İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    NAMAZ
    Namazın əhəmiyyəti
    Namaz insanla Allah arasında rabitədir. Namaz ruhu səfalandırır, qəlbi paklayır, təqva ruhu yaradır, insanı tərbiyələndirir və günahlardan çəkindirir. Namaz olduqca mühüm bir ibadətdir. Rəvayatlərə əsasən, namaz Allah dərgahında qəbul olarsa, başqa ibadətlər də qəbul olar. Əgər namaz qəbul olmazsa başqa ibadətlər də qəbul edilməz. Rəvayatlərdə bildirilir ki, beş vaxt namazını yerinə yetirən insan gündə beş dəfə yuyunub çirkabdan təmizlənən insan kimi günahlardan təmizlənir. Ayə və rəvayatlərdə, Peyğəmbər (s) və məsum imamların buyuruqlarında cidi tövsiyə olunmuş əməllərdən biri namazdır. Buna görə də namazı tərk etmək kəbirə günahlardan sayılır.
    Yaxşı olar ki, insan namazını yubatmayıb ilk vaxtda qılsın. Namaza ciddi əhəmiyyət vermək, onu aram qılmaq lazımdır. Namaza diqqətsizlik və onun sürətlə qılınması namazı təsirdən sala bilər.
    Hədisdə nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) məsciddə bir şəxsin sürətlə namaz qıldığını, rüku və səcdələri lazımınca yerinə yetirmədiyini gördü. Həzrət buyurdu: "Əgər bu şəxs bu sayağı namaz qılan halda dünyadan getsə mənim dinimdə gedənlərdən sayılmaz.”
    Namazın ruhu qəlbin iştirakıdır. Namazda diqqəti yayındıran şeylərdən çəkinmək yaxşıdır. Namaz qılan şəxs namazın mətnindəki sözləri anlamalı, namaz boyu öz namazına diqqətli olmalı, cismi və qəlbi müti olmalı (xüzu və xüşu), kiminlə danışdığını anlayıb özünü Allahın əzəmət və böyüklüyü qarşısında kiçik saymalıdır.
    Məsumlar haqqında nəql olunur ki, bu insanlar namazda ilahi düşüncəyə qərq olmuş, özlərini unutmuşlar. Belə ki, Əmirəl-möminin Əlinin (ə) ayağına batmış oxu namaz əsnasında çıxararkən Həzrət bundan xəbər tutmur.
    Namazın qəbulu və onun kamilliyi üçün onun vacib şərtlərini yerinə yetirməklə yanaşı, aşağıdakı nöqtələri nəzərə almaq lazımdır.
    Namazdan öncə günahları yada salıb tövbə qılmaq; namazın qəbuluna mane olan həsəd, təkəbbür, qeybət, haram qida, məstedici içkilər, xüms və zəkatdan boyun qaçırmaq kimi günahlardan çəkinmək.
    Namazı dəyərdən salan, qəlbin iştirakına mane olan işlərdən də pəhriz etmək yaxşıdır. Məsələn, yuxulu vəziyyətdə, ayaqyolu ehtiyaclarını saxlamış halda, səs-küy içində, insanın diqqətini cəlb edən mənzərələr qarşısında namaz qılmaqdan çəkinmək lazımdır. Pak libas, saçların səliqəsi, dişlərin yuyulması, ətirlənmək, əqiq üzük taxmaq kimi savablı işlərə diqqət yetirmək lazımdır.

    VACIB NAMAZLAR
    Məsələ 669: Altı vacib namaz var: "Yövmiyyə” namazları (gündəlik on yeddi rəkət namaz), Allah evinin vacib təvaf namazı, Ayat namazı, meyyit namazı, böyük oğul üçün ata-ananın qəza namazları, nəzir, əhd və and vasitəsi ilə vacib olmuş namazlar.
    Vacib yövmiyyə namazları
    Məsələ 670: Beş vacib yövmiyyə namazı var: Hər biri dörd rəkətdən ibarət olan günorta və ikindi namazları, üç rəkət şam namazı, dörd rəkət xiftən namazı, iki rəkət sübh namazı. Amma səfərdə dörd rəkətli namazlar müəyyən şərtlər ödəndiyi halda iki rəkət qılınır.
