İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    YEDDİNCİ FƏSİL
    İmam Baqirin(ə) möcüzələri
    GÖYLƏRİN VƏ YERİN MƏLƏKUTUNU GÖSTƏRMƏSİ
    Cabir ibni Yəzid deyir: İmam Baqirdən(ə) allahın bu sözü barəsində sual etdim ki, buyurub:
    «Biz bu cür göylərin və yerin mələkutunu İbrahimə göstərdik.»
    İmam(ə) cavabımda buyurdu: Başını göyə qaldır.
    Başımı göyə qaldırdım. Gördüm tavan ayrılıb. Gözüm bir dəliyə toxundu və bir nuru müşahidə etdim. Onu görməkdən gözlərim istiləşdi. O zaman buyurdu: Bu cür İbrahim göylərin mələkutunu müşahidə etdi.
    Sonra isə buyurdu: Yerə bax və yenə də göyə nəzər et.
    Göyə tərəf başımı qaldırdığım zaman tavan əvvəlki halına döndü. Ondan sonra İmam(ə) əlimdən tutub, evdən bayıra çıxartdı və mənə bir paltar geyindirib buyurdu: Bir müddət gözlərini yum. Sonra buyurdu: Sən bir qaranlıqlardasan ki, Zülqərneyn onları görmüşdü. Gözlərimi açdım və qaranlığın şiddətindən heç bir şey görmədim. Sonra İmam(ə) bir xətt çəkib buyurdu: Sən Xızırın həyat suyunun çeşməsindəsən. Sonra o aləmdən xaric olduq və başqa bir aləmə keçdik.
    Axırda İmam(ə) buyurdu: Bu yerin mələkutudur. Sonra mənə buyurdu: Gözlərini yum. Əlimdən tutdu, müşahidə etdim ki, olduğumuz evdə durmuşuq və əynimə geyindirdiyi paltarı çıxardı.
    Ərz etdim: Sənə fəda olum! Gündən nə qədər keçib:
    Buyurdu: Üç saat. (Biharul-Ənvar, 46-cı cild, səh. 40.)
    DİVAR ARXASINDAN OLAN BAXIŞ
    Abdullah ibni Əta deyir: Mən Məkkədə idim və İmam Baqirin(ə) görüşünün vurğunu olmuşdum. Mədinəyə yola düşdüm ki, İmamın(ə) hüzuruna yetişəm. Getməyimin məqsədi onun görüşünün şövqündn başqa bir şey deyildir. İmamın(ə) yanına getdiyim gecə çox soyuq və yağışlı bir gecə idi. İmamın(ə) evinin qapısına çatdığım zaman gecənin yarısı idi. Öz-özümə dedim: Mən bu vaxt qapını döyməyəcəyəm, sübhə qədər qapının dalında qalaram. Sonra isə onun görüşünə gedərəm. Elə bu fikirdə idim eşitdim ki, Həzrət öz xidmətçisinə buyurdu: Qapını Abdullah ibni Əta üçün aç ki, bu soyuq gecədə əziyyətə düşməsin. Qapını açdı və mən İmamın(ə) yanına varid oldum.(Mənaqib, 3-cü cild, səh. 326. biharul-Ənvar, 46-cı cild, səh. 268. )
    XURMA AĞACININ İTAƏT ETMƏSİ
    İmam Baqir(ə) bir ərazidə dayandı və öz xeyməsini qurdu. Sonra bir qədər hərəkət etdi. Nəhayət, bir xurma ağaca yetişdi. Ağacın altında Allahın şükrünü dedi, sonra buyurdu: Ey xurma ağacı! Allah səndə qərar verdiyi şeylərlə bizi doydur. Bu zaman ağacda qırmızı və sarı xurmalar bar verdi. İmam(ə) ondan meyl etdi. Əbu Üməyyə Ənsari də onunla idi, o da, ağacın xurmasından meyl etdi.
    Axırda İmam(ə) buyurdu: bizim bu möcüzəmiz Məryəmin möcüzəsi kimidir ki, xurma ağacının budaqlarını öz tərəfinə çəkdi və ağac onun üçün təzə xurmalar verdi. (Bəsariüd-dərəcat. 5-ci cild, səh. 70. 14-cü bab. )
    Həzrəti-Məryəmin(ə) möcüzəsi belə idi ki, Həzrəti-Məsihin(ə) təvəllüdü ilə camatdan uzaqlaşıb qəmlənmişdir.
