İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    60 Cəbr (Alın yazısı)[1132]
    316.Cəbrin səhv olması
    1029.İmam Əli (ə) cəbrin səhv olması barədə buyurmuşdur:«Əgər belə olsaydı, onda savab və cəza, (yaxşı işlər görməyə) əmr (etmək) və (pis işlərdən) çəkindirmək və çirkin əməllərdən çəkindirmək əbəs işə çevrilərdi. Vəd və təhdid mənasını itirər, pis əməl sahibi qınanmaz və xeyir əməl sahibi təşviq edilməzdi. Hətta, yaxşı əməl sahibi məzəmmətə bəd əməl sahibindən, çirkin əməl sahibi isə savab və mükafata yaxşı əməl sahibindən daha layiq olardı. Cəbr əqidəsi bütpərəstlərin və Rəhman olan Allahın düşmənlərinin sözüdür.»[1133]
    1030.İmam Sadiq (ə):«Səbəbinə görə bəndəni qınaya bildiyin hər bir şey onun öz işi, bəndəni səbəbinə görə qınaya bilmədiyin hər şey Allahın işidir. Allah-taala bəndəsinə:«Nə üçün itaətsizlik etdin? Nə üçün günah etdin? Nə üçün şərab içdin? Nə üçün zina etdin?» buyurur.Deməli bunlar bəndənin işidir. Lakin Allah bəndəyə «Nə üçün xəstələndin? Nə üçün boyun qısadır? Nə üçün dərin ağdır? Nə üçün dərin qaradır?» demir. Çünki bu işlər Allah-taalanın işləridir.»[1134]
    1031.İmam Kazim (ə):«Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.»[1135]
    317.Nə cəbr, nə də təfviz![1136]
    1032.İmam Baqir və imam Sadiq (ə):«Allah yaratdıqlarına qarşı o qədər mehribandır ki, onları günah işlərə məcbur edib, sonra onlara buna görə əzab verməz. Həmçinin, Allah o qədər qüdrətlidir ki, Onun bir şeyi istəməsi və həmin şeyin olmaması qeyri-mümkündür.» Rəvayəti nəql edən deyir: O Həzrətdən soruşdular:«Məgər cəbr və qədər (ixtiyar ilə təfviz) arasında üçüncü bir dərəcə var?» Buyurdu:«Bəli! Yerlə göy arasındakı fəzadan da geniş olan bir dərəcə!»[1137]
    1033.İmam Sadiq (ə) Müfəzzəl ibn Ömər tərəfindən nəql olunan bir rəvayətdə buyurur:«Nə cəbrdir, nə təfviz, bunların ikisinin arasında olan bir işdir.» Soruşdum:«Bu iki işin arasındakı iş nədir?» Buyurdu:«Məsələn, sən günah edən bir kişini görürsən və onu həmin işdən çəkindirirsən. Ancaq, həmin şəxs bunu qəbul etmir, sən onu özbaşına buraxırsan və həmin günahı edir. Deməli, sənin yasaqlarını saymadığına görə onu özbaşına buraxdığın üçün ona günah etməyi əmr etdiyini demək olmaz!»[1138]
    318.Allah yaxşılıqlara daha çox layiqdir
    1034.İmam Rza (ə):«Allah-taala buyurdu:«Ey Adəm övladı! Sən Mənim istəyimlə istəyir, vacib etdiklərimi Mənim nemətlərimlə Mənim üçün yerinə yetirir, Mənim qüdrətimlə Mənə qarşı itaətsizlik və günah etməyə qadir olursan. Mən səni eşidən və görən yaratdım. Mən yaxşı işlərinə səndən daha layiqəm və sən pisliklərə daha çox layiqsən.»[1139]
    319.Cəbrilər və Qədərilər[1140]
