162 Ruzi806. Ruzi verən Qur’an: «Həqiqətən, ruzi verən də, yenilməz qüvvə sahibi də Allahdır.»[2818] «Həqiqətən, Rəbbin istədiyi kəsin ruzisini artırar, ya azaldar. O, öz bəndələrinin halını bilən və görəndir.[2819] Hədis: 2549. İmam Əli (ə):«Ruzinin azalıb çoxalmasının ixtiyarı ruzi verən Allahdan başqa heç kəsin əlində deyil.»[2820] 2550. İmam Əli (ə) :«Allah-taala ruziləri təyin etdi, bu vaxt onları az, ya çox, genbol və sıx surətdə ədalətlə böldü ki, istədiyi kəsi ruzinin bolluğu və ya azlığı ilə imtahana çəksin və bunun vasitəsilə varlının və kasıbın şükrünü səbrini aşkara çıxartsın.»[2821] 807. Ruziyə zəmanət verilməsi Qur’an: «Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allahın öhdəsində olmasın. Allah onun olduğu və qayıdacağı (öləcəyi) yeri bilir. Çünki bunların hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır).»[2822] Hədis: 2551. Allahın Peyğəmbəri (s):«Zəmanət verilmiş ruzini qazanmaqla məşğul olmağın səni Allahın vacib etdiyi əməlləri yerinə yetirməkdən saxlamasın. Çünki sənin qismətində nə varsa sənə çatacaqdır və qismətində olmayan şeyə sənin əlin yetməyəcək.»[2823] 2552. İmam Əli (ə):«Hər canlının öz ruzisi var.»[2824] 2553. İmam Əli (ə):«Bu qarğadır, o isə qartal, bu göyərçindir, o da dəvəquşu. Hər bir quşu adı ilə çağırıb və onun ruzisinə zəmanət verib.»[2825] 2554. İmam Əli (ə) :«İnsanlar Allahın çörəyini yeyənlərdir. Allah onların ruzisinə zamin durmuş və yeməklərini təyin etmişdir.»[2826] 2555. İmam Əli (ə):«Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zamin olunmuşdur.»[2827] 2556. İmam Əskəri (ə) :«Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin.»[2828] 808. Hərislik və ruzinin artması 57. Allahın Peyğəmbəri (s):«Nə hərisin acgözlüyü ruzini ona tərəf çəkər, nə də kimsənin ruzidən xoşlanmaması ruzini ondan çəkindirər.»[2829] 2558. İmam Əli (ə):«Bilin ki, Allah-taalanın bəndəyə qismət etdiyi ruzi, onun zirəkliyi və tədbirliliyi az olsa da, əyər-əskiklik olmadan onun əlinə yetişəcək. Eləcə də, çox zirək və tədbirli olsa da, Allah-taalanın onun üçün təqdir etdiyindən çox ruzi əlinə çatmayacaq.»[2830] 2559. İmam Sadiq (ə) :«Ruzi hər kəsə öz miqdarında təyin olunubsa hərislik nəyə lazım?»[2831] 2560. İmam Sadiq (ə) :«Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki, əql sahibləri ibrət alsın və bilsinlər ki, dünya çalışmaq və zirəkliklə əldə olunmaz.»[2832] 809. Ruzini orta həddə istəməyə həvəsləndirmək 2561. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cəbrayıl qəlbimə belə təlqin etdi ki, heç kəs öz ruzisini tam şəkildə əldə etməmiş dünyadan köçməz. Beləliklə, Allahdan qorxun, ruzi istəməkdə orta həddi gözləyin və ruzinin gec gəlib çatması sizi onu haram yollarla axtarmağa vadar etməsin. Çünki Allahın nemətləri ona itaətdən qeyri bir yolla ələ gəlməz.»[2833] 2562. İmam Əli (ə):«Dünyadan sənə nə çatarsa, götür və səndən nə üz döndərərsə, onu tərk et. Əgər belə etməsən, ən azı dünyanı istəməkdə orta həddi gözlə.»