    Cəbrail(ə) ona nida etdi: Qəmgin olma! Allah sənin üçün axar su qərar verib ta ondan içib, özünü onunla pak edəsən və xurma ağacının budağını öz tərəfinə çək sənin üçün təzə xurma bitirsin. Bu budağın quru olduğu və xurma fəslinin çatmadığı halda idi. (Bəsairüd-dərəcat. 5-ci cild, səh. 69, 13-cü bab. )
    MƏNSURUN GƏLƏCƏYİNDƏN DƏQİQ XƏBƏR
    Əbu Bəsir deyir: Mən və İmam Baqir(ə) Rəsulullahın məscidində oturmuşduq və İmam Səccad(ə) o zaman sağ idi. Bu zaman Mənsur Dəvaniqi və Davud ibni Süleyman varid oldular. Bu Abbasi xəlifələrinin (Mənsur onlardan biri idi.), hökumətə çatmadığı zamanında idi. Davud İmam Baqirin(ə) hüzuruna yetişdi. Həzrət buyurdu: Niyə Mənsur gəlmədi?
    Cavab verdi: Çəkinir.
    İmam buyurdu: Çox keçməyəcək ki, o, camaatın hökumətinə çatacaq, onlara müsəllət(Məcməul-Bəyan, 6-cı cild, səh. 511. ) olacaq, bütün islam hökumətində hökmranlıq edəcək və uzun ömrü olacaq. Xəzinələri və malları yığacaq belə ki, ondan əvvəlkilər bu cür etməmişdilər.
    Davud Mənsur Dəvaniqin yanına gedib, onu İmamın(ə) dediklərindən xəbərdar etdi. Mənsur İmamın(ə) yanına gəlib dedi: Sizin hüzurunuza gəlməməyimin səbəbi sizin böyük olmağınızdır. Davud gətirdiyi xəbər nə idi?
    Həzrət buyurdu: Dediyim sözlərin hamısı olacaq.
    Mənsur: Bizim hökumətimiz sizin hökumətinizdən qabaq olacaq?
    İmam(ə) : Bəli!
    Mənsur: Məndən sonra mənim oğlum hökumətə çatacaq.
    İmam(ə): Bəli!
    Mənsur sual etdi: Bəni Üməyyə hökumətinin müddəti çox olacaq, ya bizim hökumətin? İmam: Sizin hökumətiniz daha uzun olacaq. Hökumət sizin övladlarınızın əlində olacaq və top kimi onunla oynayacaqlar. Bu atamın mənə verdiyi xəbərdir. Mənsur hökumətə çatdığı zaman İmam Baqirin(ə) dediyi sözündən heyrətləndi. (Yəni: camatın ixtiyarı onun əlində olacaq. )
    İSMİ ƏZƏMİN(Kəşfül-ğəmmə, 2-ci cild, səh. 355) TƏLİMİ
    Ömər ibni Hənzələ deyir: İmam Baqirə(ə) ərz elədim: Güman edirəm sizin yanınızda dərəcə və hörmətim var.
    İmam(ə): Bəli elədir. O zaman ona ərz etdim: Mənim sizdən bir istəyim var.
    Ömər ibni Hənzələ: İsmi əzəmimənə öyrədin.
    İmam(ə): Ona dözə bilərsən?
    Dedim: Bəli.
    Buyurdu: Evə daxil ol. Sonra əlini yerə qoydu və birdən ev qaranlıq oldu. Ömər ibni Hənzələnin bədənini titrətmə tutdu.
    İmam(ə) buyurdu: Nə deyirsən yenə də ismi əzəmi öyrənməyə hazırsan?
    Ömər ibni Hənzələ: Xeyr. O zaman İmam(ə) əlini yerdən götürdü və ev əvvəlki halına qayıtdı. (Allahın böyük adları. )
    BİR QEYBİ XƏBƏR
    Əbu Bəsir deyir: Mən Kufədə bir qadın üçün Quran oxuyurdum və ona Quranı öyrədirdim. Dərslərin birində onunla zarafat etdim. İmam baqirin(ə) hüzuruna yetişdiyim zaman o qadınla zarafat etdiyimə görə məni danlayıb, buyurdu: Gizlində günah edən şəxsə Allahın inayəti olmayacaqdır. Nə dedin ona?
    Əbu Bəsir deyir: Xəcalətdən başımı saldım aşağı və tövbə etdim. O zaman İmam (ə) buyurdu: bundan sonra naməhrəm qadınla zarafat etmə. (Bəsairu-Dərəcat, 3-cü cild, 10-cu bab, səh. 36. )
    MÖMİNİ KAFİRDƏN AYIRMAQ
    Cabir deyir: Əlli nəfərə yaxın İmam Baqirin (ə) yanında idik. Bu halda Kəsir (onun işi xurma tumu satmaq idi) daxil oldu. Salam verib oturdu. O vaxt dedi: Kufədə Muğeyrə ibni İmran güman edir ki, sizin bir mələk var, kafiri mömindən və şiə öz düşmənlərindən ayırbı sizə tanıtdırır.
