İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    QUNUT
    Məsələ 996: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan öncə qunut tutmaq müstəhəbdir. Amma ehtiyat budur ki, şəf namazında qunut tutulmasın. Amma bir rəkətlik vətr namazında rükudan öncə qunut tutmaq müstəhəbdir.
    Məsələ 997: Ayat namazının beş qunutu, fitr və qurban bayramları namazının birinci rəkətində beş, ikinci rəkətində dörd qunut var.
    Məsələ 998: Qunutda xüsusi bir zikr demək, dua oxumaq şərt deyil. Əlləri qaldırmaq da zəruri sayılmır. Amma yaxşı olar ki, əllər üz müqabilində qaldırılsın. Belə ki, əllərin içi üzü səmaya olsun. Qunutda əllər bir-birinə yapışdırılır, zikr deyilir, dua oxunur. Qunutda istənilən bir zikri söyləmək olar. Hətta bir dəfə "Sübhanəllah” demək bəs edər. Amma yaxşı olar ki, qunutda bəzi dualar oxunsun.
    Məsələn:
    لاَ إِلهَ إِلاّ اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلاّ اللهُ العَلِىُّ العَظِيمُ سُبحانَ اللهِ رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأرَضِينَ السَّبعِ وَمَا فِيهِنَّ وَمَابَينَهُنَّ وَرَبِّ العَرشِ العَظِيمِ وَالحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ
    "La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səbi və rəbbil ərəzinəs-səbi və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”
    Qunutda dünya və axirət ehtiyaclarını istəmək olar.
    Məsələ 999: Qunutu bir qədər ucadan demək müstəhəbdir. Amma cəmiyyət namazında imam-camaat iqtida edənin qunutunun səsini eşitməməlidir.
    Məsələ 1000: Əgər bilərəkdən qunut tərk edilsə, onun qəzası yoxdur. Əgər yaddan çıxsa, rüku həddinədək əyilməmiş xatırlayanda qalxıb qunut demək müstəhəbdir. Əgər rükuda yada düşsə, rükudan sonra onu demək olar. Əgər səcdədə yadına düşsə namazın salamından sonra qəzasını demək olar.
    NAMAZIN TƏRCÜMƏSI
    "Həmd” surəsinin tərcüməsi
    بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ
    "Bismillahir-rəhmanir-rəhim”-"Rəhman və rəhim Allahın adı ilə.”
    الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ
    "Əlhəmdu lillahi Rəbbil-aləmin”-"Həmd-səna aləmlərin rəbbi olan Allaha məxsusdur.”
    الرَّحْمـنِ الرَّحِيمِ
    "Ər-rəhmanir-rəhim”-"O rəhmandır, rəhimdir.”
    مَـلِكِ يَوْمِ الدِّينِ
    "Maliki yovmid-din”-"Cəza gününün sahibidir.”
    إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
    "İyyakə nəbudu və iyyəkə nəstəin”-"(Pərvərdigara,) yalnız Sənə pərəstiş edir, yalnız Səndən yardım diləyirik.”
    اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ
    "İhdinəs-siratəl-mustəqim”-"Bzi doğru yola hidayat et.”
    صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ
    "Siratəl-ləzinə ənəmtə ələyhim”-"Nemət verdiyin kəslərin yoluna.”
    غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
    "Ğəyril-məğzubi ələyhim vələzzalin”-"Qəzəbləndiyin, yolunu azmış kəslərin yoluna yox!”
    "Qul huvəllah” ("İxlas”) surəsinin tərcüməsi
    بسم الله الرحمن الرحيم
    "Bismillahir-rəhmanir-rəhim”−"Rəhman və rəhim Allahın adı ilə.”
    قُلْ هُوَ اللَّهُ أَحَدٌ
    "Qul huvəllahu əhəd”−"De ki, O yeganə Allahdır.”
    اللَّهُ الصَّمَدُ
    "Əllahus-səməd”−"Allah ehtiyacsızdır, hamı Ona möhtacdır.”
    لَمْ يَلِدْ وَلَمْ يُولَدْ
    "Ləm yəlid və ləm yuləd”−"(Hç vaxt) doğmadı və doğulmamışdır.”
    وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ
    "Və ləm yəkun ləhu kufuvən əhəd”−”Heç bir oxşarı yoxdur!”
    Rükuda zikrin tərcüməsi
    سُبحان رَبِّىَ العَظيمِ وَ بِحَمدِهِ
    "Sübhanə rəbbiyəl-əzimi və bihəmdih”−”mənim böyük Rəbbim pak və nöqsansızdır, Ona həmd-səna deyirəm.”
    Səcdədə zikrin tərcüməsi
    سُبحان رَبِّىَ الاَعلى وَ بِحَمدِهِ
    "Sübhanə rəbbiyəl-əla və bihəmdih” − "Pak və nöqsansızdır mənim uca rəbbim və Ona həmd-səna deyirəm.”
    Təşəhhüdün tərcüməsi
    اَشْهَدُ اَن لا اِلََهَ الاَّ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ
    "Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh” − "Şəhadət verirəm ki, Allahdan savayı pərəstişə layiq olan yoxdur. O yeganə və şəriksizdir.”
    وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ
    "Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh”−”Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur.”
    اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
    "Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd”-"Pərvərdigara! Salam göndər Məhəmməd və onun əhli-beytinə.”
    Salamın tərcüməsi
    اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
    "Əs-səlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh”-"Salam olsun sənə, ey Peyğəmbər, Allahın rəhmət və bərəkətinə çatasan.”
    السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصّالِحِينَ
    "Əssəlamu ələyna və əla ibadillahis-salihin”-"Salam olsun bizə və Allahın bütün saleh bəndələrinə.”
    السَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
    "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”-"Salam olsun siz möminlərə, Allahın rəhmət və bərəkətinə çatasınız.”
    Təsbihatın tərcüməsi
    سُبحَانَ اللهِ وَالحَمْدُ للهِ وَلا اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَكْبَر
    "Sübhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər”-"Allah pak və nöqsansızdır, Həmd-səna Allaha məxsusdur, Allahdan savayı məbud yoxdur, Allah vəsfə gələcək hər nədən böyükdür.”
    Qunutun tərcüməsi
    "Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənəh və qina əzabən-nar”-"Pərvərdigara, bizə dünyada və axirətdə yaxşılıq buyur, bizi cəhənnəm əzabından qoru!”
    Namazın təqibatı (namazın ardınca oxunan zikr, dua və Quran)
    Məsələ 1001: Namaz qılan şəxsin namazdan sonra zikr, dua və Quran oxumaqla məşğul olması müstəhəbdir və bu iş təqibat adlanır. Yaxşı olar ki, namaz qılan şəxs namazını bitirdikdən sonra yerindən qalxmamış və dəstəmazı batil olmamış, üzü qibləyə oturduğu halda təqib oxusun. Dua kitablarından məsumlardan bir sıra dualar nəql olunmuşdur. Bu təqiblər arasında ən mühümlərindən biri də Həzrət Zəhranın (ə) təsbihatıdır. Bu təsbihat 34 "Allahu əkbər”, 33 "Əlhəmdulillah”, 33 "Sübhanəllah” deməkdən ibarətdir. Bu təsbihatın böyük fəziləti və savabı var.
    Məsələ 1002: Namazdan sonrakı müstəhəb əməllərdən biri şükür səcdəsidir. Şükür səcdəsi üçün alın şükür etmək məqsədi ilə yerə qoyulur. Şükrü dilə gətirmək daha yaxşıdır. Allahın razılığını qazanmaq ümidi ilə bir, üç, ya da yüz dəfə "Şükrən-lillah” söylənilir. Müstəhəbdir ki, insan nə vaxt nemətə çatsa və ya bəladan uzaqlaşsa, şükür səcdəsi yerinə yetirsin.
    Məsələ 1003: Namazda, namazdan sonra və başqa hallarda Peyğəmbər (s) və onun Əhli-beytinə salam göndərmək təkidlə vurğulanmış müstəhəb əməllərdəndir. Bu da müstəhəbdir ki, nə vaxt Peyğəmbərin (s) mübarək adı çəkilərsə, Həzrət "Əhməd”, "Müstəfa”, "Əbül-Qasim” kimi ləqəb və künyələrlə xatırlanarsa, ona salam göndərilsin. Hətta namaz halında namaz qılan şəxs özü bu müqəddəs adları dilinə gətirdikdə salavat çəkməsi müstəhəbdir.
