axırı budur, elə əvəlldən onu ürəyindən çıxarsan daha yaxşıdır. Bir şeyin ki, əvvəli budur, sonundan qorxsan yaxşıdır.»(Nisa, ayə 29

     )

    1492. Qəbr sorğu-sualı.
    5138. Allahın Peyğəmbəri (s) («Allah iman gətirənləri dünya və axirət həyatında möhkəm və doğru sözlə gücləndirər»(əl-Kafi, c.3, səh. 112, hədis 8

     ) ayəsi haqda): «Burada, qəbr-də ölülərin sorğu-sualı nəzərdə tutulur.»(Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 95, hədis 5163

     )

    5139. «Tənbihul Xəvatir»: «Allahın Peyğəmbəri (s) bir gün əvvəl orada bir şəxsin dəfn olunduğu qəbrin yanından keçirdi və ailəsi ağlayırdı. Buyurdu: «Sizin gözünüzə görünməyən iki rükət adi namaz bu qəbr sahibi üçün bütün dünyanızdan daha əzizdir.»(Hicr, ayə 87

     )

    5140. İmam Sadiq (ə): «Ölüdən qəbrdə beş şey barədə soruşarlar: namazı, zəkatı, həcci, orucu və bizim ailəmizə vilayəti. Vilayət qəbrin kün-cündən qalan dörd şeyə deyər: Sizlərin hər birinizin əyər-əksiyi olsa, onları təkmilləşdirmək mənim boynuma.»(Qəmər ayə17

     )

    5141. İmam Sadiq (ə): «Qəbrdə əsil mömin və əsil kafirdən başqa, kimsədən sorğu-sual olunmaz.»(Nəvadir ər-Ravəndi, səh.21-22

     )

    5142. İmam Əli (ə): «Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı qəbrdir. Belə işə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat qəbr əzabıdır.»(Təfsir əl-Əyyaşi, c. 1, səh. 6, hədis 11

     )

    5143. İmam Əli (ə): «Sizdən əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb, vəhşət içində olar, sözəbaxan və itaətcil olardınız. Ancaq onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də yaxındadır.»(Kənzul-Ummal, hədis 4029
     )
    5144. İmam Baqir (ə): «Kim namazının rukusunu tam yerinə yetirsə, qəbrdə heç qorxu və vəhşət ona yaxın durmaz.(Biharul-Ənvar, c. 92, səh. 19, hədis 18 )
    327 Öldürmək
    1494. Adam öldürmək.
    Quran:
    «Bu səbəbdən də İsrail oğullarına hökm etdik ki, hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməmiş kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.»(Nəhcül-Bəlağə, xütbə 147.

     )

    Hədis:
    5145. Allahın Peyğəmbəri (s): «İnsanların ən dikbaşı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır.»(Nəhcül-Bəlağə, məktub 47)
    5146. Allahın Peyğəmbəri (s): «Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır.»(Tuhəful-uqul, səh. 150

     )

    5147. Allahın Peyğəmbəri (s): «Əgər bütün dünya məhv olsa belə Allahın yanında onun əhəmiyyəti, nahaq yerə tökülən qandan daha azdır.»(əl-Kafi, c. 2, səh. 602, hədis 13

     )

    5148. İmam Rza (ə): «Allah insanı öldürməyi haram buyurdu. Çünki bu işi rəva görsəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı.»(Biharul-Ənvar, c. 92, səh. 19, hədis 18

     )

    1495. Mömini öldürmək.
    Quran:
    «Hər kəs qəsdən bir mömini öldürsə, cəzası əbədi qalacağı cəhənnəm ola-caq. Allah ona qəzəb və lənət edər və onunçün böyük bir əzab hazırlamış-dır.»(Məaniul Əxbar, səh. 279

     )

    5149. Allahın Peyğəmbəri (s): «Ey camaat! Mən sizin aranızda olam və qətlə yetirilənin cənazəsi tapılsın, ancaq qatili məlum olmasın? Əgər göylərin və yerin əhli müsəlman bir kişinin öldürülməsində əlbir olsalar, hər an Allah onların hamısına saysız-hesabsız əzab verər.»(Kənzul-Ummal, hədis 2454

