İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    143 Dünya
    697. Dünya həyatı
    2171. İmam Əli (ə): «Dünya ən alçaq (ya ən yaxın) şey olduğu üçün dünya adlanıb. Axirətə də, orada əvəz və mükafat olduğuna görə axirət deyilir.»[2400]
    2172. İmam Əli (ə): «İnsanlar dünyanın övladlarıdır. Heç kəs anasını sevdiyinə görə məzəmmət olunmaz.»[2401]
    698. Dünya axirət üçün əkin yeridir
    2173. Allahın Peyğəmbəri (s): «Dünya axirətin əkin sahəsidir.»[2402]
    2174. İmam Əli (ə) : «Axirət, dünya ilə əldə olunar.»[2403]
    2175. İmam Əli (ə): «Həqiqətən, pak və müqəddəs Allah dünyanı ondan sonra üçün yaradıb. Dünya əhlini onda imtahana çəkir ki, kimin ən yaxşı əməl sahibi olduğu məlum olsun. Biz dünya üçün yaradılmamış və orada çalışmağa əmr olunmamışıq.»[2404]
    2176. İmam Baqir (ə) : «Dünya axirət üçün necə də gözəl köməkçidir.»[2405]
    699. Dünyanın mənası
    2177. Allahın Peyğəmbəri (s): «Dünya Lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı Lənətlənmişdir.»[2406]
    2178. İmam Səccad (ə): «Dünya iki növdür: axirətə çatdıra biləcək həddə olan dünya və bir də (axirətdən çəkindirən) Lənətlənmiş dünya.»[2407]
    700. Dünyadan yalnız zəruri olan qədər götürmək
    2179. İmam Əli (ə): - Onun yanında özünün ehtiyaclı olmasından şikayətlənən kişiyə- «Bil ki, sənə dünya malından qüvvəndən və ehtiyacından artıq nə yetişsə, sən onu yalnız başqası üçün saxlayan xəzinədarsan.»[2408]
    2180. İmam Əli (ə): «Dünya malından ehtiyacın olduğundan artıq heç nə axtarma və sənə kifayət edəndən başqa heç nə istəmə.»[2409]
    2181. İmam Əli (ə): «Dünya münafiqlərin sarayıdır, təqvalıların sarayı deyil. Buna görə, dünyadan bədəninini qüvvətləndirən, səni diri saxlayan və axirətin üçün azuqə olan həddə bəhrələn.»[2410]
    2182. İmam Sadiq (ə): «Dünya mənim nəzərimdə bir leşə bənzər, yalnız çarəsiz qaldığım vaxt ondan yeyərəm.»[2411]
    701. Dünya onu tərk edən kəs üçündür
    2183. Allahın Peyğəmbəri (s): «Allah-taala dünyaya vəhy etdi: Sənə xidmət edən kəsi əziyyətə sal, səndən uzaqlaşana isə xidmət et.»[2412]
    2184. İmam Əli (ə): «Dünya, onu tərk edən və axirət, onu axtaran üçündür.»[2413]
    2185. İmam Əli (ə): «Dünyanın misalı sənin kölgənə bənzər. Sən dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar.»[2414]
    702. Dünyanı nadancasına məzəmmət etmək
    2186. Allahın Peyğəmbəri (s): «Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şərr-bəladan xilas olar. Bəndə «Allah dünyaya Lənət etsin» deyəndə dünya deyər:«Allahın Lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun.»[2415]
    2187. İmam Əli (ə): «Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun etdi, nə vaxt aldatdı?.. Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır.»[2416]
    703. Məzəmmət olunmuş dünyanın xüsusiyyətləri
    2188. İmam Əli (ə): «Dünya ziyan bazarıdır.»[2417]
