İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    20080 Nadanlıq
    386. Nadanlıq.
    1234. İmam Əli (ə):«Nadanlıq ən böyük dərddir.»[1373]
    1235. İmam Əli (ə):«Nadanlıq dirilərin ölümü və bədbəxtliyin əbədiyyətidir.»[1374]
    1236. İmam Əli (ə):«Nadanlıq hər şeyi puç edər.»[1375]
    1237. İmam Əli (ə):«Nadanlıq bütün pisliklərin köküdür.»[1376]
    1238. İmam Əli (ə):«Hərislik, qarınqululuq və simiclik cahilliyin nəticəsidir.»[1377]
    1239. İmam Əskəri (ə):«Nadanlıq insanın düşmənidir.»[1378]
    387. Nadan.
    1240. Allahın Peyğəmbəri (s):«Allaha itaətsizlik edən kəs, xoşsifət və mənsəb sahibi olsa belə, nadandır.»[1379]
    1241. Allahın Peyğəmbəri (s):«Nadanın xüsusiyyətləri bunlardır: Onunla münasibətdə olan hər insana zülm edər, əlinin altında olanlara əl qaldırar, özündən yüksəkdə olanlara qarşı itaətsizlik edər, düşünmədən söz danışar.» [1380]
    1242. İmam Əli (ə):«Nadanın öz eyb və nöqsanından xəbəri olmaz, xeyrini istəyənin nəsihətini isə qəbul etməz.»[1381]
    1243. İmam Əli (ə):«Nadan zahirən diri olsa da, ölüdür.»[1382]
    1244. İmam Əli (ə):«Nadan öz nəfsi istəklərinə və batil düşüncələrinə aldanan kimsədir.»[1383]
    1245. İmam Əli (ə):«Elə bir cahil tapmazsan ki, öz işlərində ifrata, ya yüngüllüyə varmasın.»[1384]
    1246. İmam Əli (ə):«Həqiqətən, nadan o kəsdir ki, nəfsi istəkləri onu özünə qul etmişdir.»[1385]
    1247. İmam Əli (ə):«Nadan öz nəfsinin quludur.» [1386]
    1248. İmam Əli (ə):«Nadanın işi ziyana, elmi isə azğınlığa səbəb olar.»[1387]
    1249. İmam Əli (ə):«Nadan, məlumatı olmadığı bir şeydə özünü alim hesab edəndir. O, hər məsələdə öz rə‘yi və nəzəri ilə kifayətlənər. Daim alimlərdən uzaq gəzər, onların eybindən danışar və onlara irad tutar. Öz əleyhdarlarının səhv yolda olduqlarını düşünər və başa düşmədiyi şeyi batil hesab edər. Qarşısına çıxan bir mətləbdən anlayışı olmayanda onu inkar edər, yalan hesab edər və öz nadanlığı ucbatından deyər:«Mən belə bir şey tanımıram və güman etmirəm ki, belə bir şey ola bilər. Haradadır həmin şey?» Öz nəzərinə və rəyinə arxalanar, halbuki öz nadanlığından xəbəri yoxdur! Nadanlığına görə daim öz cahilliyindən bəhrələnərək, haqqı inkar edər. Nadanlıqdan səfil qalaraq bilik qazanmaq əvəzinə təkəbbür göstərər.»[1388]
    1250. İmam Sadiq (ə):«Nadanın xasiyyətlərindən biri də budur ki, mətləbə axıradək qulaq asmamış cavab verər, öz həmsöhbətinin məqsədini başa düşməmiş ona e‘tirazını bildirər və (mətləbi) dərk etməmiş hökm verər.»[1389]
    1251. İmam Hadi (ə):«Nadan öz dilinin əsiridir.»[1390]
    388. Ən nadan insan.
    1252. İmam Əli (ə):«Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək, pisi yaxşı və xeyirxahı düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana.»[1391]
    1253. İmam Əli (ə):«Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir.»[1392]
    1254. İmam Əli (ə):«Ən böyük nadanlıq insanın öz məqam və şənindən agah olmamasıdır.» [1393]
    389. Nadanlıq üçün bu yetər
    1255. İmam Əli (ə):«Ona qadağan edilmiş işi yerinə yetirməsi insana nadanlıq üçün kifayətdir.»[1394]
    1256. İmam Əli (ə):«Sənin nadanlığın üçün öz biliyinlə fəxr etməyin yetər.»[1395]
    1257. İmam Əli (ə):«İnsanın nadanlığından ötrü öz hədd və imkanını bilməməsi bəs edər.»[1396]
    1258. İmam Əli (ə):«Hər bildiyin şeyi danışma, bu nadanlığın nişanəsidir.»[1397]
    1259. İmam Sadiq (ə):«Alimlik üçün Allahdan qorxmağın kifayət edər, nadanlıq üçünsə Allahın əzabından qafil olmağın kifayət edər.»[1398]
    390. Nadanlığın mənası.
    1260. Allahın Peyğəmbəri (s):«Hər bildiyin şeyi bəyan etmək nadanlıqdandır.»[1399]
    1261. İmam Əli (ə):«Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlıqdır.» [1400]
    1262. İmam Əli (ə):«Mümkün olmayan bir şeyi arzulamaq nadanlıqdır.»[1401]
    1263. İmam Həsən (ə) nadanlığın izahı haqda atasının sualına cavabında buyurub: «Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir.»[1402]
    1264. İmam Sadiq (ə):«Nadanlıq üç şeydədir: dostu dəyişməkdə, dəlil-sübut olmadan e‘tiraz etməkdə, əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda.»[1403]
    1265. İmam Əskəri (ə):«Təəccüblənmədən gülmək nadanlığın nişanəsidir.»[1404]
    391. İnsan bilmədiyi şeyin düşmənidir
    1266. İmam Əli (ə):«İnsanlar bilmədikləri şeyin düşmənidir.»[1405]
    1267. İmam Əli (ə):«Hər bir kəs bilmədiyi şeyi pisləyər.»[1406]
    1268. İmam Əli (ə):«Mən dörd söz söylədim və Allah-taala ayə nazil etməklə mənim sözlərimi təsdiq etdi… Dedim ki, «insan bilmədiyi şeyin düşmənidir.» Allah-taala bu ayəni nazil etdi:«Elmləri çatmadığı şeyi yalan sanarlar.»[1407]
    1269. İmam Əli (ə):«Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti sizin bilmədiyiniz şeylərdədir.»[1408]
    81 Cəhənnəm
    Qur’an:
    «Həqiqətən Cəhənnəm puşquda dayanıb və (itaətdən) boyun qaçıranların yeridir.»[1409]
    Hədis:
    1270. İmam Əli (ə):«Cəhənnəm odunun kükrəyən alovundan, yandırıb-yaxan hərarətindən və daim təzələnən əzabından qorxun.»[1410]
    1271. İmam Əli (ə) (Cəhənnəmi təsvir edərkən): «Elə bir alovdur ki, qaynayıb coşan şölələri bərk sancar, yandıran dilləri qəzəbli, sönməyi gec və uzaqdır, alovlu hərarəti hər şeyi bürüyür və qorxusu dəhşətəsalandır.»[1411]
    393. Cəhənnəm alovunun odunu.
    Qur’an:
    «Bu işi görə bilməsəniz – heç vaxt da görə bilməzsiniz- qorxun, kafirlər üçün hazırlanmış, odunu insanlar və daşlar olan Cəhənnəm atəşindən.»[1412]
    «Ancaq, haqqdan uzaq olanlar Cəhənnəmin odunu olacaqlar» [1413]