     )

    5150. Allahın Peyğəmbəri (s): «Hər kəs özünün bir kəlmə sözü ilə olsa belə, möminin qətlinə kömək edərsə qiyamət günündə alnına «Allahın rəhmətindən naümid (və məhrum)» sözləri yazılmış halda Allahın görüşünə gələr.(Nəhcül-Bəlağə, xütbə 156

     )

    5151. İmam Baqir (ə): «Hər kim qəsdən bir mömini öldürsə, Allah-taala bütün günahları ona yazar və qətlə yetirilən günahlardan azad olar. Bu Allah-taalanın sözlərindəndir. Belə ki, O buyurmuşdur: «İstəyirəm ki, mənim və sənin günahlarını çiyinlərinə çəkəsən və cəhənnəm əhlindən ola-san.(Nəhcül-Bəlağə, xütbə 176, Biharul-Ənvar, c. 92, səh. 15, hədis 8) 
    5152. İmam Sadiq (ə) («Əgər mömin, qəsdən başqa bir mömini öldürərsə, ona tövbə düşürmü?» sualına verdiyi cavab): «İmanına görə onu öldürmüşsə, tövbə düşmür. Yox əgər qələbə və ya dünya işlərindən birinə görə öldürmüşsə, onun tövbəsi ondan qisas alınmasıdır.»(Biharul-Ənvar, c.92, səh. 186, hədis 2

     )

    1496. İntiharın qadağan olunması.
    Quran
    «Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə (olan) alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır.»(Kənzul-Ummal, hədis 2330 )
    Hədis:
    5153. İmam Baqir (ə): «Mömin hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz.»(Kənzul-Ummal, hədis 2368 )

    5154. İmam Sadiq (ə): «Kim bilərəkdən özünü öldürsə, həmişə cəhənnəm odunda olacaq.»(Kənzul-Ummal, hədis 2382

     )

    328 Quran
    1497. Quran.
    «Həqiqətən, biz sənə təkrarlanan yeddi ayəni («Fatihə» surəsini) və böyük Quranı əta etdik.»(Nəhcül-Bəlağə, hikmət 399

     )

    «Quranı öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma bir öyüd-nəsihət qəbul edən varmı?»(əd-Dəvat, səh. 220, hədis 600

     )

    Hədis:
    5155. Allahın Peyğəmbəri (s): «İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun. Çünki şəfaəti qəbul olunan bir şəfaətci, şikayəti qəbul edilən bir şikayətçidir. Kim Qurana üz tutsa, onu cənnətə çəkib gətirər, ona arxa çevirəni isə cəhənnəmə qovar.»(Kənzul-Ummal, hədis 2317

     )

    5156. Allahın Peyğəmbəri (s) (Allah tərəfindən) Ona «Tezliklə sənin ümmətin fitnələrə giriftar olacaq» deyilərkən «ondan xilas yolu nədir?» deyə soruşanlara): «Allahın əziz kitabı!. Batilin nə öndən, nə də arxadan ona yol tapa bilmədiyi, öyülən Alim tərəfindən nazil edilmiş bir Kitab. Elmi Qurandan qeyri yerdə axtaran hər kimsəni Allah azdırar.»(Kənzul-Ummal, hədis 2478

     )

    5157. Allahın Peyğəmbəri (s): «Quran sizinlə olsun. Onu özünüzə rəhbər edin.»(Kənzul-Ummal, hədis 2850

     )

    5158. Allahın Peyğəmbəri (s): «Quranın digər sözlərdən üstünlüyü, Allahın öz yaratdıqlarından üstünlüyü qədərdir.»(Camiul Əxbar, səh. 115, hədis 202

     )

    5159. İmam Əli (ə): «Pak olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da görsənmədən Özünü bəndələrinə göstərmişdir.»(əl-Xisal, səh. 7, hədis 21

     )

