İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    BEŞINCI ŞƏRT:
    Səcdə yerinin oturulan yerdən hündür olmaması
    Məsələ 813: Namaz qılanın alnını qoyduğu yer onun durduğu yerdən o qədər hündür olmamalıdır ki, səcdə forması pozulsun. Vacib ehtiyat budur ki, səcdə yeri oturulan yerdən dörd bağlı barmaqdan artıq hündür və ya alçaq olmasın.
    Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, bu hal yaranmasın. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.
    Məsələ 815: Vacib ehtiyat budur ki, Kəbə evində (Kəbənin daxilində) vacib namaz qılınmasın. Amma orada müstəhəb namaz qılmaq olar. Hətta müstəhəbdir ki, Kəbənin daxilində hər künc qarşısında iki rəkət namaz qılınsın. Kəbənin üzərində isə həm vacib, həm də müstəhəb namaz qılmağın eybi var.
    Namaz qılınması üçün müstəhəb və ya məkruh olan yerlər
    Məsələ 816: Namazın məsciddə qılınması müstəhəbdir və bu məsələ xüsusi vurğulanır. Namaz üçün Məscidül-Həram, sonra Məscidün-Nəbi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, sonra şəhərin Came məscidi, sonra isə məhəllə və bazar məscidi üstün sayılır.
    Məsələ 817: Qadınların özlərini naməhrəmdən yetərincə qoruya biləcəyi halda onların məsciddə namaz qılması daha yaxşıdır. Əgər dini məsələləri öyrənmək üçün məscidə getməkdən savayı yol yoxsa, onların məscidə getməsi vacibdir.
    Məsələ 818: İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Hətta hədisdə bildirilir ki, Əmirəl-mömininin (ə) pak hərəmində qılınan namaz iki yüz min namaza bərabərdir.
    Məsələ 819: Namaz qılanı olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuları üzürsüz səbəbdən məsciddə namaz qılmağı tərk etməsinlər.
    Məsələ 820: Yaxşı olar ki, insan məscidə etinasızlıq səbəbindən getməyənlərlə dostluq rabitəsi qurmasın. Onlarla bir süfrəyə əyləşməmək, hər hansı işdə məsləhətləşməmək, onlardan qız almamaq, onlara qız verməmək daha yaxşıdır.
    Məsələ 821: Yaxşı olar ki, bir neçə yerdə namaz qılınmasın: Hamam, şoran torpaq, oturmuş və ya dayanmış insanın qarşısında, açıq qapının qarşısında, yollarda, get-gələ mane olacaq təqdirdə küçələrin kənarında. Əgər küçənin kənarında namaz qılınması insanlara əziyyət yaradarsa bu iş haramdır. Eləcə də od qarşısında, çıraq önündə, mətbəxdə, od kürəsi olan yerdə, quyu qarşısında, kanalizasiya axan quyu qabağında, ruhu olan əkslərlə üzbəüz namaz qılmamaq daha yaxşıdır. Amma bu əkslərin önündə pərdə olarsa eybi yoxdur. Namaz qılanla üz bəüz olmasa da əks olan yerdə, qəbirlərin önündə, qəbir üstündə, qəbristanlıqda, cənabətli şəxs olan otaqda namaz qılmamaq yaxşıdır.
    Məsələ 822: Əgər insanın namaz qıldığı yerdə onun qarşısında get-gəl olarsa, araya bir şey qoymaq müstəhəbdir. Araya əsa, təsbih, hətta bir ip qoymaq bəs edər.
    Məscidin hökmləri
    Məsələ 823: Məscidi murdarlamaq haramdır. Məscidin yerinin, tavanının, damının, divarının iç tərəfinin murdarlanması bu qəbildəndir. Vacib ehtiyat budur ki, məscidin divarının çöl tərəfi də murdarlanmasın. Amma əgər divarın çölü vəqfdən sayılmazsa eybi yoxdur.
    Məsələ 824: Məscid murdarlandıqda onu təmizləmək həm bir şəxsə kifayi vacibdir. Yəni bir nəfər bu işi görərsə, o birilərin öhdəsindən götürülər. Əks təqdirdə hamı günahkardır. Məscidi murdarlayan şəxs bu hökmdə başqalarından fərqlənmir.
    Məsələ 825: Məsələn, bir şəxs müsafir olduğundan məscidi təmizləyə bilməsə və ya köməyə ehtiyac olduğu halda köməyi olmasa, vacib ehtiyat budur ki, məscidi paklaya biləcək şəxslərə bu barədə məlumat versin.