    394. Cəhənnəm zəncirləri və qandalları.
    Qur’an:
    «Onu tutun və zəncirləyin, sonra Cəhənnəm atəşinə aparın. Onu yetmiş zirə uzunluğu olan zəncirə çəkin.»[1414]
    Hədis:
    1272. İmam Sadiq (ə) (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər yetmiş zirə uzunluğunda olan bu zəncirin bir həlqəsi yer üzünə qoyulsa, dünya onun istiliyindən əriyər.» [1415]
    395. Cəhənnəm əhlinin libasları
    1273. İmam Sadiq (ə): («Cəbrayılın (ə) Allahın Peyğəmbərinə(s) söylədiklərindən): «Əgər Cəhənnəm əhlinin libaslarından birini göylə yer arasında assalar, dünya əhalisinin hamısı onun iyindən ölər.»[1416]
    396. Cəhənnəm əhlinin yeməyi
    Qur’an:
    «Cəhənnəm əhlinin zəridən (quru tikan) başqa yeməyi yoxdur. Bu yemək nə kökəldir, nə də aclığı aradan aparır.» [1417]
    «Həmin gün onun orada heç bir dostu olmayacaq. Onun yeməyi Cəhənnəm əhlinin çirkindən başqa bir şey deyil.»[1418]
    Hədis:
    1274. Allahın Peyğəmbəri (s):«Əgər Cəhənnəm əhlinin çirkindən bir vedrə dünyanın şərqinə töksələr, onun təsirindən dünyanın qərbində olanların beyinləri qaynamağa başlayar.»[1419]
    1275. İmam Sadiq (ə): (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər zərin (quru tikan) bir damcısı dünya əhalisinin içməli suyuna düşsə bütün insanlar onun iyindən ölər.»[1420]
    397. Cəhənnəm əhlinin içdikləri şeylər.
    Qur’an:
    «Və orada zəqqum (qaynar su) içəcəksiniz. Təşnə dəvələr içən kimi.» [1421]
    Hədis:
    1276. İmam Əli (ə):«Zəqqum və quru tikan Cəhənnəm əhlinin qarnında qaynayan su kimi qaynamağa başlayanda onlar su istəyərlər. Bu zaman onlara ğəssaq (Cəhənnəm əhlinin bədənindən axan çirk və qan) və sədid (çirk və irin) verərlər. Onlar əziyyətlə onu qurtum-qurtum içərlər və hər tərəfdən ölüm onları haqlayar, amma ölməzlər.»[1422]
    398. Cəhənnəmə birinci daxil olan şəxs
    1277. Peyğəmbər (s):«Cəhənnəmə birinci daxil olan ədalətlə hökm çıxarmayan qüdrətli hökmdar, sərvətinin haqqını (xümsu, zəkatı) ödəməyən var-dövlət sahibi, təkəbbürlü yoxsul olar.»[1423]
    399. Ən az əzab çəkən Cəhənnəm əhli.
    1278. Allahın Peyğəmbəri (s):«Əzabı ən az olan Cəhənnəm əhlinin ayaqlarında alovdan ayaqqabı olar və onun hərarətindən beyinləri qaynayar.»[1424]
    400. Ən şiddətli əzab çəkən Cəhənnəm əhli.
    1279. Allahın Peyğəmbəri (s):«Qiyamət günü ən şiddətli əzabı dadacaq
    kəs, elmindən fayda görməyən alimdir.»[1425]
    1280. Allahın Peyğəmbəri (s):«Qiyamət günü ən şiddətli əzabı dadan şəxs peyğəmbər qatili, ya peyğəmbərin əli ilə öldürülən, xalqı (haqq) yolundan azdıran rəhbər və heykəltəraş olacaq.»[1426]
    1281. İmam Əli (ə):«Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq.»[1427]
    1282. İmam Əli (ə):«Qiyamət günü ən şiddətli əzabı Allahın qəzavü- qədərinə qəzəblənən və narazılıq edən şəxs görəcək.»[1428]
    401. Təkəbbürlülərin dərəsi.
    1283. İmam Sadiq (ə):«Cəhənnəmdə təkəbbürlülər üçün bir dərə var, onun adına «səqər» deyərlər. Həmin dərə istiliyin şiddətindən Allaha şikayət edir və bir qədər nəfəs almaq üçün izn istəyir. Dərə nəfəs alan kimi, Cəhənnəmi alov bürüyür.»[1429]
    402. Cəhənnəmdə əbədi qalanlar.
    1284. İmam Kazim (ə):«Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.»[1430]
    403. Cəhənnəmdən çıxarılan kəslər.
    1285. Allahın Peyğəmbəri (s):«Qəlbində zərrə qədər imanı olan kəs Cəhənnəm odundan çıxarılacaq.»[1431]
    1286. İmam Baqir (ə):«İnsanların bir qismi Cəhənnəm odunda yanar və əriyəndən (saflaşandan) sonra şəfaət onların dadına yetişər.» [1432]
    404. Cəhənnəmdə əbədi qalmağın səbəbi.
    1287. İmam Sadiq (ə):«Cəhənnəm əhlinin Cəhənnəmdə əbədi qalmasının səbəbi budur ki, dünyada əbədi qalacaqları halda daim Allaha itaətsizlik edəcəklərini niyyət etmişdilər. Cənnət əhlinin Cənnətdə əbədi qalmasının səbəbi isə dünyada əbədi qalsalar həmişə Allahın itaətində olacaqlarını niyyət etmələridir. Beləliklə, hər iki tayfanın əbədiliyi onların niyyətinə görədir.» Həmin vaxt Həzrət (ə) bu ayəni oxudu:«De ki, hər kəs öz şakiləsinə uyğun əməl edir» Buyurdu:«Yəni, öz niyyətinə uyğun.»[1433]
    82 Cavab
    405. Cavab.
    1288. İmam Əli (ə): Cavablar qarışıq və çox olarsa, doğru cavab gizli qalar.»[1434]
    1289. İmam Əli (ə):«Bəzən dilli dilavərlər də cavab verməkdə aciz qalarlar.» [1435]
    1290. İmam Əli (ə):«Cavab verməkdə tələsən şəxs, doğru cavabı tapmaz.»[1436]
    1291. İmam Əli (ə):«Doğru cavab fəzilət və elmin nişanələrindəndir.»[1437]
    1292. İmam Əli (ə):«Tündməzaclığı kənara qoy, səbəbini fikirləş, özünü boş və mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan.»[1438]
    1293. İmam Əli (ə):«Cahilin müqabilində səbr və təmkin göstərsən, şübhəsiz ki, ona ən yaxşı cavabı vermiş olarsan.» [1439]
    1294. İmam Əli (ə):«Çox sözlər var ki, onların cavabı sükutdur.»[1440]
    1295. İmam Sadiq (ə):«Hər suala cavab verən şəxs ağılsızdır.»[1441]
    83 Səxavət
    406. Səxavət.
    1296. İmam Əli (ə):«Əldə etdiyin hər şeyi bəxşiş et ki, hörmətin olsun.»[1442]
    1297. İmam Əli (ə):«Səxavət insanı əleyhdarlarına da sevdirər, simiclik isə hətta, övladlarında da ona qarşı nifrət oyadar.» [1443]
    1298. İmam Əli (ə):«Səxavət alicənablıqdan irəli gəlir.»[1444]
    1299. İmam Əli (ə):«Səxavət əsl başucalığıdır.»[1445]
    1300. İmam Hüseyn (ə):«Səxavətli olan ağa olar.» [1446]
    407. Ən böyük səxavət
    1301. Allahın Peyğəmbəri (s):«Ən səxavətli insan öz canını və malını Allah yolunda bəxş edəndir.» [1447]
    1302. İmam Əli (ə):«Ən böyük səxavət yoxsul vaxtı bəxşiş etməkdir.» [1448]
    1303. İmam Hüseyn (ə):«Ən səxavətli insan, ona ümid bəsləməyənə bəxşiş edəndir.»[1449]
