İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    ALTINCI FƏSİL
    İmam Zeynul Abidinin(ə) möcüzələri
    ŞİRLƏRİN MƏMURİYYƏTİ
    Həcc səfərlərinin birində İmam Səccad(ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkə şəhərinə tərəf hərəkət edirdi. İki şəhər arasında yerləşən bir çölə yetişdi. O çöldə bir oğru camaatın yolunu kəsirdi. İmamı gördükdə ona dedi: Düş aşağı!
    İmam(ə) buyurdu: Məndən nə istəyirsən?
    İstəyirəm səni öldürəm və nəyin varsa onları qarət edəm.
    İmam(ə): Mənim nəyim varsa səninlə öz aramda bölərəm və sənə verdiklərim şeyi sənin üçün halal edərəm.
    Yol kəsən oğru dedi: Mən bu bölüşə razı deyiləm.
    İmam(ə): İstədiyin heyi götür və ehtiyacım qədər mənədə saxla. Amma oğru bu təkliflə də razılaşmadı.
    İmam(ə) ona buyurdu: Pərvərdigarın haradadır?
    -Mənim pərvərdigarım yuxudadır. Bu zaman iki şir çöldən gəlib onu parçalayıb həlak etdilər. İmam(ə) ona buyurdu: Belə güman etmişdinki pərvərdigarın yuxudadır. Bu zaman iki şir çöldən gəlib onu parçalayıb həlak etdilər. İmam(ə) ona buyurdu: Belə güman etmişdinki pərvərdigarın yuxudadır və səndən xəbərsizdir. (Müəllifdən)
    BÜTÜN VARLIĞIN İMAMLA BİRLİKDƏ DUASI
    Səid ibni Musib deyir: İmam(ə) Məkkədən çıxmamış camaat çıxmırdılar. İmam Səccad(ə) ordan çıxdıqdan sonra, camaat da onunla birlikdə çıxdılar. O vaxt məndə İmamla birlikdə gəlirdim. Məntəqələrin birində yolun ortasında dayandı və iki rükət namaz qıldı. Allahı səcdə halında zikr edən zaman, onunla birlikdə zikr etməyən heç bir ağac və daş qalmamışdır. Mən bu hadisəni müşahidə etdikdə qorxdum.
    İmam başını qaldırıb mənə dedi: Ey Səid! Qorxdunmu?
    Cavab verdim: Bəli yəbnə Rəsulillah!
    İmam buyurdu: Bu əzəmətli təsbihdir.(Biharul-Ənvar, 46-cı cild, səh. 41. )
    QEYBDƏN BİR XƏBƏR
    Tarixin böyük cinayətkarlarından biri olan Həccac ibni Yusif, Bəni-Üməyyə xəlifələrindən olan Əbdül Məlik Mərvana belə yazdı: Əgər istəyirsənsə sənin hökumətin sabit qalsın, Əli ibni Hüseyni(ə) öldür.
    Əbdül Məlik Həccaca bir məktub yazdı ki, o məktubda belə yazılmışdır:
    «Mənim əlimi Bəni Haşimin qanına bulama və özündə bu işdən çəkin. Ali Əbu Süfyan Bəni Haşimin qanını tökdü, amma çox çəkmədi ki, Allah onların səltənətini nabud etdi. Bu məktubu gizlincə ona göndərdi.
    Əbdül Məlik bu məktubu Həccaca yazan vaxt İmam Səccad(ə) da həmin vaxt Əbdül Məlikə yazdı. O məktubda belə yazılmışdı: «Bəni Haşimin qanını hifz etmək barəsində yazdığından agah oldum. Allah sənə əcir versin... və məktubu Əbdul Məlik, Həccaca məktub göndərdiyi zaman öz qulamı ilə Əbdül Məlikə göndərdi. Qulam, Əbdül məlikin yanına gəlib gəlib, məktubu ona verdi. Əbdul Məlik məktubun tarixinə baxdı və gördü ki, bu məktub onun Həccaca yazdığı məktubla bir tarixdə yazılıb. Belə olduqda İmam Səccadın(ə) həqqaniyyətinə yəqin etdi və xoşhal oldu.
    Sonra İmam(ə) üçün çoxlu miqdarda dinar göndərdi və ondan özünün, ailəsinin və qulamının bütün ehtiyaxlarını ona deməsini istədi.(Mənaqib, ibni Şəhre Aşub, 3-cü cild, səh. 279.)
    HƏCƏRÜL-ƏSVƏD İLƏ SÖHBƏT
    İmam Hüseyn(ə) şəhadətə yetişəndən sonra, Mühəmməd Hənəfiyyə bir şəxsi imam Səccadın(ə) yanına göndərdi ki, onunla xüsusi görüş təyin etsin. İmam(ə) onun bu istəyinə müsbət cavab verdi və bir-biri ilə söhbət etməyə başladılar. Mühəmməd Hənəfiyyə dedi: Ey qardaşım oğlu! Sən yaxşı bilirsən ki, Allahın peyğəmbəri imamət və xəlifəliyi özündən sonra Əmirəl-möminin Əliyə(ə) sonra İmam Həsənə(ə) tapşırıb. Atanız da vəsiyyət etməmiş öldürüldü.
