İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    122. Aqibət
    601. Aqibət
    1833. Allahın Peyğəmbəri (s): «Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur». (Biharul-ənvar, c.71, səh.366, hədis 13)
         1834. Allahın Peyğəmbəri (s): «Bəzən insan uzun müddət Cənnət əhlinin işini yerinə yetirir, amma axırı Cəhənnəm əhlinin aqibəti olur». (Kənzul-ummal, hədis 545)
         1835. Allahın Peyğəmbəri (s): «Kimsənin işinin aqibəti sizə məlum olmayınca, ondan (yaxşı əməllərindən) heyrətə gəlməyin. Çünki insan ömrünün böyük hissəsini, ya bir müddətini yaxşı işlər görməklə keçirir və bu halda dünyadan köçərsə Cənnətə getmiş olar. Ancaq, (görürsən) insan birdən dəyişir və nalayiq işlər görməyə başlayır». (Kənzul-ummal, hədis 589)
         602. Yaxşı sonluğun səbəbləri
         1836. İmam Əli (ə): «Allah-Taalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil ki, sənə yetişən hər xeyir Allahın lütfündən və uğurundandır. Sənə yetişən hər pisliyə görə isə (bil ki,) Allah sənə möhlət və fürsət vermişdir. Onun sənə qarşı olan səbr və güzəştindən qorx». (Biharul-ənvar, c.70, səh.392, hədis 60)
         1837. İmam Sadiq (ə) bir nəfərə xitabən: «Əgər əməlinin xeyirli sonluqla başa çatmasını və ölüm anında ən yaxşı əməllərinlə dünyadan köçməyini istəyirsənsə, Allahın haqqını qoru. Belə ki, Onun verdiyi nemətləri günah yolda xərcləmə, sənə qarşı göstərdiyi səbrə görə qürurlanıb, qafil olma. Bizi (Əhli-Beyti) yaxşı sözlərlə yad edən, ya bizim məhəbbətimizdən danışan bir kəs görəndə, ona hörmət et». (Uyuni əxbari Rza (ə), c.2, səh.4, hədis 8)


    123. Xidmət etmək
    603. Xidmət etmək
    1838. Allahın Peyğəmbəri (s): «Bir dəstə müsəlmana xidmət edən hər müsəlmana Allah-Taala Cənnətdə onların sayı qədər xidmətçi verər». (əl-Kafi, c.2, səh.207, hədis 1)
         1839. Allahın Peyğəmbəri (s): «Möminin mömin qardaşına xidmət etməyi elə bir məqamdır ki, fəzilət və savabı onun mislindən (yəni, qarşılıqlı xidmətindən) başqa heç bir şeylə əldə olunmaz». (Mustədrakul-vəsail, c.12, səh.429, hədis 14524)
         1840. İmam Sadiq (ə): «Möminlər bir-birinin xidmətçiləridir». (Cəmil deyir) Ərz etdim: «Necə bir-birlərinin xidmətçiləri olurlar?» Buyurdu: «Bir-birilərinə xeyir verirlər». (əl-Kafi, c.2, səh.167, hədis 9)
         1841. İmam Sadiq (ə): «Qardaşına xidmət et! Amma əgər səni məcburi xidmətə və biyara götürsə, ona xidmət etmə». (əl-İxtisas, səh.243)


