İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    QƏBRIN AÇILMASININ HÖKMLƏRI
    Məsələ 597: Müsəlmanın qəbrini açmaq haramdır. Uşaq və divanənin də qəbrini açmaq haram sayılır. Qəbrin açılması dedikdə onun elə bir şəklə salınması nəzərdə tutulur ki, meyyitin bədəni görünsün. Bədən görünməsə eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın.
    Məsələ 598: Əgər əmin olsa ki, bədən tam torpağa çevrilib, qəbri açmağın eybi yoxdur. Amma imam övladlarının, şəhidlərin, alimlərin və saleh insanların qəbrini illər ötdükdən sonra da açmaq olmaz.
    Məsələ 599: Qəbri açmaq bir neçə halda haram sayılmır:
    1. Meyyit qəsbi torpaqda dəfn edildikdə və torpaq sahibi razı olmadıqda. Meyyitin kəfəni və ya onunla dəfn olunmuş bir şey qəsbi olduqda. Varisə çatacaq bir şey meyyitlə birlikdə dəfn edildikdə və varis həmin şeyin qəbirdə qalması ilə razılaşmadıqda. (Məsələn, qiymətli üzük və ya başqa bir zinət əşyası). Hətta varis razılaşdıqda həmin şeyin qəbirdə qalması israfdırsa onu çıxarmaq lazımdır. Əgər meyyit vəsiyyət etsə ki, bir dua və ya üzüyü onunla birlikdə dəfn etsinlər, vəsiyyəti mülkünün üçdə birindən artıq olmazsa və israf sayılmazsa, qəbiri açmaq olmaz.
    2. Həqiqəti sübuta yetirmək üçün meyyitin bədəninə baxmaq zəruri olduqda.
    3. Meyyit ona hörmətsizlik sayılacaq bir yerdə dəfn edildikdə. Məsələn, kafir qəbristanlığında və ya zibillikdə.
    4. Qəbirin açılmamasından daha əhəmiyyətli şəri bir məsələyə görə. Məsələn, hamilə qadının bətnindən körpəni çıxarmaq üçün. (Körpə anası öldükdən sonra bir müddət sağ qala bilər.
    5. Meyyitə vəhşi heyvanın toxunmasından və ya düşmənin onun qəbirdən çıxarmasından qorxduqda.
    6. Meyyitin bədəninin bir hissəsi onun cəsədi ilə dəfn edilmədikdə. Vacib ehtiyat budur ki, həmin hissə dəfn olunanda meyyitin bədəni görünməsin.
    Məsələ 600: Bir şəxs vəsiyyət etsə ki, onu müəyyən bir yerdə dəfn etsinlər və onun vəsiyyətinə əməl edilməsə, qəbri açıb cəsədi vəsiyyətdə göstərilən yerə köçürmək olmaz.
    Məsələ 601: Bir şəxs vəsiyyət etsə ki, dəfndən sonra onun qəbrini açıb bədənini müqəddəs bir yerə və hər hansı nöqtəyə aparsınlar, belə bir vəsiyyətə əməl edilməsi iradlıdır.
    Məsələ 602: Dəfnin təxiri meyyitə hörmətsizlik sayılarsa bu iş görülməməlidir.
    Şəhidin hökmləri
    Məsələ 603: Qeyd etdiyimiz kimi, müsəlman meyyitə qüsl verib kəfənləmək vacibdir. Amma iki qrupun hökmü fərq edir:
    1.Allah yolunda şəhidlər, yəni İslami cihad meydanında, Peyğəmbər və məsum imamlarla, onların naibləri ilə yanaşı həlak olanlar. İmam Mehdinin (ə) qeyb dövründə də İslam düşmənləri ilə savaşda həlak olanlar şəhid sayılır. Şəhid həm kişi, həm də qadın, həm yaşlı, həm də uşaq ola bilər. Bu halda onlara qüsül, kəfən və hənut vacib deyil. Onları əyinlərindəki libasla, namazdan sonra dəfn etmək lazımdır.