    5160. İmam Əli (ə): «Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Məbada, başqaları Qurana əməl etməkdə sizdən önə keçsinlər.»(əl-Kafi, c. 2, səh. 604, hədis 5

     )

    5161. İmam Əli (ə): «Allah-taalanın kitabını öyrənin. Çünki o sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır. Quranı başa düşün. Çünki o, qəlblərin baharıdır və onun nurunda şəfa axtarın. Çünki o, sinələrdəki xəstəliklərə şəfa verəndir. Onu yaxşı oxuyun, Çünki o ən yaxşı əhvalatdır.»(Kənzul-Ummal, hədis 2347

     )

    5162. İmam Səccad (ə): «Şərqdən Qərbədək bütün insanlar ölsə belə, təkcə Quran mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm.»(əl-Kafi, c. 2, səh. 603, hədis 2

     )

    1498. Quran həmişə təzədir.
    5163. Allahın Peyğəmbəri (s): «Quran elə bir sənətdir ki, onsuz imkanlı olmaq, onunla yoxsul olmaq olmaz.»(Səvabul-Əmal, səh. 283, hədis 1

     )

    5164. Allahın Peyğəmbəri (s): «Kimə Quran (onu bilməyin neməti) verilibsə və o, bununla belə başqasına bundan daha çox nemət verildiyini güman etsə, şübhəsiz ki, kiçiyi böyük, böyüyü isə kiçik sanmışdır.»(Fatir, ayə 29

     )

    5165. Allahın Peyğəmbəri (s): «Hər kim əcdadlarının və gələcəkdəkilərin, dünyanın əvvəlindən sonuna qədər olan elmi öyrənmək istəyirsə, Quranı tədqiq edib dərindən düşünsün.»(Kənzul-Ummal, hədis 2257

     )

    5166. İmam Əli (ə): «Quran nə qədər təkrarlansa və qulaqlara çatsa da, yenə köhnəlməz.»(Kənzul-Ummal, hədis 2441

     )

    5167. İmam Əli (ə): «Ən böyük dərdlərin dərmanı Qurandadır: küfrün, nifaqın, puçluğun və azğınlığın dərdi»(Biharul-Ənvar, c. 92, səh. 17, hədis 18

     )

    5168. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) soruşdular: «Bu nə sirdir ki, Quran nə qədər çox oxunub bəhs edildikdə onun təzəliyi və təravəti bir o qədər artır?» Həzrət buyurdu: «Çünki Allah-taala onu yalnız xüsusi bir zaman və xüsusi insanlar üçün yaratmamışdır. Buna görə də hər bir zamanda, hər bir insan üçün qiyamət gününə qədər təzə və təravətlidir.»(Kənzul-Ummal, hədis 4032

     )

    1499. Quranı öyrənmək və onu öyrətmək.
    5169. Allahın Peyğəmbəri (s): «Sizlərin ən yaxşısı Quranı öyrənən və onu başqalarına öyrədəndir.»(Kənzul-Ummal, hədis 2768

     )

    5170. Allahın Peyğəmbəri (s): «Quranı bilən kimsəyə deyiləcək: «Oxu və yuxarı yüksəl. Dünyada oxuduğun kimi tərtillə oxu. Çünki sənin məqamın oxuduğun son bir ayədədir.»(Biharul-Ənvar, c. 92, səh. 190, hədis 2

     )

    5171. Allahın Peyğəmbəri (s): «Quranı öyrənmək və onu oxumaq sizinlə olsun.»(Biharul-Ənvar, c. 2, səh. 195, hədis 10

     )

    5172. Allahın Peyğəmbəri (s): «Kim bir nəfərə Quran öyrədirsə, onun mövlasıdır. Həmin şəxs onu kimsəsiz, köməksiz qoymamalı və özünü ondan üstün tutmamalıdır.»(Kənzul-Ummal, hədis 2777

     )5173. İmam Əli (ə): «Övladın ata üzərindəki hüquqlarından biri də ona yaxşı ad qoyulması, gözəl tərbiyə olunması və Quran öyrədilməsidir.»(Bəqərə, ayə 121

     )

