155 Rə‘y782. Doğru fikrin amilləri 2489. İmam Əli (ə):«Doğru fikir sakitliklə, təmkinlə əldə olunur. Xam və düşünülməmiş fikir necə də pis dayaqdır.» [2752] 2490. İmam Əli (ə):«Məşvərət edin ki, doğru fikir meydana gəlsin» [2753] 2491. İmam Əli (ə):«Müxtəlif rə‘ylərlə qarşılaşan kəs, səhv məqamları (və yanlış fikri) görər.» [2754] 2492. İmam Əli (ə):«Məsləhətçinin rəyinə ehtiyac duyan şəxsin rə‘yi daha üstündür.»[2755] 783. İnadkarlığın nəticələri 2493. İmam Əli (ə):«Öz rəyində inadkarlıq edən məhv olar, böyüklərdən məsləhət alansa onların ağıllarına şərik olar.» [2756] 2494. İmam Əli (ə):«Yalnız nadan öz rəyinə vurğun olar.» [2757] 2495. İmam Sadiq (ə):«Öz bildiyini edən inadkar uçurumun kənarında dayanmışdır.» [2758] 784. Rəyi korlayan amillər 2496. İmam Əli (ə):«İnadkarlıq düşüncəni yox edər.» [2759] 2497. İmam Sadiq (ə):«Öz sidiyini saxlayan şəxsin şəxsi rə‘yi olmaz.» [2760] 785. Dövlət (bəxt) və doğru fikir 2498. İmam Əli (ə):«Doğru fikir dövlətlə yoldaşdır, onunla gələr və onun getməyi ilə də gedər.» [2761] 786. Dində rəyin tətbiqi 2499. Allahın Peyğəmbəri (s):«Bu ümmət bir müddət Allahın kitabına, sonra isə bir müddət Peyğəmbərin (s) sünnəsinə əməl edər. Daha sonra isə, bir müddət öz rəyinin ardınca gedər. Öz rəyinə uyğun əməl edən zaman yolların azar və başqalarını da azdırarlar.» [2762] 2500. İmam Əli (ə):«Üç şey mövcud olarsa heç bir əməl qəbul olunmaz:«Şirk, küfr və rə‘y.» Ərz etdilər:«Ey Əmirəl-möminin! Rə‘y dedikdə məqsəd nədir?» Buyurdu:«Allahın kitabını və peyğəmbərin sünnəsini kənara qoyub öz rəyinə əməl etmək.» [2763] 787. Düşüncədə ictihad etmək 2501. Allahın Peyğəmbəri (s):«Əgər hakim sə‘y və zəhmət nəticəsində haqqa çatarsa onun iki mükafatı (əcri) olar. Əgər sə‘yləri sayəsində haqqa çatmazsa, bir mükafatı olar.» [2764] 2502. İmam Əli (ə):«Kim insanlara xeyir vermək üçün öz fikrini sə‘y və zəhmətə salsa, öz niyyətinin mükafatını alar və vəzifəsini yerinə yetirmiş olar.» [2765] 156 Riba (Sələm) 788. Sələmdən çəkindirmək 2503. Allahın Peyğəmbəri (s):«Allah-taala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə Lənət etmişdir.» [2766] 2504. Allahın Peyğəmbəri (s):«Me‘rac gecəsi elə bir xalqın üzərindən keçdim ki, onların ev böyüklüyündə və içində kənardan görünən ilanlar olan qarınları var idi.»Soruşdum:«Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi:«Bunlar sələm yeyənlərdir.» [2767] 2505. İmam Baqir (ə):«Ən çirkin qazanc sələmdir»[2768] 2506. İmam Sadiq (ə):«Sələm yeyən, yalnız şeytan onu dəli etdikdən sonra dünyadan köçər.» [2769] 2507. İmam Sadiq (ə):«Bir dirhəm sələm, Allahın yanında yetmiş dəfə öz mərhəmətləri ilə Allahın hörmətli evi Kə‘bədə zina etməkdən daha ağır