İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    ATA VƏ ANANIN QƏZA NAMAZI
    Məsələ 1205: Dünyasını dəyişmiş ata və ananın qəza namazlarını və oruclarını yerinə yetirmək onların ölümündən sonra qalmış böyük oğula vacibdir. Bir şərtlə ki, ata və ana namaz və oruclarını itaətsizlik səbəbindən qəzaya verməsinlər, bu işi görməyə qadir olsunlar. Hətta itaətsizlikdən tərk etmişlərsə də, müstəhəb ehtiyata əsasən, həmin qəzaları yerinə yetirmək lazımdır. Eləcə də səfərdə qəzaya getmiş orucları tutmağa qadir olan ata və ananın qəzalarını yerinə yetirmək böyük oğul üçün ehtiyatdır.
    Ata və ananın qəza namazlarının böyük oğula vacib olmadığı hallar
    Məsələ 1206: Əgər ata və ananın qəza namazını və orucunu bir başqası yerinə yetirərsə, böyük oğulun öhdəsindən götürülər.
    Məsələ 1207: Böyük oğul ata və anasının qəza namazı və orucunu olduğunu bilməsə, ona bir şey vacib deyil. Bu sahədə axtarış aparmağa ehtiyac yoxdur.
    Məsələ 1208: Böyük oğul dünyasını dəyişsə, o biri oğlanların vəzifəsi yoxdur.
    Məsələ 1209: Hansı oğulun böyük oğul olduğu məlum olmasa (oğlanların doğum tarixi itsə) ata və ananın qəza namaz və orucu onların heç birinə vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, öz aralarında bölsünlər.
    Məsələ 1210: Böyük oğul ata və ananın qəza namaz və orucunu yerinə yetirərkən öz vəzifəsinə əməl etməlidir. Yəni həmin ibadətləri öz təqlid mərcəsinin hökmünə uyğun yerinə yetirməlidir.
    Məsələ 1211: Öz qəza namazı və orucu olan oğula ata və ananın qəza namaz və orucu vacib olarsa, istənilən birini əvvəl yerinə yetirsə düzgündür.
    Məsələ 1212: Əgər ata və ya ana dünyasını dəyişən vaxt böyük oğul büluğ həddinə çatmamış və ya divanə olarsa, nə vaxt büluğ həddinə çatsa və ağıla gəlsə ata və ananın namaz və orucunu yerinə yetirməlidir.
    İsticari namaz
    Məsələ 1213: Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, "əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.
    Məsələ 1214: İnsan bəzi müstəhəb işlər, məsələn Peyğəmbər (s) və imamların qəbrinin ziyarəti üçün sağ adamlar tərəfindən əcir ola bilər. Vacib ehtiyat budur ki, bu işdə yalnız müqəddimə əməlləri üçün pul götürsün. Eləcə də müstəhəb əməlləri yerinə yetirib onların savabını ölülərə və ya dirilərə hədiyyə edə bilər.
    Məsələ 1215: Bir şəxs dünyasını dəyişmiş şəxsin qəza namazları üçün əcir olarsa, namaz məsələlərini yaxşıca bilməli, düzgün qiraətə malik olmalıdır.
    Məsələ 1216: Bir başqası tərəfindən namaz və ya oruc, eləcə də bir ibadəti yerinə yetirmək istəyən şəxs öz niyyətində meyyiti müəyyənləşdirməlidir. Meyyitin adını bilmək zəruri deyil, müəyyən əlamət və nişanə ilə müəyyənləşdirmək bəs edər.
    Məsələ 1217: Meyyitin qəza ibadətini yerinə yetirən şəxs özünü meyyitin yerində fərz etməli, meyyitin öhdəsində olan qəzanı yerinə yetirməlidir. Əgər ibadəti yerinə yetirib savabını hədiyyə etsə, qəza ödənməz.
