İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    HANSI HALLARDA NAMAZI DAYANDIRMAQ OLAR
    Məsələ 1041: Ehtiyata əsasən, vacib namazı bilərəkdən kəsmək olmaz. Amma əhəmiyyətli maddi və ya həyati zərərin qarşısını almaq üçün namazı kəsməyin eybi yoxdur. Məsələn, namaz qılan şəxsin və ya başqa birinin həyatı üçün təhlükə yaranarsa və namazı kəsmədən təhlükəni uzaqlaşdırmaq mümkün olmazsa, namaz kəsilməlidir. Eləcə də, insan qorunmalı olan malını hifz etmək üçün namazı kəsə bilər. Amma əhəmiyyətsiz bir mal üçün namazı kəsmək məkruhdur, bəyənilmir.
    Məsələ 1042: Əgər namaza başlayandan sonra borclu öz borcunu tələb edərsə, namaz qıla-qıla, namazın surətini pozmadan borcu qaytarmaq mümkün olarsa, yaxşı olar ki, borc sahibinə verilsin. Amma namazı kəsmədən bu işi görmək mümkün olmasa, namaz bitənədək səbr etmək lazımdır. Xüsusi bir zərurət olmadıqda (məsələn, borc sahibinin yoldaşları onu incitmədikdə) borcu namaz həddində yubatmağın eybi yoxdur.
    Məsələ 1043: Əgər namaz əsnasında məlum olsa ki, məscid murdarlanıb və məscidin paklanması namazı kəsmədən mümkünsə, paklamaq lazımdır. Başqa hallarda namazı bitirdikdən sonra məscid paklanır. Ehtiyat budur ki, bu hallarda namaz uzadılmasın.
    Məsələ 1044: Namazı saxlamaq vacib olduqda onu davam etdirmək günahdır və namaz üçün eyib sayılır.
    Məsələ 1045: Əgər rükudan öncə məlum olarsa ki, azan və iqamə yaddan çıxıb, namazın vaxtı dar olmadıqda namazı kəsib, azan və iqaməni demək, yenidən namaza başlamaq lazımdır.
    Namazda şəkk ("şəkkiyyat”)
    Məsələ 1046: Namazda iyirmi üç qisim şəkk var:
    1.Səkkiz şəkk namazı batil edir;
    2. Altı şəkkə əhəmiyyət verilməməlidir.
    3. Doqquz şəkk düzgün sayılır və bu şəkləri aradan qaldırmaq üçün növbəti Məsələlərdə göstərişlər verilir.
    1. Namazı batil edən şəklər:
    Məsələ 1047: Namazı batil edən şəklər:
    1. Sübh namazı, müsafir namazı kimi iki rəkətli namazların rəkətlərinin sayında şəkk; Amma iki rəkətli müstəhəb namazlarda belə şəklər namazı batil etmir.
    2. Üç rəkətli namazların rəkətinin sayında şəkk (şam namazı);
    3. Dörd rəkətli namazlarda bir rəkət, ya çox qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, bir rəkət qılıb, yoxsa üç rəkət, namazı batildir.
    4. Dörd rəkətli namazlarda ikinci səcdə tamamlanmamış iki, ya çox rəkətin qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, iki rəkət qılıb, yoxsa, üç rəkət, namazı batildir.)
    5. İki, ya beşdən çox rəkətin qılınması ilə bağlı şəkk;
    6. Üç və ya altı rəkət qılınması ilə bağlı şəkk; (Əlbəttə ki, bu qəbil şəklər nadir hallarda baş verir. Bununla belə, onların hökmü aydın olmalıdır.)
    7. Dörd rəkət, ya altı rəkət, ya daha çox rəkət qılınması ilə bağlı şəkk; Vacib ehtiyat budur ki, belə məqamlarda dörd, ya beş rəkət qılınması ilə bağlı şəkkin hökmünə əməl olunsun. Yəni dörd rəkət qılındığı qəbul edilsin, namaz tamamlansın və namazdan sonra iki səcdeyi-səhv yerinə yetirilsin. Sonradan həmin namazı təzələmək lazımdır.
    8. Ümumiyyətlə neçə rəkət namaz qıldığını bilməyən adamın rəkətlərin sayı ilə bağlı şəkki.
    Məsələ 1048: Əgər insan namaz əsnasında namazı batil edən şəklərdən biri ilə rastlaşarsa, namazı kəsə bilməz. Öncə bir qədər fikirləşməli, şəkk öz gücündə qalsa, namazı kəsməlidir.