[2834] 2563. İmam Sadiq (ə):«Yaşayışın üçün istədiyin ruzinin miqdarı ruzi dalınca getməyən kimsənin istəyindən çox və qəlbini dünyaya bağlayan, ondan razı olan həris şəxsin tələbindən az olsun. Mötədil və həyalı ol, tənbəllikdən və zəiflikdən çəkin. Mömin üçün nəsib edilən ruzidən ötrü çalış.»[2835] 810. Ruzi və onu axtaran 2564. Allahın Peyğəmbəri (s):«Əgər insan ölümdən qaçdığı kimi ruzidən qaçsaydı, ölüm gəlib onu haqladığı kimi, ruzi də yenə gəlib ona çatardı.»[2836] 2565. İmam Əli (ə):«Ruzi, onu axtarmayanın sorağındadır.»[2837] 2567. İmam Sadiq (ə):«Allah-taala möminlərin ruzisini, onların heç fikirləşmədikləri yerdən çatdırar. Səbəbi də budur ki, mömin ruzisinin haradan gələcəyini bilməyəndə çox dua edər.» [2839] 811. Sabahın ruzisinin qəmini çəkmək 2568. Allahın Peyğəmbəri (s):«Sabahın ruzisinin qəmini çəkmə. Çünki hər sabah öz ruzisini gətirər.»[2840] 2569. İmam Sadiq (ə):«Öz ruzisinin qəmini çəkənə bir günah yazılar.»[2841] 812. Ruzinin gəlişinin gecikməsi 2570. Allahın Peyğəmbəri (s):«Böyük və pak Allah buyurur:«Məni ruzi verməkdə ləng hesab edən bəndə qorxsun ki, qəzəbə gəlib dünyanın bir qapısını onun üzünə açaram.»[2842] 2571. Allahın Peyğəmbəri (s):«Allah-taala hər kəsə bir nemət bəxş edərsə, həmin şəxs Allaha həmd və şükr etməlidir. Kimin ruzisi tə‘xirə düşərsə Allahdan günahlarının bağışlanmasını istəsin.»[2843] 2572. Allahın Peyğəmbəri (s):«Öz ruzisinin tə‘xirə düşdüyünü və az olduğunu görən şəxs, gərək çoxlu təkbir desin və qəmi-qüssəsi çox olan, çoxlu istiğfar etsin.»[2844] 813. Ruzi gətirən və artıran şey 2573. Allahın Peyğəmbəri (s):«Camaata yemək ehsanı verən şəxsin ruzisi, bıçağın dəvənin belinə batmasından daha tez gələr.»[2845] 2574. Allahın Peyğəmbəri (s) («İstəyirəm ki, ruzim çox olsun» deyə müraciət edənə buyurub): «Həmişə təharətdə (şəriət qaydalarına əsasən təmizlik) və pak halda ol, ruzin artar.»[2846] 2575. Allahın Peyğəmbəri (s):«Çoxlu sədəqə verin ki, Allah sizə ruzi yetirsin.»[2847] 2576. İmam Əli (ə) :«Din qardaşına maddi kömək etmək ruzini artırar.»[2848] 2577. İmam Əli (ə):«Əmanətə sadiq qalmaq ruzini artırar.»[2849] 2578. İmam Əli (ə):«Sədəqə verməklə ruzini (yerə) endirin.»[2850] 2579. İmam Əli (ə):«Xoş niyyətli olanın, ruzisi çox olar.»[2851] 2580. İmam Baqir (ə):«Həmişə din qardaşına dua et ki, bu əməl ruzini sənə tərəf yönəldər.»[2852] 2581. İmam Baqir (ə):«Zəkat vermək ruzini artırar.»[2853] 2582. İmam Sadiq (ə):«Ailəsi ilə mehriban davrananın ruzisi artar.»[2854] 2583. İmam Sadiq (ə):«Yaxşı işlər görmək ruzini artırar.»[2855] 2584. İmam Sadiq (ə):«Gözəl əxlaq ruzini artırar.»[2856] 814. Ruzinin kəsilməsinin səbəbi 2585. Allahın Peyğəmbəri (s):«Kim müsəlman qardaşının hüquqlarından birini yerinə yetirməsə, tövbə etmədiyi halda, Allah-taala ruzinin bərəkətini ona haram edər.»[2857] 2586. İmam Baqir (ə):«Bəndə günah edər və bu səbəbdən ruzi ondan geri götürülər.»[2858] 2587. İmam Sadiq (ə):«Çox haram yemək ruzini aradan götürər.»