    Cümə namazı
    Məsələ 671: Cümə namazı iki rəkətdir. Bu namaz cümə günləri günorta namazını əvəz edir. Cümə namazı Peyğəmbərin (s), məsum imamların, onların xüsusi naiblərinin hüzuru zamanı vacib olur. Böyük qeyb dövründə isə insan cümə namazı və günorta namazından birini seçə bilər. Ədalətli İslam hökuməti olan dövrdə ehtiyat budur ki, cümə namazı tərk edilməsin.
    Cümə namazının hökmləri
    1.Cümə namazının vaxtı günortadan başlayır. Bu namaz azan, xütbələr və adi namazın vaxtı başa çatanadəkdir. Bu müddət ötdükdən sonra cümə namazının vaxtı qurtarır və günorta namazı qılınmalıdır.
    2. Cümə namazı hökmü cümə namazı məhəllindən iki fərsəxədək (təqribən 12 km.) aralı yaşayanlara şamil olunur. Cümə namazı hər şəxsə vacib olduğu vaxt bu insanların cümə namazında iştirakı zəruri olur.
    3. Cümə namazının xütbələrinə çata bilməyən, amma həmin namazda, ya da onun bir rəkətində iştirak edən şəxsin namazı düzgündür. Vacib ehtiyata əsasən, insan bilərəkdən cümə namazına yubanmamalıdır.
    4. Cümə namazı camaatla qılınmalıdır. Cümə namazının qılınması üçün ən azı beş nəfər olmalıdır. (İmam cümə və başqa dörd nəfər)
    5. İki cümə namazı qılınan məhəl arasında məsafə bir fərsəxdən (altı km-dən) az olmamalıdır. Əgər iki cümə namazı arasında məsafə bir fərsəxdən (altı km-dən) az olarsa, birinci namaz düzgün, ikincisi batildir.
    6. Cümə namazı müsafirlərə, qadınlara, xəstələrə və iş qabiliyyəti olmayanlara vacib deyil. Amma adı çəkilənlər cümə namazında iştirak etsələr namazları düzgündür. Vacib ehtiyata əsasən, cümə namazının qılınması üçün zəruri olan beş nəfər bu insanlardan olmamalıdır.
    Cümə namazının qaydası
    1. Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu namazın iki qunutu var. Qunutlardan biri birinci rəkətdə rükudan öncə, ikincisi ikinci rəkətdə rükudan sonradır. Müstəhəbdir ki, imam birinci rəkətdə "Həmd”dən sonra "Cumuə” surəsini, ikinci rəkətdə "Həmd”dən sonra "Munafiqun” surəsini oxusun. Vacib ehtiyat budur ki, bu surələrdən birini oxusa, o birini oxumasın.
    2.Cümə namazından qabaq imam-cümə iki xütbə oxumalıdır.
    3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
    4. Xütbələr aşağıdakı hissələrdən ibarət olur. Allaha həmd-səna; Məhəmməd və Ali-Məhəmmədə salavat; moizə, nəsihət, ilahi təqvaya çağırış; hər xütbədə "İxlas”, "Kafirun”, "Əsr” kimi qısa surələrdən birini oxumaq; vacib ehtiyata əsasən, imamın özü və möminlər üçün bağışlanma diləməsi, ikinci xütbədə salavat zamanı imamların adını bir-bir çəkməsi.
    Bu əsasla, birinci xütbə beş, ikinci xütbə altı hissədən ibarət olur. İmam xütbələri qiyam (ayaq üstü) halında oxumalı, iki xütbə arasında azca əyləşməli, səsini lazımı həddə namaz qılanlara çatdırmalı, moizə-nəsihəti başa düşülən dildə bəyan etməlidir.
