İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    ON BİRİNCİ FƏSİL
    İmam Cavadın(ə) möcüzələri
    İMAM CAVADIN(Ə) ÇƏLİYİ
    «Mühəmməd ibni Əbi Əla» deyir: Öz zamanında böyük alimlərdən olan. Samirranın qazisi Yəhya ibni Əksəmdən xəbər tutdum. Onun yanına gedib onunla münazirə etməyə başladım. Onunla münazirə etdikdən sonra dedi: Bir gün Məscüdün-nəbiyə gedib ziyarət edirdim, elə bu zaman Peyğəmbərin(s) məzarını ziyarət edən Mühəmməd ibni Əlini(ə) (İmam Cavad) gördüm. Ona bir neçə sual verdim, o da cavabları verdi. Sonra ona dedim: And olsun Allaha bir sual etmək istəyirəm ancaq çox utanıram.
    İmam: Sual etməmişdən qabaq sənin cavabını verirəm. Sənin sualın budur ki, zəmanənin İmamı kimdir?
    Dedim: And olsun Allaha! Elə mənim sualımda bu idi.
    İmam buyurdu: Zəmanənin İmamı mənəm.
    Mən dedim: İmamlıq əlamətin nədir?
    İmamın əlində bir çəlik var idi. Allahın izni ilə dilə gəlib dedi: ***
    Həqiqətən, o mənim mövlam, bu zamanın İmamı və Allahın höccətidir. (Üyunul-Əxbar, 2-ci cild, səh. 218. Biharul-Ənvar, 49-cu cild, 39-cu səh. )
    QURUMUŞ AĞACI BARA GƏTİRMƏK
    İmam Cavad(ə) Kufə şəhərinin küçələrindən birində olan musibin evinə (məscidə) daxil oldu. O evin həyətində qurumuş və bar verməyən bir (sidr) ağacı var idi. İmam bir kuzə su istədi. O su ilə ağacın dibində dəstəmaz alıb, məğrib və işa namazını qıldı. Sonra isə iki dənə şükr səcdəsi etdi. Bundan sonra o ağac yarpaqlanıb meyvə gətirdi.
    Camaat təəccüblənib, onun meyvəsindən meyl etdikdə onun şirin olduğunu anladılar.(Biharul-Ənvar, 49-cu cild, səh. 50. )
    TEYYÜL-ƏRZ
    Əli ibni Xalid deyir: Zeydi məzhəbindən olan Mühəmməd deyir: Mən Samirrada idim. Bu zaman əli bağlı bir kişinin ora gətirildiyindən xəbər tutdum. Onu gətirənlər deyirdilər: Bu kişi Peyğəmbərlik iddiası etdiyi üçün tutmuşuq(Ancaq belə bir iddia etməmişdi.).
    Əli ibni Xalid deyir: Mən zindana gedib, oranın qoruyucuları ilə mehriban rəftar edib özümü o kişinin yanına yetirdim. Ona yaxınlaşdıqda, onun ağıllı bir insan olduğunu anladım. Ona dedim: Ey kişi! Səni nə üçün tutublar?
    Dedi: Mən Şamda Rəsul-Hüseyn(ə) adlanan yerdə ibadət edirdim. İbadət halında ikən bir kişi (İmam Cavad(ə)) mənə yaxınlaşıb dedi:
    Qalx gedək. Onunla yola düşdükdə bir anda özümü Kufə məscidində
    Gördüm. Mənə dedi: Bu məscidi tanıyırsan? Bəli, deyə ona cavab verdim. Bu Kufə məscididir. O namaz qılmağa başladı. Mən də ona qoşuldum, birdən özümü Mədinədə Peyğəmbərin (s) məscidində gördüm. O, peyğəmbərə salam verdi, mən də təkrar etdim, namaz qıldı, mən də qıldım. Salavat göndərdi. Elə bu zaman özümü Məkkədə gördüm. O dayanmadan Həcc mərasimlərini yerinə yetirirdi. Mən də onunla bərabər əməl edirdim. Elə bu zaman özümü əvvəlki yerimdə (Şamda) gördüm.
    Gələn il gəlib yenə həmin işləri gördüm. Şama qayıtdıqda məndən ayrılmaq istədikdə ona dedim:
    Sənə and verirəm, o kəsə ki, bütün bu qüdrəti sənə veribdir. Kim olduğunu mənə de! O buyurdu: Mən Mühəmməd ibni Əli ibni Musayam.
    Bu xəbər şəhərdə yayıldı. Muhəmməd ibni Əbdül-Məlik Ziyad bu xəbəri eşitdikdə məni tutub İraqa göndərdi.
    Əli ibni Xalid deyir: Mən ona dedim: Başına gələnləri Əbdül Məlikə çatdır. O da Əbdül Məlikə çatdırdı.