    408. Səxavətli insanın xüsusiyyəti.
    1304. İmam Sadiq (ə):«Səxavətli insanın üç xüsusiyyəti var: Varlı və kasıb vaxtında öz malından bəxşiş edər, mustəhəqqə (yəni, şəriət baxımından yardım düşən şəxsə) bəxşiş edər və yaxşılığının müqabilində ona edilən təşəkkürü bəxşiş etdiyi şeydən daha üstün və qiymətli bilər.»[1450]
    84 Qonşu
    409. Yaxşı qonşuluq.
    Qur’an:
    «Allaha ibadət edin və Ona şərik qoşmayın. Atanıza, ananıza, qohumlarınıza, yetimlərə, binəvalara, yaxın və uzaq qonşularınıza və ünsiyyətdə olduğunuz adamlara yaxşılıq edin.»[1451]
    Hədis:
    1305.Allahın Peyğəmbəri (s):«Qonşuya hörmət, anaya hörmət kimidir.»[1452]
    1306. İmam Əlinin (ə) dünyasını dəyişərkən buyurduqlarından: «Sizi Allaha and verirəm. Sizi Allaha and verirəm qonşularınızla mehriban olun. Onlarla mehriban olmağınız Peyğəmbərinizin (s) tövsiyyəsidir. O Həzrət (s) qonşular barədə o qədər tövsiyə edirdi ki, elə güman etdik ki, onları varis təyin edəcək.» [1453]
    1307. İmam Sadiq (ə):«Yaxşı qonşuluq evləri abad, ömürləri uzun edər.» [1454]
    1308. İmam Kazim (ə):«Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir.»[1455]
    410. Qonşuya əziyyət vermək.
    1309. Allahın Peyğəmbəri (s):«Allaha və Qiyamət gününə iman gətirən hər bir şəxs qonşusuna əziyyət verməz.» [1456]
    1310. İmam Rza (ə):«Qonşusu özünü onun şərrindən amanda hiss etməyən kimsə bizdən deyil.» [1457]
    411. Qonşunun hal-əhvalı ilə maraqlanmaq.
    1311. İmam Əli (ə): «Qonşunun hal-əhvalı ilə maraqlanmaq yaxşı qonşuluğun əlamətlərindəndir.»[1458]
    1312. İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) buyurub:«Qonşusu ac olduğu halda gecə tox qarınla yatan kəs, mənə iman gətirməmişdir.» Həmçinin buyurub:«Aralarında ac olduğu halda gecəni səhərə çıxan hər bir abadlığın əhalisinə Allah-taala Qiyamət günü rəhmət nəzəri ilə baxmayacaq.» [1459]
    412. Qonşunun haqqı
    1313. Allahın Peyğəmbərinin (s) qonşunun haqqı barəsində buyurduqlarından: «Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını aradan götür. Başına bir müsibət gəlibsə ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, halı ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan,amma özü icazə verərsə eybi yoxdur. Meyvə alanda onun üçün hədiyyə göndər, əgər bunu etməsən, meyvəni evinə gizli apar. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər.» [1460]
    413. Qonşuluğun sərhədləri.
    1314. İmam Əli (ə):«Məscidin hərimi (hüdudları) 40 zirədir, mənzildən hər dörd tərəfə 40 ev də qonşu sayılır.» [1461]
    ioooooop
    85 Məhəbbət
    414. Dostluq bir növ qohumluqdur.
    1315. İmam Əli (ə):«Dostluq qazanılan qohumluqdur.»[1462]
    1316. İmam Əli (ə):«Qohumluğun dostluğa daha çox ehtiyacı var, nəinki dostluğun qohumluğa.»[1463]
    415. Dostluq yaradan səbəblər.
    1317. İmam Əli (ə):«Üç xasiyyət dostluğu çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və təvazökarlıq.» [1464]
    1318. İmam Sadiq (ə):«Üç şey dostluq yaradar; dindarlıq, təvazökarlıq və səxavət.»[1465]
    416. Dostluğa layiq olmayanlar.
    Qur’an:
    «Allaha və Qiyamət gününə inanan elə bir camaat tapmazsan ki, Allaha və Onun peyğəmbərinə qarşı çıxanlara məhəbbət bəsləsin. Hərçənd, bu müxaliflər onların ataları, ya övladları və ya qardaşları və yaxud həmqəbilələri olsalar belə. Onlardır, Allah-taalanın qəlblərində iman (həqiqətin) həkk etdiyi.»[1466]
    Hədis:
    1319. İmam Əli (ə):«Avam insanın dostluğu dağılan buluda və səhrada gözdən itən ilğıma bənzər.»[1467]
    1320. İmam Əli (ə):«Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan daha tez qırılar.»[1468]
    1321. İmam Əli (ə):«Məbada, Allahın düşmənləri ilə dostluq edəsən, ya da qəlbini Allahın dostlarından qeyrisinə bağlayasan. Çünki, Qiyamət günü hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına çəkiləcək.»[1469]
    417. Məhəbbət tanımağın qarşısını alar.
    1322. Allahın Peyğəmbəri (s):«Bir şeyə məhəbbətin səni kor və kar edər.»[1470]
    1323. İmam Əli (ə):«Aşiqin gözü məşuqun eyblərini görməyə kor, qulağı onun pislikləri barədə eşitməyə kardır.»[1471]
    418. Məhəbbətin nişanəsi.
    1324. İmam Əli (ə):«Səni sevən kəs, (səni) pisliklərdən çəkindirər.»[1472]
    1325. İmam Əli (ə):«Hər kəsin sevdiyi şey onun dilinin əzbəri olar.»[1473]
    419. Möminlərin Allaha böyük məhəbbəti
    Qur’an:
    «Bəzi insanlar (bəzilərini) Allaha tay bilir və onları Allahı sevdikləri qədər sevirlər. Amma möminlər Allahı daha çox sevirlər. Zülm edənlər Allahın əzabını görəndə bütün güc-qüdrətin yalnız Allaha məxsus olduğunu və hər an Allahın əzabının çox ağır olduğunu dərk edirlər.»[1475]
    Hədis:
    1326. İmam Hüseyn (ə) duada: «Ey Allahım, Səndən başqa bir kimsəni sevməsinlər deyə Öz dostlarının qəlbindən başqalarının məhəbbətini çıxaran Sənsən, … Səni itirən nəyi tapmışdır? Səni tapan nəyi itirmişdir? Sənin əvəzinə başqası ilə razı olan zərər edib uduzmuşdur.»[1476]
    1327. İmam Sadiq (ə):«İnsanın Allaha olan imanı yalnız o zaman xalis olar ki, Allahı özündən, ata-anasından, övladından, zövcəsindən, malından və bütün camaatdan daha çox sevsin.»[1477]
    1328. İmam Sadiq (ə):«Qəlb–Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisinə yer vermə.»[1478]
    1329 İmam Sadiq (ə): «(Allaha) Məhəbbət (Allahdan olan) qorxudan üstündür.»[1479]
    420. İlahi məhəbbətin amilləri.