    1035.İmam Sadiq (ə):«Kim Allahın öz bəndələrini günah işlərə məcbur etməsini və ya onların boynuna güclərindən artıq vəzifə qoymasını düşünsə, beləsinin kəsdiyindən yeməyin, şəhadətini qəbul etməyin, arxasında namaz qılmayın və zəkatdan ona bir şey verməyin.»[1141]
    61 Qəddarlıq
    320.Qəddarlığın pislənilməsi və qəddarların sifəti
    1036.Allahın Peyğəmbəri (s):«La ilahə illəllah» deməkdən boyun qaçıran hər kəs haqqa qarşı çıxan qəddardır.»[1142]
    1037.Allahın Peyğəmbəri (s):«Qiyamətdə qəddarlar və təkəbbürlülər məhşərə qarışqa şəklində gələcəklər və Allah yanında xar, dəyərsiz olduqları üçün camaat onları tapdayıb əzəcək.»[1143]
    1038.İmam Əli (ə):«Zorba təbiətli adamın əməli pak və öyünməli deyil.»[1144]
    1039.İmam Əli (ə):«Mənimlə zorba adamlarla danışılan kimi danışmayın və məndən tez əsəbləşən hakimlərdən çəkinilən kimi çəkinməyin. Mənimlə süni rəftar etməyin.»[1145]
    1040.İmam Sadiq (ə):«Qiyamət günü Allaha ən uzaq insanlar qəddarlar olacaq.»[1146]
    321.Qəddarların aqibətlərinin pis olması
    1041.İmam Əli (ə):«Kim qəddarlıq etsə sındırılar.»[1147]
    1042.İmam Əli (ə):«Kim qəddarlıq etsə Allah onu xar edib alçaldar.»[1148]
    1043.İmam Əli (ə):«Allahın bəndələrinə qarşı qəddarlıqdan çəkin. Çünki, Allah qəddarlıq yolunu tutan hər kəsi sındırar.»[1149]
    62 Qorxaqlıq
    322.Qorxaqlıq
    1044.İmam Əli (ə):«Qorxaqlıq çatışmazlıqdır.»[1150]
    1045.İmam Əli (ə):«Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis xislətlərdir.»[1151]
    1046.İmam Əli (ə):«Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır.»[1152]
    1047.İmam Əli (ə):«Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir.»[1153]
    1048.İmam Həsən (ə) «qorxaqlıq nədir?» sualının cavabında: «Dosta qarşı cəsarətli olmaq və düşmənin qabağından qaçmaq.»[1154]
    323.Qorxaq və müharibə
    1049.Allahın Peyğəmbəri (s): «Qorxağın iki əcr və savabı var.»[1155]
    1050.İmam Əli (ə):«Tez qaçacağına görə qorxağın müharibəyə getməsi rəva deyil. Əksinə, nə ilə vuruşmaq istəməsinə baxmalı və onu başqasının ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşçünün əcr və savabı qədər savab qazanar və onun (döyüşçünün) əcrindən də heç nə azaldılmaz.»[1156]
    63 Mübahisə
    324.Pislənilmiş mübahisə
    Qur’an:
    «İnsanların bəzisi heç bir elmi olmadan Allah barədə mübahisə edir və inadkar şeytana tabe olur.»[1157]
    «Allahın ayələri barədə yalnız kafirlər mübahisə edərlər. Odur ki, onların şəhərlərdə gəzib-dolaşması səni aldatmasın.»[1158]
    Həmçinin müraciət et: Ali-İmran 66; Ə’raf 71; Ənfal 6; Kəhf 54, 56; Məryəm 97; Həcc 8, 9, 68; Furqan 50; Şura 35; Zuxruf 57.