    124. Xəvaric
    604. Mariginlər
    Quran: 
         «De: Sizə əməllərində ən çox ziyana uğrayan insanları tanıtdırımmı? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda, dünyadakı səyləri puç olan kimsələrdir». (Kəhf surəsi, ayə 104)
         Hədis: 
         1842. «Kənzul-Ummal» kitabından: «Allahın Peyğəmbəri (s) Hüneyn (müharibəsi) günü qızıl külçələri bölürdü. Yoldan bir kişi gəlib dedi: «Ey Məhəmməd, ədalətli ol! Allahın Peyğəmbəri (s) buyurdu: «Vay olsun sənə! Əgər mən ədalətli deyiləmsə, bəs onda ədalətli kimdir? (Yaxud buyurdu:) Məndən sonra ədaləti kimdə tapacaqsınız?» Bu vaxt buyurdu: «Tezliklə buna bənzər insanlar gələcəklər. Onlar Allahın kitabına düşmən olduqları halda onu tələb edəcəklər. Allahın kitabını oxuyarlar, amma (oxuduqları) hülqumlarından aşağı getməz. Başları qırxıq olar. Onlar baş qaldıran zaman boyunlarını vurun». (Kənzul-ummal, hədis 31610)
         1843. İmam Əli (ə) (Bir nəfər yuxarıda xatırlanan ayəni o Həzrətin (ə) hüzurunda oxuyanda buyurdu): «Xəvaric bu kəslərdəndir». (Nəhcül-bəlağənin şərhi, c.2, səh.278)
         1844. İmam Əli (ə): «Allahın Rəsulundan (s) eşitdim ki, axirəz-zamanda azyaşlı, quşbeyin bir camaat baş qaldırar. Sözlərin ən yaxşılarını danışar, sizdən çox namaz qılarlar, Quran oxuyarlar. Amma, onların imanı hülqumlarından aşağı getməz. Ox kamandan çıxan kimi onlar da dindən çıxacaqlar. Onları öldürün». (Nəhcül-bəlağənin şərhi, c.2, səh.267)
         605. Xəvaric öldürüləndən sonra
         1845. İmam Əli (ə) xəvaricin cənazələrinin yanından keçərkən buyurdu: «Vay sizin halınıza, sizi aldadan sizə çox ziyan vurdu». Ərz etdilər: «Ey Əmirəl-möminin! Onları kim aldatdı? Buyurdu: «Yoldan azdıran şeytan və pisliyə əmr edən nəfs xam arzularla onları aldatdı. Günah meydanını onlar üçün genişləndirdi, onlara qələbə vədəsi verdi və bu vaxt onları alovun ağuşuna atdı». (Nəhcül-bəlağənin şərhi, c.2, səh.235)
         1846. «Nəhcül-Bəlağə» kitabından: «Xəvaric öldürüləndən sonra Əmirəl-mömininə (ə) ərz etdilər: «Ey Əmirəl-möminin! Bu camaatın hamısı məhv oldu?». Həzrət buyurdu: «Heç vaxt, Allaha and olsun, onlar kişilərin belində və qadınların rəhmlərindəki nütfələrdir. Onlardan bir budaq bitən kimi kəsilər və bu, onlardan bir dəstə yolkəsən və oğru törənib qalanadək davam edəcək». (Nəhcül-bəlağə, xütbə 60)
         1847. İmam Əli (ə): «Ey insanlar! Mən fitnənin gözünü çıxartdım və bunu onun (fitnənin) zülmət qaranlığı hər yeri bürüdüyü, quduzluğu və şiddəti son həddə çatdığı və məndən başqa onun qarşısını almağa heç kəsin cəsarəti çatmadığı bir vaxt etdim».(Nəhcül-bəlağə, xütbə 93)
         606. İmamın özündən sonra xəvaricin öldürülməsini qadağan etməsi 
         1848. İmam Əli (ə): «Məndən sonra xəvariclə döyüşməyin (onları öldürməyin). Çünki haqqı tələb edən və ona çatmayan, batil axtaran və onu əldə edən kimi deyildir».(Nəhcül-bəlağə, xütbə 61)
         