[2859] 815. Halal ruzi axtarmaq 2588. Allahın Peyğəmbəri (s):«İbadət on hissədir, onun doqquzu halal ruzi axtarmaqdır.»[2860] 2589. Allahın Peyğəmbəri (s):«Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edən mücahid kimidir.»[2861] 2590. Allahın Peyğəmbəri (s):«Allah-taala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.»[2862] 2591. Allahın Peyğəmbəri (s):«Halal ruzi qazanmaq hər müsəlman kişi və qadına vacibdir.»[2863] 2592. Allahın Peyğəmbəri (s):«Öz zəhməti ilə çörək yeyən şəxs sirat körpüsündün ildırım kimi keçəcək.»[2864] 2593. Peyğəmbər (s):«Allah-taala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzərilə baxar və heç vaxt ona əzab verməz.»[2865] 2594. Allahın Peyğəmbəri (s):«Öz ailəsinin xərcini təmin etməyən kəs məl‘undur, məl‘un.»[2866] 2595. Müfəzzəl ibn Ömər:«Dünyanın bəzi şeylərindən axirət üçün kömək götürün. Çünki imam Sadiqin(ə) belə buyurduğunu eşitdim:«Bəzi dünya şeylərindən axirət üçün kömək götürün və insanlara artıq yük olmayın.»[2867] 816. Ən yaxşı ruzi kafi həddə olandır 2596. Allahın Peyğəmbəri (s):«İlahi! Məhəmməd və onun ailəsinin haqqına, Məhəmməd və onun ailəsini sevən kəsin hörmətinə pak və kifayət edən qədər ruzi ver. Məhəmməd və onun ailəsini düşmən bilən kəsə mal-dövlət və övlad bəxş et.»[2868] 2597. Allahın Peyğəmbəri (s):«Ən yaxşı ruzi kifayət edən miqdarda olandır.»[2869] 2598. Allahın Peyğəmbəri (s):«Az və kifayət edən miqdarda olan ruzi, çox və Allahı yad etməkdən çəkindirən ruzidən yaxşıdır.»[2870] 163 Rüşvət 817. Rüşvət 2599. Allahın Peyğəmbəri (s):«Rüşvət almaqdan çəkinin ki, həqiqətən, o, xalis küfrdür. Rüşvətxor Cənnətin ətrini duymayacaqdır.»[2871] 2600. Allahın Peyğəmbəri (s):«Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçi olana Lənət etsin.»[2872] 2601. İmam Əli (ə):«Sizdən qabaqkılar ona görə ölümə və pozğunluğa düçar oldular ki, xalqı öz haqlarından məhrum etmişdilər və insanlar (çarəsiz qalıb rüşvət verməklə) o haqqı aldılar. Onlar insanları batil əməllərə və əyintilərə vadar etdilər, insanlar da onların ardınca getdilər.»[2873] 2602. İmam Əli (ə):«Siz bilirsiniz ki, müsəlmanların namusunun, canının, qənimətlərinin (mallarının), hökmlərinin Məsuliyyətini və idarəçiliyini öz öhdəsinə götürən şəxs xəsis olmamalı və qərar verərkən, mühakimə edərkən rüşvət almamalıdır. Çünki əks halda, o, hüquqları pozacaq və haqqı haqq sahibinə çatdırmayacaqdır.»[2874] 2603. İmam Əli (ə) («Çox haram yeyənlərdir» ayəsi haqda): «Bunlar, din qardaşlarının çətinliklərini həll etdikdən sonra onun hədiyyəsini qəbul edənlərdir.»[2875] 2604. İmam Sadiq (ə):«Mühakimədə rüşvət almaq Allaha küfr etməkdir.»[2876] 164 Sudəmər dövr 818. Körpənin südəmər dövrü Qur’an: «Öz körpələrinə süd verməyi tamamlamaq istəyən analar, bütöv iki ili süd versinlər.»[2877] Hədis: 2605. Allahın Peyğəmbəri (s):«Körpə üçün anasının südündən yaxşı süd yoxdur.»[2878] 2606. İmam Əli (ə):«Övladlarınıza kimin süd verdiyinə diqqət yetirin. Çünki körpə ona süd verənin təbiəti ilə inkişaf edir.»