    1330. «İrşadul qulub»:Merac hədisində nəql olunur ki, «Ey Məhəmməd! Mənə görə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var. Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə görə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var. Mənə təvəkkül edənlərin mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar üçün bir nişanə ucaltsam, bir nişanə də endirərəm.»[1480]
    1331. İmam Sadiq (ə):«Allah-taala buyurmuşdur:«Bəndəm Mənim məhəbbətimi onun üçün vacib etdiyim əməllər qədər heç bir digər sevimli vasitə ilə qazana bilməz.»[1481]
    1332. İmam Sadiq (ə):«Mömin dünyadan kənar duran zaman ali məqama yüksələr, Allah məhəbbətinin şirinliyini dadar və dünyapərəstlərin nəzərində divanə kimi tanınar. Halbuki, Allah məhəbbətinin şirinliyi onların (möminlərin) vücudu ilə qarışmışdır və buna görə qəlblərini Allahdan başqa heç bir şeyə bağlamamışlar.»[1482]
    421. Allahın sevdiyi bəndələr
    Qur’an:
    «Həqiqətən, Allah yaxşı əməl sahiblərini sevir.»[1483]
    «Həqiqətən, Allah tövbə edənləri və pak olanları sevər.»[1484]
    «Bəli, kim əhdinə vəfalı olsa və Allahdan qorxsa... Həqiqətən, Allah təqvalıları (Allahdan qorxanları) sevər.»[1485]
    «Həqiqətən, Allah dözümlüləri sevər.»[1486]
    «Həqiqətən, Allah təvəkkül edənləri sevər.»[1487]
    «Allah-taala ədalətli olanları sevər.»[1488]
    «Həqiqətən, Allah-taala qurğuşunla hörülmüş divar kimi sıraya düzülərək Allah yolunda cihad edən kəsləri sevər.» [1489]
    Hədis:
    1333. Allahın Peyğəmbəri (s):«Allah həyalı, təmkinli, namuslu və iradəli insanı sevər.»[1490]
    1334. İmam Səccad (ə):«Allah hər bir kədərli qəlbi və hər şükr edən bəndəni sevər.»[1491]
    1335. İmam Baqir (ə):«Allah-taala dilinə pis sözlər gətirmədən camaatla zarafat edən, tovhid əqidəsində olan, səbri öz vücudunun zinətinə çevirən və namaz qılmaqla fəxr edən kimsəni sevər.»[1492]
    422. Allahın sevmədiyi kəslər
    Qur’an:
    «Sizinlə müharibə edən kəslərlə, siz Allah yolunda müharibə edin, amma (Allahın qoyduğu) həddi aşmayın. Allah həddini aşanları sevməz.» [1493]
    «Allah fəsad törədənləri sevməz.»[1494]
    «Həqiqətən, Allah israf edənləri sevməz.»[1495]
    «Həqiqətən, Allah təkəbbürlüləri sevməz.»[1496]
    423. Allahın ən çox sevdiyi insanlar
    1336. Allahın Peyğəmbəri (s):«Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir.»[1497]
    1337. İmam Sadiq (ə):«Allahın ən çox sevdiyi insan doğru danışan, namazında və Allahın ona vacib etdiyi əməllərdə diqqətli olan və əmanəti sahibinə qaytarandır.»[1498]
    424. Allah məhəbbətinin nişanələri.
    Qur’an:
    «(Ey Peyğəmbər) De: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mehribandır.»[1499]
    Hədis:
    1338. İmam Əli (ə):«Allah-taala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.»[1500]
    1339. İmam Sadiq (ə):«Allahın məhəbbətini hiss etdiyindən sevinən bəndə gərək Allahın əmrinə itaət etsin və bizə tabe olsun. Məgər Allahın öz Peyğəmbərinə «De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və…» buyurduğunu eşitməmisən?»[1501]
    425. Allah yanında bəndənin məqamının meyarı
    1340. İmam Sadiq (ə):«Allah yanında öz məqamını bilmək istəyən kəs, Allahın onun yanında məqamına baxsın. Çünki, bəndənin Allah yanında məqamı, Allahın bəndənin qəlbində olan məqamı qədərdir.»[1502]
    426. İnsanda ilahi məhəbbətin nişanəsi
    1341. Allahın Peyğəmbəri (s):«İnsanda Allah məhəbbətinin nişanəsi daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti Allahı zikr etməkdən xoşu gəlməməsidir.»[1503]
    1342. İmam Sadiq (ə):«Allah-taala Musa peyğəmbərə (s) vəhy nazil etdi: Gecə düşdükdə ibadətimdən qafil olub yuxuya gedən kəs, əgər Məni sevdiyini güman edərsə, yalan söyləmişdir. Məgər aşiq öz sevgilisi ilə bir xəlvətə çəkilmək istəməzmi?!»[1504]
    427. Ən ali məqam
    1343. Allahın Peyğəmbəri (s):«Bəndəm vacib buyurulanları yerinə yetirmək qədər heç bir digər sevimli vasitələrlə Mənim məhəbbətimi qazana bilməz. Bəndəm müstəhəb əməllər vasitəsilə Mənim məhəbbətimə o dərəcədə zəmin yaradar ki, mənim məhbubuma çevrilər. Elə ki, onu sevdim dönüb onun eşidən qulağı, görən gözü, danışan dili, qüvvətli əli və yeriyən ayağı olaram. Məni çağıran zaman ona cavab verər, Məndən nə istəsə ona bəxşiş edərəm.»[1505]
    428. Allah məhəbbəti ilə dünya məhəbbətinin bir yerə sığmaması
    1344. Allahın Peyğəmbəri (s):«Dünya məhəbbəti ilə Allah məhəbbəti heç vaxt bir qəlbdə cəm ola bilməz.»[1506]
    1345. İmam Sadiq (ə):«And olsun Allaha, dünyanı sevən və bizdən (Əhli-Beytdən) qeyrisinin məhəbbətinə qəlbində yer verən kəs, Allahı sevməmişdir.»[1507]
    429. Allah məhəbbətinin yaranmasına həvəsləndirmək
    1346. Allahın Peyğəmbəri (s): «Allah-taala Davuda (s.ə) buyurdu:«Məni sev və xəlq etdiklərimə Məni sevdir.» Davud (ə) ərz etdi:«Ey Rəbbim! Mən ki, Səni sevirəm, amma yaratdıqlarına Səni necə sevdirim». Buyurdu:«Onlara bəxş etdiyim nemətləri yadlarına sal. Yaxşılıqlarımı yadlarına salsan Məni sevərlər.»[1508]
    430. Allaha xatir sevmək
    1347. Allahın Peyğəmbəri (s):«İşlərin ən yaxşısı Allaha xatir dost və Allaha xatir düşmən olmaqdır.»[1509]
    1348. Allahın Peyğəmbəri (s) öz səhabələrindən birinə buyurmuşdur: «Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə, Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et. Çünki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mümkün deyil. İnsan belə etməsə, nə qədər çox namaz qılıb oruc tutsa da, imanın ləzzətini dada bilməz. Bu gün insanların bir-biri ilə dostluğu, qardaşlığı daha çox dünyaya görədir. Dünya naminə dostluq, dünyaya görə də düşmənçilik edirlər.»[1510]
    1349. İmam Sadiq (ə):«İki mömin bir-birilə gürüşəndə onların (mömin) qardaşına daha çox məhəbbət bəsləyəni daha üstündür.»[1511]
    1350. İmam Sadiq (ə):«Dinə xatir dostluq və düşmənçilik etməyənin dini yoxdur.»[1512]
    1351. İmam Cavad (ə):«Allah-taala peyğəmbərlərindən birinə vəhy etdi:«Dünya məhəbbətini qəlbindən silməyin tezliklə sənə rahatlıq gətirər və qəlbini Mənə bağlamağın səni Mənim yanımda əziz edər. Ancaq, mənə xatir bir kəslə düşmənçilik edib Mənə xatir bir kəslə dostluq etmisənmi?.»[1513]