günahdır.» [2770] 789. Sələmin haram edilməsinin hikməti 2508. İmam Sadiq (ə) (Hişam ibn Həkəmin sələmin haram edilməsinin səbəbi barədə sualına cavabından): «Əgər sələm halal olsaydı, insanlar ticarəti və yaşayışları üçün qazanc dalınca getməyi tərk edərdilər. Beləliklə, Allah-taala sələmi haram etdi ki, insanlar haram yeməkdən əl çəkib ticarətə, alış-verişə üz tutsunlar və mallarının artığını bir-birinə borc versinlər.» [2771] 2509. İmam Sadiq (ə) (sələmin haram edilməsinin səbəbi haqda sualın cavabında): «Səbəbi budur ki, insanlar bir-birinə yaxşılığı əsirgəməsinlər.» [2772] 790. Sələmə qurşanmağın amilləri 2510. İmam Əli (ə):«Ey insanlar! Əvvəl əhkam, sonra ticarət! Allaha and olsun, bu ümmətin arasında sələm qara daşın üzərində gəzən qarışqadan daha gözəgörünməzdir.» [2773] 2511. İmam Əli (ə):«Dinin hökmlərini bilmədən ticarət və qazancla məşğul olan özünü sələmin uçurumuna atmışdır.» [2774] 791. Sələmi halal bilən sələmxor Allahla müharibəyə çıxmışdır Qur’an: «Ey iman gətirənlər! Əgər möminsinizsə, sələmdən gələn gəliri tərk edin. Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə müharibə elan etmiş olarsınız. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.»[2775] Hədis: 2512. İmam Sadiq (ə) (bir kişinin sələm yeməklə məşğul olduğunu və bunun adını «liba»[2776] qoyduğunu eşitdikdə buyurmuşdur): «Əgər Allah-taala məni ona hakim etsəydi, onun boynunu vurardım.»[2777] 157 Ümid 792. Həqiqi ümidə həvəsləndirmək Qur’an: «Həqiqətən də iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihad edənlər Allahın rəhmətinə ümidvardır. Allah bağışlayan və mehribandır»[2778] Hədis: 2513. İmam Əli (ə) :«Hər bir ümidvar axtarandır, hər bir qorxaq isə qaçan.»[2779] 2514. İmam Əli (ə) (Ondan nəsihət, məsləhət istəyən bir kişiyə buyurduqlarından): «Xeyir əməllər görmədən axirətə ümidvar olan və uzun arzular edərək tövbəni tə‘xirə salan şəxs kimi olma. Həmin şəxs dünyanı məzəmmət edərkən təqvalılar kimi danışar, ancaq dünyapərəstlər kimi rəftar edər.»[2780] 2515. İmam Sadiq (ə) («Bir dəstə insanın günah edərək, Allahın rəhmətinə ümidvar olduqlarını dediklərini və ölənədək bu halda olduqlarını» ərz etdikdə): «Bu insanlar öz arzu və xəyallarına qərq olublar. Yalan deyirlər, onlar ümidvar deyillər. Çünki bir şeyə ümidi olan kəs, onu axtarmağa çalışar və bir şeydən qorxan kəs ondan qaçar.»[2781] 793. Allahdan qeyrisinə ümidvar olmaqdan çəkindirmək 2516. İmam Əli (ə):«Bütün ümidlərinizi pak olan Allaha bağlayın və Ondan qeyrisinə ümid etməyin. Çünki Allahdan qeyrisinə ümid bəsləyən elə birisi olmadı ki, ümidi puça çıxmasın.»