İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1813
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Jalonboisy
  • melo78
  • Main » Articles » Hədis » İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR

    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR
    İmam Hüseyn (ə)-ı ziyarət etməkliyin fəziləti

    عَنِ الرِّضَا (ع): مَنْ زَارَ قَبْرَ اَبِى عَبْدِ اللهِ الْحُسَيْنِ (ع) بِشَطِّ الْفُرَاتِ كَانَ كَمَنْ زَارَ الله فَوْقَ عَرْشِهِ
    İmam Riza (ə) buyurub: «Hər kəs imam Hüseyn (ə)-ın qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir. «Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi zəmzəmə edərək deyirdi:
    سَمِعْتُ النَّبِىَّ (ص) يَقُولُ: مَنْ زَارَ الْحُسَيْن بِكَرْبَلاَ كَمَنْ زَارَ الله فِى عَرْشِهِ
    Peyğəmbəri Əkrəmdən (s) eşitmişəm ki, buyurmuşdur: «Hər kəs imam Hüseyn (ə)-ı Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.»
    (Mənaqibi İbni ŞəhrAşub, 4-cü cild, səh. 128)
    عَنِ النَّبِىِّ (ص) قَالَ: فَمَنْ زَارَنِى بَعْدَ وَفَاتِى فَكَاَنَّمَا زَارَنِى فِى حَيَاتِى وَ مَنْ زَارَ فَاطِمَةَ فَكَاَنَّمَا زَارَنِى وَ مَنْ زَارَ عَلِىَّ بْنَ اَبِى طَالِبٍ فَكَاَنَّمَا زَارَ فَاطِمَةَ وَ مَنْ زَارَ الْحَسَن وَ الْحُسَيْنَ فَكَاَنَّمَا زَارَ عَلِيًّا وَ مَنْ زَارَ ذُرِّيَّتَهُمَا فَكَاَنَّمَا زَارَهُمَا
    Peyğəmbəri Əkrəm (s) buyurub: «Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, elə bil məni diriliyimdə ziyarət edib. Hər kəs Fatiməni ziyarət etsə, elə bil məni ziyarət edib. Hər kəs Əli ibni Əbi Talibi ziyarət etsə, elə bil Fatiməni ziyarət edib. Hər kəs Həsən və Hüseyni ziyarət etsə elə bil Əlini ziyarət edib. Hər kəs Həsən və Hüseynin övladlarını ziyarət etsə, elə bil Həsən və Hüseyni ziyarət edibdir.»
    (Bihar, 44-cü cild, səh. 287)
    قَالَ لإمام الصادق (ع): إِيتُوا قَبْرَ الْحُسَيْنِ كُلَّ سَنَةٍ مَرَّةً
    İmam Sadiq (ə) buyurub: Hər ildə bir dəfə imam Hüseyn (ə)-ın qəbrinin ziyarətinə gedin.
    (Bihar, cild 98, səh. 11)
    قَالَ لإمام الصادق (ع): زَيَارَةُ الْحُسَيْنِ بْنِ عَلِىُّ وَاجِبَةٌ عَلَى كُلِّ مَنْ يُقِرُّ لِلْحُسَيْنِ بِالإِمَامَةِ مِنْ اللهِ عَزَّ وَ جَلَّ
    Allah tərəfindən imam Hüseyn (ə)-ın imamətinə hər kəsin e’tiqadı olsa, imamın ziyarəti ona vacibdir.
    (Vəsailuş-şiə, səh.349)
    قَالَ لإمام الصَّادِقُ (ع): اَفْضَلُ الأَرْضِ تُرْبَةُ سَيِّدِ الشُّهَدَاءِ إِنَّ السُّجُودَ عَلَى تُرْبَةِ اَبِى عَبْدِ اللهِ يَخْرِقُ الْحُجُبَ السَّبْعَ
    İmam Sadiq (ə) buyurub: «Yerin ən fəzilətlisi şəhidlər ağasının (imam Hüseyn ələyhis-salamın) torpağıdır. Həqiqətən Əba Əbdillah (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı yarır.»
    (Cəvahirul-kəlam, 8-ci cild, səh. 437)
    قَالَ لإمام الصادق (ع): حَنِّكُوا اَوْلاَدَكُمْ بِتُرْبَةِ الْحُسَيْنِ فَإِنَّهَا اَمَانٌ
    İmam Sadiq (ə) buyurub: İmam Hüseyn (ə)-ın türbətini uşaqlarınızın damağına sürtün, çünki onun vasitəsilə övladlarınız əmin-amanda qalar.
    (Vəsailuş-şiə, cild 10, səh. 410)
    Həzrəti imam Hüseyn (ə) Kərbəla diyarına daxil olduqda soruşdu ki: "Bu yerin adı nədir?”