    Məsələ 826: Əgər məscidin elə bir yeri murdarlanarsa ki, oranı qazmadan və ya uçurmadan təmizləmək mümkün olmasın, bu iş görülməlidir. Vacib ehtiyata əsasən, qazılmış yeri doldurmaq, uçurulmuş yeri düzəltmək lazımdır. Yaxşı olar ki, uçurulmuş yeri məscidi murdarlayan şəxs təmir etsin. Bu işin xərci olarsa, vacib ehtiyata əsasən, həmin şəxs zamindir.
    Məsələ 827: Əgər məscid qəsb olunsa və ya məscid görkəmindən çıxarılsa, hətta ona məscid deyilməsə, yenə də oranı murdarlamaq ehtiyata əsasən haramdır və murdarlanmış yeri paklamaq lazımdır.
    Məsələ 828: Peyğəmbər və məsum imamların hərəmini bulaşdırmaq hörmətsizlik sayılarsa, bu iş haramdır. Belə bir halda oranı təmizləmək vacibdir. Hətta hörmətsizlik olmazsa, ehtiyat budur ki, həmin yer təmizlənsin.
    Məsələ 829: Məscidin xalçasını da murdarlamaq haramdır. Əgər xalça murdarlanarsa, onu paklamaq lazımdır. Bu işin xərci olsa xalçanı murdarlamış şəxs zamindir. (Vacib ehtiyata əsasən.)
    Məsələ 830: Məscidə qan və sidik kimi murdar şeylər daxil etmək haramdır. Vacib ehtiyata əsasən, bu iş hörmətsizlik sayılmasa belə yol verilməzdir. Amma bir şəxsin libasında və ya bədənində, eləcə də bir körpənin libasından məscidə daxil edilən cüzi murdarlığın eybi yoxdur. Amma murdarlanmış bir şeyi (Məsələn, libası) hörmətsizlik sayılmayacağı halda, eləcə də məscidin bulaşmasına səbəb olmadığı təqdirdə məscidə daxil etmək haram deyil .
    Məsələ 831: Əgər rövzə oxunması, əzadarlıq keçirilməsi, bayram mərasimlərinin qurulması üçün məsciddə çadır qurub qara çəksələr, oraya çay və yemək ləvazimatı aparsalar, bu iş məscidə zərər vurmasa və namaza mane olmasa, eybi yoxdur.
    Məsələ 832: Məscidi qızılla bəzəməyin eybi var. Ehtiyat budur ki, insan və heyvan kimi ruhu olan şeylərin əksi məscidə vurulmasın.
    Məsələ 833: Əgər məscid dağılsa, onun torpağını satmaq, mülk və yol üçün istifadə etmək olmaz. Məscidin hətta qapı-pəncərələrini satmaq haramdır. Məscid uçulduqda onun müxtəlif ləvazimatlarını özünə sərf etmək lazımdır. Əgər həmin məsciddə ehtiyac duyulmasa, uyğun şeyləri başqa məscidə sərf etmək olar. Əgər başqa məscidlərin də karına gəlməsə, onları satıb pulunu həmin məscidin, ya da başqa məscidin təmirinə xərcləmək olar.
    Məsələ 834: Məscid tikmək müstəhəbdir. Müsəlmanların daha çox istifadə edə biləcəyi münasib yerdə məscid tikmək daha yaxşıdır. Məscidi təmir etmək də müstəhəbdir. Bu iş ən yaxşı işlərdən sayılır. Əgər məscid çox dağılsa və onu təmir etmək mümkün olmasa, yeni məscid tikmək olar.
    Məsələ 835: Uçulmamış məscidi genişləndirmək lazım gələrsə onu söküb daha yaxşı və daha böyüyünü tikmək olar.
    Məsələ 836: Məscidi təmizləmək, işıqlandırmaq, məsciddə zəruri işləri görmək müstəhəbdir. Eləcə də məscidə getmək istəyən şəxsin ətirlənməsi, pak libaslar geyməsi, ayaqqabısının altını təmiz olsun deyə nəzərdən keçirməsi müstəhəbdir. Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq, məscidə tez gəlib, məsciddən gec çıxmaq daha yaxşıdır.
    Məsələ 837: Məscidə daxil olarkən ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa vacib və ya müstəhəb namaz qılınsa da bəs edər.
    Məsələ 838: Məsciddə yatmaq, dünya işləri barədə danışmaq, nəsihətamiz olmayan şerlər oxumaq məkruhdur, bəyənilmir. Eləcə də məscidi ağız, burun və sinə suyu ilə bulamaq, səsi qaldırmaq, hay-küy salmaq, məscidin hörmətinə yaraşmayan işlər görmək məkruhdur.
    Məsələ 839: Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bəzən isə bu vacib olur.
