İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    222 Şükr
    1038. Allaha şükr etməyə həvəsləndirmək
    Qur’an:
    «Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və naşükür olmayın.»[3659]
    Hədis:
    3325. İmam Əli (ə): «Şükr var dövlətin zinəti və səbr, çətinliyin zinətidir.»[3660]
    3326. İmam Əli (ə): «Allah qarşısında sizə ən vacib olan əməl Onun nemətlərinə şükr etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır.»[3661]
    3327. İmam Sadiq (ə): «Hər çəkdiyin nəfəs üçün bir şükr, bəlkə min şükr və mindən də çox şükr etmək sənə vacibdir.»[3662]
    1039. Şükr edən
    Qur’an:
    «Allaha ibadət et və şükr edənlərdən ol»[3663]
    Hədis:
    3328. İmam Sadiq (ə):«Misbahus Şəriə» kitabında o Həzrətə aid olunub- «Əgər Allah üçün, Onun muxlis bəndələrinin Allahı ibadət etmələrindən ötrü, bütün hallarda şükr etməkdən yaxşı bir ibadət olsaydı, o kəlməni bütün məxluqatına aid edərdi. Amma ondan yaxşı ibadət olmadığına görə, ibadətlərin arasında ona xüsusi yer verdi və onun sahiblərini məxsusən qeyd edərək buyurdu: «Bəndələrimin az bir hissəsi şükr edərlər.»[3664]
    3329. İmam Hadi (ə): «Şükr edən, öz şükrünün bərəkətindən, onun şükrünə səbəb olan nemətdən daha çox səadət qazanar. Çünki nemətlər dünya malıdır, amma şükr, nemətləri özü ilə axirətə aparar.»[3665]
    3330. İmam Əskəri (ə): «Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.»[3666]
    1040. Nemətin artmasında şükr etməyin rolu
    Qur’an:
    «Rəbbiniz belə bəyan etdi: «Əgər şükr etsəniz sizin nemətinizi artıraram və əgər naşükürlük etsəniz, həqiqətən, Mənim əzabım şiddətli olacaqdır.»[3667]
    Hədis:
    3331. Allahın Peyğəmbəri (s): «Allah bəndənin üzünə şükrün elə bir qapısını açmadı ki, bu zaman nemətin artım qapısından da biri onun üzünə açılmamış olsun.»[3668]
    3332. İmam Əli (ə): «Allah-taala bəndəyə bir nemət verəndə və bəndə öz qəlbində o nemətin şükrünü edəndə, şükrünü dilinə gətirməmişdən qabaq, şəmin nemətin onun üçün artması vacib olur.»[3669]
    1041. Şükr neməti üçün şükr etməyin vacibliyi
    3333. İmam Səccad (ə): -duada- «Mənim Sənə şükr etməyim (nemətinin özü) şükrə möhtac olduğu halda Sənin şükrünü necə yerinə yetirə bilərəm? Hər dəfə «şükr Sənə» deyəndə, elə şükr etmək nemətinin özünə görə bir daha «şükr Sənə» demək mənə vacib olur.»[3670]
    3334.İmam Sadiq(ə):«Allah-taala Musaya(ə) vəhy etdi:«Ey Musa! Mənə, layiq olduğum kimi şükr et.» Musa(ə) ərz etdi:«Ey Rəbbim. Sənə söylədiyim hər bir şükrün özü, Sənin mənə bəxş etdiyin bir nemət olduğu halda necə Sənə layiq olduğun kimi şükr edim?» Buyurdu: «Ey Musa! O şükrün uğurunu Mənim sənə bəxş etdiyimi dərk etdiyin zaman, şükrümün haqqını yerinə yetirmiş olarsan.»[3671]
    1042. Şükrün həqiqəti
    3335. İmam Əli (ə): «Hər bir nemətin şükrü Allahın haram etdiklərindən çəkinməkdir.»[3672]
    3336. İmam Əli (ə): «Düşməninə üstün gəldiyin zaman, ona güzəşt etməyini öz qələbənin şükrü bil.»[3673]