    5174. İmam Sadiq (ə): «Layiq olanı budur ki, mömin dünyadan köçməmiş Quranı öyrənsin və ya öyrənərkən vəfat etsin.»(Sad, ayə 29 

     )

    1500. Quranı əzbərləməyə həvəsləndirmək.
    5175. Allahın Peyğəmbəri (s): «Allah-taalanın öz kitabını əzbərləmək nemətini ona bəxş etdiyi kimsə, başqalarına ondakı nemətdən böyük nemət verildiyini güman etsə, şübhəsiz ki, ən böyük nemətə qarşı hörmətsizlik və naşükrlük etmişdir.»(Tənbihul-Xəvater, c. 2, səh.236

     )

    5176. Allahın Peyğəmbəri (s): «Daxilində Qurandan bir şey olmayan kimsə xaraba ev kimidir.»(Biharul-Ənvar, c. 92, səh. 213, hədis 11

     )

    5177. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsənin «filan ayəni unut-muşam» deməsi yaxşı deyil. (Belə deyil) Yadından çıxarılmışdır. Quranı (yaddaşınızda vərəqləyin və) yadınıza salın. Çünki canım əlində olana and olsun ki, Quran insanların sinəsindən, dəvə bəndindən qopandan daha tez qopar.»(Nəhl, ayə 98

     )

    5178. Allahın Peyğəmbəri (s): «Quranı içlərində daşıyanlar (və əzbər bilənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər.»(Təfsir əl-Əyyaşi, c. 2, səh. 270, hədis 68

     )

    5179. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin böyükləri və kübarları Quran daşıyanlar və gecəni ibadətdə dirigözlü açanlardır.»(Muzzəmmil, ayə 4

     )

    5180. Allahın Peyğəmbəri (s): «Allah qarşısında tam və aşkar təvazökarlığa ən layiq olanlar Quranı əzbər bilənlərdir. Namaz qılmağa, aşkarda və gizlində oruc tutmağa layiq olan da, Quranı əzbər biləndir.»(Nəvadir ər-Ravəndi, səh. 30

     )

    5181. Allahın Peyğəmbəri (s): «Quranı qoruyan kimsəyə, ona qarşı sərt rəftar edənə sərt olmaq yaraşmaz. Daxilində Allahın kəlamı olan (ona qarşı) cahilcəsinə rəftar edənlə ağılsız davranmaz.»(Sad, ayə 29

     )

    5182. İmam Sadiq (ə): «Qurana əməl edən hafiz, mətləb gətirən mələklər qədər hörmətli və yaxşı əməl sahibi olar.»(Biharul-Ənvar, c. 92, səh. 211, hədis 4

     )

    5183. İmam Sadiq (ə): «Kim Quranın bir surəsini unudarsa, həmin surə (cənnətdə) gözəl bir surət və yüksək məqam timsalında qarşısında canlanar. Həmin şəxs onu gördükdə soruşar: «Sən kimsən? Nə qədər gözəlsən! Ey kaş mənim olaydın.» Cavab verilər: «Məni tanımırsan? Mən filan surəyəm. Məni yadından çıxarmasaydın, səni yüksək məkana aparardım.»(əl-Kafi, c. 2, səh. 617, hədis 1

     )

    1501. Quranı avazla oxumağa həvəsləndirmək.
    Quran:
    «Allahın kitabını oxuyan, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyənlər heç vaxt kasad olmayan ticarətə ümid bəsləmişlər.»(Hədid, ayə 16  )
    Hədis:
    5184. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə Allahı ilə söhbət etmək istəyəndə Quran oxusun.»(Kənzul-Ummal, hədis 4143 )
    5185. Allahın Peyğəmbəri (s): «Ürəklər də dəmir kimi pas bağlayar.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Ürəkləri cilalayan nədir?.» Buyurdu: «Quran oxumaq.»(Uyun Əxbar ər-Riza (ə), c. 2, səh. 182, hədis 5
    5186. Allahın Peyğəmbəri (s): «Quran oxumaq sənin işin olsun! Çünki Onu oxumaq günahların kəffarəsidir və alovun qarşısında pərdə, əzabdan qorunmağın səbəbidir.»(Biharul-Ənvar, c. 92, səh. 184, hədis 19 )
    5187. Allahın Peyğəmbəri (s): «Övladım! Quran oxumaqdan qəflətdə qalma. Çünki Quran qəlbi dirildər və pozğunluq, pis əməl, zülm və günahdan saxlayar.»(Nəhcül-Bəlağənin şərhi, c. 10, səh. 23