    Hədis:
    1051.Allahın Peyğəmbəri (s):«Mübahisə və höcətləşməyə arxalananlardan başqa heç bir qövm yolunu azmadı.»[1159]
    1052.İmam Əli (ə):«Mübahisə etməkdən çəkinin. Çünki, mübahisə (insana) şəkk və tərəddüd gətirər.»[1160]
    325.Gözəl və bəyənilən mübahisə
    Qur’an:
    «İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna də‘vət et, onlarla ən gözəl şəkildə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyandır.»[1161]
    Hədis:
    1053.Allahın Peyğəmbəri (s):«Bizik, Allahın dinində mübahisə edənlər!»[1162]
    1054.İmam Əskəri (ə):«İmam Sadiqin (ə) hüzurunda söz dində mübahisə etmək, Peyğəmbərin (s) və mə‘sum imamların (ə) (müsəlmanları) bu işdən çəkindirmələrindən düşür. Həzrəti Sadiq (ə):«Mübahisə etmək bütünlüklə pislənilməyib, gözəl olmayan üsulla mübahisə etmək qınanıb.»[1163]
    64 Təcrübə
    326.Təcrübə
    1055.İmam Əli (ə):«Təcrübələr qazanılan elmlərdir.»[1164]
    1056.İmam Əlinin (ə) əziz oğluna tövsiyyəsindən: «Qəlbin daşlaşmamış və fikrin (başqa şeylərə) məşğul olmamış sənə ədəb öyrətməyə başladım ki, möhkəm düşüncənlə təcrübə edənlərin axtarıb sınaqdan keçirdikləri şeyə üz tutasan və beləliklə, də, axtarmağın əziyyəti sənin üzərindən götürülsün və təcrübə etməkdən azad olasan.»[1165]
    1057.İmam Əli (ə):«İşləri təcrübədən çıxarmayan aldanar.»[1166]
    1058.İmam Əli (ə):«Kim düzgün təcrübə öyrənsə ölüm-itimlərdən salamat çıxar, təcrübələrdən ehtiyacsız olmağa çalışansa işlərin sonunu görməz.»[1167]
    1059.İmam Əli (ə):«İnsanın ədəbləndirilməsi və tənbehi üçün təcrübələr kifayət edər.»[1168]
    1060.İmam Əli (ə):«İnsanın fikir və düşüncəsi onun təcrübəsi qədərdir.»[1169]
    1061.İmam Sadiq (ə):« …..Təcrübəsi az olan özbaşına şəxs heç vaxt heç yerdə rəhbərliyə tamah salmamalıdır.»[1170]
    327.Təcrübə və ağıl
    1062.İmam Əli (ə):«Ağıl elm və təcrübə ilə artan şüurdur.»[1171]
    1063. İmam Əli (ə):«Ağıl təcrübələri yığıb qorumaqdır.»[1172]
    65 Dözümsüzlük edib fəryad qoparmaq
    328.Dözümsüzlük edib fəryad qoparmaqdan çəkindirmək
    Qur’an:
    «Həqiqətən insan çox səbrsiz və dözümsüz yaradılmışdır. Ona bir pislik üz verəndə dözümsüzlük edərək fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsislik edər.»[1173]
    Hədis:
    1064.Allahın Peyğəmbəri (s):«Allah iki səsə- müsibət vaxtı qoparılan vay-şivən, şadlıq zamanı isə çal-çağıra- nifrət edir:«[1174]
    1065.İmam Əli (ə):«Dözümsüzlük edib fəryad qoparmaqdan çəkin. Çünki, o ümidi kəsər, işi zəiflədər və qəm-qüssə gətirər. Bil ki, iki çıxış yolu var: Ya çətinliyin çarəsi var və onun çarəsini tapmaq lazımdır, ya da ki, çarəsi yoxdur və onda da, səbr etmək lazımdır.»[1175]
    1066.İmam Əli (ə):«Dözümsüzlük edərək fəryad qoparmağa səbrlə qalib gəlin. Çünki, dözümsüzlük edərək fəryad qoparmaq əcri aradan aparar və müsibəti daha da böyüdər.»[1176]
    1067.İmam Əlinin (ə) Süffeyn döyüşündə ölənlərə görə qadınların fəryad və şivən qoparmalarını eşidərkən buyurduqlarından:«Qadınlarınız eşitdiyim bu ağlaşma səsi ilə sizlərə hakim olub? Nə üçün onların bu nalə və fəryadlarının qarşısını almırsınız?»[1177]
    1068.İmam Baqir (ə):«Dözümsüzlüyün ən pisi vay-şivən etmək, başa və sinəyə vurmaq, saçı yolmaqdır. Ağı deyən şəxs səbrliliyi tərk etmişdir.»[1178]
    1069.İmam Kazim (ə):«Müsibət səbr edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir.»[1179]