    3337. İmam Baqir (ə): «Allahın az ruzisini özün çox bil ki, bununla onun şükrünü etmiş olarsan.»[3674]
    3338. İmam Sadiq (ə): «Nemətin şükrü haramlardan uzaqlaşmaq və şükrün bütövlüyü insanın «həmd olsun, aləmlərin Rəbbi olan Allaha» deməsidir.»[3675]
    3339. İmam Sadiq (ə): «Allah-taala bir şəxsə nemət bəxş edən zaman, həmin şəxs qəlbində o neməti Allah tərəfindən verildiyi kimi tanıyarsa, onun şükrünü yerinə yetirmiş olar.»[3676]
    3340. İmam Sadiq (ə):«Peyğəmbərin (s) qarşısına xoşagələn bir iş çıxan zaman buyurardı:«Allahın bu nemətinə şükür.» Eləcə də, qəm-qüssə gətirən bir hadisə ilə rastlaşanda buyurardı: «Hər bir halda şükr olsun Allaha.»[3677]
    3341. İmam Sadiq (ə)- «Misbahuş Şəriyə» kitabında o Həzrətə istinad olunduğu kimi- «Şükrün ən azı insanın nemətin bilavasitə Allah tərəfindən olduğunu bilməsi və nemət üçün Ondan başqa bir səbəb görməməsidir. Həmçinin, Allahın bəxş etdiyinə razı olması və Onun nemətilə günaha tərəf getməməsi, ya da Allahın nemətindən, Onun heç bir əmrinə və qadağanına zidd olan yolda istifadə etməməsidir.»[3678]
    1043. Ən çox şükr edən insan
    3342. İmam Əli (ə): «Ən çox şükr edən insan hamıdan çox qane və nemətlərə görə ən naşükür insan, hamıdan tamahkar olandır.»[3679]
    3343. İmam Səccad (ə): «Allaha ən şükrlü olanınız, insanlara ən çox təşəkkür edəninizdir.»[3680]
    1044. Yaxşı əməl sahibinə təşəkkür etməyə həvəsləndirmək
    3344. İmam Həsən (ə): «Alçaqlıq, nemətə naşükür olmaqdır.»[3681]
    3345. İmam Səccad(ə): «Sənə yaxşılıq edənin haqqı, ona təşəkkür etməyin, yaxşılığını dilə gətirməyin, onu yaxşılıqla yad etməyin və Allahla özün aranda onun üçün ixlasla dua etməyindir. Əgər belə etsən, gizlində və aşkarda ona təşəkkür etmiş olarsan. Özü də, bir gün onun yaxşılığının əvəzini çıxmağa imkanın olarsa, bunu et.»[3682]
    1045. İnsanlara təşəkkür etməyən Allaha minnətdar olmaz
    3346. İmam Səccad (ə) : «Allah-taala Qiyamət günü Öz bəndələrindən birinə buyurar: «Filankəsə təşəkkür etdinmi?» O, deyər: «Xeyr, ey Rəbbim! Mən Sənə təşəkkür etdim.» Allah-taala buyurar:«Ona təşəkkür etmədiyin üçün, Mənə də təşəkkür etməmisən.»[3683]
    3347. İmam Sadiq (ə): «Yaxşılığın yolunu kəsənlərə Allah Lənət eləsin. Yəni, bir şəxsə yaxşılıq edilərsə, o da bunun müqabilində naşükürlük edər və nəticədə yaxşı əməl sahibini başqalarına yaxşılıq etməkdən çəkindirər.»[3684]
    3348. İmam Rza (ə): «Kim insanların yaxşılığının müqabilində təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.»[3685]
    223 Şəkk
    1046. Şəkk
    3349. İmam Əli (ə) : « Sənə əmin olduğundan yapışmağı və şəkkdən uzaqlaşmağı tövsiyyə edirəm. Çünki insanın dini üçün, şəkkin onun əminliyinə qalib gəlməsi qədər məhvedici bir şey yoxdur.»[3686]
    3350. İmam Əli (ə): «Haqqı tapdığım andan bəri Onda şəkk etməmişəm.»[3687]
    3351. İmam Əli (ə) : «Mənim öz Rəbbimə əminliyim var və dinimdə heç bir şübhə yoxdur.»[3688]
    3352. İmam Sadiq (ə): «Çirkabı sizdən təmizləyər.»[3689] ayəsi barədə- «Burada məqsəd, elə şəkkin çirkabıdır. Allaha and olsun, biz heç vaxt öz Rəbbimiz barədə şəkkə düşmürük.»[3690]