    2189. İmam Əli (ə): «Dünya ağılların torpağa düşmə (yıxılma) meydanıdır.»[2418]
    2190. İmam Əli (ə): «Dünya pislik mə‘dəni və aldatma məkanıdır.»[2419]
    2191. İmam Əli (ə): «Dünya şər və pisliyin əkinidir.»[2420]
    2192. İmam Əli (ə): «Dünya (insanı) xar edər.»[2421]
    704. Dünyanı sevmək bütün günahların mənşəyidir
    2193. Allahın Peyğəmbəri (s): «Dünyanı sevmək ən böyük «kəbirə» günahdır.»[2422]
    2194. Allahın Peyğəmbəri (s): «Dünya məhəbbəti hər bir asiliyin kökü və hər günahın başlanğıcıdır.»[2423]
    2195. Allahın Peyğəmbəri (s): «Dünyadan səni islah edən şeyi axtarmaq, dünya məhəbbəti deyil.»[2424]
    2196. İmam Sadiq (ə): «Dünya sevgisi bütün günahların mənşəyidir.»[2425]
    705. Dünyaya məhəbbətin nəticələri
    2197. İmam Əli (ə): «Dünyaya məhəbbət ağlı zay, qəlbi kar edər, qəlb hikməti eşitməz və ağrılı əzaba səbəb olar.»[2426]
    2198. İmam Əli (ə): «Dünya sevgisi tamahkarlıq gətirər.»[2427]
    2199. İmam Sadiq (ə): «Qəlbini dünyaya bağlayan kəs, qəlbini üç şeyə bağlamışdır: sonu olmayan qəm-qüssəyə, əlçatmaz arzuya və doğrulmayan ümidə.»[2428]
    2200. İmam Sadiq (ə): «Dünyaya daha çox bağlanan şəxs ayrılıq vaxtı daha çox heyfslənər.» [2429]
    706. Dünya İmam Əlinin (ə) nəzərində
    2201. İmam Əli (ə): «Allaha and olsun, sizin dünyanızın mənim nəzərimdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan bir donuz sümüyü qədər də dəyəri yoxdur.»[2430]
    2202. İmam Əli (ə): «Sizin bu dünyanız mənim nəzərimdə bir keçinin burnunun suyundan da dəyərsizdir.»[2431]
    2203. İmam Əli (ə): «Həqiqətən, sizin dünyanızın mənim nəzərimdə çəyirtkənin ağzında əzilən bir ağac yarpağı qədər dəyəri yoxdur. Əlinin puç olan bu nemətlərlə nə işi?!»[2432]
    2204. İmam Əli (ə): «Ey dünya, məndən uzaq ol, sənin ipini belinə atmışam. (yəni, səni azad buraxmışam) Mən sənin caynaqlarından xilas olmuşam, tələlərindən qaçmış və sənin uçurumlarından uzaqlaşmışam.»[2433]
    2205. İmam Əli (ə): «Sizi dünyadan çəkindirirəm. Çünki dünya şirin, təravətli və nəfsi istəklərin mühasirəsindədir.»
    2206. İmam Əli (ə): «Dünyadan çəkinin ki, onun halalının hesabatı və haramının cəzası var. Başlanğıcı əziyyət, sonu isə məhv olmaqdır.»[2434]
    2207. İmam Əli (ə): «Bu aldadıcı, vəfasız, xəyanətkar dünyadan çəkinin. Zinətləri ilə özünü bəzəyən və bər-bəzəyi ilə naz-işvə edən dünyadan... O, təzə gəlin kimi çilvələnmiş və gözlər ona mat-məətəl qalmışdır.»[2435]
    2208. İmam Əli (ə): «Dünyadan uzaqlaşın ki, dünya bivəfa, məkrli və yalançıdır. Bəxş edən, amma eyni zamanda xəsisdir. Geyindirəndir, amma özü də soyundurandır» (verdiyi şeyi sonra geri alandır).»[2436]
    2209. İmam Əli (ə): «Dünyadan çəkinin! Çünki o, həm Allah dostlarının düşməni, həm də Allah düşmənlərinin düşmənidir. Belə ki, o, Allahın dostlarını qəm-qüssəli edər və Onun düşmənlərini isə aldadar.»[2437]
    707. Dünyanın yalanından çəkinmək
    Qur‘an:
    «Qadınlara, uşaqlara, qızıl-gümüş yığınları, nişanəli (cins) atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi şeylərə məhəbbət insanlara gözəl göstərilmişdir. (Lakin) Bunların hamısı dünya həyatının malıdır. Halbuki, xeyirli aqibət Allah yanındadır.»[2438]
    «Dünya həyatı sizləri aldatmasın, eləcə də yalançı sizi Allahla (kərəmi ilə) məğrur etməsin.»[2439]
    Hədis:
    2210. İmam Əli (ə): «Bilin ki, dünya çox hiyləgər və məkrli bir saraydır. Hər gün birinə ərə gedər, hər gecə bir ailəni öldürər və hər dəm, hər saat birlikdə olanları bir-birindən ayırar.»[2440]
    2211. İmam Əli (ə): «Dünyanın rəngarəng cazibələri sizi aldatmasın. Çünki onlardan yalnız az bir miqdarını özünüzlə aparacaqsınız.»[2441]
    2212. İmam Əli (ə): «Dünya çox hiyləgərdir və onda hər nə varsa aldadıcıdır. Məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. Təqvadan başqa onun heç bir azuqəsində xeyir və yaxşılıq yoxdur.»[2442]
    708. Dünyaya yalnız nadanlar aldanar
    2213. İmam Əli (ə): «Ey dünya! Sənin hiylələrini tanımayan və kələk torlarından xəbərsiz olan kimsəni aldat.»[2443]
    2214. İmam Əli (ə): «Dünya axmaqların qənimətidir.»[2444]
    2215. İmam Əli (ə): «Dünyaya sevinmək axmaqlıqdır.»[2445]
    709. Qəlbi dünyaya bağlamaqdan çəkinmək
    Qur’an:
    «Bizimlə görüşməyə (Qiyamətə) ümid etməyən, dünya həyatına razı olan, qəlbini ona bağlayan və bizim ayələrimizdən xəbərsiz olanlar etdikləri əməllərin cəzasına çatacaqlar. Onların yeri (Cəhənnəm) oddur.»[2446]
    Hədis:
    2216. İmam Əli (ə) «Onun (divarın) altında ikisinə (iki yetimə) çatacaq bir xəzinə var idi»[2447] mübarək ayəsi haqda buyurub: Həmin xəzinə, üzərində aşağıdakı sözlər yazılmış bir qızıl lövhə idi: Mən, dünyanın və onun əhlinin hallarının dəyişkənliyini görən və yenə də qəlbini ona bağlayan kimsəyə təəccüb edirəm.»[2448]
    2217. İmam Əli (ə) :«Dünyaya, dünyada zahid olanların gözü ilə baxın, çünki dünya tezliklə öz sakinlərini qovar, naz-nemət görmüş qüdrətliləri dərdə-qəmə salar. Buna görə dünyada xoşunuza gələn firavanlıq sizi aldatmasın, çünki dünyadan özünüzlə çox az bir şey aparacaqsınız.»[2449]
    2218. İmam Əli (ə) :«Dünyaya, ona rəğbəti, meyli olmayan və ondan ayrılan kəs kimi bax, dünyaya, ona məftun olan aşiq kimi baxma.»[2450]
    2219. İmam Sadiq (ə) :«Əgər dünya fanidirsə, ona ürək bağlamaq nəyə gərəkdir?»[2451]
    710. Dünyanı (axirətdən) üstün tutmağın təhlükəsi
    Qur‘an:
    «Beləliklə, kim tüğyan edib bu dünya həyatını seçərsə (onu axirətdən üstün tutarsa), şübhəsiz ki, onun yeri Cəhənnəmdir.»[2452]
    Hədis:
    2220. Loğman (ə) oğluna nəsihətindən: «Dünyanı axirətinə sat ki, hər ikisini əldə edərsən. Axirətini dünyaya satma ki, hər ikisini əldən verərsən.»[2453]
    2221. İmam Əli (ə): «Dünyaya pərəstiş edən və onu axirətdən üstün tutan şəxsin aqibəti acı olacaqdır.»[2454]