    125. Ziyankarlıq
    607. Ziyankarlar
    1849. Allahın Peyğəmbəri (s): «Ziyankar öz axirətini abad etməkdən qafil olan kəsdir». (Tənbihul-xəvatir, c.2, səh.118)
         1850. Allahın Peyğəmbəri (s): «Ömrünü dünyanı qazanmağa sərf edən kəs, bu ticarətdə ziyan etmiş və uğuru əldən vermişdir». (Tənbihul-xəvatir, c.2, səh.119)
         608. Dünya və axirətdə ziyana uğrayanlar
         Quran:
          «İnsanların arasında elələri var ki, Allaha tərəddüdlə ibadət edirlər. Əgər ona bir xeyir yetişərsə qəlbi ondan rahatlıq tapar, əgər qarşıya bir imtahan çıxarsa ondan üz döndərər (və dəyişər). Dünya və axirətdə ziyana uğrayarlar və bu həmin açıq-aşkar ziyandır». (Həcc surəsi, ayə 11)
         Hədis: 
         1851. İmam Əli (ə) «Kimin bədbəxtliyi daha çoxdur?» sualına cavabından: «Dünyanı dünyaya xatir tərk edən və buna görə dünyanı da əldən verən, axirətinə də ziyan vuran kişi. Bir də özünü göstərmək üçün ibadət edən, çalışan və oruc tutan kişi. Dünyanın xətrinə dünya ləzzətlərindən məhrum olub və özünə əziyyət vermiş bu şəxs, əgər bunları Allaha xatir etsəydi, Allahın mükafatına layiq olardı». (Tənbihul-xəvatir, c.2, səh.95)
         609. Ən çox ziyana uğrayanlar
         Quran: 
         «De: Sizə (əməllərində) ən çox ziyana uğrayan insanlardan xəbər verimmi? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda, dünyadakı səyləri hədərə gedənlərdir». (Kəhf surəsi, ayə 103-104)
         Hədis: 
         1852. İmam Əli (ə): «Ticarətdə ən çox ziyana uğrayan və səylərində hamıdan uğursuz kimsə odur ki, öz bədənini (dünya) malı axtarmaq üçün taqətdən sala və taleyin müqəddəratı onun üzünə gülməyə, o da peşmançılıq və həsrətlə dünyadan köçərək onun yükü ilə axirətə üz tuta». (Nəhcül-bəlağə, hikmət 430)


    126. Xuşu (təvazökarlıq)
    610. Təvazökarlıq
    Quran:
          «Məgər möminlər üçün öz qəlblərini Allahı yad etməklə xuşu (təvazökarlıq) halına salmalarının vaxtı gəlib çatmamışdırmı?» (Xuşu-qəlbin özünə məxsus bir halıdır. Allahdan başqa qəlbdən hər şeyi çıxartmaqla yaranan nurani-ruhani bir haldır.) (Hədid surəsi, ayə 16)
         Hədis: 
         1853. «İrşadul-Qulub» kitabından: «Merac hədisində Allah-Taaladan nəql olunur ki, yalnız Məni tanıyan və Mənim qarşımda xuşu edən bəndələrimin qarşısında bütün əşyalar təvazökar olarlar». (İrşadul-qulub, səh.203)
         1854. İmam Əli (ə): «Təvazökarlıq dua üçün necə də gözəl köməkçidir». (Ğurərul-hikəm, hədis 9945)
         1855. İmam Səccad (ə): duada buyurur: «Ey Allahım! Qane olmayan nəfsdən, doymaq bilməyən qarından, yumşaq və təvazökar olmayan qəlbdən Sənə pənah gətirirəm». (İqbalul-əmal, c.1, səh.174)
         611. Təvəzökarların sifətləri 
         1856. Allahın Peyğəmbəri (s): «Təvazökar insanın dörd əlaməti var: gizlində və aşkarda Allahdan qorxmaq, yaxşı işlər görmək, Qiyamət gününü fikirləşmək və Allahla münacat etmək». (Tuhəful-uqul, səh.20)
         1857. İmam Əli (ə): «Qəlbi xuşu halında olanın bədən üzvləri də xuşu halında olar».(Ğurərul-hikəm, hədis 8172)


