İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    FITR VƏ QURBAN BAYRAMI NAMAZI
    Məsələ 1306: Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər.
    Məsələ 1307: Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
    Fitr və qurban bayramı namazlarının qaydası
    Məsələ 1308: Fitr və qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir.
    Məsələ 1309: Fitr və qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
    Məsələ 1310: Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".
    Fitr və qurban bayramları namazlarında müstəhəb əməllər
    Məsələ 1310: Fitr və qurban bayramları namazlarında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
    1. Bayram namazında qiraəti ucadan oxumaq.
    2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).
    3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə "Səbbihismi rəbbikəl-əla" surəsinin əvvəli, ikinci rəkətdə "Vəş-Şəms" surəsi oxunsun.
    4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin.
    5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.
    6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.
    7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana"
    8. Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: "Əllahu əkbəru əla ma rəzəqna min bəhimətil-ənami vəl-həmdu lillahi əla ma əblana". Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.
    9. Bayram namazı açıq fəzada qılınsın.
    Fitr və qurban bayramları namazının hökmləri
    Məsələ 1311: Əgər namazın təkbir və qunutlarının sayında şəkk yaransa, vaxtı ötməyibsə, az ehtimal əsas götürülsün. Sonradan, deyilmiş olduğu bilinsə, namaz düzgündür.
    Məsələ 1312: Səhvən qiraət, ya təkbirlər, ya da qunutlar unudulsa, rükuya getdikdən sonra yada düşsə, namaz düzgündür.
    Məsələ 1313: Bayram namazında bir səcdə və ya təşəhhüd unudulsa, vacib ehtiyat budur ki, namazdan sonra yerinə yetirilsin. Gündəlik namazlarda səcdeyi-səhvə səbəb olan hal yaransa, vacib ehtiyat budur ki, səcdeyi-səhvi namazdan sonra yerinə yetirsin.
    ORUC
    Orucun vacib olması
    Məsələ 1314: Bütün mükəlləflərə hər il ramazan ayını, sonrakı məsələlərdə veriləcək şərhlər əsasında, oruc tutmaq vacibdir.
    Məsələ 1315: İnsanın Allah-taalanın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından qüruba qədər orucu batil edən şeylərdən (onların şərhi sonra qeyd ediləcək) çəkinməsinə oruc deyilir.
    Niyyət
    Məsələ 1316: Oruc ibadətlərdəndir və niyyətlə icra edilməsi lazımdır. Niyyətin dilə gətirilməsi və yaxud qəlbdən keçirilməsi lazım deyil. Əgər nəzərində Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər orucu batil edən işlərdən çəkinmək olsa, kafidir.
    Məsələ 1317: Ehtiyat üçün, bu zamanın hamısında oruc olduğunu yəqin etməkdən ötrü bir az sübh azanından qabaq, həmçinin bir az da qürubdan sonra orucu batil edən işlərdən çəkinməlidir.
    Məsələ 1318: Mübarək ramazan aynının gecələrində sabahkı günün orucu üçün niyyət etməsi kafidir. Lakin, birinci gecədə bundan əlavə, bir ayın orucunu niyyət etməsi yaxşıdır.
    Məsələ 1319: Niyyətin müəyyən vaxtı yoxdur, sübh azanından qabaqkı vaxta qədər istədiyi vaxtda niyyət etsə, kafidir. Obaşdana durduğu zaman ondan, "Məqsədin nədir?” deyə sual edildikdə "Oruc tutmaq istəyirəm” desə, kafidir.
    Məsələ 1320: Bütün gün uzunu müstəhəb orucun niyyətini etmək olar. Hətta qüruba az bir vaxt qalmış olsa belə, orucu batil edən şeyləri yerinə yetirməyibsə, müstəhəb oruc niyyəti edə bilər və onun orucu düzgündür.
    Məsələ 1321: Əgər ramazan ayında niyyəti unutsa və zöhr azanından qabaq yadına düşsə, tez niyyət etməlidir və orucu batil edən şeyləri yerinə yetirməyibsə, orucu düzgündür. Lakin, zöhrdən sonra niyyət etsə, (orucu) düzgün deyil.