    Məsələ 1218: Meyyitin ibadət borcu o vaxt ödənər ki, ibadəti öhdəsinə götürmüş şəxs onu yerinə yetirsin. Əminlik olmazsa, kifayat etməz. Amma namazın qılındığına əmin olduqda, onun düzgün qılınıb-qılınmamasını bilməməyin eybi yoxdur.
    Məsələ 1219: Əgər naib (qəza namazını yerinə yetirməyi öhdəsinə götürmüş şəxs) namazı qıldığını söyləyərsə, onun sözü ilə kifayatlənmək olmaz. Bu şəxs etibarlı bir şəxs olduqda isə sözü mötəbərdir.
    Məsələ 1220: Meyyitin ibadətlərini yerinə yetirməyi öhdəsinə götürmüş şəxs namazın şərtlərini ödəməyə qadir olmalıdır. Məsələn, namazı oturaq qılan şəxs naib ola bilməz. Hətta vacib ehtiyata əsasən, təyəmmüm və cəbirə ilə namaz qılan şəxs naib olmamalıdır.
    Məsələ 1221: Kişi qadın, qadın kişi üçün naib ola bilər. Naib namazın asta və uca qılınmasında meyyitin yox, öz vəzifəsinə əməl etməlidir. Meyyitin qəza namazı tərtiblə qılınmaya bilər. Amma bir günün günorta və ikindi, şam və xiftən namazlarında tərtibə riayat olunmalıdır.
    Məsələ 1222: Namaz və oruc üçün əcir tutulan şəxslə xüsusi şərt kəsilərsə (məsələn, namazı məsciddə və ya müəyyən saatda qılması deyilərsə) bu şərtə əməl etməlidir. Amma xüsusi bir şərt olmasa, vəzifəsinə uyğun adi qaydada hərəkət etməlidir. Müstəhəbləri də adi qaydada yerinə yetirə bilər. Bundan artığına vəzifəli deyil. Nə qədər ki, şərt kəsilməyib, ayat namazlarını qılması vacib deyil.
    Məsələ 1223: Meyyitin qəza namazları üçün bir neçə şəxs əcir tutularsa, onların hərəsi üçün müəyyən vaxt təyin etmək lazım deyil. Onlar həmin namazları istədikləri vaxt qıla bilər. Amma namazlar arasında tərtibə riayat etmək üçün müstəhəb ehtiyat budur ki, onların hər biri üçün müəyyən vaxt təyin edilsin. Məsələn, biri ilə sübhdən günortayadək, o biri ilə günortadan axşamadək namaz qılması şərt kəsilsin. Yəni hər iki şəxs məsələn, günorta namazından başlayıb sübh namazınadək qılsın. Bir və ya bir neçə günün namazının qılınmasının fərqi yoxdur.
    Məsələ 1224: Əgər əcir tutulmuş şəxs öhdəsində olan namaz və orucları yerinə yetirməmiş dünyasını dəyişərsə, muzdu tam aldığı halda bütün namazları qılacağını öhdəsinə götürmüşsə, qılınmamış namazların muzdu onun malından götürülməlidir. Əgər belə bir şərt kəsilməmişsə, vərəsələri onun malından götürüb qalan namazların icrası üçün əcir tutmalıdırlar. Dünyasını dəyişmiş əcirin malı olmadıqda vərəsələrə bir şey vacib olmur. Amma yaxşı olar ki, meyyitin borcu ödənsin.
    Məsələ 1225: Əgər əcir öhdəsinə götürdüyü əməli başa vurmamış dünyasını dəyişərsə və özünün də qəza namazı qalarsa, öhdəsinə götürdüyü namazların qılınması üçün onun malından əcir tutulmalıdır. Əgər özünün qılması şərt kəsilibsə, yerinə yetirilməmiş namazların haqqı qaytarılmalıdır. Amma həmin şəxsin öz qəza namazları üçün malından götürə bilməzlər. Yalnız vərəsələrin razılığı ilə və ya malının üçdə birini vəsiyyət etsə belə etmək olar.