    127. Xütbə
    612. Xütbə
    Quran:
          «Onun hökmranlığını möhkəmləndirdik, ona hikmət və fəsahətli nitq qabiliyyəti bəxş etdik». (Sad surəsi, ayə 20)
         Hədis:
          1858. Səd ibn İbrahim atasından nəql edir: «İki dəfə minbərdən xütbə söyləyən kəs İbrahim (ə) olub. Bu rumluların Lut peyğəmbəri (ə) əsir götürdükləri vaxt olub və İbrahim (ə) onlarla müharibə edərək o Həzrəti onların əlindən almışdır». (Durrul-Mənsur, c.1, səh.282)
         1859. Cabir: «Allahın Peyğəmbəri (s) xütbə söyləyəndə qoşunu düşmən həmləsinin təhlükəsindən agah edən qarovul əsgər kimi gözləri qızarar, səsi ucalar və qəzəbi kükrəyərdi». (Kənzul-ummul, hədis 17974)
         1860. Əbu Umamə: «Peyğəmbər (ə) ordu başçısını müharibəyə göndərəndə buyurardı: Xütbəni qısa və sözünü az et». (Kənzul-ummal, hədis 18126)
         1861. Əmmar ibn Yasir: «Allahın Peyğəmbəri (s) bizə xütbələrimizi müxtəsər söyləməyi əmr etmişdir». (Sunənu-əbi Davud, hədis 1106)
         1862. Cabir ibn Səmurət Səvaiyyi: «Allahın Rəsulu (s) cümə günləri moizəni çox uzatmaz, qısa sözlərlə bəyan edərdi». (Sunənu əbi Davud, hədis 1107)


    128. Xətt və xəttatlıq
    613. Xətt və xəttatlıq
    Quran: 
         «Sən Qurandan qabaq heç bir kitab oxumamışdın və öz xəttinlə heç bir kitab yazmamışdın. Əgər belə olsaydı, batil əhli şəkkə düşərdi». (Ənkəbut surəsi, ayə 48)
         Hədis:
         1863. Allahın Peyğəmbəri (s): «Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (Bismillahir rəhmanir rəhimdə) «ba» hərfini çək, «sin»i açıq yaz, «mim»i əyri yazma, Allahı gözəl yaz. Ər-rəhmanı bir qədər uzat, ər-rəhimi yaxşı yaz». (əd-Durul-Mənsur, c.1, səh.28)
         1864. Allahın Peyğəmbəri (s) «Yaxud elmdən bir nişanə» ayəsi (Əhqaf surəsi, ayə 4) barədə: «Burada məqsəd xəttdir». (əd-Durul Mənsur, c.7, səh.434) 
         1865. Əta ibn Yəssar: «Peyğəmbərdən (s) xətt barədə soruşdular. Buyurdu: «Onu bir peyğəmbər təlim etdi və səhabələri öyrəndilər». (əd-Durul-Mənsur, c.7, səh.434)
         1866. İmam Əli (ə): «Xətt əlin dilidir». (Ğurərul-hikəm, hədis 2465)
         1867. İmam Əli (ə) öz katibi Ubeydulla ibn Əbirafiyə xitabən: «Öz mürəkkəbqabına liqa (sap) qoy, qələminin ucunu uzununa itilə, xəttlər arasında fasilə saxla və hərfləri bir-birinə yaxın yaz. Belə yazsan xəttin gözəl olar». (Nəhcül-bəlağə, hikmət 315)
         1868. İmam Əli (ə): «Qələminin ucunu yar, lələyini qalın et və onu sağ tərəfdən kəs ki, xəttin qəşəng olsun». (Ğurərul-hikəm, hədis 2465)