    1047. Şəkkin yaranma amilləri
    3353. İmam Əli (ə): «Şəkk nadanlığın məhsuludur.»[3691]
    3354. İmam Əli (ə): «Kim Allahın işində itaətsizlik edərsə, şəkkə düçar olar. Kim şəkkə düşərsə, Allah ona üstün gələr. Öz qüdrəti ilə onu xar edər və Öz cəlalı ilə onu alçaldar. Necə ki, o da Allahın işində səhlənkarlıq etmişdi.»[3692]
    3355. İmam Əli (ə): «Şübhələnməyin ki, şəkkə düçar olarsınız. Şəkkə düşməyin ki, küfrə yuvarlanarsınız. Öz nəfslərinizə meydan verməyin ki, belə olan halda dində səhlənkarlıq olar.»[3693]
    3356. İmam Əli (ə): «Şəkk, imanı bərbad edər.»[3694]
    3357. İmam Əli (ə): «Şəkk qəlbin nurunu söndürər.» [3695]
    3358. İmam Əli (ə): «Şəkkin məhsulu çaşqınlıqdır.»[3696]
    1048. Şəkki götürən şey
    3359. İmam Əli (ə): «Ardıcıl surətdə düşünməklə şəkk aradan gedər.»[3697]
    3360. İmam Əli (ə): «Allahın yaratdıqlarını gördüyü halda, Onun varlığına şəkk edən şəxsə təəccüb edirəm.»[3698]
    3361. İmam Əli (ə):«Heç bir ixlaslı bəndə şübhəyə düçar olmadı və heç bir yəqin əhli şəkkə düşmədi.»[3699]
    3362. İmam Əli (ə): «Şəkkin dörd şaxəsi var: mübahisə etmək, qorxu, çaşqınlıq və təslim olmaq. Mübahisəni özünə adət etmiş şəxsin, gecəsi səhər olmaz. Kim gələcək hadisələrdən qorxuya düşsə, keçmişə qayıdar. Tərəddüd və çaşqınlıqda qalan şeytanların caynağında didilər. Dünya və axirət ölümünə təslim olansa, hər iki sarayda məhv olar.»[3700]
    224 Şahidlik
    Məhkəmə məsələlərində
    1050. Ədalətli şahidlik
    Qur’an:
    «Ey möminlər! Allahın razılığı naminə qalxın və ədalətlə şahidlik edin. Bəzi insanlarla düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, bu təqvaya daha yaxındır və Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır.»[3701]
    Hədis:
    3363. Allahın Peyğəmbəri (s): «Mən ədalətliyəm və ədalətdən qeyri bir şeyə şahidlik etmərəm.»[3702]
    3364. İmam Əli (ə): «Ədalət, şahidliyin ruhudur.»[3703]
    1051. Şahidlik etməyə həvəsləndirmək
    Qur’an:
    «Allaha xatir doğru şahidlik edin» [3704]
    «Şahidlər, şəşadət vermək üçün çağırılanda, ondan boyun qaçırmamalıdırlar.»[3705]
    Hədis:
    3365. Allahın Peyğəmbəri (s): «Kim bir nəfər müsəlmanın haqqını bərpa etmək üçün haqqına şahidlik edərsə, Qiyamət günü üzünün nuru göz işləyən məsafədə görünən halda gətirilər və məxluqlar onu adı, əsl-nəcabəti ilə tanıyar.»[3706]
    3366. İmam Sadiq (ə): -»Şahidlər, şahidlik etmək üçün...» ayəsi barədə- «Bir şəxs şahidlik etmək üçün də‘vət olunduqda «Mən sizin üçün şəhadət vermirəm» deməməlidir.» [3707]
    3367. İmam Sadiq (ə):«Şahidlik etmək üçün də‘vət olunanda, də‘vəti qəbul et.»[3708]
    1052. Şəhadəti gizlətmək
    Qur’an:
    «Allah tərəfindən gələn şəhadəti özündə gizlədən şəxsdən daha zalım kim ola bilər?.» [3709]
    «Şəhadəti gizlətməyin. Kim onu gizlədərsə, qəlbi günahkar olar. Allah etdiklərinizi bilir.»[3710]
    Hədis:
    3368. Allahın Peyğəmbəri (s):«Kim şahidlik etmək üçün çağırılan zaman, öz şəhadətini gizlədərsə, yalan şəhadət verən şəxs kimidir.»[3711]
    3369. Allahın Peyğəmbəri (s):«Kim öz şəhadətindən dönüb onu gizlətsə, Allah-taala (Qiyamət günü) məxluqların yanında onun ətini özünə yedizdirər və o, öz dilini çeynəyə-çeynəyə Cəhənnəmə gedər.»[3712]
    1053. Sahidliyi qəbul olunan şəxslər
    3370. İmam Əli (ə): -Şureyhə xitabən- «Bil ki, öz günahının cəzasına görə şallaq vurulmuş və tövbə etməmiş, ya yalan şəhadət verməsilə məşhurlaşan, ya barəsində bədgüman olunmuş (şübhəli) şəxsdən başqa müsəlmanlar bir-birilə münasibətdə ədalətli sayılırlar.»[3713]
    3371. İmam Sadiq (ə):«Fasiqin şahidliyini, yalnız özünə zidd olacaq halda qəbul edərəm.»[3714]
    3372. İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) nə söyüş söyən və acı dili olanın, nə də keçmişdə dinsizliyi ilə məşhur olan şəxsin şahidliyini qəbul etməzdi.»[3715]
    1054. Şəhadət verməyin ədəbi
    3373. Allahın Peyğəmbəri (s)-şəhadət vermək barədə sualın cavabında-»Günəşi görürsənmi? Mövzu sənin üçün həmin günəş kimi aydın, işıqlı olanda şahidlik et və əks halda şəhadət verməkdən çəkin.»[3716]
    3374. İmam Sadiq (ə):«Şəhadətini ovcunun içi kimi tanımasan şahidlik etməməlisən.»[3717]
    225 Şəhadət (2)
    Allah yolunda ölmək
    1055. Şəhidliyin fəziləti
    Qur’an:
    «Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər.» [3718]
    3375. Allahın Peyğəmbəri (s):«İnsanın Allah yolunda öldürülməsi həddinə qədər, hər yaxşılıqdan üstün yaxşılıq vardır. Beləliklə, insan Allah yolunda öldürülərsə, bundan üstün (və dəyərli) yaxşılıq olmaz.»[3719]
    3376. Allahın Peyğəmbəri (s):«Ən şərəfli ölüm şəhadətdir.»[3720]
    3377. Allahın Peyğəmbəri (s) :«İstəyirəm ki, Allah yolunda vuruşum və öldürülüm, yenə vuruşum və öldürülüm. Yenə də vuruşum və öldürülüm.»[3721]
    3378. Allahın Peyğəmbəri (s):«Şəhidin borcdan başqa bütün günahları bağışlanar.»[3722]
    3379. Allahın Peyğəmbəri (s):«Düşmənlə üz-üzə gələn şəxs əgər öldürülənədək müqavimət göstərsə və ya qalib gələrsə, qəbr əzabı görməz.»[3723]
    3380. Allahın Peyğəmbəri (s):«Şəhiddən başqa heç kim ölümündən sonra, Allahın yanında xeyir nemətlərdən bəhrələnən və eyni zamanda, bütün dünyanı ona bağışlasalar da yenidən dünyaya qayıtmaq istəməz. Çünki o, şəhadətin fəzilətini bildiyinə görə, dünyada öldürülmək üçün dünyaya qayıtmasını arzulayar.»[3724]
    3381. İmam Əli (ə):«Siz, öldürülməsəniz də öləcəksiniz. And olsun Əlinin canı Onun qüdrət əlində olana ki, başa min qılınc zərbəsinin endirilməsi, yataqda ölməkdən daha asandır.»[3725]
    1056. Şəhadət istəməyin savabı
    3382. Allahın Peyğəmbəri (s):«Kim sidq ürəklə Allahdan şəhid olmasını istəyərsə, öz yatağında ölsə belə, Allah-taala onu şəhidlərin məqamına çatdırar.»[3726]
    1057. Şəhid hesab olunanlar
    3383. Allahın Peyğəmbəri (s):«Özünü zülmdən qorumaq yolunda öldürülən şəxs, şəhiddir.»[3727]
    3384, Allahın Peyğəmbəri (s):«Öz eşqini gizlətdiyinə və paklığını saxladığına görə ölən aşiq, şəhiddir.»[3728]
