İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    40 Bərzəx
    226.Bərzəx
    «Onların arxalarında dirilib duracaqları günə (Qiyamətə) kimi Bərzəx vardır.»[815]
    Həmçinin müraciət et: Ali-İmran 169-171; Mu’minun 99; Ğafir 11.
    Hədis:
    761.İmam Sadiq (ə):«Vallah, sizin üçün Bərzəxdən qorxuram.» (Ravi deyir:) Dedim:«Bərzəx nədir?» Buyurdu:«Qəbir – ölümdən Qiyamətə kimi!»[816]
    227.Möminlərin rühları Bərzəxdə
    Quran:
    «Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.»[817]
    762.İmam Sadiq (ə):«Möminlərin ruhları Cənnətdə otaqlardadırlar. Oranın yeməklərindən yeyir, içməlilərindən içirlər. Bir-birilərinin görüşünə gedir və «Pərvərdigara! Bizə vəd etdiklərini həyata keçirmək üçün Qiyaməti bərqərar et!» deyirlər.»[818]
    228.Kafirlərin ruhları Bərzəxdə
    763.İmam Sadiq (ə):«Kafirlərin ruhları Cəhənnəm odunun içindədir. Onları odun qarşısına gətirərlər və onlar «Pərvərdigara! Qiyaməti bərqərar etmə, bizə vəd etdiklərini həyata keçirmə və bizim birincimizi sonuncumuza yoldaş etmə!» deyərlər.»[819]
    41 Bərəkət
    229.Bərəkət
    Quran:
    «O, harada oluramsa olum, məni bərəkətli edib və mənə nə qədər ki, diriyəm namaz qılmağı və zəkatı tövsiyə edib.»[820]
    Hədis:
    764.İmam Sadiq (ə) «O, harda oluramsa olum, məni bərəkətli edib» ayəsinin təfsirində buyurmuşdur:« (Bərəkətlidən məqsəd) çox xeyir və fayda verəndir.»[821]
    230.Bərəkət gətirən və bərəkəti aradan aparan şeylər
    Quran:
    «Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq.»[822]
    Hədis:
    765.Allahın Peyğəmbəri (s):«Yeməklərinizi ölçün, çəkin! Həqiqətən bərəkət (ağırlığı) çəkilmiş yeməkdədir.»[823]
    766.Allahın Peyğəmbəri (s):«Bərəkət on hissədir. Onun doqquz hissəsi ticarətdə, bir hissəsi isə heyvandarlıqdadır.»[824]
    767.Allahın Peyğəmbəri (s):«Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina.»[825]
    768. İmam Əli (ə):«Ədalətlə bərəkətlər qat-qat artır.»[826]
    769.İmam Əli (ə):«Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər.»[827]
    42 Gülərüzlülük
    231. Gülərüzlülük
    770.Allahın Peyğəmbəri (s):«Gülərüzlülük kini təmizləyir.»[828]
    771.Allahın Peyğəmbəri (s):«Qardaşınla gülərüz görüş.»[829]
    772.Allahın Peyğəmbəri (s):«Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün.»[830]
    773.İmam Əli (ə):«Gülərüzlülük dostluq kəməndidir.»[831]
    774.İmam Əli (ə):«Gülərüzlülük azad insanın xislətidir.»[832]
    775.İmam Əli (ə):«Gülərüzlülük məhəbbət kəndiridir.»[833]
    776.İmam Əli (ə):«Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.»[834]
    777.İmam Əli (ə):«Gülərüzlülüyün sənin alicənablığın və nəfsinin kəramətinin nişanəsidir.»[835]
    778.İmam Əli (ə):«Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün.»[836]
    779.İmam Əli (ə):«İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir.»[837]
    43 Bəsirət
    232. Bəsirət
    Quran:
    «Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimi, hətta onlardan da azğındırlar. Onlar həmin qafillərdir.»[838]
    780.Allahın Peyğəmbəri (s):«Kor, gözü görməyən deyil, (həqiqi) kor– bəsirət gözü kor olandır.»[839]
    781.İmam Əli (ə):«Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur.»[840]
    782.İmam Əli (ə):«Bəsirətli eşidərək düşünən, baxaraq görən, ibrətlərdən bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara düşməkdən çəkinən şəxsdir.»[841]
    783.İmam Əli (ə):«Görmək baxmaqla deyil. Çünki gözlər bə‘zən sahiblərini aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır.»[842]