    129. İxlas
    614. İxlas
    Quran: 
         «(Şeytan) Dedi: Sənin izzətinə and olsun ki, onların arasından Sənin seçilmiş və ixlasla ibadət edən bəndələrindən başqa hamısını azdıracam…». (Sad surəsi, ayə 82-83)
         Hədis:
         1869. İmam Əli (ə): «İxlas dinin ən yekun dərəcəsidir».(Ğurərul-hikəm, hədis 727)
         1870. İmam Əli (ə): «İxlas (Allaha) yaxın olan kəslərin ibadətidir». (Ğurərul-hikəm, hədis 667)
         1871. İmam Əli (ə): «İxlas ibadətin ölçü və meyarıdır».(Ğurərul-hikəm, hədis 859)
         1872. İmam Əli (ə): «İxlas imanın zirvəsidir».(Ğurərul-hikəm, hədis 860)
         1873. İmam Əli (ə): «Nicat və xilas ixlasdadır».(Tənbihul-xəvatir, c.2, səh.154)
         1874. İmam Əli (ə): «Xoş o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi, götürməyi və qoymağı, nitqi və sükutu, əməli və danışığı yalnız Allah üçün ola».(Tuhəful-uqul, səh.100)
         615. İxlasın çətin olması
         1875. İmam Əli (ə): «Əməli xalisləşdirmək əməlin özünü yerinə yetirməkdən çətin, əməl edənlər üçünsə niyyəti fəsaddan və qarışıqdan təmizləmək uzunmüddətli cihaddan daha ağırdır». (Biharul-ənvar, c.77, səh.288, hədis 1)
         1876. İmam Səccad (ə): «Əməl xalisləşənədək onda sabitqədəm olmaq əməlin özündən çətindir». (əl-Kafi, c.2, səh.16, hədis 4)
         616. İşin az, amma ixlasla olmasının kifayət etməsi
         1877. «əl-Kafi» kitabından: Allah-Taalanın Musaya (ə) kəlamlarından: «Ey Musa! Mənə xatir görülən hər bir işin azı çox, Məndən qeyrisi üçün yerinə yetirilən işin çoxu azdır».(əl-Kafi, c.8, səh.46, hədis 8)
         1878. Allahın Peyğəmbəri (s): «Qəlbini xalis et, az iş sənə kifayət edər». (Biharul-ənvar, c.73, səh.175, hədis 15)

    130. Müxlis (əməlini ixlasla, Allaha xatir yerinəyetirən şəxsdir)

    1879. Allahın Peyğəmbəri (s): «Yalnız öz elminə əməl edənlərindən başqa alimlərin hamısı məhv olar. Yalnız ixlasla əməl edənlərdən başqa, əməl edənlərin də hamısı məhv olar. İxlasla əməl edənlərin özü də təhlükədədirlər». (Tənbihul-xəvatir, c.2, səh.118)
         1880. İmam Sadiq (ə) Müfəzzəl ibni Salehə: «Həqiqətən, Allahın ixlasla əməl edən bəndələri vardır, Allah da öz xalis əcr və mükafatından onlara bəxş edər. Bunlar Qiyamət günü əməl dəftərləri boş (yazısız) olan kəslərdir. Onlar Allah qarşısında dayananda Allah-Taala o əməl dəftərlərini onlarla Özü arasında olan sirlə doldurar» (Rəvayətçi deyir) Ərz etdim: «Ey mənim ağam, bu niyə belədir (yəni, əməl dəftərləri ağ və yazısızdır)?» Buyurdu: «Çünki Allah-Taala onların şənini Özü ilə onların arasında olan əlaqəsini mühafizəçi mələklərin xəbərdar olmalarından daha uca etmişdir». (İddətud-dai, səh.194)
         1881. Cəbrayıl (ə) Peyğəmbərin (s) ixlas barədə sualının cavabında buyurub: «Muxlis, o kəsdir ki, özü bir şeyi əldə etməyincə insanlardan heç nə istəməsin, həmin şeyi əldə edəndə razı olsun və o şeydən yanında bir qədər qalmış olsa başqalarına bəxş etsin. Çünki məxluqdan bir şey istəməyən, Allah üçün bəndəliyini etiraf etmişdir. Öz məqsədinə çatıb razı olanda, Allahdan razı olmuşdur və Allah-Taala da ondan razıdır. Özünə qalan şeydən Allaha xatir bəxş edəndə öz Rəbbinə etimad mərtəbəsinə yetişmişdir». (Nurus-səqəleyn, c.3, səh.15, hədis 50)
         618. Əməllərin qəbul olunmasında ixlasın rolu
         1882. Allahın Peyğəmbəri (s): «Bir iş görəndə onu yalnız Allah üçün gör. Çünki O, bəndələrin yalnız xalis əməllərini qəbul edir». (Biharul-ənvar, c.77, səh.103, hədis 1)
         1883. İmam Sadiq (ə): «Allah-Taala buyurmuşdur: Mən ən yaxşı şərikəm. Öz əməlində mənə şərik gətirən kimsənin, yalnız xalis mənim üçün olanlardan başqa heç bir əməlini qəbul etmərəm». (Mustədrakul-vəsail, c.1, səh.100, hədis 87)