    Məsələ 1322: Ramazan aynının oruclarından başqa, oruc tutmaq istəyən şəxs onu müəyyən etməlidir. Məsələn, qəza və yaxud nəzir orucu tutduğunu niyyət etməlidir. Lakin, ramazan ayında sabah oruc tutacağını niyyət etsə, kafidir. Əgər ramazan ayının olmasını bilməsə və yaxud bilib unutsa və ayrı orucu niyyət etsə, ramazan ayının orucundan hesab olunar. Lakin, bilərəkdən ramazan ayında başqa orucu niyyəti etsə (ramazan ayında başqa oruc tutmağın düzgün olmadığını bildiyi halda), onun orucu batildir. Yəni, nə ramazan və nə də ayrı (orucdan) hesab olmaz.
    Məsələ 1323: Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunu müəyyən etməsi lazım deyil. Hətta, əgər günü müəyyən etsə, məsələn, "ayın ikinci gününün orucunu tuturam” desə və sonra məlum olsa ki, üçüncü gündür, onun orucu düzgündür.
    Məsələ 1324: Əgər sübh azanından qabaq oruc niyyəti etsə və sonra huşdan getsə və ya məst olsa və gün ərzində huşa gəlsə və heç bir xilaf iş görmədiyi halda, vacib ehtiyata görə, o günün orucunu tamam etməli və qəzasını da yerinə yetirməlidir.
    Məsələ 1325: Əgər ramazan ayı olduğunu bilmədiyindən, yaxud unutduğundan oruc tutmasa və zöhr namazından sonra, yaxud zöhrdən qabaq iftar etmiş halda xəbər tutsa, ramazan ayına ehtiram edərək qüruba qədər orucu batil edən şeylərdən pəhriz etməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.
    Məsələ 1326: Sübh azanından qabaq həddi-büluğa çatan uşaq oruc tutmalıdır. Əgər azandan sonra həddi-büluğa çatsa və orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.
    Məsələ 1327: Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin, zöhrdən sonra yadına düşsə, orucu batildir.
    Məsələ 1328: Ölü bir şəxsin orucunu tutmaq üçün əcir olan şəxs özü üçün müstəhəb oruc tuta bilər.
    Məsələ 1329: Mübarək ayın orucundan başqa bir oruc insana vacib olsa, məsələn, müəyyən bir gündə oruc tutmağı nəzir edibsə, əgər bilərəkdən sübh azanına qədər niyyət etməsə, orucu batildir lakin, bunu unutsa və zöhrdən qabaq yadına düşsə, niyyət edə bilər.
    Məsələ 1330: Əgər müəyyən olmayan vacib oruc boynunda varsa (ramazan ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.
    Məsələ 1331: Əgər ramazan ayında, zöhrdən qabaq kafir bir şəxs müsəlman olsa və bu vaxta qədər orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır və qəzası da yoxdur. Habelə, zöhrdən qabaq sağalan xəstə orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və ehtiyat üçün qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu vacib deyil, sonra yalnız qəzasını tutmalıdır.
    Məsələ 1332: Yəvmuş-şəkdə, yəni insanın tərddüd etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı olduğu məlum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir.
    Məsələ 1333: Əgər ramazan ayında, yaxud hər hansı müəyyən bir vacib orucda oruc tutmaq niyyətindən dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin, orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.
    Məsələ. 1334: Müstəhəb və vaxtı müəyyən olmayan orucda ( qəza orucu kimi), orucu batil edən şeylərdən birini yerinə yetirməsi qərarına gəlsə və yaxud o işi yerinə yetirib-yetirməməsində tərddüd etsə, əgər (o işi) yerinə yetirməsə, zöhrdən qabaq yenidən niyyət etsə, orucu düzgündür.
    Orucu batil edən işlər
    Məsələ 1335: Ehtiyata əsasən, doqquz şey orucu batil edir:
    1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.
    Orucu batil edən işlərin hökmləri
    1-Yemək və içmək
    Məsələ 1336: Bilərəkdən yeyib-içmək orucu batil edir –istər o şeyin yeyilib-içilməsi adət olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac yarpaqları kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından çıxardıb, yenidən ağzına qoyaraq rütubətini udsa, orucu batil olur. Amma əgər diş fırçasının rütubəti az olduğundan ağzının suyunda aradan getsə, istisnadır.