[2879] 2607. İmam Baqir (ə):«Öz körpənizə süd vermək üçün gözəl əxlaqlı dayə tutun və pis əxlaqlı dayələrdən çəkinin. Çünki süd (insanın xüsusiyyətlərini) keçirir.»[2880] 819. Nalayiq dayələr 2608. Allahın Peyğəmbəri (s):«Ağıldan kəm və göz xəstəliyinə tutulan qadınları dayəliyə götürməyin. Çünki süd öz tə‘sirini qoyur.»[2881] 2609. İmam Əli (ə):«Öz körpələrinizi əxlaqsız və dəli qadınların südündən uzaqlaşdırın. Çünki süd öz tə‘sirini göstərir.»[2882] 2610. İmam Sadiq (ə):«Yəhudi və xaçpərəst dayənin südü, nasibi (Əhli-Beyt (ə) düşməni) dayənin südündən yaxşıdır.»[2883] 165 Razılıq (1) Allahın qəzvü- qədərinə razılıq 820. Razılıq 2611. İmam Əli (ə):«Razılıq necə də gözəl yoldaşdır.»[2884] 2612. İmam Həsən (ə):«Allahın gözəl seçiminə arxalanan, Allahın onun üçün seçdiyi vəziyyətdən başqa bir vəziyyət arzulamaz.»[2885] 2613. İmam Həsən (ə):«Mömin öz qismətindən narazı olduğu və öz məqamını, vəziyyətini dəyərsiz saydığı halda necə mömin ola bilər? Halbuki, onun hakimi (və taleyini təyin edən) Allahdır.»[2886] 2614. İmam Səccad (ə):«Zahidliyin ən ali dərəcəsi, «vərə»nin (günahlardan çəkinməyin) ən aşağı dərəcəsidir, «vərə»nin ən yüksək dərəcəsi yəqinin ən aşağı dərəcəsidir. Yəqinliyin ən yüksək dərəcəsi (Allahdan) razılığın ən aşağı dərəcəsidir.»[2887] 2615İmam Səccad (ə):«(Allahın) Acı qəza və qədərinə razı olmaq əminliyin ən ali dərəcəsidir.»[2888] 2616. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) heç bir hadisə və əhvalatla əlaqədar «kaş, bu baş verməyəydi» deməzdi.»[2889] 2617. İmam Sadiq (ə):«Allaha itaətin tacı, bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə razı olmaqdır.»[2890] 821. Razılıq gətirən şey 2618. İmam Əli (ə):«Razılığın kökü, Allaha könül şadlığı ilə e‘timad etməkdədir.»[2891] 2619. İmam Sadiq (ə):«Allahı ən yaxşı tanıyan insan, Allahın qəzavü-qədərinə hamıdan çox razı olandır.»[2892] 822. Razılığın səmərələri 2620. Allahın Peyğəmbəri (s):«Allah bir bəndəni sevəndə ona bəla göndərər. Səbr etsə onu seçər, əgər razı olsa, onu Özü üçün seçər.»[2893] 2621. Allahın Peyğəmbəri (s):«Allahın qismətinə razı ol, ən ehtiyacsız insan olarsan.»[2894] 2622. İmam Əli (ə):«Razılıq qəmi aparar.»[2895] 2623. İmam Əli (ə):«Ən ləzzətli həyatı Allahın qismətinə razı olan kəs yaşayır.»[2896] 2624. İmam Həsən (ə):«Mən, qəlbindən (Allahından) razılıqdan başqa bir şey keçməyən kəsə zəmanət verirəm ki, Allahı çağırsın, duası qəbul olunacaq.»[2897] 2625. İmam Sadiq (ə):«Xoşluq və rahatlıq razılıqda və əminlikdədir. Qəm-qüssə isə şəkkdə və narazılıqda.»[2898] 823. Narazılığın nəticəsi 2627. İmam Sadiq (ə):«Kim Allahın qismət etdiyinə razı olmasa (əslində) Allahı öz müqəddəratına görə ittiham etmişdir.»[2899] 2627. İmam Sadiq (ə):«Allahın müqəddəratı (qəzası) hər bir halda icra olunacaq. Buna əsasən, belə müqəddərata razı olan şəxs savab qazanar və ondan narazı qalanın Allah-taala savabını aradan aparar.»