[2782] 158 Ric‘ət (Dünyaya qayıdış) 794. Ölülərin ric‘əti 2517. İmam Sadiq (ə):«Allaha and olsun, Allah-taala ölüləri dirildib diriləri öldürməmiş, haqqı öz əhlinə qaytarmamış və Özünün bəyəndiyi (İslam) dini bərpa etməmiş (bütün dünyaya hakim etməmiş) gündüzlər və gecələr öz sonuna çatmayacaq.»[2783] 795. Ric‘ət edənlər 2518. İmam Əli (ə):«Allah-taala Adəmdən (ə) Məhəmmədə (s) qədər bütün mürsəl peyğəmbərləri dirildər ki, onlar mənim yanımda ölülərin və dirilərin, bütün cinlərin və insanların başlarına qılıncla zərbə endirsinlər… Mənim qayıtma ardınca qayıtmağım, ric‘ət ardınca ric‘ətim var. Mən bu qayıdışların və ric‘ətlərin, bu yürüşlərin və intiqamların sahibiyəm.»[2784] 2519. İmam Sadiq (ə):«Dünyaya qayıdan birinci şəxs Hüseyn ibn Əlidir (ə). O, yer üzündə o qədər hökmranlıq edər ki, qocalıqdan qaşları gözlərinin üstünə tökülər.»[2785] 796. Ric‘ət hamı üçün deyil 2520. İmam Sadiq (ə):«Ric‘ət ümumi deyil, xüsusidir. Dünyaya yalnız xalis möminlər və qatı müşriklər qayıdacaqlar.»[2786] 159 Mehribanlıq 797. Bir-biri ilə mehriban olmaq Qur’an: «Məhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərlə amansız və bir-biri ilə mehribandır.»[2787] «Bundan əlavə, iman gətirənlərdən və bir-birinə səbri və mehribanlığı tövsiyə edənlərdən olmaqdır. Bunlardır xoşbəxtlər (əməl namələri sağ əllərinə verilənlər).»[2788] Hədis: 2521. Allahın Peyğəmbəri (s):«Rəhman Allah qəlbi rəhimli insanlara rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin.»[2789] 2522. Allahın Peyğəmbəri (s):«Nida verən Cəhənnəmdə fəryad qoparar:«Ey mehriban! Ey bağışlayan! Məni oddan xilas et. Sonra Allah-taala onu oddan çıxarmağı bir mələyə əmr verər və o, Allahın qarşısında dayanar. Allah-taala ona buyurar:«Sən bir sərçəyə rəhm etmisənmi?»[2790] 2523. İmam Əli (ə):«Rəhm et ki, sənə rəhm etsinlər.»[2791] 2524. İmam Əli (ə):«Heyrətlənirəm o kəsə ki, özündən yuxarıdakının rəhminə və mehribanlığına ümidvar olur, amma necə də özündən aşağıda olanlara rəhm etmir.»[2792] 798. Mehribanlığa və rəhmə layiq olanlar 2525. Allahın Peyğəmbəri (s):«Xar olmuş adlı-sanlıya, yoxsullaşmış varlıya, cahillər zamanında korlanmış alimə mehribanlıq gösltərin.»[2793] 2526. Allahın Peyğəmbəri (s):«Yoxsullarla mehriban ol.»[2794] 2527. İmam Əli (ə):«Öz ailənin uşaqlarına mehriban ol və ailənin böyüklərinə ehtiram göstər.»[2795] 160 Rəhmət 799. Allahın rəhməti 2528. Allahın Peyğəmbəri (s):«Allah-taala göyləri və yeri yaratdığı gün, hər biri yerlə göy arasındakı məsafə qədər olan yüz rəhmət yaratdı. Sonra rəhmətlərdən birini yer üzünə endirdi və həmin rəhmətin səbəbinə yaradılmışlar bir-birinə rəhm edir, ana öz balasına məhəbbət bəsləyir, quşlar və heyvanlar su içir, insanlar bir yerdə yaşayırlar.»