İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    ONUNCU FƏSİL
    İmam Rzanın(ə) möcüzələri
    ƏRƏB DİLİNİN QEYRİ-ADİ TƏLİMİ
    Əbu İsmail Səndi deyir: Eşitdim Allahın ərəb camaatının arasında bir höccəti var. Onun dalınca getmək üçün Sənd(Biharul-Ənvar, 48-ci cild, səh. 71. ) şəhərindən çıxdım və Əli ibni Musa Rzanın(ə) sorağına yola düşdüm. Onun yanına daxil oldum, belə ki, ərəb dilində ona salam verdim. İmam(ə) da cavabımı Sənd dilində verdi. Həmin dildə onunla danışmağa başladım, o da mənə həmin dildə cavabımı verirdi.
    Ərz etdim: Mən Sənddə eşitdim ki, ərəb camaatının arasında Allahın bir höccəti var məndə onun dalınca hərəkət etdim.
    İmam(ə) Səndi dilində buyurdu: Bəli Allahın o höccəti mənəm. O zaman buyurdu: İstədiyini sual et! Mən də istədiyimi soruşdum. Onun yanından getmək istədiyim zaman ərz etdim ki, mən ərəb dilini bilmirəm, allahdan istə ki, mənə onun elmini ilham etsin, ta ərəb camaatı ilə danışa bilim. Həzrət öz əlini dodaqlarıma sürtdü və ondan sonra ərəb dilindədanışmağa başladım. (Biharul-Ənvar, 48-ci cild, səh. 68. )
    NURUN MÖCÜZƏSİ
    Ravi deyir: Bir gecə İmam Rzanın(ə) hüzuruna getmişdim. Gecənin qaranlığı bütün yeri bürümüşdü. İmam Rza(ə) mənzilin içəri otaqlarının birində idi. Həzrət öz əlini qaldırdı və ev onun əlinin hərəkəti ilə elə işıqlandı ki, elə bil orada on çıraq yanırdı. O zaman bir kişi daxil olmağa icazə istədi İmam(ə) əlini aşağı saldı və ona icazə verdi.(İspaniya şəhərlərindən biri. )
    MÜSTƏSNA OLAN ƏŞRƏFİ
    (Biharul-Ənvar, 49-cu cild, səh. 50.)
    Qəffar deyir: Teys adında bir kişiyə borclu idim. O, pulunu tələb edib, məni sıxışdırırdı. Camaat da onun tərəfini saxlayırdılar. Bu vəziyyətdə peyğəmbərin(s) məscidinə getdim, sübh namazımı qıldım, oradan da İmam Rzanın(ə) evinə yola düşdüm. Evinə yetişdikdə onu minik(Üsule-Kafi, Babe-molode, Əbil Həsən ər Rza(ə). ) üstündə gördüm. Mənə yaxınlaşdıqda dayandı və mənə baxdı. Ona salam verib dedim: Sizə fəda olum, sizin qulamınız Teysə mənim borcum var. Allaha and olsun ki, məni rüsvay edib. Öz-özümə dedim: Mənim bu şikayətimlə Teysə buyurar ki, öz tələbinin israr və sıxışdırmasından əl götürsün.
    Əlbəttə məndə onun tələbinin miqdarını deməmişdim.
    İmam(ə) buyurdu: Otur. Mən gəlirəm. O gün həzrətin evində idim. Ramazan ayı idi və oruc tutmuşdum. Şam namazını qıldım və İmamın gecikdiyinə görə qəmlənmişdim. Qayıtmaq istəyirdim ki, birdən onu və ətrafında olan cəmiyyəti gördüm. Ehtiyacı olanlara kömək edən halda evə daxil oldu və məni çağırdı. Mən də onun hüzuruna yetişib, hər ikimiz oturduq. Mən Mədinənin əmiri ibni Musibdən başladım vaxtın çoxunu onun barəsində danışdıq. Söhbət qurtarandan sonra İmam(ə) buyurdu: Güman edirəm iftar eləməmisən.
    Ərz etdim: Bəli iftar eləməmişəm. Həzrət mənim üçün yemək sifariş verdi və onu yanıma qoydu. Qulamına buyurdu mənimlə yemək yesin. Yeməyimizi yeyib qurtardıqdan sonra, buyurdu: Döşəyi yuxarı qaldır və onun altında hər nə var, götür.