    Məsələ 604: Ötən məsələdə haqqında danışılan insanlar savaş meydanında şəhid olanlardır. Yəni belələri müsəlmanlar onlara gəlib çatanadək dünyalarını dəyişirlər. Amma ona yetişən vaxt sağ olarsa və ya yaralı vəziyyətdə savaş meydanında çıxarılarsa, xəstəxanada və ya başqa bir yerdə dünyasını dəyişərsə, şəhid savabına malik olsa da, yuxarıdakı Məsələ ona şamil olunmur.
    Məsələ 605: Bu gün savaş meydanları genişlənmiş, kilometrlərlə uzanmışdır. Silahlar olduqca uzaq məsafəni hədəfə ala bilir. Əsgərlərin hərəkət etdiyi bütün bu səhnə savaş meydanı sayılır. Amma düşmən cəbhədən kənarda bir məntəqəni bombalayarsa, yuxarıdakı hökm orada həlak olanlara aid deyil.
    Məsələ 606: Şəhid müəyyən səbəbdən libassız qalarsa, onu kəfənləmək lazımdır. Amma o qüsülsüz dəfn olunur.
    Məsələ 607: 2 (Qüsl və kəfənin vacib olmadığı ikinci qrup) şəri qisas və ya hökmlə qətli vacib olanlar üçün şəri hakimin göstərişi ilə sağ olduqları vaxt meyyit qüslü verilirlər. Onlar meyyitə məxsus üç qüslü verir, sonra kəfənin fitə və köynək hissələrinə bölünürlər. Onlar meyyit kimi hənut olunur. Öldürüldükdən sonra kəfənin üçüncü hissəsinə bürünürlər. Onlara namaz qılınır və həmin vəziyyətdə dəfn edilirlər. Onların bədəni və kəfəni qanla və ya qorxudan murdarlansa, təkrar qüsül lazım deyil.
    Müstəhəb qüsüllər
    Məsələ 608: İslamda müstəhəb qüsüllər çoxdur. O cümlədən:
    1.Cümə qüslü; bu qüsül ən mühüm və təkid olunmuş müstəhəb qüsüllərdəndir. Yaxşı olar ki, imkan həddində bu qüsül tərk olunmasın. Bu qüslü cümə günü sübh azanından həmin gün günortayadək vermək olar. Əgər günortayadək bu qüsül verilməsə ehtiyat budur ki, "əda və qəza” niyyəti etmədən həmin gün əsrədək, günorta və axşam arasınadək bu qüsül yerinə yetirilsin. Əgər cümə günü qüsül verə bilməsə müstəhəbdir ki, şənbə günü sübdən qürub vaxtınadək bu qüslün qəzasını yerinə yetirsin. Bir şəxs cümə günü su tapmayacağından qorxarsa cümə axşamı öncədən niyyətlə bu qüslü verə bilər.
    2. Mübarək Ramazan ayının gecə qüsülləri; Ramazan ayında ayın 1-dən 21-dək hər gecə qüsül vermək müstəhəbdir. Yaxşı olar ki, bu qüsüllər gün batanda yerinə yetirilsin. Ramazan ayının 21-dən sonunadək həmin qüslü şam və xiftən namazlarının arasında vermək lazımdır. Ehtiyat budur ki, Ramazan ayındakı və sonradan adı çəkiləcək başqa qüsüllər Allahın razılığına ümidlə yerinə yetirilsin.
    3. Fitir və Qurban bayramları günü qüsül; bu qüsüllərin vaxtı bayram günü sübh azanından qürub vaxtınadəkdir. Yaxşı olar ki, onu bayram namazından öncə yerinə yetirsinlər.
    4. Fitir bayramı qüslü; bu qüslün vaxtı qürubdan sübh azanınadəkdir. Yaxşı olar ki, həmin qüsül gecənin əvvəlində verilsin.