    784.İmam Əli (ə):«Gözü itirmək bəsirəti itirməkdən asandır.»[843]
    785.İmam Əli (ə):«İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir.»[844]
    44 Batil
    233.Batil
    Quran:
    «Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yoxluğa məhkumdur.»[845]
    «Xeyr, Biz haqqı batilin üzərinə salarıq, beləliklə onu yox edər və batil məhv olar. Vəsf etdiklərinizə görə vay olsun sizə!»[846]
    Hədis:
    786.İmam Əli (ə):«Batil hiyləgər və aldadıcıdır.»[847]
    787.İmam Əli (ə):«Batili mütləq parçalayaram ki, haqq onun böyründən çıxsın.»[848]
    788.İmam Əli (ə):«Haqq – Cənnət yoludur, batil od yolu və hər bir yolun üzərində (dayanıb ona) də‘vət edən var.»[849]
    789.İmam Əli (ə):«Batilə kömək edən kəs haqqa zülm edib.»[850]
    234.Haqqı batildən seçmək
    790.İmam Əli (ə):«Bilin!Haqq ilə batil arasında yalnız dörd barmaq fasilə var……Batil «eşitdim» deməyin, haqq isə «gördüm» deməyindir.»[851]
    235.Haqq ilə batilin bir-birinə qarışması
    Quran:
    «Haqqa batil donu geyindirməyin və bilə-bilə haqqı gizlətməyin.»[852]
    Hədis:
    791.İmam Əli (ə):«Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan və bir ovuc da bundan götürülür. (Beləliklə hərəsindən bir az götürülməklə haqq ilə batil bir-birinə qarışır və nəticədə şübhə meydana çıxır.)»[853]
    792.İmam Əli (ə):«Nə çox azğınlıq ki, mis dirhəm gümüş üzlüklə bəzəndiyi kimi Allahın kitabından bir ayə ilə bəzənib.»[854]
    236.Batilin haqq olmasına yəqinliyin olmaması
    793.İmam Sadiq (ə):«Allah batili haqq kimi tanıtmaz. Allah haqqı möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi.»[855]
    794.İmam Sadiq (ə):«Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz.»[856]
    45 Nifrət
    237.Allahın ən çox nifrət etdiyi kəslər
    795.Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq.Yalançı və üzlü təkəbbürlüyə nifrət edir.»[857]
    796.Allahın Peyğəmbəri (s):«Allah-taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir.»[858]
    797.Allahın Peyğəmbəri (s):«Allah-taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir.»[859]
    798.Allahın Peyğəmbəri (s):«Allah-taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir.»[860]
    799.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir.»[861]
    800.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir.»[862]
    801.İmam Baqir (ə):«Allah, pis ağızlı söyüş söyənə nifrət edir.»[863]
    238.Allah yanında ən mənfur şəxs
    802.Allahın Peyğəmbəri (s):«Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs.»[864]
    803.Allahın Peyğəmbəri (s):«Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən.»[865]
    804.Allahın Peyğəmbəri (s):«Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır.»[866]
    805.Allahın Peyğəmbəri (s):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir.»[867]
    806.Allahın Peyğəmbəri (s):«Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir.» Dedilər:«Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu:«Təkəbbürlülər.»[868]
    807.İmam Əli (ə):«Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir.»[869]
    808.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir.»[870]
    809.İmam Əli (ə):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir.»[871]
    810.İmam Əli (ə):«Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib.»[872]
    811.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir.»[873]