    Qaldırdım. Onun altında əşrəfilər var idi. Onların hamısını götürdüm.
    İmam(ə) buyurdu ki, qulamlardan dörd nəfər məni mənzilimə qədər yola salsınlar.
    Ərz etdim: Sənə fəda olum! İbni Musibin məmurları şəhərdə dolanırlar və mən istəmirəm onlar məni sizin qulamlarınızla görsünlər.
    İmam(ə) buyurdu: Düzdür. Allah səni hidayət eləsin və onlara tapşırdı ki, mən onlara qayıdın dediyim zaman qayıtsınlar.
    Evə qayıdıb ürəyim aram olan zaman onları qaytarıb, evə daxil oldum və işıq altında əşrəfilərə baxıb gördüm 48 əşrəfidir. Belə ki, mənim öorcum 28 əşrəfi idi. Amma onların arasında bir əşrəfinin gözəlliyi mənim nəzərimi özünə cəlb etdi. Onu götürüb işığa tərəf yaxınlaşdırdım. Gördüm onun üstündə aşkar xətt ilə yazılıb: 28 əşrəfi o kişinin borcu və qalanı sənin üçündür. And olsun Allaha! Borcumun miqdarı haqqında heç nə deməmişdim. Şükr olsun aləmləri yaradan Allaha ki, öz vəlisinə izzət bağışlayıb! (Keçmişdə İranda işlənən qızıl pul növü. )
    CƏFƏR BƏRMƏKİNİN AQİBƏTİNDƏN DƏQİQ XƏBƏR
    İmam Rzanın(ə) əshabından biri deyir: Harun Həccə getdiyi il, İmam(ə) da həcc əməllərini yerinə yetirmək qəsdi ilə Mədinədən Məkkəyə yola düşdü. Bir dağa yetişdi ki, yolun sol tərəfində idi və adı «Fariq» idi. Həzrət dağa baxıb buyurdu:
    «Fariq» dağının üstünü düzəldən və dağıdan tikə-tikə olacaq.
    Biz İmamın(ə) bu sözünün mənasını başa düşmədik. İmam (ə) oradan keçən zaman Harunun dövlətinin başçılarından biri olan Cəfər Bərməki o dağın başına gedib, əmr etdi ki, onun üçün orada bir bina tiksinlər, Məkkədən qayıtdığı zaman o dağa çıxıb göstəriş verdi, təzə binanı xarab eləsinlər. İraqa qayıtdıqdan sonra (Harunun əmri ilə) tikə-tikə edildi. (At, dəvə və s... )
    SUYU CƏVAHİRƏ DÖNDƏRMƏSİ
    Səhabələrdən biri deyir: İmam Rzanın(ə) yanına çox miqdarda mal gətirdim. Onlardan şad olmadı. Narahat olub öz-özümə dedim: Bu malların hamısının onun üçün gətirmişəm, amma onda bir şadlıq görmürəm.
    İmam(ə) qulamına buyurdu:
    Su tök.
    Ravi deyir: gördum ki, İmam Rzanın(ə) barmaqlarının arasından teştə qızıl tökülür. Sonra mənə baxıb buyurdu: bu cür olan şəxs, sən onun üçün gətirdiyin şeylərə etina etməz.(Üsule-Kafi, babe-molode, Əbil Həsən ər-Rza(ə) )
    İMAMIN İKİNCİ HƏYATI
    Hərsəmə ibni Əyun deyir: Bir gün İmam Rzanın(ə) yanına getdim. Həzrət Məmunun mənzilində qalırdı. Məmunun evinə gedib daxil olanda gördüm onun ətrafındakılar deyirlər İmam Rza(ə) vəfat edib. Tez özümü onun otağına yetirib daxil olmaq üçün icazə istədim. O zaman Məmunun etimadı olan qulamlarından biri ki, adı Səbih Deyləmi idi, mənə dedi6 Gecə Məmun məni otuz nəfər etimadı olan qulamları ilə birlikdə çağırdı. Mən də onun xidmətinə yetişdim. Belə ki, yandırdığı şamların çoxluğundan gecə-gündüz kimi olmuşdu. Onun qabağında zəhər sürtülmüş xəncərlər var idi. Bizi bir-bir dəvət edib hər birimizdən söz aldı ki, onun əmrinə vəfadar olub müxalifət etməyək və onun müqabilində on kisə qızıl, on dənə xüsusi mülk götürək və onun həyatı zamanında başqa hədiyyələrlə bəhrələnək.
