İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    5. HAL DƏYIŞMƏSI (INQILAB)
    Məsələ 215: Əgər şərab öz-özünə və ya ona bir şey tökməklə sirkəyə çevrilsə, pak olur və belə bir dəyişmə "inqilab” adlanır.
    Məsələ 216: Murdar üzümdən çəkilmiş şərab sirkəyə çevrilsə paklanmır. Hətta şərab xaricdən murdarlanarsa sirkəyə çevrildikdən sonra ondan çəkinmək lazımdır. Eyni zamanda, murdar üzüm, kişmiş və xurmadan hazırlanmış sirkə murdardır.
    Məsələ 217: Üzümü çöpləri ilə sirkəyə töksələr, adətən, sirkə olmazdan qabaq şəraba çevrilir. Bu maye daha sonra sirkə halına düşür. Bu vaxt pak olur. Amma xiyar, badımcan və bu kimi şeyləri sirkəyə tökərlərsə vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.
    Məsələ 218: Yeməyə tökülmüş kişmiş və xurma qaynasa belə halaldır.
    4. Üçdə birin azalması
    Məsələ 219: Üzüm suyu odda qaynasa murdar olmaz. Amma onu yemək haramdır. Amma qaynadığı vaxt üçdə ikisi azalarsa və üçdə biri qalarsa halal olar. Əgər öz-özünə qaynayıb məstedici olarsa, həm murdar, həm də haramdır. Bu maye yalnız sirkəyə çevrilməklə pak və halal olur.
    Məsələ 220: Əgər qora salxımında üzüm gilələri olarsa və su bütün salxımı əhatə edərsə, ona "abqura” deyərlər və bu maye qaynamaqla murdar və haram olmaz.
    Məsələ 221: Əgər bir şeyin qora və üzüm olması məlum deyilsə, odda qaynadıqda haram olmaz.
    Məsələ 222: Satıcı bu Məsələlərdən xəbərdar olduqda ondan alınan şirə pak və halaldır, axtarışa ehtiyac yoxdur.
    7. Köçürmə (intiqal)
    Məsələ 223: Əgər insanın və ya atıcı qanı olan heyvanın qanı atıcı qanı olmayan heyvanın bədəninə köçərsə və həmin heyvanın qanı sayılarsa pakdır. Bu proses köçürmə ("intiqal”) adlanır. Bu əsasla, ağcaqanadın bədənindən sayılan qan insandan götürülsə belə pakdır. Amma zəlinin insandan sorduğu qan pak deyil. Çünki bu qan onun bədənindən sayılmır.
    Məsələ 224: Əgər ağcaqanaddan çıxan qanın yenicə sorulduğu və ya öz bədənindən olduğu məlum deyilsə, pakdır. Amma qan nə qədər ki, ağcaqanadın öz bədənindən sayılmır, murdardır.
    8. İslamın qəbulu
    Məsələ 225: Murdarlar haqqında danışarkən qeyd etdik ki, vacib ehtiyata əsasən, kafirdən çəkinmək lazımdır. Əgər kafir şəhadət kəlmələrini söyləsə ("Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”) müsəlman olar və bədəni paklanar. Amma bədənində murdarın əsli olarsa, onu təmizləyib yerini suya çəkməlidir. İslamı qəbul etməzdən qabaq bədənindən murdarı təmizləyərsə, onu suya çəkməsi lazım deyil.
    Məsələ 226: Kafir İslamı qəbul etdikdə, vacib ehtiyata əsasən, onun əynindəki paltar paklanmır.
    Məsələ 227: Şəhadət kəlmələrini dilə gətirməsə də, onları qəlbən qəbul edən kafir müsəlman olur. Amma bir kafir şəhadət kəlmələrini dilə gətirdiyi halda onun qəlbən iman gətirməsinə yəqinlik olmasa, vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.
    9. Təsirlənmə (təbəiyyət)
    Məsələ 228: Təsirlənmə dedikdə bir şeyin o birinin paklanmasından təsirlənib paklanması nəzərdə tutulur.
    Məsələ 229: Əgər şərab sirkəyə çevrilsə, şərab və ya üzüm qaynayan zaman onunla təmasda olan qab da paklanar. Onun ağzına qoyulan və adətən rütubətlə murdarlanan parça və başqa şey də paklanar. Amma əgər qaynama zamanı maye bayıra xaric olub qabın çöl hissəsini bulaşdırsa, sirkəyə çevrildikdən sonra qabın çöl hissəsi paklanmaz.
    Məsələ 230: Kafir ata iman gətirdikdən sonra onun büluğ həddinə çatmamış övladları da pak olur.
    Məsələ 231: Meyitə verilən qüsl başa çatdıqdan sonra üzərində qüsl verilən daş, meyitin ayıb yerinin örtüldüyü parça, qüsl verənin əli paklanır.
    Məsələ 232: Əgər libas və onun kimi başqa bir şeyi az su ilə suya çəkib adi qaydada sıxsalar onun canında qalmış su pakdır.
    Məsələ 233: Əgər murdar qab az su ilə suya çəkilərsə, işin sonunda onda qalan damcılar pakdır.