    3385. Allahın Peyğəmbəri (s):«Məhəmməd Əhli-Beytinin (ə) məhəbbəti ilə dünyadan köçən, şəhiddir.»[3729]
    3386. İmam Səccad (ə):«Kim bizim qaimimizin (ə) qeybəti dövründə qəlbində bizə dostluq və məhəbbət ölərsə, Allah-taala Bədr və Uhud şəhidləri kimi min şəhidin mükafatını ona bəxş edər.»[3730]
    1058. Allah yolunda yaralanmağın savabı
    3387. Allahın Peyğəmbəri (s):«Kim Allah yolunda yaralanarsa, Qiyamət günü müşk ətrinə bənzər bir ətir saça-saça, rəngi zəfəran rəngində və üzərində şəhidlərin nişanəsi ilə gələr. Kim ixlasla Allahdan şəhidlik istəsə, yataqda ölsə belə, Allah-taala ona şəhidin mükafatını verər.»[3731]
    226 Şöhrət
    1059. Təqdir olunmuş şöhrət
    Qur’an:
    «Məgər səni adlı-sanlı etmədikmi?»[3732]
    «… və gələcək nəsillər arasında məni yaxşı ad-sanla tanıtdır.»[3733]
    Hədis:
    3388. Alahın Peyğəmləri (s) (bir kişinin yaxşı bir iş gördüyünə görə xalqın onu tərifləməsi barədə sualının cavabında): «Bu, dünyada möminə gəlib çatan bir müjdədir.»[3734]
    3389. Allahın Peyğəmbəri (s):«Allah-taala mənim ümmətimdən bir bəndəni sevəndə, seçilmiş bəndələrin qəlblərinə, mələklərin ruhlarına və Öz ərşinin sakinlərinin qəlblərinə onun məhəbbətini salar ki, onu sevsinlər. Budur həqiqətən sevilən insan.»[3735]
    1060. Məzəmmət olunmuş şöhrət
    Qur’an:
    «O axirət evini yer üzündə üstünlük (təkəbbürluk) və fəsad istəməyənlərə verəcəyik və gözəl aqibət təqvalılara məxsusdur.» [3736]
    Hədis:
    3390. Allahın Peyğəmbəri (s):«Allah tərəfindən pislikdən qorunan şəxsdən başqa, dininə və dünyasına görə xalq arasında barmaqla göstərilməsi bir şər olaraq insana bəsdir.» [3737]
    3391. İmam Əli (ə):«Dünyada bir pillə yüksək məqama qalxmaq istəyən və qalxan elə bir bəndə yoxdur ki, Allah-taala axirətdə onu həmin pillədən də yüksək bir pillə aşağı endirməmiş olsun.»[3738]
    3392. İmam Sadiq (ə) (mömini vəsf edərkən): «Mömin dünya izzətini arzulamaz və onun xarlığına dözümsüzluk göstərməz. İnsanlar dünyanın qəmini çəkməkdədir, onu isə axirətin fikri məşğul etmişdir.»[3739]
    1061. Paltar və ibadətə görə şöhrətin pislənilməsi
    3393. İmam Sadiq (ə):«İnsana rüsvayçılıqda onun barmaqla göstərilməsinə səbəb olan paltar geyinməsi və ya barmaqla göstərilən miniyə minməsi bəsdir.»[3740]
    3394. İmam Sadiq (ə):«Allah-taala iki şeyə görə məşhurluğu düşmən bilir: Paltara və namaza görə məşhurluq.»[3741]
    3395. İmam Sadiq (ə):«İbadətlə məşhurlaşmaq bədgümanlığa səbəb olar.»[3742]
    3396. İmam Sadiq (ə):«Şöhrətin yaxşısı və pisi də oddadır.»[3743]

    [3659] Bəqərə, ayə 152
    [3660] əl-İrşad, c.1, səh. 300
    [3661] Ğurərul-Hikəm, hədis 3329
    [3662] Biharul-Ənvar, c.71, səh. 52, hədis 77
    [3663] Zumər, ayə 66
    [3664] Misbahuş-Şəriyyə,səh. 55
    [3665] Tuhəful-Uqul,səh. 483
    [3666] Ə‘lamud-Din,səh. 313
    [3667] İbrahim, ayə 7
    [3668] əl-Kafi, c.2, səh. 94, hədis 2
    [3669] Əmali-Tusi,səh. 580, hədis 1197