    Əbdul Məlik onun cavabında belə yazdı: Sənin Şamdan Kufəyə, Kufədən Mədinəyə oradanda Məkkəyə aparan şəxsə denən səni azad etsin.
    Əli ibni xalid: Mən onu bu halda gördükdə narahat oldum, ona təskinlik verib, səbrli olmağa dəvət etdim. Səhər onu görməyə getdikdə zindan işçilərinin və camaatın ora yığışdıqlarını gördüm.
    Dedim: Nə olubdur?
    Cavab verdilər: Peyğəmbərlik illiası edən kişi dünən axşam zindandan yox olubdur. Məlum deyil yer aralanıb yerə girib, yoxsa bir quş olub uçubdur. (Üsule-Kafi, 9-cu cild. Biharul-Ənvar, 50-ci cild, səh.69. ) (Onu İmam azad etmişdi.)
    KOR İNSANIN ŞƏFASI
    Mühəmməd ibni Meymun deyir:
    İmam Rza(ə) Xorasana getməmişdən qabaq onunla birlikdə idik, ona dedim: Mən Mədinəyə gedirəm, bir məktub yaz oğlun Mühəmməd Təqiyə(ə) çatdırım.
    İmam gülümsəyib, sonra bir məktub yazdı. Məktubu alıb Mədinəyə tərəf yola düşdüm. O zaman mənim gözlərim görmürdü. Mədinəyə çatdıqda İmam Cavadın xadimi onu mənim yanıma gətirdi. O hələ beşikdə idi. Məktubu ona verdim. Öz xadiminə (müfiq) onu açmasına əmr etdi. Xadim məktubu açdı. O Həzrət ona bir nəzər saldıqdan sonra mənə tərəf üz tutub buyurdu: Ey Mühəmməd gözün necədir?
    Mən dedim: Ey Rəsulullahın nəvəsi! Gözlərim xəstələnibdir. Artıq görmür. Elə belə gördüyünüz kimidir.
    Həzrət əlini gözlərimə çəkdi. Gözlərim öz əvvəlki halına qayıtdı. Əl-ayağından öpüb, geri qayıtdım. Gözlərim hələ də görür. (Üsule_Kafi, babe molode Əbi Cəfər Mühəmməd ibni Əli əssani. Biharul-ənvar 50-ci cild, səh 57. )
    İTMİŞ BİR ŞEYİ HÜZURA ÇAĞIRMAQ
    Qasim ibni Möhsün deyir: Məkkə Mədinə yolunda idim. Çöldə yaşayan zəif və arıq bir ərəb mənim yanımdan keçirdi. Məndən bir şey istədi. Mən də bir parça çörək verdim. Elə o yanımdan keçən zaman güclü bir külək əsməyə başlayıb, başımdan əmmaməmi götürüb apardı. Nə qədər axtardımsa tapa bilmədim. Mədinəyə yetişdim. İmam Cavadın(ə) mənzilinə girdikdə İmam buyurdu: Ey Qasim əmmamən yolda itdi?
    Cavab verdim: Bəli.
    İmam öz qulamına buyurdu: Onun əmmaməsini gətir. Qulam mənim əmmaməmi gətirdi.
    Mən dedim: Ey Peyğəmbərin övladı! Mənim əmmaməm sizin yanınızda hardandır?
    İmam(ə) buyurdu: Sən o ərəbə kömək etdin Allah da səndən təşəkkür edib, əmmaməni özünə qaytardı və Allah yaxşı iş görənlərin haqqlarını hədərə verməz. (Üsule-Kafi, babe-molode, Əbi Cəfər Mühəmməd ibni Əli, 1-ci cild. )
    YERİN XƏZİNƏLƏRİNİN ONUN İXTİYARINDA OLMASI
    İsmail ibni Abbas deyir: bir gün İmam Cavadın (ə) yanına gedib, gəlirimdən ona şikayət etdim. İmam ayağa qalxıb yerdən qızıl qılınc götürüb, mənə verdi. Onu bazara apardım. 16 misqal qiyməti idi. (Biharul-Ənvar, 50-ci cild, səh. 46. )
    ATIN HAMİLƏ OLMASINDAN XƏBƏR VERMƏK
    İbrahim ibni Səid deyir: Mühəmməd ibni Əli Cavadın(ə) yanında idim. Bir dişi at bizim yanımızdan keçdi. İmam ona baxıb buyurdu: Bu axşam bu dişi at bir dişi bala doğacaqdır, alnında və sifətində bir ağlıq vardır.
    İmamdan icazə alıb getdim. O atın sahibi ilə söhbət edirdik. Axşam oldu. O at İmam buyurduğu kimi bir dişi bala dünyaya gətirdi. İmam Dediyi sifətlərin hamısı onda var idi.
