İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    İKİNCİ FƏSİL
    Həzrəti Əlinin(ə) möcüzələri
    HƏZRƏT ƏLİNİN(Ə) GÜNƏŞ İLƏ DANIŞMASI
    İbni Abbas deyir: Məkkəni fəth edib qayıdırdıq, gecə vaxtı Həvazendə(Məkan adıdır.) idik. Peyğəmbər(s), Əliyyibni Əbi Talibə(ə) buyurdu: Ey Əli! Qalx, Allah yanında olan dərəcəni dərk et! Günəş doğan zaman onunla söhbət et!
    Mən Fəzlə dedim: Qalx ayağa, görək Əli(ə) günəş ilə necə söhbət edir. Günəş doğdu. Əli(ə) ayağa qalxıb, ona xitab edərək dedi: Salam olsun Sənə Ey Allahın itaətində həmişə duran saleh bəndə! Günəş onun cavabında dedi: Salam olsun sənə ey Peyğəmbərin(s) qardaşı, canişini və Allahın xalqına olan dəlili! Bu zaman Əli(ə) şükr səcdəsi etməyə başladı. Gördüm Allahın Rəsulu(s) ayağa qalxdı. Həzrət(s) öz əlini, Əlinin(ə) üzünə çəkib buyurdu: Qalx mənim həbibim! Asiman əhli sənin ağlamağına görə, ağlayırlar. Allah-təala, səninlə yüksək fələyi saxlayanlarla fəxr edir. (Əmaliye-Səduq, səh. 351. Biharul-Ənvar, 41-ci cild, səh. 177)
    GÜNƏŞİN QAYITMASI
    İmam Əli(ə) öz əshabı ilə birlikdə Babilə tərəf yola düşdülər. Yolun ortasında namaz qılmaq üçün münasib yer tapdılar. Nəhayət, namaz qılmaq üçün münasib yer tapa bilməyib, hərəkətlərinə davam etdilər. Amma günəşin batmasına çox az qalmışdı. Hərçənd Əli(ə) bir qrup əshabı ilə namazını qılmışdı. Lakin əshabın bir qrupu namazını qılmamışdı. Buna görə də öz namazları barədə danışmağa başladılar.
    İmam Əli(ə) onların söz-söhbətini eşitdikdən sonra, Allah-təaladan günəşin qaytarılmasını istədi. Allah-təala onun duasını qəbul etdi. Günəşi əsr namazının vaxtına qaytardı. Həzrətin(ə) əshabı namazını qılıb qurtarandan sonra, günəş qüruba endi. Camaat bu aşkar möcüzəni müşahidə etdikdən sonra, Allaha şükr edib, ondan bağışlanmaq istədilər. Bu xəbər hər tərəfə yayıldı. (İrşade-Müfid, səh. 162. )
    YERİN İMAM ƏLİ(Ə) İLƏ DANIŞMASI
    Əsma binti Ümeys deyir: Həzrəti Fatimə(s.ə) buyurdu: Gecələrin birində Əli(ə) evə daxil olduqdan sonra məni qorxuya saldı.
    Dedim: Ey dünya qadınlarının xanımı! Səni necə qorxuya saldı?
    Xanım buyurdu: Yerin onunla və onun yer ilə danışmasını eşitdim. (Biharul-Ənvar, 41-ci cild, səh. 172. )
    BÖYÜK BİR DAŞI YERDƏN QALDIRMASI
    İmam Əli(ə) öz əshabı ilə Siffeynə gedən zaman səhrada susuzluqla qarşılaşdı. Onlar su tapmaq üçün çox səy etdilər. Lakin tapa bilmədilər. Nəhayət, Əli(ə) bir yeri müəyyən edib, su tapmaq üçün oranı qazmağı göstəriş verdi. Onalr yeri qazmağa başladılar. Qazıntı zamanı böyük bir daşa çatıb dayandılar. Əlinin(ə) yanına gəlib dedilər: burada böyük bir daş var və külüng ona təsir etmir.