    Camaat namazı
    Məsələ 1226: Camaat namazı böyük əhəmiyyət daşıyan müstəhəb əməllərdən, ən böyük dini göstəricilərdəndir. Rəvayatlərdə bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Xüsusi ilə, məscidin qonşuları və məscidin azan səsini eşidən şəxsə təkidlə tövsiyə olunur. Yaxşı olar ki, insan bacardığı həddə namazını camaatla qılsın. Rəvayatdə bildirilir ki, bir şəxs İmam-camaata iqtida etsə, onun namazının hər rəkətinə 150 namazın savabı verilər. Əgər iqtida edən iki nəfər olsa bu savab 600 namazın savabına çatar. Namaz qılanların sayı artdıqca namazın da savabı artır. Əgər iqtida edənlərin sayı on nəfərə çatarsa, bu namazın savabını bütün göy kağız, dənizlər mürəkkəb, ağaclar qələm olsa, mələklər, insanlar və cinlər yazsa, onu yazıb başa vura bilməzlər.
    Məsələ 1227: Etinasızlıq səbəbindən camaat namazında iştirak etməmək haramdır.
    Məsələ 1228: Müstəhəbdir ki, insan səbr edib, namazını camaatla qılsın. Camaatla qılınan namaz insanın fərdi qıldığı namazdan üstündür. Camaatın qısa qıldığı namaz fərdin uzun qıldığı namazdan fəzilətlidir.
    Məsələ 1229: Namaz üçün cəmiyyət toplandıqda namazını fərdi qılmış şəxsin yenidən cəmiyyətlə qılması müstəhəbdir. Əgər sonradan birinci namazının batil olduğunu bilsə, ikinci namaz bəs edər.
    Məsələ 1230: İmam-camaat namazını bir cəmiyyətlə qıldıqdan sonra ikinci cəmiyyətlə də qıla bilər. Amma iki dəfədən artıq qılmasına irad var. Beləcə, bir imam-camaat iki məsciddə cəmiyyət namazı qıla bilər.
    Məsələ 1231: İnsanın namazdakı vasvasılığı onun namazı üçün nöqsandır. Bir şəxs namazı camaatla qılacağı təqdirdə vasvasılıqdan uzaq olacağını bilərsə, namazını camaatla qılmalıdır.
    Məsələ 1232: "İstisqa”, yəni yağış namazı, imamın qeybi dövründə müstəhəb olan Fitr və Qurban bayramı namazlarından savayı heç bir müstəhəb namazı camaatla qılmaq olmaz.
    Məsələ 1233: Yövmiyyə namazlarının istənilən birində imama iqtida etmək olar. Məsələn, imam günorta namazı qılırsa, ikindi namazını ona iqtida etmək olar. Amma imam ehtiyat üçün namazını təzələyərsə ona iqtida etmək olmaz. Amma hər ikisi ehtiyat üçün qılsa eybi yoxdur.
    Məsələ 1234: Əgər imam-camaat qəza namazı qılıbsa, ona iqtida etmək olar. Amma namazını ehtiyat üçün qəza edirsə, ona iqtida etməyə irad var.
    Məsələ 1235: İmamın nafilə və ya vacib namaz qıldığını bilmədən ona iqtida etmək olmaz.
    Camaat namazının şərtləri
    Məsələ 1236: Camaat namazında bir neçə şərtə əməl etmək lazımdır:
    1. Ara kəsmənin olmaması
    İmamla məmumlar, eləcə də məmumlar arasında görməyə mane olan arakəsmə olmamalıdır. Hətta şüşə arakəsmənin eybi var. Amma məmum qadın olarsa onunla kişilər arasında ara kəsmə olmasının eybi yoxdur.
    Məsələ 1237: İmam mehrabda dayandığı vaxt onun arxasında bir nəfər iqtida etməsə, sağ və solda dayanıb mehrabın divarı səbəbindən imamı görməyənlər ona iqtida edə bilməzlər. hətta imamın arxasında bir şəxs dayandığı halda mehrabın divarları səbəbindən onu görməyənlərin iqtida etməsi iradlıdır. Amma onların arxasında dayananların namazı düzgündür. Hətta cərgələr artıq məsciddən xaric olarsa, eybi yoxdur.