    [3670] Biharul-Ənvar, c.94,səh. 146, hədis 21
    [3671] Qəsəsul-Ənbiya,səh. 161, hədis 178
    [3672] Mişkətul-Ənvar,səh. 35
    [3673] Nəhcül-Bəlağə, hikmət 11
    [3674] Tuhəful-Uqul,səh. 285
    [3675] əl-Kafi, c.2,səh. 95, hədis 10
    [3676] əl-Kafi, c.2,səh. 97, hədis15
    [3677] əl-Kafi, c.2,səh. 97, hədis19
    [3678] Misbahuş-Şəriyə,səh. 53
    [3679] əl-İrşad, c.1,səh. 304
    [3680] əl-Kafi, c.2,səh. 99, hədis30
    [3681] Tuhəful-Uqul,səh. 233
    [3682] əl-Xisal,səh. 568, hədis1
    [3683] əl-Kafi, c.2,səh. 99, hədis30
    [3684] əl-İxtisas,səh. 241
    [3685] Uyune Əxbari Rza (ə) c.2,səh. 24, hədis2
    [3686] Ğurərul-Hikəm,hədis 6146
    [3687] Ğurərul-Hikəm,hədis 9482
    [3688] Həhcül-Bəlağə, xütbə 22
    [3689] Əhzab, ayə 33
    [3690] əl-Kafi, c.1, səh. 288 , hədis1
    [3691] Ğurərul-Hikəm,hədis 725
    [3692] Həhcus-Səadə, c.1,səh. 373
    [3693] Biharul-Ənvar, c. 2,səh. 54 , hədis24
    [3694]Ğurərul-Hikəm,hədis 723
    [3695] Ğurərul-Hikəm,hədis 1242
    [3696] Ğurərul-Hikəm,hədis 4619
    [3697] Ğurərul-Hikəm,hədis 4271
    [3698] Həhcül-Bəlağə, hikmət 126
    [3699] Ğurərul-Hikəm,hədis 9532
    [3700] Nəhcül-Bəlağə, hikmət 31
    [3701] Maidə, ayə 8
    [3702] Kənzul-Ummal, səh. 17735
    [3703] Ğurərul-Hikəm,hədis 356
    [3704] Təlaq, ayə 2
    [3705] Bəqərə, ayə 282
    [3706] Biharul-Ənvar, c.104, səh. 311 , hədis9
    [3707] Təfsirul-Əyyasi,səh. 156 , hədis524
    [3708] Təhzibul-Əhkam, c.6, səh. 275 , hədis752
    [3709] Bəqərə, ayə 140
    [3710] Bəqərə, ayə 283
    [3711] Kənzul-Ummal, hədis 17743
    [3712] Səvabul-Əmal,səh. 333
    [3713] Mən la yəhzuruhul-Fəqih, c.13,səh. 15 , hədis3243
    [3714] əl-Kafi, c.7, səh. 395 , hədis5
    [3715] əl-Kafi, c.7, səh. 396 , hədis7
    [3716] Vəsailuş-Şiə, c.18, səh. 250 , hədis3
    [3717] əl-Kafi, c.7, səh. 383, hədis3
    [3718] Ali-İmran, ayə 169
    [3719] əl-Kafi, c.2, səh. 348 , hədis4
    [3720] Biharul-Ənvar, c.100,səh.8 , hədis4
    [3721] Səhihi-Muslim , hədis1876
    [3722] Kənzul-Ummal, hədis 11110
    [3723] Kənzul-Ummal, hədis 10662
    [3724] Səhihi-Muslim , hədis1877
    [3725] əl-İrşadul-Lil-Mufid, c.1,səh. 238
    [3726] Səhihi-Muslim , hədis1909
    [3727] Kənzul-Ummal, hədis 11205
    [3728] Kənzul-Ummal, hədis11203
    [3729] Biharul-Ənvar, c.68,səh.137 , hədis76
    [3730] Biharul-Ənvar, c.82,səh.173 , hədis6
    [3731] Kənzul-Ummal, hədis 11144
    [3732] Şərh, ayə 4
    [3733] Şüəra, ayə 84
    [3734] Səhihi-Muslim , hədis 2642
    [3735] Biharul-Ənvar, c.70, səh. 24, hədis23
    [3736] Qəsəs, ayə 83
    [3737] Şərhi Nəhcül-Bəlağə, c.2, səh. 181
    [3738] Kənzul-Ummal, hədis 6144
    [3739] Biharul-Ənvar, c.67,səh.271, hədis3
    [3740] Biharul-Ənvar, c.78,səh.252 , hədis105
    [3741] Mişkətul-Ənvar, səh. 320
    [3742] Biharul-Ənvar, c.72,səh.297, hədis27
    [3743] əl-Kafi, c.2,səh. 445, hədis3
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1016 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024