    2222. İmam Əli (ə): «Əgər insanlar öz dünyəvi xeyirləri üçün dini işlərindən birini tərk edərlərsə, Allah-taala ziyanı həmin xeyirdən daha çox olan bir işi onların qarşısına çıxarar.»[2455]
    711. Dünya möminin zindanıdır
    2223. Allahın Peyğəmbəri (s): «Dünya heç bir möminin ürəyincə deyil. O, mömin üçün zindan, əziyyət və çətinliklərin mənşəyi olduğu halda başqa cür necə ola bilər ki...»[2456]
    2224. İmam Sadiq (ə): «Dünya möminin zindanı, qəbr onun qalası, Cənnət isə onun (əbədi) mənzilidir. Dünya kafirin Cənnəti, qəbr onun zindanı, Cəhənnəm odu isə onun (əbədi) mənzilidir.»[2457]
    712. Dünyaya çox əhəmiyyət verməyin təhlükəsi
    2225. İmam Əli (ə) :«Ən böyük dərdi-səri dünya olan kəsin bədbəxtliyi və qəmi uzun çəkər.»[2458]
    2226. İmam Sadiq (ə): « Allah-taala gecə-gündüz ən böyük dərdi-səri dünya olan kəsin gözləri önünə yoxsulluğu gətirər, işini pərişan edər və Allah-taalanın qismət etdiyindən başqa dünyadan ona bir şey yetişməz. Gecə və gündüz ən böyük dərdi-səri axirət olan kəsin qəlbini Allah-taala ehtiyacsız edər və işlərini səhmana salar.»[2459]
    713. Allah yanında dünyanın zəlilliyi və dəyərsizliyi
    Qur’an:
    «Əgər insanların vahid ümmət kimi birləşmələri (ehtimalı) olmasaydı, Rəhman Allahı inkar edənlərin evlərinin tavanlarını gümüşdən edərdik... bütün bunların hamısı heç bir dəyəri olmayan dünya malıdır. Halbuki ki, axirət sənin Rəbbinin yanında təqvalılar üçündür.»[2460]
    Hədis:
    2227. Allahın Peyğəmbəri (s): «Allah-taala: Əgər mömin bəndəmin xətrinə dəyməsəydi, kafirin başına ləl-cəvahiratla bəzənmiş şal sarıyardım.»[2461]
    2228. Allahın Peyğəmbəri (s): «Əgər Allahın yanında dünyanın ağcaqanad qanadı qədər dəyəri olsaydı, heç vaxt kafirə və fəsad törədənə bir qurtum su belə içirtməzdi.»[2462]
    2229. İmam Əli (ə): «Dünyanın Allah yanında xar və ucuz olması (nişanəsi) bundadır ki, dünyadan başqa heç bir yerdə Ona itaətsizlik edilmir və dünyanı tərk etməkdən başqa heç bir yolla Allahın yanında olanlara (Cənnətə və Allahın razılığına) yetişmək mümkün deyil.»[2463]
    2230. İmam Hüseyn(ə): « Dünyanın Allah-taalanın yanında xar və ucuz olmağındandır ki, Yəhya ibn Zəkəriyyanın başı bəni İsrail fahişələrindən birinə hədiyyə verildi.»[2464]
    714. Dünyanın axirətdən ayrı olması
    2231. Allahın Peyğəmbəri (s): «Dünyasını sevən kəs axirətinə ziyan yetirər.»[2465]
    2232. İmam Əli (ə): «Həqiqətən, dünya və axirət iki barışmaz düşmən və bir-birindən ayrı iki yoldur. Beləliklə, kim dünyanı sevib onunla dostluq edərsə, axirətə nifrət edib ona düşmən olar. Dünya və axirət şərqlə qərb kimidir. Kim onların (ikisinin) arasında yol gedərsə, hər nə qədər birinə yaxınlaşarsa bir o qədər o birindən uzaqlaşar. Dünya və axirət bir kişinin iki arvadı kimidir. (Yəni hər nə qədər birinə tərəf meyl etsə, bir o qədər o biri arvadın ona nifrəti artacaq).[2466]
    2233. İmam Əli (ə): «Dünyanın acılığı axirətin şirinliyi və dünyanın şirinliyi isə axirətin acılığıdır.»[2467]