    Məsələ 840: Sarımsaq, soğan və bu kimi şeylər yemiş, ağzının qoxusu insanları narahat edəcək şəxsin məscidə getməsi məkruhdur.
    Azan və iqamə
    Məsələ 841: Yövmiyyə namazlarından öncə azan və iqamə söyləmək müstəhəbdir. Yaxşı olar ki, bu iş tərk edilməsin. Xüsusilə iqamənin söylənməsi müstəhəbdir. Amma Fitr və Qurban bayram namazlarında, digər vacib namazlarda azan və ya iqaməyə ehtiyac yoxdur. Bu namazlarda Allahın razılığı ümidi ilə üç dəfə "Əs-səlat” demək olar. Müstəhəbdir ki, təbərrük və savab ümidi ilə körpə dünyaya gələn gün və ya göbək sarğısı düşdükdən sonra sağ qulağına azan, sol qulağına iqamə söylənsin.
    Məsələ 842: Azan on səkkiz cümlədən ibarətdir:
    اَللهُ اَكبَر
    1. "Allahu əkbər” dörd dəfə deyilir ("Allah vəsf olunan hər şeydən böyükdür).”
    اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ
    2. "Əşhədu ənla ilahə illəllah” iki dəfə söylənilir ("Şəhadət verirəm ki, yeganə Allahdan başqa məbud yoxdur”).
    اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله
    3. "Əşhədu ənnə Muhəmmmədən rəsulullah.” İki dəfə deyilir ("Şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur”).
    حَىَّ عَلَى الصّلوةِ
    4. "Həyyə ələs-səlat” iki dəfə deyilir ("Tələs namaza doğru.”)
    حَىَّ عَلَى الفَلاَحِ
    5. "Həyyə ələl-fəlah” iki dəfə deyilir ("Tələs qurtuluşa doğru.”)
    حَىَّ عَلَى خَيرِ الْعَمَلِ
    6. "Həyyə əla xeyril-əməl” iki dəfə deyilir ("Tələs əməllərin ən xeyirlisinə, namaza.”)
    اَللهُ اَكبَر
    7. "Allahu əkbər” iki dəfə deyilir ("Allah vəsf olunası hər şeydən böyükdür.”)
    لاَ اِلَهَ اِلاّ الله
    8. "La ilahə illəllah” iki dəfə deyilir ("Yeganə Allahdan savayı məbud yoxdur.”)
    İqamə on yeddi cümlədir. İqamə ilə azan arasındakı fərq bundan ibrətdir ki, iqamənin başlanğıcında: "Allahu əkbər” iki dəfə deyilir, sonunda "La ilahə illəllah” bir dəfə deyilir. Bundan əlavə, "Həyyə əla xeyril-əməl” dedikdən sonra iki dəfə "Qəd qamətis-səlat” söylənilir. ("Namaz bərpa oldu.”)
    Məsələ 843: "Əşhədu ənnə Əliyyən vəliyyullah” ("Şəhadət verirəm ki, Əli Allahın bütün xalq üçün vəlisidir”) cümləsi azan və iqamənin əsas mətnindən deyil. Amma "Əşhədu ənnə Muhəmmədən rəsulullah” söylədikdən sonra təbərrük məqsədi ilə onu azan və iqamədən saymamaqla demək olar.
    Hansı hallarda azan deyilmir
    Məsələ 844: Beş halda azan söylənilmir və vacib ehtiyata əsasən, onu tərk etmək lazımdır:
    1.Cümə günü ikindi namazının azanı. Bu namaz cümə namazı ilə birgə qılınır.
    2. Ərəfə günü ikindi namazının azanı. Bu namaz Zilhiccənin 9-cu günü günorta namazı ilə qılınır.
    3. Qurban bayramı gecəsi Məşərül-Həramda olan şəxs üçün xiftən namazının azanı. Bu namaz şam namazı ilə birlikdə qılınır.
    4. İkindi namazını günorta namazının, xiftən namazını şam namazının arxasınca dərhal qılmalı olan istihazəli qadın üçün.
    5. Sidik və nəcisini saxlaya bilməyən şəxs üçün ikindi və xiftən namazlarının azanı.
    Ümumiyyətlə, özündən əvvəlki namazla ardıcıl qılınan namaz üçün azan deyilmir. Onlar arasında nafilə və təqibat kimi fasilənin olması bəs etmir. Amma hər bir namaz öz fəzilətli vaxtında qılınarsa hər ikisinin azan və iqaməsini söyləmək müstəhəbdir.
    Məsələ 845: Camaat namazında bir nəfər azan və iqamə söyləyərsə, başqaları üçün də kifayat edər. Başqaları vacib ehtiyata əsasən, belə vaxtlarda azan və iqaməni tərk etməlidir.
