İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    137. Şərab
    646. Şərab
    1973. Allahın Peyğəmbəri (s): «Şərab və iman heç vaxt bir kəsin daxilində, ya qəlbində bir yerdə olmaz».(Biharul-ənvar, c.79, səh.152, hədis 46)
         1974. Allahın Peyğəmbəri (s): «Şərab, pisliklərin və böyük günahların anasıdır». (Kənzul-ummal, hədis 13181)
         1975. Allahın Peyğəmbəri (s): «Bütün pisliklər bir evə yığışıb və bu evin açarı şərab içməkdir». (Biharul-ənvar, c.79, səh.148)
         647. Şərabın haram edilməsinin səbəbi
         1976. İmam Əli (ə): «Allah-Taala əqli qorumaq üçün şərabxorluğun tərk olunmasını vacib etdi». (Nəhcül-bəlağə, hikmət 445)
         1977. İmam Rza (ə): «Allah-Taala şərabı haram etdi. Ona görə ki, şərab pozğunluq gətirər, şərab onu içənlərin əqlini dəyişdirir, onları Allahı inkar etməyə, Allaha və Onun peyğəmbərinə töhmət vurmağa, böhtan atmağa vadar edir. Eləcə də, şərab içənlər fəsad və qətl kimi (cinayət) əməllər törədirlər». (Uyune əxbare Rza (ə), c.2, səh.98, hədis 2)
         648. Şərabxorluğun aqibəti
         1978. İmam Əli (ə): «Sərxoş, Allahın görüşünə bütpərəst kimi gələcək». (əl-Xisal, səh.632)
         1979. İmam Əli (ə): «Məstedici içki içən hər bir kəsin qırx gecə və gündüz namazı qəbul olunmur». (əl-Xisal, səh.632)
         649. Şərabxorla rəftar tərzi
         1980. Allahın Peyğəmbəri (s): «Əgər şərabxor söz desə, onu təsdiq etməyin, elçiliyə gəlsə ona qız verməyin, xəstələnsə ona baş çəkməyin, ölsə dəfnində iştirak etməyin və ona əmanət tapşırmayın». (Biharul-ənvar, c.79, səh.127)
         1981. Allahın Peyğəmbəri (s): «Şərabxor kükürdə bənzəyir. Ona yaxın getməyin ki, kükürd pis iy verdiyi kimi, o da sizi pis qoxulu edər». (Biharul-ənvar, c.79, səh.150, hədis 64)
         650. Şərabxorun qəbrdən (Qiyamət günü) qalxması
         1982. İmam Sadiq (ə): «Bu dünyada məstedici içkilər içən kəslər təşnə ölərlər, təşnə halında qəbrdən qalxar və təşnə halda da Cəhənnəmə gedərlər». (Səvabul-əmal, səh.290, hədis 5)
         651. Şərabxorluğu tərk etməyə həvəsləndirmək
         1983. Allahın Peyğəmbəri (s): «Hər kəs Allahdan qeyrisi üçün (də olsa) şərabxorluğu tərk edərsə, Allah-Taala ona (Cənnətdə) pak və möhürlənmiş şərabdan içirdər». Əli (ə) ərz etdi: «Allahdan qeyrisi üçün?» Buyurdu: «Bəli, Allaha and olsun, özünü (sağlamlığını) qorumaq üçün». (Biharul-ənvar, c.79, səh.150, hədis 64)
         652. Şərab təsiri göstərən hər şeyin qadağan olunması
         1984. İmam Kazim (ə): «Allah-Taala şərabı onun adına görə deyil, nəticələrinə görə haram etmişdir. Buna əsasən, şərabın nəticələrinə malik olan hər bir şey də şərabdır (hökmündədir)». (əl-Kafi, c.6, səh.412, hədis 2)

    138. Qorxu
    653. Qorxu (Allah qorxusu)
    1985. Allahın Peyğəmbəri (s): «Hikmətin başı Allah qorxusudur». (Biharul-ənvar, c.77, səh.133, hədis 43)
         1986. Allahın Peyğəmbəri (s): «Hamıdan çox Allahdan qorxan kəs, Allah yanında ən ali məqam sahibi olan insandır». (Biharul-ənvar, c.77, səh.180)