    İmam Əli(ə) buyurdu: Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu çıxarmaq olar. Bütün əshab o daşı qaldırmağa çalışdılar. Lakin faydası olmadı. Əli(ə) gördü ki, bu daşı qaldırmaq onların işi deyil. Buna görə də irəli gedib, əlini daşın altına saldı və daşı yerindən oynadıb qaldırdı. Sonra onu bir neçə metr kənara atdı. Bu zaman əshab zülal(Biharul-Ənvar, 41-ci cild, səh. 271.)suyu müşahidə edib ondan içdçlər. Bu onların səfərdə içdikləri ən sərin və şirin su idi.
    Əli(ə) buyurdu: Sudan için və ehtiyat üçün götürün. Sonra daşı götürüb, yerinə qqoydu. Quyunun əsərlərini aradan aparıb gizlətdi. (Sərin, duru və şirin su.)
    XIRDA DAŞLARIN CƏVAHİRƏ ÇEVRİLMƏSİ
    İmam Əli(ə) və onun əshabından bir neçəsi Kufə məscidində oturmuşdular. Bir kişi Həzrəti-Əliyə(ə) xitab edərək, dedi: Atam-anam sənə fəda olsun. Bu dəsətənin(Biharul-Ənvar, 41-ci cild, səh. 261.) əlində olan dünyaya təəccüb edirəm. Siz bu dünyadan faydalanmırsınız.
    Həzrət buyurdu: Sən təsəvvür edirsən biz dünyanı istəyirik və bizə verilmir? Bu zaman bir ovuc xırda daş götürüb, öz möcüzəsi ilə cəvahirə çevirib, soruşdu: Bunlar nədir?
    Dedim: Ən yazşı növ cəvahirdir. Həzrət(ə) buyurdu: Əgər dünyanı istəsək bizim üçün həmişə var, lakin istəmirik. Sonra əlindəki cəvahirləri yerə atdı. Yenidən xırda daşlar öz əvvəlki halına qayıtdı. (Müaviyəyə, Əmr As və s.işarədir. )
    ZƏLZƏLƏNİN DAYANMASI
    Fatimeyi-Zəhra(s.ə) buyurur: Əbu Bəkr və Ömərin dövründə böyük bir zəlzələ baş verdi. Camaat qorxuya düşüb, Əbu Bəkr və Ömərə pənah apardılar. Lakin gördülər ki, o iki nəfər qorxudan Əliyə(ə) pənah gətiriblər. Camaat da onların arxasınca, Əlinin(ə) evinə getdilər.
    Əli(ə) onların qorxu və vəhşətinə diqqət etmədən evdən eşiyə çıxdı. Camaat da onun arxasınca hərəkət edirdilər. Nəhayət, uca bir nöqtəyə çatdılar. İmam Əli(ə) orada oturdu. Başqalarıda onun ətrafında oturub, şəhərin zəlzələdən titrəyən evlərinə tamaşa edirdilər. Bu zaman Əli(ə) buyurdu: Elə bil siz bu zəlzələdən qorxuya düşmüsünüz.
    Cavab verdilər: Necə qorxmayaq ? Halbuki indiyə qədər belə bir şey görməmişik. İmam Əli(ə) dodaqlarını tərpətdikdən sonra, əllərini yerə vurub ona buyurdu: Sənə nə olubdur? Sakit ol!
    Yer sakit oldu. Camaat zəlzələdən təəccüb etdiklərindəndə çox, Əlinin(ə) bu işinə təəccüb etdilər.
    İmam(ə) buyurdu: siz mənim işimdə təəccüb etdiniz?
    Dedilər: Bəli.