    Məsələ 1238: Cərgələr uzandığından cərgənin qurtaracağında dayananlar imamı görməzsə bunun eybi yoxdur. Bir cərgənin uzanması səbəbindən onun iki tərəfində dayananların da qarşısını görməməsi camaat namazına mane olmur.
    Məsələ 1239: Sütunun arxasında dayanmış şəxs sağ və sol tərəfdən məmumlar vasitəsi ilə imama bağlanırsa qıldığı namaz düzdür.
    2. İmamın yerinin məmumun yerindən hündür olmaması
    Məsələ 1240: İmamın yeri məmumun yerindən hündür olmamalıdır. Amma azca hündürlüyün eybi yoxdur. Yer mailli olsa və imam hündür tərəfdə dayansa, maillik çox olmadıqda və həmin yer haram adlandırıldıqda bunun eybi yoxdur.
    Məsələ 1241: Məmumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa məmumların balkon və damda dayanması, "camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt məmumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.
    3. İmamla məmum arasında ara olmaması
    Məsələ 1242: Əgər imamla məmum və ya məmumların öz arasında bir neçə addım ara olarsa, onlara toplum deyildikdə bunun eybi yoxdur. Demək, arada namaz qılmayan bir, iki nəfərin olması namazı batil etmir. Amma müstəhəbdir ki, cərgələr bir-birinə tam bağlansın.
    Məsələ 1243: İmam təkbir deyib namaza başlayan vaxt ön cərgələr namaza hazır olduqda hamı təkbir deyib namaza başlaya bilər və qarşıdakıların namaza başlamasına gözləmək lazım deyil. Hətta gözləmək ehtiyata ziddir.
    Məsələ 1244: Məlum olsa ki, qarşıdakı cərgələrdən birinin namazı batildir, sonrakı cərgələr iqtida edə bilməz.
    4. Məmum imamdan öndə dayanmamalıdır.
    Məsələ 1245: Əgər məmum namazın əvvəlində və ya gedişində qabaqda dayansa onun namazı batil olur. Ehtiyat budur ki, imamla bir bərabərdə də dayanmasın. Namazın bütün gedişində, hətta rüku və səcdələrdə də imamdan bir qədər arxada dayanmaq lazımdır.
    Camaat namazının hökmləri
    Məsələ 1246: Məmum imamın namazının batil olduğuna tam əminsə, məsələn, bilirsə ki, imamın dəstəmazı yoxdur, ona iqtida edə bilməz. İmam özü bunu bilməsə də fərqi yoxdur. Amma məmum namazdan sonra imamın ədalətli olmadığını, ya Allah eləməmiş, kafir olduğunu, ya namazının batil olduğunu bilərsə namazı düzgündür.
    Məsələ 1247: Əgər məmum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.
    Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
    Məsələ 1249: Əgər məmum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.
    Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət edib-etməməklə bağlı tərəddüddə olarsa və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namaza irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.
    Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.
    Məsələ 1252: Namazın digər rəkətlərində (birinci rəkətdən başqa) və imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.
    Məsələ 1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.
    Məsələ 1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.
    Məsələ 1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yəni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.
    Məsələ 1256: Əgər ikinci rəkətdə iqtida etsə, qunut və təşəhhüdü imamla desə, ehtiyat budur ki, təşəhhüdü oxuyarkən dizlərini yerdən qaldırıb yalnız əllərini və ayaqlarını yerdə saxlasın (yarım oturaq vəziyyət alsın). İmamın təşəhhüdündən sonra qalxıb həmd-surə oxusun. Surəyə vaxt olmasa həmdi oxuyub rükuda imama çatsın.
    Məsələ 1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.