    2234. İmam Əli (ə): «Dünya ilə axirəti bir yerə yığmağa çalışmaq nəfsin hiylələrindəndir.»[2468]
    2235. İmam Əli (ə): «İnsanın dünyada daddığı elə bir ləzzət yoxdur ki, Qiyamət günü ona qəm-qüssə gətirməsin.»[2469]
    2236. İmam Əli (ə): «Dünyanın sərvəti axirətin yoxsulluğudur.»[2470]
    2237. İmam Səccad (ə): «Allaha and olsun, dünya və axirət tərəzinin iki gözü kimidir. Biri aşağı enəndə, o biri yuxarı qalxar.»[2471]
    2238. İmam Sadiq (ə): «Cənnətə axırıncı daxil olan peyğəmbər Süleyman ibn Davud (ə) olacaq. Bunun səbəbi onun dünyada bütün nemətlərdən bəhrələnməsidir.»[2472]
    715. Dünya və axirətin hazırlanması
    Qur’an:
    «Allah-taala onlara həm bu dünya mükafatını, həm də axirətin gözəl mükafatını bəxş etdi. Allah yaxşı iş görənləri sevər.»[2473]
    Hədis:
    2239. İmam Əli (ə): «Var-dövlət və övladlar dünya əkini, yaxşı əməllər isə axirətin tarlasıdır. Bə‘zən Allah-taala insanlar üçün bu iki neməti birlikdə bəxş edər.»[2474]
    2240. İmam Əli (ə): «Əgər dinini dünyana tabe etsən, dininin və dünyanın hər ikisini itirəcək, axirətdə isə ziyana uğrayanlardan olacaqsan. Amma öz dünyanı dininə tabe etsən, dinini və dünyanı-hər ikisini əldə edəcək və axirətdə də nicat tapanlardan olacaqsan.»[2475]
    2241. İmam Kazim (ə): «Mürvətinizə xələl yetirmədən və israfa yol vermədən halal istəklərinizi əldə etməklə nəfslərinizi dünya nemətindən bəhrələndirin və bu vasitə ilə öz dini işlərinizi yerinə yetirmək üçün kömək alın. Çünki rəvayət olunub ki, dünyasını dininə görə tərk edən, ya dinindən öz dünyasına görə üz döndərən kəs bizdən deyil.»[2476]
    716. Dünyanın bənzəri
    Qur’an:
    «Onlara dünyanı misal çək. (Bu dünya) Səmadan yağdırdığımız yağışa bənzər. Yerin bitkiləri onunla qarışıb yetişər, sonra isə qupquru quruyar və külək onun çör-çöplərini havaya sovurub hər tərəfə dağıdar. Allah hər şeyə qadirdir.»[2477]
    Hədis:
    2242. İmam Əli (ə): «Dünya sənin kölgənə bənzər. Dayansan, o da dayanar, əgər onun dalınca getsən, səndən uzaqlaşar.»[2478]
    2243. İmam Kazim (ə): «Dünya ilana bənzər. Ona sığal çəkərkən (dərisinin) yumşaqlığını hiss edirsən, amma daxilində öldürücü zəhər var. Ağıllı insanlar ondan çəkinər, uşaqlar isə əllərini ona tərəf uzadarlar.»[2479]
    2244. İmam Kazim (ə): «Dünya dəniz suyuna bənzər. Təşnə (insan) ondan nə qədər içərsə, susuzluğu daha da artar və axırda onu öldürər.»[2480]
    2245. İmam Kazeim (ə): «Dünya göy gözlü qadın surətində İsa Məsih (ə) qarşısında təcəssüm etdi. Həzrət (ə) ona buyurdu: «Nə qədər ərə getmisən?.» Dedi: «Çox.» Məsih (ə) buyurdu: «Onların hamısı sənə təlaq verdilər?» Dünya dedi: «Xeyr, əslində onların hamısını öldürdüm.» Məsih (ə) buyurdu:«Onda, vay olsun sənin qalan ərlərinə. Necə də köçüb gedənlərdən ibrət götürmürlər?!»[2481]
    717. Dünyanın xüsusiyyəti
    Qur’an:
    «Allah-taala istədiyi kəsin ruzisini bol edər, ya da azaldar. İnsanlar isə dünya həyatına sevinirlər. Halbuki, dünya həyatı axirət həyatının müqabilində azacıq maldan başqa bir şey deyil.»[2482]
    Hədis:
    2246. «Tənbihul-Xəvatir»: Cəbrayıl (ə) Nuha (ə) dedi:«Ey peyğəmbərlərin ən yaşlısı! Dünyanı necə gördün.» Nuh (ə) buyurdu:«Dünyanı iki qapılı ev kimi gördüm. Bir qapıdan daxil olub o biri qapıdan çıxdım.»[2483]
    2247. Məsih (ə): «Dünya körpüdən başqa bir şey deyil. Belə isə, ondan keçib gedin və onu abad etməyin.»[2484]
    2248. Allahın Peyğəmbəri (s): «Dünya axirətlə müqayisədə yalnız buna bənzər ki, sizlərdən bir nəfəri barmağını dənizə batırsın və özü ilə nə gətirdiyinə baxsın.»[2485]
    2250. İmam Əli (ə): «Dünya gəldi-gedər və fanidir. Əgər, o sənin üçün qalarsa, sən onun üçün qalmayacaqsan.»[2487]
    2251. İmam Əli (ə): «Ey insanlar! Dünya keçid sarayı və axirət (əbədi) qalmaq yeridir. Buna görə bu keçiddən öz (əbədi) qalacağınız mənzil üçün (azuqə) götürün.»[2488]
    2252. İmam Əli (ə): «Dünya keçid sarayıdır, qalmaq yeri deyil və burada insanlar iki dəstəyə bölünür: biri dünyada özünü satıb pozğunluğa düçar edir, o biri isə özünü alır və azad edir.»[2489]
    2253. İmam Baqir (ə): «Dünyanı özünçün bir dayanacaq mənzil kimi bil ki, sonra oradan köçəcəksən. Yaxud da, yuxu aləmində tapdığın bir mal bil ki, oyanandan sonra ondan bir əsər-əlamət qalmayacaq. Mən bunu bir bənzətmə və misal kimi sənə dedim. Çünki dünya əql və ilahi mərifət sahiblərinin nəzərində kölgələrin yerini dəyişməsinə bənzər.»[2490]
    2254. İmam Baqir (ə): «Dünya, alimlərin nəzərində kölgə kimidir.»[2491]
    2255. İmam Kazim (ə): «Loğman oğluna dedi: «Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmin gərək ilahi təqva, onun yükü iman, yelkəni təvəkkül, kapitanı ağıl, yol göstərəni elm və sükanı da səbr olsun.»[2492]
    718. Dünya bəla ilə dolu saraydır
    2256. İmam Əli (ə): «Dünya bəla ilə dolu bir saraydır, vəfasızlığı ilə məşhurdur, halları davamsızdır. Onun sakinləri sağ-salamat nicat tapmazlar, vəziyyətləri (əhvalları) müxtəlif, vaxtları (növbələri) dəyişkəndir. Onda həyat (yaşayış) məzəmmət olunub, əmin-amanlığı və rahatlığı yoxdur.»[2493]


    [2400] İləluş-Səraye, səh.2 , hədis1
    [2401] Nəhcül-Balağə, hikmət 303
    [2402] Əvaliyul-Lali, c.1, səh.267 , hədis66
    [2403] Nəhcül-Bəlağə, xütbə 156
    [2404] Nəhcül-Bəlağə, məktub 55
    [2405] Biharul-Ənvar, c.73, səh.127 , hədis126
    [2406] Kənzul-Ummal, hədis 6088
    [2407] əl-Kafi, c.2, səh.317 , hədis8
    [2408] Biharul-Ənvar, c.73, səh.90 , hədis61
    [2409] Nəhcül-Bəlağə, xütbə 45
    [2410] Mətalibus-Suul, səh.52
    [2411] Biharul-Ənvar, c.78, səh.193 , hədis7
    [2412] Əmali-Səduq, səh.230, hədis9
    [2413] Biharul-Ənvar, c.73, səh.81, hədis43
    [2414] Ğurərul-Hikəm, hədis 9818
    [2415] Biharul-Ənvar, c.77, səh.178, hədis 10.
    [2416] Nəhcül-Bəlağə, 131 hikmət.
