İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Məsumların nurlu kəlamlarından 500 hədis

    Kitabın adı: Məsumların nurlu kəlamlarından 500 hədis
    Hədis 330-416
    Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: "Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.”
    * * *
    Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: "Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.”
    * * *
    Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: "Az nemətə şükür etməyən, çoxa da şükür etməz.”
    * * *
    Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala duada israrlı olanı sevir.”
    * * *
    Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: "Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.”
    * * *
    Hədis 335: Həzrət Əli (ə) buyurur: "Nadanlıq kimi yoxsulluq yoxdur.”
    * * *
    Hədis 336: Həzrət Əli (ə) buyurur: "Elm kimi şərəf yoxdur.”
    * * *
    Hədis 337: Həzrət Əli (ə) buyurur: "Çox mülayim olan kəs peşman olmaz.”
    * * *
    Hədis 338: Həzrət Əli (ə) buyurur: "Gözəl xasiyyət kimi yoldaş yoxdur.”
    Hədis 339: Həzrət Əli (ə) buyurur: "Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.”
    * * *
    Hədis 340: Həzrət Əli (ə) buyurur: "Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.”
    * * *
    Hədis 341: Həzrət Əli (ə) buyurur: "Çox yeməklə sağlamlıq bir araya sığmaz.”
    * * *
    Hədis 342: Həzrət Əli (ə) buyurur: "Söyüş söyən adam kimi həyasız yoxdur.”
    * * *
    Hədis 343: Həzrət Əli (ə) buyurur: "Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.”
    * * *
    Hədis 344: Həzrət Əli (ə) buyurur: "Din qardaşı ac olan halda mömin tox olmaz.”
    * * *
    Hədis 345: Həzrət Əli (ə) buyurur: "Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”
    * * *
    Hədis 346: Həzrət Əli (ə) buyurur: "Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.”
    * * *
    Hədis 347: Həzrət Əli (ə) buyurur: "O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”
    * * *
    Hədis 348: Həzrət Əli (ə) buyurur: "O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.”
    * * *
    Hədis 349: Həzrət Əli (ə) buyurur: "Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.”
    * * *
    Hədis 350: Həzrət Əli (ə) buyurur: "Sağlamlıq pəhrizdəndir.”
    * * *
    Hədis 351: Həzrət Əli (ə) buyurur: "Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.”
    * * *
    Hədis 352: Həzrət Əli (ə) buyurur: "Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.”
    * * *
    Hədis 353: Həzrət Əli (ə) buyurur: "Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”
    * * *
    Hədis 354: Həzrət Əli (ə) buyurur: "Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”
    Hədis 355: Həzrət Əli (ə) buyurur: "Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.”
    * * *
    Hədis 356: İmam Baqir (ə) buyurur: "Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”
    * * *
    Hədis 357: Həzrət Əli (ə) buyurur: "Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.”
    * * *
    Hədis 358: Həzrət Əli (ə) buyurur: "Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.”
    * * *
    Hədis 359: Həzrət Əli (ə) buyurur: "Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”
    * * *
    Hədis 360: Həzrət Əli (ə) buyurur: "Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”
    * * *
    Hədis 361: Həzrət Əli (ə) buyurur: "Dini olmayan zahidlər çoxdur.”
    * * *
    Hədis 362: Həzrət Əli (ə) buyurur: "Göz korluğu bəsirət korluğundan yaxşıdır.”
    * * *
    Hədis 363: Həzrət Əli (ə) buyurur: "İşin savabı ona çəkilən əziyyət qədərdir.”
    * * *
    Hədis 364: Həzrət Əli (ə) buyurur: "İşi sonraya saxlamaq tənbəllik əlamətidir.”
    * * *
    Hədis 365: Həzrət Əli (ə) buyurur: "Gəncliyindən qocalmamış, sağlamlığından da xəstələnməmiş istifadə et.”
    * * *
    Hədis 366: Həzrət Əli (ə) buyurur: "Allah qorxusundan ağlamaqla günahlar yuyular.”
    * * *
    Hədis 367: Həzrət Məhəmməd (s) buyurur: "İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”
    * * *
    Hədis 368: Həzrət Əli (ə) buyurur: "Əfv etmək vasitəsilə rəhmət nazil olar.”