    Məsələ 1004: Həzrət Peyğəmbərin (s) mübarək adını yazarkən salavat yazmaq müstəhəbdir. Hətta Peyğəmbəri (s) xatırlayan zaman onun adı dilə gətirilməsə belə salavat göndərmək yaxşıdır. Salavat çox fəzilətli və savablı zikrlərdəndir.
    Namazın batil olduğu hallar
    Məsələ 1005: On iki iş namazı batil edir. Onlar "mübtilat” (batil edənlər) adlanır.
    1. Namazın şərtlərindən birinin pozulması
    Əgər namazın gedişində onun düzgünlük şərtlərindən biri pozularsa, namaz batil olar.
    2. Dəstəmazın pozulması
    Məsələ 1006: Əgər namaz gedişində dəstəmazı batil edən hal yaranarsa, bunun bilərəkdən, səhvən və ya çarəsizlikdən baş verməsindən asılı olmayaraq, namaz batildir. Amma sidik və nəcisini saxlaya bilməyən şəxs dəstəmazın hökmləri haqqında danışılarkən qeyd edilən göstərişlər əsasında addım atmalıdır. İstihazə halında olan qadından gələn qan namazı batil etmir. Bir şərtlə ki, həmin qadın istihazənin hökmlərinə əməl etmiş olsun.
    Məsələ 1007: Bir şəxs özündən asılı olmayaraq yatarsa (məsələn, səcdədə yuxuya gedərsə) namazın səcdəsində, ondan sonra və ya şükür səcdəsində yatdığını bilməsə, namazı təzələməlidir.
    3. Əlləri qarşıda üst-üstə qoyub (əlləri bağlı) namaz qılmaq
    Məsələ 1008: Bir şəxs bəzi İslam firqələri kimi əlləri bağlı namaz qılarsa, hətta ədəb üçün əlləri üst-üstə və ya əlləri sinəsində namaz qılarsa, həmin firqələrə oxşamasa belə, ehtiyat üçün namazını təzələməlidir. Amma yaddan çıxardığı və ya çarəsiz qaldığı üçün (məsələn, əlini qaşımaq üçün) belə etsə, eybi yoxdur.
    4. "Amin” söyləmək
    Məsələ 1009: Əgər "Həmd” oxuduqdan sonra "amin” söyləyərsə, vacib ehtiyat budur ki, namazını başa çatdırdıqdan sonra yenidən qılsın. Amma bu sözü səhvən və ya təqiyyə üçün deyərsə, eybi yoxdur.
    5. Arxası qibləyə namaz qılmaq
    Məsələ 1010: Bir şəxs arxası qibləyə dayanmış vəziyyətdə və ya tam sola, ya da sağa dönmüş halda namaz qılarsa, namazı batildir. Bu halın bilərəkdən və ya unutqanlıqdan yaranmasının fərqi yoxdur. Eləcə də, bilərəkdən o qədər dönərsə ki, üzü qibləyə olmadığı söylənilsin, namazı batildir.
    Məsələ 1011: Bilərəkdən və ya səhvən təkcə üzünü tam şəkildə sağa və ya sola çevirsə, vacib ehtiyat budur ki, namazını təzələsin. Amma üzünü azca çevirsə, belə ki, qiblədən çıxmamış olsa, namazı batil deyil.
    6. Danışmaq
    Məsələ 1012: Əgər namaz qılan şəxs namaz qıldığı vaxt bilərəkdən danışsa, hətta bir cümlə və ya söz söyləsə, dediyi iki hərfdən ibarət olsa belə namazı batildir. Hətta iki hərfdən ibarət söz məna daşımasa belə namaz batil olur.
    Məsələ 1013: Səhvən və ya unutqanlıq səbəbindən bir söz demək namazı batil etmir.
    Məsələ 1014: Əgər namaz gedişində bir hərfdən ibarət məna daşıyan söz deyilsə və bu məna nəzərdə tutulsa, namaz batildir. Məna nəzərdə tutulmasa, amma şəxs bu sözün mənasını bilsə, ehtiyat budur ki, namazı təzələsin.