    Dedilər: "Kərbəladır.”
    Kərbəla adını eşitdikdə, buyurdu:
    «اَللّهُمَّ اِنِّى اَعُوذُ بِكَ مِنَ الكَرْبِ وَ الْبَلاَء»
    "Pərvərdigara, həqiqətən qəm-qüssə və bəladan Sənə pənah gətirirəm.”
    (Vəqai’ul-əyyam, Şeyx Abbas Qumi)

    Aşura günü imam Hüseyn (ə)-ın son sözləri
    وَ لِلَّهِ الْعِزَّةُ وَ لِرَسُولِهِ وَ لِلْمُؤْمِنِينَ.
    İzzət yalnız Allaha, Onun Peyğəmbəri (s)-ə və mö’minlərə məxsusdur.
    (Munafiqun surəsi, ayə 8)
    قَلَ رَسُول الله (ص): الغيْرَةُ مِنَ الإِيمَانِ
    Allahın Rəsulu (s) buyurubdur: Qeyrət imandandır.
    (Mən-la-yəhzuruhul-fəqih, cild 3, səh. 444)
    اِنَّ اللهَ يُحِبُّ مِنْ عِبَادِهِ الغَيُور
    Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir.
    (Mizanul-hikmət, cild 7, səh. 357)
    Düşmən qoşunundan bə’zisi imam Hüseyn (ə)-ın şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə imam (ə) fəryad edib buyurdu:
    إِنْ لَمْ يَكُنْ لَكُمْ دِينٌ وَ كُنْتُمْ لاَ تَخَافُونَ الْمَعَادَ فَكُونُوا اَحْرَارًا فِى دُنْيَاكُمْ
    Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun.
    (Bihar, cild 45, səh. 49)
    قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: لا وَ اللهِ لاَ اُعْطِيكُمْ بِيَدِى إعطَاءَ الذَّليلِ وَ لاَ اَفِرُّ فِرَارَ العَبِيدِ
    Aşura günü imam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: «Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.»
    (Əl-irşad, səh. 235)
    قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: ألا وَ إنَّ الدَّعىَّ ابنَ الدَّعىِّ قَدْ رَكَزَ بَيْنَ اثنَتَيْنِ بَيْنَ السُّلَّةِ وَ الذِلَّةِ وَ هَيْهَاتَ مِنَّا الذِلَّةُ
    Aşura günü imam Hüseyn (ə) buyurdu: «Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb ya zəlilcəsinə bey’ət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!»
    (Əl-Lühuf, səh. 97)
    هَيْهَاتَ مِنَّا الدَّنِيَّة، هَيْهَات مِنَّا الذِّلَّة
    Aşura günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: «Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.»
    (Tühəful-uqul babu hikəmil imam Hüseyn (ə))
    المَوْتُ اَوْلَى مِنْ رُكُوبِ الْعَارِ
    Ölüm alçaqlıqdan yaxşıdır.
    (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
    مَوْتٌ فِى عِزٍّ خَيْرٌ مِنْ حَيَاةٍ فِى ذُلٍّ
    İmam Hüseyn (ə) buyurubdur: İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.
    (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
    فَاِنِّى لاَ اَرَى الْمَوْتَ اِلاَّ سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ اِلاَّ بَرَمًا
    Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm.
    (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
    لَيْسَ شَاْنِى شَاْنُ مَنْ يَخَافُ الْمَوْتَ
    İmam Hüseyn (ə) buyurub: Mənim şə’nim ölümdən qorxan adamın şə’ni kimi deyil.
    (Ehqaqul-həqq, cild 11, səh. 601)
    Başqa bir yerdə buyurub:
    اَبِالْمَوْتِ تُخَوِّفُنِى
    Məni ölümlə qorxudursunuz?
    ...مَرْحَبًا بِالْقَتْلِ فِى سَبِيلِ الله
    Afərin! Allah yolunda ölümə.
    (Ə’yanuş-şiə, cild 1, səh. 581)
    On birinci əsrin şairlərdən biri İmam Hüseyn (ə)-ın dilindən belə söyləyir:
    اِنْ كَانَ دِينُ مُحَمَّدٍ لَمْ يَسْتَقِمْ اِلاََّ بِقَتْلِى فَيَا سُيُوفُ خُذِينِى
    "Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”
    (Mosuətu kəlimatul-İmam Hüseyn (ə), səh. 445)
    قَالَ رَسُولُ الله: مَنْ اَقَرَّ بِالذِّلِّ طَائِعًا فَلَيْسَ مِنَّا اَهْلَ البَيْتِ
    Peyğəmbəri Əkrəm (s) buyurub: «Hər kəs öz meyli ilə zilləti qəbul etsə, biz Əhli-beytdən deyil.»
