İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    ON İKİNCİ FƏSİL
    İmam Hadinin(ə) möcüzələri
    İMAM HADİNİN(Ə) HEYRƏTEDİCİ ORDUSU
    Bir gün Mütəvəkkəl İmam Hadini(ə) qorxutmaq üçün böyük bir qoşun yığıb manovra keçirtməyə başladı. Samirrada olan türk qoşunlarından 1000 nəfərinə əmr verdi ki, atlarının ağzılarında olan torbalara (kisələrə) torpaq doldurub, geniş bir yerə töksünlər. Onlar əmrə itaət etdilər. Nəticədə dab kimi böyük bir təpə yarandı. O təpənin adını təlle-fəhali (torbalar təpəsi) qoydular. Sonra Mütəvəkkəl oraya çıxıb, İmamı da oraya dəvət etdi.
    İmam ora çıxandan sonra Mütəvəkkil ona dedi: Səni bura çağırmışam ki, mənim ordumu müşahidə edəsən. Mütəvəkkil öz ordusuna əmr vermişdi ki, döyüş geyimləri geyib, təpənin aşağısında hərəkət etsinlər. Onun bu işdən hədəfi, onun əleyhinə qiyam etmək istəyənləri qorxutmaq idi. Əlbəttə O İmamdan daha çox qorxurdu.
    İmam bunu görüb, onun hədəfindən agah olub dedi: İstəyirsən mən də öz ordumu sənə göstərim?
    Mütəvəkkil: Bəli.
    İmam Allahı çağırıb, dua etdi. Birdən yer və göy silahlanmış mələklərlə doldu. Bunu görəndə Mütəvəkkilin ürəyi getdi. Ayılan kimi İmam ona dedi: Biz dünya işlərində səninlə işimiz yoxdur. Bəlkə axirət işləri ilə işimiz var. Elə buna görə də başqa şey fikirləşmə. (Məhcüd-dəəvat. Müntəhal-Amalın xülasəsi. )
    YAŞIL BAĞLAR
    Saleh ibni Səid deyir: İmam Hadinin(ə) hüzuruna gedib dedim: Qurbanın olum! Bu hökumət bütün işlrində sizi yox edib, alçaltmaq istəyirlər. Sizə ev verdiyi bu saray da dilənçi və fəqirlərin sarayıdır.
    İmam buyurdu: Ey Səidin oğlu! Sən də belə fikirləşirsən? Sonra əli ilə işarə edib, buyrdu: Bax!
    Mən ora baxdım. Yam-yaşıl bostanlar, cürbə-cür meyvələri olan bağlar gördüm. O bağlarda gözəl və ətirli qızlar və mirvari öz sədəfində olduğu kimi nur saçan oğlanlar vır idi. Orada quşlar və ceyranlar da var idi. Bunlar mənim gözlərimi qamaşdırdı. Elə bu zaman İmam buyurdu: Biz harada olsaq, bunlar bizim üçün hazırdılar. Biz fəqirlərin saraylarında deyilik.(Müntəhal-amal)
    TEYYÜL-ƏRZ
    İshaq Cəllab deyir: İmam(ə) üçün çoxlu qoyun aldım. Elə bu zaman İmam məni öz yanına çağırıb, məni geniş bir yerə apardı. Mən oranı tanımırdım. İmam əmr verdi ki, qoyunları bir neçə nəfərə paylayım. Mən də bunu etdim. Oğlu Əbu Cəfər, onun anası və başqaları üçün də saxladım. Sonra «Tərviyə» günü (zilhiccə ayının səkkizinci günü) İmamdan Bagdada qayıtmaq üçün icazə istədim.
    İmam belə cavab verdi: Sabah da qal birisi gün gedərsən. Mən orada qaldım. Ərəfə gününü orada keçirtdim. Qurban bayramı axşamında onun evinin eyvanında yatdım. Səhər tezdən İmam mənim yanıma gəlib buyurdu: Ey İshaq! Qalx! Mən ayağa qalxıb gözümü açdıqda özümü Bağdadda öz evimdə gördüm. Atamın və dostlarımın yanına gəlib dedim: Ərəfə günü Samirrada idim, qurban bayramı günü isə Bağdadda. (Biharul-Ənvar, 50-ci cild, səh. 22)
    QEYBDƏN BİR NEÇƏ XƏBƏR
    Kufəli Əli ibni Mühəmməd deyir: Mühəmməd ibni Fərəc mənə dedi: İmam Hadi(ə) mənə belə yazdı: Ey Mühəmməd! İşlərini düzəlt və özündən muğayat ol. Mən özümü və işlərimi düzəldirdim. Ancaq İmamın bu məktubu yazmaqda məqsədini bilmirdim. Elə bu zaman Misirdən bir nəfər gəlib, məni qolu bağlı apardı. Bütün var-dövlətim talan oldu. Özüm də 8-il zindanda qaldım. Sonra zindanda ikən İmamdan yeni bir məktub aldım. O məktubda belə yazılmışdı: Ey Mühəmməd! Bağdad tərəfdə ev tikmə. Məktubu oxuyub dedim: Mən zindandayam və İmam isə mənə belə yazır. Çox təəccüblüdür. Bir müddətdən sonra azad oldum və öz mülküm haqqında sual etdim.
    İmam mənə belə cavab yazdı: Tezliklə sənin mülkünü qaytaracaqlar və əgər qaytarmasalar da sənə bir ziyan yetirməyəcəklər.
    Mühəmməd ibni Fərəc Samirraya tərəf hərəkət etdikdə onun üçün bir məktub gəlib, mülkünün ona qaytarıldığını yazırdı. Ancaq məktub ona çatmamışdan qabaq dünyasını dəyişdi. (Üsule-Kafi: Babe molode, Əbul Həsən Əli ibni Mühəmməd )
    MÜTƏVƏKKİLİN MƏCLİSİNDƏ OLAN YIRTICI ŞİRLƏR.