    812.İmam Baqir (ə):«Musa (ə) dedi:«Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu:«Gecə ölü kimi düşüb gündüz bekar olan!»[874]
    813.İmam Sadiq (ə):«Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir.»[875]
    239.Allah yanında mənfur olan işlər
    814.Allahın Peyğəmbəri (s):«Allah yanında hər şeydən mənfur dolu qarındır.»[876]
    815.İmam Baqir (ə):«Allahın Peyğəmbəri (s) Cəbrailə dedi:«Allah-taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu:«Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir.»[877]
    816.İmam Sadiq (ə):«Allah çox yatmağa və çox bekar olmağa nifrət edir.»[878]
    817.İmam Sadiq (ə):«Allah üç şeyə nifrət edir:«Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə.»[879]
    818.İmam Sadiq (ə):«Xəs’əmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi:«Allah-taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu:«Allaha şərik qoşmaq.» Kişi dedi:«Daha nə?» Buyurdu:«Qohumlarla əlaqəni kəsmək.» Kişi dedi:«Sonra nə?» Peyğəmbər buyurdu:«Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək.»[880]
    819.İmam Rza (ə):«Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir.»[881]
    240.Nifrət və düşmənçilik
    820.Allahın Peyğəmbəri (s):«Keçmiş ümmətlərin xəstəliyi – düşmənçilik və həsəd sizə sirayət edib.»[882]
    821.İmam Sadiq (ə):«Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur.»[883]
    46 Zülm, zorakılıq və itaətsizlik
    241. Zülm, zorakılıq və itaətsizlik
    Quran:
    «Elə ki, Allah onları xilas etdi, yer üzündə haqsız yerə zülm, zorakılıq və itaətsizlik etmələrini görərsən. Ey insanlar! Bu zülm, zorakılıq və itaətsizlik sizin öz ziyanınızadır, (siz) dünya həyatının xeyri(ni istəyirsiniz). Dünya həyatında bir faydalanma, ləzzət vardır. Sonra sizin dönüşünüz Bizə tərəf olacaqdır. Daha sonra sizi etdiklərinizdən xəbərdar edəcəyik.»[884]
    «Və (Allah) zinadan, çirkin (əməl)lərdən və zülm, zorakılıq və itaətsizlikdən çəkindirir. Sizə öyüd verir ki, bəlkə öyüd qəbul edən oldunuz.»[885]
    822.Allahın Peyğəmbəri (s):«Zorakılığın cəzası insanı digər çirkin işlərin hamısından tez yaxalayır.»[886]
    823.İmam Əli (ə):«İtaətsizlik və təcavüzkarlıq qılıncı çəkən şəxs həmin qılıncla öldürülər.»[887]
    824.İmam Əli (ə):«Zorakılıq neməti aradan aparır.»[888]
    825.İmam Əli (ə):«İtəatsizlik viran və məhvə səbəb olur.»[889]
    826.İmam Əli (ə):«Zorakılıq və itaətsizlikdən çəkin. Çünki zorakılıq (insanı) çox tez torpağa sərər və zarakılıq işlədəni ibrətə çevirər.»[890]
    827.İmam Əli (ə):«İtaətsizlik itaətsizləri oda tərəf çəkir.»[891]
    828.İmam Sadiq (ə):«Diqqətli ol, ağzından heç vaxt, hətta özünün və qohumlarının qüdrəti ilə öyünsən belə, zorakı söz çıxmasın.»[892]
    242.Zorakı və itaət etməyən şəxs
    829.İmam Sadiq (ə) «kim itaətsizlik etmədən və həddi aşmadan məcbur olsa» ayəsinin təfsirində buyurmuşdur:«İtaətsiz, imamına qarşı qiyam etmiş şəxsdir.»[893]
    243.İtaət etməyən yağı müsəlmanlarla vuruşmaq
    Quran:
    «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onların biri digərinə qarşı həddi aşaraq təcavüzkarlıq etsə, həddi aşanla Allahın əmrinə qayıdana kimi vuruşun. Beləliklə, əgər (Allahın əmrinə qayıtsa) onların aralarında ədalətli sülh bərqərar edin və ədalətli olun ki, Allah ədalətliləri sevir.»[894]
    Hədis:
    830.İmam Əli (ə):«Döyüş iki cürdür: Müşriklərlə döyüş. Onlar müsəlman olmayınca və ya xarlıqla cizyə verməyincə buraxılmırlar. Bir də haqq yoldan dönmüşlərlə döyüş. Allahın əmrinə qayıdana və ona tabe olana və ya öldürülənə kimi onların qarşısında durmaq lazımdır.»[895]