    5. Xütbə oxuyanın əmmamə və əbada olması, əsa və ya bu kimi bir şeyə söykənməsi daha yaxşıdır. İmam xütbəyə başlamazdan öncə məmumlara salam verir. Yaxşı olar ki, xütbədə müsəlmanlar, İslam dünyası və həmin məntəqə sakinləri ilə bağlı ictimai-siyasi, əxlaqi mövzular şərh olunsun. Müsəlmanlar bu mövzularla bağlı vəzifələri ilə tanış edilsin. Onlara düşmənin planları haqqında məlumat verilsin. Xütbə oxuyan imam öz xütbələrində insanların təlim-tərbiyəsinə, onların günün məsələləri ilə tanışlığına xüsusi diqqət yetirməlidir. Xütbənin əsas məqsədlərindən biri budur. Xütbələr aydın, təsirli bir dillə bəyan edilməlidir. Bu ibadi-siyasi nemətdən lazımınca bəhrələnmək lazımdır. Xütbələrdə müsəlmanlar düşmən qarşısında birliyə çağırılmalı, təfriqə yaradan mövzular açıqlanmamalıdır. Vacib ehtiyata əsasən, xütbə oxunan zaman namaz qılanlar dəstəmazlı olmalı, üzü imama əyləşməli, sakitliyi gözləməli, xütbələri dinləməlidirlər. Amma bilərəkdən də danışsalar, cümə namazı batil olmaz. Amma bu işi görənlər xilafa yol vermişlər.
    Yövmiyyə namazlarının vaxtı
    Günorta və ikindi namazlarının vaxtı
    Məsələ 672: Günorta və ikindi namazlarının vaxtı günortadan günəşin qürub vaxtınadəkdir. Bu vaxt günəşin səmanın tən ortasından qüruba doğru hərəkəti ilə başlayır. Günorta namazının vaxtının müəyyənləşdirmək üçün ən yaxşı üsul hamar yerdə düz bir çubuq basdırmaqdır. Səhər günəş doğanda bu çubuğun kölgəsi qüruba doğru uzanır. Günəş qalxdıqca kölgə də kiçilir. Kölgənin ən qısa vaxtı günorta sayılır. Sonra çubuğun kölgəsi gündoğana doğru uzanmağa başlayır. Amma Məkkə kimi bəzi şəhərlərdə arabir günortalar kölgə tamamilə itir. Günəş hər tərəfə eyni dərəcədə şüalanır. Belə məntəqələrdə kölgə itib yenidən görünən zaman günorta və ikindi namazlarının vaxtı başlayır. Diqqətli olmaq lazımdır ki, günorta saatla başlamır. Bəzilərinin saat on ikini günorta sayması düzgün deyil.
    Məsələ 673: Günorta və ikindi namazlarının xüsusi və müştərək vaxtı var. Günorta namazının xüsusi vaxtı günortadan başlayır və dörd rəkət namaz vaxtınadək davam edir. İkindi namazının xüsusi vaxtı qüruba ikindi namazı həddində vaxt qalanadəkdir. Günorta namazı həmin vaxtadək qılınmasa qəzaya getmişdir və ikindi namazı qılınmalıdır. Göstərilən iki vaxt arasındakı vaxt günorta və ikindi namazlarının müştərək vaxtıdır.
    Məsələ 674: Günorta namazını qılmamış səhvən ikindi namazını başlayarsa və namaz əsnasında yada düşərsə, bu hal müştərək vaxtda yarandıqda niyyəti dəyişmək olar. İnsan qəbul edir ki, həmin məqamadək qıldığı günorta namazı olub və bu qayda ilə namaza davam edir. Günorta namazını başa vurduqdan sonra ikindi namazı qılınır. Amma bu hal günorta namazının xüsusi vaxtında yaranarsa namaz batildir və yenidən qılınmalıdır.
    Şam və xiftən namazlarının vaxtı
    Məsələ 675: Günəş üfüqdə itdikdən sonra qürub başlayır. Ehtiyat budur ki, insan günəşin qürubundan sonra başı üzərində yaranmış qızartının ötüb keçməsini gözləsin. Qürub vaxtı şam və xiftən namazlarının vaxtı başlayır və bu vaxt gecə yarıyadək davam edir.