    5. Zil-hiccənin 8-ci və 10-cu gününün qüsülları; bu günlər "tərviyyə” və "ərəfə” adlanır.
    6. Rəcəb ayının 1-ci, orta, 27-ci (məbəs) və son günlərinin qüslü;
    7. Zil-hiccənin 18-ci gününün (Qədir bayramı) qüslü;
    8. Şəbanın 15-ci gününün qüslü (İmam Mehdinin (ə) mövlud günü), rəbiül-əvvəlin 17-ci günün qüslü (Həzrət Peyğəmbərin (s) mövludu) və novruz bayramı gününün qüslü.
    9. Dünyaya yenicə gəlmiş uşağın qüslü.
    10. Ərindən qeyrisi üçün ətirlənmiş qadının qüslü və məst halda yatmış şəxsin qüslü;
    11. Dardan asılana baxmaq üçün getmiş və onu görmüş şəxsin qüslü. Amma bir şəxs təsadüfən belə bir şey görərsə və ya şəhadət üçün orada olması lazım gələrsə qüsül verməsi lazım deyil.
    12. Tövbə qüslü; bir şəxs günahdan sonra tövbə qılarsa qüsül versin.
    Məsələ 609: Müqəddəs məkanlara daxil olarkən savab ümidi ilə qüsül vermək müstəhəbdir. Məkkə və Mədinəyə daxil olarkən qüsül vermək müstəhəb sayılır. Məscidül-Həram və Məscidün-Nəbiyə, eləcə də məsum imamların hərəminə daxil olarkən müstəhəb qüsül vermək olar. Əgər həmin müqəddəs yerlərə bir neçə dəfə daxil olarsa bir qüsül verməsi bəs edər. Bir şəxs eyni bir gündə Məkkəyə, həm də Məscidül-Hərama daxil olarsa və ya Mədinəyə, həm də Məscidün-Nəbiyə daxil olarsa, bir qüsül verməsi bəs edər. Peyğəmbər (s) və imamları uzaqdan və yaxından ziyarətdə, ibadətdə sövq və Allahın razılığı üçün səfərə gedərkən müstəhəb qüsül vermək olar.
    Məsələ 610: İnsan Allahın razılığını əldə etmək ümidi ilə qüsül verib həmin qüsüllə namaz qıla bilməz. O, ehtiyatən dəstəmaz almalıdır. Amma qəti müstəhəb qüsüllərlə, məsələn cümə qüslü ilə namaz qılmaq olar.
    Məsələ 611: Bir şəxs bir neçə müstəhəb qüsül və ya bir neçə müstəhəb və vacib qüsül vermək istəyərsə bütün qüsüllərin niyyəti ilə bir qüsül versə bəs edər.
    Təyəmmüm
    Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar:
    Məsələ 612: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilir.
    Birinci hal
    Dəstəmaz və qüsl üçün ehtiyat duyulan həddə suyun olmaması;
    Məsələ 613: İnsan şəhərdə, yaşayış məntəqəsində olduğu vaxt su tapa bilməsə, sudan ümidini üzənədək axtarış aparmalıdır. Amma çöl şəraitində yer dağlıq, hündür-alçaq, ağac kimi maneələr olarsa, bir ox həddində (mərhum Məclisi bir ox həddini 200 addım saymışdır) dörd istiqamətdə su axtarılmalıdır. Əgər yer hamar və maneəsiz olarsa, dörd istiqamətdə iki ox məsafəsində axtarış aparılır. Hansı tərəfdə su olmadığına əmindirsə axtarışa ehtiyac yoxdur. Əgər dörd tərəfdən bəzisi hamar, bəzisi maneəli olarsa, hər tərəfin özünə müvafiq axtarış aparılır.
    Məsələ 614: Əgər bir şəxs əmin olarsa ki, göstərilən məsafədən bir qədər uzaqda su var və namazın vaxtı dar deyil, su ardınca getməlidir. Bu iş çox məşəqqətli olarsa, bir qədər uzaqda su olduğuna əminlik varsa da, axtarış lazım deyil.
    Məsələ 615: İnsan su ardınca inandığı bir adamı göndərə bilər. Bir neçə nəfər tərəfindən göndərilən bir nəfərin də axtarış aparması kifayat edər.