    831.İmam Əli (ə):«İtaətsizlik əhli və yağılarla müşriklərlə olan kimi tam şiddətlə vuruşmaq, onlara qarşı qiblə əhlinin (müsəlmanların) bütün imkan və bacarığından istifadə etmək və ələ keçirən zaman onları müşriklər kimi əsir götürmək lazımdır.»[896]
    244.Müsəlmanların imamı ilə aşkarcasına düşmənçilik edən şəxsin öldürülməsinin caiz olması
    832.İmam Sadiq (ə) «Nasibi»lər[897] barəsində buyurmuşdur:«Əgər sizdən bir nəfərin onların əli ilə öldürülməsindən qorxmasaydım, çünki sizin bir nəfəriniz onların min nəfərindən yaxşıdır, onları öldürməyinizi əmr edərdim.Lakin bu işin icazəsi imama həvalə edilib.»[898]
    833.İmam Rza (ə):«Təqiyyə edilməli yerdə qatil və ya yağıdan başqa heç bir kafiri öldürmək caiz deyil. Belə olan halda əgər canın təhlükəyə düşməsə, onu (qatil və ya yağını) öldürə bilərsən.»[899]
    47 Ağlamaq
    245.Allah qorxusundan ağlamaq
    Quran:
    «Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə düşürdülər.»[900]
    «Onlar üzüqoylu düşüb ağlayırlar və itaətkarlıqları artır.»[901]
    Hədis:
    834.Allahın Peyğəmbəri (s):«Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır.»[902]
    835.Allahın Peyğəmbəri (s) «Vida həcci»nin xütbəsində buyurmuşdur: «Kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar.»[903]
    836.Allahın Peyğəmbəri (s):«Allahın ərşinin kölgəsindən başqa ayrı bir kölgənin olmayacağı gün yeddi nəfər Onun ərşinin kölgəsində olar: …………. və gizlində Allah-taalanı xatırlayan və Allah qorxusundan gözlərindən yaş axan şəxs.»[904]
    837.Allahın Peyğəmbəri (s):«Kimin gözündən Allah qorxusundan bir milçək boyda yaş çıxsa, Allah «böyük qorxu» günündə onu qorxusuz edər.»[905]
    838.İmam Əli (ə):«Gözlərin ağlaması və qəlblərin qorxması adı uca olan Allahın rəhminin nişanəsidir. Bu ikisini özünüzdə tapan zaman dua etməyi qənimət bilin.»[906]
    839.İmam Əli (ə):«Allah qorxusundan ağlamaq rəhmətin açarıdır».[907]
    840.İmam Əli (ə):«Allah qorxusundan ağlamaq qəlbi nuraniləşdirir və günaha adət etməkdən qoruyur.»[908]
    841.İmam Səccad (ə):«Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən
    göz yaşı damcısından əziz deyil.»[909]
    842.İmam Baqir (ə):«Qiyamət günü üç gözdən – Allah yolunda gecə yatmamış gözdən, Allah qorxusundan ağlamış gözdən və Allahın haram buyurduqlarına baxmamış gözdən başqa bütün gözlər ağlayacaq.»[910]
    843.İmam Sadiq (ə):«Əgər ağlamağın gəlmirsə də, özünü ağlamağa vur. Əgər gözündən milçəyin başı boyda yaş çıxsa, xoş halına!»[911]
    844.İmam Sadiq (ə):«Göz yaşlarından başqa hər bir şeyin ölçü və çəkisi var. Çünki bir damcı göz yaşı alov dəryasını söndürür. Əgər göz öz yaşında batsa, həmin üzə heç bir yoxsulluq və həqirlik tozu qonmaz. Əgər göz yaşları axsa, Allah həmin üzü oda haram edər. Əgər ağlayan bir ümmətin arasında ağlasa, həmin ümmətin hamısına rəhm olunar.»[912]
    246.Gözün (yaşının) quruması
    845.Allahın Peyğəmbəri (s):«Bədbəxtliyin əlamətlərindən biri gözün (yaşının) qurumasıdır.»[913]
    846.İmam Əli (ə):«Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların çoxluğundan daşlaşır.»[914]
    48 Şəhər
    247.Pak şəhər
    Qur’an:
    «Pak şəhər və bağışlayan Rəbb.»[915]
    «Onlar ilə bərəkət verdiyimiz abadlıqlar arasında bir-birinə birləşik abadlıqlar və onlarda məlum yol müəyyənləşdirmişik. Odur ki, gecələri və gündüzləri həmin şəhər və kəndlərdə qorxusuz gəzib dolanın.»[916]
    Həmçinin müraciət et: Ənbiya 71, 81; Muminun 50; Qəsəs 29, 30; Naziat 16; Bələd 1, 2; Tin 1-3.