    Məsələ 1258: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa, məmum iqtida edəcəyi təqdirdə Həmd oxumaqla rükuda imama çatmayacağını bilsə, vacib ehtiyata əsasən, səbr etsin, imam rükuya getdikdən sonra iqtida etsin.
    Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.
    Məsələ 1260: Bir şəxs əmin olsa ki, surəni oxusa rükuda imama çatacaq, vacib ehtiyat budur ki, surəni oxusun. Əgər surəni oxuduqda təsadüfən rükuda imama çatmasa, qıldığı camaat namazı düzgündür.
    Məsələ 1261: Əgər imam ayaq üstə olsa və məmum hansı rəkətin qılındığını bilməsə, iqtida edib, savab məqsədi ilə Həmd surəni oxuya bilər və namazı düzgündür. İmamın üçüncü və ya dördüncü, birinci və ya ikinci rəkətdə olmasının fərqi yoxdur. Bir şərtlə ki, namaz günorta və ikindi namazı olsun və imam Həmd-surəni astadan oxumuş olsun.
    Məsələ 1262: Əgər düşünsə ki, imam birinci və ya ikinci rəkətdədir, Həmd-surəni oxumasa və rükudan sonra başa düşsə ki, imam üçüncü və ya dördüncü rəkətdə imiş, namazı düzgündür, amma rükudan öncə bunu başa düşsə, Həmd-surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmd oxuya bilər. Amma rükuda imama çatmalıdır.
    Məsələ 1263: Müstəhəb namaz qıldığı vaxt camaat namazı başlasa namazı bitirdiyi halda camaat namazına çatmayacağından qorxsa, müstəhəbdir ki, namazı saxlayıb camaat namazına qoşulsun.
    Məsələ 1264: Vacib namaz qıldığı vaxt camaat namazı başlasa, üçüncü rəkətə daxil olmayıbsa, çatmayacağından qorxduqda müstəhəbdir ki, niyyətini müstəhəb namaza çevirib iki rəkətlə kifayatlənsin və özünü camaat namazına çatdırsın.
    Məsələ 1265: Məmum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.
    Məsələ 1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və imamla təşəhhüdü söyləsin. Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.
    İmam-camaatla bağlı şərtlər
    Məsələ 1267: İmam-camaat büluğ həddinə çatmış, ağıllı, adil, halalzadə, on iki imamçı şiə və qiraəti düzgün şəxs olmalıdır. Məmum kişidirsə, imam da kişi olmalıdır. Amma qadın qadınlar üçün imam dayana bilər.
    Məsələ 1268: Ədalət dedikdə insanın batinindəki Allah qorxusu nəzərdə tutulur. Belə bir qorxu insanı böyük günahlara batmaqdan və kiçik günahları təkrarlamaqdan çəkindirir. Ünsiyyətdə olduğumuz bir şəxsdən günah görməmişiksə, bu onun ədalətini göstərir.
    Məsələ 1269: Əvvəllər ədalətli olmuş şəxsin həmin halda qalıb-qalmadığına şəkk varsa, onu ədalətli saymaq lazımdır. Amma ədalətdən düşdüyünə əmin olduqda münasibət dəyişir.
    Məsələ 1270: Ayaq üstə namaz qılan şəxs oturan və ya uzanmış halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturaq vəziyyətdə namaz qılan şəxs uzanmış vəziyyətdə namaz qılan şəxsə iqtida edə bilməz.
    Məsələ 1271: Əgər imam-camaat təyəmmüm və ya cəbirə ilə namaz qılırsa, ona iqtida etmək olar. Amma üzürlü səbəbdən murdar libasla məcbur qalıb namaz qılırsa, vacib ehtiyata əsasən, ona iqtida edilməməlidir. Eləcə də, sidik və nəcisini saxlaya bilməyən şəxs, istihazə halında olan qadın, ümumi şəkildə namazını üzürlü səbəbdən naqis qılan şəxs imam-camaat dayana bilməz. Amma təyəmmüm və cəbirə dəstəmaz istisnadır.