    Məsələ 616: Əgər namaz vaxtından öncə axtarış aparılsa və su tapılmasa, namaz vaxtınadək həmin yerdə qaldıqda ikinci dəfə su axtarışına ehtiyac yoxdur. Yalnız həmin məhəllin vəziyyəti dəyişsə axtarışa ehtiyac olar. Bir namazda dəstəmaz üçün axtarış aparmışsa, nə qədər ki, şərait dəyişməyib, o biri namazlar üçün də axtarışa ehtiyac yoxdur.
    Məsələ 617: Namazın vaxtı dar olduqda su axtarışı səbəbindən vaxt ötəcəksə və ya hər hansı təhlükə varsa, axtarışa ehtiyac yoxdur. Əgər bir qədər axtarmaq imkanı varsa həmin qədərlə kifayatlənmək lazımdır.
    Məsələ 618: Bir şəxs bilərəkdən axtarış aparmasa ki, namazın vaxtı daralsın, günaha yol vermişdir. Amma bu şəxsin təyəmmümlə qıldığı namaz düzgündür.
    Məsələ 619: Bir şəxs su tapmayacağına əmin olub axtarış aparmasa və təyəmmümlə namaz qılsa, sonradan başa düşsə ki, axtarış aparsaydı su tapardı, namazı batildir. Eləcə də əgər axtarışdan sonra təyəmmüm edib namaz qılarsa, sonradan anlayarsa ki, axtarış apardığı yerdə su olub vacib ehtiyata əsasən, namazını təzələməlidir. Namazın vaxtı keçmişsə onun qəzasını qılmaq lazımdır.
    Məsələ 620: Dəstəmazı olan şəxs bilərsə ki, dəstəmazı pozulsa dəstəmaz ala bilməyəcək, böyük məşəqqət yaratmasa namazadək dəstəmazını qorumalıdır. Hətta dəstəmaz üçün su tapa bilməyəcəyini ciddi ehtimal etsə, eləcə də sonradan suyun tapılmayacağını bilsə, vacib ehtiyata əsasən, dəstəmazını qorumalıdır.
    Məsələ 621: Əgər yalnız dəstəmaz və ya qüsl üçün su varsa və bu su boş yerə işlənsə su tapılmayacağı məlumsa, namazın vaxtı daxil olduqda onu boş yerə işlətmək haramdır. Vacib ehtiyat budur ki, namazın vaxtından öncə də bu su boş yerə işlədilməsin. Ağlabatan ehtimal varsa ki, su boş yerə işlədilsə, başqa su tapılmayacaq, vacib ehtiyata əsasən, suyu saxlamaq lazımdır. Bütün bu hallarda suyun boş yerə işlədilməsi yanlış addımdır, amma belə bir şəxsin təyəmmümlə namazı düzgündür.
    İkinci hal
    Məsələ 622: Quyuda su olduğu halda onu çıxarmaq üçün bir vasitə yoxdursa və su əldə etmək mümkün deyilsə, təyəmmüm olunmalıdır. Su adətən insanların dözə bilmədiyi bir məşəqqətlə əldə edilirsə, təyəmmüm etmək olar.
    Məsələ 623: Əgər quyudan suyu çıxarmaq üçün vasitəyə ehtiyac varsa, bu vasitə əldə olunmalıdır. Onu kirayəyə də götürmək olsa, bu iş görülməlidir. Hətta bir neçə qat baha olsa da, vasitə əldə olunmalıdır. Amma vasitə və ya su əldə etmək üçün elə bir xərc lazım gəlsə ki, bu xərc insanın vəziyyətinə zərərli olsun, bu işi görmək vacib deyil.
    Məsələ 624: Əgər su əldə etmək üçün borc götürmək zəruri olarsa bu iş görülməlidir. Amma insan borcu ödəmək gücündə olmadığını bildikdə borc götürməsi vacib deyil. Bir şəxs minnət qoymadan bir qədər su verərsə onu qəbul etmək lazımdır.
    Üçüncü hal
    Məsələ 625: Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.