    Məsələ 1337: Əgər yemək yediyi və yaxud su içdiyi halda sübh olduğunu bilsə, ağzında olanları geri qaytarmalıdır. Əgər bilərəkdən udsa, orucu batil olar və kəffarəsi də var.
    Məsələ 1338: Səhv və unutqanlıq üzündən yeyib–içmək orucu batil etmir.
    Məsələ 1339: Vacib ehtiyata görə, oruc tutan şəxs iynə, qida və dərman kimi istifadə edilən sistemlərin vurulmasından çəkinməlidir. Lakin, bədən üzvünü hissiz edən iynələrin vurulmasının eybi yoxdur.
    Məsələ 1340: Oruc tutmaq istəyən şəxsin sübh azanından qabaq dişlərini fırçalaması və xilal etməsi yaxışıdır. Əgər dişlərinin arasında qalan yeməyin gündüz udacağını bilsə, vacib ehtiyata əsasən, qabaqcadan onları fırçalayıb xilal etsin. Belə etmədikdə, yemək udulsa, orucu sona qədər tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.
    Məsələ 1341: Ağız suyunu udmaq–hətta əgər turşluq və s. kimi şeyləri xəyala gətirməklə belə ağıza yığılsa, orucu batil etmir. Başdan, sinədən gələn suyu (bəlğəm və burun suyunu), ağız fəzasına çatmadığı halda, udmağın eybi yoxdur. Amma ağız fəzasına daxil olsa, ehtiyat-vacibə görə onu udmamalıdır.
    Məsələ 1342: Uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq, ağızı su və dərmanla yumaqla onlardan bir şey boğaza getməsə, orucu batil etmir. Əgər ixtiyarsız olaraq boğaza çatsa, eybi yoxdur. Amma əgər əvvəldən ixtiyarsız olaraq boğaza çatacağını bilsə, orucu batildir, qəza və kəffarəsi var.
    Məsələ 1343: Əgər insan dözülməz həddə susuzlanıb, xəstələnmək və yaxud həlak olmaq qorxusu hiss etsə, zəruri olduğu qədər su içə bilər. Lakin, onun orucu batil olur. Əgər ramazan ayı olsa, sonrakı günləri oruc tutmalıdır.
    Məsələ 1344: İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi dözülməz dərəcədə olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.
    2-Cima
    Məsələ 1345: Cima (qadınla cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən yerdən az daxil olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd olunan miqdarın daxil olub-olmamasında şəkk etsə, onun orucu düzgündür.
    Məsələ 1346: Əgər oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir ixtiyarı olmadığı halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima əsnasında (oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal (cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.
    3-İstimna
    Məsələ 1347: Əgər oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma xaric etsə, onun orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud oyaq olduğu halda gəlsə, oruc batil olmur.
    Məsələ 1348: Əgər oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim- yuxuda spermanın xaric olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna xələl gəlməz.
    Məsələ 1349: Əgər oruc tutan şəxs sperma gələn halda yuxudan oyansa, onun qarşısını alması vacib deyil.
    Məsələ 1350: Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi üçün (hərçənd belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün bir zərəri yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl etməlidir.
    Məsələ 1351: Oruc tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını bilib qusuldan qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı olar ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil.
    Məsələ 1352: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
    Məsələ 1353: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməməsindən xatircəm olsa, istisnadır.
    4-Allah, Peyğəmbər (s) və İmamların adından yalan danışmaq
    Məsələ 1354: Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə, vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.
    Məsələ 1355: Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin. Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda "Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir.
    Məsələ 1356: Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək onu Allahın və yaxud Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan bildiyi halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru olması məlum olsa belə, onun orucunun eybi var.
    Məsələ 1357: Əgər başqasının quraşdırdığı yalan xəbəri bilərəkdən Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət versə, orucunun eybi var.
    Məsələ 1358: Əgər oruc tutan şəxsdən "Peyğəmbər belə bir şeyi buyurub ?” deyə soruşsalar və bilərəkdən "”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir sözü buyurmadığı halda və yaxud "Yox” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi var.