    431. Peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) sevmək
    1352. Allahın Peyğəmbəri (s):«Məni özündən, Əhli-Beytimi (ə) öz ailəsindən, övladlarımı öz övladlarından, mənim canımı öz canından daha çox sevən kəsdən başqa heç bir bəndənin imanı yoxdur.»[1514]
    1353. Allahın Peyğəmbəri (s):«Allahı, sizə bəxş etdiyi nemətlərə xatir sevin. Məni Allaha xatir və mənim Əhli-Beytimi (ə) mənə xatir sevin».[1515]
    1354. Allahın Peyğəmbəri (s):«Məni və Əhli-Beytimi (ə) sevən kəs, gərək Allahın birinci nemətinə görə şükr etsin.» Ərz etdilər:«Birinci nemət nədir?» Buyurdu:«Pak mövlud (halalzadəlik). Bizi, dünyaya pak gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz.»[1516]
    1355. «Əd-Dəəvat» kitabından:«Bir gün günorta vaxtı Haris Həmadani Əmirəl-mömininin (ə) yanına gəlir. Həzrət (ə) soruşur:«Səni bura nə gətirmişdir?» Haris deyir:«And olsun Allaha, məni bura sənə olan məhəbbət gətirmişdir.» Həzrət (ə) :«Əgər doğru deyirsənsə məni üç yerdə mütləq görəcəksən:Ruhun bədənindən çıxan zaman, sirat körpüsündə və kövsər hovuzunun kənarında.»[1517]
    1356. İmam Baqir (ə) «möhkəm bir ipdən tutmuşdur» ayəsi barədə buyurub:«Möhkəm ip biz Əhli-Beytin (ə) məhəbbətidir.»[1518]
    432. Əhli-Beytə (ə) məhəbbətin şərti
    1357. İmam Baqir (ə):«Allaha and olsun, Allah tərəfindən bizə bəraət yoxdur, Allahla bizim aramızda qohumluq yoxdur. Bizim Allaha qarşı bir höccətimiz yoxdur və itaətdən başqa, Allaha heç bir digər vasitə ilə yaxınlaşmırıq. Buna görə, sizlərdən kim Allaha itaət edərsə, bizim imamətimizin ona xeyri olar və kim Allahın itaətindən boyun qaçırarsa, imamətimizin ona xeyri olmaz. Vay olsun sizlərə, aldanmayın! Vay olsun sizlərə, aldanmayın!»[1519]
    433. Bəla imamətlə birlikdədir
    1358. İmam Əli (ə):«Əgər dağ məni sevsə ovulub dağılar.»[1520]
    1359. «Əmaliye Tusi»:«Bir kişi İmam Baqirin (ə) yanına gəlib dedi:«Allaha and olsun, mən, siz Əhli-Beyti (ə) sevirəm». Həzrət (ə) buyurdu:«Onda, bəladan qorunmaq üçün əyninə bir libas geyin. Çünki, Allaha and olsun, bəla və çətinlik bizə və bizim ardıcıllarımıza tərəf dərədə axan seldən daha sürətlə hərəkət edər. Bəla bizdən (Əhli-Beytdən) başlayıb sonra sizə yetişər və rahatlıq da bizdən başlayar, sonra sizə çatar.»[1521]
    434. İnsan sevdiyi kəslə birgədir
    1360.Allahın Peyğəmbəri (s):«İnsan sevdiyi kəslə bir yerdədir.»[1522]
    1361. «Kənzul Ummal»:«Bir kişi Allahın Rəsulundan (s) Qiyamət barəsində soruşdu. Həzrət (s) buyurdu:«O gün üçün nə hazırlıq görmüsən?» Ərz etdi:«Allaha və Onun Rəsuluna məhəbbətdən başqa elə bir əhəmiyyətli şey hazırlamamışam.» Həzrət (s) buyurdu:«Bəs, sən sevdiyin kəslə birlikdəsən?»[1523]
    86 Həbs
    436. Həbslərinə icazə verilənlər.
    1362. İmam Əli (ə):«Fasiq (günah edən) alimləri, savadsız həkimləri və kirayə haqqı ödəməyən kirayəçiləri həbs etmək İmama vacibdir.»[1524]
    1363. İmam Əli (ə):«Qadın mürtəd olarsa öldürülməz, ömürlük həbsə məhkum olunar.»[1525]
    1364. «Üsuli Kafi» kitabından:«Əmirəl-möminin (ə) üç nəfərdən başqa heç kəsi zindana layiq bilməmişdir: yetimin malını yeyən və ya onun malını qəsb edən kişi, yaxud əmanətə xəyanət edən.» [1526]
    436. Zəmanət olunmuş gəlib çıxanədək zaminin həbsi
    1365. İmam Sadiq (ə):«Başqasının canına zamin duran kişini Əmirəl-mömininin (ə) yanına gətirirlər. Həzrət (ə) onu həbs edir və buyurur:«Dostunu (zamin durduğun kəsi) tapıb bura gətir.» [1527]
    437. Ömürlük həbsə məhkum olunanlar
    1366. İmam Baqir (ə): -Bir kişi bir nəfərə başqasını qətlə yetirməyi əmr edir və o, həmin şəxsi qətlə yetirir. Həzrət (ə) bunların hökmü olaraq buyurur- «Qatil öldürülməli, qətlə əmr verən ölənədək zindanda qalmalıdır.»[1528]
    1367. İmam Sadiq (ə):«Üç nəfərdən başqa heç kəs, ömürlük həbsə məhkum olunmaz: birisini başqası tərəfindən öldürülənədək tutub-saxlayan şəxs; mürtəd olan (öz dinindən dönən) qadın, əli və ayağı kəsilmiş oğru.»[1529]
    438. Həddi icra etdikdən (cəza verdikdən) sonra həbsdə saxlamaq və həqiqətin aydınlaşması
    1368. İmam Əli (ə):«İmam kiməsə cəza verdikdən sonra onu həbs edərsə, bu zülm olar.»[1530]
    1369. İmam Əli (ə):«Həqiqəti bildikdən sonra həbs etmək zülmdür.»[1531]
    439. Məhbusun hüquqları
    1370. «Dəaimul İslam»: «İmam Əli (ə) hər cümə günü məhbuslarla görüşərdi. Cəzası olanı cəzalandırar, cəzası olmayanı azad edərdi.»[1532]
    1371. İmam Sadiq (ə):«İmam, borcunu ödəmədiyinə görə həbsə düşmuş məhbusları cümə və bayram günləri namaz qılmaq, görüşmək üçün bir neçə məmurun nəzarəti altında həbsxanadan kənara buraxmalı, namaz və görüş qurtardıqdan sonra onları yenidən həbsxanaya qaytarmalıdır.»[1533]
    440. Müttəhimin həbsi
    1372. İmam Əli (ə):«Qətldə ittiham olunmaqdan başqa, heç bir ittiham üçün həbs yoxdur.»[1534]
    1373. Bəhz ibn Həkim babasından nəql edir: «Allahın Peyğəmbəri (s) ittiham olunan bir şəxsi həbs etmişdir.»[1535]
    87 Hicab
    441. Hicab.
    Qur’an:
    «Ey Peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örtüklərlə örtünsünlər. Bu onların (iffətli, abırlı kimi) tanınması və (başqaları tərəfindən) əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və mehribandır.»[1536]
    Hədis:
    1374. İmam Əlinin (ə) oğlu Həsənə (ə) buyurduqlarından: «Gözləri naməhrəmləri görməsin deyə, qadınları pərdə arxasında saxla. Çünki, nə qədər çox pərdə arxasında qalsalar, sənə və onlara bir o qədər yaxşıdır. Onların kənara çıxması əmin olmadığın kişiləri onların olduğu yerə gətirməyindən daha pis deyil. Əgər bacarsan elə et ki, onlar səndən başqa heç bir kişi tanımasınlar.»[1537]
    1375. İmam Əli (ə):«Buludlu və yağışlı bir gündə peyğəmbərlə Bəqi qəbristanlığında oturmuşduq, Oradan ulağa minmiş bir qadın keçərkən birdən ulağın ayağı calaya düşdü və qadın yıxıldı. Peyğəmbər (s) dərhal üzünü yana çevirdi. Orada olan səhabələr ərz etdilər:«Ey Allahın Rəsulu! O qadının (çadrasının altında) şalvarı var.» Peyğəmbər (s) üç dəfə buyurdu:«Ey Allahım! Şalvar geyinən qadınları bağışla. Ey insanlar, şalvar geyinin ki, şalvar sizi ən çox örtən paltardır və qadınlarınızı kənara çıxan zaman şalvarla qoruyun.»[1538]
    1376. İmam Əli (ə):«Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər.»[1539]