    10. Murdarın əslinin (eyni-nəcasət) təmizlənməsi
    Məsələ 234: Heyvanın bədəni murdarlanarsa, murdarın əsli təmizləndikdən sonra onun bədəni paklanar. Məsələn, quşun dimdiyi qana batarsa və ya heyvan murdar bir şey üzərində oturarsa, qan və həmin bulaşıqlıq təmizləndikdən sonra heyvanın bədəni pak olur.
    Məsələ 235: İnsan bədəninin ağız içi və burun içi kimi hissələri murdarlanarsa, murdarlıq təmizləndikdən sonra pak olar. Məsələn, əgər diş laylarından çıxan qan ağız suyu ilə təmizlənərsə və ya tüpürcəklə xaric edilərsə, ağızı suya çəkmək lazım deyil. Amma ağızda süni diş olduqda vacib ehtiyata əsasən onu suya çəkmək lazımdır.
    Məsələ 236: Əgər qida ağızda və diş layları arasında qalarsa, ağıza daxil olan qanın həmin qidaya sirayat etdiyi bilinmədikdə qida pakdır. Amma əgər qan ona sirayat edərsə murdarlanar və onu udmaq haramdır.
    Məsələ 237: Bədənin iç və çöl hissəsindən olduğu bilinməyən bir hissə, (Məsələn, dodağın bir hissəsi) murdarlanarsa onu suya çəkmək lazımdır.
    Məsələ 238: Əgər murdar toz-torpaq bədən, libas, xalça və bu kimi şeyləri bulaşdırarsa, hər ikisi quru olduqda murdarlıq yaratmaz. Bu toz-torpağı çırpmaqla təmizləmək bəs edir. Arada sirayat etməyəcək həddə rütubət varsa da belədir. Amma əgər toz-torpaq və onun toxunduğu şeylərdən biri murdar olarsa murdarlıq yaranar. Toz-torpağın murdarlığına və ya yerin rütubətli olmasına şəkk varsa, onlar pak sayılır.
    11. Murdar yemiş heyvanın təmizlənməsi (istibra)
    Məsələ 239: Əgər bir heyvan insan nəcisi yeməyə adət etsə, onun sidiyi və nəcisi murdar olar. Belə bir heyvanın əti də haramdır. Onu paklamaq üçün pak şeylərlə qidalandırmaq lazımdır. Belə ki, artıq o "murdar yeyən heyvan” adlandırılmasın. Belə bir qayda ilə heyvanın paklanması "istibra” adlanır. İstibra müddəti dəvə üçün qırx gün, inək üçün otuz gün, qoyun üçün on gün, ördək üçün beş gün, ev toyuğu üçün üç gün müəyyənləşdirilmişdir. Murdarla qidalanan başqa heyvanların üzərindən o ad götürülənədək onları pak qidalarla qidalandırmaq lazımdır.
    Məsələ 240: Bəzən fabriklərdə ev quşlarının qidasına toz şəklində qan qatılır. Belə ki, toyuğun əti bu qida ilə artır. Bu sayağı qidalanan toyuqların əti və yumurtası haram deyil, rütubəti murdar sayılmır. Amma yaxşı olar ki, belə bir toyuqdan və onun yumurtasından pəhriz edilsin.
    Məsələ 241: Əgər heyvan, başqa murdardan yeyərsə bu qidalar onun sidiyini və nəcisini murdar etməz. Belə bir heyvanın əti də haram deyil. Yalnız donuz sidiyi ilə qidalanıb inkişaf edən heyvanın əti haramdır.
    12. Müsəlmanın qeyb olması
    Məsələ 242: Bədəni, libası və ya ixtiyarında olan başqa bir şeyi murdarlanan və bunu bilən müsəlman qeyb olarsa (onunla əlaqə saxlamaq mümkün olmazsa), onun murdarlanmış şeyləri suya çəkdiyini ehtimal etdikdə, həmin şeylər pakdır. Bir şərtlə ki, həmin şeylər üçün (namaz qılınan paltar, qab-qacaq) paklıq şərt sayılsın.
    Məsələ 243: Əgər ədalətli kişi və ya bir şəxs murdar şeyin paklandığını bildirərsə, onların şəhadəti qəbuldur. Malın sahibi malın paklandığını bildirərsə və ya bir müsəlmanın onu suya çəkdiyini biləriksə, düzgün suya çəkildiyini bilməsək də həmin şey pakdır.
    Məsələ 244: Əgər insan öz libasını yumaq və suya çəkmək üçün müsəlman camaşırxanasına versə, onun sözü libasın pak sayılması üçün bəs edir.
    Məsələ 245: Vasvasılıqdan əziyyət çəkən, bir şeyin murdarlanmasına tez inanan, bir şeyi suya çəkərsə onun paklanmasına əmin olmayan insanların əminliyi etibarsızdır. Onlar başqaları kimi əmin olmaqla kifayatlənə bilərlər.
    Qabların hökmləri
    Məsələ 246: Ölü və ya it və donuz kimi murdarın əsli olan heyvanların dərisindən hazırlanan qablar və tuluqlarda içmək, dəstəmaz və qüsl üçün su saxlamaq olmaz. Amma paklıq tələb etməyən suvarma kimi işlərdə bu qəbil qablardan istifadə etmək olar. Amma müstəhəb ehtiyat odur ki, onlardan heç bir iş üçün istifadə edilməsin.