    * * *
    Hədis 369: Həzrət Əli (ə) buyurur: "Xoş xasiyyət ruzini artırır.”
    * * *
    Hədis 370: Həzrət Əli (ə) buyurur: "Dua vasitəsi ilə bəla aradan qalxar.”
    * * *
    Hədis 371: Həzrət Əli (ə) buyurur: "İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.”
    * * *
    Hədis 372: Həzrət Məhəmməd (s) buyurur: "Var-dövlətinə yox, ömrünə xəsis ol.”
    * * *
    Hədis 373: Həzrət Əli (ə) buyurur: "İşə başlamazdan qabaq məsləhət et.”
    * * *
    Hədis 374: Həzrət Əli (ə) buyurur: "Dalaşanda barışığa yer qoy.”
    * * *
    Hədis 375: Həzrət Əli (ə) buyurur: "Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.”
    * * *
    Hədis 376: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.”
    * * *
    Hədis 377: Həzrət Əli (ə) buyurur: "Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.”
    * * *
    Hədis 378: Həzrət Əli (ə) buyurur: "Uzaqgörənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.”
    * * *
    Hədis 379: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.”
    * * *
    Hədis 380: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.”
    * * *
    Hədis 381: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”
    Hədis 382: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə, onu mühüm işlər üçün saxla.”
    * * *
    Hədis 383: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.”
    * * *
    Hədis 384: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.”
    * * *
    Hədis 385: Həzrət Əli (ə) buyurur: "Mömin üçün ən qiymətli hədiyyə ölümdür.”
    * * *
    Hədis 386: Həzrət Əli (ə) buyurur: "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”
    * * *
    Hədis 387: Həzrət Əli (ə) buyurur: "Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”
    * * *
    Hədis 388: Həzrət Əli (ə) buyurur: "İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.”
    * * *
    Hədis 389: Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.”
    * * *
    Hədis 390: Həzrət Məhəmməd (s) buyurur: "Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.”
    * * *
    Hədis 391: Həzrət Məhəmməd (s) buyurur: "Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.”
    * * *
    Hədis 392: Həzrət Məhəmməd (s) buyurur: "Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez təsir göstərər.”
    * * *
    Hədis 393: Həzrət Əli (ə) buyurur: "Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.”
    * * *
    Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: "Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.”
    * * *
    Hədis 395: İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”
    * * *
    Hədis 396: İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”
    * * *
    Hədis 397: Həzrət Əli (ə) buyurur: "Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.”
    * * *
    Hədis 398: İmam Baqir (ə) buyurur: "And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.”
    * * *
    Hədis 399: İmam Sadiq (ə) buyurur: "Yanına gəlmiş mömin qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.”
    * * *
    Hədis 400: İmam Sadiq (ə) buyurur: "Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”
    * * *
    Hədis 401: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”
    * * *
    Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.”
    * * *
    Hədis 403: İmam Sadiq (ə) buyurur: "Pis xasiyyətli adam özünə əzab verir.”
    * * *
    Hədis 404: İmam Sadiq (ə) buyurur: "Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”
    * * *
    Hədis 405: İmam Sadiq (ə) buyurur: "Mömini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”
    * * *
    Hədis 406: İmam Sadiq (ə) buyurur: "Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”
    * * *
    Hədis 407: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”
    * * *
    Hədis 408: İmam Sadiq (ə) buyurur: "Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”
    * * *
    Hədis 409: İmam Sadiq (ə) buyurur: "Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”
    * * *
    Hədis 410: İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”
    * * *
    Hədis 411: Həzrət Əli (ə) buyurur: "Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”
    * * *
    Hədis 412: Həzrət Əli (ə) buyurur: "Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”
    * * *
    Hədis 413: Həzrət Əli (ə) buyurur: "Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”
    * * *
    Hədis 414: Həzrət Əli (ə) buyurur: "İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”
    * * *
    Hədis 415: Həzrət Əli (ə) buyurur: "Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”
    * * *
    Hədis 416: Həzrət Əli (ə) buyurur: "Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”
    Category: Məsumların nurlu kəlamlarından 500 hədis | Added by: Islam_Kitabxanasi (2011-09-04)
    Views: 834 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024