    (Bihar, 74-cü cild, səh. 162)
    مَنْ سَمِعَ رَجُلاً يُنَادى يَا لَلْمُسْلِمِينَ فَلاَ يَجِبْهُ فَلَيْسَ بِمُسْلِمٍ
    Allahın Rəsulu (s) buyurubdur: Əgər bir şəxs eşidə ki, bir nəfər fəryad edir: Ey müsəlmanlar yetişin mənim dadıma! Əgər ona cavab verməzsə, müsəlman deyildir.
    (Bihar, cild 71, səh. 339)
    مَنْ سَمِعَ وَاعِيَتَنَا اَوْ رَاىَ سَوَادَنَا فَلَمْ يُجِبْنَا وَ لَمْ يُغِثْنَا كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَ جَلَّ اَنْ يُكِبَّهُ عَلَى مِنْخَرَيْهِ فِى النَّارِ
    İmam Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın.
    (Mosu’ətu-kəlimatil-imamil-Hüseyn (ə), səh. 369)
    قَالَ الإمام الحسين (ع): هَلْ مِنْ نَاصِرٍ يَنْصُرُنِى وَ هَلْ مِنْ مُعِينٍ يُعِينُنِى، هَلْ مِنْ ذَابٍّ يَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللهِ صلى الله عليه و آلِهِ و سلَّم
    Aşura günü imam Hüseyn (ə) buyurub: «Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itərtindən (Əhli-beytindən) müdafiə edəcək bir müdafiəçi varmı?»
    (Bihar, 45-ci cild, səh. 46)
    لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ
    Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız.
    (Ali-İmran surəsi, ayə 92)
    رِضًا بِقَضَائِكَ وَ تَسْلِيمًا لِأَمْرِكَ وَ لاَ مَعْبُودَ سِوَاكَ يَا غِيَاثَ المُسْتَغيثينَ
    Aşura günü imam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa mə’bud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.»
    (Məqtəlul-Huseyn (ə), 283)
    Şair nə gözəl deyib:
    تَحَكَّمْ يا إِلهِى كَيْفَ شِئْتا فَإِنِّى قَدْ رَضِيتُ بِمَا رَضِيتا
    Hökm et, ey mənim Pərvərdigarım, hər necə ki, istəyirsən,
    Həqiqətən razıyam o şeyə ki, sən ona razısan.
    (Camiul-müqəddimat, 1-ci cild, səh. 30)
    رضىَ اللهِ رِضَانَا اَهْلَ الْبَيْتِ
    «Biz Əhli-beytin razılığı Allahın razılığıdır.»
    (Bihar, 44-cü cild, səh. 666)
    * * *
    «فَتَلَقَّى آدم من ربّه كلماتٍ»
    «Sonra Adəm öz Pərvərdigarından müəyyən kəlmələri öyrəndi.»
    (Bəqərə surəsi, ayə 37)
    Müfəssirlərdən bə’ziləri bu ayəni təfsir edərkən belə bir rəvayət nəql edirlər ki, Adəm peyğəmbər ərşdə həmin kəlmələri gördü, həzrəti Cəbrail (ə) də nazil olub, bu kəlmələri ona öyrətdi:
    يَا حَمِيدُ بِحَقِّ مُحَمَّد، يَا عَالِىّ بِحَقِّ عَلِى، يَا فَاطِرُ بِحَقِّ فَاطِمَة، يَا مُحْسِنُ بِحَقِّ الحَسَن، يَا قَدِيمَ الإِحْسَان بِحَقِّ الْحُسَيْن
    Ya həmidu bihəqqi Muhəmməd, ya ali bihəqqi Əli, ya fatiru bihəqqi Fatimə, ya muhsinu bihəqqi-l-Həsən, ya qədimə-l-ehsan bihəqqi-l-Hüseyn.
    «Sonra Adəm peyğəmbər həzrəti Cəbrail (ə)-dan soruşdu ki, niyə axırıncı ada yetişdikdə qəmgin oluram? Həzrəti Cəbrail (ə) imam Hüseyn (ə)-ın Kərbəladakı müsibətini ona xəbər verdi.»
    (Nəfəsü-l-məhmum, səh. 22)
    وَ فِى الْحَدِيثِ فِى تَفْسِيرِ (كهيعص)
    «Məryəm» surəsinin müqəttəə hərfləri barəsində nəql olunubdur ki, «كاف» «kaf» Kərbəlaya, «هاء» «ha» həlakətə, «ياء» «ya» Yəzidə, «عين» «əyn» Hüseynin ətəşinə (susuzluğuna), «صاد» «sad» Hüseyn ibni Əlinin (ə) səbrinə işarədir.