    2. Hansı şəklərə əhəmiyyət verilməməlilir?
    Məsələ 1049: Altı şəkkə əhəmiyyət verilməməlidir:
    1. Vaxtı keçmiş şəkk;
    2. Namazın salamından sonra şəkk;
    3. Namazın vaxtı ötdükdən sonrakı şəkk;
    4. Çox şəkk edən insanın ("kəsiruş-şəkk”) şəkki;
    5. İmamın və ya məmumun (iqtida edənin) şəkki;
    6. Müstəhəb namazlarda şəkk.
    1.Vaxtı ötmüş şəkk
    Məsələ 1050: Əgər namaz əsnasında bir hissəsinin vaxtı keçdikdən sonra şəkk yaransa ki, həmin hissə yerinə yetirilib, yoxsa yox, (məsələn, rükuya getdikdən sonra şəkk yaranır ki, Həmd-surə deyilib, yoxsa yox) həmin şəkkə əhəmiyyət verilməməlidir. Növbəti hissənin rükn olub-olmamasının fərqi yoxdur.
    Məsələ 1051: Əgər Həmd və ya surədə şəkk yaransa, məsələn, ikinci ayəni deyərkən birinci ayəni deyib-demədiyinə şəkk etsə, (ya da ayənin bir sözünü deyən vaxt ondan əvvəlki sözünü deyib-demədiyinə şəkk etsə) ehtiyata əsasən, geri qayıdıb onu Allaha yaxınlıq məqsədi ilə deməlidir və ardını davam etdirməlidir.
    Məsələ 1052: Rüku və ya səcdələrdən sonra zikri düzgün deyib-demədiyinə şəkk etsə, həmin şəkkə etina etməməlidir.
    Məsələ 1053: Əgər qalxdığı vaxt təşəhhüdü deyib-demədiyinə şəkk etsə və ya səcdəyə getdiyi vaxt rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, vacib ehtiyat budur ki, geri qayıdıb yerinə yetirsin.
    Məsələ 1054: Oturaq və ya uzanmış halda namaz qılan şəxs Həmd və təsbihatı deyərkən səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk etsə, buna əhəmiyyət verməməlidir. Amma Həmd və təsbehə başlamamış belə bir şəkk yaransa onları yerinə yetirməlidir.
    Məsələ 1055: Əgər bir hissənin məqamı keçdikdən sonra şəkk edib geri qayıtsa və onu yerinə yetirsə, sonradan həmin hissəni yerinə yetirmiş olduğunu və ikinci dəfə yerinə yetirdiyini bildikdə, həmin hissə rükn olduqda, namaz batildir. Əgər rükn olmasa namaz düzgündür.
    Məsələ 1056: Əgər bir hissənin yeri ötdükdən sonra şəkk etsə və göstəriş əsasında əhəmiyyət verməyib keçsə, sonradan həmin hissənin yerinə yetirilmədiyi məlum olduqda sonrakı rüknə başlamayıbsa geri dönməlidir. Əgər rüknə daxil olubsa namazı düzgündür. Bir şərtlə ki, şəkk etdiyi və buraxdığı hissə rükn olmasın.
    Məsələ 1057: Əgər şəkk etsə ki, namazın salamını söyləyib, yoxsa yox, düzgün söyləyib, yoxsa səhv, başqa namaza başladıqda və ya namazı pozan bir iş gördükdə namaz halından çıxdığı üçün öz şəkkinə əhəmiyyət verməməlidir. Əgər bütün bunlardan qabaq olarsa geri qayıtmalı və salamı söyləməlidir.
    2. Salamdan sonra şəkk
    Məsələ 1058: Namazın salamını dedikdən sonra şəkk yaransa ki, namazı düzgün qılıb, yoxsa yox, rəkətlərin sayına, namazın şərtlərinə, qiblə və paklığa, rüku və səcdə kimi hissələrə aidliyindən asılı olmayaraq şəkkinə əhəmiyyət verməməlidir.
    3. Vaxt keçdikdən sonra şəkk
    Məsələ 1059: Namazın vaxtı keçdikdən sonra namazın qılınıb-qılınmaması ilə bağlı şəkkə əhəmiyyət verilmir. Hətta qılmadığını güman etsə də bu hökm gücündədir. Amma namazın vaxtı ötməmiş belə bir şəkk yaransa, hətta namazı qıldığını güman etsə belə onu yenidən yerinə yetirməlidir.
    Məsələ 1060: Əgər günorta və ikindi namazlarının vaxtı ötdükdən sonra cəmi dörd rəkət qıldığını bilərsə və hansı niyyətlə qıldığını bilməzsə, istər günorta, istər ikindi namazı olsun, vacib namazın qəzası niyyəti ilə dörd rəkət namaz qılmalıdır. Amma şam və xiftən namazlarının vaxtı ötdükdən sonra onların hansı birini qıldığını bilməsə, həm şam, həm də xiftən namazlarının qəzasını yerinə yetirməlidir.
    4. Çox şəkk edənin şəkki (kəsirüş-şəkk)
    Məsələ 1061: Çox şəkk edən şəxs öz şəkkinə əhəmiyyət verməməlidir. Bu şəkkin rəkətin sayı, onun hissələri və ya şərtləri ilə bağlı olmasının fərqi yoxdur.
    Məsələ 1062: Əgər bir şəxs bir namazda üç dəfə və ya üç ardıcıl namazda şəkk edərsə, "kəsirüş-şəkk”, yəni çox şəkk edən sayılır.
