İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Xümsün hökmləri

    Xümsün hökmləri
    İKİNCI FƏSIL
    MƏFHUMLAR VƏ TERMİNLƏR
    "MƏUNƏ” SÖZÜNÜN MƏFHUMU
    Sual 6: "Məunə” söüzünün mahiyyət və məfhumunu izah edin.
    İnsan həyatındakı xərclərə "məunə” deyilir. Onun aşağıdakı yönümləri var:
    1. Şəxsi xərclər. Məsələn: Yemək, geyim, ev, yaşayış vasitələri, minik vasitələri, təhsil vasitələri, kompüter, evlənmə xərcləri və s.
    2. Hədiyyələr. Məsələn: Xeyriyyə, sədəqə, caizələr və s.
    3. Vacib və müstəhəb həcc səfərinin xərcləri, ziyarət səfəri, gəzinti və istirahət.
    4. Öhdədə olan haqlar. Məsələn: Diyə, vergi və kəffarə.("Ürvətül-vüsqa”, 2-ci cild, kitabül-xüms, 61-ci məsələ.)
    Qeyd: İnsanların ehtiyaclarından əlavə olan xərclər "məunə” hesab olunmur. Beləliklə, ilin başlanğıcınadək el arasında israf hesab olunan və deyilənlərdən artıq xərclərin xümsü ödənməlidir.
    XÜMS VƏ VERGİ
    Sual 7: Xüms ilə verginin fərqini bəyan edin.
    "Xüms” ilahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi mötəbərdir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.199; Məkarim, "İstifataat”, 1-ci cild, səh.333; Təbrizi, "İstiftaat”, səh.853; Safi, "Camiul-əhkam”, 2-ci cild, səh.732; Sistani, Vəhid, Xamənei, Fazil, Nuri və Behcətin katibliyi.)
    MÜSALİHƏ
    Sual 8: "Müsalihə” sözünü izah edin.
    Əgər bir şəxs xümsün vacib olub-olmaması və ya onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə bağlı öhdəçilik götürsə, həmin maldan istifadə üçün şəri hakim və ya onun nümayəndəsinə müraciət edə bilər. Beləcə, şəri hakim bu şəxsə münasib miqdarla keçinər və ya onun borclu qalmasını qəbul edər. Bu əməl "müsalihə” adlanır.("Tovzihul-məsaili mərace”, 1791 və 1792-ci məsələ; "İstiftaat”i–Təbrizi, səh.970.)
    XÜMS İLİ
    Sual 9: Xüms ili nədir?
    İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü imam (ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə camiuş-şərait fəqihə verilməlidir. Əlbəttə ona 1 il gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axrınadək ödəməlidir. Bu göstəriş əslində insan yaşayışında bir növ asanlıq sayılır. Bu bir illik fürsətə "xüms ili” və ya "vergi” ili deyilir.("Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ.)
    ÖDƏYİB BORC GÖTÜRMƏK
    Sual 10: Ödəyib borc götürmək nədir?
    Şəxs əmlakına vacib olmuş xümsü bir dəfəyə ödəyə bimədikdə və ya bu işdə çətinlik çəkdikdə onu cameuş-şərait müctəhid və yaxud onun nümayəndəsinə verir; sonra həmin məbləği ondan borc alır və tədricən ödəyir. Bu iş "ödəyib borc götürmək” adlanır.(Təbrizi, "İstiftaat”, səh.882; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.902; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.773, 774; Xamenei, "Əcvibə”, səh.924)

    ÜÇÜNCÜ FƏSIL
    MAAŞ VƏ GƏLİR XÜMSÜ
    MAAŞ ALANLARIN XÜMSÜ
    Sual 11: Dövlət işçilərinin maaşına xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.("Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1748-ci məsələ; Xamenei, Əcvibə, səh.995; Vəhid, "Tovzihul-məsail”, 1760-cı məsələ.)
    Sual 12: Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?