[2796] 2529. Allahın Peyğəmbəri (s):«İnsanlar Cənnətə yalnız Allahın rəhməti ilə daxil olacaqlar.» Ərz etdilər:«Hətta siz də?» Buyurdu:«Hətta, mən də. Yalnız, Allah-taalanın məni öz rəhmətinə şamil etdiyi haldan başqa.»[2797] 2530. Allahın Peyğəmbəri (s):«Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, mütləq ona arxalanardınız.»[2798] 2531. İmam Səccad (ə):«Nicat tapan o qədər də təəccüb doğurmur. Əksinə, məhv olan kimsə təəccüb doğurur ki, Allahın bu qədər geniş rəhməti olduğu halda məhv olmuşdur.»[2799] 800. Rəhmətin səbəbləri 2532. Allahın Peyğəmbəri (s):«Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun.»[2800] 2533. İmam Əli (ə) :«Allahın rəhməti Onu yad etməklə nazil olar.»[2801] 2534. İmam Əli (ə) :«Mehribanlıq göstərməklə Allahın rəhməti nazil olar.»[2802] 161 Qohumluq 801. Sileyi-rəhm (Qohumluq əlaqələrini saxlamaq) 2535. Allahın Peyğəmbəri (s):«Sileyi-rəhmin savabı istənilən digər xeyir əməlin savabından tez çatar.»[2803] 2536. Allahın Peyğəmbəri (s):«Sileyi-rəhmi yerinə yetirmək üçün (hətta əgər olubsa) bir illik yolu qət et.»[2804] 802. Sileyi-rəhmin səmərələri 2537. Xanım Fatimeyi Zəhra (ə):«Allah-taala sileyi-rəhmi şəxslərin saylarının artması üçün qərar vermişdir.»[2805] 2538. İmam Hüseyn (ə):«Kim ölümünün tə‘xirə salınmasını və ruzisinin artmasını istəyirsə sileyi-rəhmi yerinə yetirsin.»[2806] 2539. İmam Baqir (ə):«Sileyi-rəhm əməlləri və var-dövləti artırar, bəlanı qaytarar, Qiyamət gününün hesabını asanlaşdırar, ölümü tə‘xirə salar.»[2807] 2540. İmam Baqir (ə):«Sileyi-rəhm əxlaqı və xasiyyəti gözəlləşdirər, əli açıq edər, ruhu paklaşdırar, ruzini artırar, əcəli yubadar»[2808] 2541. İmam Hadi (ə):«Allah-taala Musa ibn İmranla (ə) danışanda Musa (ə) ərz etdi:«Sileyi-rəhm edənin mükafatı nədir?» Allah buyurdu:«Ey Musa! Onun ölümünü tə‘xirə salaram, can verməyin çətinliklərini onunçün asanlaşdıraram.»[2809] 803. Əlaqəni kəsən ilə əlaqə yaratmaq 2542. Allahın Peyğəmbəri (s):«Qohumun səninlə əlaqəni kəssə də, sən onunla əlaqəni qırma.»[2810] 2543. İmam Hüseyn (ə) :«Hamıdan çox sileyi-rəhm edən şəxs, əlaqəni kəsən qohumu ilə əlaqəni bərpa edəndir.»[2811] 804. Qohumluq əlaqəsini kəsməkdən çəkindirmək Qur’an: «Əgər hakimiyyətə yetişsəniz, yer üzündə fəsad törədib qohumluq əlaqələrini kəsərsinizmi? Bunlar Allahın Lənətlədiyi və qulaqlarını kar, gözlərini kor etdiyi kəslərdir.»[2812] Hədis: 2544. Allahın Peyğəmbəri (s):«Allahın rəhməti, aralarında qohumluq əlaqəsini kəsən şəxs olan xalqa nazil olmaz.»[2813] 2545. İmam Əli (ə):«İnsanlar sileyi-rəhmi kəsdikdə sərvətlər fəsad törədənlərin əlinə keçər.»[2814] 2546. İmam Sadiq (ə):«Ölümü və məhvi tezləşdirən günahlardan biri də sileyi-rəhmi kəsməkdir.»[2815] 805. Sileyi-rəhmin ən az həddi 2547. Allahın Peyğəmbəri (s):«Bir salamla olsa da, sileyi-rəhmi yerinə yetirin.»[2816] 2548. İmam Sadiq (ə):«Hətta, əgər bir qurtum su içirtməklə olsa da, qohumuna sileyi-rəhm et. Ən yaxşı sileyi-rəhm qohumu incitməməkdir.»[2817]