    Məsələ 1063: Əgər bir insan xəstəlik, əsəb, müsibət səbəbindən bir müddət çox şəkk edərsə, şəkkinə əhəmiyyət verməməli və göstəriş əsasında hərəkət etməlidir.
    Məsələ 1064: Şəkkə əhəmiyyət verməmək dedikdə iki ehtimaldan öz faydasına olanı əsas götürmək nəzərdə tutulur. Məsələn, bir şəxs şəkk edirsə ki, səcdə və ya rükunu yerinə yetirib, onları yerinə yetirdiyini qəbul etməlidir. Bu hissələrin yerinin ötməsinin fərqi yoxdur. Sübh namazını iki və ya üç rəkət qılmasına şəkk etsə, onu iki rəkət qıldığını qəbul etməlidir.
    Məsələ 1065: Əgər bir şəxs namazın bir hissəsi ilə bağlı çox şəkk edərsə, (məsələn, Həmd-surədə şəkk) başqa hissələrlə bağlı şəklərinə göstəriş əsasında əməl etməli, yalnız adətən üzləşdiyi şəkkə etina etməməlidir. Eləcə də, bir şəxs müəyyən bir namazda, məsələn, sübh namazında şəkk edərsə, yalnız həmin namazla bağlı şəkkinə əhəmiyyət vermir. Əgər bir şəxs yalnız müəyyən məkanda (məsələn, cəmiyyət arasında) namaz qıldıqda şəkk edərsə, yalnız həmin məkandakı şəklərinə etina etmir.
    Məsələ 1066: İnsan şəkk etsə ki, "çox şəkk edən” hökmündədir, yoxsa yox, hələ ki, çox şəkk edən olmadığını qəbul etməlidir. Amma çox şəkk edən olduqdan sonra həmin haldan çıxdığına şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməlidir.
    Məsələ 1067: Çox şəkk edən şəxs bir rüknü (məsələn, rükunu) yerinə yetirib-yetirmədiyinə şəkk etsə və ona əhəmiyyət verməsə, sonradan yadına düşdükdə onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə daxil olmayıbsa onu yerinə yetirməsi lazımdır. Əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Amma həmin hissə rükn olmadıqda və sonradan onu yerinə yetirmədiyini xatırladıqda, sonrakı rüknə keçənədək onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə keçsə geri qayıtmır və namazı düzgündür.
    Məsələ 1068: Vasvası şəxslər öz əminliyinə və şəkkinə əməl etməməlidir. Onlar adi fərdlər kimi hərəkət etməli, əmin olub-olmadıqlarını əsas götürməməlidirlər. Əks təqdirdə bir çox hallarda namazları batil olasıdır.
    5. İmam və ya məmumun şəkki
    Məsələ 1069: Əgər imam-camaat rəkətlərin sayı ilə bağlı şəkk etsə, məsələn, bilməsə ki, üç rəkət qılıb, yoxsa dörd rəkət, məmumlar rəkətlərin sayını bildikdə bunu işarə ilə imama anladırlar və imam bu işarəyə əsasən hərəkət edir. İmam rəkətlərin sayını bildiyi vaxt məmum şəkk edərsə, imama tabe olmalı, öz şəkkinə əhəmiyyət verməməlidir.
    Məsələ 1070: İmama işarə üçün rəkətlərin sayı qədər əli dizə vurmaq və ya "Allahu əkbər” söyləmək olar. Ümumiyyətlə, artıq söz və ya namaza xilaf işə yol vermədən hər hansı şəkildə işarə etmək olar. Amma məmum imamdan qabaq durub namazını davam etdirməməlidir.
    6. Müstəhəb namazlarda şəkk
    Məsələ 1071: Əgər müstəhəb namazların rəkətlərinin sayında şəkk yaransa namaz qılan şəxs yuxarı və ya aşağı sayı götürməkdə azaddır. Yuxarı say namazı batil etdikdə, aşağı say əsas götürülür. Məsələn, bir və ya iki rəkət namaz qılındığına şəkk yarandıqda, həm bir, həm də iki rəkət əsas götürmək olar. Amma iki və ya üç rəkət namaz qılındığına şəkk yarandıqda, hökmən iki rəkəti əsas götürmək lazımdır.
    Məsələ 1072: Rüknlərin artırılıb-azaldılmasının nafilə namazlarına da təsiri var.
    Məsələ 1073: Namazın hərəkətləri baxımından müstəhəb namazla vacib namaz arasında fərq yoxdur. Məsələn, Həmd və ya rüku ilə bağlı şəkk yarandıqda həmin hissənin yeri ötüb keçənədək yerinə yetirilir. Əgər yeri ötmüşsə, şəkkə etina olunmur.
    Məsələ 1074: Müstəhəb namazlarda vacib ehtiyata əsasən, zənn-gümana namazı batil edənədək əhəmiyyət verilir. Məsələn, iki rəkət namaz qılınmasına şübhə yaranmışsa, iki rəkət qəbul edilir. Əgər üç rəkət qılındığına güman yaranmışsa, iki rəkət əsas götürülür.