    Məsələ 626: Göz xəstəliyi olan və suyun bu xəstəliyə zərər verəcəyini bilən insan gözünün ətrafını yuya bilsə dəstəmaz almalıdır. Əks təqdirdə təyəmmüm edilir.
    Məsələ 627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə vacib ehtiyat budur ki, təyəmmüm etsin, əgər qılıbsa namazını təzələsin.
    Dördüncü hal
    Məsələ 628: Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.
    Məsələ 629: Pak sudan əlavə bir qədər murdar su varsa, murdar sudan istifadə edə bilməz. Namaz üçün təyəmmüm edib, pak suyu içmək üçün saxlamalıdır. Amma murdar suyu heyvana verməyin eybi yoxdur.
    Beşinci hal
    Məsələ 630: Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqda suyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır.
    Altıncı hal
    Məsələ 631: Əgər su və ya onun qabı qəsbi olarsa və ya qab qızıl-gümüşdən olarsa və başqa bir qab tapmaq mümkün olmasa, dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir.
    Yeddinci hal
    Məsələ 632: Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.
    Məsələ 633: Əgər bir şəxs bilərəkdən namazı o qədər yubatsa ki, dəstəmaz və qüslə vaxt qalmasın, günaha yol vermişdir. Amma onun təyəmmümlə qıldığı namaz düzgündür. Müstəhəb ehtiyat budur ki, həmin namazın qəzasını da yerinə yetirsin.
    Məsələ 634: Bir şəxs vaxtın dar olub-olmadığını bilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindən qorxarsa təyəmmüm etməlidir.
    Məsələ 635: Bir şəxs vaxt dar olduğu üçün təyəmmüm edib namaza başlasa, namaz arasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazları həmin təyəmmümlə qıla bilər.
    Məsələ 636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə "İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.
    Nələrə təyəmmüm etmək olar?
    Məsələ 637: Bir neçə şeyə təyəmmüm etmək düzgündür: torpaq, çınqıl, qum, kəsək (bir-birinə yapışmış torpaq) və daş. Bir şərtlə ki, bütün bunlar pak və bir qədər tozlu olsun.
    Məsələ 638: Əhəng daşı, gəc daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahirata təyəmmüm etmək olmaz. Vacib ehtiyat budur ki, bişmiş gəc və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.
    Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs "faqidut-təhureyn” adlanır.
    Məsələ 640: Su tapılmadıqda qar və ya buz olarsa, mümkün olan şəraitdə onları əritmək və dəstəmaz, qüsl üçün istifadə etmək lazımdır.
    Məsələ 641: Əgər saman və ya bu kimi şeylər torpaq və ya quma qatışarsa, onlara təyəmmüm etmək olmaz. Amma o qədər az olarsa ki, torpaq və ya qumda itmiş sayılsın, təyəmmüm etmək olar.
    Məsələ 642: Təyəmmüm üçün torpaq və bu kimi şeylər tapılmasa, bu şeyləri almaq mümkün olduqda alınması vacibdir.
    Məsələ 643: Gildən divara təyəmmüm etmək olar. Müstəhəb ehtiyat budur ki, quru yer və quru torpaq olan halda nəmli yer və torpağa təyəmmüm edilməsin.
    Məsələ 644: Təyəmmüm edilən şey vacib ehtiyata əsasən, qəsbi olmamalıdır. Amma qəsbi olduğu bilinmirsə və ya unudulmuşsa təyəmmüm etmək düzgündür. Amma insan özü onu qəsb etmiş olsa təyəmmüm edə bilməz.
    Məsələ 645: Bir şəxs qəsbi yerdə həbs olunmuşsa, oradakı torpaq və ya daşa təyəmmüm edib namaz qıla bilər.
    Məsələ 646: Qeyd olundu ki, imkan olan yerdə tozlu şeyə təyəmmüm edilməlidir. Əl ona vurulduqdan sonra müstəhəbdir ki, artıq tozun getməsi üçün əli çırpmaq müstəhəbdir.