    Məsələ 676: Şam və xiftən namazlarının da xüsusi və müştərək vaxtı var. Şam namazının xüsusi vaxtı qürubdan başlayır və üç rəkət müddətində davam edir. Müsafir xiftən namazını tam şəkildə həmin vaxtda qılarsa səhvən olsa belə, namazı batildir. Xiftən namazının xüsusi vaxtı gecə yarıya dörd rəkətlik vaxt qalandan başlayır. Bir şəxs bilərəkdən şam namazını həmin vaxtadək yubatsa namazı qəzaya getmişdir və xiftən namazını qılmalıdır. Qeyd olunan iki vaxt arasındakı vaxt müştərək sayılır. Həmin vaxtda bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılarsa və sonradan bunu başa düşərsə, namazı düzgündür və şam namazını qılmalıdır.
    Məsələ 677: Xüsusi və müştərək vaxtın ölçüsü ayrı-ayrı insanlar üçün fərqlənə bilər. Məsələn, bu miqdar günorta, ikindi və xiftən namazlarına münasibətdə müsafir üçün iki rəkət, qeyri müsafir üçün dörd rəkətdir.
    Məsələ 678: Əgər diqqətsizlik və ya unutqanlıq səbəbindən şam namazı qılmamış xiftən namazına başlanılsa və namaz əsnasında bu Məsələdən xəbər tutulsa, niyyəti şam namazına çevirmək lazımdır. Yalnız dördüncü rəkətə daxil olduqdan sonra bu mümkün deyil. Belə bir halda xiftən namazı başa vurulduqdan sonra şam namazı qılınır.
    Məsələ 679: Xiftən namazının vaxtı gecə yarıyadəkdir. Vacib ehtiyat budur ki, qürub vaxtından sübh azanınadək olan vaxt gecə sayılsın. Gecə namazına vaxt təyin edərkən həmin vaxt qürubdan gün doğanadək hesablanır.
    Məsələ 680: Bir şəxs bilərəkdən şam və xiftən namazlarını gecə yarıyadək qılmasa, onların vaxtı keçmişdir və qəzası qılınmalıdır. Amma üzürlü səbəbdən qıla bilməmişsə, sübh namazınadək qıla bilər və namazı vaxtında qılınmış (əda) sayılır.
    Sübh namazının vaxtı
    Məsələ 681: Sübh azanının vaxtı (namaz və oruc üçün) aylı və aysız gecələrdə eynidir. Bu işdə meyar ay işığında görünməsə belə üfüqdə şəfəq nurunun zahir olmasıdır. Sübh namazının vaxtı fəcr tülusunun əvvəlindən (birinci fəcr) başlayır, günəş doğanədək, sübh ağartısına (ikinci fəcr) qədər davam edir. Sübh namazını hava işıqlanmamış, birinci sübhün qaranlığında qılmaq daha yaxşıdır.
    Namaz vaxtının hökmləri
    Məsələ 682: İnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza başlaya bilər. Ya da ədalətli bir şəxs namaz vaxtının çatdığını bildirməlidir. Vaxt tanıyan və etibarlı şəxsin azanı da kifayat edər. Əgər başqa yollarla vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər.
    Məsələ 683: Havanın tutqunluğu, zindanda olmaq və ya korluq səbəbindən vaxtın daxil olduğunu müəyyən etmək mümkün deyilsə, güclü ehtimalla namaza başlamaq olar.
    Məsələ 684: Yuxarıdakı göstərişlər əsasında namaza başlayan şəxs namazın ortasında vaxtın çatmadığını bilərsə, namazı batildir. Namazı başa çatdırdıqdan sonra da bunu anlayarsa, namazı bütünlüklə vaxtından qabaq qıldığı halda həmin namazı təzələməlidir. Amma namaz arasında və ya namazdan sonra başa düşərsə ki, vaxt daxil olmuşdur, namazı düzgündür.
    Məsələ 685: Bir insan diqqətsizlik və ya unutqanlıq səbəbindən vaxtdan xəbər tutmadan namaza başlasa, bu namaz vaxtında qılınmışdırsa düzgündür. Əgər namazı bütünlüklə və ya onun bir hissəsini vaxtından əvvəl qılmışsa, namazı batildir.