    Məsələ 1075: Müstəhəb namazlarda səcdeyi-səhv yoxdur. Yəni əgər müstəhəb namaz qılan şəxs, vacib namazlarda səcdeyi-səhvə səbəb olan işi yerinə yetirsə, səcdeyi-səhv lazım deyil. Həmçinin müstəhəb namazlarda yaddan çıxmış səcdə və təşəhhüdün qəzası yoxdur.
    Məsələ 1076: Əgər nafilə namazının vaxtı keçdikdən sonra onun yerinə yetirilib-yetirilməməsi ilə bağlı şəkk yaranarsa, bu şəkkə əhəmiyyət verilmir. Əgər vaxt varsa, yerinə yetirilir.
    3. Düzgün şəklər
    Məsələ 1077: Qeyd olunduğu kimi dörd rəkətli namazların rəkətlərinin sayı ilə bağlı şəklər doqquz halda düzgündür və şəklə bağlı vəzifəyə əməl etmək lazımdır:
    1. Başı ikinci səcdədən qaldırdıqdan sonra ikinci, ya üçüncü rəkət olması ilə bağlı şəkk: Bu halda üçüncü rəkət olduğu qəbul edilməli, əlavə bir rəkət qılmaqla namaz tamamlanmalıdır. Namaz tamamlandıqdan sonra göstəriş əsasında bir rəkət ayaq üstə ehtiyat namazı qılınır. Əgər ikinci səcdədə vacib zikr deyildikdən sonra şəkk yaranarsa, vacib ehtiyata əsasən, eyni göstərişə əməl olunur və sonra namaz yenidən qılınır. (Bu hökm ikinci səcdədən başı qaldıranadək bütün hallara aiddir.)
    2. Üçüncü, ya dördüncü rəkət olması ilə bağlı şəkk: Namazın istənilən bir yerində belə bir şəkk yaranarsa, dördüncü rəkətin qılındığı qəbul edilir, namaz tamamlanır, namaz tamamlandıqdan sonra ya bir rəkət ayaq üstə, ya da iki rəkət oturaq ehtiyat namazı qılınır.
    3. Başı ikinci səcdədən qaldırdıqdan sonra ikinci, ya dördüncü rəkət olması ilə bağlı şəkk: Bu vaxt dördüncü rəkət olduğu qəbul edilməli, namaz tamamlanmalı, sonra iki rəkət ayaq üstə ehtiyat namazı qılınmalıdır.
    4. Başı ikinci səcdədən qaldırdıqdan sonra iki, ya üç, ya dörd rəkət qılınması ilə bağlı şəkk: Dörd rəkət qılındığı qəbul edilməli, namazdan sonra iki rəkət ayaq üstə, sonra iki rəkət oturaq ehtiyat namazı qılınmalıdır.
    5. Başı ikinci səcdədən qaldırdıqdan sonra dördüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Dördüncü rəkətin qılındığı qəbul edilməli, namaz tamamlanmalı, sonra iki səcdeyi-səhv yerinə yetirilməlidir.
    8. Ayaq üstü vəziyyətdə dördüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra bu şəkk üçlə dörd arasındakı şəklə əvəz olunur. Dördüncü rəkət qəbul edilir, namaz tamamlanır, sonra ya bir rəkət ayaq üstə, ya da iki rəkət oturaq ehtiyat namazı qılınır. Vacib ehtiyat budur ki, həmin namaz yenidən qılınsın.
    7. Ayaq üstü vəziyyətdə üçüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra şəkk iki ilə dörd arasındakı şəkkə çevrilir. Dördüncü rəkət olduğu qəbul edilir, namaz tamamlanır, sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılınır. Vacib ehtiyata əsasən, namaz yenidən qılınmalıdır.
    8. Ayaq üstü vəziyyətdə üç, ya dörd, ya da beşinci rəkətin olması ilə bağlı şəkk: Bu vaxt oturmaq lazımdır. Oturduqdan sonra əvvəlki şəkk iki, ya üç, ya dördüncü rəkətin olması ilə bağlı şəklə əvəz edilir. Dördüncü rəkətin olduğu qəbul edilir, namaz tamamlanır, sonra ayaq üstə iki rəkət, daha sonra oturaq iki rəkət ehtiyat namazı qılınır. Ehtiyat budur ki, namaz yenidən qılınsın.
    9. Ayaq üstü vəziyyətdə beşinci, ya altıncı rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra şəkk dördlə beş arasındakı şəklə əvəz olunur. Namaz tamamlanır, iki səcdeyi-səhv yerinə yetirilir. Ehtiyata əsasən, namaz təzələnməlidir.
