ON SƏKKİZİNCI FƏSIL
Sual 112: Xümsün hesablanma yolunu bildirin.
Əkinçilər, işçilər, fəhlələr, tacirlər və hər bir qazanc əldə edən şəxs üçün özünə xüms ili təyin etmək vacibdir. Xüms aşağıdakı şəkildə hesablanmalıdır:
Birinci qazancdan (əlbəttə xüms ilinin başlanmasında mərcelər arasında fikir ayrılığı var. Müraciət edin: Xüms ilinin zamanı bölməsinə) bir il ötdükdən sonra, həmin gün ilin hesab günüdür. Məunə xərclərindən istifadə olunduqda əsası aradan gedən (məsələn, yemək, yuyucu maddələr, dəftər, qələm və sair) hər bir şey xüms ilindən artıq qalarsa və bazarda dəyəri olarsa, günün qiyməti ilə xümsü verilməlidir. Məunə xərclərindən olan, lakin istifadə olunduqda əsası aradan getməyən (məsələn, xalça, soyuducu, nəqliyyat vasitəsi və sair) şeylərə bir il ötdükdən sonra xüms düşmür.("Ürvətül-vüsqa”, 2-ci cild, babul xüms, 67-ci məsələ)
Misal: Bir işçi 2000-ci ilin may ayının axırında birinci maaşını alır. Onun illik hesabı 2001-ci il may ayının axırına düşür. Bu tarixdə 10 kq dügü, 5 kq ləpə və 50 manat pul artıq qalır. O bu şeylərin hər birinin beşdə birini ayırıb xüms verə bilər. Bu şeylərin qiymətini günün qiyməti ilə hesab edib, beşdə bir hissəsini nağd pul şəklində ödəməyə icazə verilir.
Qeyd 1: Sənəti və ya işi olmayan bir kəs təsadüfən müamilə edib qazanc əldə edərsə (qazanc əldə etdiyi vaxtdan bir il keçdikdən sonra) ilin xərcindən artıq qalan hissənin xümsünü verməlidir.("Tovzihul-məsaili mərace”, 1765-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1761-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1773-cü məsələ.)
Qeyd 2: Bəzi gəlirlərin xümsü barəsində (məsələn, şəhid ailələrinin maaşı, hədiyyə, bank mükafatı və s.) mərce təqlidlər arasında fikir ayrılığı var. Bu barədə hədiyyənin xümsü bölməsində danışıldı.
Qeyd 3: İlin ortasında, qazanc əldə edən kimi onun xümsünü verə bilər. Bir il gözləmək lazım deyil.
Sual 113: İş qazancı olan, lakin indiyədək xüms verməyən şəxs hesab aparıb əmlakının xümsünü vermək istəyir. Bu şəxs necə əməl etməlidir?
Bütün müctəhidlərin rəyi: Əgər öz gəlirindən aldığı ehtiyacı olmayan şeylərin alış vaxtından bir il keçibsə, onların xümsünü verməlidir. Lakin ev və digər ehtiyac olan şeyləri qazanc ilinin ortasında aldığını bilərsə, bu şeylərin xümsünü vermək lazım deyil. Əgər bu şeyləri qazanc ilinin ortasında, yoxsa qazanc ili tamamlandıqdan sonra aldığını bilməzsə vacib ehtiyata əsasən şəri hakim və ya onun nümayəndəsi ilə müsalihə (məfhumlar və istilahlar bölməsinə müraciət edin) etməlidir. Bu qayda ilə bütün şübhəli malını hesablayır və şəri hakim onun xüms borcunun təxmini miqdarını təyin edərək onunla müsalihə edir. Təyin olunmuş borc ödəndikdən sonra bütün əmlakı pak olur.("Tovzihul-məsaili mərace”, 1797-ci məsələ; Vəhid, "Tövzihul-məsail”, 1806-cı məsələ; Nuri, "Tovzihul-məsail”, 1793-cü məsələ; Xamenei, "Əcvibə”, səh.934, 927)
Qeyd 1: Ayətullah Safi və ayətullah Nuri şəri hakimlə müsalihə etməyi müstəhəb ehtiyat hesab edirlər. Ayətullah Xamenei isə şəri hakimlə müsalihə etməyi vacib sayır.