    Məsələ 686: Namazdan sonra şəkk etsə ki, namazı vaxtında qılmışdır, yoxsa yox, namazı düzgündür. Bir şərtlə ki, namaza başlamazdan öncə vaxtdan xəbərsiz olmasın. Namazın ortasında vaxtın çatmadığına şübhə etsə namazı batildir və vaxt çatdıqdan sonra onu təzələməlidir.
    Məsələ 687: Vaxt dar olduqda müstəhəb işlər səbəbindən namazın vacib bir hissəsi vaxtından sonraya düşərsə, müstəhəb işləri tərk etmək lazımdır (qunut və iqamə kimi müstəhəblər).
    Məsələ 688: Əgər bir şəxsin bir rəkətlik vaxtı qalmışsa, bütün namazı əda, yəni "vaxtında” niyyəti ilə qılmalıdır. Amma namazı belə bir vaxtadək təxirə salmaq haramdır. Əgər qürubadək beş rəkət namaz həddində vaxt qalmışsa, günorta və ikindi namazlarını əda, yəni "vaxtında” niyyəti ilə qılsın. O biri namazlar da bu qayda ilə qılınır.
    Məsələ 689: Təkid olunmuş müstəhəblərdən biri budur ki, namaz ilk fəzilətli vaxtda qılınsın. Rəvayatlərdə bu barədə tövsiyələr çoxdur. Namaz ilk vaxta nə qədər yaxın olarsa bir o qədər fəzilətlidir.
    Məsələ 690: Üzrü olan şəxs əmindirsə ki, son vaxtadək üzrü aradan qalxacaq, səbr etməsi vacibdir. Əgər əmin olsa ki, üzrü qalacaq, səbr etməsi vacib deyil. Amma ehtimal etsə ki, üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, səbr etməlidir.
    Məsələ 691: Namaz məsələlərini, şəkk və səhvlərlə bağlı vəzifələrini bilməyən şəxs namazda bu hallarla rastlaşacağını ehtimal edərsə, həmin məsələləri öyrənmək üçün namazı ilk vaxtından təxirə salmalıdır. Amma namazı yetərincə qılacağına əmindirsə, onu əvvəl vaxtda qıla bilər.
    Məsələ 692: Namazda elə bir şərait yaransa ki, namaz qılan şəxs lazımı hökmü bilməsin, iki yoldan birini seçə bilər. Əgər sonradan məlum olsa ki, düzgün hərəkət etməyib, namazını təzələsin. Ehtiyat budur ki, iki yoldan düzgünlüyünə daha çox ehtimal ediləni seçilsin.
    Məsələ 693: Bir şəxs məscidin murdarlandığını görərsə, yaxşı olar ki, əvvəlcə məscidi təmizləsin, sonra namazını qılsın. Əgər borc sahibi borcunu tələb etsə, yaxşı olar ki, əvvəlcə onun borcu verilsin. Namaz və onun müqəddimələri çox vaxt tələb edərsə, əvvəlcə məscidi təmizləmək, eyni zamanda borc sahibinin borcunu ödəmək, sonra namazı qılmaq lazımdır. Bu göstərişə əməl etməsə, günaha yol vermişdir, amma namazı düzgündür. Vaxt dar olduqda öncə namaz qılınmalıdır.
    Məsələ 694: Beş namazdan hər birini öz vaxtında qılmaq müstəhəbdir. Namazların öz vaxtında qılınması daha fəzilətlidir. Yalnız nafilə və ya təqibat həddində ara vermək bəs etmir. Meyar fəzilətli vaxtdır.
    Məsələ 695: Günorta namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin onun öz uzunluğuna çatdığı vaxta qədərdir. İkindi namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin öz uzunluğuna çatdığı vaxtdan kölgənin iki çubuq bərabərinə çatdığı vaxta qədərdir. Şam namazının fəzilətli vaxtı qürubdan üfüq qızartısının gözdən itdiyi vaxta qədərdir. İşa namazının fəzilətli vaxtı həmin qızartı gözdən itəndən gecənin üçdə birinədəkdir. Sübh namazının fəzilətli vaxtı birinci fəcr tülusundan hava işıqlananadəkdir.
