İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    149 Allahı yad etmək
    743. Allahı yad etməyin fəziləti
    Qur’an:
    «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.»[2560]
    Hədis:
    2320. Allahın Peyğəmbəri (s): «Heç bir şeyi Allahı yad etməkdən üstün bilmə. Çünki O, buyurmuşdur: «Allahı yad etmək daha böyükdür.» [2561]
    2321. Allahın Peyğəmbəri (s): «Allah yanında heç bir başqa əməl Allahın xatırlanması qədər sevilən, dünya və axirətdə bəndənin bütün günahlardan xilas olmağında daha tə‘sirli olan heç bir başqa əməl yoxdur.» Ərz etdilər: «Hətta Allah yolunda müharibə etmək də?» Buyurdu: «Əgər Allahı yad etmək olmasaydı, Allah yolunda müharibə əmri verilməzdi.»[2562]
    2322. İmam Əli (ə): «Allahı yad etmək (Allahı) sevənlərin ləzzətidir.»[2563]
    2323. İmam Əli (ə) : «Yad etmək, sevilən (məşuq) ilə həmsöhbət olmaqdır.» [2564]
    2324. İmam Əli (ə): «Allahı yad etmək hər yaxşı əməl sahibinin adəti və hər bir möminin xasiyyətidir.» [2565]
    744. Allahı çox yad etməyə həvəsləndirmək
    Qur’an:
    «Ey iman gətirənlər! Allahı çox yad edin, Ona hər səhər və axşam təsbih deyin.»[2566]
    Hədis:
    2325. Allahın Peyğəmbəri (s): «Çoxlu Qur‘an oxumağı və Allahı çox yad etməyi sənə tövsiyə edirəm. Çünki bu, sənin üçün səmada ad (və şöhrət) və yerdə nurdur.» [2567]
    2326. İmam Əli (ə): «Allahı gizlində yad edən kəs Allahı çox yad etmişdir.» [2568]
    2327. İmam Sadiq (ə): «Bacardığınız qədər gecə və gündüz, hər an, hər saat Allahı çox yad edin. Çünki Allah-taala özünü çox yad etməyi əmr etmişdir.» [2569]
    2328. İmam Sadiq (ə): «Xanım Fatimeyi Zəhranın (ə) təsbihi Allah -taalanın «Allahı çox yad edin.» kəlamında buyurduğu həmin çox zikrlərdəndir.» [2570]
    745. Allahı daim yad etməyə həvəsləndirmək
    2329. Allahın Peyğəmbəri (s): «Adəm övladı dünya həyatında Allahın anmadan keçirdiyi hər bir anına görə Qiyamət günü təəssüflənəcək.»[2571]
    2330. İmam Əli (ə) Şəban ayının dualarında: «İlahi, məni Səni yad etməyə məftun və divanə et, mənim sə‘yimi Sənin qalib adlarının ruhuna və müqəddəs dərgahına tərəf yönəlt.»[2572]
    2331. İmam Əli (ə): «İlahi! Səndən Məhəmməd və onun ismətli Əhli-Beytinə salam göndərməyi və məni daim Səni yad edənlərdən, Sənin əhdini pozmayanlardan etməyini diləyirəm.»[2573]
    746. Allahı hər bir halda yad etmək yaxşıdır
    Qur’an:
    «Həqiqətən, səmaların və yerin yaranmasında, gecə ilə gündüzün dəyişməsində ağıl sahibləri üçün ibrətlər vardır. O kəslər ki, ayaq üstə, oturaq və yanları üstündə uzanıqlı halda Allahı yad edirlər.»[2574]
    Hədis:
    2332. İmam Əlinin (ə) vəfat edərkən oğlu Həsənə (ə) tövsiyyələrindən: «Bütün hallarda Allahı yad et.»[2575]
    2333. İmam Sadiq (ə): «Musa (ə) ərz etdi: «Ey Rəbbim! (Bə‘zən) Elə bir halda oluram ki, sənin şənini, məqamını Səni yad etməyimdən daha ali bilirəm.» Allah buyurdu: «Ey Musa! Məni bütün hallarda yad et.»[2576]
    747. Allahı yad edənlər
    2334. Allahın Peyğəmbəri (s): «(Allahdan) Qafil olanların arasında Allahı yad edən kəs, fərarilər arasında döyüşən şəxs kimidir.»[2577]
    2335. Allahın Peyğəmbəri (s): «Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halında öləcək.»[2578]