    Məsələ 846: Bir şəxs camaat namazı qılmaq üçün məscidə getsə və camaat namazının başa çatdığını görsə, namazın cərgələri pozulmayan halda ehtiyat budur ki, öz namazı üçün azan və iqamə deməsin. Bir şərtlə ki, öncəki cəmiyyət namazında azan və iqamə deyilmiş olsun.
    Məsələ 847: Bir qrup şəxs camaat namazına məşğul ikən və ya bu namazı yenicə bitirdikləri vaxt onların cərgələri dağılmamış başqa bir şəxs fərdi və ya camaatla namaz qılmaq istəsə, azan və iqamə söyləmir. Bir şərtlə ki, öncəki namaz üçün azan və iqamə deyilsin, bu namaz düzgün olsun, hər iki namaz bir məkanda, vaxtında (əda), eyni vaxtda və məsciddə olsun.
    Məsələ 848: Müstəhəbdir ki, başqa birinin dediyi azanı eşidən şəxs onun hər cümləsini təkrarlasın. Savab ümidi ilə iqaməni də təkrarlamaq müstəhəbdir. (Bu təkrarlama azan və iqamənin "hekayati” adlanır.)
    Məsələ 849: Əgər kişi qadının söylədiyi azanı eşidərsə azan söyləmək onun öhdəsindən götürülməz. Amma qadın kişinin söylədiyi azanı eşidərsə, azan söyləmək öhdəsindən götürülər.
    Məsələ 850: Kişilərin və qadınların iştirak etdiyi camaat namazında azan və iqaməni kişi söyləməlidir. Qadınların camaat namazında isə qadının söylədiyi azan və iqamə bəs edər.
    Məsələ 851: Əgər azan və iqamənin sözləri qarışıq şəkildə deyilsə, məsələn, əvvəlcə "Əşhədu ənnə Muhəmmədən rəsulullah” sonra "Əşhədu ənla ilahə illəllah” söylənilsə, əvvələ qayıdıb ardıcıllığı gözləmək lazımdır.
    Məsələ 852: Azan və iqamə arasında uzun fasilə verilməməlidir. Əgər elə bir fasilə verilsə ki, iqamə azanın ardınca deyilmiş sayılmasın, onu yenidən demək lazımdır.
    Məsələ 853: Azan və iqamə aydın ərəb dilində söylənilməlidir. Əgər ərəb mətnində səhvə yol verilsə və ya mətnlərin tərcüməsi söylənilsə düzgün deyil.
    Məsələ 854: Namazın vaxtı daxil olmamış azan və iqamə söyləmək olmaz. Əgər namazın vaxtı daxil olmamış azan və iqamə söylənilsə batildir.
    Məsələ 855: Əgər bir şəxs iqaməni deməzdən öncə şəkk etsə ki, azan deyib yoxsa yox, azanı söyləsin. Əgər iqaməni deməyə başlayıbsa şəkkinə əhəmiyyət verməsin. Amma azan və iqamənin cümlələrini düzgün dediyinə şəkk etsə, ehtiyat budur ki, yenidən söyləsin.
    Məsələ 856: Azan deyərkən üzü qibləyə əyləşmək, dəstəmazlı olmaq, səsi qaldırmaq, səsi uzatmaq, cümlələr arasında azca fasilə buraxmaq, arada danışmamaq müstəhəbdir.
    Məsələ 857: Yaxşı olar ki, insan iqamə deyən zaman bədənini aram saxlasın, iqaməni azandan asta söyləsin, cümlələr arasında azca fasilə buraxsın, azan və iqamə arasında ya bir addım atsın, ya azca otursun, ya səcdəyə getsin, ya dua oxusun, ya da iki rəkət namaz qılsın.
    Məsələ 858: Azan üçün ədalətli, vaxtı tanıyan, səsi münasib və uca olan bir şəxs seçilsə daha yaxşıdır. Yaxşı olar ki, azan uca bir yerdən söylənilsin. Amma səs ucaldıcı varsa, azanı uca yerdən deməmək olar.
    Məsələ 859: Radio və bu kimi başqa xətlərdən azan eşitmək bəs etmir, namaz qılanın özünün yuxarıdakı şərtlər ödənməklə azan söyləməsi nəzərdə tutulur.
    Məsələ 860: Günah məclislərə münasib haram musiqi tonunda azan söyləmək haram və batildir.
    Məsələ 861: Vacib ehtiyat budur ki, azan həmişə namaz məqsədi ilə deyilsin. Namazı nəzərdə tutmadan yalnız vaxtın daxil olmasını bildirmək üçün azan deyilməsinə irad var.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 963 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024