    İmam (ə) buyurdu: Sənin işin nədir?
    Buğda satıram.
    İmam Əli (ə): Yalan deyirsən.
    Kəsir: Arada arpa da satıram.
    İmam (ə) o cür deyil ki, deyirsən: bəlkə xurma tumu satırsan?
    Kəsir: Kim sizi bundan agah etdi?
    İmam (ə): Həmin, şiəmi düşmənimdən mənə tanıdan mələk.
    Sən dünyadan dəli gedəcəksən. Cabir Cufi deyir: Kufəyə qaytıdığımız zaman Kəsirin barəsində soruşdu. Bir qoca arvad bizə dedi: Üç gün bundan əvvəl dəli olan halda dünyadan getdi. (Bəsairu-Dərəcat 3-cü cild, 10-cu bab.1 )
    ƏBU BƏSRİN BƏRZƏXİ GÖZƏLİRİNİ AÇMAQ
    Əbu Bəsir deyir: İmam Baqirə(ə) ərz etdim ki, hacılar nə qədər çoxdurlar və fəryadları necə ucalıb.
    İmam (ə) buyurdu: Sən nə qədər camaat çoxdur və hacı azdır, sözlərimin düzgün olmağını bilmək və aşkara müşahidə etmək istəyirsənmi?
    O zaman İmam(ə) əlini Əbu Bəsirin gözlərinə çəkdi və onun bəsirət gözlərinin açılması üçün dua etdi və ona buyurdu: Hacılıra bax!
    Əbu Bəsir deyir: Baxdım onların çoxu meymun və donuxdurlar. Onların arasında mömin qaranlıqda parıldayan ulduz kimidir. O vaxt dedim: Düz dedin ey mənim mövlam! Hacılar nə qədər azdırlar və yəryad və qovğa çoxdur. (Kəşfül-Ğəmmə, 2-ci cild, səh.356. )
    ZEYDİN AQİBƏTİNDƏN XƏBƏR
    Mühəmməd ibni Əbi Hazim deyir: Mən İmam Baqirin(ə) yanında idim. Bu halda Zeyd ibni Əli bizim yanımızdan keçdi.
    İmam (ə) buyurdu: And olsun Allaha, Zeyd Kufədə qiyam edəcək və öldürüləcək. Başını dolandıracaqlar. Sonra isə onu o yerdə (İmam(ə) o yerə işarə etdi)-bir ağacdan asacaqlar. Bu sözləri İmamdan(ə) eşitdim və öz gözümlə müşahidə etdim. Bir gün bizə xəbər çatdı ki, Zeyd qiyam edib və öldürülübdür. Gördüm onun başını dolandırırlar və İmam(ə) buyurduğu yerdə bir ağacdan asdılar. İmamın(ə) buyurduqlarının dəqiq baş verməsindən çox heyrətləndim. (mənaqib, 3-cü cild. )
    İKİ QEYBİ XƏBƏR
    İmam Sadiq(ə) buyurur: Camat atamın yanına gəlib soruşdular: İmamətin həddi və hüdudu nə miqdardadır?
    İmam buyurdu: Çox böyükdür. Onun yanına daxil olanda ona böyük gözlə baxın, dediklərinə iman gətirin. Sizi hidayət etmək İmamın boynundadır. İmamın bir xisləti var ki, onun yanına bir kəs gəlsə, onun böyüklüyü və heybətinə xatir heç kəs öz gözlərini ona bazmaqla doydura bilməz. Çünki, peyğəmbər də belə idi. İmam da bu cürdür.
    Sual etdilər: İmam öz şiələrini tanıya bilər?
    İmam(ə): Bəli.
    -Biz sizin şiənizik?
    -Bəli, siz hamınız mənim şiələrimsiniz.
    -Şiə olmağımızın əlaməti nədir?
    -Sizin, atanızın, qəbilənizin adın deyim?
    -Bəli.
    İmam onların, atalarının və qəbilələrinin adını onlara dedi. Onlarda qəbul etdilər.
    O zaman İmam(ə) buyurdu: Sizə deyərəm mənə nə sualınız var. Sizin sualınız Allah-təalanın bu sözü barəsindədir ki, belə buyurur:
    «Pak bir ağac kimi ki, kökləri möhkəm və sabitdir, budaqları isə göydədir.»
    Biz sahib olduğumuz elmlərdən şiələrimizin hər birinə veririk.
    İmam sonra buyurdu: Qane oldunuz?
    Cavab verdilər: Biz bundan azınada qane olardıq. (Biharul-Ənvar, 46-cı cild, səh.250. )
    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 690 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024