     )

    1502. Gözəl səslə oxumaq.
    5188. Allahın Peyğəmbəri (s): «Hər şeyin bir zivəri var və Quranın zivəri də gözəl səsdir.»(Camiul Əxbar, səh. 130, hədis 254

     )

    5189. Allahın Peyğəmbəri (s): «Quranı (xoş) səslərinizlə zinətləndirin.»(Əraf, ayə 240

     )

    5190. Allahın Peyğəmbəri (s) («Kim Quranı hamıdan daha gözəl oxuyur?» sualına verdiyi cavabdan):–«Onun Quran oxumağını eşidəndə, səsində Allahdan qorxu və qəzəbi görəsən.»(Kənzul-Ummal, hədis 2472

     )

    5191. Allahın Peyğəmbəri (s): «Quranı həzin avazla oxuyun. Çünki o həzin nazil olmuşdur.»(Kənzul-Ummal, hədis 2316)
    1503. Tilavətin haqqı.
    5192. İmam Sadiq (ə)(«Onlara kitab verdiklərimiz, Kitabı layiq olan şə¬kil¬də oxuyarlar»(Biharul-Ənvar, c. 92, səh. 222, hədis 7
     )ayəsi haqda buyurduqlarından): «Ayələrini aydın və qısa-qı¬sa oxuyarlar. Mənalarını anlamağa çalışarlar. Hökm və fərmanlarını tət¬biq edər, vədlərinə ümid bəsləyər, əzabından qorxarlar. Əhvalatlarından ör¬nək götürər, misallardan öyüd alar, əməllərini yerinə yetirər, qada¬ğa¬larından uzaq durarlar. Allaha and olsun ki, Quranı tilavət haqqı, ayələri əzbərləmək, hərfləri və sözlərini ardıcıl oxumaq, surələrini tilavət etmək, onun beş-on cüzvünü təkrarlamaqla deyil. (bəziləri) Hərf və sözlərini əzbərlədilər, hədd və mənaları tərk etdilər. Tilavətin haqqı isə onun ayələri haqda dərin düşünməkdir. Allah-taala buyurur: Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini dərindən düşünəsən.»(Biharul-Ənvar, c.92, səh. 107, hədis 1?, Munyətul-Murid, səh. 369) 
    1504. Quran oxumağın qaydaları.
    1. Ağzı təmizləmək.
    5193. Allahın Peyğəmbəri (s): «Quranın keçdiyi yerləri təmizləyin.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Quranın keçdiyi yer haradır.» Buyurdu: «Ağızlarınız.» Ərz olundu: «Nə ilə təmizləyək?» Buyurdu: «Mis-vakla.»(Biharul-Ənvar, c.92, səh. 110, hədis 11

     )