    Şəklə bağlı müxtəlif məsələlər
    Məsələ 1078: İnsan düzgün şəkk ilə qarşılaşdığı vaxt namazı kəsə bilməz. Belə məqamlarda zəruri göstərişə əməl olunmalıdır. Bütün şəklərdən öncə bir qədər fikirləşmək lazımdır. Əgər ehtimallardan heç birinə əminlik yaranmazsa və ya mötəbər ehtimal müəyyənləşməsə, şəkk batil şəklərdən olduqda namaz kəsilir. Şəkk düzgün şəkdirsə lazımı göstərişə əməl edilməlidir.
    Məsələ 1079: Namazın rəkətlərində zənn-güman əminlik hökmündədir, gümanı əsas götürüb namazı davam etdirmək lazımdır. Amma şəkk birinci və ikinci rəkətlə bağlı olduqda vacib ehtiyat budur ki, namaz yenidən qılınsın.
    Məsələ 1080: Əgər öncə bir tərəfə güman güclü olarsa, sonra hər iki güman eyni gücdə qalarsa və şəkk halı yaranarsa, şəkk göstərişinə əməl olunmalıdır. Amma öncə şəkk halı yaransa, sonra bir tərəfə güman güclü olsa, güman əsasında əməl edilir. Namazı batil edən şəklərdə isə şəkk təsdiqləndikdə namaz yenidən qılınır, bu şəkkin güclü olub-olmamasının əhəmiyyəti yoxdur.
    Məsələ 1081: Bir şəxs qarşısına çıxan halın şəkk, yoxsa zənn-güman olduğunu bilməsə, şəkk hökmünə əməl etməlidir.
    Məsələ 1082: Əgər təşəhhüdə başladıqda və ya növbəti rəkətə keçdikdən sonra şəkk etsə ki, iki səcdə qılıb, yoxsa yox, eləcə də ikinci səcdədən sonra baş verən düzgün şəklə qarşılaşsa, (məsələn, iki və üç arasında şəkk), səcdələri yerinə yetirdiyini qəbul etməli, şəkk göstərişinə tabe olmalıdır. Bu halda namazı düzgündür. Amma səcdə məhəlli ötməmiş şəkk etsə, namazı batildir.
    Məsələ 1083: Əgər şəkki aradan qalxsa və başqa bir şəkk yaransa, ikinci şəkki əsas götürməlidir. Məsələn, iki və üç arasında şəkdən sonra əmin olsa ki, üçüncünü qılıb, sonra üç və dörd arasında şəkk etsə, üç və dörd arasında şəkk göstərişinə əməl etməlidir.
    Məsələ 1084: Əgər namaz gedişində şəkk etdiyini bilsə də, iki, ya üç, iki ya dörd arasında şəkk etdiyini müəyyənləşdirmədikdə, vacib ehtiyat budur ki, hər iki göstərişə əməl etsin, həm də namazını yenidən qılsın.
    Məsələ 1085: Oturaq namaz qılan şəxs şəkki müqabilində bir rəkət ayaq üstə, yoxsa iki rəkət oturaq namaz qılacağını bilmədikdə, bir rəkət oturaq namaz qılmalıdır. Əgər şəkki müqabilində iki rəkət ayaq üstə ehtiyat namazı qılınmalı olsa, iki rəkət oturaq qılmalıdır. Digər şəklər də belədir.
    Məsələ 1086: Ayaq üstə namaz qılan şəxs ehtiyat namazını həmin vəziyyətdə qıla bilməsə, oturaq halda namaz qılan şəxsin vəzifəsinə əməl etməlidir. Ötən Məsələdə deyildiyi kimi ehtiyat namazı qılmaq lazımdır. Əksinə, oturaq halda namaz qılan şəxs ehtiyat namazını ayaq üstə qıla bilərsə, ayaq üstə qılan şəxsin vəzifəsini yerinə yetirməlidir.
    Ehtiyat namazının qaydası
    Məsələ 1087: Namazın rəkətləri ilə bağlı şəkk yarandıqda qılınan ehtiyat namazı aşağıdakı qaydadadır: Namazın salamından sonra dərhal ehtiyat namazı niyyət olunur. "Allahu əkbər” deyilir, "Həmd” oxunur (surə tərk edilir), rükuya gedilir, adi namazlardakı kimi səcdə qılınır. Əgər ehtiyat namazı bir rəkətdirsə, iki səcdədən sonra təşəhhüd və salam deyilir. Əgər ehtiyat namazı iki rəkətdirsə, iki səcdədən sonra bir rəkət də qılınır, təşəhhüd və salam deyilir.
    Məsələ 1088: Ehtiyat namazının azanı, iqaməsi, surəsi və qunutu yoxdur. "Həmd” astadan oxunur. Vacib ehtiyat budur ki, "Bismillah” da astadan deyilsin. Namazla ehtiyat namazı arasında namazı batil edəcək iş görülməsin.
    Məsələ 1089: Əgər ehtiyat namazına başlamamış məlum olsa ki, qılınmış namaz düzgündür, ehtiyat namazı lazım deyil. Əgər ehtiyat namazının gedişində bunu anlasa, ehtiyat namazını kəsə bilər.