    Məsələ 1272: Xora və ala xəstəliyinə tutulmuş şəxs ehtiyata əsasən imam-camaat dayana bilməz. Hətta özü kimiləri üçün də imam dayanması yaxşı deyil.
    Camaat namazı hökmlərinin davamı
    Məsələ 1273: Məmum öz niyyətində imamı müəyyənləşdirməlidir. Amma imamın adını bilmək vacib deyil. Əgər qarşıda dayanmış zəruri şərtlərə malik imama iqtida etmək niyyət edilərsə kifayatdir.
    Məsələ 1274: Məmum namazın Həmd-surəsindən başqa bütün zikrlərini deməlidir. Həmd-surə o zaman öhdədən götürülür ki, məmum birinci və ikinci rəkətlərdə imamla namaz qılsın. Amma üçüncü və dördüncü rəkətlərdə imamın qiyam vəziyyətində ona iqtida edən şəxs Həmd-surəni özü deməlidir.
    Məsələ 1275: Əgər məmum sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir.
    Məsələ 1276: Əgər məmum imamın Həmd-surəsinin bəzi kəlmələrini və ya aydın olmayan şəkildə səsini eşidərsə, vacib ehtiyata əsasən, Həmd-surə deməsin.
    Məsələ 1277: Əgər məmum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə ehtiyata əsasən Həmd-surə oxumalıdır.
    Məsələ 1278: Məmum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Amma digər zikrləri öncə deməsinin eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, imamın səsini eşitdiyi halda ondan öncə deməsin.
    Məsələ 1279: Məmum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. Əgər məmum səhvən imamdan qabaq rükudan qalxsa yenidən rükuya getməli və imamla birlikdə qalxmalıdır. Bu halda rükunun say çoxluğu namazı batil etmir. Amma rükuya qayıtdıqda imama çatmamış imam rükudan qalxarsa namazı batildir.
    Məsələ 1280: Məmum imamın səcdədən qalxdığını düşünüb səcdədən qalxarsa imam qalxmadığı halda yenidən səcdəyə getməlidir. Əgər bu hal hər iki səcdədə yaranarsa rükn olan iki səcdənin artması burada namazı batil etmir. Amma səcdəyə qayıtdığı vaxt imam səcdədən qalxarsa bu hal iki səcdədə baş verdikdə namaz batil olur.
    Məsələ 1281: Əgər səhvən rüku və ya səcdədən qalxarsa və təkrar qayıdışda imama çatmayacağını düşünüb rüku və səcdəyə getməzsə namazı düzgündür.
    Məsələ 1282: Əgər məmum səhvən imamdan qabaq rükuya gedərsə, qalxıb imamın qiraətinin bir hissəsinə çatsa qalxmalıdır və imamla birlikdə rükuya getməlidir. Əgər imamın qiraətinə çatmayacağını bilsə, vacib ehtiyat budur ki, başını qaldırıb namazı imamla tamamlasın və yenidən qılsın.
    Məsələ 1283: Məmum geri qayıtmalı olduğu hallarda bilərəkdən qayıtmasa, namazına irad var.
    Məsələ 1284: İmam təşəhhüd olmayan rəkətdə səhvən təşəhhüd desə, ya qunutu olmayan rəkətdə səhvən qunut tutsa, məmum təşəhhüd və qunutu oxumamalıdır. Amma imamdan qabaq dura bilməz və ya imamdan öncə rükuya gedə bilməz. İmamın səhvini işarə ilə ona çatdırmalıdır. Əgər mümkün olmasa, səbr etməlidir ki, imam təşəhhüd və ya qunutu tamamlasın. Namazın davamını isə onunla qılır.