    Bütün müctəhidlərin rəyi: Bir başa bankdakı hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.273; Sistani, Behcət, Məkarim, Xamenei, İmam (r), Təbrizi, Safi, Vəhid və Fazilin katibliyi.)
    Sual 13: Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim. Mənim maaşıma xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.(Xamenei, "Əcvibə”, səh.990; bütün müctəhidlərin katibliyi.)
    İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyin təsiri yoxdur.
    İBTİDAİ SİNİF MÜƏLLİMİNİN XÜMSÜ
    Sual 14: İbtidai sinif müəllimiyəm. Bir il ötdükdən sonra aldığım maaşın artıq qalan hissəsinin xümsünü ödəməliyəm, yoxsa yox?
    Bütün müctəhidlərin rəyi: Bəli, bu pula xüms düşür.("Tovzihul-məsahili mərace”, 1752-ci məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.369; Xamenei "Əcvibə”, səh.995; Vəhid, "Tovzihul-məsail”, 1760-cı məsələ.)
    TƏLƏBƏNİN QAZANCININ XÜMSÜ
    Sual 15: Ailəsinin himayəsində olan tələbənin gəlirinə xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: İş qazancından toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.("Tovzihul-məsail mərace”, 1757-ci məsələ; Nuri, "Tövzihul-məsail”, 1753-cü məsələ; Xamenei, "Əcvibə”, səh.996; Vəhid, "Tovzihul-məsail”, 1765-ci məsələ.)
    Qeyd: Hədiyyə kimi gəlirlərin hökmü hədiyyənin xümsü hissəsində aydınlaşdırılacaq.
    TƏLƏBƏ TƏQAÜDÜNÜN XÜMSÜ
    Sual 16: Universitetin verdiyi təqaüdə xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.("Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1748-ci məsələ; Xamenei, "Əcvibə”, səh.995; Vəhid, "Tovzihul-məsail”, 1760-cı məsələ.)
    Qeyd: Haqqında danışılan tələbələr nəzərdə tutulan müddətdə universitet və ya müvafiq nazirlik tərəfindən maaş alıb öhdəçilik götürürlər ki, təhsillərini başa vurduqdan sonra həmin maaş müqabilində xidmət göstərsinlər. Bu sayaq maaş digər gəlirlərdən fərqlənmir və ona da xüms tətbiq olunur.
    TƏLƏBƏYƏ YARDIMIN XÜMSÜ
    Sual 17: Universitetdə təhsil zamanı kömək məqsədi ilə alınan pula xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Xeyr, xüms düşmür.(İmam (r) "İstiftaat”, 1-ci cild, səh.165; Xamenei, "Əcvibə”, səh.974; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.527; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.850; Behcət, "Tovzihul-məsail”, 1379-cu məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.332; Təbrizi, "Siratun-nəcat”, 1-ci cild, səh.1389; Sistani, Xüms; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.727; Vəhidin katibliyi.)
    Qeyd 1: Tələbə üçün olan yardım təhsil müddətində ona verilən borcdur. Bir neçə il sonra bu borcun müəyyən hissəsi alınır.
    Qeyd 2: Təhsilə göstərilən yardım bir hissəsi xərcləndikdən sonra büdcədə toplanarsa onun özünə və qazancına xüms düşür.
    Qeyd 3: Təhsilə edilən yardımdan əldə olunan gəlir xüms ilindən artıq qalarsa ona xüms düşür.
    ZƏHMƏT HAQQININ XÜMSÜ
    Sual 18: Tələbənin zəhmət haqqına xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Bəli, universitetdə görülən iş və araşdırma müqabilində alınan məbləğ xüms ilindən artıq qalarsa ona xüms düşür.("Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1748-ci məsələ; Xamenei, "Əcvibə”, səh.995; Vəhid, "Tovzihul-məsail”, 1760-cı məsələ.)