    Həzrət Əli (ə)-ın məktəbinin yetirməsi olan həzrət Zeynəb (s)-ın böyüklüyü, imanının gücü, öz xaliqinə müti’ olmağı o dərəcəyə yetişmişdi ki, Aşura günündə isti Kərbəla çölündə tikə-tikə doğranmış əziz və istəkli qardaşının başı üzərində duraraq öz Allahına xitab edir:
    اَللّهُمَّ تَقَبَّل مِنَّا هذَا القُرْبَان
    İlahi bizdən bu qurbanı qəbul et.
    (Həyatu-l-imamu-l-Hüseyn (ə), cild 2, səh. 301)
    İbni Ziyad Kufədə küdurət və qəzəblə həzrət Zeynəbi-Kubraya (s) dedi: Allahın əmri və işini qardaşın və ailənlə necə gördün?
    İmam Hüseyn (ə)-ın məktəbinin davamçısı olan həzrəti Zeynəb (s) İbni Ziyadın sözünün qarşısında belə buyurdu:
    مَا رَأَيْتُ إِلاَّ جَمِيلاً
    Mən gözəllikdən başqa bir şey görmədim.
    (Bihar, cild 45, səh. 116)

    Dualar
    Bu duaların hər vaxt oxunması müstəhəbdir (çox-çox bəyənilmişdir).
    1- Müşküllərin həll olunması üçün bu duanı oxumaq çox yaxşıdır:
    يَا كَاشِفَ الْكَرْبِ عَنْ وَجْهِ الْحُسَيْنِ إِكْشِفْ كَرْبِى بِحَقِّ اَخِيكَ الْحُسَيْنِ عليه السلام
    «Ya kaşifəl-kərbi ən vəchil-Husəyn, ikşif kərbi bihəqqi əxikəl-Husəyn (ələyhis-salam).»
    2- Şək-şübhədən azad olmaq üçün bu duanı oxuyuruq:
    يَا اَلله يَا رَحمنُ يَا رَحِيم، يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِى عَلَى دِينك
    «Ya Allahu, ya Rəhmanu, ya Rəhim, ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.»
    3- Bu dauanı sübh namazından sonra on doqquz dəfə oxumaq ruzinin çoxalmasına səbəb olar:
    نَجَاةً مِنْكَ يَا سَيِّد الْكَرِيمُ نَجِّنَا وَ خَلِّصْنَا بِحَقِّ بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم
    «Nəcatən minkə ya Səyyidul-Kərim nəccina və xəllisna bihəqqi Bismillahir-rəhmanir-rəhim.»
    4- Borcların ödənməsi üçün bu duanın oxunması çox yaxşıdır:
    اَللّهُمَّ اَغْنِنِى بِحَلاَلِكَ عَنْ حَرَامِك وَ بِفَضْلِكَ عَمَّنْ سِوَاك
    «Əllahummə əğnini bihəlalikə ən həramikə və bifəzlikə əmmən sivak.»
    5- Bu duanın oxunması savabdır:
    اَللّهُمَّ اجْعَلْنِى فِى دِرْعِكَ الْحَصِينَةِ اَلَّتِى تَجْعَلُ فِيهَا مَنْ تُرِيد
    «Əllahumməc’əlni fi dir’ikəl-həsinətil-ləti təc’əlu fiha mən turid.»
    6- Aqibət xeyir olmaq üçün bu duanı oxumaq müstəhəbdir:
    اَللّهُمَّ اجْعَلْ عَوَاقِبَ اُمُورِنَا خَيْرًا
    «Əllahumməc’əl əvaqibə umurina xəyrən.»
    7- İmam Səccad (ə)-ın oxuduğu dua:
    اللّهُمَّ ارْحَمْنِى فَإِنَّكَ كَرِيمٌ، اَللّهُمَّ ارْحَمْنِى فَإِنَّكَ رَحِيمٌ
    «Əllahummərhəmni fəinnəkə Kərimun, Əllahummərhəmni fəinnəkə Rəhimun.»
    8- Müqatil ibni Süleyman bu duanı imam Səccad (ə)-dan nəql edir:
    اِلهِى كَيْفَ اَدْعُوكَ وَ اَنَا اَنَا وَ كَيْفَ اَقْطَعُ رَجَائِى مِنْكَ وَ اَنْتَ اَنْتَ...
    «İlahi kəyfə əd’ukə və ənə ənə və kəyfə əqtə’u rəcai minkə və əntə əntə...»
    9- İşlərimizdə müvəffəq olmaq üçün bu duanı oxumaq müstəhəbdir:
    اَللّهُمَّ وَفِّقْنَا لِمَا تُحِبُّ وَ تَرْضَى
    «Əllahummə vəffiqna lima tuhibbu və tərza.»