    Məsələ 247: Qızıl və gümüş qablarda yemək və digər işlər üçün istifadə etmək haramdır. Vacib ehtiyata əsasən, onlardan otağı bəzəmək və ya başqa məqsədlərlə istifadə etmək olmaz.
    Məsələ 248: Qızıl və gümüş qablar hazırlamaq və bu iş müqabilində pul almaqdan, vacib ehtiyata əsasən çəkinmək lazımdır. Bu qəbil qabların alqı-satqısından əldə olunan pula da irad var.
    Məsələ 249: Qab sayılmayan stəkan altı, qılınc qını kimi şeylər qızıl və gümüşdən hazırlanarsa eybi yoxdur. Amma vacib ehtiyat budur ki, qızıl və gümüşdən hazırlanmış ətir qabı və sürmə qabı kimi şeylərdən pəhriz edilsin.
    Məsələ 250: Qabın qızıl və ya gümüş suyuna çəkilməsinin eybi yoxdur.
    Məsələ 251: Əgər hər hansı metala qızıl və gümüş qatıldıqdan sonra ondan qab hazırlanarsa, bu qablar qızıl və gümüş qab sayılmadığı halda onlardan istifadə etmək olar. Amma təkcə qızıl gümüşə qatıldıqda onlardan hazırlanmış qabdan istifadə etmək haramdır.
    Məsələ 252: Qızıl və ya gümüş qabda olan qidanı haramdan çəkinmək üçün başqa bir qaba töksələr, həmin yeməkdən istifadə etmək olar. Əgər xörəyin qabı başqa məqsədlə dəyişdirilərsə, ondan istifadə etmək haramdır.
    Məsələ 253: Naçar qaldıqda, qızıl və gümüş qabdan istifadə etmək olar. Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə də o qablardan dəstəmaz və qüsl üçün istifadə etmək olar.
    Məsələ 254: Əgər bir qabın qızıl-gümüşdən və ya başqa bir metaldan olduğu məlum deyilsə, onlardan istifadə etmək olar və axtarışa ehtiyac yoxdur.
    Məsələ 255: Ağ qızıl adlanan qızıl da qırmızı və sarı qızıl hökmündədir. Vacib ehtiyata əsasən, ona qızıl deyilirsə pəhriz etmək lazımdır. Amma platin başqa metaldır və ondan istifadə etmək olar.
    Dəstəmaz
    Dəstəmaz almağın qaydası
    Məsələ 256: Dəstəmaz üz və əlləri yumaqdan, başın qabaq hissəsi və ayaqlara məsh çəkməkdən ibarətdir.
    Məsələ 257: Üzü alının yuxarı hissəsindən, yəni tük bitən hissədən çənənin qurtaracağınadək yumaq lazımdır. Üz orta və baş barmaq əhatə edəcək endə yuyulmalıdır. Əgər bundan az miqdar yuyularsa dəstəmaz batildir. Bu səbəbdən də arxayınlıq olsun deyə deyilən miqdardan bir qədər artıq yumaq yaxşıdır.
    Məsələ 258: Orta və baş barmaq arası dedikdə adi barmaqlar nəzərdə tutulur. Əgər bir şəxsin orta və baş barmaqları adi barmaqlardan çox uzun və çox gödəksə barmaqlarını ölçü götürməməli, insanların adətən yuduğu həddə yumalıdır. Saçı çox yuxarıdan və ya çox aşağıdan bitən insanlar başqalarının yuduğu adi həddi gözləməlidir.
    Məsələ 259: Üz və əllər elə yuyulmalıdır ki, su bədənin dərisinə çatsın. Əgər dəridə maneə varsa bu maneə aradan qaldırılmalıdır. Hətta maneə olduğu güman edilsə, axtarış aparmaq lazımdır.
    Məsələ 260: Saqqalı olan kişilər tüklər arasından üzünün dərisi göründükdə suyu dəriyə çatdırmalıdır. Əgər tüklər arasından dəri görünmürsə tüklərin üzərindən yumaq bəs edir və suyu dəriyə çatdırmaq lazım deyil.
    Məsələ 261: Əgər bir şəxs üzündəki tükdən dərinin görünüb-görünməməsinə şübhə edərsə, vacib ehtiyata əsasən, hər ikisini yumalıdır.
    Məsələ 262: Burunun içini, dodağın bir hissəsini, qapanarkən görünməyən gözü yumaq vacib deyil.
    Məsələ 263: Üzü yuduqdan sonra sağ qolu dirsəkdən barmaqların ucunadək yumaq lazımdır. Sonra isə sol qol eyni qayda ilə yuyulur.
    Məsələ 264: Üzü və qolları yuxarıdan aşağıya yumaq lazımdır. Onları aşağıdan yuxarıya yuduqda dəstəmaz batil olur.
    Məsələ 265: Əgər əlin yaşlığı elə bir həddə olarsa ki, onun üzə və əllərə çəkilməsinə yumaq deyilsin, belə bir yumaq bəs edir.