    88 Həcc
    442. Həcc.
    Qur’an:
    «Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.»[1540]
    Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər.» [1541]
    Hədis:
    1377. İmam Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: «Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız Həcci nəzərinizdən çıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcək.»[1542]
    1378. İmam Əli (ə:«Həcc hər bir zəifin cihadıdır.»[1543]
    1379. İmam Əli (ə):«Həcc yolunda xərclənən bir dirhəm (onun savabı) min dirhəmə bərabərdir.»[1544]
    1380. İmam Əli (ə):«Həcc və ümrə zəvvarı Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər.»[1545]
    443. Həccin fəlsəfəsi
    1381. İmam Əli (ə):«Allah-taala insanların qibləsi olan öz evinin ziyarətini sizə vacib etdi. Onlar (suya daxil olan) heyvanlar tək oraya daxil olar və (öz yuvalarına qayıdan) göyərçinlər kimi oraya üz tutarlar. Allah-taala o evi xalq üçün Öz əzəməti qarşısında itaət, Öz qüdrətinə və izzətinin e‘tirafının nişanəsi etmişdir.»[1546]
    1382. İmam Səccad (ə):«Həcc və ümrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz artsın, imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə biləsiniz.»[1547]
    1383. İmam Baqır (ə):«Həcc qəlblərə rahatlıq bəxş edər.» [1548]
    1384.İmam Sadiq (ə):«Allah-taala bu evin vasitəsilə öz yaratdıqlarını ibadətə vadar etmişdir ki, orada olmaları ilə onların itaətini sınağa çəksin. Buna gürə, onları öz hərəminin ehtiramını saxlamağa və onu ziyarət etməyə həvəsləndirmiş, oranı peyğəmbərlər məkanı, namaz qılanların qibləsi etmişdir. Bu ev, Allahın Cənnət və razılığın bir budağı, sonu bağışlanmaq olan, kamal təməli üzərində qurulan və əzəmətin mərkəzi olan bir yoldur.»[1549]
    1385. İmam Sadiq (ə):«Allah yanında can atılan yer qədər əziz bir məkan yoxdur. Çünki, orada hər bir təkəbbürlü və itaətdən boyun qaçıran xar və zəlil olar.» [1550]
    1386.İmam Rza (ə):«Həcc nəyə görə əmr olunmuşdur?» soruşulduqda cavabında deyilməlidir:«Bunun səbəbi Allaha yaxınlaşmaq və ondan (nemətlərin) artımını istəmək, eləcə də, dini məsələlərdən agah olmaq və İmamların (ə.s.) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır.»[1551]
    444. Həcc yoxsulluğu aradan götürər
    1387. Allahın Peyğəmbəri (s):«Həcc yoxsulluğu aradan götürər.» [1552]
    1388. İmam Sadiq (ə):«Hər kim üç dəfə Həcci yerinə yetirərsə heç vaxt yoxsulluğun üzünü görməz»[1553].
    1389. İmam Sadiq (ə):«Bu evin davamlı ziyarəti qədər tez var-dövlət gətirən və yoxsulluğu aradan götürən, ikinci bir şey görmədim» [1554].
    1390. İmam Sadiq (ə)- «Mən, hər il özümü Həccə getməyə və ya ailəmdən bir nəfəri öz xərcimlə Həccə göndərməyə hazırlamışam» deyə müraciət edən İshaq ibn Əmmara- «Bu qərarında ciddisən?» deyə soruşdu. İshaq ərz edir:«Bəli.» İmam buyurur:«Bu işi görsən, var-dövlətinin artacağına əmin ol və sənə imkanlı olmağın müjdəsini verirəm.» [1555]
    445. Həcci tamamlayan və kamilləşdirən şey
    Qur’an:
    «Həcci və ümrəni Allah üçün kamil yerinə yetirin»[1556]
    Hədis:
    1391. İmam Əli (ə):«Allahın evinin ziyarətinə getsəniz, Allahın Peyğəmbərini (s) ziyarət etməklə həccinizi kamala yetirin ki, Peyğəmbərin (s) ziyarətini tərk etmək, ona zülm etmək deməkdir. Sizə bu iş əmr olunmuşdur və öz həccinizi ziyarəti, haqqı Allah tərəfindən sizə lazım buyurulmuş qəbirləri ziyarət etməklə Həccinizi kamala çatdırın və bu qəbirlərin yanında Allahdan ruzi diləyin»[1557]
    1392. İmam Baqir (ə):«Həcc, imam ilə görüşməklə kamala yetər.»[1558]
    1393. İmam Baqir (ə):«Xalqa, gəlib bu qəbrlərin ətrafına dolanmağa, sonra yanımıza gəlib bizə olan məhəbbət və vilayətlərini, bizə havadar olduqlarını bildirməyə əmr olunmuşdur.»[1559]
    446. Həcci tərk etməyin aqibəti
    1394. Allahın Peyğəmbəri (s):«Əgər bir şəxs, ölüm gəlib onu haqlayanadək müxtəlif bəhanələrlə Həccdən boyun qaçırarsa, Qiyamət günü Allah-taala onu yəhudi ya xristian kimi dirildər.» [1560]
    1395. İmam Əli (ə):«Dünyəvi çətinliyə, ehtiyaca görə həcci tərk edənin ehtiyacı və çətinliyi hacıları görənədək (yəni hacılar Həccdən qayıdana qədər) aradan getməz.»[1561]
    447. Həccə son qoymaq
    Qur’an:
    «Allah-taala Kəbəni, Beytul-Haramı (hörmətli evi) insanlar üçün (mə‘nəvi və maddi) dayaq və pənah yeri etdi.»[1562]
    1396. İmam Sadiq (ə)- Əbdürrəhman adlı bir nəfər «Bəzi adamlar deyirlər ki, əgər bir dəfə Həccə gedən şəxs (təkrar olaraq Həccə getməyin əvəzinə) sədəqə versə, ya qohumlarına baş çəkib, kömək etsə bu daha yaxşı iş görmüş olar.» deyə ərz etdikdə- «Yalan deyirlər. Əgər xalq bu cür etsə, Allahın evi boş qalar. Həqiqətən Allah-taala bu evi insanların işlərinin (mə‘nəvi və maddi) dayağı və pənahı etmişdir.»- deyə buyurmuşdur.»[1563]
    448. Həqiqi Hacı azdır
    1397. Əbdürrəhman ibn Kəsir:«İmam Sadiqlə (ə) Həccə getmişdik. Yoldan keçəndə, o Həzrət (ə) bir dağa qalxıb yüksəklikdən camaata baxdı və buyurdu:«Nə çox hay-küy, nə az hacı var!» [1564]
    449. Həccin qaydası
    Qur’an:
    «Həccin müəyyən ayları vardır. Bu aylarda Həcci yerinə yetirən kəs (bilsin ki) Həcc əsnasında bir yatağa baş qoymaq, günah və münaqişə etmək olmaz.»[1565]
    Hədis:
    1398. İmam Baqir (ə):«Bu evi ziyarət edən kəsdə üç xislət olmasa ziyarətin heç bir dəyəri yoxdur: Günahlardan çəkindirən Allah xofu, qəzəbini cilovlayan helmi (təmkinliyi), yol və söhbət yoldaşı ilə mehriban rəftarı» [1566]
    450. Ehram bağlamaq qaydası
    1399. Allahın Peyğəmbəri (s):«Haram pulla Həccə gedən şəxs «Ləbbeyk Allahummə ləbbeyk» deyəndə Allah-taala ona buyurar «la ləbbeykə və la səədeykə» (Həccin özünə qalsın.)[1567]
    1400. İmam Sadiq (ə):«Həcc iki növdür: Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah-taala Cənnəti mükafat verər, camaata xatir həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın öhdəsinə olar»[1568]