    Buyurdu: Mən o şəxsəm ki, Allah-təala buyurmuşdur: Yer zəlzələyə gələn zaman, öz içindəki xəbərləri aşkar edər, İnsan deyir: Yer nə olmuşdur? (Bəsairüddərəcat, səh. 109. Biharul-Ənvar, 41-ci cild, 255-ci səh. )
    Mən həmin şəxsəm ki, qiyamət günündə yerə deyəcəyəm: Sənə nə olubdur? «Bu gündə yer öz xəbərlərini açıqlayacaq.» (Zəlzələ surəsi, 1, 2 və 3-cü ayələr. )
    Yer mənim üçün öz xəbərlərini bəyan edəcək. (Zəlzələ surəsi, 4-cü ayə. )
    CƏNNƏT VƏ CƏHƏNNƏMİN ÜZƏRİNDƏN PƏRDƏ GÖTÜRMƏK
    Həzrəti Əlinin(ə) əshabından bir neçəsi ona dedilər: Həzrəti Musa(ə) və İsanın(ə) canişinləri, camaat üçün dəlil, nişanə və möcüzələr göstərdilər. Siz də əgər bizə möcüzə göstərsəniz qəlblərimiz inam və yəqinlik tapar.
    İmam(ə) buyurdu: Sizin nişanə, dəlil və möcüzəni görməyə dözümünüz yoxdur. Amma camaat israr etdilər.
    Nəhayət, Əli(ə) camaatı qəbristanlığa tərəf apardı. Onlar quru və şoran olan bir məntəqəyə çatdılar. Bu zaman yavaş səslə dua edib dedi: Öz pərdələrini kənara çək.
    Qəflətən səhranın bir tərəfində bağlar, çaylar, başqa bir tərəfində isə cəhənnəmin atəşi aşkar oldu. Bəziləri isə həzrətin möcüzəsini qəbul edib dedilər: Peyğəmbər(s) buyurardı: Qəbr, behişt bağlarından biri, ya cəhənnəm çalalarından biridir. (İləlüş-şəraye, səh. 176. )
    ÇINQIL DAŞLARIN TƏSBİH DEMƏSİ
    Salman deyir: bir neçə nəfər, Peyğəmbərin(s) hüzurunda oturmuşduq. Bu zamanda Əli(ə)-da gəldi. Peyğəmbər(s) bir ovuc çınqıl daş götürüb ona verdi. Daşlar hələ Əlinin(ə) əlində qərar tutmamışdı ki, dil açıb dedilər: «Allahdan başqa, allah yoxdur. Mühəmməd(s) onun elçisidir. Razı oldum ki, Allah mənim pərvərdigarım, Mühəmməd(s) Peyğəmbərim və Əli(ə) isə mənim ağamdır.»
    Peyğəmbər(s) buyurdu: Sizlərdən hər kəs, Allahı və Əliyyibni Əbitalibin(ə) vilayətini qəbul edib razı olsa, Allahın əzabından amanda qalacaq. (Biharul-Ənvar, 41-ci cild, səh. 24.)
    FƏRATIN SUYUNU YATIRMASI
    Fəratın suyu çoxalmışdı. Camaat bu hadisədən qorxuya düşmüşdü. Əlinin(ə) hüzuruna gedib suyun çoxluğundan şikayət etdilər.
    İmam Əli(ə) iki oğlu Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə, Fəratın sahilinə gəldi. İmam Əli(ə) çayın kənarında durdu. Bir halda ki, su iki tərəfdən qalxıb-coşurdu. Əlinin(ə) əlində Peyğəmbərin(s) şallağı var idi.
    Həzrət(ə) şallaq ilə suya vurdu. «Su yarım metr miqdarında aşağı yatdı. Sonra daha bir zərbə vurdu. Bu dəfə su yarım metr miqdarında aşağı yatdı.
    Camaat Əlinin(ə) bu aşkar möcüzəsini müşahidə edib dedilər: Ey əmirəl-möminin(ə)! Suyu bir az da azalt!
    Həzrət(ə) buyurdu: Mən Allahdan istədim və o da müşahidə etdiyinizi əta etdi(bağışladı). İsrar edən bəndə olmağı xoşlamıram. (Biharul-Ənvar, 41-ci cild, səh. 351.)

    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 966 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024