    Məsələ 1090: Əgər ehtiyat namazından öncə məlum olsa ki, namazın rəkətləri az olub, məsələn, dörd rəkət əvəzinə üç rəkət qılınıb, namazı batil edən iş görülməmişsə, həmin əskik miqdar yerinə yetirilməlidir. Yersiz salama görə ehtiyatən iki səcdeyi-səhv yerinə yetirilir. Əgər namazı batil edən bir iş görülmüşsə, namaz təzələnməlidir.
    Məsələ 1091: Ehtiyat namazından sonra məlum olsa ki, namazı ehtiyat namazı həddində əskik olub, namazı düzgündür. (Məsələn, üç və dörd arasında şəkdən sonra ehtiyat namazı qılır və namazı bitirdikdən sonra məluma olur ki, əvvəlcə üç rəkət qılıbmış.) Əgər məlum olsa ki, namazının əskiyi ehtiyat namazından az olub, vacib ehtiyat budur ki, həmin əskik miqdarı dərhal yerinə yetirsin, namazını da təzələsin. Əgər məlum olsa ki, namazının əskiyi ehtiyat namazından çox olub, ehtiyat namazından sonra namazı batil edəcək bir iş görülməmişsə, vacib ehtiyat budur ki, həmin əskik miqdarı yerinə yetirsin, namazını da təzələsin.
    Məsələ 1092: Bir şəxs şəkk edərsə ki, vacib olmuş ehtiyat namazını yerinə yetirib, yoxsa yox, namazın vaxtı ötərsə öz şəkkinə əhəmiyyət verməsin. Əgər namazın vaxtından qalırsa, başqa işə başlamamış ehtiyat namazını qılsın. Əgər namazı batil edən bir iş görmüşsə, vacib ehtiyat budur ki, ehtiyat namazını qılsın və namazını təzələsin.
    Məsələ 1093: Rükn və qeyri-rüknlərin artırılıb-əskildilməsi, namazın hissələrinin yerinə yetirilməsinə şəkk baxımından ehtiyat namazı da digər vacib namazlar kimidir.
    Məsələ 1094: Əgər ehtiyat namazının rəkətlərinin sayı ilə bağlı şəkk yaransa, yuxarı ehtimal əsas götürülür, yuxarı ehtimal namazı batil etsə, aşağı ehtimal əsas götürülür. Bu halda namaz düzgündür.
    Məsələ 1095: Əgər ehtiyat namazının hissələri bilmədən artırılıb-əskildilərsə, səcdeyi-səhv vacib deyil.
    Məsələ 1096: Əgər ehtiyat namazında təşəhhüd və ya səcdə yaddan çıxarsa, vacib ehtiyat budur ki, salamdan sonra onun qəzası yerinə yetirilsin.
    Məsələ 1097: Bir şəxsə səcdə və ya təşəhhüdün qəzası, eləcə də, səcdeyi-səhv vacib olarsa, əgər ehtiyat namazı da qılmalıdırsa, öncə ehtiyat namazını qılır, sonra səcdə və ya təşəhhüdün qəzası, daha sonra səcdeyi-səhv yerinə yetirilir.
    Məsələ 1098: Gündəlik vacib namazlardakı şəkk, səhv və zənn haqqında deyilən hökmlər digər namazlar üçün də öz gücündədir. Məsələn, ayat namazında şəkk yaransa ki, bir rəkət qılınıb, yoxsa iki rəkət, bu şəkk iki rəkətli namaza aid olduğundan namaz batildir. Şəkk, səhv və zənnlə bağlı digər hökmlər də öz gücündə qalır.
    Səcdeyi-səhvin vacib olduğu hallar
    Məsələ 1099: Vacib ehtiyata əsasən, bir neçə halda namazdan sonra səcdeyi-səhv yerinə yetirilir. Həmin hallarla tanış olaq:
    1. Yersiz söz; namaz qılan şəxs namazı bitirdiyini güman edərək səhvən bir söz deyir.
    2. Yersiz salam; məsələn, dörd rəkətlik namazın ikinci rəkətində salam deyir.
    3. Səcdə yaddan çıxdıqda;
    4. Təşəhhüd yaddan çıxdıqda;
    5. Ayağa qalxmaq əvəzinə səhvən oturduqda və ya oturmaq əvəzinə ayağa qalxdıqda;
    6. İkinci rəkətdən sonra dördüncü və ya beşinci rəkət olması ilə bağlı şəkk yarandıqda vacibdir ki, namazı bitirib iki səcdeyi-səhv yerinə yetirsin. Əlavə artırma-əskiltmə olduqda səcdeyi-səhv yerinə yetirmək müstəhəbdir.
    Səcdeyi-səhvin hökmləri
    Məsələ 1100: Səhv deyilmiş sözü yenidən düzgün təkrarladıqda səcdeyi-səhv lazım deyil.
    Məsələ 1101: Əgər namazda bir neçə söz və ya bir neçə cümlə deməklə namaz qılan halından xaric olarsa, bütün bunlara görə iki səcdeyi-səhv yerinə yetirmək kifayatdir.