[2900] 166 Razılıq (2) Sübhan olan Allahın razılığı 824. Allahın razılığının amilləri Qur’an: «Məgər Allahın razılığını qazanmaq yolu ilə gedən kimsə, Allahın qəzəbinə gələn şəxs kimidirmi? Onun yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir.»[2901] Hədis: 2628. «Biharul-Ənvar»:«Rəvayət olunur ki, Musa (ə) dedi:«Ey Rəbbim! Mənə elə bir işə yol göstər ki, ona əməl edəndə Sənin razılığını qazana bilim.» Allah-taala ona vəhy etdi:«Ey İmranın oğlu! Həqiqətən, Mənim razılığım sənin narazılığındadır… və sənin də buna taqətin yoxdur…» Musa (ə) ağlayaraq səcdəyə getdi və dedi:«Ey Rəbbim! Sən mənə özünlə söhbət etmək iftixarı ilə başıucalıq bəxş etdin, məndən qabaq heç bir bəşərlə söhbət etmədin. İndi isə, mənə Sənin razılığını qazanmağa vasitə ola biləcək bir əməlin yolunu göstərmirsənmi?» Allah-taala ona vəhy etdi:«Həqiqətən, Mənim razılığım, Mənim müqəddəratıma (qəzavü-qədərimə) razılığındadır.»[2902] 2629. İmam Əli (ə):«Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək.»[2903] 2630. İmam Əli (ə):«Kim öz bədənini ibadət zəhmətinə salarsa, Rəbbini razı salmışdır. Kim öz bədənini zəhmətə salmasa, Rəbbinə itaətsizlik etmişdir.»[2904] 2631. İmam Əli (ə):«Allah-taala sizə təqvalı olmağı tapşırdı və bunu, Öz bəndələrindən razılığının tacı və istəyinə çevirdi.»[2905] 2632. İmam Əli (ə):«Allahın razılığı Onun itaətinə yaxındır.»[2906] 2633. İmam Səccad (ə):«Həqiqətən, sizin aranızda Allahın ən razı olduğu kəs öz ailəsini daha çox firavanlıqda və rifah içində saxlayandır.»[2907] 825. Allahın razılığının nişanələri 2634. «Biharul-Ənvar»: «Rəvayət olunur ki, Musa (ə) dedi:«Ey Rəbbim! Məni bəndəndən razılığının nişanələrindən agah et.» Allah-taala ona vəhy etdi:«Mən bəndəmi Öz itaətimə hazırlayıb, günahlardan uzaqlaşdırdığımı görəndə bil ki, bu Mənim razılığımın nişanəsidir.»[2908] 2635. İmam Əli (ə):«Sübhan olan Allahın bəndədən razılığının nişanəsi, bəndənin Allah tərəfindən onun xeyrinə və ziyanına təyin etdiyinə razı olmasıdır.»[2909] 826. Yaradılmışların razılığı və Yaradanın narazılığı 2636.İmam Əli (ə) (Məhəmməd ibn Əbibəkrə yazdığı məktubundan): «Allahın yaratdıqlarından birinin razılığına xatir öz Rəbbini narazı etməyəcəyin bir işi bacarsan, bu işi gör. Çünki Allahın razılığı hər razılığın canişinidir, amma heç bir şey Allahın razılığının yerini tutmaz.»[2910] 2637.İmam Hüseyn (ə):«Kim insanların narazı qalması ilə Allahın razılığını istəsə, Allah-taala onu insanların işlərindən ehtiyacsız edər. Kim Allahın narazı qalmağı ilə insanların razılığını axtarsa, Allah-taala onu insanlara tapşırar. Vəssəlam.»[2911] 167 Mülayimlik 827.Mülayimliyin dəyəri 2638. Allahın Peyğəmbəri (s):«Mülayimlik hər nəyə yoldaş olarsa ona zinət verər və hər nədən götürülərsə, onu çirkinləşdirər.»[2912] 2639.Allahın Peyğəmbəri (s):«Bir-biri ilə dostluq edənlərdən, öz dostuna qarşı daha mülayim olanın daha çox əcri var və Allah yanında daha sevimlidir.»