    Məsələ 266: Dirsəyin tam yuyulmasına əmin olmaq üçün onu bir qədər yuxarıdan yumaq lazımdır.
    Məsələ 267: Adətən, üzü yumazdan öncə əlləri yuyurlar. Amma əllərin üzdən öncə yuyulması dəstəmaz üçün bəs etmir. Üz yuyulduqdan sonra sağ və sol qollar yuyularkən əllər də yuyulur. Əgər üzü yuduqdan sonra qolu əl topuğunadək yusalar dəstəmaz batildir.
    Məsələ 268: Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacibdir. Vacib ehtiyata əsasən, üz və əllər ikinci dəfə yuyulmamalıdır. Üçüncü dəfə və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dedikdə üz və qolların bir və ya bir neçə ovuc su ilə tam yuyulması nəzərdə tutulur. Üzvlər tam yuyulduqdan sonra bir dəfə sayılır.
    Məsələ 269: Qolları yuduqdan sonra əldə qalmış dəstəmaz suyu ilə başın qabaq hissəsinə məsh çəkilir. Vacib ehtiyata əsasən, məsh sağ əllə çəkilməlidir. Yaxşı olar ki, məsh yuxarıdan aşağıya çəkilsin. Amma aşağıdan yuxarıya məsh çəkmək də olar.
    Məsələ 270: Alının yuxarısında başın ön hissəsi məsh yeridir. Bu hissənin istənilən qədərinə məsh çəkmək bəs edir. Amma müstəhəb ehtiyat budur ki, uzununa bir barmaq uzunluqda, eninə üç yanaşı barmaq qədər məsh çəkilsin.
    Məsələ 271: Başın dərisinə və ya onun tüklərinə məsh çəkmək olar. Amma bir şəxs saçını daradıqda tüklər üzünü örtürsə və ya başın digər yerlərinə çatırsa tüklərin dibinə məsh çəkməlidir. Yaxşı olar ki, dəstəmazdan öncə başın orta hissəsi ayrıcla açılsın. Belə etdikdə sol əli yuduqdan sonra saç və ya onun dərisinə rahatlıqla məsh çəkmək olur.
    Məsələ 272: Başa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək növbəsi çatır. Əldə qalan rütubətlə ayaqlara barmaqların başından ayağın dik hissəsinə qədər məs çəkilir. Vacib ehtiyata əsasən, oynağa qədər məsh çəkmək lazımdır.
    Məsələ 273: Sahə baxımından barmaq ölçüsündə məsh çəkmək kifayatdir. Amma yaxşı olar ki, üç bağlı barmaq enində məsh çəkilsin. Amma ayağın üzərinə tam şəkildə bütün əlin içi ilə məsh çəkmək daha yaxşıdır. Əli ayağın üzərinə qoyub azca çəkmək bəs edər.
    Məsələ 274: Baş və ayaqlara məsh çəkmək üçün əli onların üzərinə qoyub başı və ya ayaqları hərəkət etdirmək vacib ehtiyata əsasən, dəstəmazı batil edir. Amma məsh çəkən zaman baş və ayağın azca tərpənməsinin eybi yoxdur.
    Məsələ 275: Məsh yeri quru olmalıdır. Amma məsh yerində azca rütubət olarsa və məsh zamanı əlin suyu üstünlük təşkil edərsə bunun eybi yoxdur.
    Məsələ 276: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar. Amma kənar su ilə bu işi görmək olmaz. Əgər əldəki rütubət yalnız başa məsh çəkməyə bəs edirsə, başa məsh çəkdikdən sonra digər üzvlərdə əli islatmaq olar.
    Məsələ 277: Məsh ayağın dərisinə çəkilməlidir. Corabın və ya ayaqqabının üzərindən məsh çəkmək olmaz. Amma təqiyyə halında, soyuqdan və ya oğurluq qorxusundan corab və ayaqqabını çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar. Ayaqqabının üzəri murdar olarsa onun üzərinə bir şey atıb onun üzərinə məsh çəkmək olar.
    Məsələ 278: Ayağın üzü murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, vacib ehtiyata əsasən, onun üzərinə pak bir şey qoyub həmin şeyin üzərində məsh çəkmək və sonradan təyəmmüm etmək lazımdır.
    İrtimasi ("suya batmaqla) dəstəmaz
    Məsələ 279: İnsan dəstəmaz almaq məqsədi ilə üzünü və qollarını suya batıra bilər. Üzü və qolları suya batırdıqdan sonra dəstəmaz niyyəti ilə onları sudan çıxartmaq da mümkündür. Belə bir dəstəmaz "irtimasi” dəstəmaz adlanır.
    İrtimasi dəstəmazın hökmləri
    Məsələ 280: İrtimasi dəstəmazda üzü və qolları yuxarıdan aşağıya yumaq lazımdır. Dəstəmaz niyyəti etdikdən sonra üzü alın hissədən, qolları dirsəkdən başlayaraq suya batırmaq lazımdır. Əgər sudan çıxararkən dəstəmaz niyyət olunarsa üz alın, qollar, dirsək hissəsindən sudan çıxarılmalıdır.