    2336. «Biharul-Ənvar»: «Musa ibn İmran (ə) öz Rəbbinə ürək sirlərini açan zaman ərz etdi: «Ey Rəbbim! Məgər Sən məndən uzaqsan ki, Səni səsləyim, ya mənə yaxınsan ki, Səninlə pıçıldaşım?» Allah-taala vəhu etdi:«Mən, Məni yad edən kəsin yoldaşıyam.»[2579]
    2337. İmam Əli (ə): «Allahı (daim) yad edən kəsi Allah-taala adlı-sanlı edər.»[2580]
    2338. İmam Əli (ə): «Sübhan olan Allahı yad edən kəs, Onunla yoldaşdır.»[2581]
    2339. İmam Baqir (ə): «Mömin ayaq üstə, oturaq, ya uzanıqlı halda Allahı yad etməklə məşğul olan zamanadək daim namazdadır. Allah-taala buyurmuşdur: «O kəslər ki, ayaq üstə, oturaq və yanları üstündə uzanıqlı halda Allahı yad edərlər...»[2582]
    2340. İmam Sadiq (ə): «Allahı yad edənə ildırım ziyan yetirməz.»[2583]
    748. Məni yad edin ki, sizi yad edim
    Qur’an:
    « Məni yad edin ki, Mən sizi yad edim. Mənə şükr edin, Mənə qarşı küfr və nankorluq etməyin»[2584]
    Hədis:
    2341. İmam Sadiq (ə): «Allah-taala buyurub: «Ey Adəm ovladı! Öz qəlbində Məni yad et ki, Mən də özümdə səni yad edim. Ey Adəm övladı! Xəlvətdə Məni yad et ki, səni xəlvətdə yad edim. Ey Adəm övladı! Camaat arasında Məni yad et ki, sənin camaatından daha yaxşı camaat arasında səni yad edim.»[2585]
    749. Allahı yad etməyin səmərələri
    Qur’an:
    «İman gətirən və qəlbləri Məni yad etməklə rahatlıq tapan kimsələr. Bilin ki, Allahı yad etməklə qəlblər rahatlıq tapar.»[2586]
    Hədis:
    2342. Allahın Peyğəmbəri (s): «Allahı yad etmək qəlblərin şəfasıdır.»[2587]
    2343. Allahın Peyğəmbəri (s): «Allahı çox yad edən kəs nifaqdan uzaq olar.»[2588]
    2344. Allahın Peyğəmbəri (s):«Allah-taala, Onu çox yad edən kəsi sevər.»[2589]
    2345. İmam Əli (ə): «Öz qəlbini Allahı həmişə yad etməklə abad edən şəxsin əməlləri gizlində də, aşkarda da gözəl olar.»[2590]
    2346. İmam Əli (ə): «Qəlbin islah olmasının və təmizlənməsinin kökü onun Allahı yad etməsindədir.»[2591]
    2347. İmam Əli (ə): «Kim pak olan Allahı yad edərsə, Allah-taala onun qəlbini dirildər, əqlini və düşüncəsini işıqlandırar.»[2592]
    2348. İmam Əli (ə): «Allahı yad etmək canların qidası (qüvvəsi) və məşuqla həmsöhbət olmaqdır.»[2593]
    2349. İmam Əli (ə): « Sənə Allahı yad etməyi tövsiyyə edirəm. Çünki o, qəlblərin nurudur.»[2594]
    2350. İmam Əli (ə): «Daim Allahı yad etmək qəlbi və düşüncəni işıqlandırar.»[2595]
    2351. İmam Əli (ə): «Sübhan olan Allah özünü yad etməyi qəlbləri cilalayan vasitə etmişdir; qəlblərin ağır eşidən qulaqları Allahı yad etməklə açılar, qəlblərin zəif gözləri onun vasitəsilə işıqlı və iti görən olar, inadkar və dava axtaran qəlblər Allahı yad etməklə ram olarlar.»[2596]
    2352. İmam Əli (ə): «Ey adı dərman və zikri şəfa olan.»[2597]
    2353. İmam Əli (ə): «Allahı xatırlamaq, ünsiyyətin açarıdır.»[2598]
    2354. İmam Əli (ə): «Elə ki gördün, pak olan Allah öz zikrini sənin qəlbinə salıb, (yəqin) bil ki, O səni sevir. Elə ki gördün, sənin qəlbini öz yaratdıqları ilə məşğul edib və öz zikrindən (yadından) ayırıb, bil ki, səndən üz döndərib.»[2599]
    2355. İmam Əli (ə): «Allahı yad etmək şeytanı uzaqlaşdırar.»[2600]
    2356. İmam Əli (ə): «Allalhı yad etmək sinələri cilalandırar və qəlblərə rahatlıq bəxş edər.»[2601]
    2357. İmam Əli (ə): «Allahı yad etmək sinəni genişləndirər.»[2602]