         1987. Allahın Peyğəmbəri (s): «Üç şey insana nicat verər: …və gizlində Allahdan sanki Onu görürmüş kimi qorxmaq. Çünki sən Onu görməsən də, O səni görür».(Biharul-ənvar, c.70, səh.7, hədis 5)
         1988. Allahın Peyğəmbəri (s): «Allahı daha çox tanıyan, Allahdan daha çox qorxar». (Biharul-ənvar, səh.393, hədis 64)
         1989. İmam Əli (ə): «Allah qorxusu, Allahı tanıyanların köynəyidir». (Ğurərul-hikəm, hədis 664)
         1990. İmam Səccad (ə): «Ey Adəm övladı! Allah qorxusu sənin altdan geydiyin paltar və qəm-qüssə üstdən geyindiyin geyim olanadək daim xeyir-bərəkət içində olacaqsan». (Əmali-Tusi, səh.115, hədis 176)
         654. Mömin iki qorxu arasında yaşayır
         1991. İmam Sadiq (ə): «Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı gunahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz». (əl-Kafi, c.1, səh.71, hədis 12)
         655. Mömin qorxu və ümidlə yaşayır
         1992. Allahın Peyğəmbəri (s): «Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, ona arxalanıb az bir əməldən başqa heç nə etməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, heç vaxt nicat tapmayacağınızı düşünərdiniz». (Kənzul-ummal, hədis 5894)
         1993. İmam Sadiq (ə): «Allaha elə ümidvar ol ki, səndən günah etmək qorxusunu götürməsin və Allahdan elə qorx ki, səni Onun rəhmətindən məyus etməsin». (Biharul-ənvar, c.70, səh.384, hədis 39)
         1994. İmam Sadiq (ə): «Atam buyurardı: Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nur olmasın: qorxu nuru və ümid nuru. Əgər onların hər ikisi tərəziyə qoyulsa, biri-digərindən ağır gəlməz». (əl-Kafi, c.2, səh.67, hədis 1)
         656. Allahdan qorxanın əlamətləri
         1995. İmam Əli (ə): «Öz Rəbbindən qorxan kəs zülm etməkdən çəkinər». (Biharul-ənvar, c.75, səh.309, hədis 3)
         1996. İmam Sadiq (ə): «Bəndə, qorxan və ümidvar olmayınca mömin olmaz. Qorxu və ümid onu (xeyir) əmələ çəkməyincə, qorxan və ümidvar olmaz». (Biharul-ənvar, c.70, səh.392, hədis 61)
         1997. İmam Sadiq (ə): «Qorxan kəs odur ki, qorxu onunçün danışan dil saxlamasın».(Biharul-ənvar, c.78, səh.244, hədis 54)
         657.Qorxunun izahı
         1998. İmam Əli (ə): «Allahın zülmündən qorxmayın (Çünki o heç kəsə zülm etməz), özünüz özünüzə zülm etməkdən qorxun». (Ğurərul-hikəm, hədis 10234)
         1999. İmam Əli (ə): «Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama». (Ğurərul-hikəm, hədis 10161)
         2000. İmam Əli (ə): «Allahdan qorxduğun zaman Ona tərəf qaçırsan, məxluqdan qorxduğun zamansa ondan qaçırsan». (Ğurərul-hikəm, hədis 4028)
         658. Qorxunun nəticələri
         2001. Allahın Peyğəmbəri (s): «(Yolun təhlükəsindən və quldurlardan) Qorxan kəs gecə vaxtı hərəkət edər. Gecə hərəkət edən kəs mənzil başına çatar. Bilin ki, Allahın malları çox bahalıdır. Bilin ki, Allahın malı Cənnətdir». (Kənzul-ummal, hədis 5885)