[2913] 2640.Allahın Peyğəmbəri (s):«Allah-taala bir ailənin xeyrini istəyəndə onların üzünə mülayimlik qapısı açar.»[2914] 2641. Allahın Peyğəmbəri (s):«İnsanların ən ağıllısı xalqla ən mülayim və mehriban rəftar edəndir.»[2915] 2642. Allahın Peyğəmbəri (s):«Allah-taala mülayim və mehribandır, hər işdə də mülayimliyi sevər.»[2916] 2643. İmam Əli (ə):«Mülayimlik xoşbəxtliyin açarıdır.»[2917] 2644. İmam Baqir (ə):«Hər şeyin qıfılı var, imanın da qıfılı mülayimlikdir.»[2918] 2645. İmam Kazim (ə):«Mülayimlik həyatın yarısıdır.»[2919] 828. İbadətdə mülayimlik 2646. Allahın Peyğəmbəri (s):«Həqiqətən, bu din möhkəmdir. Ona mülayimliklə daxil olun və Allah bəndələrini zorla Allaha ibadətə məcbur etməyin. Yoxsa nə məsafəni qət edə bilən, nə də miniyi salamat saxlayan süvariyə bənzəyərsiz.»[2920] 2647. İmam Əli (ə):«Öz nəfsini ibadət etmək üçün aldat, onunla mülayim rəftar et və zorla ibadətə vadar etmə. Yalnız sənə vacib edilmiş ibadətlərdən başqa, onu asudə və şad vaxtı ibadətə tut. Belə ki, vacibləri vaxtında yerinə yetirməli və onlardan ehtiyatlı olmalısan.»[2921] 829. Mülayimliyin səmərələri 2648. Allahın Peyğəmbəri (s):«Həqiqətən, mülayimlikdə artım və bərəkət var. Mülayimlikdən məhrum olan xeyirdən məhrum olar.»[2922] 2649 İmam Əli (ə):«Mülayimlik çətinlikləri asan, mürəkkəb çarələri sadə edər.»[2923] 2650. İmam Hüseyn (ə):«Kim öz nəzərində bir çıxış yolu tapmayıb çarəsiz qalarsa, mülayimlik onun müşkülünün həllinə açar olar.»[2924] 2651. İmam Səccad (ə):«Xızırın (ə) Musa ibn İmrana (ə) axırıncı vəsiyyəti bu idi:«Kim bu dünyada başqası ilə mülayim rəftar edərsə, Allah-taala Qiyamət günü onunla mülayim rəftar edər.»[2925] 2652. İmam Sadiq (ə):«Öz işlərində mülayim olan kəs, insanlardan istədiyi şeyi əldə edər.»[2926] 2653. İmam Sadiq (ə):«Hörmətli olmaq istəyirsənsə mülayim ol, xar olmaq istəyirsənsə kobud.»[2927] 167. Nəzarət. 830. Allahın, mələklərin və bədən əzalarının nəzarəti. Qur’an: «Həqiqətən, Allah-taala sizə nəzarət edəndir.»[2928] «(İnsanın) Dediyi elə bir söz yoxdur ki, onun yanında bir gözətçi hazır durub yazmasın.»[2929] Hədis: 2654. İmam Əli (ə):«Bilin, ey Allahın bəndələri! Əməllərinizi və nəfəslərinizi qeyd etmək üçün sizin üzərinizdə vucudlarınızdan nəzarətçilər, bədən əzalarınızdan casuslar və sadiq gözətçilər təyin olunmuşlar. Nə zülmət gecənin qaranlığı sizin əməllərinizi onların nəzərindən itirər, nə də möhnət və bağlı darvazalar sizi onlardan gizlədər.»[2930] 831. Nəzarətə həvəsləndirmək 2655. Allahın Peyğəmbəri (s) :«İbrahimin (ə) səhifələrində nəql olunur ki… «Ağıl sahibi -madam ki, ondan ağıl alınmayıb- günün saatlarını özü üçün dörd hissəyə bölməlidir: bir hissəsini Allahla münacat və dua etməyə, bir hissəsini öz nəfsinin hesabatını aparmağa, bir hissəsini Allahın ona bəxş etdiyi nemətlər barədə düşünməyə və bir hissəsini də öz canını halaldan bəhrələndirməyə sərf etsin. Çünki bu vaxt kəsiyi digər üç vaxt üçün kömək və qəlbin rahatlıq tapmasının, yorğunluğun getməsinin səbəbidir.»