    752. Bəzi məxsus məqamlarda Allahı yad etməyə həvəsləndirmək
    1. Düşmənlə üz-üzə gələndə.
    Qur’an:
    «Ey iman gətirənlər! Düşmənlərdən bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yad edin, bəlkə nicat tapasınız.»[2603]
    Hədis:
    2358. İmam Əli (ə): «Müharibədə düşməninizlə qarşı-qarşıya gələndə, az söz danışın və Allahı çox yad edin.»[2604]
    2. Bazara daxil olanda.
    2359. İmam Əli (ə): «Bazara daxil olarkən insanların (alverlə) məşğul olduğunu görəndə Allahı çox yad edin. Çünki bu əməl günahları aparar, yaxşılıqları artırar və adlarınız qafil olanların sırasında yazılmaz.»[2605]
    2360. Allahın Peyğəmbəri (s): « Sənə qəm-qüssə üz verəndə öz qəminlə Allahı yad et. Hökm vermək istəyəndə Allahı dilinlə zikr et, bir şeyi bölmək istəyəndə Allalhı öz əlinlə yad et.»[2606]
    4. Qəzəbli olanda.
    2361. Allahın Peyğəmbəri(s): «Allah-taala öz peyğəmbərlərindən birinə vəhy etdi: «Ey Adəm övladı! Qəzəbli olanda Məni xatırla ki, Mən də qəzəblənəndə səni yad edim və başqaları ilə birlikdə səni məhv etməyim.»[2607]
    5. Tək olanda və ləzzətlər vaxtı.
    2362. İmam Baqir (ə): «Tövratda yazılıb: ...Ey Musa! Tək olanda, ləzzət və şadlıqlar sevinci zamanı Məni yad et ki, qəflətdə olduğun vaxt da Mən səni yad edim.»[2608]
    751. Allahı yad etməyin həqiqəti
    2363. Allahın Peyğəmbəri (s): «Kim Allahın əmrinə itaət edərsə -hərçənd namaz qılmağı, oruc tutmağı və Qur‘an oxumağı az olsa da- Allahı yad etmişdir.»[2609]
    2364. İmam Sadiq (ə) («və Allahı yad etmək daha böyükdür» ayəsi barədə): «Burada məqsəd, Allahın halal və haramı ilə qarşılaşanda Allahı yad etməkdir.»[2610]
    2365. İmam Sadiq (ə): «Zikr iki növdür: Qəlblə müvafiq və onunla birlikdə olan xalis zikr, digəri isə Allahdan qeyri bir kəsin zikrini (yad edilməsini) qəlbdən götürən çəkindirici zikrdir.»[2611]
    2366. İmam Sadiq (ə): «Əgər Allahı yad edirsənsə, bil ki, bunun səbəbi Onun səni yad etməyindir. O səni yad edir, halbuki səndən ehtiyacsızdır. Beləliklə, Onun səni yad etməyi, sənin Onu yad etməyindən daha qiymətli, daha çox istənilən, daha kamil və daha tezdir... Buna əsasən, Allah-taalanı yad etmək istəyən kəs bilməlidir ki, Allah-taala özünü yad etmək uğurunu bəndənin yadına salmasaydı, bəndənin Onu yad etməyə qüdrəti çatmazdı.»[2612]
    2367. İmam Rza (ə): «Allahı yad edən kəs Onun görüşünə tələsməsə özünə rişxənd etmişdir.»[2613]
    752. Allahı daim yad etməyə səbəb olan amillər