    66 Əvəz
    329.Əvəz
    Qur’an:
    «Göylərdə və yerdə olanların hamısı Allahındır ki, O, pislik edənlərə əməllərinin cəzasını versin, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandırsın.»[1180]
    Hədis:
    1070.İmam Əli (ə):«Hər bir insan etdiyini görəcək və əməlinin əvəzini alacaqdır.»[1181]
    330.Yaxşı əməl sahiblərinin mükafatı
    «O, ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.»[1182]
    «Biz ona xitab etdik:Ey İbrahim, sən yuxunu gerçəkləşdirdin. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.»[1183]
    331.Günahkarların cəzası
    Qur’an:
    «Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə güzəranı çətinləşər………Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə şübhəsiz ki, daha şiddətli və daha davamlıdır.»[1184]
    «Həqiqətən, buzova pərəstiş etmiş kəslər tezliklə öz Rəbbinin qəzəbinə düçar olacaq və dünya həyatında zəlil və xar olacaqlar. Biz yalan uyduranları belə cəzalandırırıq.»[1185]
    «Onların altlarında Cəhənnəm odundan yataq və başlarının üstündə (elə həmin oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq.»[1186]
    67 Arayıb axtarmaq[1187]
    332.Camaatın eyblərini arayıb-axtarmaq qadağandır
    Qur’an:
    «Ey iman gətirənlər! Zənn və gümanların çoxundan çəkinin. Çünki gümanların bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) Arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin. Məgər sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Həmin işə ikrahla baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır.»[1188]
    Hədis:
    1071.Allahın Peyğəmbəri (s):«Zənn və gümandan uzaq olun. Çünki, güman ən yalan sözdür. Camaatın sözlərinə qulaq asmayın və onların nöqsanlarını arayıb-axtarmayın.»[1189]
    1072.Allahın Peyğəmbəri (s):«Mənə camaatın qəlbini yarıb və onların batinlərini açmaq əmr olunmayıb.»[1190]
    1073.Allahın Peyğəmbəri (s):«Müsəlmanların səhv və xətalarını axtarmayın. Çünki, kim qardaşının xətalarını arayıb-axtarsa, Allah həmin şəxsin səhv və xətalarını axtarar. Allah da, eyblərini aradığı kimsəni hətta, öz evinin içində olsa belə rüsvay edər.»[1191]
    1074.Allahın Peyğəmbəri (s):«Əxlaqsız qadından kimlərin onunla pozğun iş görməsini soruşmayın. Çünki, beləsi rahatlıqla pozğunluq etdiyi kimi günahsız müsəlmanı da rahatlıqla bədnam edər.»[1192]
    1075.İmam Sadiq (ə):«İnsanların dinini təftiş edib araşdırma ki, dostsuz qalarsan!»[1193]
    1076.Saur əl-Kəndi:«Ömər ibn Xəttab Mədinədə gecə gəzintisinə çıxmışdı. Evlərin birindən bir kişinin mahnı oxuduğunu eşitdi. Evin hasarına çıxıb dedi:«Ey Allahın düşməni! Elə bilirsən, Allah sən günahkarın (eyblərinin) üstünü örtəcək?!» Həmin kişi dedi:«Ey möminlərin rəhbəri! Sən də mənim barəmdə artıq danışma! Əgər mən bir günah etmişəmsə, sən üç günah törətmisən:
    Allah-Taala «(eybləri) arayıb axtarmamağı» buyursa da, sən araşdırırsan. Həmçinin buyurub ki, «evlərə qapılardan daxil olun», amma sən hasarın üstünə çıxmısan. Allah-taala «Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməməyi» buyursa da, sən mənim evimə icazəsiz daxil olmusan.» Ömər dedi:«Əgər səni bağışlasam bu işlərdən əl çəkərsənmi?» Həmin kişi dedi:«Bəli.» Ömər onu bağışladı və mənzilindən çıxıb onu rahat buraxdı.»[1194]
    333.Müharibə zamanı casusluğun rəva olması