[2931] 2656. İmam Əli (ə):«Özün tərəfindən özünə nəzarətçi, gözətçi təyin et və öz dünyandan axirətin üçün bəhrə götür.»[2932] 2657. İmam Əli (ə):«Yaxşıdır ki, insan öz nəfsinin gözətçisi, qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.»[2933] 2658. İmam Əli (ə):«Allah rəhmət eləsin öz günahına nəzarət edən və Allahdan qorxan bəndəyə.»[2934] 2659. İmam Əli (ə):«Öz dini, fikri, əxlaqı və tərbiyəsindəki nöqsanları hesablamaqla onları öz sinəsində, ya da yazılı surətdə toplayıb və aradan götürülməsi üçün çalışmaq ağıllı insanın öhdəsinə düşür.»[2935] 2660. İmam Sadiq (ə):«Allah-taalanın İsaya (ə.) moizələrindən:«Ey İsa! Harada olursan ol, Məni nəzərində saxla.»[2936] 2661. İmam Sadiq (ə):«Kimin iki günü eynilə bərabər olarsa, zərər etmişdir. Kimin sabahı bu günündən pis olarsa, aldanılmışdır. Kim öz nöqsanlarına nəzarət etməsə daim nöqsanlar içində qalar, kim öz nöqsanlarına davam edərsə, onun üçün ölüm daha yaxşıdır.»[2937] 832. Nəzarət və hesab-kitab 2662. İmam Kazim (ə):«Hər gün öz nəfsinin hesabatını aparmayan kəs, bizdən deyil. Yaxşı iş görmüşsə Allahdan onun artmasını istəyər, əgər pis iş görübsə Allahdan bağışlanmasını istəyər və Onun dərgahına tövbə edər.»[2938]
[2818] Zariyat, ayə58 [2819] İsra, ayə30 [2820] Ğurərul-Hikəm, hədis 10838 [2821] Nəhcül-Bəlağə, xütbə 91 [2822] Hud, ayə6 [2823] Biharul-Ənvar, c.77,səh.187, hədis10 [2824] Əmali-Səduq,səh. 264, hədis9 [2825] Nəhcül-Bəlağə, xütbə 185 [2826] Nəhcül-Bəlağə, xütbə 91 [2827] əl-İrşad, c.1,səh. 303 [2828] Biharul-Ənvar, c.78,səh. 374 , hədis22 [2829] Biharul-Ənvar, c.77,səh. 68 , hədis 7 [2830] Əmali-Mufiq,səh. 207 , hədis39 [2831] Əmali-Səduq,səh.16 , hədis5 [2832] Biharul-Ənvar, c.103,səh. 34 , hədis63 [2833] əl-Kafi, c.2,səh. 84 , hədis2 [2834] Nəhcül-Bəlağə, hikmət 393 [2835] Biharul-Ənvar, c.103,səh. 33 , hədis63 [2836] Məkarimul-Əxlaq, c.2,səh. 377 [2837] Ğurərul-Hikəm,hədis 1408 [2838] Nəhcül-Bəlağə, məktub 31 [2839] Nurus-Səqəleyn, c.5,səh. 354 , hədis34 [2840] Biharul-Ənvar, c.77,səh. 67 , hədis6 [2841] Əmali-Tusi,səh. 300 , hədis593 [2842] Biharul-Ənvar, c.81,səh. 195 , hədis52 [2843] Uyune Əxbare Rza, c.2,səh. 26 , hədis171 [2844] Kənzul-Ummal,hədis 9325 [2845] Biharul-Ənvar, c.74,səh. 362 , hədis71 [2846] Kənzul-Ummal,hədis 44154 [2847] Biharul-Ənvar, c.77,səh. 172, hədis10 [2848] Biharul-Ənvar, c.74,səh. 395, hədis22 [2849] Biharul-Ənvar, c.75,səh. 172, hədis8 [2850] Nəhcül-Bəlağə, hikmət 137 [2851] Biharul-Ənvar, c.103,səh. 21 , hədis18 [2852] Biharul-Ənvar, c.76,səh. 60 , hədis14 [2853] Biharul-Ənvar, c.96,səh.14 , hədis27 [2854] Biharul-Ənvar, c.69,səh. 408 , hədis117 [2855] Biharul-Ənvar, c.74,səh. 81 , hədis84 [2856] Biharul-Ənvar, c.71,səh. 396 , hədis77 [2857] Əmali-Səduq,səh. 350 , hədis1 [2858] əl-Kafi, c.2,səh. 270 , hədis8 [2859] Tuhəful-Uqul,səh. 372 [2860] Biharul-Ənvar, c.103,səh. 9 , hədis37 [2861] Biharul-Ənvar, c.103,səh. 13 , hədis59 [2862] Kənzul-Ummal,hədis 9200 [2863] Cami-Əxbar,səh. 389 , hədis1079 [2864] Cami-Əxbar,səh. 390 , hədis1085 [2865] Cami-Əxbar,səh. 390 , hədis1078 [2866] Biharul-Ənvar, c.103,səh. 13 , hədis62 [2867] Biharul-Ənvar, c.78,səh. 384 , hədis1 [2868] əl-Kafi, c.2,səh. 140 , hədis3 [2869] Biharul-Ənvar, c.77,səh. 168 , hədis4 [2870] Əmali-Səduq,səh. 395 , hədis1 [2871] Biharul-Ənvar, c.104,səh. 274 , hədis12 [2872] Kənzul-Ummal, hədis 15080 [2873] Nəhcül-Bəlağə, məktub 79 [2874] Nəhcül-Bəlağə, xütbə 131 [2875] Biharul-Ənvar, c.104,səh. 273 , hədis5 [2876] əl-Kafi, c.8,səh. 409 , hədis2 [2877]Bəqərə, ayə 233 [2878] Uyune Əxbarul Rza (ə), c.2,səh. 34 , hədis69 [2879] əl-Kafi, c.6,səh. 44 , hədis10 [2880] əl-Kafi, c.6,səh. 44 , hədis12 [2881] Biharul-Ənvar, c.103 , hədis13 [2882] Biharul-Ənvar, c.103,səh. 323, hədis9 [2883] Vəsayiluş-Şiə, c.15, səh 187, hədis1 [2884] Nəhcül-Bəlağə, hikmət 4 [2885] Biharul-Ənvar, c.78,səh. 106 , hədis6 [2886] Biharul-Ənvar, c.43,səh. 351 , hədis25 [2887] əl-Kafi, c.2,səh. 351 , hədis4 [2888] ət-Təmhis,səh. 60 , hədis131 [2889] Biharul-Ənvar, c.71,səh. 157 , hədis75 [2890] Biharul-Ənvar, c.71,səh. 139 , hədis28 [2891] Ğurərul-Hikəm , hədis3805 [2892] Biharul-Ənvar, c.71,səh. 158 , hədis75 [2893] Biharul-Ənvar, c.82,səh. 142 , hədis26 [2894] Biharul-Ənvar, c.69,səh. 368, hədis4 [2895] Ğurərul-Hikəm,hədis 410 [2896] Ğurərul-Hikəm,hədis 3397 [2897] Biharul-Ənvar, c.71,səh. 159 , hədis75 [2898] Biharul-Ənvar, c.71,səh. 159 , hədis 75 [2899] Biharul-Ənvar, c.78, səh. 202, hədis 33 [2900] Biharul-Ənvar, c.71,səh. 139, hədis26 [2901] Ali İmran, ayə162 [2902] Biharul-Ənvar, c.82,səh.143, hədis 17 [2903] Biharul-Ənvar, c.78,səh. 81, hədis74 [2904] Biharul-Ənvar, c.70,səh. 312, hədis 11 [2905] Nəhcül-Bəlağə, xütbə 183 [2906] Ğurərul-Hikəm,hədis 5410 [2907] Biharul-Ənvar, c.78,səh. 136, hədis13 [2908] Biharul-Ənvar, c.70,səh. 26, hədis 29 [2909] Ğurərul-Hikəm,hədis 6344 [2910] Əmali-Tusi, səh. 29 , hədis 31 [2911] Biharul-Ənvar, c.71,səh.208 , hədis 17 [2912] əl-Kafi, c.2,səh. 119 , hədis 6 [2913] əl-Kafi, c.2,səh. 120 , hədis 15 [2914] Şərhe Nəhcül-Bəlağə, c.6,səh. 339 [2915] Əmali-Səduq,səh. 28 , hədis 4 [2917] Ğurərul-Hikəm,hədis 294 [2918] əl-Kafi, c.2, səh. 118, hədis 1 [2919] əl-Kafi,c.2, səh. 120 , hədis 11 [2920] əl-Kafi,c.2, səh. 86 , hədis 1 [2921] Nəhcül-Bəlağə, məktub 69 [2922] əl-Kafi, c.2,səh. 119 , hədis7 [2923] Gurərul-Hikəm,hədis 1778 [2924] Biharul-Ənvar, c.78,səh. 128 , hədis 11 [2925] Biharul-Ənvar, c.73,səh. 386 , hədis 6 [2926] əl-Kafi, c.2,səh. 120 , hədis16 [2927] Biharul-Ənvar, c.87,səh. 269 , hədis109 [2928] Nisa/1 [2929] Qaf/18 [2930] Nəhcül-Bəlağə, xütbə 157 [2931] əl-Xisal,səh. 525 , hədis 13 [2932] Ğurərul-Hikəm,hədis 2429 [2933] Ğurərul-Hikəm,hədis 10947 [2934] Ğurərul-Hikəm,hədis 5205 [2935] Biharul-Ənvar, c.78, səh. 6 , hədis 58 [2936] Biharul-Ənvar, c. 14,səh. 289, hədis 14 [2937] Biharul-Ənvar, c.78,səh. 277 , hədis 113 [2938] əl-Kafi, c.2,səh.453, hədis 2 |