    Məsələ 647: Bulaşıq, çökək, yol kənarındakı, şoranlıq (üzünün yığılmadığı halda) yerə təyəmmüm etməmək daha yaxşıdır. Əgər şoranlıq yerin üzünün duzu yığılmamışsa ona təyəmmüm etmək batildir. Təyəmmüm ediləsi yer elə bulaşıqdırsa ki, xəstəlik qorxusu yaranır, vacib ehtiyata əsasən, namazı təyəmmümsüz qılıb sonradan qəzasını yerinə yetirsinlər.
    Təyəmmümün qaydası
    Məsələ 648: Təyəmmüm üçün əvvəlcə niyyət edilir. Sonra hər iki əlin içi birlikdə təyəmmüm ediləcək şeyə vurulur. Sonra hər iki əl vacib ehtiyata əsasən, tük bitən yerdən başlayaraq bütün alın, onun iki tərəfi, qaşlar və burunun üzərinə çəkilir. Vacib ehtiyat budur ki, qaşlara da məsh çəkilsin. Sonra sol əlin içi sağ əlin arxasına, sağ əlin içi sol əlin arxasına çəkilir.
    Təyəmmümün hökmləri
    Məsələ 649: Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasında fərq yoxdur. Amma müstəhəb ehtiyat budur ki, qüsl əvəzinə təyəmmümdə əllər ikinci dəfə yerə vurulsun və sol əl sağ əlin arxasına, sağ əl sol əlin arxasına çəkilsin.
    Məsələ 650: Təyəmmümdə bütün alın və əllərin arxasına məsh çəkilməlidir. Əgər azca bir hissəsinə məsh çəkilməsə təyəmmüm batildir. Bu işin bilərəkdən və ya unutqanlıqdan olmasının fərqi yoxdur. Amma həddən ziyada diqqət də lazım deyil. Bütün alına və əllərin arxasına məsh çəkilməsinin söylənilməsi bəs edər.
    Məsələ 651: Bütün alın və əllərin üzərinə məsh çəkildiyinə arxayın olmaq üçün onların ətrafını da məshə daxil etmək lazımdır. Amma barmaqların arasına məsh çəkmək lazım deyil. Vacib ehtiyat budur ki, alına və əllərin arxasına yuxarıdan aşağıya məsh çəkilsin. Təyəmmümdəki işlər ardıcıl yerinə yetirilməlidir. Əgər arada təyəmmüm şəklini pozacaq fasilə verilərsə təyəmmüm batildir.
    Məsələ 652: Niyyətdə qüsl, yoxsa dəstəmaz əvəzinə təyəmmüm edildiyini müəyyənləşdirməyə ehtiyac yoxdur. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işin görülməsi bəs edər. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi gördükdə birinin əvəzinə o birini niyyət etməyin eybi yoxdur və təyəmmüm düzgündür.
    Məsələ 653: Vacib ehtiyata əsasən, təyəmmüm üzvləri və əllərin içi pak olmalıdır. Amma əlin içi murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, həmin vəziyyətdə təyəmmüm edilir.
    Məsələ 654: Təyəmmüm edərkən təyəmmüm üzvlərində olan maneələri təmizləmək lazımdır. Əgər barmaqda üzük varsa onu çıxarmaq lazımdır. Hətta alını örtmüş saç kənarlaşdırılmalıdır. Hər hansı maneə olduğu ehtimal edildikdə axtarış aparmaq lazımdır.
    Məsələ 655: Əgər alında, əllərin arxasında və ya içində yara varsa və yaraların örtüldüyü parçanı açmaq mümkün deyilsə, müəyyən zərəri varsa, həmin halda təyəmmüm edilməlidir.
    Məsələ 656: Özü təyəmmüm etməyə qadir olmayan şəxs naib tutmalıdır. Yəni bir şəxs onun əllərini torpağa vurmalıdır. Mümkün olmadıqda əlləri torpağa qoyulur, sonra öz əli ilə təyəmmüm edilir. Bu da mümkün olmasa, naib özü təyəmmüm ediləcək şeyə əlini vurub həmin şəxsin alnına və əllərinə çəkir.