    131. Xalis din

    Quran: 
         «De: Mənə Allaha ibadət və dini xalis Onunçün etmək əmr olunmuşdur. Mənə ilk müsəlman olmaq buyurulmuşdur». (Zumər surəsi, ayə 11-12)
         Hədis: 
         1884. Allahın Peyğəmbəri (s): «Haramlardan uzaqlaşmaq ixlasın kamilliyidir». (Kənzul-ummal, hədis 44339)
         1885. İmam Sadiq (ə): «Kim ixlasla «Lə iləhə illəllah» desə Cənnətə gedər və onun ixlası bundan ibarətdir ki, «Lə iləhə illəllah» onu Allahın haram etdikləri şeylərdən çəkindirsin». (Biharul-ənvar, c.8, səh.359, hədis 24)
         620. İxlasın həqiqəti
         1886. Allahın Peyğəmbəri (s): «Hər haqqın həqiqəti var. Bəndə də, Allah üçün etdiyi əməlin müqabilində təriflənib öyülməməsini istəməyənədək ixlasın həqiqətinə yetişməyəcək». (Biharul-ənvar, c.72, səh.304, hədis 51)
         1887. İmam Əli (ə): «Xalis ibadət, insanın öz Rəbbindən başqa bir kimsəyə ümid bəsləməməsi və öz günahından başqa heç nədən qorxmamasıdır». (Ğurərul-hikəm, hədis 2128)
         1888. İmam Sadiq (ə): «Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən». (əl-Kafi, c.2, səh.16, hədis 4)
         621. İxlas gətirən şey
         1889. İmam Əli (ə): «İxlasın səbəbi əminlikdir». (Ğurərul-hikəm, hədis 55382)
         1890. İmam Əli (ə): «(Yaranış və axirət haqda) Elmin meyvəsi əməlin ixlasla görülməsidir». (Ğurərul-hikəm, hədis 4643)
         1891. İmam Əli (ə): «Arzularını azalt, əməllərin xalis olar». (Ğurərul-hikəm, hədis 6793)
         1892. İmam Əli (ə): «İxlasın kökü, xalqın əlində olanlardan gözünü çəkməkdir».(Ğurərul-hikəm, hədis 3088)
         622. İxlasın nəticələri
         1893. Allahın Peyğəmbəri (s): «Əgər bəndə qırx sübh Allaha ixlasla ibadət edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar». (Uyuni əxbari-Rza (ə), c.2, səh.69, hədis 321)
         1894. Allahın Peyğəmbəri (s): «Allah-Taala buyurur: Bəndəmin qəlbinə baxıb, Mənə ixlasla və Mənim razılığımı qazanmaq üçün ibadət etdiyini görəndə onun işlərinin nizamını və tədbirini öz öhdəmə götürərəm». (Biharul-ənvar, c.75, səh.136, hədis 16)
         1895. İmam Əli (ə): «Niyyətini xalis edən kəs alçaqlıqdan uzaq olar». (Ğurərul-hikəm, hədis 8447)
         1896. İmam Sadiq (ə): «Bütün əşyalar möminin müqabilində təvazökarlıq edər və onun heybətindən qorxar». Sonra buyurdu: «Əgər Allah üçün ixlasla iş görərsə, Allah-Taala hər şeyi, hətta yerin gəmirici və yırtıcı heyvanlarını, havadakı quşları ondan qorxudar». (Biharul-ənvar, c.70, səh.248, hədis 21)

    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1528 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024