    Məsələ 281: İrtimasi dəstəmazda baş və ayaqların başqa su ilə məsh olmaması üçün sağ və sol qollara irtimasi dəstəmaz alarkən niyyət edilir ki, sudan xaric olduqdan sonra qollarda cərəyanda olan su dəstəmazdandır. Başqa şəkildə baş və ayaqlara məsh iradlıdır.
    Məsələ 282: Dəstəmaz üzvlərindən bəzilərinə irtimasi, bəzilərinə qeyri-irtimasi dəstəmaz almaq olar. Yaxşı olar ki, həmişə sol qola qeyri-irtimasi dəstəmaz alınsın. Belə edilsə baş və ayaqlara məsh üçün irad olmaz.
    Dəstəmazın duaları
    Məsələ 283: Yaxşı olar ki, dəstəmaz alan şəxs suya baxdıqda bu duanı oxusun:
    "Bismillahi və billahi vəl-həmdu lillahil-ləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisa.”
    Dəstəmazdan öncə əllər yuyularkən deyilir:
    "Allahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mutətəhhirin.” Suyu ağızda dolandırarkən ("məzməzə”) deyilir:
    "Allahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrik.” Suyu burnuna alarkən ("istinşaq”) deyilir:
    "Allahummə la tuhərrim ələyyə riyhəl-cənnətə vəcəlni mimmən yəşummu rihəha və ruhəha və tiybəha”. Üzü yuyarkən deyilir:
    "Allahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vucuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh.” Sağ qol yuyularkən deyilir:
    "Allahummə ətini kitabi bi yəmini vəl-xuldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.” Sol qol yuyularkən deyilir:
    "Allahummə la tutini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin niyran.” Başa məsh çəkilərkən deyilir:
    "Allahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvik.” Ayaqlara məsh çəkilərkən deyilir:
    "Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəcəl səyi fima yurzikə ənni ya zəl-cəlali vəl-ikram.”
    Dəstəmazın şərtləri
    Məsələ 284: Dəstəmazın on iki şərti var:
    1. Dəstəmaz suyunun pak olması;
    2. Dəstəmaz suyunun saf (mütləq) olması.
    Murdar və ya qatqılı su ilə dəstəmaz batildir. İnsan bilməsə və ya bunu unutsa həmin dəstəmazla qıldığı namazı təzələməlidir.
    Məsələ 285: Əgər saf su tapmaq mümkün deyilsə, təyəmmüm etmək lazımdır. İxtiyarda olan qatqılı su torpaqlıdırsa vaxt olduqda onu saflaşmasını gözləmək lazımdır. (Vacib ehtiyata əsasən)
    Məsələ 286: 2. (Üçüncü şərt) vacib ehtiyata əsasən, dəstəmaz suyu, dəstəmaz alınan fəza, dəstəmaz suyunun axdığı yer, dəstəmaz qabı halal (mübah) olmalıdır. Qəsb olunmuş su ilə və ya sahibinin razılığı bilinməyən su ilə dəstəmaz almaq iradlıdır.
    Məsələ 287: Əgər su sahibi sudan istifadə üçün icazə vermişsə və insan bilmirsə ki, həmin şəxs fikrini dəyişib, yoxsa yox, onun aldığı dəstəmaz düzgündür.
    Məsələ 288: Əgər dini elmlər mədrəsəsinin suyunun yalnız tələbələr üçün vəqf olunub-olunmadığı bilinmirsə, həmin su ilə dəstəmaz almaq iradlıdır. Amma əgər dindar insanlar adətən orada dəstəmaz alırsa, bu həmin suyun hamıya vəqf olunduğunu göstərir.
    Məsələ 289: Bir şəxs məscid və hüseyniyyədə namaz qılmaq istəmirsə, oradakı suyun ümumi vəqf olduğunu, yoxsa yalnız namaz qılanlar üçün nəzərdə tutulmasını bilmədiyi halda həmin su ilə dəstəmaz ala bilməz. Ticarət binası və mehmanxanadakı suyun oranın sakinləri üçün nəzərdə tutulub-tutulmadığı bilinmirsə, orada dəstəmaz almaq olmaz. Amma dindarların adətən orada dəstəmaz almasından həmin yerin vəqf olduğu qənaəti yaranarsa, dəstəmaz almaq olar.
    Məsələ 290: Əgər bir şəxs tələbə olmasa da tələbələrin qonağıdırsa, həmin mədrəsədə dəstəmaz ala bilər. Bir şərtlə ki, belə bir qonağın qəbulu vəqf şərtlərinə zidd olmasın. Mehmanxana və ticarət mərkəzinin qonağı olan şəxs də orada dəstəmaz ala bilər.
    Məsələ 291: Həm böyük, həm də kiçik arxlarda dəstəmaz almaq olar. İnsan arx sahibinin razı olub-olmadığını bilməsə eybi yoxdur. Amma arx sahibi qəti şəkildə orada dəstəmaz alınmasını qadağan edərsə, vacib ehtiyata əsasən, bu işdən çəkinmək lazımdır. Əgər bir arxın məcrası onun sahibindən icazəsiz dəyişdirilmişdirsə, orada ehtiyatən dəstəmaz almamaq yaxşıdır.