    1077.İmam Rza (ə):«Allahın Peyğəmbəri (s) qoşun göndərərkən onun başçısı haqda pis gümanda olanda, özünün inandığı adamlardan birini casus kimi onunla birgə göndərərdi.»[1195]
    334.Casusun hökmü
    1078.İmam Sadiq (ə):«Casus və xəbərçini ələ keçirdikdə öldürmək lazımdır.»[1196]
    335.Zahir əsasında hökm çıxarılan məqamlar
    1079.İmam Sadiq (ə):«İnsanlar gərək beş halda: qəyyumluq, evlilik, irs, heyvanın kəsilməsi və şahid durmaqda zahiri hökmə əməl etsinlər. Əgər şəxsin zahiri düz və inanmağa əsas verən olsa, onun şahid durması caizdir və batini araşdırılmamalıdır.»[1197]
    68 Məclis
    336.Məclislərin ən şərəflisi
    1080.Allahın Peyğəmbəri (s):«Hər şeyin şərəf və hörməti var, oturuşların ən şərəflisi isə üzü qibləyə olanıdır.»[1198]
    1081.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) çox vaxt üzü qibləyə oturardı.»[1199]
    337.Məclisdə riayət olunmalı şey
    Qur’an:
    «Ey iman gətirənlər! Sizə «məclislərdə yer verın» deyildiyi zaman yer verın ki, Allah da sizə genişlik versin. «Qalxın» deyiləndə də qalxın!»[1200]
    Hədis:
    1082.Allahın Peyğəmbəri (s):«Oturduğun yerdə həyasızlıq və ədəbsizlik etmə ki, bunun nəticəsində camaat sənin pis əxlaqından qaçmalı olsun. Yanında biri oturan zamansa başqası ilə pıçıldaşma.»[1201]
    1083.İmam Əli (ə) Peyğəmbəri (s) vəsf edərkən buyurmuşdur: «Heç vaxt görmədik ki, o Həzrət yanında oturanın qarşısında ayaqlarını uzatsın.»[1202]
    1084.İmam Baqir (ə):«Sizlərdən biri qardaşının evinə gedən zaman ev sahibinin dediyi yerdə otursun. Çünki, ev sahibi öz evinin quruluşunu qonaqdan daha yaxşı bilir.»[1203]
    1085.İmam Sadiq (ə):«Peyğəmbər (s) bir evə gedəndə məclisin ən aşağı yerində oturardı.»[1204]
    338.Məclisin başı
    1086.İmam Əli (ə):«Məclisin başında yalnız üç xislətə malik olan şəxs – sual soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa bilən və məclisdəkilərin xeyrinə olan fikir söyləyən oturmalıdır. Bu xislətlərə malik olmayan və məclisin başında oturan şəxs axmaqdır.»[1205]
    1087.İmam Əli (ə):«Məclisin ən yuxarı yerinə tələsmə. Çünki, yuxarı çəkildiyın yer, aşağı endirildiyin yerdən daha yaxşıdır.»[1206]
    339.İştirak edilməsi qadağan olunmuş məclislər
    Qur’an:
    «Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdikdə onlar başqa bir söhbətə başlamayana qədər onlarla bir yerdə əyləşməyin.»[1207]
    Hədis:
    1088.İmam Əli (ə):«Şərab içilən süfrədə oturmayın. Çünki, bəndə ölümünün nə vaxt çatacağını bilmir.»[1208]
    1089.İmam Əli (ə):«Keçidlərdə oturmaqdan çəkin!»[1209]
    1090.İmam Əli (ə):«Allaha və axirət gününə imanı olan şəxs şübhə yaradan yerdə durmamalıdır.»[1210]
    1091.İmam Sadiq (ə) «kitabda sizə nazil etmişdir ki…..» ayəsi barəsində buyurduqlarından: «Məqsəd budur ki, kimsə haqqı inkar və təkzib edib, imamlar barədə pis sözlər danışsa, (və elə ki, bunu eşitdiniz) kim olmasından asılı olmayaraq onun yanından dur və onunla oturma.»[1211]
    1092.İmam Sadiq (ə):«Möminin Allaha qarşı günah və itaətsizlik edildiyi və onun bu vəziyyəti dəyişdirə bilmədiyi məclisdə oturması rəva deyil.»[1212]
    340.Məclislər əmanətdir
    1093.Allahın Peyğəmbəri (s):«Məclislər əmanətdir və qardaşının sirrini faş etmək xəyanətdir. Bu işdən çəkin və yaxın qohumlarla əyləşməkdən (qohumluq təsübkeşliyindən) uzaq ol.»[1213]