    10- Həzrəti imam Hüseyn (ə)-ın ziyarəti:
    اَلسَّلاَمُ عَلَيْكَ يَا اَبَا عَبْدِ اللهِ وَ عَلَى الْاَرْوَاحِ الَّتِى حَلَّتْ بِفِنَائِكَ عَلَيْكَ مِنِّى سَلاَمُ اللهِ اَبَدًا مَا بَقِيتُ وَ بَقِىَ اللّيْلُ وَ النَّهَارُ وَ لاَ جَعَلَهُ الله آخِرَ العَهْدِ مِنِّى لِزِيَارَتِكُمْ ، اَلسَّلاَمُ عَلَى الْحُسَيْنِ وَ عَلَى عَلِىِّ بْنِ الْحُسَيْنِ وَ عَلَى اَوْلاَدِ الْحُسَيْنِ وَ عَلَى اَصْحَابِ الْحُسَيْنِ
    «Əssəlamu ələykə ya Əba Əbdillah və ələl ərvahilləti həllət bifinaikə ələykə minni səlamullahi əbədən ma bəqitu və bəqiyəlləylu vənnəharu və la cə’ələhullahu axirəl əhdi minni liziyarətikum. Əssəlamu ələl Husəyn və əla Əliyyibnil Husəyn və əla əvladil Husəyn və əla əshabil Husəyn.»
    اَللّهُمَّ ارْزُقْنِى شَفَاعَةَ الْحُسَيْنِ يَوْمَ الْوُرُودِ وَ ثَبِّتْ لِى قَدَمَ صِدْقٍ عِنْدَكَ مَعَ الْحُسَيْنِ وَ اَصْحَابِ الْحُسَيْنِ ...
    «Əllahummərzuqni şəfaətəl Husəyn yəvməl vurudi və səbbit li qədəmə sidqin indəkə mə’əl Husəyn və əshabil Husəyn...»

    Aşura ziyarəti

    Sonra 100 dəfə deyərsən:
    اَللّهُمَّ الْعَنْ اَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذلِكَ اَللّهُمَّ الْعَنِ الْعِصَابَةَ الَّتِى جَاهَدَتِ الْحُسَيْنَ وَ شَايَعَتْ وَ بَايَعَتْ وَ تَابَعَتْ عَلَى قَتْلِهِ اَللّهُمَّ الْعَنْهُمْ جَمِيعًا
    Sonra 100 dəfə deyərsən:
    اَلسَّلامُ عَلَيْكَ يَا اَبَا عَبدِ اللهِ وَ عَلَى الْاَرْوَاحِ الَّتِى حَلَّتْ بِفِنَائِكَ عَلَيْكَ مِنِّى سَلاَمُ اللهِ اَبَدًا مَا بَقِيتُ وَ بَقِىَ اللَّيْلُ وَ النَّهَارُ وَ لاَ جَعَلَهُ الله آخِرَ الْعَهْدِ مِنِّى لِزِيَارَتِكُمْ اَلسَّلاَمُ عَلَى الْحُسَيْنِ وَ عَلَى عَلِىِّ بْنِ الْحُسَيْنِ وَ عَلَى اَوْلاَدِ الْحُسَيْنِ وَ عَلَى اَصْحَابِ الْحُسَيْنِ
    Sonra deyərsən:
    اَللّهُمَّ خُصَّ اَنْتَ اَوَّلَ ظَالِمٍ بِاللَّعْنِ مِنِّى وَابْدَاْ بِهِ اَوَّلاً ثُمَّ الثَّانِىَ وَ الثَّالِثَ وَ الرَّابِعَ اَللّهُمَّ الْعَنْ يَزِيدَ خَامِسًا وَ العَنْ عُبَيْدَ اللهِ بْنَ زِيَادٍ وَ ابْنَ مَرْجَانَةَ وَ عُمَرَ بْنَ سَعْدٍ وَ شِمْرًا وَ آلَ اَبِى سُفْيَانَ وَ آلَ زِيَادٍ وَ آلَ مَرْوَانَ اِلَى يَوْمِ الْقِيَامَةِ
    Sonra səcdəyə gedib belə de:
    اَللّهُمَّ لَكَ الْحَمْدُ حَمْدَ الشَّاكِرِينَ لَكَ عَلَى مُصَابِهِمْ اَلْحَمْدُ لِلّهِ عَلَى عَظِيمِ رَزِيَّتِى اَللّهُمَّ ارْزُقْنِى شَفَاعَةَ الْحُسَيْنِ يَوْمَ الْوُرُودِ وَ ثَبِّتْ لِى قَدَمَ صِدْقٍ عِنْدَكَ مَعَ الْحُسَيْنِ وَ اَصْحَابِ الْحُسَيْنِ الَّذِينَ بَذَلُوا مُهَجَهُمْ دُونَ الْحُسَيْنِ عَلَيْهِ السَّلاَمُ

    Aşura ziyarətinin ərəb dilində oxunuşu
    Əs-salamu ələykə ya Əba Əbdillah. Əs-səlamu ələykə yəbnə Rəsulillah. Əs-səlamu ələykə yəbnə Əmiril-mu’mininə vəbnə Səyyidil-vəsiyyin. Əs-səlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail-aləmin. Əs-səlamu ələykə ya sarəllahi vəbnə sarih, vəl-vitrəl-məvtur. Əs-səlamu ələykə və ələl-ərvahilləti həllət bifinaik, ələykum minni cəmiən səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar. Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu və cəllət və əzumətil-musibətu bikə ələyna və əla cəmii əhlil-islam, və cəllət və əzumət musibətukə fis-səmavati əla cəmii əhlis-səmavat, fələənəllahu ummətən əssəsət əsasəz-zulmi vəl-covri ələykum Əhləl-bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məqamikum və əzalətkum ən məratibikumul-ləti rəttəbəkumul-lahu fiha, və ləənəllahu ummətən qətələtkum və ləənəllahul-muməhhidinə ləhum bittəmkini min qitalikum, bəri’tu iləllahi və iləykum minhum və min əşyaihim və ətbaihim və ovliyaihim, ya Əba Əbdillah, inni silmun li-mən saləməkum və hərbun li-mən harəbəkum ila yovmil-qiyaməh, və ləənəllahu alə ziyadin və alə mərvan, və ləənəllahu bəni uməyyətə qatibətən və ləənəl-lahubnə mərcanətə və ləənəllahu umərəbnə sə’d, və ləənəllahu şimrən və ləənəllahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət liqitalik, biəbi əntə və ummi, ləqəd əzumə musabi bik, fəəs’əlullahəl-ləzi əkrəmə məqaməkə və əkrəməni ən yərzuqəni tələbə sarikə məə imamin mənsurin min Əhli-bəyti Muhəmmədin səlləllahu ələyhi və alih. Əllahumməc’əlni indəkə vəcihən bil-Husəyni ələyhis-səlam, fid-dunya vəl-axirəh, ya Əba Əbdillah, inni ətəqərrəbu iləllahi və ila Rəsulihi və ila Əmiril-mu’mininə və ila Fatimətə və iləl-Həsəni və iləykə bimuvalatikə və bil-bəraəti mimmən əssəsə əsasə zalikə və bəna ələyhi bunyanəhu və cəra fi zulmihi və covrihi ələykum və əla əşyaikum, bəri’tu iləllahi və iləykum minhum, və ətəqərrəbu iləllahi summə iləykum bimuvalatikum və muvalati vəliyyukum və bil-bəraəti min ə’daikum vən-nasibinə ləkumul-hərb, və bil-bəraəti min əşyaihim və ətbaihim, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. Fəəs’əlullahəl-ləzi əkrəməni bi mə’rifətikum və mə’rifəti ovliyaikum, və rəzəqənil-bəraətə min ə’daikum ən yəc’ələni məəkum fid-dunya vəl-axirəh, və ən yusəbbitə li indəkum qədəmə sidqin fid-dünya vəl-axirəh, və əs’əluhu ən yubəlliğənil-məqaməl-məhmudə ləkum indəllah, və ən yərzuqəni tələbə sarikum məə imamin hudən zahirin natiqin bil-həqqi minkum və əs’əlullahə bi həqqikum və biş-şə’nil-ləzi ləkum indəh, ən yu’tiyəni bimusabi bikum əfzələ ma yu’ti musabən bimusibətihi musibətən ma ə’zəməha və ə’zəmə rəziyyətəha fil-islami və fi cəmiis-səmavati vəl-ərzi. Əllahumməc’əlni fi məqami haza mimmən tənaluhu minkə sələvatun və rəhmətun və məğfirəh. Əllahumməc’əl məhyayə məhya Muhəmmədin və Ali-Muhəmməd, və məmati məmatə Muhəmmədin və Ali-Muhəmməd. Əllahummə innə haza yovmun təbərrəkət bihi bənu uməyyətə vəbnu akilətil-əkbadil-ləinubnul-ləini əla lisanikə və lisani Nəbiyyik, səlləllahu ələyhi və alih, fi kulli movtinin və movqifin vəqəfə fihi Nəbiyyukə səlləllahu ələyhi və alih. Əllahumməl’ən əba sufyanə və muaviyətə və yəzidəbnə muaviyətə ələyhim minkəl-lə’nətu əbədəl-abidinə və haza yovmun fərihət bihi alu ziyadin və alu mərvanə biqətlihimul-Hüsəynə sələvatullahi ələyh. Əllahummə fəzaif ələyhimul-lə’nə minkə vəl-əzabəl-əlim. Əllahummə inni ətəqərrəbu iləykə fi hazəl-yovmi və fi movqifi haza və əyyami həyati bil-bəraəti minhum vəl-lə’nəti ələyhim və bil-muvalati li-nəbiyyikə və ali Nəbiyyikə ələyhi və ələyhimus-səlam.