    1401. Malik ibn Ənəs:«Bir il İmam Sadiqlə (ə) Həccə getmişdik. O Həzrətin (ə) atı ehram bağlanan yerdə dayananda, Həzrət (ə) hər nə qədər «ləbbeyk» deməyə çalışsa da, sanki səsi boğazında qurumuşdu və az qalırdı atından yerə yıxılsın. Ərz etdim:«Ey Allahın Peyğəmbərinin (s) oğlu «ləbbeyk» de. Gərək deyəsən.» Buyurdu:«Ey Əbu Amirin oğlu! Allahın cavabımda «lə ləbbeykə və la səədeykə» deyəcəyindən qorxduğum halda necə cürət edib, «ləbbeyk Allahummə ləbbeyk deyim?» [1569]
    1402. İmam Rza (ə):«Xalqa ehram bağlamaq Allahın hərəminə və əmin-amanlıq sahəsinə daxil olmamışdan qabaq qəlblərində xuşu (mütilik) halının yaranması, qəlbin dünya işlərindən, onun zinətlərindən və ləzzətlərindən təmizlənməsindən ötrü əmr olunmuşdur. Bu halda onlar ciddi və çalışqan, məqsədləri Allaha qovuşmaq olmalı və bütün vücudları ilə Ona üz tutmalıdırlar.»[1570]
    451. Həcc yolunda ölən şəxsin savabı
    1403. İmam Sadiq (ə):«Kimsə Məkkə yolunda və ya qayıdarkən vəfat edərsə, Qiyamət günü «böyük qorxudan» amanda olacaq.»[1571]
    1404. İmam Sadiq (ə):«Ehram halında ölən şəxsi Allah-taala «ləbbeyk» deyən halda dirildər.»[1572]
    452. Qeybə çəkilmiş İmamın (ə.f.) Həcc mərasimində olması
    1405. İmam Sadiq (ə):«Xalq öz İmamını (ə.f.) itirər. O Həzrət (ə.f.) isə Həcc mərasimində olar və xalqı görər, lakin onlar o Həzrəti (ə.f.) görməzlər.»[1573]
    89 Höccət[1574]
    453. Höccət
    Qur’an:
    «Biz heç bir xalqa Peyğəmbər göndərməmiş, onlara əzab vermərik.»[1575]
    «Hər həlak olan dəlillə həlak olsun və hər sağ qalan dəlillə sağ qalsın deyə»[1576]
    Hədis:
    1406. İmam Əli (ə):«Höccət sahibi olan qüvvə, qüdrətə sahib qüvvədən daha böyükdür.»[1577]
    1407. İmam Əli (ə):«Doğru danışanın dəlil-sübutu güclü olar.»[1578]

    [1373] Ğurərul-Hikəm, hədis 820
    [1374] Ğurərul-Hikəm, hədis 1464
    [1375] Ğurərul-Hikəm, hədis 930
    [1376] Ğurərul-Hikəm, hədis 819
    [1377] Ğurərul-Hikəm, hədis 1694
    [1378] Əddurətul-Bahirə, səh.44
    [1379] Biharul-Ənvar, c.1, səh.160, hədis39
    [1380] Tuhəful-Uqul, səh.29
    [1381] Ğurərul-Hikəm, hədis 1809
    [1382] Ğurərul-Hikəm, hədis 1125
    [1383] Ğurərul-Hikəm, hədis 1285
    [1384] Nəhcül-Bəlağə, hikmət 70
    [1385] Ğurərul-Hikəm, hədis 3864
    [1386] Ğurərul-Hikəm, hədis 449
    [1387] Ğurərul-Hikəm, hədis 6327
    [1388] Tuhəful-Uqul, səh.73
    [1389] Əlaməd-Din, səh.303
    [1390] Əddurətul-Bahirə, səh.41
    [1391] Ğurərul-Hikəm, hədis 3262
    [1392] Ğurərul-Hikəm, hədis 6371
    [1393] Ğurərul-Hikəm, hədis 2936
    [1394] Mətalbus-Suul, səh.55
    [1396] Ğurərul-Hikəm, hədis 7054
    [1397] Ğurərul-Hikəm, hədis 10187
    [1398] Biharul-Ənvar, c.70, səh.379, hədis2
    [1399] Tənbihul-Xəvatir, c.2, səh.122
    [1400] Nəhcül-Bəlağə, hikmət 384
    [1401] Ğurərul-Hikəm, hədis 5384
    [1402] Məani-Əxbar, səh.401, hədis 62
    [1403] Tuhəful-Uqul, səh.317
    [1404] Tuhəful-Uqul, səh.487
    [1405] Mətalbus-Suul, səh.57
    [1406] Kəşfül-Ğummə, c.3, səh.137
    [1407] Əmali-Tusi, səh.494, hədis1082
    [1408] Ğurərul-Hikəm, hədis 10246
    [1409] Nəbə, ayə 21, 22
    [1410] Ğurərul-Hikəm, hədis 2620
    [1411] Ğurərul-Hikəm, hədis 9995
    [1412] Bəqərə, ayə 4
    [1413] Cin, ayə 15
    [1414] Haqqə, ayə 30-32
    [1415] Biharul-Ənvar, c.8, səh.280, hədis1
    [1416] Biharul-Ənvar, c.8, səh.13, hədis2
    [1417] Ğaşiyə, ayə 6, 7
    [1418] Haqqə, ayə 35, 36
    [1419] Əmali Tusi, səh.533, hədis 1162
    [1420] Biharul-Ənvar, c.8, səh.280, hədis 1
    [1421] Vaqiə, ayə 54, 55
    [1422] Biharul-Ənvar, c.8, səh.302, hədis 58
    [1423] Uyunul Əxbarul Reza (ə), c.2, səh.28, hədis 20
    [1424] Kənzul-Ummal, hədis 39507
    [1425] Kənzul-Ummal, hədis 28977
    [1426] Əddurul-Mənsur, c.1, səh.178
    [1427] Ğurərul-Hikəm, hədis 3217
    [1428] Ğurərul-Hikəm, hədis 3225
    [1429] əl-Kafi, c.2, səh.310, hədis 10
    [1430] ət-Tovhid, səh.407, hədis 5
    [1431] Kənzul-Ummal, hədis 284
    [1432] əl-Zohd lil Hüseyin ibn Səid, səh.96, hədis 260
    [1433] əl-Kafi, c.2, səh.85, hədis 5
    [1434] Nəhcul Bəlağə, hikmət 243
    [1435] Ğurərul-Hikəm, hədis 5378
    [1436] Ğurərul-Hikəm, hədis 8640
    [1437] Ğurərul-Hikəm, hədis 9417
    [1438] Ğurərul-Hikəm, hədis 5136
    [1439] Ğurərul-Hikəm, hədis 4104
    [1440] Ğurərul-Hikəm, hədis 5303
    [1441] Məani-Əxbar, səh.238, hədis 2
    [1442] Ğurərul-Hikəm, hədis 4716
    [1443] Ğurərul-Hikəm, hədis 4729
    [1444] əl-İrşad, c.1, səh.303
    [1445] Ğurərul-Hikəm, hədis 330
    [1446] Kəşful-Qummə, c.2, səh.242
    [1447] Nəvaderul-Ravəndi, səh.20
    [1448] Ğurərul-Hikəm, hədis 3185
    [1449] Kəşful-Qummə, c.2, səh.242
    [1450] Biharul-Ənvar, c.78, səh.231, hədis27
    [1451] Nisa, ayə 36
    [1452] Məkaremul-Əxlaq, c.1, səh.274, hədis 834
    [1453] Nəhcül-Bəlağə, məktub 47
    [1454] əl-Kafi, c.2, səh.667, hədis 8
    [1455] Tuhəful-Uqul, səh.409
    [1456] əl-Kafi, c.2, səh.667, hədis 8
    [1457] Əyunul Əxbarul Reza (ə), c.2, səh.24, hədis2
    [1458] Tuhəful-Uqul, səh.85
    [1459] əl-Kafi, c.2, səh.668, hədis 14
    [1460] Musəkkinul-Fyəad, səh.105
    [1461] əl- Xisal, səh.544, hədis 20
    [1462] Tuhəful-Uqul, səh.97
    [1463] Nəhcül-Bəlağə, hikmət 308
    [1464] Ğurərul-Hikəm, hədis 4684
    [1465] Tuhəful-Uqul, səh.316
    [1466] Mücadilə , ayə 22
    [1467]Ğurərul-Hikəm, hədis 9872
    [1468] Ğurərul-Hikəm, hədis 3124
    [1469] Ğurərul-Hikəm, hədis 2703
    [1470] Əvaliul-Lali, c.1, səh.290, hədis 149
    [1471] Ğurərul-Hikəm, hədis 6314
    [1472] Ğurərul-Hikəm, hədis 7718
    [1473] Ğurərul-Hikəm, hədis 7851
    [1474] Tövbə, ayə 24
    [1475] Bəqərə, ayə 165
    [1476] Biharul-Ənvar, c.98, səh.226, hədis 3
    [1477] Biharul-Ənvar, c.70, səh.25, hədis 25
    [1478] Cami-Əxbar, səh.518, hədis 1468
    [1479] əl-Kafi, c.8, səh.129, hədis 98
    [1480] İrşadul-Qulub, səh.199
    [1481] əl-Kafi, c.2, səh.82, hədis 5
    [1482] əl-Kafi, c.2, səh.130, hədis 10
    [1483] Bəqərə, ayə 195
    [1484] Bəqərə, ayə 222
    [1485] Ali-İmran, ayə 76
    [1486] Ali-İmran, ayə 146
    [1487] Ali-İmran, ayə 159
    [1488] Maidə, ayə 42
    [1489] Səf, ayə 4.