    Məsələ 1359: Əgər şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən yalan danışsa, məsələn, vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa, orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa, haram iş görmüşdür, amma orucu batil deyil. Məlumatsız halda şübhəli bir hökmü nəql edən şəxs də belədir.
    5- Qəliz tozu boğaza çatdırmaq
    Məsələ 1360: Qəliz toz boğaza çatıb gilə dönüb, içəri getsə, orucu batil edir. Belə olmadıqda, istər yeyilməsi halal olsun, un kimi, istərsə də haram, oruc düzgündür.
    Məsələ 1361: Əgər külək və yeri süpürmək vasitəsi ilə qəliz toz qalxsa və ehtiyatsızlıq üzündən boğaza çatsa, onun orucu batil olur (qabaqkı məsələdə qeyd olunduğu kimi).
    Məsələ 1362: Bütün insanların hər bir halda siqaret və digər tütün məmulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən, orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin eybi yoxdur.
    Məsələ 1363: Əgər oruc olduğunu unutsa, özünü gözləməsə, yaxud ixtiyarsız olaraq toz və s. kimi şeylər boğaza çatsa, onun orucu batil olmur.
    Məsələ 1364: Tüstü və tozun boğaza çata biləcəyini ehtimal verdiyi halda ehtiyat etməlidir, lakin, onun boğaza çatmayacağına yəqin və yaxud ehtimalı varsa orucu düzgündür.
    6-Başı suya batırmaq
    Məsələ 1365: Vacib ehtiyata görə, oruc tutan şəxs bilərəkdən, hətta bədənin qalan hissəsi sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır. Amma bədəninin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın bir hissəsi sudan xaric olsa, oruc batil olmaz. Başı gülab kimi mayelərə və başqa müzaf sulara batırmaq, mütləq suyun hökmündədir.
    Məsələ 1366: Əgər əvvəlcə başın bir hissəsini, sonra isə o biri hissəsini suya batırsa, orucu düzgündür. Lakin, bütün başını suya batırıb, yalnız saçıların bir hissəsi çöldə qalsa, orucunun eybi var.
    Məsələ 1367: Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.
    Məsələ 1368: Əgər dalğıclar başlarını papaqları ilə örtüb, onunla suyun təkinə getsələr, orucları düzgündür.
    Məsələ 1369: Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud onu suya atsalar və başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını suya batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən, tez başını sudan çıxarmalıdır.
    Məsələ 1370: Əgər bir şəxs oruc olduğunu unudub qusul niyyəti ilə başını suya batırsa, oruc və quslu düzgündür. Əgər müəyyən bir vacib oruc tutduğunu bilib, qusul üçün qəsdən belə bir iş görsə, vacib ehtiyata əsasən, həm orucun qəzasını yerinə yetirməlidir və həm də yenidən qusl almalıdır.
    7-Sübh azanına qədər cənabət halında qalmaq
    Məsələ 1371: Vacib ehtiyata görə, bilərəkdən sübh azanına qədər qusl etməyən cənabətli şəxsin orucu batildir. Lakin, qusl etməyə imkanı olmasa və yaxud vaxt az olsa, təyəmmüm etməlidir. Amma (qusul verməməsi) bilərəkdən olmasa, orucu düzgündür. Heyz və nifas qanından təmizlənib, sübh azanına qədər qusl etməyən qadının hökmü cənabət qusulunda qalan şəxsin hökmü ilə eynidir.
    Məsələ 1372: Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
    Məsələ 1373: Əgər cənabətli olan şəxs ramazan ayında quslu unutsa və bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu bilmirsə, üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu tutmaq isə ehtiyat müstəhəbdir.
    Məsələ 1374: Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir şəxs, özünü cənabətli etsə, orucunun eybi var; ehtiyata görə, qəza və kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız təyəmmüm üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).
    Məsələ 1375: Əgər, qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü cənabətli etsə və sonra vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.
    Məsələ 1376: Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.
    Məsələ 1377: Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.
    Məsələ 1378: Əgər belə bir şəxs yatıb oyansa və yaxud bilsə və ya ehtimal versə ki, yatdığı halda sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb oyanmasa, ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib olmur.