    341.Allah zikr olunan məclislərdə iştiraka təşviq
    1094.Allahın Peyğəmbəri (s):«Cənnət bağlarında gəzişin.» Dedilər:«Ey Allahın Peyğəmbəri! Cənnətin bağları nədir?» Buyurdu:«Allahın zikr olunduğu məclislər.»[1214]
    1095.Allahın Peyğəmbəri (s):«Məclislər üç qismdir: xeyri çox olan, sağlam və ölü. Xeyri çox olan məclis Allahın zikr olunduğu məclisdir. Sağlam məclis sakit məclisdir. Ölü məclis isə onda batil işlərin görüldüyü məclisdir.»[1215]
    1096.İmam Əli (ə):«Allah zikr olunan məclislərdə iştirak et!»[1216]
    1097.İmam Sadiqin (ə) Fuzeylə buyurduqlarından: «Bir-birinizlə oturub söhbət edirsiniz?» Dedim: «Bəli, sənə fəda olum.» Buyurdu:«Mən o məclisləri sevirəm. Ey Fuzeyl! Bizim işimizi diri saxlayın. Bizim işimizi dirçəldənə Allahın rəhməti olsun! Ey Fuzeyl! Hər kim bizi yada salıb xatırlasa və ya kimin yanında xatırlansaq və onun gözündən milçəyin qanadı boyda yaş çıxsa Allahın Peyğəmbəri (s) onun günahlarını hətta dənizin köpüklərindən çox olsa belə bağışlar.»[1217]
    342.Məclisdən duranda Allahı zikr etməyə təşviq
    1098.Allahın Peyğəmbəri (s):«Oturmağın kəffarəsi «Allahım! Sən pak və qüsursuzsan! Həmd-səna Sənə məxsusdur! Səndən başqa bir tanrı yoxdur! Ey mənim Rəbbim, bağışla və əfv et məni!» deməkdir.»[1218]
    1099.İmam Sadiq (ə):«Peyğəmbər məclisdən qalxan zaman, hətta orada az oturmuş olsaydı belə iyirmi beş dəfə istiğfar edib Allahdan bağışlanmasını dilərdi.»[1219]
    69 Yoldaşlıq
    343.Kiminlə yoldaşlıq edək?
    1100.Loğman (ə):«Oğul! Alimlərlə otur-dur və onlarla diz-dizə otur! Çünki, Allah yerə göyün yağması ilə həyat bəxş etdiyi kimi qəlbləri də hikmət nuru ilə dirildir.»[1220]
    1101.Allahın Peyğəmbəri (s):«İsanın (ə) həvariləri dedilər:« Ey Allahın ruhu! Kiminlə yoldaşlıq edək?» Buyurdu:«Elə insanla yoldaşlıq edin ki, onu görmək Allahı yadınıza salsın, söhbəti elminizi artırsın və əməli sizi axirətə həvəsləndirsin.»[1221]
    1102.Allahın Peyğəmbəri (s):«Yalnız alimlərin hüzurunda oturun ki, onlar sizi beş şeydən beş şeyə –şəkk və tərəddüddən əminliyə, riyakarlıqdan saf niyyətə, dünyaya rəğbətdən dünyadan qaçmağa, təkəbbürdən təvazökarlığa və hiyləgərlikdən xeyirxahlığa- də‘vət edərlər.»[1222]
    1103.Allahın Peyğəmbəri (s):«Yoxsul təbiətli olun və yoxsulları sevin, onlarla oturun və onlara kömək edin. Varlılarla yoldaşlıqdan çəkinin, onlara rəhm edin və mallarından gözünüzü çəkin.»[1223]
    1104.İmam Əli (ə):«Alimlərlə otur ki, elmin artsın, tərbiyə və ədəbin gözəlləşsin, ruhun paklaşsın.»[1224]
    1105.İmam Əli (ə):«Müdriklərə yoldaş ol ki, ağlın kamilləşsin, ruhun ucalsın və nadanlıq səndən köçüb getsin.»[1225]
    1106.İmam Əli (ə):«Yoxsullarla otur ki, (Allaha) şükr etməyin artsın.»[1226]
    1107.İmam Səccad (ə):«Pak insanlarla oturub-durmaq düzlük və təmizliyə də‘vətdir.»[1227]
    344.Yoldaşın haqqı
    1108.İmam Səccad (ə):«Oturub-durduğun yoldaşının haqqı: onunla mülayim və mehriban olmağın, danışan zaman onunla insafla davranmağın, yerindən yalnız onun icazəsi ilə durmağın, sənin yanında başqa birisi oturanda sənin icazən olmadan durub gedə bilməsi, xətalarını unutmağın, yaxşılıqlarını yadda saxlamağın və ona yalnız xeyirli və yaxşı şeyləri deməyindir.»[1228]
    345.Nalayiq yoldaşlar
    1109.Allahın Peyğəmbəri (s):«Üç şəxslə yoldaşlıq etmək qəlbi öldürər: nanəciblə yoldaşlıq etmək, qadınlarla söhbətləşmək və varlılarla oturub-durmaq.»[1229]