    2368. «Biharul-Ənvar»: Merac hədisində nəql olunur ki, Allah-taala buyurmuşdur: «Ey Əhməd! Məni daim yad et.» Ərz etdi: «Ey Rəbbim! Səni daim necə yad edim? Buyurdu: «İnsanlardan xəlvətə çəkilməklə, turş və şirin şeylərdən uzaq durmaqla, qarnını və evini dünyadan boş saxlamaqla.»[2614]
    2369. İmam Əli (ə): «Hər kəsin sevdiyi şey, onun dilinin əzbəri olar.»[2615]
    753. Allahı yad etməkdən saxlayanlar
    Qur’an:
    «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı yad etməkdən yayındırmasın. Kim belə edərsə, (əlbəttə,) ziyana uğrayanlardandır.»[2616]
    «Həqiqətən, Şeytan içki və qumarla sizin aranızda ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namaz qılmaqdan çəkindirmək istəyir. Bu işə son qoyacaqsınızmı?»[2617]
    Hədis:
    2370. İmam Əli (ə): «Günahların arasında şəhvətə tabe olmaqdan şiddətlisi yoxdur. Buna görə ona itaət etməyin ki, sizi Allahdan qafil edər.»[2618]
    2371. İmam Əli (ə): « Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar (məysir) sayılır.»[2619]
    2372. İmam Əli (ə): «Səni Allahın zikrindən yayındıran hər bir şey şeytandandır.»[2620]
    2373. İmam Səccad (ə): «Çox yemək, iradə zəifliyi, toxluqdan və qüdrətdən məst olmaq (xeyir) əməldən çəkindirən, onu ləngidən və Allah zikrini unutduran amillərdəndir.»[2621]
    754. Allahın zikrini tərk etməyin nəticələri
    Qur’an:
    «Kim Məni yad etməkdən üz döndərsə, yaşayışı sıxıntılı olar və Qiyamət günü onu qəbrdən kor (halda) qaldırarıq»[2622]
    «Kim rəhman Allahı yad etməkdən boyun qaçırsa, Biz ona şeytanı ürcah edərik ki, onunla yoldaşlıq etsin.»[2623]
    «Allahı unutduqlarına görə, Allahın da onların özlərini-özlərinə unutdurduğu kəslər kimi olmayın. Fasiqlər elə onlardır.»[2624]
    Hədis:
    2374. İmam Əli (ə): «Kim pak olan Allahı unutsa, Allah-taala özünü o kəsə unutdurar və qəlbini kor edər.»[2625]
    755. Alalhı gizlində yad etmək
    Qur’an:
    «Rəbbini hər sübh və axşam öz qəlbində yalvarışla, qorxu ilə, səsini ucaltmadan yad et və qafillərdən olma.»[2626]
    Hədis:
    2375. Allahın Peyğəmbəri (s): «Ən yaxşı zikr gizli zikrdir.»[2627]
    2376. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Mələk yalnız eşitdiyini yazar. Allah-taala buyurmuşdur:«və Rəbbini öz qəlbində yad et...» Bəndənin bu daxili zikrinin savabının (ölçüsünü) Allahdan başqa heç kim bilmir.»[2628]
    150 Zəlillik
    756. Zəlillik
    2377. İmam Əli (ə) :«Aza qane olun və özünüzü zəlil etməyin.»[2629]
    2378. İmam Əli (ə) : «Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və zəiflik heç vaxt. Azla kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç vaxt.»[2630]