    248.Böyük şəhərlərdə yaşayın
    847.İmam Əli (ə) Haris Həmdaniyə yazdığı məktubda buyurmuşdur:«Böyük şəhərlərdə məskunlaş. Çünki onlar müsəlmanların bir yerə toplaşdıqları məkandır. İnsanları nadan və kobud olan yerlərdən uzaqlaş.»[917]
    249.Şəhərlərin ən yaxşısı
    848.İmam Əli (ə):«Sənin üçün bir şəhər digərindən üstün deyil. Şəhərlərin ən yaxşısı səni öz çiyinlərində aparandır (rifah və asayiş ilə yaşadığın şəhərdir).»[918]
    250.Bütün şəhərlərin əhalisinin zəruri ehtiyacı
    849.İmam Sadiq (ə):«Bütün şəhərlərin əhalisinin öz dünya və axirət işlərində müraciət etmələri üçün üç şeyə ehtiyacı var və əgər həmin şeylərə malik olmasalar nadanlıq və intizamsızlığa düçar olacaqlar: savadlı və təqvalı fəqihə, yaxşı və itaət edilən başçı və hakimə, mahir və etibarlı həkimə.»[919]
    49 Bəlağət
    251.Bəlağət
    850.İmam Əli (ə):«Bəlağət odur ki, danışılması səlist, başa düşülməsi isə asan olsun.»[920]
    851.İmam Əli (ə):«Bəlağət odur ki, cavab verməkdə kütlük etməyəsən, məqsədini çatdırasan və söz oxun hədəfdən yayınmasın.»[921]
    852.İmam Əli (ə):«Bəzən bəlağətdə yalnız müxtəsər söyləmək ilə kifayətlənilir.»[922]
    853.İmam Sadiq (ə):«Bəlağət dilin itiliyi və çoxlu boşboğazlıq etməklə deyil, əksinə, bəlağət – mənanı çatdırmaq və düzgün dəlil-sübut gətirməkdir.»[923]
    854.İmam Sadiq (ə):«Bəlağət üç şeydə – nəzərdə tutulan mənaya yaxınlaşmaqda, artıq sözlərdən uzaqlaşmaqda, az və qısa ifadələrlə çox məna çatdırmaqdadır.»[924]
    252.Ən bəlağətli söz
    855.İmam Əli (ə):«Ən bəlağətli söz məqsədi rahatlıqla çatdıran və müxtəsərliyi gözəl olan sözdür.»[925]
    856.İmam Əli (ə):«Ən gözəl kəlam gözəl quruluşla zinətlənmiş və həm alimin, həm də avamın başa düşdüyü kəlamdır.»[926]
    253.Bəlağətlilik və söz oynatmaq
    254.Təbliğatın əhəmiyyəti
    Qur’an:
    «Möminlərin hamısının (cihada) getmələri rəva və caiz deyil. Bəs nə üçün hər tayfadan bir dəstə getmir ki, (başqa bir dəstə) dərin elm əldə etmək üçün (qalsın,) tayfaları onların yanına qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (Allahın əzabından) çəkinsinlər.»[928]
    Hədis:
    858.Allahın Peyğəmbəri (s):«Agah olun, mən bu sözü təkrar edirəm:«Bilin! Namaz qılın, zəkat verin, əmr be məruf (yaxşı işlərə də‘vət edin) və nəhy əz münkər edin (pis işlərdən çəkindirin). Bilin ki, əmr be məruf və nəhy əz münkərin əsası onun mənim sözümlə nəticələnməsidir. Onu burada olmayana çatdırın, həmin şəxsə onu qəbul etməsini əmr edin və ona qarşı çıxmaqdan çəkindirin. Çünki o, Allah tərəfindən olan bir göstərişdir.»[929]
    859.Allahın Peyğəmbəri (s):«Ey Əli! Əgər Allah sənin əlinlə bir insanı hidayət etsə, bu sənin üçün günəşin üzərinə işıq saçdığı hər bir şeydən daha yaxşıdır.»[930]
    860.Allahın Peyğəmbəri (s):«Allahı camaata sevdirin ki, Allah da sizi sevsin.»[931]
    861.Allahın Peyğəmbəri (s):«Kimin əli ilə bir nəfər İslamı qəbul etsə,Cənnət ona vacib olacaqdır.»[932]
    862.Allahın Peyğəmbəri (s):«Doğru yola də‘vət edən hər bir kəsə, ona tabe olanların mükafatlarından bir şey azaldılmadan, onların mükafatlarının misli veriləcəkdir.»[933]
    863.Allahın Peyğəmbəri (s):«Ümmətimin ən yaxşısı bəndələri Allah-taalaya tərəf də‘vət edən və onları Onunla dostlaşdırandır.»[934]