         2002. Allahın Peyğəmbəri (s): «Allah-Taala buyurmuşdur:Öz izzəti cəlalıma and olsun, bəndəm üçün iki qorxunu və iki asayişi birlikdə yaratmaram. Beləliklə, əgər (bəndə) dünyada özünün Məndən amanda olduğunu bilsə, Qiyamət günü onu qorxudaram və əgər dünyada Məndən qorxarsa, Qiyamət günü ona asayiş bəxş edərəm». (Biharul-ənvar, c.70, səh.379, hədis 28)
         2003. İmam Əli (ə): «Qorxu nəfsi günahlardan çəkindirər və onun itaətsizliyinin qarşısını alar». (Ğurərul-hikəm, hədis 1987)
         2004. İmam Əli (ə): «Qorxusu (və ehtiyatı) çox olan az ziyan görər». (Ğurərul-hikəm, hədis 8036)
         2005. İmam Əli (ə): «Qorxunun meyvəsi asayişdir». (Ğurərul-hikəm, hədis 4591)
         2006. İmam Həsən (ə): «Kim Allaha bəndəlik etsə, Allah bütün əşyaları onun bəndəsi edər». (Tənbihul-xəvatir, c.2, səh.108)
         2007. İmam Sadiq (ə): «Kim Allahdan qorxsa, Allah hər şeyi ondan qorxudar və kim Allahdan qorxmasa. Allah-Taala onu hər şeydən qorxudar». (əl-Kafi, c.2, səh.68, hədis 3)
         2008. İmam Hadi (ə): «Kim Allahdan qorxsa hamı ondan qorxar». (Biharul-ənvar, c.77, səh.366, hədis 2)
         659. Allahdan qeyrisindən qorxmaqdan çəkindirmək
         2009. Allahın Peyğəmbəri (s): «Allahın Adəm övladına hökmran təyin etdiyi elə bir kəs olmayıb ki, Adəm övladı ondan qorxmasın. Əgər Adəm övladı Allahdan qeyrisindən qorxmasaydı, Allah-Taala özündən başqa heç kəsi onun üzərində hakim təyin etməzdi. Adəm övladı ümid etdiyi kəsdən başqa heç kəsə tapşırılmadı. Əgər Adəm övladı Allahdan qeyrisinə ümid bəsləməsəydi, Allahdan başqa bir kəsə tapşırılmazdı». (Kənzul-ummal, hədis 5909)
         2010. Allahın Peyğəmbəri (s): «Xoş o kəsin halına ki, Allah qorxusu onu insanlardan qorxmaqdan çəkindirmişdir». (Biharul-ənvar, c.77, səh.126, hədis 32)
         2011. Allahın Peyğəmbəri (s): «Allah yolunda heç bir məzəmmət edənin danlağından ürəyinə qorxu salma». (əl-Xisal, səh.526, hədis 13)
         660. Bir şeydən qorxanda münasib rəftar
         2012. İmam Əli (ə): «Bir işdən qorxan zaman özünü onun ağuşuna at. Çünki o işdən bərk qorxmaq, o işə başlamaqdan daha çətin və daha çox ziyanlıdır». (Nəhcül-bəlağə, hikmət 175)
         2013. İmam Əli (ə): «İşin çətinliyindən və ağırlığından qorxanda onun müqabilində dəyanət və əyilməzlik göstər ki, o iş sənə ram olsun. Hadisələr qarşısında çıxış yolu ara ki, işlərin sənə asan olsun». (Ğurərul-hikəm, hədis 41108)
         661. Müxtəlif
         2014. İmam Əli (ə): «Heç kəsi qorxutmayan kəs, heç vaxt qorxmaz». (Ğurərul-hikəm, hədis 8955)
         2015. İmam Sadiq (ə): «Qorxduğun bir yerə daxil olan zaman bu ayəni oxu: «Rəbbi ədxilni mudxələ sidqin vəəxricni muxrəcə siqgin vəcəl li min lədunkə sultanən nəsira».(İsra surəsi, ayə 80) (Yəni, ey Rəbbim. Məni həqiqi girişdən daxil və həqiqi çıxış yerindən xaric et, öz tərəfindən mənim üçün bir qüdrətli köməkçi təyin et) Qorxduğun bir kəsi gördüyün zaman ayətəl - kürsü (Bəqərə surəsi, ayə 255-257) oxu». (Biharul-ənvar, c.76, səh.247, hədis 37)