    Məsələ 1015: Hətta bilərəkdən öskürmək, ah çəkmək, səbir vurmaq namazı batil etmir. Amma iki hərfdən ibarət olan "ah”, "of” kimi sözlərin bilərəkdən deyilməsi, vacib ehtiyata əsasən, namazı batil edir.
    Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikri, Quran və dua oxumaq olar. Əgər Allahı zikr etmək məqsədi ilə "Əllahu əkbər” deyilərsə, eybi yoxdur. Amma bu sözü deyən şəxsin məqsədi ətrafdakılara nəsə anlatmaqdırsa, eybi var. Ərəb dilində olmayan dua və zikrlər söylənilməsinə irad var.
    Məsələ 1017: Savab və ya ehtiyat üçün Həmd-surənin ayələrini, rüku və səcdənin zikrlərini, təsbihatı təkrarlamağın eybi yoxdur. Amma bunun səbəbi vasvasılıq olarsa, iradlıdır.
    Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər "Əssəlamu ələykə” deyilmişsə, "Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə "salam” deyilmişsə, bu salamın cavabı da təkcə "salam” söyləməkdir.
    Məsələ 1019: Təkcə namazda yox, başqa vaxtlarda da salamın cavabını almaq vacib, salam vermək müstəhəbdir. Cavab elə bir şəkildə verilməlidir ki, salama cavab sayılsın. Əgər salamdan sonra fasilə böyük olarsa, verilən cavab salamın cavabı sayılmaz. Əgər namaz qılanın salamı cavab sayılmazsa, bu iş haramdır və cavab vermək vacib deyil.
    Məsələ 1020: Namaz qıldığı vaxt verilən salamın cavabını almayan şəxs günaha yol vermişdir. Amma onun namazı düzgündür.
    Məsələ 1021: Salamın cavabı elə bir şəkildə verilməlidir ki, salam verən şəxs eşitsin. Amma salam verən şəxs kar olarsa və ya səs-küylü bir şəraitdə salam verərsə, cavabı adi qaydada almaq bəs edər. Ehtiyat budur ki, salam işarə ilə də anladılsın.
    Məsələ 1022: Namaz qılan şəxs ona verilmiş salamın cavabını Quran ayəsi oxumaq məqsədi ilə yox, cavab məqsədi ilə söyləməlidir.
    Məsələ 1023: Namaz qılan şəxsə kişi və ya naməhrəm qadının, hətta yaxşını pisdən seçə bilməyən körpənin salam verməsinin fərqi yoxdur. Salamın cavabını almaq vacibdir.
    Məsələ 1024: Əgər salam verənin məqsədi məsxərə və ya zarafatdırsa, eləcə də, salamı düzgün şəkildə vermirsə, onun cavabını almaq vacib deyil. Vacib ehtiyat budur ki, qeyri-müsəlmanın salamını yalnız "salam” və ya "ələykə” şəklində cavablandırsınlar.
    Məsələ 1025: Bir şəxs məclisə daxil olub cəmiyyətə salam verərsə, onun cavabını qaytarmaq hamıya vacibdir. Amma bir şəxs salamı alarsa, bəs edər.
    Məsələ 1026: Əgər bir qrupa salam verilsə və həmin qrup arasında bir şəxs namaza məşğul olsa, namaz qılan şəxs salamın ona verilib-verilmədiyinə şübhəli olsa, cavab verməməlidir. Amma salamın ona verildiyinə əmin olsa, başqaları cavab verdikdə onun cavab verməsi lazım deyil. Amma məhz ona ünvanlanmış salama cavab verən olmasa, özü cavab verməlidir.
    Məsələ 1027: Salam vermək təkid olunmuş müstəhəb əməllərdəndir. Ayə və rəvayatlərdə bu barədə xeyli tövsiyə var. Yaxşı olar ki, süvari şəxs piyadaya, ayaq üstə olan oturana, yaşı az olan yaşı çox olana salam versin.
    Məsələ 1028: Əgər iki şəxs eyni zamanda bir-birinə salam verərsə, vacib ehtiyat budur ki, salamın hər ikisi cavablandırılsın.