    Məsələ 292: Bir şəxs suyun qəsbi olduğunu unudub orada həmin su ilə dəstəmaz alarsa, dəstəmazı düzgündür. Amma suyu özü qəsb etmiş olsa aldığı dəstəmaza irad var.
    Məsələ 293: Əgər bir şəxs suyu öz malı bilib dəstəmaz alarsa və sonradan suyun başqa birinə məxsus olduğunu anlayarsa, aldığı dəstəmaz düzgündür, amma suyun qiymətini sahibinə ödəməlidir.
    Məsələ 294: 4. (Dördüncü şərt) dəstəmaz alınan qab vacib ehtiyata əsasən, qızıl və gümüşdən olmamalıdır.
    Məsələ 295: Dəstəmaz suyu qəsbi və ya qızıl-gümüş qabda olarsa və başqa bir su əldə etmək mümkün olmazsa, təyəmmüm etmək lazımdır. Bu qəbil qablarla alınan dəstəmaza irad var. Həmin qablarla irtimasi və ya qeyri-irtimasi dəstəmaz alınmasının fərqi yoxdur. Amma qızıl və ya gümüş qabda olan suyu başqa bir qaba töküb dəstəmaz almaq olar.
    Məsələ 296: İnsan bir kərpic və ya bir daşı qəsbi olan hovuzda dəstəmaz alarsa, dəstəmazla qəsbə qatılmış sayılsa bu dəstəmaza irad var. Su kranı və ya su borusunun bir hissəsi qəsbi olduqda da belədir.
    Məsələ 297: Əgər imam və imamzadələrin öncə qəbristan olmuş həyətində hovuz və ya arx düzəldilərsə, insan həmin yerin qəbristana vəqf olunduğunu bilməsə həmin hovuz və arxda dəstəmaz ala bilər.
    Məsələ 298: 5. (Beşinci şərt) Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən zaman pak olmalıdır. Amma bir üzvə dəstəmaz aldıqdan sonra həmin üzv murdarlanırsa, dəstəmaz düzgündür.
    Məsələ 299: Dəstəmaz üzvlərindən başqa bir üzv murdarlandıqda bunun dəstəmaza təsiri yoxdur. Amma müstəhəb ehtiyata əsasən, dəstəmazdan öncə sidik və nəcis çıxacağı paklanmalıdır.
    Məsələ 300: Əgər dəstəmazdan öncə murdar olmuş dəstəmaz üzvünün paklanıb-paklanmadığına dəstəmazdan sonra şəkk edilərsə, dəstəmaz düzgündür. Amma namaz üçün onu suya çəkmək lazımdır. Həmin üzvə toxunmuş şey də paklanmalıdır.
    Məsələ 301: Əgər üzdə və qollarda qanı kəsilməyən kəsik varsa və su ona zərərli deyilsə, həmin yeri kürr və ya axar suya batırmaq, ya da su kəmərindən gələn suyun altına tutmaq lazımdır. Onu o qədər sıxmaq lazımdır ki, qanı kəsilsin. Sonra isə öncə deyildiyi şəkildə irtimasi dəstəmaz almaq lazımdır. Amma su həmin kəsiyə zərərli olduqda qaydası sonradan deyiləcək cəbirə dəstəmazı alınmalıdır.
    Məsələ 302: 6. (Altıncı şərt) Dəstəmaz və namaz üçün yetərincə vaxt olmalıdır. Əgər vaxt o qədər azsa ki, dəstəmaz alındıqda bütün namaz və ya onun bir hissəsi vaxtında qılınmayacaq, dəstəmaz əvəzinə təyəmmüm edilməlidir.
    Məsələ 303: Namazın vaxtı dar olduqda vəzifəsi təyəmmüm olan şəxs dəstəmaz alsa, dəstəmazı batildir. Amma Quran oxumaq üçün dəstəmaz alarsa dəstəmazı düzgündür.
    Məsələ 304: 7. (Yeddinci şərt) İnsan Allaha yaxınlaşmaq məqsədi ilə dəstəmaz almalıdır. Riyakarlıqla, özünü göstərmək məqsədilə, ya da sərinləşmək üçün alınan dəstəmaz batildir. Amma Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz alan şəxs sərinləşəcəyini bilərsə bunun eybi yoxdur.
    Məsələ 305: Dəstəmazda niyyəti dilə gətirmək və ya qəlbdən keçirmək vacib deyil. Əgər dəstəmaz alan şəxsdən nə iş gördüyü soruşulanda dəstəmaz aldığını bilərsə, bu kifayat edər.
    Məsələ 306: Qadın naməhrəmlərin gördüyü yerdə dəstəmaz alarsa dəstəmazı batil deyil, amma günaha yol vermişdir.
    Məsələ 307: 8. (Səkkizinci şərt) Dəstəmazda "tərtibə”, yəni ardıcıllığa riayat olunmalıdır. Öncə üz, sonra sağ qol, daha sonra sol qol yuyulmalıdır. Bundan sonra başa və sonda ayaqlara məsh çəkilir. Ehtiyata əsasən, sol ayağa sağ ayaqdan öncə məsh çəkilməməlidir.