    864.Şərif ibn Sabiq Tiflisi Həmmad Səmdəridən nəql edir ki, İmam Sadiqə (ə) dedim:«Mən müşriklərin şəhərlərinə gedirəm. Bəzi dostlarım deyirlər:«Əgər orada ölsəniz məhşərdə onlarla birlikdə olacaqsınız?» Həmmad deyir:«İmam Sadiq (ə) mənə buyurdu:«Ey Həmmad, orada olanda bizim məsələmizi (imamətimizi) xatırlayır və (camaatı) ona tərəf də‘vət edirsən?» Həmmad deyir: Dedim: «Bəli.» İmam Sadiq (ə) buyurdu:«Bu şəhərlərdə – İslam şəhərlərində – olanda necə bizim məsələmizi xatırlayır və ona də‘vət edirsən?» Həmmad deyir: Dedim:«Xeyr!» İmam mənə buyurdu:«Əgər sən orada (müşriklərin şəhərlərində) ölsən təkbaşına bir ümmət kimi məhşərə gələcəksən və sənin nurun səndən qabaqda hərəkət edəcək.»[935]
    255.Təbliğatçıya vacib olan şeylər
    1.Dərin dini elm
    865.Allahın Peyğəmbəri (s):«Allah-taalanın dininə yalnız onun bütün cəhətlərindən xəbərdar olan şəxs kömək edər.»[936]
    2.Əhli-Beytin kəlamına əsaslanmaq
    866.Əbdüssalam ibn Saleh Hərəvi:«İmam Rzanın (ə) belə buyurduğunu eşitdim ki: Allah bizim işimizi dirçəldən bəndəyə rəhmət etsin! Dedim:«Sizin işinizi necə dirçəltsin? İmam buyurdu:«Bizim elmimizi öyrənib camaata öyrətsin. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsəydilər, bizə tabe olar, arxamızca gələrdilər.»[937]
    3.İxlas (niyyət saflığı)
    Qur’an:
    «Mən bunun (risalətin təbliğinin) müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»[938]
    Hədis:
    867.Allahın Peyğəmbəri (s):«Allah xütbə oxumuş hər bir bəndədən onun həmin xütbədə məqsədinin nə olmasını soruşacaq.»[939]
    4.Şücaət
    «O kəslər ki, Allahın tapşırıqlarını çatdırırlar, Ondan qorxurlar və Allahdan başqa heç kəsdən qorxmurlar. Allah hesab çəkməyə kifayətdir.»[940]
    868.Allahın Peyğəmbəri (s):«Haqqı de və Allah yolunda heç bir qınayanın töhmətindən qorxma.»[941]
    869.Allahın Peyğəmbəri (s):«Məbada camaatdan qorxmaq sizlərdən haqqı görmüş və ya şahid olmuş kəsin haqqı deməsinə mane olsun. Çünki haqqı demək və ya «böyük işi» (axirəti) xatırlamaq nə ölümü yaxınlaşdırır, nə də ruzini uzaqlaşdırır.»[942]
    5.Doğruluq
    870.Misbahuş-şəriət kitabında İmam Sadiqin (ə) belə buyurması nəql olunub ki:«Ən gözəl öyüd sözün, doğruluğun sərhəddini və əməlin, ixlasın hüdudlarını aşmamasıdır.»[943]
    871.Əmr ibn əbu Miqdam:«İmam Baqir (ə) ilk dəfə onun hüzuruna daxil olarkən mənə belə buyurdu:«Danışmamışdan qabaq doğruluğu öyrənin.»[944]
    6.Mülayimlik
    872.Allahın Peyğəmbəri (s):«Asanlaşdırın çətinləşdirməyin, rahatlaşdırın nifrət yaratmayın!»[945]
    873.Allahın Peyğəmbəri (s):«Risalətin təbliğinə məmur olunduğum kimi camaatla mülayim olmağa da əmr olunmuşam.»[946]
    874.İmam Sadiq (ə) Ömər ibn Hənzələyə xitab edərək buyurmuşdur:«Ey Ömər, bizim şiələrimizin çiyinlərinə (ağır) yük qoymayın və onlarla mülayim davranın. Çünki insanlar onların çiyinlərinə qoyulanları götürmürlər.»[947]
    7.Nəsihət
    Qur’an:
    «Rəbbimin risalət və tapşırıqlarını sizə çatdırıram. Mən sizin üçün inanılmış bir nəsihətçiyəm.»[948]
    Hədis:
    875.İmam Əli (ə) Həzrət Peyğəmbərin fəzilətlərini bəyan edərkən buyurmuşdur:«(Allah) onu sərgərdanlıqda azdıqları və fitnədə qərq olduqları bir zamanda göndərdi…..Peyğəmbər (s) nəsihət verməyi son həddinə çatdırdı və doğru yolda hərəkət etdi və (camaatı) hikmət və gözəl öyüdlərə də‘vət etdi.»[949]