    Namazlarda tərtib
    Məsələ 696: Günorta və ikindi namazları tərtiblə qılınmalıdır. Yəni əvvəlcə günorta, sonra ikindi namazı qılınmalıdır. Şam və xiftən namazları da belədir. Əgər bir şəxs bilərəkdən ikindi namazını günorta namazından, xiftən namazını şam namazından öncə qılarsa namazları batildir.
    Məsələ 697: Günorta namazı niyyəti ilə namaza başlayıb namazın gedişində günorta namazını öncə başa vurduğunu yada salan şəxs niyyətini ikindi namazına çevirə bilməz və namazı batildir. Şam və xiftən namazları da belədir. Amma əgər bir şəxs ikindi namazını niyyət edib namaz gedişində günorta namazını qılmadığını yada salarsa, niyyətini günorta namazını çevirə bilər. Xiftən namazını başladıqdan sonra şam namazını qılmadığı yadına düşərsə, dördüncü rəkətin rükusundan sonra niyyətini dəyişə bilər. Amma əgər dördüncü rəkətin rükusundan sonra yadına düşərsə, namazını xiftən namazı niyyəti ilə başa vurub, sonradan şam namazını qılmalıdır. Ehtiyat budur ki, xiftən namazını da yenidən qılsın.
    Məsələ 698: Əgər ikindi namazının gedişində şəkk yaransa ki, günorta namazı qılınıb, yoxsa yox, əvvəlki Məsələdə deyilən göstərişə əməl olunmalıdır. Yəni niyyət günorta namazına çevrilməli, sonradan ikindi namazı qılınmalıdır. Eləcə də, xiftən namazının gedişində şəkk etsə ki, şam namazını qılıb yoxsa yox, əvvəlki göstərişə əməl olunur.
    Məsələ 699: Qəza namazının niyyətini "vaxtında”, yəni əda namazına çevirmək, müstəhəb namazının niyyətini vacib namaza çevirmək olmaz. Amma vaxtında qılınan namazın niyyətini qəza namazına çevirmək mümkündür. Əgər qəza namazı həmin günün qəzası olarsa, vacib ehtiyata əsasən, niyyət dəyişilər, qəza namazı başa çatdırıldıqdan sonra vaxtındakı namaz qılınar. Belə bir keçid o zaman mümkündür ki, niyyəti dəyişməyin vaxtı ötüb keçməmiş olsun. Məsələn, namazın niyyətini o zaman sübh namazının qəzasına çevirmək olar ki, dörd rəkətli namazın üçüncü rəkətinə başlanılmayıb.
    Nafilə (müstəhəb) namazlar
    Məsələ 700: Müstəhəb namaz çoxdur. Bu namazlar "nafilə” adlanır. Nafilə namazları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur.
    Məsələ 701: Gündəlik nafilə namazları bunlardır: Səkkiz rəkət günorta, səkkiz rəkət ikindi, dörd rəkət şam, iki rəkət oturaq halda xiftən, on bir rəkət gecə, iki rəkət sübh nafiləsi. Xiftən namazının iki rəkətlik nafiləsi oturaq yerinə yetirildiyindən bir rəkət sayılır. Nəticədə gündəlik nafilələr otuz dörd rəkət olur. Amma cümə günləri bu namazlar dörd rəkət artır. Günorta və ikindi nafilələrinə dörd rəkət əlavə olunur. Bütün nafilə namazları iki rəkət-iki rəkət qılınır.
    Məsələ 702: On bir rəkət gecə nafiləsinin səkkiz rəkəti "gecə nafiləsi”, iki rəkəti "şəf nafiləsi”, bir rəkəti "vətr” nafiləsi niyyəti ilə yerinə yetirilir.