    Məsələ 308: 9. (Doqquzuncu şərt) Dəstəmazdakı əməllər elə yerinə yetirilməlidir ki, onların ardıcıl yerinə yetirildiyi deyilsin. Belə etsə dəstəmaz düzgündür. Havanın istiliyi və külək dəstəmaz üzvünü qurudarsa da, dəstəmaz düzgündür. Məsələn, sağ qolunu yuduğu vaxt üzü quruyarsa, dəstəmaz düzgündür. Amma dəstəmaz əməllərini fasiləsiz yerinə yetirmədikdə dəstəmaz üzvləri qurumasa belə dəstəmaz batildir.
    Məsələ 309: Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Üzü və qolları yuduqdan sonra bir neçə addım atıb sonra baş və ayaqlara məsh çəkmək olar.
    Məsələ 310: 10. (Onuncu şərt) İnsan üzünü və qollarını özü yumalı, başına və ayaqlarına özü məsh çəkməlidir. Bu şərt "mübaşirət” adlanır. Əgər insan üçün bir başqası dəstəmaz alarsa, suyun üzə və qollara çatdırılmasında, başa və ayaqlara məsh çəkilməsində başqa birisi kömək edərsə dəstəmaz batildir. Amma dəstəmaza hazırlıqda kömək etməyin eybi yoxdur.
    Məsələ 311: Özü dəstəmaz almağa qadir olmayan şəxs bir başqasının köməyindən istifadə etməlidir. Dəstəmaza kömək edən şəxs muzd istəsə güc çatan həddə ona muzd verilməlidir. Amma insan dəstəmazın niyyətini özü etməli, öz əli ilə məsh çəkməlidir. Əgər özü bu işi bacarmasa, bir başqası onun əlindən tutub məsh yerinə çəkməlidir. Bu da mümkün olmasa, şəxsin əlindəki rütubətdən götürüb həmin rütubətlə başına və ayağına məsh çəkmək lazımdır. Amma belə bir vəziyyətdə vacib ehtiyat budur ki, təyəmmüm də edilsin.
    Məsələ 312: İnsan dəstəmazın təklikdə yerinə yetirə biləcəyi əməlində başqasının köməyindən istifadə etməməlidir.
    Məsələ 313: 11. (On birinci şərt) Sudan istifadədə hər hansı bir maneə olmamalıdır. Əgər dəstəmaz alan şəxs suyun zərərindən qorxarsa və ya sudan dəstəmaz üçün istifadə edəcəyi təqdirdə susuz qalacağından ehtiyatlanarsa, təyəmmüm etməlidir.
    Məsələ 314: Əgər insan dəstəmaz aldıqdan sonra suyun zərərli olduğunu başa düşərsə, dəstəmazı düzgündür.
    Məsələ 315: Əgər az miqdarda suyun zərəri olmazsa, həmin miqdarda su ilə dəstəmaz almaq lazımdır. Əgər soyuq su zərərlidirsə, isti sudan istifadə edilməlidir.
    Məsələ 316: 12. (On ikinci şərt) Suyun dəstəmaz üzvlərinə çatmasına maneə olmamalıdır. Əgər bir şəxs dəstəmaz üzvünə nəyinsə yapışdığını bilirsə, amma həmin şeyin suya mane olub-olmadığına şəkdədirsə, həmin şeyi təmizləməlidir.
    Məsələ 317: Əgər dırnağın altında azca çirk olarsa, onun dəstəmaza maneçiliyi yoxdur. Amma onu təmizləmək daha yaxşıdır; dırnağı tutsa, suyun bədənə çatmasına mane olan çirki təmizləməlidir. Əgər dırnaq adi həddən uzun olarsa dırnağın altında dəstəmaza mane olan çirk təmizlənməlidir.
    Məsələ 318: Yanma və ya başqa bir səbəbdən dəstəmaz üzvlərində suluq kimi qabarıqlıq yaranarsa onu yumaq və üzərindən məsh çəkmək bəs edər. Həmin suluq deşildikdə suyu onun altında dəriyə çatdırmaq lazım deyil. Amma dərinin bir hissəsi qopduqda və qalxıb-yatdıqda suyu onun altına çatdırmaq lazımdır. Bir şərtlə ki, bu işin zərəri olmasın.
    Məsələ 319: İnsan dəstəmaz üzvlərində maneə olduğunu ehtimal etdikdə və onun ehtimalı ağlabatan olduqda, araşdırma aparmalıdır. Məsələn, torpaqla və ya boya ilə işlədikdən sonra dəstəmaz üzvündə torpaq və ya rəng qalması ilə bağlı şəkk əsasında araşdırma aparmalıdır.
    Məsələ 320: Suyun bədənə çatmasına mane olmayan rənglər dəstəmaza təsirsizdir. Amma bu rənglər mane olduqda və ya onların maneçiliyinə şəkk edildikdə, onları təmizləmək lazımdır.
    Məsələ 321: Əgər barmaqdakı üzük, qoldakı qolbaq və bu kimi şeylər suyun dəstəmaz üzvlərinə çatmasına mane olmazsa, dəstəmaz düzgündür. Suyun dəriyə çatması üçün həmin əşyaları tərpətmək lazımdır. Əgər insan dəstəmazdan sonra dəstəmaz üzvlərində üzük və ya başqa maneə görsə və onların dəstəmaz vaxtı üzərində olub-olmadığını bilməsə, dəstəmazı düzgündür. Bir şərtlə ki, dəstəmaz zamanı bu şeylərə diqqətli olduğunu düşünsün.