         2016. İmam Rza (ə): «Azda (günahda) Allahdan qorxmayan, çox (günahda) da Ondan qorxmaz». (Biharul-ənvar, c.71, səh.174, hədis 10)
         

    139. Xəyanət
    662. Xəyanət
    2017. Allahın Peyğəmbəri (s): «Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan». (Biharul-ənvar, c.103, səh.175, hədis 3)
         2018. Allahın Peyğəmbəri (s): «Əmanətə xəyanət edən bizdən deyil». (Biharul-ənvar, c.75, səh.172, hədis 14)
         2019. İmam Əli (ə): «Xəyanət ikiüzlülüyün mənşəyidir». (Ğurərul-hikəm, hədis 969)
         2020. İmam Sadiq (ə): «Mömin, xəyanət və yalandan başqa, hər xasiyyəti götürə bilər». (əl-İxtisas, səh.231)
         2021. Müaviyyə ibn Əmmar: «İmam Sadiqə (ə) ərz etdim: «Mən bir nəfərə müəyyən məbləğ pulu əmanət verirəm, o isə, ona bir şey tapşırdığımı inkar edir. Bir müddət sonra o mənə mal tapşırır. Belə olan halda mən ona tapşırdığım (və mənə vermədiyi) pulun əvəzində bu malı özümə götürə bilərəmmi?» Buyurdu: «Xeyr. Bu xəyanətdir». (Nurus-səqəleyn, c.2, səh.144, hədis 68)
         2022. Əbu Səmamə: «İmam Baqirin (ə) xidmətinə gəlib ərz etdim: Sənə qurban olum, mən Məkkənin yaxınlığına köçmək istəyirəm və mürciə borcluyam, nə buyurursan?» Buyurdu: «Öz borcunu qaytar. Ehtiyatlı ol ki, boynunda borc qalmadan Rəbbinin görüşünə gedəsən. Çünki mömin xəyanət etməz». (Mür-İslam dinindən dönən və kafir hökmündə olan bir məzhəbdir). (İləluş-şəraye, səh.528, hədis 7)
         663. Xain və xəyanətin mənası
         2023. Allahın Peyğəmbəri (s): «Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş». (Biharul-ənvar, c.77, səh.8, hədis 3)
         2024. Allahın Peyğəmbəri (s): «Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq». (Tuhəful-uqul, səh.22)
         2025. İmam Əli (ə): «Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bugünü dünənindən pis olandır». (Ğurərul-hikəm, hədis 2013)
         2026. İmam Sadiq (ə): «Bizim dostların hər birindən onun din qardaşı hər hansı bir çətinliyi ilə əlaqədar kömək istəsə və o da ona kömək etmək üçün var qüvvəsi ilə çalışmasa, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir». (Biharul-ənvar, c.75, səh.175, hədis 7)
         2027. İmam Cavad (ə): «İnsanın xəyanətkarlığına, xainlərin əmanətini saxlaması kifayət edər». (Biharul-ənvar, c.78, səh.364, hədis 4)
         664. Xəyanətin zirvəsi
         2028. İmam Əli (ə): «Səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq xəyanətin zirvəsidir». (Ğurərul-hikəm, hədis 6374)
         2029. İmam Əli (ə): «Ən pis xəyanətlərdən biri, tapşırılan şeylərə xəyanət etməkdir».(Ğurərul-hikəm, hədis 9310)
         2030. İmam Əli (ə): «Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır». (Nəhcül-bəlağə, məktub 26)
         

    Xeyir
    665. Yaxşılıq
    2031. Allahın Peyğəmbəri (s):«Yaxşılıq əkən tezliklə yaxşılıq biçər.»(Nurus-Səqəleyn, c.5, səh.341, hədis 16)
    2032. İmam Əli (ə):«Xeyir əməl əbədi qalan qazanc, saf və təravətli meyvədir.»(Nurus-Səqəleyn, c.1, səh.589, hədis 33)