    [1490] əl-Kafi, c.2, səh.112, hədis 8
    [1491] əl-Kafi, c.2, səh.99, hədis 30
    [1492] əl-Məhasen, c.1, səh.456, hədis 1056
    [1493] Bəqərə, ayə 190
    [1494] Maidə, ayə 64
    [1495] Ənam, ayə 141
    [1496] Nəhl, ayə 23
    [1497] Tuhəful-Uqul, səh.49
    [1498] Əmalie-Səduq, səh.243, hədis 8
    [1499] Ali-İmran, ayə 31
    [1500] Ğurərul-Hikəm, hədis 4066
    [1501] əl-Kafi, c.8, səh.14, hədis 1
    [1502] Biharul-Ənvar, c.71, səh.156, hədis 74
    [1503] Kənzul-Ummal, hədis 1776
    [1504] Əmali Səduq, səh.292, hədis 1
    [1505] əl-Məhasin, c.1, səh.454, hədis 1047
    [1506] Tənbihul-Xəvatir, c.2, səh.122
    [1507] əl-Kafi, c.8, səh.129, hədis 98
    [1508] Qəsəsul-Ənbiya, səh.205, hədis 266
    [1509] Kənzul-Ummal, hədis 24638
    [1510] İləlul-Şəraye, səh.140, hədis 1
    [1511] əl-Məhasen, c.1, səh.411, hədis 937
    [1512] əl-Kafi, c.2, səh.127, hədis 16
    [1513] Tuhəful-Uqul, səh.455
    [1514] İləlul-Şəraye, səh.140, hədis 3
    [1515] İləlul-Şəraye, səh.140, hədis 3
    [1516] Muşkatul-Ənvar, səh.81
    [1517] Əd-Dəvat, səh.249, hədis 699
    [1518] Nur-əl-Səqəleyn, c.1, səh.263, hədis 1054
    [1519] Vəsailuş-Şiə, c.11, səh.185, hədis 4
    [1520] Nəhcül-Bəlağə, hikmət 111
    [1521] Əmali-Tusi, səh.154, hədis 255
    [1522] Kənzul-Ummal, hədis 24684(=24685)
    [1523] Kənzul-Ummal, hədis 25553
    [1524] Mən lə yəhzuruhul-fəqih, c.3, səh.31, hədis 3266
    [1525] Təhzib-ul-Əhkam, c.10, səh.142, hədis 569
    [1526] əl-Kafi, c.7, səh.263, hədis 21
    [1527] Vəsailuş-Şiə, c13, səh.156, hədis 1
    [1528] əl-Kafi, c.7, səh.285, hədis 1
    [1529] Mən lə yəhzuruhul-fəqih, c.3, səh.31, hədis 3264
    [1530] Təhzib-ul-Əhkam, c.6, səh.314, hədis 870
    [1531] Mustədrəkul-Vəsail, c.17, səh.403, hədis 21672
    [1532] Dəaimul-İslam, c2, səh.443, hədis 1544
    [1533] Mən lə yəhzuruhul-Fəqih, c.3, səh.31, hədis 3265
    [1534] Mustədrəkul-Vəsail, c17, səh.403, hədis21672
    [1535] Sunəne əbi Davud, hədis 3630
    [1536] Əhzab, ayə 59
    [1537] Tuhəful-Uqul, səh.86
    [1538] Tənbihul-Xəvatir, c.2, səh.78
    [1539] Ğurərul-Hikəm, hədis 5820
    [1540] Ali-İmran, ayə 97
    [1541] Həcc, ayə 27
    [1542] Nəhcül-Bəlağə, məktub 27
    [1543] əl-Xisal, səh.620, hədis 10
    [1544] əl-Xisal, səh.628, hədis 10
    [1545] əl-Xisal, səh.635, hədis 10
    [1546] Nəhcül-Bəlağə, xütbə 1
    [1547] Səvabul-Əmal, səh.70, hədis10
    [1548] Əmali-Tusi, səh.296
    [1549] Əmali-Səduq, səh.493, hədis 4, Ət-tohid, səh.253, hədis4
    [1550] Biharul-Ənvar, c.9, səh.45, hədis 34
    [1551] Uyune Əxbare-Reza, c.2, səh.119, hədis1
    [1552] Tuhəful-Uqul, səh.7
    [1553] əl-Xisal səh.117, hədis101
    [1554] Əmali-Tusi, səh.694, hədis1478
    [1555] Səvabul-Əmal, səh.70, hədis4
    [1556] Bəqərə, ayə 196
    [1557] əl-Xisal səh.616, hədis10
    [1558] Uyune Əxbare-Reza, c.2, səh.262, hədis29
    [1559] Uyune Əxbare-Reza, səh.262, hədis30
    [1560] Biharul-Ənvar, c.7, səh.58, hədis3
    [1561] Səvabul-Əmal, səh.281, hədis1
    [1562] Maidə, ayə 97
    [1563] İləluş-Şəraye, səh.452, hədis1
    [1564] Biharul-Ənvar, c.27, səh.181, hədis30
    [1565] Bəqərə, ayə 197
    [1566] əl-Xisal, səh.148, hədis180
    [1567] əd-Durrul-Mənsur, c.2, səh.63
    [1568] Səvabul-Əmal, səh.74, hədis16
    [1569] əl-Xisal, səh.167, hədis219, İləluş-Şərayə səh.235, hədis4
    [1570] Vəsailuş-Şiə, c.9, səh.3, hədis54
    [1571] əl-Kafi, c.4, səh.263, hədis4
    [1572] Biharul-Ənvar, c.7, səh.302, hədis56
    [1573] Kəmalud-Din, səh.364, hədis33
    [1574] Höccət – həqiqəti bəyan edən dəlil, əsas
    [1575] İsra, ayə 15
    [1576] Ənfal, ayə 42
    [1577] Ğurərul-Hikəm, hədis 6781
    [1578] Ğirarul-Hikəm, hədis 8482
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 2058 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024