    Sonra 100 dəfə deyərsən: Əllahumməl’ən əvvələ zalimin zələmə həqqə Muhəmmədin və Ali-Muhəmməd, və axirə tabiin ləhu əla zalik, Əllahumməl’ənil-isabətəl-ləti cahədətil-Husəyn, və şayəət və bayəət və tabəət əla qətlih. Əllahumməl’ənhum cəmia.
    Sonra 100 dəfə deyərsən: Əs-səlamu ələykə ya Əba Əbdillahi və ələl-ərvahil-ləti həllət bifinaik, ələykə minni səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar, və la cəələhullahu axirəl-əhdi minni liziyarətikum. Əs-səlamu ələl Husəyni və əla Əliyyibnil –Huseyn, və əla ovladil Husəyn, və əla əshabil-Husəyni.
    Sonra deyərsən: Allahummə xussə əntə əvvələ zalimin billə’ni minni vəbdə’ bihi əvvələn summəssaniyə vəs-salisə vər-rabi’. Əllahumməl’ən yəzidə xamisən vəl’ən ubəydəllahibnə ziyadin vəbnə mərcanətə və umərəbnə sə’din və şimrən və alə əbi sufyanə və alə ziyadin və alə mərvani ila yovmil-qiyaməh.
    Sonra səcdəyə gedib belə de:
    Əllahummə ləkəl-həmdu həmdəş-şakirinə ləkə əla musabihim, əlhəmdu lillahi əla əzimi rəziyyəti. Əllahummərzuqni şəfaətəl-Husəyni yovməl-vurudi və səbbit li qədəmə sidqin indəkə məəl-Husəyni və əshabil-Husəyn, əlləzinə bəzəlu muhəcəhum dunəl-Huseyni ələyhis-səlam.

    Ziyarətnamənin tərcüməsi
    Salam olsun sənə ey Əba Əbdillah, Salam olsun sənə, Rəsulullahın oğlu!. Salam olsun sənə, ey Əmirəl-mö’minin, ilahi vəsilərin (canişinlərin) ağasının oğlu! Salam olsun sənə, ey hər iki aləmin yeganə xanımı olan Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey sarəllah və sarəllahın oğlu, ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmadı. Salam olsun sənə və o sənin qarşında tə’zim edən ruhlara! Nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır, sizin hamınıza məndən Allah salamı olsun! Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin aləmlərdə bütün səma əhlinə böyükdür, yanıqlıdır. Allah Sizi, Allahın Sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən məhrum edib, uzaq salan ümmətə lə’nət etsin! Allah, Sizi qətlə yetirən ümmətə lə’nət etsin. Allah, sizə qarşı müharibəni müqəddiməsini işləyib hazırlayan, ona şərait yaradan kəslərə lə’nət etsin! Mən Allah dərgahında və Sizin yanınızda onlardan və onlara tabe olanlardan, onların dostlarından bizarlıq edirəm. Ey Əba Əbdillah, mən qiyamətə kimi, sizinlə sülh edənlərlə sülh, sizinlə müharibə edənlərlə müharibə edəcəyəm. Allah Ziyad övladlarına, Mərvan övladlarına lə’nət etsin! Allah Bəni-Üməyyənin hamısına lə’nət etsin! Allah Mərcanənin oğluna (ibni Ziyada) lə’nət etsin! Allah Ömər ibni Sə’də lə’nət etsin! Allah Şimrə lə’nət etsin! Atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayan, üzlərinə niqab salıb müharibəyə möhkəm hazırlaşanlara Allah lə’nət etsin! Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağım çox-çox böyükdür. Sənin məqamını əziz edən və sənin xatirinə məni də əziz edən Allahdan istəyirəm ki, Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-in Əhli beytindən olan qalib imamın (İmam Zaman ələyhissalamın) önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, Öz dərgahında məni İmam Hüseyn (ələyhissalam) xatirinə dünya və axirətdə abırlı-həyalı et. Ey Əba Əbdillah, mən səninlə dosluq etməklə və bu zülmlərin əsasını qoyub bu yolda heç nəyi əsirgəməyən, sizə və sizin işlərə qarşı zülm və cəfasında davam edənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mö’mininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm, Allahın dərgahında onlardan bezarlığımı bildirirəm, sizə və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan bezarlıq etməklə əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. Mən sizinlə sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Sizin və doslarınızın barəsində mə’rifət kəsb etməklə məni kəramətli edən, düşmənlərinizdən bezarlıq