Qeyd 2: Bəzi mərcelər hədiyyə, mükafat və sair gəlirlərin iş qazancı hökmündə olduğunu hesab edirlər. (hədiyyə bölməsinə müraciət edin)
Qeyd 3: Xüms ilinin başlanğıcı və hansı tarixdə ilin hesabının aparılması məsələsində mərcelər arasında fikir ayrılığı var. (Xüms ilinin başlanğıcı bölməsinə müraciət edin).
Sual 114: Sabit maaş alan (məsələn, işçi və fəhlə) və xümsü verilmiş pul ilə dolanışıq xərclərini təmin edən şəxslər dolanışığa xərclədikləri məbləği sonrakı ayların maaşından çıxıb, ilin sonunda artıq qalan miqdarın xümsünü verə bilərlərmi?
Misal üçün 100 000 manat xümsü verilmiş pul dolanışığa xərclənir. Eyni zamanda 120 000 manat yeni maaş alınır. Xüms ili tamamlandıqda yalnız 20 000 manatın xümsünü ödəməyə icazə verilirmi?
İmam (r), Məkarim, Safi və Xamenei: Xeyr. Xərclənən məbləği sonrakı maaşlardan çıxmaq olmaz. Qeyd olunmuş halda 120 000 manatın xümsü verilməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, xüms, səh.202 və 143; Xamenei, "Əcvibə”, səh.1025 və 1027; Safi, "Camiul-əhkam”, 2-ci cild, səh.613; Məkarim, "Tovzihul-məsail”, 1504-cü məsələ.)
Sistani, Behcət, Fazil və Nuri: Bəli. Xərclənən məbləği sonrakı ayların maaşından çıxmaq olar. Qeyd olunmuş halda, yalnız 20 000 manatın xümsünü ödəməyə icazə verilir.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.789; 2-ci cild, səh.287; Nuri, "İstiftaat”, 1-ci cild, səh.259; 2-ci cild, səh.314; Sistani və Behcətin katibliyi)
Vəhid və Təbrizi: Xümsü verilmiş pulu xərclənməmişdən öncə maaşını alarsa və sonra xümsü verilmiş pulu xərcləyərsə xərclədiyi məbləği aldığı maaşdan çıxa bilər. Lakin xümsü verilmiş pulu dolanışığına xərclədikdən sonra maaşını alarsa bu xərcləri aldığı maaşdan çıxa bilməz.(Təbrizi, "Siratun-nəcat”, 1-ci cild, səh.507, 407; Vəhidin katibliyi.)
Sual 115: Xüms ilinin sonunda bir miqdar ərzaq (məsələn 20 kq dügü 3 paket yağ və bir qutu çay) artıq qalır və xümsü verilir. Sonra bu şeylər il ərzində sərf olunur və yenidən bir miqdar ərzaq (məsələn, 50 kq dügü, beş qutu yağ və üç qutu çay) alınır. Bu ərzaqın az bir hissəsi istifadə olunur. Əgər xüms ilinin sonunda 30 kq dügü, 4 qutu yağ və iki qutu çay qalarsa, nə qədər xüms verilməlidir? Artıq qalmış bütün ərzaqa xüms düşürmü? Yoxsa keçən ildən qalmış ərzaq (xümsü verilmiş ərzaq) bu ərzaqlardan çıxılmalı və yalnız 10 kq düyü, bir qutu yağ və bir qutu çayın xümsü verilməlidir?
İmam (r), Məkarim, Təbrizi, Safi və Xamenei: Keçən ildən artıq qalmış bütün ərzaqın xümsü verilməlidir. Xümsü verilmiş ərzaqı bu ilki artıq qalan ərzaqdan çıxmaq olmaz. Beləliklə, qeyd olunmuş halda 30 kq dügü, 4 qutu yağ və 2 qutu çayın xümsü verilməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, xüms, səh.202 və 143; Xamenei, "Əcvibə”, səh.1025 və 1027; Safi, "Camiul-əhkam”, 2-ci cild, səh.613; Məkarim, "Tovzihul-məsail”, 1504-cü məsələ; Təbrizi, "Siratun-nəcat”, 1-ci cild, səh.507 və 407; Vəhidin katibliyi.)