    2033. İmam Əli (ə):«Xeyir ağacı əkən ondan ən şirin meyvələr dərər».(əl-Kafi, c.1, səh.200, hədis 1)
    2034. İmam Əli (ə):«Kim xeyirli bir iş görərsə, bu işin nəticəsi hamıdan əvvəl onun özünə yetişər.»(əl-Kafi, c.1, səh.200, hədis 1)
    2035. İmam Əli (ə):«Yaxşı iş, pis işdən asandır.»(Bəqərə, ayə 124)
    666. Xeyirlərin toplusu
    2036. Allahın Peyğəmbəri (s):«Allahdan qorxmaq bütün xeyirlərin toplusudur.»(əl-Kafi, c.1, səh.175, hədis 2)
    2037. İmam Əli (ə):«Üç şey xeyirlərin cəmidir: nemət bəxş etmək, əhd-peymana sadiq olmaq və sileyi-rəhm.»(əl-Kafi, c.1, səh.178, hədis 5)
    2038. İmam Əli (ə):«Əbədi qalan şeylərə əməl etmək və yox olub aradan gedən şeyləri alçaq bilmək bütün xeyirlərin cəmidir.»(Biharul-Ənvar, c.23 səh.37, hədis 65)
    2039. İmam Əli (ə):«Allaha xatir dostluq və Allaha xatir düşmənçilik etmək, Allaha xatir sevmək və Allaha xatir nifrət etmək bütün xeyirlərin cəmidir.»(əl-Kafi, c.1, səh.177, hədis 2)
    2040. İmam Səccad (ə):«Bütün xeyirləri, tamah gözünü xalqın mal-dövlətindən çəkməkdə gördüm.»(Hədisin ərəbcə olan mətnində işlənmiş لم يعرف felinin fail əvəzləyicisi barəsində bir neçə ehtimal var: Allah , imam, haqq və batil. Amma biz bəhsin Adı ilə əlaqədar ikinci ehtimalı daha düzgün sayırıq. (tərcüməçi))
    2041. İmam Səccad (ə):«Bütün xeyir və yaxşılıqlar nəfsi saxlamaqdadır.»(Biharul-Ənvar, c.23, səh.46, hədis 91)
    667. Dünya və axirət xeyirlərinə yetişməyin amilləri
    2042. Allahın Peyğəmbəri (s):«Dörd şey kimə verilərsə dünya və axirət xeyirləri ona verilmişdir: dözümlü bədən, Allahı zikr edən dil, şükr edən qəlb və ləyaqətli zövcə.»(Biharul-Ənvar, c.23, səh.23, hədis 26)
    2043. İmam Əli (ə):«Dünya və axirətin xeyri əməli saleh insanlarla sirdaşlıq və dostluq etməkdə cəm olmuşdur.»(əl-Kafi, c.1, səh.179, hədis 10)
    2044. İmam Əli (ə) :«Kimdə üç xislət olarsa dünya və axirətin xeyirləri onun ruzisi olmuşdur. Bunlar Allahın qəzavü qədərinə razı olmaq, çətinlik və bəlada səbr göstərmək, rahatlıq və rifahda şükr etməkdir.» (Biharul-Ənvar, c.23, səh.51, hədis 101)
    2045. İmam Əli (ə):«Sübhan olan Allah bəndəyə dünya və axirət xeyirlərindən hər bir şeyi, yalnız onun gözəl əxlaqına və pak niyyətinə görə bəxş etmişdir.»( İsra, ayə 71)
    2046. İmam Əli (ə):«Kimə bu dörd xislət verilibsə dünya və axirətin xeyirləri ona verilmişdir: doğru danışmaq, əmanətdarlıq, bətnini haramdan qorumaq və gözəl əxlaq.»(Biharul-Ənvar, c.8, səh.10, hədis 3)
    668. Xeyrin izahı
    2047. İmam Əli (ə): «Mal-dövlətin və övladların çoxluğu xeyir və yaxşılıq demək deyil. Əslində, xeyir sənin dərin elmə və böyük səbrə malik olmağın, Rəbbinə ibadət etdiyinə görə xalq arasında başucalığın, xeyir iş gördüyün zaman Allaha şükr etməyin və pislik edəndə Rəbbindən bağışlanmağını diləməyindir.»(Biharul-Ənvar, c.23, səh.76, hədis 1)
    2048. İmam Həsən (ə): «Onda heç bir şərr və pisliyin olmadığı xeyir, nemətlərə şükr etmək və çətinliklər qarşısında səbr göstərməkdir.»(Kənzul-Ummal, hədis 464)