    1110.Allahın Peyğəmbəri (s):«Ölülərlə yoldaşlıq etməkdən çəkinin.» Dedilər:«Ey Allahın Peyğəmbəri, həmin ölülər kimlərdir?» Buyurdu:«Var-dövləti onu məst edən varlı.»[1230]
    1111.İmam Əli (ə):«Nəfsinin istəklərinin ardınca gedənlərlə yoldaşlıq etmək imanın unudulması və şeytanın (insanın yanında) hazır olmasına səbəb olar.»[1231]
    1113.İmam Sadiq (ə):«Hökmdarlar və dünyapərəstlərlə yoldaşlıq etməkdən çəkinin. Bu iş sizin dininizi aradan aparar, nifaq və ikiüzlülük gətirər. Bu, ağır və dərmanı olmayan bir dərddir. Həmçinin, daşqəlblilik yaradar və təvazökarlığı aradan aparar. Öz taylarınızla və (cəmiyyətdə) orta təbəqədən olan insanlarla yoldaşlıq edin ki, cəvahir mə‘dənlərini onların arasında taparsınız.»[1233]

    [1132] Cəbrdən məqsəd icbar və məcburiyyətdir. Bu kəlmə İslam maarifi ensiklopediyasında həmin mənada azadlığın antonimi kimi termin şəklində işlədilir.
    [1133] Biharul-Ənvar, c.5, səh.13, hədis 19
    [1134] Biharul-Ənvar, c.5, səh.59, hədis 109
    [1135] Biharul-Ənvar, c.78, səh.323, hədis 23
    [1136] Təfviz də İslam maarifi terminlərindən biridir və mənası bəndənin işlərinin tam şəkildə onun özünə həvalə edilməsidir.
    [1137] ət-Tovhid, səh.360, hədis 3
    [1138] Biharul-Ənvar, c.5, səh.17, hədis 27
    [1139] Biharul-Ənvar, c.5, səh.4, hədis 3
    [1140] Qəzavü-qədəri inkar edərək hər bir kəsin öz əməlində azad olmasını deyən firqə.
    [1141] Biharul-Ənvar, c.5, səh.11, hədis 17
    [1142] ət-Tovhid, səh.22, hədis 9
    [1143] Tənbihul-Xəvatir, c.1, səh.199
    [1144] Ğurərul-Hikəm, hədis 10587
    [1145] Nəhcül-Bəlağə, xütbə 216
    [1146] Vəsailuş-Şiə, c.11, səh.304, hədis 7
    [1147] Ğurərul-Hikəm, hədis 7697
    [1148] Ğurərul-Hikəm, hədis 8471
    [1149] Ğurərul-Hikəm, hədis 2695
    [1150] Nəhcül-Bəlağə, hikmət 3
    [1151] Ğurərul-Hikəm, hədis 1837
    [1152] Ğurərul-Hikəm, hədis 2582
    [1153] Ğurərul-Hikəm, hədis 5773
    [1154] Tuhəful-Uqul, səh.225
    [1155] Kənzul-Ummal, hədis 11298
    [1156] Biharul-Ənvar, c.100, səh.49, hədis 16
    [1157] Həcc, ayə 3
    [1158] Mu’min, ayə 4
    [1159] Biharul-Ənvar, c.2, səh.138, hədis 52
    [1160] əl-Xisal səh.615, hədis 10
    [1161] Nəhl, ayə 125
    [1162] Biharul-Ənvar, c.2, səh.125, hədis 1
    [1163] Biharul-Ənvar, c.2, səh.125, hədis 2
    [1164] Ğurərul-Hikəm, hədis 1036
    [1165] Tuhəful-Uqul, səh.70
    [1166] Biharul-Ənvar, c.77, səh.420, hədis 40
    [1167] Ğurərul-Hikəm, hədis 8040-8680
    [1168] Ğurərul-Hikəm, hədis 7016
    [1169] Ğurərul-Hikəm, hədis 5426
    [1170] əl-Xisal səh.434, hədis 20
    [1171] Ğurərul-Hikəm, hədis 1717
    [1172] Ğurərul-Hikəm, hədis 673
    [1173] Məaric, ayə 19-21
    [1174] Tuhəful-Uqul, səh.40
    [1175] Biharul-Ənvar, c.82, səh.144, hədis 29
    [1176] Ğurərul-Hikəm, hədis 2527
    [1177] Nəhcül-Bəlağə, hikmət 322
    [1178] Müsəkkinul-Fuad, səh.99
    [1179] Tuhəful-Uqul, səh.414
    [1180] Nəcm, ayə 31
    [1181] Ğurərul-Hikəm, hədis 6918
    [1182] Yusif, ayə 22
    [1183] Saffat, ayə 104, 105
    [1184] Ta-ha, ayə 124, 127
    [1185] Ə’raf, ayə 152
    [1186] Ə’raf, ayə 41
    [1187] Əsas mətndə bu başlığın adı ərəbcə «təcəssüs»dür-Bunun mənası gizli şeylərdən danışmaq və işlərin batinini araşdırmaqdır və adətən mənfi araşdırmalar mənasını daşıyır.