    İmamın yanına gəldim. İmam buyurdu: Ey İbrahim ibni Səid! Dünən dediklərimdən şübhələnirdin? Sənin evində olan qadın hamilədir. Bir oğlan övladı dünyaya gətirəcəkdir. Bir gözüdə görməyəcəkdir.
    İbrahim deyir: And olsun Allaha həyat yoldaşım bir uşaq dünyaya gətirdi, bir gözü də kor idi. (Biharul-Ənvar, 50-ci cild, səh 47. )
    İMAM MÜHƏMMƏD TƏQİNİN QIZI HƏKİMƏ
    İmam Muhəmməd Təqinin qızı Həkimə deyir: Bir gün Ümmül Fəzl (Məmunun qızı və İmam Cavadın həyat yoldaşı) mənə dedi: Səni təəccüblü bir işdən xəbərdar etməyimi istəyirsənmi?
    Bəli! Deyə, cavab verdim.
    O, dedi: Mən həmişə İmamdan gözdə-qulaqda idim və çox ağır sözlər deyirdi. Qızım, dözməlisən ərin peyğəmbər övladıdır. Bir gün bir qız qapını döyüb, içəri girib, mənə salam verdi. Ondan kim olduğunu soruşdum.
    Dedi: Əmmar Yasirin övladlarındanam və İmamın həyat yoldaşıyam.
    Çox narahat oldum, çıxım səhraya qaçmaq istədim. O gedəndən sonra atamın yanına gedib olanları ona anlatdım. Atam isə məst və kefli idi. Öz qulamına dedi: Qılıncımı gətir. Qılıncı alıb öz atına minib, dedi: And olsun Allaha! Gedib onu öldürəcəyəm. Atamı bu halda görəndə şikayət etdiyimə də peşman oldum və öz ərimi ölümə verdiyimi başa düşdüm. Atam İmamın evinə gedib onu qılınc ilə tikə-tikə etdi və mən də qaçıb gizləndim. Hətta səhərə qədər oyaq qaldım. Sübh tezdən atamın yanına gedib dedim:
    Axşam nə etdiyini bilirsənmi?
    Cavab verdi: Xeyr.
    Mən dedim: İmam Rzanın(ə) oğlunu öldürmüsən!Məmun bunu eşidəndə narahat oldu. Huşdan gedib, yerə yıxıldı. Ayılandan sonra dedi: Vay olsun sənə! Nə deyirsən7
    Dedim: Onun evinə gedib, qılınc ilə öldürdün.
    Məmun çox narahat olub öz qulamı «Yasirə» dedi: Get bu haqda axtarış edib, bizə bir cavab gətir.
    Yasir İmamın evinə getdi. Mən isə özümü döyürdüm. Yasir tezliklə qayıdıb dedi: Müjdə! Ey əmir! Onun yanına getdim, o oturmuşdu əynində də ağ bir köynək var idi. Mən onun bədənində qılınc yarası görmədim! (Biharul-Ənvar, 50-ci cild, səh 49. )
    EYVANIN ŞİDDƏTLİ ŞƏKİLDƏ SİLKƏLƏNMƏSİ
    Mötəsim öz vəzirlərindən bir dəstəsini hüzura çağırıb, dedi: Siz Mühəmməd ibni Əlinin(ə) əleyhinə yalandan şəhadət verib, onun bizim əleyhimizə qiyam etmək istədiyini deyin. Onlar qəbul etdilər. Mötəsim İmamı(ə) çağırıb dedi: Sən mənim əleyhimə qiyam etmək istəyirsən.
    İmam(ə) dedi: Mən bu haqda heç bir iş görməmişəm.
    Mötəsim: Filan kəslər sənin bu işin haqqında şəhadət verirlər. Onları məclisə çağırdı. Onlar şəhadət veribdedilər: Bu sənin qiyamın haqqında yazdığın məktublardır. Biz bunları sənin qulamlarından almışıq.
    Ravi deyir: İmam eyvanda oturmuşdu. Üzünü yuxarı tutub dedi: Ey Allah! Əgər bunlar yalan deyirlərsə, onlara əzab et. Gözlənilməz bir halda eyvan silkələnməyə başladı, ayağa qalxmaq istəyən hər bir kəs yerə düşürdü. Mötəsim dedi: Ey peyğəmbərin övladı! Mən dediklərimdən peşman oldum, tövbə edirəm. Dua et Allah bu eyvanın silkələnməsinin qabağını alsın.
    İmam(ə) dedi: Pərvərdigara, bu eyvanı sakitləşdir. Sən özün yaxşı bilirsən ki, bunlar sənin və mənim düşmənlərimdirlər. Elə bu zaman dayandı.(Biharul-Ənvar, 50-ci cild )

    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 696 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024