etməyi mənə nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizin yanınızda sabitqədəm etsin, məni, sizin Allah yanında malik olduğunuz bəyənilmiş məqama (məqami-məhmuda) çatdırsın, siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən və aşkar imamın (imam Zaman ələyhissalamın) önündə intiqamınızı almağı mənə nəsib etsin. Allahı sizin haqqınıza, məqam və mənzilətinizə and verib Ondan istəyirəm ki, Sizin matəminizdəki qəm-qüssəm müqabilində mənə ən yaxşı xeyir əvəzi versin; elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, islamda, bütün asimanlarda və yerdə əsər-əlaməti qalan necə də böyük müsibətdir! İlahi, mənim bu məqamımı Sənin tərəfindən salavat, rəhmət və məğfirətin şamil olduğu kəslərdən qərar ver. İlahi, həyatımı (diriliyimi) Mühəmməd və Ali-Mühəmmədin həyatı kimi, ölümümü Mühəmməd və Ali-Mühəmmədin ölümü kimi qərar ver. İlahi, bu gündə (Aşura günündə) üməyyə övladları, ciyər yeyənin (Hindənin) oğlu, həmçinin Sənin və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) dilindən o həzrətin dayanıb iqamət seçdiyi hər bir yerə lə’nətlənən məl’unun oğlu sevinmiş, şənlik keçirmişdir. İlahi, Əbu Süfyana, Müaviyəyə lə’nət et. Sənin əbədi lə’nətin onlara olsun! Bu gündə Ziyad övladları, Mərvan övladları Hüseyn (ələyhissalam)-ı qətlə yetirməklə sevinib xoşhal olmuşlar. İlahi, Öz lə’nətini və əzabını onlara qat-qat artır! İlahi, mən bu gündə, bu məqamımda və həyatımın bütün dövrlərində onlardan bezarlıq etməklə, onlara lə’nət göndərməklə, Sənin Peyğəmbərin və onun övladlarına (səlamullahi ələyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram. İlahi, Mühəmməd və Ali-Mühəmmədin haqqında zülm edən ilk zülmkara, həmçinin ona tabe olan son zülmkara lə’nət et! İlahi, imam Hüseyn ələyhissalamla müharibə edən, onun qətlində bir-birinə kömək edən, əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə lə’nət et! İlahi, onların hamısına lə’nət et!
    Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun sənin qarşında tə’zim edən ruhlara. Nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır bizdən sənə Allahın səlamı olsun! Allahdan istəyirəm ki, bu ziyarəti mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibni Hüseynə, Hüseynin övladlarına, Hüseynin səhabələrinə. İlahi, mənim lə’nətimi ilk zalıma məxsus et, əvvəlcə ilk zalımla başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lə’nət et! İlahi, beşinci yerdə Yezidə lə’nət et və Übeydüllah ibni Ziyada, Mərcanənin oğluna, Ömər ibni Sə’də, Şimrə, Əbu Süfyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına qiyamət gününə kimi lə’nət et. İlahi, Sənə həmd-səna edirəm - Əhli-beytin müsibətində iştirak edərək Sənə şükr edənlərin həmd-səna etməsi kimi. Allaha həmd-səna edirəm müsibətimin böyüklüyünə görə. İlahi, İmam Hüseyn ələyhissalamın şəfaətini mənə nəsib et və mənim həqiqət axtaran qədəmlərimi Öz dərgahında Hüseyn ələyhissalam və onun səhabaləri ilə birlikdə sabit qədəm et. Elə səhabələr ki, öz ruhlarını (qəlblərinin pak qanlarını) Hüseyn ələyhissalama qurban verdilər.
    ƏLHƏMDU LİLLAHİ RƏBBİL ALƏMİN!
    SON

    ƏDƏBİYYAT
    1- Qur’ani-kərim;
    2- Biharul-ənvar;
    3- Kifayətul-əsər;
    4- Xəsaisul-Hüseyniyyə;
    5- Əmali Səduq;
    6- Mənaqibi İbni ŞəhrAşub;
    7- Miətu mənqəbə (İbni Şazan);
    8- Əl-mustədrəku ələs-səhiheyn;
    9- Üyunu əxbarir-Riza;
    10- Məcməul-bəhreyn;
    11- Əl-irşad;
    12- Əl-Lühuf;
    13- Tühəful-uqul;
    14- Cəvahirul-kəlam;
    15- Vəqai’ul-əyyam;
    16- Kamiluz-ziyarət;
    17- Cəlalul-üyun;
    18- Nəfəsul-məhmum;
    19- Məqtəlul-Husəyn (ə);
    20- Sugnameyi Ali-Muhəmməd;
    Category: İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1787 | Rating: 3.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019