    [1188] Hucurat, ayə 12
    [1189] Səhih-Müslim, hədis 2563
    [1190] Kənzul-Ummal, hədis 31597, 15035
    [1191] Əl-Kafi, c.2, səh.355, hədis 5
    [1192] Təhzibul-Ehkam, c.10, səh.48, hədis 177
    [1193] Biharul-Ənvar, c.78, səh.253, hədis 109
    [1194] Kənzul-Ummal, hədis 8827
    [1195] Vəsailuş-Şiə, c.11, səh.44, hədis 4
    [1196] Müstədrəkül-Vəsail, c.11, səh.98, hədis 12518
    [1197] Vəsailuş-Şiə, c.18, səh.213, hədis 1
    [1198] Biharul-Ənvar, c.75, səh.469, hədis 4
    [1199] Məkarimul-Əxlaq, c.1, səh.66, hədis 72
    [1200] Mücadilə, ayə 11
    [1201] Biharul-Ənvar, c.84, səh.354, hədis 2
    [1202] Biharul-Ənvar, c.16, səh.236, hədis 35
    [1203] Qurbul-İsnad, səh.69, hədis 222
    [1204] Məkarimul-Əxlaq, c.1, səh.66, hədis 71
    [1205] Biharul-Ənvar, c.78, səh.304, hədis 1
    [1206] Ğurərul-Hikəm, hədis 10283
    [1207] Nisa, ayə 140
    [1208] Biharul-Ənvar, c.10, səh.98, hədis 1
    [1209] Əmali-Tusi , səh.8, hədis 8
    [1210] əl-Kafi, c.2, səh.378, hədis 10
    [1211] əl-Kafi, c.2, səh.377, hədis 8
    [1212] əl-Kafi, c.2, səh.374, hədis 1
    [1213] Biharul-Ənvar, c.77, səh.89, hədis 3
    [1214] Biharul-Ənvar, c.93, səh.163, hədis 42
    [1215] Nüzhətun-Nazir, səh.20, hədis 49
    [1216] Biharul-Ənvar, c.75, səh.465, hədis 6
    [1217] Qurbul-Əsnad, səh.36, hədis 117
    [1218] Biharul-Ənvar, c.75, səh.467, hədis 17
    [1219] əl-Kafi, c.2, səh.504, hədis 4
    [1220] Biharul-Ənvar, c.1, səh.204, hədis 22
    [1221] Tuhəful-Uqul, səh.44
    [1222] Biharul-Ənvar, c.74, səh.188, hədis 18
    [1223] Tənbihul-Xəvatir, c.1, səh.120
    [1224] Ğurərul-Hikəm, hədis 4786
    [1225] Ğurərul-Hikəm, hədis 4787
    [1226] Ğurərul-Hikəm, hədis 4723
    [1227] Biharul-Ənvar, c.78, səh.141, hədis 35
    [1228] əl-Xisal səh.569, hədis 1
    [1229] əl-Xisal səh.87, hədis 20
    [1230] Tənbihul-Xəvatir, c.2, səh.32
    [1231] Nəhcül-Bəlağə, xütbə 86
    [1232] əl-Kafi, c.2, səh.375, hədis 3
    [1233] Müstədrəkul-Vəsail, c.8, səh.337, hədis 9595
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 1752 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024