    8.Qəlb ilə dilin bir olması
    876.İmam Əli (ə) o Həzrətə məxsus hikmətlərdə buyurmuşdur:«Söz qəlbdən gələndə qəlbə yatar, dildən çıxanda isə qulaqlardan o tərəfə keçməz.»[950]
    9.Əməl ilə təbliğ
    877.İmam Sadiq (ə):«Camaatı dilinizdən ayrı şeylə yaxşılığa də‘vət edin ki, sizdə çalışqanlıq, doğruluq və pəhrizkarlıq görsünlər.»[951]
    878.İmam Sadiq (ə):«Allah rəhmət etsin o qövmə ki, çıraq və nur (hidayət) mənbəyidirlər və insanları əməlləri və var gücləri ilə bizə tərəf də‘vət edirlər.»[952]

    [815] Mu’minun, ayə 100
    [816] Nurus-Səqəleyn, c.3, səh.554, hədis 124
    [817] Ali-İmran, ayə 169
    [818] əl-Məhasin, c.1, səh.285, hədis 562
    [819] Biharul-Ənvar, c.6, səh.270, hədis 127
    [820] Məryəm, ayə 31
    [821] əl-Kafi, c.2, səh.165, hədis 11
    [822] Ə’raf, ayə 96
    [823] Kənzul-Ummal, hədis 9434
    [824] Biharul-Ənvar, c.103, səh.5, hədis 13
    [825] Biharul-Ənvar, c.79, səh.19, hədis 4
    [826] Ğurərul-Hikəm, hədis 4211
    [827] Ğurərul-Hikəm, hədis 4030
    [828] əl-Kafi, c.2, səh.103, hədis 6
    [829] əl-Kafi, c.2, səh.103, hədis3
    [830] əl-Kafi, c.2, səh.103, hədis1
    [831] Biharul-Ənvar, c.69, səh.409, hədis 12
    [832] Ğurərul-Hikəm, hədis 656
    [833] Ğurərul-Hikəm, hədis 5546
    [834] Ğurərul-Hikəm, hədis 3454
    [835] Ğurərul-Hikəm, hədis 4453
    [836] Biharul-Ənvar, c.76, səh.20, hədis 3
    [837] Biharul-Ənvar, c.78, səh.57, hədis 124
    [838] Ə’raf, ayə 179
    [839] Kənzul-Ummal, hədis 1220
    [840] Ğurərul-Hikəm, hədis 9972
    [841] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9 səh.158
    [842] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.19 səh.173
    [843] Ğurərul-Hikəm, hədis 6536
    [844] Ğurərul-Hikəm, hədis 3061
    [845] İsra, ayə 81
    [846] Ənbiya, ayə 18
    [847] Ğurərul-Hikəm, hədis 549
    [848] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.2, səh.185
    [849] Nəhcus-Səadə, c.3 səh.291
    [850] Ğurərul-Hikəm, hədis 6041
    [851] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.72
    [852] Bəqərə, ayə 42
    [853] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.240
    [854] Ğurərul-Hikəm, hədis 6969
    [855] Biharul-Ənvar, c.5, səh.303, hədis 12
    [856] Təfsir əl-Əyyaşi, c.2, səh.53, hədis 39
    [857] Tuhəful-Uqul, səh.42
    [858] Kənzul-Ummal,hədis 28982
    [859] Kənzul-Ummal,hədis43679
    [860] Uyun Əxbar ər-Rza, c.2, səh.28, hədis 24
    [861] Ğurərul-Hikəm, hədis 3437
    [862] Mustədrəkul-Vəsail, c.8, səh.321, hədis 9552
    [863] Biharul-Ənvar, c.78, səh.176, hədis 38
    [864] Kənzul-Ummal, hədis 21431
    [865] Kənzul-Ummal, hədis 43833
    [866] Biharul-Ənvar, c.71, səh.383, hədis 17
    [867] Kənzul-Ummal, hədis 28985
    [868] Kənzul-Ummal, hədis 5184
    [869] Ğurərul-Hikəm, hədis 3128
    [870] Ğurərul-Hikəm, hədis 3294
    [871] Ğurərul-Hikəm, hədis 3259
    [872] Kənzul-Ummal, hədis 4422
    [873] Ğurərul-Hikəm, hədis 3164
    [874] Biharul-Ənvar, c.76, səh.180, hədis 8
    [875] əl-Kafi, c.2, səh.323, hədis 4
    [876] Uyun Əxbar ər-Rza, c.2, səh.36, hədis 89
    [877] Biharul-Ənvar, c.84, səh.4, hədis 76