    Hindistandan gələn bir sehrbaz, Mütəvəkkilin yanına gəlib Heyrətedici şeylər göstərirdi. Özü sehrbazlardan olan Mütəvəkkil İmam Hadini(ə) alçatmaq istəmədi. Elə buna görə də o sehrbaza dedi: Əgər onu alçatsan, sənə min dinar verəcəyəm.
    Sehrbaz dedi: Birsüfrə aç. O süfrəyə nazik və kiçik çörəklər qoy. İmam Hadini(ə) oraya dəvət et. Məni də onun yanında oturt.
    Mütəvəkkil bir süfrə açıb, İmamı ora dəvət etdi. Orada üzərində şir şəkli olan bir balış var idi. Sehrbaz elə bir şey etdi ki, çörək İmamın qabağından o tərəfə çəkildi. İmam başqa bir çörəyi götürmək istədikdə yenə o iş təkrar oldu və məclis əhli İmama gülməyə başladılar.
    İmam(ə) əlini balışda olan şir şəklinə vurub dedi: Tut onu! Şir balışın üzərində sıçrayıb o sehrbazı udub, yenə balışın üzərinə döndü.
    Bütün məclisdə olanlar heyrətə gəldi. İmam qalxıb getmək istədi. Mütəvəkkil ona dedi: Səndən oturub, o sehrbaz kişini geri qaytarmağını istəyirəm. İmam(ə) buyurdu: And olsun Allaha, bir daha onu görməyəcəksiniz. Allahın düşmənlərini onun dostlarından üstün tutmaq istəyirsən? İmam o məclisdən çıxdı. O kişi bir daha görünmədi. (Üsule-Kafi, Babe-molode Əbul Həsən Əli ibni Mühəmməd )
    BİR CAVANIN ÖMRÜNÜN BAŞA ÇATMASINDAN XƏBƏR
    Cəfər ibni Qasim deyir: Xəlifənin övladlarından biri üçün bir məclis tutub bizi də dəvət etmişdilər. İmam Hadi(ə) da orada idi. Məclis əhli İmamı görəndə onun ehtiramına xatir sakit oldular. Ancaq bir cavan ona hörmət etməyib gülməyə başladı.
    İmam(ə) ona üz tutub, buyurdu: Allahı yadından çıxartmısan. Üç gündən sonra isə qəbrdə sakit olacaqsan!
    İmamın imamlığına etiqadı olmayan Cəfər ibni Qasim dedi: Bu xəbər İmamın haqq olduğuna dəlil olacaqdır.
    O cavan İmamın sözlərini eşitdikdən sonra, sakit oldu. Biz yemək yeyib, məclisi tərk etdik. Sabahısı gün o cavan xəstələndi, üçüncü gün isə vəfat etdi. Həmin gün axşamçağı isə dəfn olundu. (Biharul-Ənvar, 50-ci cild, səh. 146. )
    TƏƏCCÜBLÜ BİR XƏBƏR
    Əbu Haşim Cəfəri deyir: Zülmkar «Vasiq»in (Abbasilərin doqquzuncu xəlifəsi) hökumət vaxtı idi. Vasiqin Türk qoşunlarından birinin başçısı olan «Buğa», Mədinəyə gəlib çöldə yaşayan ərəbləri axtarırdı. İmam Hadi (ə) buyurdu: Bizimlə gəlib Buğanın qoşununa baxın. Onun qoşununa baxmaq üçün hamılıqla eşiyə çıxdıq. Qoşun bizim qabağımızdan keçdi və onun türk başçısı da bizim qabağımızdan keçmək istəyəndə İmam türk dilində onunla söhbət etdi. O, türk dlində olan bu sözləri İmamdan eşidən kimi atdan düşüb İmamın atının ayağından öpdü. Mən onun yanına gedib, ona and verdim ki, İmamın dediklərini mənə də desin.
    O mənə belə cavab verdi: O peyğəmbərdir?
    Dedim: Yox! O peyğəmbər deyil.
    O dedi: O (imam) məni uşaqlıqda öz yerimdə olduğum ad ilə çağırdı. Mənim bu adımı indiyə kimi heç kimsə bilmirdi. (Əlamülvəra, səh.346. Biharul- Ənvar, 50-ci cild, səh. 182. )
    ÖLÜ HEYVANI DİRİLTMƏK
    İmam Hadi(ə) Həcc mərasimini yerinə yetirib geri qayıdırdı. Yolda ölü ulağın yanında durub ağlayan Xorasanlı (məşhəd) bir kişiyə rast gəldi. O ağlayıb deyirdi: Mən mallarımı nəyə yükləyim?
    İmam onun yanıdan keçəndə, ona dedilər: Ey İmam, bu xorasanlı kişi sizin aşiqlərinizdəndir. Yarı yolda qalıbdır. İmam onun ölmüş ulağına yaxınlaşıb dedi: Bəni İsrailin inəyi Allah yanında məndən əziz deyil (onun ətinin bir tikəsini ölüyə sürtdülər, o dirildi). Sonra sağ ayağını o ulağa vurub buyurdu: Allahın izni ilə qalx! Ulaq ayağa qalxdı. Xorasanlı kişi mallarını ona yükləyib yola düşdü. İmam hərəkət etdikdə camaat barmağı ilə onu östərib deyirdilər: Bu Xorasanlı kişinin ulağını dirildən şəxsdir. (Əlamül vəra, səh.343, Biharul-Ənvar, 90-cı cild, səh 124. )

    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 884 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024