    2. Allaha pənah aparmaq.
    Quran:
    «Quran oxuyanda, qovulmuş şeytandan Allaha pənah apar.» 
    Hədis:
    5194. İmam Sadiq (ə) (Hər surəni oxumağa başlayanda, «əuzu billahi minəş şeytanir rəcim» demək barədə suala cavabından): «Bəli, şeytanların ən alçağı olan qovulmuş şeytandan Allaha pənah apar.» 
    3. Tərtil (aydın və qısa-qısa oxumaq)
    Quran:
    «Ona bir qədər (yarısı) artır və Quranı ağır-ağır oxu.» 
    Hədis:
    5195. Allahın Peyğəmbəri (s) (Quranı ağır-ağır oxu» ayəsi barədə): «Quranı aydın və ağır-ağır oxu. Onu ot şitili kimi səpmə və şer kimi tələsik, qırıq-qırıq oxuma. Heyrətamiz yerlərində ləngiyin, qəlbləri onunla doyündürüb hərəkətə gətirin. Bütün səyləriniz surəni başa çatdırmaq olmasın.» 
    4. Dərindən düşünmək
    Quran:
    «Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, ayələrini dərindən düşünsünlər və ağıl sahibləri ondan ibrət alsınlar.» 
    Hədis:
    5196. İmam Əli (ə): «Bilin ki, Quranı düşünmədən oxumağın bir xeyri yoxdur. Bilin ki, fəhmsiz və düşüncəsiz ibadətin də bir xeyri olmaz.» 
    5197. İmam Sadiq (ə) (Quranı bir gecədə xətm etmək barədə suala cavabından): «Onu bir aydan az müddətə oxumağını istəmirəm.» 
    5.Qəlbin yumşaqlığı.
    Quran:
    «İman gətirənlərin qəlblərinin Allahı xatırlamaq və haqdan nazil olan üçün yumşalma vaxtı gəlib çatmamışdırmı? Bundan əvvəl (səmavi) kitab verilənlər kimi olmasınlar ki, onların gözləmə müddəti uzun müddət çəkdi, qəlbləri sərtləşdi. Onların çoxu fasiq idilər.» 
    Hədis:
    5198. Allahın Peyğəmbəri (s) («İnsanlardan ən gözəl Quran oxuyan kim-dir?» sualına cavabından): «Quran oxumağını eşidəndə, Allahdan qorxduğunu hiss etdiyin.» 
    5199. «Əyunul-Əxbaril-Rza» (ə): «İmam Rza (ə) Xorasana səfərə çıxarkən gecələr yatağında çox Quran oxuyardı. Cənnət və oddan bəhs edən ayəyə çatdıqda ağlayar, Allahdan cənnət diləyər, oddan Ona pənah aparardı.» 
    1505. Quranın lənətlədiyi kimsələr.
    5200. Allahın Peyğəmbəri (s): «Quranın lənətlədiyi Quran oxuyanlar nə qədər də çoxdur.» 
    5201. Allahın Peyğəmbəri (s): «Səni (günahlardan) saxlayana qədər Quran oxumusan. Yox əgər saxlamayıbsa, Quran oxumamısan.» 
    5202. Allahın Peyğəmbəri (s): «Cəhənnəmdə dəmirdən bir dəyirman var və onun başında günahkar qarilər, alimlər üyüdüləcək.» 
    1506. Qurana qulaq asmaq.
    Quran:
    «Quran oxunanda ona qulaq asın və susun ki, bəlkə rəhm oluna-sınız.» 
    Hədis:
    5203. Allahın Peyğəmbəri (s): «Ehey! Kim Allaha müstaqdırsa, Onun sözünə qulaq assın.» 
    5204. Allahın Peyğəmbəri (s): «Kim Allahın kitabının bir ayəsinə qulaq asarsa, ona ikiqat savab yazılar. Kim Qurandan bir ayə oxusa qiyamət günündə həmin ayə onunçün nura çevrilər.» 
    5205. İmam Sadiq (ə) (Zurarənin Quran eşidən kimsənin susmasının və qulaq asmağının zərurəti haqda sualına cavabından):–«Bəli, sənin yanında Quran oxunanda, qulaq asıb sakit dayanmağın vacibdir.» 
    1507. Öz nəzərinə uyğun təfsirdən çəkinmək.
    5206. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: Sözümü öz nəzərinə uyğun təfsir edən alim Mənə iman gətirməmişdir.» 
    5207. Allahın Peyğəmbəri (s): «Dünyadan köçəndən sonra ümmətim üçün ən çox qorxduğum şey, Quranı yanlış yozandır.» 
    5208. İmam Sadiq (ə): «Kim Quranı nəzərinə uyğun təhlil etsə və təfsiri doğru olsa, ona heç bir əcr çatmaz və əgər səhv olsa, günahı onun boynundadır.» 
    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-10)
    Views: 1727 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024