    [878] Biharul-Ənvar, c.76, səh.180, hədis 10
    [879] əl-Xisal, səh.89, hədis 25
    [880] əl-Kafi, c.24 səh.290, hədis 4
    [881] Biharul-Ənvar, c.78, səh.335, hədis 16
    [882] Məani əl-Əxbar, səh.367, hədis 1
    [883] Tuhəful-Uqul, səh.316
    [884] Yunus, ayə 23
    [885] Nəhl, ayə 90
    [886] əl-Kafi, c.2, səh.327, hədis 1
    [887] Nəhcüs-Səadə, c.1, səh.52
    [888] Ğurərul-Hikəm, hədis 382
    [889] Ğurərul-Hikəm, hədis 795
    [890] Ğurərul-Hikəm, hədis 2657
    [891] əl-Kafi, c.2, səh.327, hədis 4
    [892] əl-Kafi, c.2, səh.327, hədis 3
    [893] Məani əl-Əxbar, səh.213, hədis 1
    [894] Hucurat, ayə 9
    [895] Vəsailuş-Şiə, c.11, səh.18, hədis 3
    [896] Müstədrəkül-Vəsail, c.11, səh.65, hədis 12438
    [897] Əmirəl-möminin Əli (ə) ilə düşmən olan bir firqənin adıdır-
    [898] Vəsailuş-Şiə, c.11, səh.60, hədis 2
    [899] Vəsailuş-Şiə, c.11, səh.35, hədis 10
    [900] Məryəm, ayə 58
    [901] İsra, ayə 109
    [902] Biharul-Ənvar, c.93, səh.331, hədis 15
    [903] Biharul-Ənvar, c.93, səh.335, hədis 25
    [904] Biharul-Ənvar, c.84, səh.2, hədis 71
    [905] Biharul-Ənvar, c.93, səh.336, hədis 30
    [906] Məkarimul-Əxlaq, c.2, səh.96, hədis 10
    [907] Ğurərul-Hikəm, hədis 2051
    [908] Ğurərul-Hikəm, hədis 2016
    [909] Biharul-Ənvar, c.69, səh.378, hədis 31
    [910] Biharul-Ənvar, c.7, səh.195, hədis 62
    [911] İddətud-dai, səh.161
    [912] Biharul-Ənvar, c.93, səh.331, hədis 14
    [913] Biharul-Ənvar, c.70, səh.52, hədis 11
    [914] Biharul-Ənvar, c.73, səh.354, hədis 60
    [915] Səba, ayə 15
    [916] Səba, ayə 18
    [917] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.42
    [918] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.20, səh.90
    [919] Tuhəful-Uqul, səh.321
    [920] Ğurərul-Hikəm, hədis 1881
    [921] Ğurərul-Hikəm, hədis 2150
    [922] Ğurərul-Hikəm, hədis 6666
    [923] Tuhəful-Uqul, səh.312
    [924] Tuhəful-Uqul, səh.317
    [925] Ğurərul-Hikəm, hədis 312
    [926] Ğurərul-Hikəm, hədis 3304
    [927] Kənzul-Ummal, hədis 7919
    [928] Tovbə, ayə 122
    [929] əl-İhticac, c.1, səh.157, hədis 32
    [930] Müstədrəkus-Səhiheyn, c.2, səh.691, hədis 6537
    [931] əl-Möcəm əl-Kəbir, c.8, səh.91, hədis 7461
    [932] əl-Möcəm əl-Kəbir, c.17, səh, 285, hədis 786
    [933] əl-Müvəttə, c.1, səh.218, hədis 41
    [934] Kənzul-Ummal, hədis 28779
    [935] Əmali-Tusi, səh.46, hədis 54
    [936] əl-Firdovs, c.1, səh.234, hədis 897
    [937] Məani əl-Əxbar, səh.180, hədis 1
    [938] Şuəra, ayə 145
    [939] əz-Zöhd, İbn Hənbəl, səh.391
    [940] Əhzab, ayə 39
    [941] Hilyətul-övliya, c.1, səh.241
    [942] Musnəd İbn Hənbəl, c.4, səh.102, hədis 11474
    [943] Misbahuş-Şəriət, səh.395
    [944] əl-Kafi, c.2, səh.104, hədis 4
    [945] səhih Buxari, c.5, səh.2269, hədis 5774
    [946] Tuhəful-Uqul, səh.48
    [947] əl-Kafi, c.8, səh.335, hədis 522
    [948] Ə’raf, ayə 68
    [949] Nəhcül-Bəlağə, xütbə: 95
    [950] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.20, səh.287, hikmət 279
    [951] əl-Kafi, c.2, səh.105, hədis 10
    [952] Tuhəful-Uqul, səh.301
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 2327 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024