    Camaat namazında müstəhəb olan işlər
    Məsələ 1285: Camaat namazında savab ümidi ilə aşağıdakı göstərişlərə riayat etmək müstəhəbdir:
    1. Əgər məmum bir kişisə imamın sağ tərəfində, azca ondan arxaya dayansın. Əgər bir qadınsa imamın sağ tərəfində elə dayansın ki, onun səcdə yeri imamın diz və ya durduğu yer bərabərində olsun. Əgər məmum bir kişi və bir qadın, ya da bir kişi və bir neçə qadınsa, kişi imamın sağ tərəfində o birilər imamın arxasında dayansın. Əgər bir neçə kişi və bir neçə qadınsa hamılıqla imamın arxasında dayansınlar. Məmum bir neçə kişi və bir neçə qadın olduqda kişilər imamın arxasında, qadınlar kişilərin arxasında dayansınlar.
    2. Əgər həm imam, həm də məmum qadın olarsa, bir cərgədə dayansınlar. Amma imam bir qədər irəlidə dursun.
    3. İmam cərgənin orta hissəsində dayansın. Elm, fəzilət və təqva əhli birinci sırada dayansınlar.
    4. Camaat namazının cərgələri nizamlı olsun. Cərgədəkilərin çiyinləri bir xətdə olsun. Bir cərgədə dayananlar arasında ara buraxılmasın.
    5. "Qəd qamətis-səlat” dedikdən sonra məmumlar qalxsınlar camaat namazına hazır olsunlar.
    6. İmam-camaat başqalarından halsız olan məmumların vəziyyətini nəzərə alsın, tələsməsin. Eləcə də rüku, səcdələr və qunutu uzatmasın. Amma iqtida edənlərin hamısında bu hazırlığın olduğunu bilərsə, namazı uzada bilər.
    7. İmam-camaat Həmd və surəni oxuyan zaman səsini məmumların eşidəcəyi həddə qaldırsın, amma həddən artıq yox.
    8. Əgər imam rükuda anlasa ki, kimlərsə təzəcə namaza çatıb və iqtida etmək istəyirlər, rükunu azca uzatsın ki, onlar namaza qoşula bilsin. Amma rükunu iki rüku həddindən çox uzatmasın. Hətta başqa birinin də qoşulmaq istədiyini bilsə rükuda bu həddi gözləsin.
    Camaat namazında məkruh olan işlər
    Məsələ 1286: Savab ümidi ilə aşağıda göstərilən hallardan çəkinmək daha yaxşıdır:
    1. Əgər sıralarda yer varsa tənha dayanmasın.
    2. Məmum namazın zikrlərini elə desin ki, imam eşitməsin;
    3. Günorta və ikindi, eləcə də xiftən namazını yarı qılan müsafir müsafir olmayanlar üçün imam dayanmasın. Eləcə də, müsafir olan şəxs müsafir olmayana iqtida etməsin (əlbəttə burada savabın azlığı nəzərdə tutulur.)
    Ayat namazının hökmləri
    Məsələ 1287: Dörd halda ayat namazı vacib olur:
    1, 2. Günəş və ay tutulanda (bir hissəsi də tutulsa, qorxan olsa da, olmasa da).
    3. Zəlzələ baş verəndə (bir şəxs qorxsa da, qorxmasa da);
    4. Şimşək çaxanda, qara və qırmızı külək əsəndə, qorxulu səma hadisəsi baş verəndə. (Bu halda çoxlarının qorxması şərtdir.) Vacib ehtiyata əsasən, çoxlarını qorxuya salan yer hadisələri baş verəndə də ayat namazı qılınmalıdır.
    Məsələ 1288: Ayat namazına səbəb olan hadisələr təkrar baş verdikdə onların hər biri üçün namaz qılmaq vacibdir. Məsələn, bir neçə dəfə zəlzələ baş verdikdə, günəş tutulduğu vaxt zəlzələ baş verdikdə hər bir hadisə üçün namaz qılınır. Amma ayat namazı gedişində hadisə baş verərsə həmin namaz bəsdir.
    Məsələ 1289: Qılınan namazın hansı hadisə ilə bağlı qılındığını müəyyənləşdirmək vacib deyil. Vacib niyyəti yerinə yetirmək bəs edir.
    Məsələ 1290: Ayat namazı hadisə baş verən yerin əhlinə vacibdir.