[2752] Biharul-Ənvar, c.87,səh.81, hədis 76 [2753] Ğurərul-Hikəm, hədis 2567 [2754] Nəhcül-Bəlağə, hikmət 173 [2755] Ğurərul-Hikəm, hədis 3152 [2756] Nəhcül-Bəlağə,hikmət 161 [2757] Ğurərul-Hikəm, hədis 9471 [2758] Biharul-Ənvar, c.75,səh.105 , hədis41 [2759] Nəhcül-Bəlağə,, hikmət 179 [2760] Əmali-Tusi,səh.301, hədis595 [2761] Nəhcül-Bəlağə, hikmət 339 [2762] Kənzul-Ummal,hədis 915 [2763] Kənzul-Ummal,hədis 1640 [2764] Kənzul-Ummal,hədis 14110 [2765] Nəhcus-Səadə c.2,səh. 97 [2766] Əmali-Səduq,səh. 346 , hədis1 [2767] Kənzul-Ummal,hədis 31857 [2768] əl-Kafi, c.5,səh. 147 , hədis12 [2769] Təfsirul-Əyyaşi, c.1,səh.152 , hədis503 [2770] Nurus-Sədəleyn, c.1,səh. 295 , hədis1177 [2771] İləluş-Şərayə, səh.482,hədis 1 [2772] Biharul-Ənvar, c.78,səh. 201, hədis 32 [2773] Biharul-Ənvar, c.103,səh. 117 , hədis 16 [2774] Nəhcül-Bəlağə, hikmət 447 [2775] Bəqərə, ayə 178, 279 [2776] «Liba»ya «Ağuz» – ananın öz yeni dünyaya gələn körpəsinə verdiyi ilk süddür. [2777] əl-Kafi, c.5,səh. 147, hədis11 [2778] Bəqərə, ayə218 [2779] Əmali-Muvid,səh. 207 , hədis38 [2780] Nəhcül-Bəlağə, hikmət 150 [2781] əl-Kafi, c.2,səh. 68 , hədis5 [2782] Ğurərul-Hikəm,hədis 2511 [2783] Biharul-Ənvar, c.53,səh. 102 , hədis 125 [2784] Biharul-Ənvar, c.53,səh. 47 , hədis 20 [2785] Biharul-Ənvar, c.53,səh. 46 , hədis19 [2786] Biharul-Ənvar, c.53,səh. 39 , hədis1 [2787] Fəth, ayə 29 [2788] Bələd, ayə17, 18 [2789] Kənzul-Ummal,hədis 5969 [2790] Kənzul-Ummal,hədis 5992 [2791] Əmali-Səduq, səh.174 , hədis9 [2792] Ğurərul-Hikəm,hədis 6255 [2793] Biharul-Ənvar, c.74,səh. 405 , hədis 2 [2794] Kənzul-Ummal,hədis 5983 [2795] Əmali-Mufid,səh. 222 , hədis 1 [2796] Kənzul-Ummal,hədis 464 [2797] Kənzul-Ummal,hədis 10407 [2798] Kənzul-Ummal,hədis 10387 [2799] Biharul-Ənvar, c.78,səh. 153 , hədis 17 [2800] Tənbihul-Xəvatir, c.2, hədis 120 [2801] Ğurərul-Hikəm, hədis 4209 [2802] Ğurərul-Hikəm, hədis 4343 [2803] əl-Kafi, c.2,səh.152 , hədis 15 [2804] Biharul-Ənvar, c.74,səh.103 , hədis61 [2805] Biharul-Ənvar,səh. 94 , hədis23 [2806] Biharul-Ənvar,səh. 91 , hədis15 [2807] əl-Kafi, c.2,səh. 150 , hədis4 [2808] əl-Kafi, c.2,səh. 152 , hədis12 [2809] Əmali-Səduq,səh.173 , hədis8 [2810] əl-Kafi, c.2,səh. 347, hədis6 [2811] Biharul-Ənvar, c.74,səh.94 , hədis41 [2812] Muhəmməd, ayə 22,23 [2813] Kənzul-Ummal,hədis 6998, [2814] əl-Kafi, c.2,səh. 348 , hədis8 [2815] Biharul-Ənvar, c.74,səh. 94 , hədis23 [2816] Tuhəful-Uqul,səh. 57 [2817] əl-Kafi, c.2,səh.151 , hədis9 |