    Onun istədiyi bu idi ki, hər birimiz bu zəhərli xəncərləri götürüb, Əli ibni Musa ər-Rzaya(ə) hücum edib onu tikə-tikə eləyək, onun sümük və tüklərini bir-birinə qatıb, geri qayıdaq.
    Xəncərləri götürüb, onun otağına getdik. Gördük ki, yatağında yatıb danışır. Biz də dediklərini başa düşmürdük. Onun ətrafını şəmşirlərlə mühasirəyə aldılar. Məndə ona baxırdım, ta iş axıra yetişdi və İmamı öz çarpayısına bürüdülər.
    Məmunun yanına getdikdə soruşdu: Nə etdiniz?
    Dedilər: Verdiyin göstərişə əməl etdik. Məmun dedi: Gördüyünüz işi gizlədin.
    Sübh olan zaman Məmun matəm paltarında və əza halında məclisdə oturub əzadarlıq etdi. Sonra ayaq-yalın qalxdı ki, İmama(ə) baxsın. Mən də onun qabağında idim. Onun otağına yetişdikdə bir səs eşidib, titrədi və dedi: Kimdir onun yanında?
    Dedim: Gedin baxın və cavabını mənə deyin.
    Səbih deyir: Tez İmamın(ə) otağına getdim, gördüm İmam(ə) öz mehrabında namaz qılır və zikr edir.
    Qayıdıb Məmuna dedim: Bir nəfər onun mehrabında namaz qılır. Məmun heyrətlənib titrədi və dedi: Məni aldatmısınız. O zaman mənə baxıb, dedi: Sən İmamı(ə) tanıyırsan, get gör onun mehrabında kim namaz qılır?
    Səbih deyir: İmamın(ə) otağına girdim, həzrət buyurdu: Ey Səbih!
    Ərz etdim: Bəli mənim mövlam.
    Dedi: (Onlar istəyirlər ki, Allahın nurunu söndürsünlər, amma Allah öz nurunu kamil edir. Kafirlər onu sevməsələrdə.)
    Məmunun yanına gedib dedim:
    Vallah O, otağında oturub və bu sözləri mənə dedi. Məmun matəm paltarını əynindən çıxartdı.
    Hərsəmə deyir: Bu hadisəni və İmamın(ə) salamat qalmağını eşitməklə Allaha şükr edib İmam Rzanın(ə) hüzuruna yetişdim. Məni görən zaman dedi: Ey hərsəmə Səbih, sənə deyən şeyləri başqasına demə, məgər Allah qəlbiniiman və bizim vilayətimizin məhəbbəti ilə dolduran şəxsə. (Üsule-Kafi, Babe-molode-Əbil Həsən ər-Rza(ə) )
    ÖLÜNÜ DİRİLTMƏK
    Müfid ibni Cuneyd deyir: İmam Rzanın(ə) yanına getdim və dedim: Sizin m.cüzələriniz çoxdur. Onun birini mənim üçün göstər ki, başqaları üçün nəql edim.
    İmam(ə): Nə istəyirsən?
    İstəyirəm ata və anamı dirildəsən.
    İmam(ə): Get evinə mən onların hər ikisini diriltdim.
    Evə getdim, and olsun Allaha hər ikisi diri idilər. On gün yaşadılar sonra Allah-təala onların canını aldı. (Üsule-Kafi, Babe-molode-Əbil Həsən ər-Rza(ə) )
    ƏHMƏD BƏZƏNTİNİN ÜRƏYİNDƏN AGAHLIQ
    Bəzənti deyir: Mən yeddi İmama (ki onların axırıncısı musa ibni Cəfər (ə) idi.) əqidəsi olan kəslərdən idim və buna görə İmam Rzanın(ə) imamətində şəkk etdiyimə görə ona məktub yazıb, suallar soruşdum. Amma öz mühüm mətləbimi soruşmaq yaddan çıxdı.