    Məsələ 1102: Əgər səhvən "Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” deyərsə, səcdeyi-səhv vacib yox, müstəhəb olur. Amma əgər o biri iki salamdan bir qədər deyərsə, vacib ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin. Əgər hər üç salamı salam verilməyən yerdə səhvən deyərsə, bütün bunlara görə iki səcdeyi-səhv bəs edir.
    Məsələ 1103: Əgər vacib səcdeyi-səhvi namazın salamından sonra bilərəkdən yerinə yetirməzsə, günaha yol verib və tez bir zamanda onu yerinə yetirməlidir. Amma namazı batil deyil.
    Məsələ 1104: Əgər səcdeyi-səhvi zəruri edən bir iş görüb-görmədiyinə şəkk edərsə, heç nə vacib olmur. Əgər iki və ya dörd səcdeyi-səhv yerinə yetirməli olduğuna şübhə edərsə, iki səcdeyi-səhv etməsi bəsdir.
    Səcdeyi-səhvin qaydası
    Məsələ 1105: Səcdeyi-səhv aşağıdakı qaydada yerinə yetirilir: Namazdan sonra dərhal səcdeyi-səhv niyyət olunur və sonra səcdəyə gedərək deyilir: "Bismillahi və billahi əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” sonra başını səcdədən qaldırıb oturur və yenidən səcdəyə gedib həmin zikri deyir. İkinci səcdədən başını qaldırıb təşəhhüd və salam söyləyir. Ehtiyat budur ki, təşəhhüdün vacib miqdarı və son salamla kifayatlənsin.
    Məsələ 1106: Səcdeyi-səhv üzü qibləyə, dəstəmaz və təharətli halda yerinə yetirilməlidir. Alın səcdənin düzgün sayıldığı şeyə qoyulmalıdır.
    Yaddan çıxmış səcdə və təşəhhüdün qəzası
    Məsələ 1107: Əgər bir şəxs namazın bir neçə səcdəsini unudarsa namazdan sonra onların qəzasını yerinə yetirməlidir. (Əlbəttə ki, bir rəkətin iki səcdəsini yaddan çıxarmaq namazı batil edir.) Təşəhhüd yaddan çıxdıqda namazdan sonra dərhal onun qəzasını yerinə yetirmək lazımdır. Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasından əlavə onların hər biri üçün vacib ehtiyata əsasən, iki səcdeyi-səhv yerinə yetirilir. (Öncə deyildiyi kimi, səcdeyi-səhvin təşəhhüdü yaddan çıxmış təşəhhüd üçün bəs edir.)
    Məsələ 1108: Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasını yerinə yetirərkən namazın təharət, qiblə və başqa şərtləri ödənməlidir. Bu qəzalar namazdan dərhal sonra yerinə yetirilir.
    Məsələ 1109: Əgər bir səcdə və təşəhhüd yaddan çıxmışsa, vacib ehtiyat budur ki, hansını əvvəl unudubsa onun da qəzasını birinci yerinə yetirsin. Əgər hansı birini öncə unutduğunu bilməsə, ehtiyat budur ki, əvvəlcə bir səcdə və bir təşəhhüdün qəzasını, sonra bir təşəhhüd və bir səcdənin qəzasını yerinə yetirsin.
    Məsələ 1110: Əgər namazdan sonra onun formasını pozan və ya onu batil edən bir iş görərsə (məsələn, qiblədən çıxarsa) səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra vacib ehtiyata əsasən, namazını təzələməlidir. Əgər səcdeyi-səhvə səbəb olan bir iş görərsə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra, ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin.
    Məsələ 1111: Əgər şəkk yaranarsa ki, səcdə və ya təşəhhüd unudulub, yoxsa yox, onların qəzasını yerinə yetirmək vacib deyil. Əgər birini unutduğuna əmindirsə və hansı birini unutduğunu bilmirsə, hər ikisinin qəzasını yerinə yetirməlidir. İstənilən birinin qəzasını əvvəlcə yerinə yetirə bilər.
    Məsələ 1112: Əgər səcdə və ya təşəhhüdün qəzasından əlavə səcdeyi-səhv yerinə yetirməlidirsə, namazdan sonra əvvəlcə səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirməli, sonra səcdeyi-səhv etməlidir.
    Məsələ 1113: Əgər şəkk yaransa ki, yaddan çıxmış səcdə və ya təşəhhüdün qəzasını namazdan dərhal sonra yerinə yetirib yoxsa yox, nə qədər ki, namazın vaxtı qurtarmayıb səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirsin. Əgər vaxt keçərsə, vacib ehtiyat budur ki, onun qəzasını yerinə yetirsin. Bu halda namazı düzgündür.
    Məsələ 1114: Səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirmək üçün namazdan sonra niyyət edilir, sonra həmin səcdə və ya təşəhhüd "Allahu əkbər” və başqa bir şey deyilmədən yerinə yetirilir. Sonradan ehtiyata əsasən səcdeyi-səhv də edilir.