    669. Allah bəndənin xeyrini istədikdə...
    2049. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyəndə onu dində fəqih və dərrakəli, dünyaya etinasız və öz eyblərini görən edər.»(Biharul-Ənvar, c.23, səh.83, hədis 22)
    2050. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyən zaman, onu yuxuda məzəmmət edər.»(əl-Kafi, c.1, səh.185, hədis 11)
    2051. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyən zaman onu bala çəkər.» Dedilər:«Onu necə bala çəkər?» Buyurdu:«Ölümündən qabaq ona yaxşı bir iş görməyi nəsib edər və sonra onun canını alar.»(Biharul-Ənvar, c.23, səh.88, hədis 32)
    2052. İmam Əli (ə): «Allah bəndənin xeyrini istədikdə ona qənaətcillik nemətini bəxş edər və zövcəsini ləyaqətli edər.»(əl-Kafi, c.1, səh.187, hədis 11)
    2053. İmam Sadiq (ə): «Allah bəndənin xeyrinin istəyən zaman, onun qəlbində ağ nöqtə yaradar. Bunun da nəticəsində qəlb haqqın tələbinə qalxıb dolanmağa başlayar. Bu zaman, o, yuvasına çatan quşdan da tez sizin əqidənizə qovuşar.»( Səcdə, ayə 24)
    670. Allah bir xalqın xeyrini istəyən zaman...
    2054. Allahın Peyğəmbəri (s): «Allah bir xalqın xeyrini istəyən zaman onlarda dinini tanıyanların sayını artırıb cahillərinin sayını azaldar. Beləliklə, fəqih bir söz söyləyəndə özünə tərəfdar tapar və cahil bir söz deyən zaman məğlub olar.»(Yunus, ayə 35)
    2055. Allahın Peyğəmbəri (s): «Allah-taala bir xalqın yaşamasını və inkişafını istəyəndə onlara qənaətcillik və şərafət nemətini bəxş edər.»( Bəqərə, ayə 247)
    2056. Allahın Peyğəmbəri (s): «Allah-taala bir ailənin xeyrini istəyən zaman, onları (bu ailənin üzvlərini) dində agah və dərrakəli edər, kiçikləri böyüklərinə hörmətlə yanaşar, ailədə bir-birinə qarşı mülayim olmağı və nəvaziş göstərməyi, ailə xərclərində qənaətcilliyi və israf etməməyi onlara nəsib edər. Onları öz eyblərindən agah edər ki, nöqsanlarından əl çəkib tövbə etsinlər. Əgər Allah-taala bir ailənin xeyrini istəməsə onları öz başına buraxar.»( Nəhcül-Bəlağənin şərhi, c.7, səh.36)
    671. Xeyir işlərdə tələsməyə təşviq
    2057. Allahın Peyğəmbəri (s) : «Xeyir işin qapısı bir kəsin üzünə açılan zaman, həmin şəxs əlinə düşən bu fürsətdən istifadə etməyə tələsməlidir. Çünki bu qapının nə vaxt onun üzünə bağlanacağını bilmir.»(Ğurərul-Hikəm, hədis 11010)
    2058. Allahın Peyğəmbəri (s): «Allah-taala tez bir müddətdə həyata keçən xeyir işi sevər.»(Nəhcül-Bəlağə, hikmət 110)
    2059. İmam Əli (ə): «Xeyir işi tez yerinə yetirməyə tələsin ki, başqa bir işlə məşğul olduğunuza görə o (xeyir) işdən qalmayasız.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.220 və 274)
    2060. İmam Sadiq (ə): «Atam buyurardı:«Elə ki, xeyirli bir işi görmək niyyətində oldun, onu yerinə yetirməyə tələs. Çünki başına nə gələcəyini bilmirsən.»(Biharul-Ənvar, c.68, səh.389, hədis 39)
    2061. Allahın Peyğəmbəri (s): «Ən yaxşı işlər vacib əməllər, ən pis işlər isə bidətlərdir.»( İbn Əbil Hədid bu ifadələrin şərhində yazır: «Çünki camaat rəhmsiz və zülmkar hökmdarlardan qorxduqları üçün ehtiyaclarını həll etmək üçün onlara müraciət etmirlər.» Mərhum Feyz həmin cümlələri belə tərcümə edib: ……ki, zülm və sitəm ilə müsəlmanları biçarə və dərdli edər.)