    Məsələ 1379: Möhtəlim olduğu yuxu birinci yuxu hesab olmur, lakin o yuxudan oyanıb, ikinci dəfə yatsa, ikinci yuxu sayılır.
    Məsələ 1380: Gün ərzində möhtəlim olan şəxs tez qusul etməlidir, lakin əgər qusul etməsə, onun orucunun eybi yoxdur.
    Məsələ 1381: Əgər ramazan ayında sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görsə və bunun istər azandan qabaq, istərsə də sonra baş verdiyini bilsə, yaxud şəkk etsə, orucu düzgündür.
    Məsələ 1382: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, əgər qəza orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən, başqa bir gündə oruc tutsun. Əgər qəza orucunun vaxtı azdırsa, məsələn, boynunda beş gün qəza orucu var və ramazan ayının başlanmasına da beş gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.
    Məsələ 1383: Əgər mübarək ramazan ayında sübh azanından qabaq heyz və nifasdan pak olub qusul etməyə vaxtı olmasa, təyəmmüm etməlidir və orucu düzgündür. Lakin, nə qusul və nə də təyəmmüm etməyə vaxtı olmasa, (orucunu tutmalı), sonradan isə qusul etməlidir və orucu da düzgündür.
    Məsələ 1384: Sübh azanından sonra heyz və ya nifas qanından pak olan, həmçinin gün ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın oruc tuta bilməz.
    Məsələ 1385: Əgər qadın sübh azanından qabaq heyz və yaxud nifasdan paklanıb səhlənkarlıq üzündən qusl etməsə, vacib ehtiyata görə, orucu batildir. Lakin səhlənkarlıq üzündən deyil, yalnız hamamın açılmasını və yaxud suyun isti olmasını gözlədiyi üçün azana qədər qusul etməsə, təyəmmüm aldığı halda onun orucu düzgündür.
    Məsələ 1386: Əgər istihazə halında olan bir qadın öz qusullarını istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu düzgündür.
    Məsələ 1387: Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
    8-Mayelərlə imalə etmək
    Məsələ 1388: Maye şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən bir xəstəliyin müalicəsi üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün istifadə olunan qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.
    9-Qusmaq
    Məsələ 1389: Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq, xəstəliyi dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin, səhvən və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.
    Məsələ 1390: Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə görə bu işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə yetirməlidir.
    Məsələ 1391: Oruc tutan şəxsin zorla qusmağının qarşısını alması vacib deyil, lakin, zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.
    Məsələ 1392: Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir.
    Məsələ 1393: Gəyirmək vasitəsi ilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin, yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə ixtiyarsız olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu bilərəkdən udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi yoxdur.
    Məsələ 1394: Öncədən qeyd edilən doqquz şeyi səhvən və yaxud ixtiyarsız olaraq yerinə yetirən şəxsin orucu düzgündür. Lakin, boynunda cənabət qüslü olan şəxs yatıb, sübh azanına qədər qusl etməsə, orucunun əvvəldə izah etdiyimiz şəkildə eybi var.
    Məsələ 1395: Oruc tutan şəxs səhvən orucu batil edən şeylərdən birini yerinə yetirsə və orucunun batil olmasını düşünərək bilərəkdən bu işlərdən birini yenidən təkrar etsə orucu batil olmaz, lakin ehtiyat müstəhəbbə görə, qəzasını tutmalıdır.
    Məsələ 1396: Əgər zorla bir şeyi oruc tutan şəxsin boğazına töksələr və ya başını tamamilə suya batırsalar, orucu batil olmaz. Lakin, onu iftar etməyə məcbur etsələr, məsələn, desələr ki, əgər yemək yeməsən sənin canını və malını təhlükədə qoyarıq və o da təhlükəni sovuşdurmaq üçün yemək yesə, orucu batildir.
    Məsələ 1397: Vacib ehtiyata görə, oruc tutan şəxs boğazına zorla nəyisə tökəcəkləri və ya onu iftar etməyə məcbur edəcəkləri yerə getməməlidir. Lakin, belə bir yerə getməyi qəsd edib sonra fikrindən daşınsa və ya getdikdən sonra ona yeməyə heç nə verməsələr, orucu düzgündür.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 662 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019