    Məsələ 322: Dəstəmazı başa çatdırdıqdan sonra şəkk yaransa ki, dəstəmazın bütün əməlləri yerinə yetirilib, yoxsa yox, eləcə də, dəstəmazın bütün şərtləri ödənib yoxsa yox, bu şəklərə etina etmək lazım deyil. Amma dəstəmaz əsnasında şəkk yaranarsa bu işi görmək lazımdır.
    Dəstəmazın hökmləri
    Məsələ 323: Dəstəmazlı şəxs dəstəmazın batil olub-olmadığına şəkk edərsə, dəstəmazının qaldığını qəbul etməlidir. Əgər dəstəmazı olmayan şəxs sonradan dəstəmaz alıb-almadığını şəkk edərsə, dəstəmazlı olmadığını qəbul etməlidir.
    Məsələ 324: Bir şəxs dəstəmaz aldığını və dəstəmazı pozan bir iş gördüyünü düşünərsə, hansı birinin öncə baş verdiyini bilmədikdə dəstəmaz almalıdır.
    Məsələ 325: Bir şəxs dəstəmaz əməllərinə və ya onun şərtlərinə (Məsələn, suyun pak olmasına, dəstəmaz üzvlərində suya maneə olmasında) çox şəkk edərsə, şəkkinə əhəmiyyət verməməli, başqaları kimi hərəkət etməlidir.
    Məsələ 326: Əgər namazdan sonra şəkk yaranarsa ki, dəstəmaz alınmışdır, yoxsa yox, namaz düzgündür, amma sonrakı namazlar üçün dəstəmaz almaq lazımdır.
    Məsələ 327: Əgər namaz arasında şəkk yaransa ki, dəstəmaz alınmışdır, yoxsa yox, vacib ehtiyata əsasən, namazı tamamlayıb sonradan dəstəmaz almaq və namazı təzələmək lazımdır.
    Məsələ 328: Əgər insanda elə bir xəstəlik varsa ki, sidik damla-damla xaric olsun və ya nəcisin qabağını saxlaya bilməsin, namazın son vaxtınadək dəstəmaz və namaz üçün möhlət tapacağını bilsə, namazı həmin vaxt qılmalıdır. Belə bir şəxs namazın vacib hissələri ilə kifayatlənməli, möhlət olmadıqda azan, iqamə və qunutu tərk etməlidir.
    Məsələ 329: Əgər dəstəmaz və namaz miqdarında möhlət olmasa, amma namaz gedişində bir neçə dəfə sidik və nəcis xaric olsa, həmin şəxs hər dəfə dəstəmaz almaq istəsə eybi yoxdur. Bu halda vacib ehtiyata əsasən, yanına su qabı qoymalı və hər dəfə sidik və ya nəcis xaric olduqda dəstəmaz almalıdır. Sonra namazın qalan hissəsini qıla bilər. Amma sidik və nəcis tez-tez xaric olarsa və insan üçün hər dəfə dəstəmaz almaq çətinlik törədərsə, bir dəfə dəstəmaz alması bəs edər.
    Məsələ 330: Sidik və nəcis tez-tez xaric olduqda və hər dəfə dəstəmaz almağa imkan olmadıqda, bir dəstəmazla həm günorta, həm də ikindi namazlarını qılmaq olar. Ehtiyata əsasən, hər namaz üçün bir dəstəmaz almaq yaxşıdır.
    Məsələ 331: Amma sidik və nəcis ixtiyari şəkildə xaric olarsa, insan dəstəmazını təzələməlidir.
    Məsələ 332: Əgər bir şəxs xəstəlik səbəbindən bağırsaq yelinin qarşısını ala bilmirsə, sidik və nəcisin qarşısını ala bilməyənlərin vəzifəsinə əməl etməlidir.
    Məsələ 333: Bir insandan sidik və nəcis ardıcıl şəkildə xaric olursa, bu şəxs hər dəstəmazdan sonra dərhal namaza başlamalıdır. Belə bir şəxs ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd üçün dəstəmaz almaya bilər. Bir şərtlə ki, namazla bu işlər arasında fasilə buraxmasın.
    Məsələ 334: Bir şəxsdən ixtiyarsız olaraq sidik və nəcis xaric olursa, namazda bədənini bulaşıqlıqlardan qorumaq üçün parçadan istifadə etməlidir. Ehtiyata əsasən, hər namazdan öncə sidik və nəcis çıxacağını suya çəkməlidir.
    Məsələ 335: Bu qəbil xəstəliyi olanlar asanlıqla müalicə oluna bilərsə, müalicə olunmaları vacibdir. Müalicə olunmamalarının iradı var.
    Məsələ 336: Belə bir xəstəliyə düçar olan şəxs sağaldıqdan sonra xəstəlik zamanı yuxarıda göstərilən qaydada qıldığı namazları yenidən qılmaya bilər. Amma namazın vaxtı ötməmiş sağalarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 711 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019