    2379. İmam Əli (ə) : «Bir saat zillət, bir ömür izzətə dəyməz.»[2631]
    2380. İmam Əli (ə) (öz münacatından): «İlahi! Elə et ki, hər şeydən əvvəl məndən aldığın əziz bir şey və mənə əmanət verdiyin nemətlərindən geri götürdüyün birinci əmanət mənim canım olsun.»[2632]
    2381. İmam Hüseyn (ə): «İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.» O Həzrət (ə) öz şəhadət günü bu beytləri oxumuşdur:
    «Ölüm yaxşıdır rüsvay olmaqdan
    Rüsvayçılıq layiqlidir (Cəhənnəmdə)oddan
    And olsun Allaha, nə od, nə rüsvayçılığı
    Heç vaxt qoymaram, yol tapsın qapımdan.»[2633]
    757. Özünü xar etmək möminə yaraşmaz
    2382. Allahın Peyğəmbəri (s): «Kim itaətkarcasına xarlığı və zəlilliyi qəbul edərsə, biz Əhli-Beytdən deyil.»[2634]
    2382. İmam Sadiq (ə): «Allah-taala möminə, özünü xar etməyin ixtiyarından başqa, hər bir işin ixtiyarını vermişdir.»[2635]
    2384. İmam Sadiq (ə): «Möminə özünü xar etmək yaraşmaz.» Ərz etdilər:«Mömin özünü necə xar edər?» Buyurdu:«Bacarmadığı bir işə baş qoşar və bununla da, özünü xar və başıaşağı edər.»[2636]
    758. İnsanı zəlil edən amillər
    2385. Allahın Peyğəmbəri (s): «İnsanlar dinar və dirhəmi Allah yolunda xərcləməyə simiclik edib eynə»[2637] ticarətilə məşğul olsalar, öz mal-qarasının dalınca qaçıb Allah yolunda cihadı tərk etsələr, öz (xalis) dinlərinə qayıtmayınca Allah-taala onları zəlilliyə düçar edər və zillət boyunduruğunu onların boynundan çıxarmaz.»[2638]
    2386. Allahın Peyğəmbəri(s): «Ən zəlil insan, başqalarını xar edəndir.»[2639]
    2387. İmam Əli (ə): «Xalq zəlilliyin qorxusundan zəlilliyə tərəf tələsər.»[2640]
    2388. İmam Əli (ə): «Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir.»[2641]
    2389. İmam Baqir (ə): «Tamah kimi zəlillik və alçaqlıq yoxdur.» [2642]
    2390. İmam Sadiq (ə): «Həyatı sevən kəs, xar olar.»[2643]
    2391. «Biharul-ənvar» belə nəql olunur ki «Bir nəfər öz qonşusundan o Həzrətə (ə) şikayət etdi. Həzrət (ə)buyurdu: «Səbr et.» Ərz etdi: «Camaat məni zəlillikdə ittiham edir.» Həzrət buyurdu:«Zəlil- zülm edən kəsdir.»[2644]

    [2560] Münafiqun/9
    [2561] Biharul-Ənvar c.77, səh.107 , hədis1
    [2562] Kənzul-Ummal, hədis 3931
    [2563] Ğurərul-Hikəm, hədis 670
    [2564] Ğurərul-Hikəm, hədis 322
    [2565] Ğurərul-Hikəm, hədis 5173
    [2566] Əhzab/41, 42
    [2567] əl-Xisal, səh.525 , hədis13
    [2568] Biharul-Ənvar, c.93, səh.342 , hədis11
    [2569] əl-Kafi, c.8, səh.8 , hədis1
    [2570] Xanım Fatimeyi-Zəhranın (ə.s.) təsbihi – 34 dəfə Allahu əkbər, 33 dəfə əlhəmdulillah, 33 dəfə subhanəllah deməkdir.