    Mən sənin əminəm Atanla bir kökdənəm və Əlinin(ə) övladıyam. Səndən yaşlı olduğum üçün imamlığa da ləyaqətim səndən çoxdur. Buna görə imam və vəsi olmaq məsələsində mənimlə qalmaqal etmə.
    İmam səccad(ə) buyurdu: Ey Əmi! Allahdan çəkin və həqqin olmayan bir şeyi iddia etmə. Mən səni moizə edirəm ki, cahil kəslərdən olmayasan. Ey Əmi! Atam(ə) İraqa getməmişdən qabaq əhd bağlamışdıq. Bu silah Allahın rəsulunun(s) silahıdır ki, mənim əlimdədir. Buna görə imamlıq məsələsinə dəxalət etmə, yoxsa pərişan olarsan və ömrün qısa olar. Allah imamlıq və vəsilik işini İmam Hüseyn(ə) nəslində qərar veribdir. Əgər bu həqiqətə agah olmaq istəyirsənsə, gəl birlikdə Həcərül-Əsvədin yanına gedək və ondan istəyək ki, bu həqiqəti bizə aşkar etsin.
    Hər ikisi yola düşdülər. Nəhayət, Həcərül-Əsvədə yetişdilər. O zaman İmam Səccad(ə) Mühəmməd Hənəfiyyəyə buyurdu: Əvvəlsən Allah dərgahına üz tut və ondan istə ki, Həcərül-Əsvədi sənin üçün dilə gətirsin. Sonra ondan istə sənin imamlığına şəhadət versin.
    Mühəmməd Hənəfiyyə nalə çəkərək dua edib Allaha yalvardı və Həcərül-Əsvəddən istədiyi onun imamlığına şəhadət versin. Amma heç bir cavab eşitmədi.
    İmam Səccad(ə) buyurdu: Ey Əmi! Əgər sən doğrudan vəsi və imam olsaydın o sənə cavab verərdi.
    Mühəmməd Hənəfiyyə dedi: Qardaşım oğlu sən dua et və Allahdan istə ki, həqiqət məlum olsun.
    Əli ibni Hüseyn(ə) istədiyi kimi Allah ilə münacat etdi. Sonra Həcərül-Əsvədə xitab edərək belə dedi: Səndən peyğəmbərlərin, övliyaların və bütün insanların əhdini səndə yerləşdirən Allaha xatir istəyirəm ki, İmam Hüseyndən(ə) sonrakı imamın kim olduğunu bizə xəbər verəsən. Həcərül-Əsvəd yerində tərpəndi. Beləki az qalmışdı yerindən qopsun. O zaman Allah-təala onu dilə gətirdi və o, fəsih ərəb dilində dedi: And olsun Allaha! Doğrudanda imamlıq Hüseyn ibni Əlidən(ə) sonra, Əli ibni Hüseyn ibni Əli ibni Əbitalibə və peyğəmbərin qızı Fatimənin oğluna yetişib.
    İş bu yerə yetişndə Mühəmməd Hənəfiyyə tutduğu yolundan qayıtdı və Əli ibni Hüseynin(ə) ardıcıllarından oldu. (Biharul-Ənvar, 46-cı cild, səh. 29. )
    ÖLÜNÜ DİLƏ GƏTİRMƏK
    Günlərin birində İmam Səccad(ə) buyurdu: Qəflətən ölmək mömin üçün rahatlıqdır. Amma kafir üçün təəssüf və narahatlıqdır. Mömin ona qüsul verən və tabutda aparan şəxsi tanıyır. Əgər onun əməlləri yaxşı və Allah yanında onun üçün xeyir olsa, onu dəfn edənlərə and verər ki, onu torpağa tapşırmaqda tələssinlər. Əgər pis əməllərinə xatir onun üçün xeyir olmasa, and verər ki, dəfn işində səhlənkarlıq etsinlər. İmam bu mətləbi bəyan etdikdə Zümrətibni Səmürə ki, bədxah adamlardan biri idi. Dedi: Əgər onun başına belə bir müsibət gələcəksə, onda tabutdan çıxsın bayıra gülsün və başqalarını güldürsün.
    İmam(ə) dedi: Ey mənim rəbbim! Zümərət ibni Səmürə peyğəmbərin hədisinə güldü və başqalarını da güldürdü. Onu təəssüflü və qəfil ölümlə öldür.
    Bir az keçməmişdi ki, Zümrənin qulamı imamın yanına gəlib dedi: Zümrə qəflətən öldü. And olsun Allaha! Öldükdən sonra mən onun səsini eşidirdim ki, belə deyirdi: Zümərtibni Səmürəyə vay olsun! Dostlarım məndən ayrıldılar və cəhənnəmə vasil oldum. O, mənim əbədi yerimdir.