    2062. Allahın Peyğəmbəri (s): «İşlərin ən xeyirlisi aqibəti ən xeyirli olanlarıdır.» (Mərhum Feyz bu cümlələri belə tərcümə edib: … nə də günlərin dəyişməsindən qorxan kimsəyə ki, bir dəstə ilə yoldaşlıq edərək digər bir dəstəni xar edir.)
    2063. İmam Əli (ə): «İşlərin ən yaxşısı, başlanğıcı asan, sonu xoşa gələn və nəticələri bəyənilən işlərdir.»(Nəhcül-Bəlağə, xütbə 131)
    2064. İmam Kazim (ə): «İşlərin ən yaxşısı onların orta həddə olanıdır.»(əl-İrşad, c.2, səh.39)
    673.Kiçik xeyir əməli az hesab etməyin qadağan olunması
    2065. İmam Əli (ə) : «Xeyir işi yerinə yetirin və onların heç birini kiçik sanmayın. Çünki onun kiçiyi böyük, azı da çoxdur.»(əl-Kafi, c.1, səh.285, hədis 4)
    2066. İmam Sadiq (ə): «Heç vaxt yaxşı əməli kiçik sayma. Çünki sabah (Qiyamət günü) sən onu görəcəksən və o? səni şad edəcək.»
    674. Yaxşılıq və pislik meyarı
    2067. İmam Əli (ə): «Yaxşılıq və pislik yalnız insanlarla tanınar. Yaxşılığı tanımaq istəsən yaxşılıq et ki, onun əhlini tanıyasan. Pisliyi tanımaq istəsən pislik et, onda onun da əhlini tanıyarsan.»(əl-Kafi, c.1, səh.202, hədis 1)
    675. Xeyirxahların sifətləri
    2068. «Biharul-Ənvar»: «Merac hədisində deyilir: «Ey Əhməd! Həqiqətən, xeyir və axirət əhli utancaq və çox həyalı insanlardır. Onların cahillikləri az, mənfəətləri çox, məkrləri azdır, insanlar onlardan əziyyət görməzlər. Özləri özlərinə görə əziyyət çəkərlər, danışıqları düşünülmüşdür, öz nəfslərinin hesabatını apararlar və onu (nəfslərini) məzəmmət edərlər. Gözləri yuxuya gedər, amma qəlbləri oyaq olar, gözləri ağlardır, qəlbləri Allahı xatırlamaqla məşğuldur, başqa insanlar qafillərdən hesab olunan zaman onlar Allahı xatırlayanlardan sayılar... Heç bir şey, bir an olsa belə, onları Allahı xatırlamaqdan saxlamaz. Onlar nə çox yemək, nə çox danışmaq, nə də çox geyinmək həvəskarıdır. İnsanlar onların yanında ölü, Allah onların nəzərində həmişə diri və qəyyumdur.»(Biharul-Ənvar, c.40, səh.336, hədis 17)
    676. Yaxşılıqdan daha yaxşı
    2069. İmam Əli (ə) : «Yaxşılıqdan, yalnız onun mükafatı daha yax¬şıdır.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.167)
    2070. İmam Sadiq (ə): «Doğru danışmaqdan daha yaxşı doğru danışandır. Yaxşılıqdan daha yaxşı yaxşılıq edəndir.»(Kənzul- Ummal, hədis 14313)
    2071. İmam Hadi (ə): «Yaxşılıqdan daha yaxşısı yaxşılıq edəndir. Gözəllikdən daha gözəli gözəl danışandır. Elmdən daha yaxşısı elm sahibidir.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.17, səh.16)
    677. Xeyir işə yol göstərməyin dəyəri.
    2072. Allahın Peyğəmbəri (s): «Xeyir işə yol göstərən, ona əməl edən şəxs kimidir.»( Biharul-Ənvar, c.23, səh.30, hədis 46)
    2073. Allahın Peyğəmbəri (s): «Xeyir işə yol göstərənin əcri, ona əməl edənin əcri qədərdir.»( Biharul-Ənvar, c.23, səh.30, hədis 46)
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1535 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024