    Məsələ 657: Təyəmmümü başa çatdırdıqdan sonra onun düzgün yerinə yetirilib-yetirilmədiyinə şübhə yaranarsa, bu şübhələrə əhəmiyyət verilmir. Əgər təyəmmüm gedişində şək yaranarsa vacib ehtiyat budur ki, şübhəli hissəni yenidən yerinə yetirsin.
    Məsələ 658: Vəzifəsi təyəmmüm olan şəxs namaz vaxtından öncə təyəmmüm edə bilməz. Amma vacib və ya müstəhəb bir iş üçün təyəmmüm edərsə, namazadək üzrü yerində qalsa, həmin təyəmmümlə namaz qıla bilər.
    Məsələ 659: Vəzifəsi təyəmmüm olan şəxs əmin olsa və ya ehtimal etsə ki, vaxtın sonunadək üzrü yerində qalacaq, əvvəl vaxtda təyəmmüm edə bilər. Amma əmin olsa ki, son vaxtadək üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, gözləməlidir.
    Məsələ 660: Təyəmmümlə namaz qılan şəxs qəza namazlarını da təyəmmümlə qıla bilər. Amma üzrünün tezliklə aradan qalxacağını bilərsə səbr etməlidir. Vacib ehtiyata əsasən, üzrünün aradan qalxmasına ümid etdikdə, gözləməlidir.
    Məsələ 661: Dəstəmaz ala bilməyən və ya qüsl verə bilməyən şəxs müstəhəb namazları təyəmmümlə qıla bilər. Hətta gecə namazı üçün vaxt dar olduqda təyəmmüm etmək mümkündür.
    Məsələ 662: Bir şəxs su olmadığından və ya başqa bir səbəblə təyəmmüm etsə, sonradan su tapsa və ya üzrü aradan qalxsa, təyəmümü öz-özünə batil olur.
    Məsələ 663: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.
    Məsələ 664: İnsana bir neçə qüsl vacib olarsa və qüsl verə bilməzsə, bütün qüsüllərin əvəzinə bir təyəmmüm bəs edər.
    Məsələ 665: Əgər qüsl əvəzinə təyəmmüm edilərsə, dəstəmaz almaq və ya dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Bu qüsl cənabət qüslü və ya başqa bir qüsl ola bilər. Müstəhəb ehtiyat budur ki, başqa qüsüllərdə dəstəmaz alsın. Dəstəmaz ala bilməsə dəstəmaz əvəzinə təyəmmüm etsin.
    Məsələ 666: Qüsl əvəzinə təyəmmüm edən şəxs sonradan dəstəmazı pozan bir iş görsə, sonrakı namazlar üçün yalnız dəstəmaz almalıdır. Dəstəmaz ala bilməsə onun əvəzinə təyəmmüm edir.
    Məsələ 667: Vəzifəsi təyəmmüm olan şəxs başqa bir iş üçün təyəmmüm etsə, təyəmmümü və üzrü gücündə qalanadək dəstəmaz və qüsl tələb edən bütün işləri görə bilər. hətta vaxt dar olduğundan təyəmmüm edərsə, bu təyəmmümlə Quran xəttinə toxuna bilər və dəstəmaz tələb edən başqa işləri görə bilər.
    Məsələ 668: Təyəmmümlə qılınan namazların qəzasını yerinə yetirmək lazım deyil. Amma bir neçə halda müstəhəb ehtiyat budur ki, həmin namazlar təzələnsin:
    1. Su olmayan və ya suyun zərərli olduğu vaxtlarda özünü cünub etmiş insanın təyəmmümlə qıldığı namazlar.
    2. İnsanın bilərəkdən su axtarışına getməyib vaxt dar olan zaman təyəmmümlə qıldığı namazlar (sonradan anlayır ki, axtarış aparsaydı su tapardı).
    3. Yaxında su olmadığını bildiyi halda əlində olan suyu boş yerə işlədən insanın təyəmmümlə qıldığı namazlar.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 660 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019