Sistani, Behcət, Fazil və Nuri: Xümsü verilmiş ərzaqı bu il artıq qalmış ərzaqdan çıxa bilər. Qeyd olunmuş halda yalnız 10 kq dügü, bir qutu yağ və bir qutu çayın xümsü verilməlidir.(Fazil, "Camiul-məsail”, 2-ci cild, səh.486 və 487; 1-ci cild, səh.789; Nuri, "İstiftaat”, 1-ci cild, səh.295; 2-ci cild, səh.314; Sistani və Behcətin katibliyi.)
Sual 116: Xüms ilinin sonunda bir qədər ərzaq artıq qalmışdır. Bu ərzağın xümsü hazırkı qiymətlə hesab olunmalıdır, yoxsa alış qiyməti ilə hesab etmək kifayət edər?
Bütün müctəhidlərin rəyi: Hazırkı qiymətlə hesab olunmalıdır.("Tovzihul-məsaili mərace”, 178-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1776-cı məsələ; Vəhid, "Tovzihul-məsail”, 1788-ci məsələ; Xamenei, "Əcvibə”, səh.862; Behcətin katibliyi.)
Sual 117: Bir şəxsin iki növ bir-birindən fərqli malı var. (Birinin xümsü verilib o birisinin verilməyib). Bu şəxs öz illik xərcini yalnız xümsü verilməmiş pul ilə təmin edib, xümsü verilmiş pulu ehtiyata saxlaya bilərmi?
Bütün müctəhidlərin rəyi: Bəli. Bu işə icazə verilir.("Tovzihul-məsaili mərace”, 1779-cu məsələ; Nuri, "Tovzihul-məsail”, 1775-ci məsələ; Xamenei, "Əcvibə”, səh.1025; Vəhid, "Tovzihul-məsail”, 1787-ci məsələ.)
Sual 118: Bir şəxs dolanışıq ehtiyacları üçün bir miqdar borc götürüb istifadə edir. Bu şəxs ilin sonunda borclu olduğu məbləği gəlirindən çıxa bilərmi?
İmam (r), Məkarim, Nuri və Sistani: Əgər sonrakı ilin ehtiyacları üçün borc götürübsə, bu məbləği ilin gəlirindən çıxa bilər. Lakin onun götürdüyü borc əvvəlki illərin ehtiyacı üçün olubsa, bu məbləği ilin gəlirindən çıxmaq olmaz. Lakin öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.("Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1783 və 1782-ci məsələ.)
Təbrizi və Vəhid: Əgər öz borcunu ilin sonunadək ödəməzsə, bu məbləği ilin gəlirindən çıxa bilməz. Əgər qazanc əldə ediləndən sonra borc götürülərsə, bu işə icazə verilir.(Təbrizi, "Tovzihul-məsail”, 1795-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1794-cü məsələ.)
Fazil, Behcət, Xamenei və Safi: Bəli. Xüms düşür. Və öz borcunu ilin gəlirindən çıxa bilməz. Öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.("Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ; Behcət, "Tovhizul-məsail”, 1406 və 1407-ci məsələ; Xamenei, "Əcvibə”, səh.864; Safi, "Tovzihul-məsail”, 1795 və 1796-cı məsələ.)
Qeyd: Mərcelərin risalələrindəki tərkiblərdə "kəsr” sözü ilə "əda” sözü arasında fərq var və bu sözləri bir-birləri ilə qatışdırmaq olmaz.
HİSSƏ-HİSSƏ ÖDƏNƏN BORCUN XÜMSÜ
Sual 119: Bir şəxs dolanışıq xərclərini uzun müddət ərzində (məsələn, 3 il) hissə-hissə ödənən borc ilə təmin edir. Bu şəxs xüms ilinin sonunda bütün borcunu ilin gəlirindən çıxa bilərmi?