    Məsələ 1291: Günəş və ay tutulmasına görə ayat namazının vaxtı günəş və ay tutulmağa başlayandan tam açılana qədərdir. Müstəhəb ehtiyat budur ki, açılmağa başlayan vaxt qılınsın.
    Məsələ 1292: Zəlzələ, şimşək və bu kimi hadisə baş verdikdə dərhal ayat namazı qılınmalıdır. Dərhal qılmayan günaha yol vermişdir, müstəhəb ehtiyat budur ki, ömrünün sonunadək nə vaxt bacarsa qılsın.
    Məsələ 1293: Əgər günəş və ay tutulması baş verdikdən sonra bu hadisədən xəbər tutarsa, ayat namazının qəzasını yerinə yetirməlidir. Amma günəş və ay tam tutulmadıqda qəzasını qılmaq vacib deyil.
    Məsələ 1294: Günəş və ya ayın tutulduğunu bilib buna əmin olmadığından namaz qılmayan şəxs, sonradan düz deyildiyini bilərsə, günəş və ya ay tam tutulmuşsa, ayat namazı qılmalıdır.
    Məsələ 1295: Astronomların və ya bu sahədən məlumatlı insanların günəş və ya ayın tutulması ilə bağlı dediklərindən əminlik yaransa, ayat namazı qılmalıdır. Əgər söylənilsə ki, filan vaxt günəş və ya ay tutulacaq, bu hadisə filan müddət davam edəcək, əminlik yarandıqda vaxtı gözləməlidir.
    Məsələ 1296: Gündəlik namaz vacib olduğu vaxt ayat namazı vacib olarsa, hər ikisi üçün vaxt olduqda hansını qabaq qılsa olar. Birinin vaxtı dar olsa həmin namazı öncə qılmalıdır. Hər ikisinin vaxtı dar olsa öncə gündəlik namazı qılmalıdır.
    Məsələ 1297: Gündəlik namazın gedişində anlasa ki, ayat namazının vaxtı dardır, gündəlik namazın da vaxtı dar olduqda onu davam etdirib, sonra ayat namazı qılmalıdır. Gündəlik namazın vaxtı dar olmadıqda, onu saxlayıb ayat namazını qılmalı, sonra gündəlik namazı yerinə yetirməlidir. Ayat namazının gedişində məlum olsa ki, gündəlik namazın vaxtı dardır, ayat namazını saxlayıb gündəlik namazı qılmalıdır. Namazı bitirdikdən sonra namaz halından çıxmamış ayat namazının davamını qıla bilər.
    Məsələ 1298: Əgər qadın aybaşı və nifas halında olduğu vaxt günəş və ay tutularsa, günəş və ya ay açılanadək heyz və nifas qanından təmizlənməsə, ayat namazı ona vacib deyil, qəzası da yoxdur.
    Ayat namazının qaydası
    Məsələ 1299: Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:
    1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur.
    2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, "Həmd”dən sonra "İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: "Bismillahir rəhmanir rəhim”, "Qul huvəllahu əhəd”, "Allahu səməd” "Ləm yəlid və ləm yuləd”, "və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.
    Məsələ 1300: Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.
    Məsələ 1301: Gündəlik namazda vacib və müstəhəb olan işlər ayat namazında da vacib və müstəhəbdir. Amma ayat namazının azan və iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə "Əssəlat” deyilir.
    Məsələ 1302: Müstəhəbdir ki, hər rəkətdə səcdəyə getməzdən öncə "Səmiəllahu li mən həmidəh” və "Allahu əkbər” deyilsin. Eləcə də, hər rükudan öncə və sonra təkbir demək müstəhəbdir.
    Məsələ 1303: Onuncu rükudan öncə qunut oxumaq müstəhəbdir.
    Məsələ 1304: Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yəni səcdəyə gedilsə şəkkə etina olunmur.
    Məsələ 1305: Ayat namazının hər rükusu bir rükndür. Bilərəkdən və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz batildir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1071 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024