    İmam(ə) dedi: Əllahu Əkbər! Bu peyğəmbərin hədisinə gülüb və başqalarını güldürənin cəzasıdır. (Üsule-Kafi: kitabul-höccə. )
    DAŞIN YAQUTA ÇEVRİLMƏSİ
    Ümmü Səlim deyir: İmam səccad(ə) mənə buyurdu: Ey Ümmü Səlim! Mənə bir az xırda daş gətir. Mən də bir miqdar xırda daşları yerdən yığıb, ona verdim. Sonra o Həzrət onları götürüb toz şəklinə saldı, sonra ondan palçıq düzəldib qırmızı yaquta çevirdi. (Biharul-Ənvar, 46-cı cild, səh. 27. )
    VİLAYƏTİN QÜDRƏTİ
    Bir kişi imam Səccada(ə) ərz etdi: Nə üçün biz öz düşmənlərimizdən üstün və fəzilətli sayıırıq, halbuki onların arasında elələri var ki, bizdəndə yaraşıqlıdırlar?
    İmam(ə) buyurdu: Onlardan üstün olduğunu bilmək istəyirsən?
    Cavab verdi: Bəli!
    İmam Əlini onun üzünə çəkdi və özünün vilayət qüdrəti ilə onun bəsirət gözünü açıb dedi: Bax!
    Baxdı. Onların hamısını heyvan sifətində gördü. Dəhşətə gələrək iztirablı halda imama ərz etdi: sənə fəda olum, məni əvvəlki halıma qaytar.
    Məsciddə xoruzdan, meymundan və itdən başqa bir şey görmürəm. İmam əlini onun üzünə çəkdi və o əvəlki halına qayıtdı. (Biharul-Ənvar, 46-cı cild, səh. 49.)
    İKİ QEYBİ XƏBƏR
    Bir kişi İmam Əli ibni Hüseynin(ə) yanına gəldi. O zaman İmamın səhabələri də orada idilər.
    İmam(ə) sual etdi: Bu kişi kimdir?
    O cavab verdi: Mən münəccim, nəsəbləri bilən və falçı bir kişiyəm. İmam ona bir nəzər edib buyurdu: İstəyirsənmi sənə bir kişi tanıtdırım ki, sən bura varid olduğun zamandan qırx min aləmi seyr edib.
    Kişi soruşdu: O kimdir?
    İmam buyurdu: Onu sənə tanıtdırmayacam, amma istəsən sənə xəbər verərəm ki, nə yemisən və evində nə toplamısan.
    Dedi: xəbər ver.
    İmam(ə) buyurdu: Bu gün pendir yemisən və evində on dinar pulun var. Onlardan üç dinarı xalisdir.
    O kişi İmama ərz etdi: Şəhadət verirəm ki, sən İlahinin böyük höccətisən, böyük məsəl və təqva kəlməsisən.
    İmam(ə) da ona belə buyurdu: Sən də doğrucu və düz danışansan. Allah sənin qəlbini imanla imtahan etdi və onu sənin qəlbində möhkəm etdi. (Biharul-Ənvar, 46-cı cild, səh. 49.)
    TEYYÜL-ƏRZ
    Himad ibni Həbib deyir: İllərin birində həcc səfərinə yola düşdük, yolun ortasında qara küləklər qopdu, belə ki, karvanımız dağılıb bir-birindən ayrıldı. Səhrada azıb yolumu itirmişdim. Nəhayət, susuz-bitkisiz bir yerə yetişdim. Axşam yetişdi, bir ağaca pənah apardım. Qaranlıq hər yanı bürümüşdü. Gözlənilmədən bir cavanı gördüm ki, əynində köhnə ağ paltar var idi. Özü də müşk iyi verirdi. Onu gördükdə qorxdum və öz-özümə dedim: Bu Allah övliyalarından biridir. Bir yerdə dayanıb namaz qıldı, o zaman yerdən onun üçün bir bulaq qaynadı və o, çoxlu dua etdi.
    Mən qorxdum ki, o, gözümdən itə və bu iş mənim üçün gizli qala. Onun yanına getdim və ərz etdim: Səni and verirəm o kəsə ki, səndən yorğunluq zəhmətini götürüb zahidliyin və öz münacatının ləzzətini sənə dadızdırıb. Məni lütfün xatirinə özünə yol yoldaşı edəsən. Mən azmışam.
    Dedi: Əgər düzgün təvəkkül etmiş olsan, heç vaxt azmarsan. Gərək arxamca gələsən. Ağacın altına yetişəndə əlimdən yapışdı. Elə bil ki, yer ayağımın altında hərəkət edirdi. Səhər işıqlaşmağa başlayanda buyurdu: Müjdə olsun sənə, bura Məkkədir. Dostlarımı görüb səslərini eşitdikdə dedim: Sənə qiyamət gününə and verirəm, sən kimsən?
    Buyurdu: İndi ki mənə and verdin, mən Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talibəm. (Biharul-Ənvar, 46-cı cild, səh. 42. )
    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 798 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024