    [2417] Ğurərul-Hikəm, hədis 396
    [2418] Ğurərul-Hikəm, hədis 921
    [2419] Ğurərul-Hikəm, hədis 1473
    [2420] Ğurərul-Hikəm, hədis 401
    [2421] Ğurərul-Hikəm, hədis 3
    [2422] Kənzul-Ummal, hədis 6074
    [2423] Tənbihul-Xəvatir, c.2, hədis 122
    [2424] Kənzul-Ummal, 5439
    [2425] əl-Kafi, c.2, səh.315, hədis1
    [2426] Ğurərul-Hikəm, hədis 4878
    [2427] Ğurərul-Hikəm, hədis 4872
    [2428] əl-Kafi, c.2, səh.320, hədis17
    [2429] əl-Kafi, c.2, səh.320, hədis16
    [2430] Nəhcül-Bəlağə, hikmət 236
    [2431] Nəhcül-Bəlağə, xütbə 3
    [2432] Nəhcül-Bəlağənin şərhi, c.1, səh.246
    [2433] Nəhcül-Bəlağənin şərhi, səh.111
    [2434] Biharul-Ənvar, c.73, səh.108 , hədis88
    [2435] Biharul-Ənvar, c.73, səh.109 , hədis109
    [2436] Nəhcül-Bəlağə, xütbə 230
    [2437] Nəhcül-Səadət, c.3, səh.202
    [2438] Ali İmran, ayə14
    [2439] Loğman, ayə33
    [2440] Nəhcül-Səadət, c.3, səh.174
    [2441] Biharul-Ənvar, c.73, səh.118 , hədis109
    [2442] Nəhcül-Bəlağə, xütbə 111
    [2443] Ğurərul-Hikəm, hədis 6413
    [2444] Ğurərul-Hikəm, hədis 1110
    [2445] Ğurərul-Hikəm, hədis 454
    [2446] Yunis,ayə7,8
    [2447] Kəhf, ayə82
    [2448] Məani -Əxbar, səh.200 , hədis1
    [2449] Biharul-Ənvar, c.87, səh.20 , hədis79
    [2450] Ğurərul-Hikəm, hədis 2386
    [2451] Biharul-Ənvar, c.13, səh.422 , hədis54
    [2452] Naziat, ayə37-39
    [2453] Biharul-Ənvar, c.13, səh.422 , hədis17
    [2454] Əl-Xisal, səh.632 , hədis10
    [2455] Nəhcül-Bəlağə, hikmət 106
    [2456] Kənzul-Ummal, hədis 6090
    [2457] əl-Xisal, səh.108 , hədis74
    [2458] Biharul-Ənvar, c.73, səh.81 , hədis43
    [2459] əl-Kafi, c.2, səh.319 , hədis15
    [2460] Zuxruf, ayə33-35
    [2461] Ət-Təmhis, səh.47
    [2462] Əmali-Tusi, səh.531 , hədis1162
    [2463] Nəhcül-Bəlağə, hikmət 385
    [2464] Biharul-Ənvar, c.44, səh.365
    [2465] Biharul-Ənvar, c.73, səh.81 , hədis43
    [2466] Nəhcül-Bəlağə, hikmət 103
    [2467] Nəhcül-Bəlağə, hikmət 251
    [2468] Ğürərul-Hikəm, hədis 5995
    [2469] Ğürərul-Hikəm, 9618
    [2470] Ğürərul-Hikəm, 4705
    [2471] əl-Xisal, səh.64 , hədis95
    [2472] Biharul-Ənvar, c.14, səh.74 , hədis16
    [2473] Ali İmran, ayə148
    [2474] Nəhcus-Səadə c.3, səh.127
    [2475] Ğurərul-Hikəm, hədis 3750,3751
    [2476] Biharul-Ənvar, c.78, səh.321 , hədis18
    [2477] Kəhf, ayə45
    [2478] Ğurərul-Hikəm, hədis 9818
    [2479] Biharul-Ənvar, c.78, səh.311 , hədis1
    [2480] Tuhəful-Uqul, səh.396
    [2481] Biharul-Ənvar, c.78, səh.311 , hədis1
    [2482] Rəd, ayə26
    [2483] Tənbihul-Xəvatir, c.1, səh.131.
    [2484] əl-Xisal, səh.65
    [2485] Biharul-Ənvar, c.73, səh.119 , hədis110
    [2486] Biharul-Ənvar, c.77, səh.164 , hədis2
    [2487] Ğurərul-Hikəm, hədis 1802
    [2488] Nəhcül-Bəlağə, xütbə 203
    [2489] Nəhcül-Bəlağə, hikmət 133
    [2490] əl-Kafi, c.1, səh.133 , hədis16
    [2491] Biharul-Ənvar, c.73., səh.126 , hədis123
    [2492] əl-Kafi, c.1, səh.16 , hədis12
    [2493] Nəhcül-Bəlağə, xütbə 226
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1263 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024