    Namazın hissə və şərtlərinin dəyişməsi
    Məsələ 1115: Əgər bir şəxs bilərəkdən namazın vacib hissə və şərtlərini artırıb-əskildərsə, namazı batildir. Məsələni bilmədiyindən rüknlərdə dəyişiklik edərsə namaz batil olur. Dəyişiklik rükndən olmazsa namaz düzgündür. Bir şərtlə ki, həmin şəxs məsələni öyrənmək imkanına malik olmasın. ("Cahili-qasir”)
    Məsələ 1116: Əgər bilmədən namazın hər hansı hissə və ya şərti artırılıb-əskildilərsə, bu dəyişiklik rükndə baş verdikdə namaz batildir. Əgər dəyişilən rükn deyilsə, namaz düzgündür. Dəstəmaz və qüsl kimi şərtlər yerinə yetirilməzsə namaz batildir və bunun bilərəkdən, ya səhvən baş verməsinin fərqi yoxdur.
    Məsələ 1117: Əgər namazın salamından öncə xatırlayarsa ki, namazın sonunda bir rəkət və ya daha artıq qılmayıb, onu yerinə yetirməlidir. Bu halda namazı düzgündür. Əgər namazın salamından sonra xatırlayarsa, bilərəkdən və ya səhvən namazı pozan bir iş görərsə (məsələn, qiblədən çıxarsa) namazı batildir. Namazı batil edən bir iş görməzsə, dərhal yaddan çıxmış rəkəti yerinə yetirir və namazı düzgündür. Vacib ehtiyat budur ki, yersiz salama görə səcdeyi-səhv də etsin.
    Məsələ 1118: Əgər namazı vaxtından öncə və ya arxası qibləyə qıldığını bilərsə, onu təzələməlidir. Əgər namazın vaxtı keçərsə onun qəzasını yerinə yetirməlidir. Amma bilmədən namazı sağ və ya sol tərəfə dayanaraq qılarsa namaz batil deyil.
    Müsafirin (səfərdə olanın) namazı
    Məsələ 1119: Müsafir səkkiz şərt ödənməklə dörd rəkətlik namazını iki rəkətli qılmalıdır:
    Birinci şərt:
    Səfər şəri səkkiz fərsəxdən az olmasın
    Məsələ 1120: Bir şəxsin bir yerə gedib qayıtması səkkiz fərsəx (təqribən 43 km) olarsa, dörd rəkətli namazlarını qəsr, yəni yarı qılmalıdır. Gedərkən (21,5 km.) dörd fərsəx məsafə qət etməsi vacib deyil. Əgər gedib qayıtdığı yol səkkiz fərsəx olarsa, namazı yarıdır. Müsafir getdiyi yerdən həmin gün qayıtmaya da bilər. Bir şərtlə ki, həmin yerdə 10 gün qalmaq qərarına gəlməsin.
    Məsələ 1121: Bir şəxs səfərinin səkkiz fərsəx olub-olmadığını şəkk edərsə, namazını yarı qılmamalıdır. Amma şəkk yarandıqda bu məsələni bilənlərdən öyrənməli, araşdırma aparmalıdır. Bir şərtlə ki, bu araşdırma məşəqqət yaratmasın.
    Məsələ 1122: Gedilən yolu müxtəlif vasitələrlə öyrənmək olar. Əvvəla, insan özü bu yolu ölçə bilər. İkincisi, bu yolun miqdarı camaat arasında məlum olar. Üçüncüsü, etibarlı bir şəxs yolun uzunluğu barədə məlumat verər.
    Məsələ 1123: Səfərdə səkkiz fərsəx yol getdiyinə əmin olan şəxs namazını yarı qıldıqdan sonra həmin məsafənin səkkiz fərsəx olmadığını bilərsə, namazı batildir. Namazı təzələməli və dörd rəkət qılmalıdır. Vaxt ötmüşsə namazın qəzasını yerinə yetirmək lazımdır. Yolun səkkiz fərsəx olmadığını bildiyi halda, yolda həmin yolun səkkiz fərsəx olduğu məlum olarsa, namazını yarı qılmalıdır. Əgər bütöv qılmışsa təzələməlidir.
    Məsələ 1124: Bir şəxs aralarındakı məsafə dörd fərsəxdən az olan iki məhəl arasında bir neçə dəfə gedib gəlsə, onun namazı yarı olmaz. Gedilən yol üst-üstə səkkiz fərsəxdən çox olsa belə bu səfər müsafir səfəri sayılmaz. Amma bu şəxsi hamı müsafir sayarsa, ehtiyata əsasən, namazını həm tam, həm də yarı qılmalıdır.
    Məsələ 1125: Əgər bir yerə getmək üçün iki yol varsa, bu yollardan biri səkkiz fərsəxdən az, o biri səkkiz fərsəxdən çoxsa, birinci yolla getdikdə namazı tam, ikinci yolla getdikdə yarı qılmaq lazımdır.
    Məsələ 1126: Səkkiz fərsəx məsafə şəhərin son evindən hesablanır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 900 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019