    Məsələ 1029: Salama cavab olaraq "salam məndən” söyləmək bəs etmir. Belə bir salam birinci salam kimi sayılır, ehtiyatən, hər iki tərəf salama cavab verməlidir.
    Məsələ 1030: Müstəhəbdir ki, salama daha üstün şəkildə cavab verilsin. Bu Məsələ namaz qılana aid deyil. Bir şəxs "salamun ələykum” deyə salam verərsə, cavabında "salamun ələykum və rəhmətullah” söyləmək daha yaxşıdır.
    7. Gülüş
    Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.
    Məsələ 1032: İnsan gülüş səsini boğmaq üçün özünü sıxarsa həmin vaxt halı dəyişsə, rəngi qızarsa və bədəni əssə, namaz qılan haldan çıxdıqda namazı batildir. Bu həddə çatmasa eybi yoxdur.
    8. Ağlamaq
    Məsələ 1033: Hətta ixtiyarsız olaraq ucadan ağlamaq namazı batil edir. Vacib ehtiyata əsasən, səssiz ağlamaq da namazı batil edir. Amma insan Allah qorxusundan, axirətə görə ağlasa nəinki namaz batil olmaz, bu hal üstün və övliyalara məxsus haldır.
    9. Namazın formasını pozmaq
    Məsələ 1034: Əl çalmaq, atılıb düşmək kimi namazın formasını pozan işlər istər bilərəkdən, istər unutqanlıqdan baş versə, namaz batil olur. Amma namazın formasını pozmayan işlərin eybi yoxdur. Məsələn, əl ilə işarə etmək olar.
    Məsələ 1035: Əgər namaz gedişində namaz qılan şəxs o qədər sussa ki, namazın forması pozulsun, namaz batildir. Amma namaz gedişində susan şəxs namazı pozacaq həddə susub-susmadığına şəkk etsə, namazı düzgündür. Eləcə də, bir işin namazın formasını pozmasına şübhə yarandıqda namaz düzgündür.
    10. Yemək və içmək
    Məsələ 1036: Namazın formasını pozacaq şəkildə yemək və içmək namazı batil edir. Amma ağızda qalmış qida parçasını namaz vaxtı udmaq namazı batil etməz.
    11. Şəkk
    Məsələ 1037: İki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayına münasibətdə yaranan şəkk namazı batil edir. Eləcə də, dörd rəkətli namazların birinci və ikinci rəkətində rəkətlərin sayı ilə bağlı şəkk namazı batil edir.
    12. Namazın rüknlərini (əsaslarını) artırıb-əskiltmək
    Məsələ 1038: Bir şəxs bilərəkdən və ya səhvən namazın rüknlərini artırıb-əskildərsə, məsələn, rüku və səcdələri artırıb-əskildərsə, namaz batil olar. Amma rükn olmayan hissələrin bilmədən artırılıb-əskildilməsi namazı batil etmir. Bu iş bilərəkdən baş versə, məsələn, bir səcdə artırılsa və ya əskildilsə, namaz batil olar.
    Məsələ 1039: Əgər namazdan sonra şəkk yaransa ki, namazı batil edən işlərə yol verilib-yoxsa yox, bu şəkkə əhəmiyyət verilmir və namaz düzgündür.
    Namazda məkruh sayılan (bəyənilməyən) əməllər
    Məsələ 1040: Namaz qılan şəxsin xüzu-xüşusunu (namazda qəlb və bədən təvazösünü) pozan istənilən bir iş məkruhdur (bəyənilmir). Sola-sağa baxmaq, (əlbəttə üz xeyli çevrilsə namaza təsiri var), saç-saqqalla oynamaq, barmaqları oynatmaq, tüpürmək, üzüyün yazısına baxmaq, həmd-surə və zikr söyləyən vaxt başqasının sözünü eşitmək üçün sakit dayanmaq məkruhdur, bəyənilmir. Eləcə də, yuxulu halda namaz qılmaq, ayaqyoluna getmək zərurəti yaranan vaxt namaz qılmaq, dar paltarda namaz qılmaq bəyənilmir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1428 | Rating: 5.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019