    ŞƏHİD AİLƏSİNİN XÜMSÜ
    Sual 19: Şəhid ailələrinə yardım cəmiyyəti tərəfindən onlara verilən maaşa (ildən artıq qaldıqda) xüms düşürmü?
    İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.197; Xamenei, "Əcivbə”, səh.949; Nuri, "İstiftaat”, 2-ci cild, səh.353.)
    Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən xüms düşür.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.118; Behcət, "Tovzihul-məsail”, 1377-ci məsələ; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.335.)
    Sistani və Safi: Bəli, xüms düşür.(Sistani, "Tovzihul-məsail”, 1723-cü məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.629.)
    Təbrizi və Vəhid: Artıq qalan məbləğ çox olduqda xüms düşür.(Təbrizi, "Tovzihul-məsail”, 1762-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1761-ci məsələ.)
    Qeyd 1: Şəhid ailələrinin maaşı iş müqabilində əldə olunan gəlir yox, bir növ hədiyyədir. Bu səbəbdən də bu barədə fəqihlərin fətvaları müxtəlifdir.
    Qeyd 2: Şəhid ailələrinin maaşından əldə olunan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.
    Qeyd 3: Ayətullah Nuri belə deyir: Hədiyyə hesab olunarsa, xüms düşür.
    TƏQAÜDÜN XÜMSÜ
    Sual 20: İşçilərin təqaüdünə nə vaxt xüms düşür?
    İmam (r), Sistani və Vəhid: Müqaviləyə əsasən, maaş təqaüdə çıxdıqdan sonra alınarsa, ilin gəlirindən hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür. İş dövrü maaşın bir miqdarı saxlanılıb, təqaüdə çıxdıqdan sonra verildikdə onun xümsü dərhal verilməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.130, 134; Sistani və Vəhidin katibliyi.)
    (İmam (r), Sistani və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Təqaüd maaşı həmin təqaüd ilinin gəliri hesab olunur və ildən artıq qaldıqda xüms düşür.(Məkarim, "Tovzihul-məsail”, 1524-cü məsələ; Təbrizi, "İstiftaat”, səh.899; Xamene, "Əcvibə”, səh.871; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.864; Behcət, Safi və Nurinin katibliyi.)
    TƏXİRƏ SALINMIŞ MAAŞIN XÜMSÜ
    Sual 21: Ötən il təxirə düşüb, bu il verilən maaşın xümsü dərhal ödənməlidirmi?
    (Sistani, Vəhid və Təbrizidən başqa) bütün müctəhidlərin rəyi: Xeyir, təxirə düşmüş maaş əldə olunan ilin gəliri hesab olunur. Xüms ilindən artıq qaldıqda ona xüms düşür.(İmam (r) "İstiftaat”, 1-ci cild, səh.141; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.839; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.622; Xamenei, "Əcvibə”, səh.898; Nuri, Behcət və Məkarimin katibliyi.)
    Sistani: Bəli, onun xümsü dərhal ödənməlidir.(Sistaninin katibliyi.)
    Vəhid: Vacib ehtiyata əsasən onun xümsü dərhal ödənməlidir.(Vəhidin katibliyi.)
    Təbrizi: Xüsusi şəxs və ya şirkət üçün işlədikdə maaşının xümsünü işlədiyi il ödəməlidir. Dövlət üçün işlədikdə isə aldığı maaş əldə olunan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.867)
    QADININ GƏLİRİNİN XÜMSÜ
    Sual 22: Ərinin himayəsində yaşayan qadının özü üçün əldə etdiyi gəlirə xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Bəli, onun xümsünü verməlidir. Lakin onun bir miqdarını ehtiyaclarına xərcləmiş olarsa, yalnız yerdə qalan hissənin xümsünü ödəməlidir.("Tovzihul-məsaili mərace”, 1757-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1753-cü məsələ; "Ürvətül-vüsqa”, 2-ci cild, 83-cü məsələ; Xamenei, "Əcvibə”, səh.997; Vəhidin katibliyi.)
    Category: Xümsün hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1022 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024