    Bir neçə müddətdən sonra suallarımın cavabı yetişdi və İmam(ə) buyurdu: Sən mühüm suallarını yaddan çıxartmışdın. Mən də ərz etdim: Yəbnə Rəsulillah, istəyirəm düşmənlərin zərəri yetişmədiyi bir zaman, məni evinə dəvət edəsən.
    İmam(ə) mənim üçün bir minik göndərdi və onun hüzuruna yetişdim. Şam və xiftən namazını onunla qıldım. O zaman İmam(ə) mənə bir çox elmlər öyrətdi. Mən də ondan sual edirdim. Cavab verirdi, ta ki gecənin yarısı keçdi. Sonra öz xidmətçisinə buyurdu: Mən yatdığım yatağı gətir, Əhməd Bəzənti onda yatsın, öz-özümə dedim: Dünyada məndən xoşbəxt adam yoxdur. İmam (ə) mənim üçün minik göndərdi və yanıma gəlib oturdu, sonra öz yatağını mənə verdi. Telə bu fikirdə idim ki, İmam(ə) buyurdu: Ey Əhməd! Sənə etdiyim bu şeylərə görə iftixar etmə. Səsəət ibni Suhan xəstələndi, Əmirəl möminin(ə) ona baş çəkib ehtiram etdi. Əlini alnına qoydu, başını tumarladı. Amma onun yanından qayıtmaq istədiyi zaman buyurdu: Ey Səsəə sənə nisbət gördüyüm işlərə xatir din qardaşlarına iftixar etmə. Çünki, gördüyüm bu işlər mənim borcum idi. (Üyun –Əxbare-Rza, 2-ci cild, səh. 214. Biharul-Ənvar, 49-cu cild, səh. 186.)
    BİR QEYBİ XƏBƏR
    Abdullah ibni Muğeyrə deyir: Mən vaqifiyyə məzhəbinə və yeddinci İmamdan sonra İmamın olmamağına mötəqid idim və bu əqidə ilə həcc əməllərini yerinə yetirmək üçün Allahın evinə yola düşdüm. Məkkəyə getdiyim zaman öz əqidələrim haqqında şəkk etdim. Kəbənin yanına gedib özümü Kəbə evinin qarşısındakı divara yapışdırıb dedim: Ey Mənim Allahım! Sən mənim istəyimdən agahsan! Məni ən gözəl və ən düzgün məzhəbə hidayət et!
    Elə o yerdə ürəyimə düşdü ki, İmam Rzanın(ə) hüzuruna gedəm. Mədinəyə gedib. Mədinəyə gedib onun evinə yola düşdüm. O həzrətin evinə çatandan sonra onun qulamına ərz etdim: Mövlana de ki, İraq əhlindən bir kişi evin qapısında durub. Birdən o həzrətin səsini eşitdim ki, buyurdu:
    İçəri daxil ol! Ey Abdullah ibni Muğeyrə. Daxil oldum. İmam(ə) mənə baxdıqda buyurdu: Allah sənin duanı müstəcab edib öz dininə hidayət etdi.
    Dedim: Şəhadət verirəm ki, sən xəlqə Allahın höccət və əminisən.(Biharul-Ənvar, 49-cu cild. Səh. 60. )
    SUALDAN QABAQ CAVAB
    İsmail ibni Mehran deyir: Bir gün mən Əhməd Bəzənti ilə İmam Rzanın(ə) yanına gedirdik ki, onun yaşını soruşmağı yadıma sal.
    Mən hey istəyirdim onun yadına salam, amma yadımdan çıxarırdım.
    İmamın(ə) yanına gedib, salam verib oturduqdan sonra, İmam(ə) üzünü ona çevirib buyurdu: Ey Əhməd, neçə il sənin ömründən keçib?
    Əhməd: Otuz doqquz il.
    İmam buyurdu: Amma mənim otuz dörd il ömrümdən keçib. (Biharul-Ənvar, 49-cu cild, səh. 48. )

    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 692 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024