    Məsələ 703: Gecə nafiləsi nafilə namazlarının ən mühümlərindəndir. Ayə və rəvayatlərdə bu namazın əhəmiyyəti xüsusi vurğulanır, onun insan ruhuna müstəsna təsirindən danışılır. Bu namazlar insanın tərbiyəsində, onun problemlərinin həllində çox təsirlidir. Dua kitablarında bu namazın qaydaları göstərilir. Xüsusilə vətr namazının qunutuna ciddi əhəmiyyət verilir. Əlbəttə ki, bu qaydaları yerinə yetirmək yaxşıdır. Amma gecə namazlarını adi şəkildə də qılmaq olar. Müəyyən səbəblərdən gecənin axırlarında oyana bilməyən şəxs yatmazdan öncə bu namazı qıla bilər.
    Məsələ 704: Nafilə namazlarını oturaq da qılmaq olar. Amma bu halda ehtiyat budur ki, iki rəkət oturaq namaz bir rəkət sayılsın. Məsələn, günortanın səkkiz rəkətlik nafiləsi on altı rəkət oturaq namazla əvəz edilsin.
    Məsələ 705: Səfərdə günorta və ikindi nafilələri qılınmır. Ehtiyat budur ki, xiftən namazının da nafiləsi qılınmasın. Amma qalan nafilələr, yəni sübh, şam və gecə nafilələri səfərdə də qılınır.
    Məsələ 706: Qeyd etdik ki, nafilə namazları iki rəkət-iki rəkət qılınır. Yalnız vətr namazı bir rəkətdir. Vətr namazını oturaq qılmaq istəyən şəxs ayrı-ayrı iki bir rəkətli namaz qılmalıdır.
    Gündəlik nafilələrin vaxtı
    Məsələ 707: Günorta nafiləsinin vaxtı günorta namazından qabaqdır. Bu vaxt günortadan başlayır və göstərici çubuğun kölgəsi yeddidə iki uzunluğa çatanədək davam edir. Məsələn, əgər göstərici çubuğun uzunluğu yeddi qarışdırsa, onun kölgəsi iki qarış uzunluğa çatanadək günorta nafiləsinin vaxtıdır.
    Məsələ 708: İkindi namazının nafiləsi ikindi namazından öncə qılınır. Onun vaxtı göstərici çubuğun kölgəsi həmin çubuğun yeddidə dörd uzunluğuna çatanadəkdir.
    Məsələ 709: Şam nafiləsinin vaxtı şam namazından sonra başlayır, günəş batandan sonra qürubda yaranan qızartı itənədək davam edir.
    Məsələ 710: Xiftən nafiləsi xiftən namazından sonra qılınır. Onun vaxtı gecə yarıyadəkdir. Amma bu nafilənin xiftən namazının ardınca qılınması daha yaxşıdır.
    Məsələ 711: Sübh nafiləsinin vaxtı sübh namazından qabaqdır. Bu vaxt fəcr tülusundan şərqdə qızartı görünənədəkdir. Bu namazı gecə namazının ardınca da qılmaq olar.
    Məsələ 712: Gecə nafiləsinin vaxtı ehtiyata əsasən gecə yarıdan başlayır və sübh azanınadək davam edir. Amma yaxşı olar ki, bu namaz səhər vaxtı, yəni gecənin son üçdə birində qılınsın.
    Ğufeylə namazı
    Məsələ 713: Savab ümidi ilə qılınan namazlardan biri ğüfeylə namazıdır. Bu namaz şam və xiftən namazları arasında qılınır. Onun vaxtı şam namazından sonra başlayır, qərbdə qızartı itənədək davam edir. İki rəkətlik ğufeylə namazının birinci rəkətində "Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur:
    وَذَالنُّونِ اِذ ذهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ
    "Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin”
    Ğufeylə namazının ikinci rəkətində "Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur:
    وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَرِّ والبَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ
    "Və indəhu məfatihul ğəybi la yələmuha illa huvə və yələmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.”
    Namazın qunutunda belə deyilir:
    اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا
    "Allahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəza və kəza” bu duadakı "kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur.
    Sonra deyilir:
    اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى
    "Allahummə əntə vəliyyu niməti vəl-qadiru əla təlibəti tələmu hacəti fə əsəlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1033 | Rating: 3.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024