İmam (r), Məkarim, Nuri və Sistani: Xeyr. Yalnız borcun bu il ödənməli olan hissəsi ilin xərcindən hesab olunur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.167; Nuri, "Tovzihul-məsail”, 1782-ci məsələ; "İstiftaat”, 2-ci cild, səh.332; Sistani, "Tovzihul-məsail”, 1756-cı məsələ; Məkarim, "Tovzihul-məsail”, 1514-cı məsələ.)
Fazil, Xamenei, Safi, Behcət və Təbrizi: Xeyr. Yalnız həmin il ödənən hissələr (borc şəklində ödənən) ilin xərclərindən hesab olunur və illik gəlirdən çıxılır.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.845; Xamenei, "Əcvibə”, səh.868; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.729 və 730; Behcət, "Tovzihul-məsail”, 1406 və 1407-ci məsələ; Təbrizi, "İstiftaat”, səh.875)
ÖLMÜŞ ŞƏXSİN ƏMLAKININ XÜMSÜ
Sual 120: İş qazancı olan bir şəxs ilin ortasında dünyadan gedir. Onun əmlakının xümsünü necə hesab etməlidirlər?
Bütün müctəhidlərin rəyi: Əgər üzərində xüms gələn əmlakı olarsa ölən kimi ilin sonunu gözləmədən bu əmlakın xümsü verilməlidir.("Tovzihul-məsaili mərace”, 1767-ci məsələ; Nuri, , "Tovzihul-məsail”, 1763-cü məsələ; Xamenei, "Əcvibə”, səh.863; Vəhid, "Tovzihul-məsail”, 1775-ci məsələ.)
XÜMS VƏ DOLANIŞIQ XƏRCLƏRİ
Sual 121: Əgər (xüms verməmək üçün) qazancımızı elə bir şəkildə xərcləsək ki, ilin sonuna heç bir şey qalmasın, yenə də xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: Əgər öz şəninə uyğun və israf etmədən xərcləyərsə, xümsü yoxdur.("Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ; "Tovzihul-məsaili mərace”, 1775-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1771-ci məsələ; Xamenei, "Əcvibə”, səh.903.)
Sual 122: İl tamamlanmadan öncə öz əmlakını xümsdən qaçmaq məqsədi ilə həyat yoldaşına bağışlayır; xüms ili tamamlandıqdan sonra isə o yenidən həmin pulu ərinə bağışlayır. Bu işə icazə verilirmi?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr. Gərək ilin sonunda onun xümsünü versin.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.177; Nuri, "İstiftaat”, 2-ci cild, səh.352; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.830; Təbrizi, "Siratun-nəcat”, 2-ci cild, səh.850; Xamenei, "Əcvibə”, səh.856; Sistani, Behcət və Safinin katibliyi.)
Məkarim: Vacib ehtiyata əsasən ilin sonunda onun xümsünü verməlidir.(Məkarim, "İstiftaat”, 2-ci cild, səh.850.)
Sual 123: Bir şəxs il tamamlanmamışdan öncə əmlakının bir hissəsini üzərinə xüms gəlməməsi üçün öz həyat yoldaşına bağışlayır. Bu işə icazə verilirmi?
Bütün müctəhidlərin rəyi: Əgər həqiqətən bağışlayarsa və bu məbləğ onun şəninə uyğun olarsa icazə verilir və xümsü yoxdur.(Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.579; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.632; Xamenei, "Əcvibə”, səh.855; Sistani, Behcət və Təbrizi, Sistani və Vəhidin katibliyi.)
Sual 124: Bir şəxs həyat yoldaşına borclu olduğu mehriyyəni (üzərinə xüms düşməməsi üçün) ilin gəlirindən ona verə bilərmi?
Bütün müctəhidlərin rəyi: Bəli, verə bilər.(Xamenei, "Əcvibə”, səh.873; Nuri, "Tovzihul-məsail”, 1782 və 1783-cü məsələ; "Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1794 və 1795-ci məsələ.)