    [2571] əl-Kafi, c.2, səh.500 , hədis4
    [2572] Kənzul-Ummal, hədis 1819
    [2573] Biharul-Ənvar, c.94, səh.98 , hədis13
    [2574] Ali İmran/190, 199
    [2575] Biharul-Ənvar, c.81, səh.99 , hədis13
    [2576] Əmali-Tusi, səh.8 , hədis8
    [2577] Biharul-Ənvar, c.80, səh.176 , hədis21
    [2578] Məkarimul-Əxlaq, c.2, səh.373 , hədis2661
    [2579]Biharul-Ənvar, c.81, səh.240, hədis26
    [2580] Ğurərul-Hikəm, hədis 8235
    [2581] Ğurərul-Hikəm, hədis 5159
    [2582] Əmali-Tusi, səh.79
    [2583] Əmali-Səduq, səh. 375
    [2584] Bəqərə/152
    [2585] Biharul-Ənvar, c.93, səh.158 , hədis31
    [2586] Rəd/27
    [2587] Kənzul-Ummal, hədis 1751
    [2588] əl-Firdovs, c.3, səh.564 , hədis5768
    [2589]Biharul-Ənvar, c.93, səh.160 , hədis39
    [2590]Ğurərul-Hikəm, hədis 8872
    [2591] Ğurərul-Hikəm, hədis 3083
    [2592] Ğurərul-Hikəm, hədis 8876
    [2593] Ğurərul-Hikəm, hədis 5166
    [2594] Ğurərul-Hikəm, hədis 6103
    [2595] Ğurərul-Hikəm, hədis 5144
    [2596] Nəhcül-Bəlağə, xütbə 222
    [2597] İqbalul-Əmal, c.3, səh.337
    [2598] Ğurərul-Hikəm, hədis 541
    [2599] Ğurərul-Hikəm, hədis 4040+4041
    [2600] Ğurərul-Hikəm, hədis5162
    [2601] Ğurərul-Hikəm, hədis 5165
    [2602] Ğurərul-Hikəm, hədis 835
    [2603] Ənfal/45
    [2604] əl-Xisal, səh.617, hədis10
    [2605] əl-Xisal, səh.614, hədis10
    [2606] Biharul-Ənvar, c.77, səh.171, hədis7
    [2607] Biharul-Ənvar, c.75,səh.321, hədis50
    [2608] Əmali-Səduq, səh. 210, hədis6
    [2609] Biharul-Ənvar, c.77, səh. 86, hədis3
    [2610] Nurus-Səqəleyn, c.4, səh.162, hədis61
    [2611] Biharul-Ənvar, c.93, səh.159, hədis33
    [2612]Biharul-Ənvar, c. 93, səh.158 , hədis33
    [2613] Biharul-Ənvar, c.78, səh.356 , hədis11
    [2614] Biharul-Ənvar, c.77, səh.22 , hədis6
    [2615]Ğurərul-Hikəm, hədis 7851
    [2616] Münafiqun/9
    [2617] Maidə/91
    [2618] Ğurərül-Hikəm, hədis 7520
    [2619] Biharul-Ənvar, c. 37, səh. 157 , hədis2
    [2620] Tənbihul-Xəvatir, c.2, səh.170
    [2621] Biharul-Ənvar, c. 78, səh.129 , hədis1
    [2622] Taha/124
    [2624] Həsr/19
    [2625] Ğurərül-Hikəm, hədis 8875
    [2626] Ə‘raf, ayə205
    [2627]Kənzul-Ummal, hədis1771
    [2628]Biharul-Ənvar, c. 5, səh.322 , hədis7
    [2629] Ğurərul-Hikəm, hədis 362
    [2630] Nəhcül-Bəlağə, hikmət 396
    [2631] Ğurərul-Hikəm, hədis 5580
    [2632] Nəhcül-Bəlağə, xütbə215
    [2633] Biharul-Ənvar, c.44, səh.192, hədis4
    [2634] Tufəful-Uqul, səh.58
    [2635] əl-Kafi, c.5, səh.63, hədis3
    [2636] Mişkətul-Ənvar, səh.245
    [2637] Eynə ticarət budur ki, insan bir malı müəyyən bir qiymətə nəqd surətdə alar və sonra həmin malı əvvəlkindən baha qiymətə nisyə surətdə həmin adama satar, ya əksinə.
    [2638] Kənzul-Ummal, hədis 10504
    [2639] Biharul-Ənvar, c.75, səh.142, hədis2
    [2640] Ğurərul-Hikəm, hədis 2172
    [2641] Tuhəful-Uqul, səh.201
    [2642] Tuhəful-Uqul, səh.286
    [2643] əl-Xisal, səh.120, hədis110
    [2644] Biharul-Ənvar, c.78, hədis 205, hədis46
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1185 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024